Xəbər lenti
22/02/2018 [16:46]:
Radyo aparıcısı canlı yayım zamanı doğdu - VİDEO
22/02/2018 [16:44]:
Oyun oynayan uşağın boğazına çubuq sancıldı - FOTO
22/02/2018 [16:42]:
Yumurtladığını iddia edən uşaq həkimləri çaşqına çevirdi
22/02/2018 [16:41]:
Vəfalı it 12 il ölən sahibinin məzarı başında gözlədi - VİDEO
22/02/2018 [16:37]:
Prokuror MTN generalına 16 il iş istəyib
22/02/2018 [16:37]:
“Ermənistanın sabiq naziri millətinin həyasızlığını bir daha ortaya qoydu...”
22/02/2018 [16:35]:
“Təmizlənəcək suların bir hissəsi əkin sahələrinə, bir hissəsi isə dənizə axıdılacaq...”
22/02/2018 [16:29]:
Milli Məclisin 3 komitəsi “Ələt azad iqtisadi zonası”na görə toplandı
22/02/2018 [16:19]:
Qarabağda erməni hərbçi məhv edildi
22/02/2018 [16:10]:
Dünyanın ən zənginləri daha da varlanıb -YENİ SİYAHI
22/02/2018 [16:09]:
İş adamı Anar Əliyev Moskvada güllələndi - VİDEO
22/02/2018 [16:07]:
Azərbaycan Cümhuriyyətinin qəbul etdiyi ən vacib qərarlardan birinin FOTOSURƏTİ
22/02/2018 [16:07]:
Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ
22/02/2018 [16:04]:
Hər gün milyonlarla mahnılar smartfonunuzda
22/02/2018 [16:01]:
Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi
22/02/2018 [15:56]:
Azay Quliyev erməni deputatı susdurdu - ATƏT PA-da QALMAQAL
22/02/2018 [15:42]:
Birinci vitse-prezidentliyin 1 İLİ - Deputatlar DANIŞDILAR
22/02/2018 [15:39]:
UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər - FOTOLAR
22/02/2018 [15:37]:
“Mehriban xanım cənab prezidentə bir nömrəli dayaqdır” - Siyavuş Novruzov
22/02/2018 [15:29]:
Bakıda məktəbdə qalmaqal: Şagirdin görüntüləri yayıldı
22/02/2018 [15:20]:
“Air France” beynəlxalq uçuşların yarısını ləğv edib - İşçilər tətildə
22/02/2018 [15:13]:
“O, həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
22/02/2018 [15:12]:
Oğuzda Xocalılarla daha bir görüş keçirildi
22/02/2018 [14:59]:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI
22/02/2018 [14:49]:
Təhsil Nazirliyi tələbə köçürülməsinin nəticələrini AÇIQLADI
22/02/2018 [14:33]:
ABŞ Olimpiya çempionu oldu
22/02/2018 [14:27]:
Novruz bayramı ilə bağlı heç zaman eşitmədiyimiz əfsanə və miflər -TARİX
22/02/2018 [14:27]:
Saleh Məmmədov Azərbaycanın ilk pullu yolu haqda danışdı
22/02/2018 [14:22]:
Prokuror MTN generallarına cəza istəyir
22/02/2018 [14:15]:
“Google”u Sultan Əbdülhəmid kəşf edib - Türkiyəli professordan ŞOK AÇIQLAMA
22/02/2018 [14:14]:
“O cür dəhşətli gözləri ömrüm boyu görməmişəm” - Əli Həsənovun kitab təqdimatında
22/02/2018 [14:07]:
İlahiyyatçı alimdən yorğanla bağlı SENSASİYALI AÇIQLAMA
22/02/2018 [14:05]:
Nemtsovun qatilinin cəzası ağırlaşdırıldı
22/02/2018 [14:03]:
Azərbaycanın müdafiə naziri Belarusa gedib
22/02/2018 [13:57]:
Ata məhkəmədə hönkürtü ilə ağladı: "Bunu tikə-tikə eləsələr..."
22/02/2018 [13:53]:
Nazir partlayış baş verən zavodun baş direktorunu işdən çıxardı
22/02/2018 [13:48]:
“Moody’s”: 2019-cu ildə Azərbaycanda ÜDM 2% artacaq”
22/02/2018 [13:45]:
“Misir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının arzusuna uyğun həll olunmasını istəyir”
22/02/2018 [13:40]:
Bir həftədə iki sərəncam – Xalçaçılığa yönəldilən vəsait ölkəmizə nə vəd edir?
22/02/2018 [13:36]:
ADU-da “Xocalı həqiqətləri Çin dilində” adlı tədbir keçirildi
22/02/2018 [13:34]:
Əli Nağıyev: “Heç kim İlham Əliyevdən artıq iş görməyəcək”
22/02/2018 [13:27]:
"Müxtəlif ölkələrdə Xocalı soyqırımının tanınması erməni lobbisinə zərbədir"
22/02/2018 [13:22]:
Aygün Kazımova fərqli görnüşdə - FOTO
22/02/2018 [13:22]:
Qərbi Kaspi Universitetində açıq mühazirələr başlayır
22/02/2018 [13:18]:
Sabaha olan hava proqnozu açıqlandı
22/02/2018 [13:10]:
ADP sənədləri MSK-ya təqdim etdi
22/02/2018 [13:06]:
Danimarkalı ekspert ADAU-nun rektoru ilə görüşdü
22/02/2018 [13:01]:
Rusiyalı cütlük Olimpiya medalından məhrum olundu
22/02/2018 [12:56]:
Sərdar Cəlaloğlu: “Müxalifətin bizi qınamağa haqqı yoxdur”
22/02/2018 [12:54]:
Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ
22/02/2018 [12:54]:
Azərbaycana gələn əcnəbilərin maraqlı STATİSTİKASI - Ərəblərin sayı artıb, iranlılar azalıb
22/02/2018 [12:53]:
“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi
22/02/2018 [12:50]:
Avropa Birliyi Ermənistana 160 milyon avro ayıracaq
22/02/2018 [12:49]:
Heydər Əliyevin 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans keçiriləcək
22/02/2018 [12:48]:
Bahar Muradova: “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”
22/02/2018 [12:34]:
Bakı, Ankara və Kiyev üçtərəfli əməkdaşlıq formatı yaradır
22/02/2018 [12:33]:
“Facebook”da 3D statuslar dərc etmək mümkün oldu - MÖHTƏŞƏM YENİLİK
22/02/2018 [12:27]:
İki həftə əvvəl ana olmuşdu... - Əri boğazını kəsdi
22/02/2018 [12:19]:
Gəncə yol polisi rəisinin işdən çıxarıldığı rəsmən təsdiqləndi
22/02/2018 [12:13]:
Bakıda FACİƏ: məktəbli qızın meyiti tapıldı
22/02/2018 [12:12]:
Taleh Bağırovun məhkəməsi təxirə salındı
22/02/2018 [12:10]:
Bu rayonlarda insanlar çox yaşamır - Maraqlı rəqəmlər
22/02/2018 [12:07]:
Gözlənilməz təklif - “Müəllimləri silahlandıraq”
22/02/2018 [12:04]:
Bakıda “Gülənçi” olan 2 türkiyəli məhkəmədən yoxa çıxdı
22/02/2018 [12:02]:
Cəmi bir idmançımız var idi, o da finişə çata bilmədi
22/02/2018 [11:54]:
Prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara müraciətlər göndərilir
22/02/2018 [11:53]:
Yeyib-içdi, ofisiant xanımı və 3 polis əməkdaşını... - QUBADA
22/02/2018 [11:47]:
“Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda dinləmə keçirildi
22/02/2018 [11:43]:
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
22/02/2018 [11:38]:
Bakıda I sinfə qəbul başladı
22/02/2018 [11:29]:
İki bəbir ilk görüşdə savaşdılar, sonra da... - MARAQLI VİDEOGÖRÜNTÜ...
22/02/2018 [11:24]:
İlham Əliyev Fəttah Heydərova “İstiqlal” ordeni təqdim etdi
22/02/2018 [11:20]:
“Elə biliblər ki, ölmüşəm, götürüb zibilliyə atıblar...” - Əsirlikdə səkkiz gün...
22/02/2018 [11:09]:
Ölkədə taxıl və un böhranı yaşandı: 1 kisə un alırsansa qeydiyyatını göstər...
22/02/2018 [11:09]:
Vyanada Azərbaycan və Rusiya dəmir yolları rəhbərləri arasında görüş keçirildi
22/02/2018 [11:03]:
Lənkəranskiylə “Ded Xasan”ın qatilləri eyni adamlardır? - Generalın şəxsi qeydlərindən...
22/02/2018 [11:02]:
Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi - VİDEO
22/02/2018 [10:59]:
Rusiyalı turistlər Azərbaycan sərhədini pozaraq İstisuda istirahət edir - Yeni video-görüntülər
22/02/2018 [10:59]:
XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yaydı
22/02/2018 [10:55]:
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması bu ilin sonunadək başlaya bilər
Bütün arxiv bir sırada
03/11/2016 [01:38] - Cəmiyyət - ( 28791 dəfə baxılıb)

Tanınmış hüquqşünasdan Prezidentə qeyri-adi MÜRACİƏT...

"Məhkəmələrdərki indiki vəziyyət canavara quzu tapşırmaq kimi bir şeydir"
"İnanın mənə, evində kartof-soğan, yağ-pendir problemi olan, mənzil dərdi çəkən hakimin rüşvət almaması mümkün deyil"


Hörmətli cənab Prezident!

Neftin dünya bazarında ucuzlaşması nəticəsində Respublika iqtisadiyyatında yaranmış indiki ağırlaşmaqda olan vəziyyət, büdcə kəsirlərinin artması, vətəndaşlarla banklar arasındakı kredit problemləri, dövlət idarəçiliyinin və iqtisadiyyatın bir çox sahələrində rüşvətxorluq və korrupsiyanın total xarakteri, istər inzibati idarəçilik, istərsə də iqtisadi sahədə (vergi, gömrük, bankçılıq və s.) köklü islahatlar aparılmasını zəruri edir.

Son vaxtlar bu sahədə etdiyiniz cəhdlər qismən nəticələr versə də, məncə, real və qalıcı nəticələr əldə etmək üçün  daha cəsarətli, qətiyyətli, bəlkə də qeyri-ənənəvi addımlar atılmalıdır.

Ölkədə böhranın dərinləşməsi bir Prezident kimi Sizin qarşınızda, islahatlar yolunda ən böyük əngəldir və daha kəskin qərarlar qəbul edilməyincə belə də qalacaqdır.
Təbii ki, real vəziyyət, xüsusilə də, büdcə problemlərimiz hərtərəfli islahatlar aparmağa  imkan verməyəcək. Belə vəziyyətdə mərhələli islahatlar metoduna üstünlük verilməlidir.
Əsas sual isə budur: haradan, kimdən və hansı sahədən başlamaq lazımdır?

Hörmətli Prezident! 

Yanğını söndürmək, daşqının nəticələrin təmizləmək  üçün ilk növbədə buna səbəb olan mənbəni müəyyənləşdirərək səbəbi aradan qaldırmaq lazımdır. Şəhəri korlayan kanalizasiyanın nəticələrini vedrə ilə, hətta texnikanın köməyilə də olsa, aradan qaldırmaq mümkün deyil. Öncə kanalizasiya xətti, su xətti bağlanmalıdır.
İndiki vəziyyətdə Respublikada zəruri olan köklü islahatlara əsaslı surətdə  başlamaq üçün islahat zəncirinin əsas həlqəsi tapılmalı və bütün islahatlar o həlqənin arxasınca addım-addım getməlidir.

O həlqə hansıdır?

Bir misal əsasında bunu müəyyən etmək çox da çətin deyil.
Məsələn,  Sizin kənd təsərrüfatına və yaxud sənaye istehsalı sahəsinə ayıracağınız maddi vəsaitin məbləğindən asılı olmayaraq,  həmin vəsaitlərin mənimsənilməsinin, oğurlanmasının qarşısı alınmayacaqsa,  gözlənilən nəticə də olmayacaq.
 Yaxud verdiyiniz göstərişlər region və mərkəzi vəzifəli şəxslər tərəfindən, indiki kimi, dərhal və layiqincə icra edilməyəcəksə və bu şəxslər cəzasız qalacaqlarsa, yenə də islahatlar söz olaraq qalacaqdır.

Deməli, icra üzərində nəzarət, icra intizamının və icraya dövlət nəzarətinin gücləndirliməsi bir nömrəli şərtdir.
Respublikada nəzarət funksiyasına malik olan (icra edən yox) müxtəlif orqanlar var. Nəticənin olmaması sübut edir ki, o orqanların fəaliyyəti səmərəli deyil. Bunun üçün yeni orqanlar yaratmağa qətiyyən ehtiyac yoxdur. Hər yeni orqan yeni rüşvətxorlar ordusunun yaranması, əlavə büdcə xərcləri deməkdir.

Son vaxtlar şəxsən Sizin təşəbbüsünüzlə tapılan ən təsirli nəzarət növü ictimai nəzarətdir. Yəni xalqın yekdilliklə həyata keçirəcəyi nəzarətdən güclü və təsirli başqa bir nəzarət növü düşünmək mümkün deyil. Bu sahədə atdığınız addımlar ən doğrusudur. İndi qalır bu ictimai nəzarətin nəticələrini qalıcı və təsirli etmək.

Vətəndaş gördüyü hər hansı nöqsan barədə hansısa inzibati orqana məlumat, şikayət versə də, həmin inzibati orqan öz vəzifələrini layiqincə yerinə yetirməyəcəksə, bu formada ictimai nəzarət bəzi məmurlar üçün “korrupsiya yardımı”ndan başqa bir şey olmayacaq.
İnzibati orqanların və vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən və ya hərəkətsizliklərindən isə vətəndaş son nəticədə məhkəmə orqanlarına müraciət etməlidir. Deməli, son və nəhayi qərarı verən məhkəmələrdir.
 
İslahata da məhz məhkəmələrdən başlamaq lazımdır.

Təbii ki, indiki məqamda məhkəmə islahatı deyəndə yeni məhkəmə orqanlarının yaradılması nəzərdə tutulmur. İndi mövcud olan məhkəmə sistemi qarşıda duran vəzifələrin icrası baxımından kifayətdir.
Məhkəmə islahatları dedikdə mən, hələ ki hakimlərin rüşvət almalarının qarşısını ala biləcək tədbirləri nəzərdə tuturam.
Respublikada məhkəmə sistemimizi və hakimlərimizi ən çox  tənqid edən şəxslərdən biri də mənəm.
Ancaq”¦
Şəxsən mən, indiki əmək haqqı ilə, araşdırdığım məhkəmə işində aralarında yüz minlər və milyonlarla məbləğ davası olan tərəflərdən rüşvət almarammı? Cavab verməyə çətinlik çəkirəm. “Qəlbimdə ALLAH (c.c) xofu olmasa, mütləq alaram” düşüncəsindəyəm. İnsan iradəcə zəif, tamahca güclü yaradılıb. Ac adama, ehtiyacı olan insana çörəyə gözətçilik etməyi tapşırmaq nə qədər məntiqidir?
 
Onda mənim bu hakimləri qınamağa haqqım varmı?

Hörmətli prezident! 

Bütün dövlətimizi rüşvət və korrupsiya bəlasından qoruya biləcək və indiki vəziyyətdən çıxara biləcək tək və real səlahiyyətli orqan məhkəmələrdir. Faciə də orasındadır ki, bu orqan özü başdan-başa korrupsiya və rüşvət yuvasıdır. Səbəbsə yuxarıda qeyd etdiyim kimi, hakimlərin əmək haqlarının, sosial təminatlarının lazım olan səviyyədən qat-qat aşağıda olmasıdır.
“Məhkəmələr və hakimlər haqqında”  10 iyun 1997-ci il tarixli Qanunun 98-ci maddəsinə (hakimlərin hüquqları) əsasən, “hakimlər... sosial müdafiə hüquqlarına malikdirlər.”
Qanunun 100-cü maddəsinə (hakimlərin müstəqilliyi) əsasən, “hakimlərə.. vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.” 
Bəs hakimlərin  bu maddi təminatları və sosial müdafiə hüquqları nədən ibarətdir?
Qanun bu suala 106-cı maddədə (hakimlərin maddi təminatı)  belə cavab verir: “hakimlərin aşağıdakı məbləğdə vəzifə maaşları müəyyən edilir:
Ali Məhkəmənin sədrinə şərti maliyyə vahidinin 2070 manat həcmində;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;
ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; 
 digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; 
bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;
Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində; 
bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.
Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir.  Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. 
Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.
İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. 
Hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz.”

Bu maddənin məzmunundan aydın olur ki, 15 ildən artıq hakimlik stajı olan hakimlərin əmək haqqına 45 faiz, üstəgəl,  səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün, uyğun olaraq 25-20-15 faiz əlavə ediləndə aşağıdakı mənzərə alınır:

Ali Məhkəmənin sədri 2070+1449(70%)=3519  manat (2199 $),
Ali Məhkəmənin hakimi  1656+1160(70 %)=2816 manat (1760 $),
Apellyaiya Məhkəməsinin hakimi  1490+ 968 (65%)=2458 manat (1536 $),
Ağır cinayətlər məhkəməsinin hakimi 1324+794(60%)= 2118 manat (1323 $)
Rayon məhkəmələrinin hakimi isə  1159+695 (60%)=1854 (1158 $) manat əmək haqqı alır.

Neft ölkəsinin Ali Məhkəməsinin sədri 2199, rayon məhkəməsinin hakimi də 1158 ABŞ dolları əmək haqqı alır. 
Nəzərə alın ki, yuxarıdakı rəqəmlər 15 ildən artıq hakimlik stajı nəzərə alınmaqla hesablanıb.

 5 il hakimlik stajı olmayan  rayon məhkəməsi hakiminin aylıq əmək 1159 manatdır (724 $).

Nəzərə almaq lazımdır ki, aldığı əmək haqqının miqdarından asılı olmayaraq, hər bir hakim insan taleyi həll edir. Məhkəmə sistemində ilk qərarı qəbul edən də birinci instansiya məhkəməsinin hakimləridir. Zorən qəbul etdikləri qanunsuz qərarların və gün ərzində gördükləri qeyri-adi dərəcədə ağır yazı-pozu işlərinin nəticəsində onların arasında çoxlu ürək, qan-damar və  əsəb xəsətələri vardır.

Hörmətli Prezident!

724 ABŞ dolları əmək haqqı alan hakim indiki iş yükünün altında əzilə-əzilə, ailəsinə, öz sağlamlığına  zəruri olan vaxtı ayırmaq imkanı olmaya-olmaya normal  həyat tərzi keçirə bilərmi?
Gənc hakimlərin həyatının nə qədər ağır olduğu hamıya bəllidir. Bir çoxları da, haqlı olaraq, belə hesab edirlər ki, gördükləri işin müqabilində əməkləri ədalətlə qiymətləndirilmir və rüşvət almaqda haqlıdırlar.  Mən də olsam, alaram, ailəmi insan kimi dolandırmaq mənim vəzifəmdir.  
İlk baxışda hakimlərin əmək haqqı ölkədəki minimum  və orta əmək haqqının səviyyəsi ilə, eləcə də müəllimlərin, həkimlərin əmək haqqları ilə müqayisədə xeyli normal görünə bilər. 
Ancaq...
Məsuliyyət isə çox fərqlidir.

Cənab Prezident, inanın mənə, evində kartof-soğan, yağ-pendir problemi olan, mənzil dərdi çəkən hakimin rüşvət almaması mümkün deyil.  Məhkəmələrdərki indiki vəziyyət canavara quzu tapşırmaq kimi bir şeydir. Vay o gündən ki, bu canavar həm də ac ola! 
Qiymətli vaxtınızı aldığımın fərqindəyəm.
Ancaq mövzu o qədər aktualdır ki, lazım bildiyim fikirlərimi yazmaqda qərarlıyam.
Bir sözlə, islahatlara məhkəmə sistemindən, burada isə ilk növbədə hakimlərin əmək haqlarının qaldırılmasından və sosial müdafiələrinin möhkəmlənməsindən başlamaq lazımdır. Məhkəmə sistemi düz işləsə, arxasınca tədricən  bütün dövlət sistemi qaydaya düşəcək.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 108-ci maddəsinə (hakimlərin mənzillə təmin edilməsi)  əsasən, “təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hakimlər bu vəzifəyə təyin olunduğu gündən 6 ay müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən mənzillə təmin edilməlidirlər.”
Qanunun bu tələbi yerinə yetirilirmi?  Mən hakim tanıyıram ki, illərdir kirayələrdə qalır. Ailəsinin, uşağının üzünə dik baxa bilmir. Mənzil dərdi olan adamın başqasının dərdinə qalacağını gözləmək sadəlövhlük olardı.
Qanunun 109-cu maddəsində (hakimlərin sosial müdafiəsi) hakimlərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər pis deyil, ancaq kifayət deyil.

Lazım olan nəticəni almaq üçün hakimin nəinki özü, övladları da dövlət hesabına mənzillə, avtomobillə, bağ  və torpaq sahələri ilə təmin edilməli, bir sözlə, elə şərait yaradılmalıdır ki, başqasının taleyini həll edən hakim özünün və ailə üzvlərinin taleyindən narahatlıq keçirməsin.
Bəlkə də, dövlət büdcəmizin indiki vəziyyətində bütün hakimlərin əmək haqqının lazım olan səviyyəyə çatdırılmasına imkan yoxdur. Ancaq istənilən halda Ali Məhkəmənin hakimləri üçün bunu etmək hava-su kimi vacibdir. Çünki Məhkəmə sisteminin də əsas həlledici həlqəsi (zvenosu), son qərar məqamı  Ali Məhkəmədir. Aşağı məhkəmə instansiyalarının hakimləri qanunsuz qərarlarının Ali Məhkəmədən keçməyəcəyini və belə qanunsuz qərarların onlara baha başa gələcəyini  gördükdən sonra tədricən islah olunacaqlar. Həm də tək hakimlər yox, bütün vəzifəli şəxslər və vətəndaşlar. 
İndi əsas sual belədir : Ali Məhkəmə sədrinin əmək haqqı hansı meyarlarla müəyyənləşdirilib? Niyə 2070 manat, məsələn, 2050 və ya 3000 yox?

Hakimlərin əmək haqqları Ali Məhkəmə sədrinin əmək haqqına nisbətdə müəyyənləşdirilibsə, bəs Ali Məhkəmə sədrinin əmək haqqı kimin əmək haqqına nisbətdə müəyyənləşdirilib?
Düşünürəm ki, Ali Məhkəmə sədrinin, eləcə də Baş Nazirin və Parlament sədrinin əmək haqqı məhz Prezidentin əmək haqqına nisbətdə müəyyənləşdirilməlidir.

Məsələn, Ali Məhkəmə sədri Prezident əmək haqqının 80 faizi miqdarında, yəni 12 000 manat əmək haqqı almalı, qalan hakimlərin də əmək haqqı məhz bu məbləğə nisbətdə hesablanmalıdır.

Cənab Prezident! 

Əmin olun ki, məhkəmə sistemimizə qoyulacaq xərc özünü  mütləq doğruldacaq və bütün 
sahələrdə öz müsbət təsirini tezliklə göstərəcək.
Nəhayət, dövlət büdcəsi buna imkan vermirsə, bu gün qüvvədə olan qanunlara uyğun olaraq, başqa mənbələr tapmaq mümkündür. 
Məsələn, MPM-nin  120-ci maddəsinə (iş vaxtını itirməyə görə məbləğin tutulması) əsasən, “məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.”
Nədənsə, bu maddə ölü olaraq qalır. Burada dövlətin xeyrinə tutulacaq məbləğ bütünlüklə hakimlərin əmək haqqına yönəldilə bilər. Bu həm də vətəndaşları əsassız iddialar qaldırmaqdan çəkindirər və hakimlərin iş yükünü azaldar, ictimai-sosial münasibətləri sağlamlaşdırar.
Yaxud da, “Dövlət rüsumu” haqqlnda qanuna dəyişiklik edilsin. Məhkəmələrdə işlərə baxılması üçün nəzərdə tutulan dövlət rüsumu iki hissədən ibarət olsun. Birinci hissə indiki məbləğdə saxlanılsın və iddianı məhkəməyə təqdim etmək üçün nəzərdə tutulsun. İkinci hissə isə  iddia məbləğinin müəyyən faizi həcmində müəyyən edilsin və işə baxılması üçün nəzərdə tutulsun. İkinci məbləğ, işin sonunda uduzan tərəfdən tutulmaq şərtilə,  hakimlərin əmək haqqına  yönəldilsin.

Hörmətli cənab Prezident! 

İndiki ağır iqtisadi və bunun da arxasınca gələcək gərgin siyasi  vəziyyətdən xilas yolu məhkəmələrdəki mövcud vəziyyəti təcili aradan qaldırmaqdır. Əks təqdirdə, islahatlar istiqamətində atacağınız istənilən addım nəticəsiz qalacaqdır. 
Hörmətlə, Hüquqşünas Məmmədov Qurban Cəlal oğlu.
03 noyabr 2016-cı il.

Vyanada Azərbaycan və Rusiya dəmir yolları rəhbərləri arasında görüş keçirildi
Ana dili və ona monqol təsiri haqqında...
Cavid Qurbanov Vyanada keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil edir - FOTOLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinə "Şöhrət"ordeni verildi
"Vahid namizədlə bağlı qərar qəbul edilməməsində nə mənim, nə də Sabir bəyin təqsiri var"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Radyo aparıcısı canlı yayım zamanı doğdu - VİDEO
Dünya
Vəfalı it 12 il ölən sahibinin məzarı başında gözlədi - VİDEO
Maraqlı
Novruz bayramı ilə bağlı heç zaman eşitmədiyimiz əfsanə və miflər -TARİX
Hadisə
Ölkədə taxıl və un böhranı yaşandı: 1 kisə un alırsansa qeydiyyatını göstər...
Hadisə
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
Həftənin ən çox oxunanları
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin