Kədərli ney...
Oxunub: 1973
15 Nov 2016 | 00:07
Kədərli ney...

(hekayə)

Neyin (tütək) həzi səsi eşidildi. Bu səs sadəcə həzin bir musiqi deyildi. Bu səsdə Tanrının qutsal ruhu, eşqlə var etdiyi dünyanın olduqca möhtəşəm təsviri və ana təbiətin övladları ilə dərin bir bağı hiss olunurdu. Onu dinləyən hər kəs bir neçə anlıq da olsa ruhən fani aləmdən uzaqlaşır, sanki cənnətin gözəl bir guşəsinə düşürdü. Həzin-həzin səslənən hər melodiya, ondakı notların mükəmməl ahəngi, yaradılışın təsvir edilməz dərəcədə gözəlliyini və Tanrının dərin varlığını necə də axıcı tonlarla, içdən-içə süzülən bir nur seli tək insana çatdırırdı...
    Yaşı əllini adlamış, üzü daima nurlu olan Mehmet ağa neyin yalnız hərfi deyil, eyni zamanda batini mənasını dərk edən böyük bir ustad idi. Ona babasından yadigar qalan bu qoca ney öz mükəmməl ahəngi, daxili aləminin zənginliyilə demək olar ki, nəsillərində hər kəsi heyran edə bilmişdi. Bəlkə də sırf ona görə idi ki, Mehmet ağanın atası da, babası da, hətta onun babası da bu dərin sənətin arxasınca getmiş, neyin ruhsal aləminin təsirindən heç vaxt ayrılmaq istəməmişdilər. 
    Hər zaman sübh tezdən oynanan Mehmet ağa, namazdan sonra adəti üzrə bu baba yadigarı neyi əlinə alır, fasiləsiz bir neçə saat onunla həm-hal olaraq, həzin səsinin təsirinə qapılır, ta kim isə, nə isə onu bu aləmdən ayırana qədər...
    Elə uşaqlıqdan musiqi alətlərinə, özəlliklə neyə maraq göstərən Mehmet ağa, Diyarbəkirdə bir dükan açmış, ney daxil olmaqla bir sıra qədim alətlərin təmiri və satışı ilə məşğul olurdu. Yaşadığı məhəllədə yerləşən dükanın ətrafı isə daima insanla dolu olurdu. Yox ki, müştərisi çox idi, ona görə ki, Mehmet ağa hər gün tezdən açdığı bu dükanda elə yerinə yenicə əyləşən kimi hər şeydən müqəddəs saydığı neyi əlinə alır, bir qədər çalaraq neyin batinində sanki yox olurdu. Nədəndir bilinməz amma, hər dəfə neyi üflərkən gözlərini yumur, üzündə nurani bir gülümsəmə olurdu Mehmet ağanın. Hər dəfəsində fərqli melodiyaları ifa etsə də, üzündəki gülümsəmə heç zaman əskik olmurdu. Bu gülümsəmənin mənasını isə özündən başqa nə ailəsi, nə də ətrafında kimsə bilmirdi. Onu görən hər kəs ancaq hər hansı bir xoş xəyalın təsirinə qapıldığını və ya hansısa gözəl xatirənin yadına düşdüyünü zənn edirdilər. Amma əlbət ki, üzü hər an nurlu olan Mehmet ağa bu nurun sirrini ancaq özü bilir və soran kimsəyə də açmırdı. 
    İki oğlu bir qızı olan Mehmet ağanın ömür-gün yoldaşı Nuridə xanımı bir neçə il öncə ağır bir xəstəlikdən itirsə də qısa bir müddətdən sonra ondan yadigar qalan övladlarına və bu baba yadigarı neyə tutunub həyatına davam etdi. Halbuki, vaxtilə onunla Nuridə xanımın misilsiz eşqinə şahid olanlar  Mehmet ağanı yaşamaz, canından çox sevdiyi yarının həsrətinə dözə bilməz, deyə düşünürdülər. Beləcə neylə və onun möhtəşəm ruhuyla xoşbəxt olan Mehmet ağa sakit, amma dərin mənalı, hər kəsin anlaya bilməyəcəyi qədər sirli bir həyat yaşayırdı. 
    Övladları ilə arası anaları öləndən bir qədər soyusa da, Mehmet ağa onlara qarşı sevgiylə, mərhəmətlə, səbirlə yanaşır, dəliqanlı oğullarının gənclik çılğınlığını anlaya bilirdi. Çünki özü də zamanında bu yaşlarda (17-18) bir qədər çılğın, bir qədər sovuşmaz idi. Amma zaman və özü kimi nurani atası, onun nəsihətləri Mehmet ağanı sözün əsl mənasında müdrikləşdirdi. 
    Amma gəl gör ki, xırda bir qarışqaya belə ziyan verməyən gözəl əxlaqlı nəslin nümayəndəsi Mehmet ağanın taleyi heç də ürəkaçan olmadı. Yetkin yaşa çatan bir oğlunu böyük fəxr, sevinc və şərəf hissiylə əsgəri xidmətə yola salarkən, digər oğlu xəbərsiz evi tərk etdi, vətənə, millətə, dövlətə xəyanət edən terrorçulara qatıldı. Səbəb isə məlum idi, maddi sıxıntı, siyasi fərqli düşüncə və canımız Türkiyəmizin xarici düşmənlərinin güclü agenturasının sərrast fəaliyyəti...
    Qızı Fatma da bir əsgərə aşiq olmuşdu. Bir müddət sonra elə onunla da ailə qurdu. Amma xarici agentlərin hiyləsinə, təbliğatına aldanan, öz ailəsindən, hətta nəslindən vaz keçən qardaşı Baran nə bacısını, nə də onun ərini rahat buraxmırdı. Əvəzində isə bütün ailə üzücü qarşıdurmaların şahidi olurdu. 
    Vətənin xarici düşmənlərinin oyununa aldanan gənc, cahil, dəliqanlı Baran neçə-neçə qəhrəman vətən övladının şəhid olmasına səbəb oldu. Onlarla əsgər onun və komandasının qurduğu pusqularda, çarpaz, qəfil atışmalarda can verdi. Amma Baran hər dəfəsində uzun- uzun düşünür, etdiyinin yanlış və ya doğru olduğunu fikirləşirdi. Nə edirdisə vicdanı onu rahat buraxmırdı. Lakin yenə də “Öndər”-lərinin toplantılarda pafoslu çıxışları onun üçün ailədən, atadan, bacıdan, qardaşdan üstün idi artıq. Sanki içinə şeytan girmişdi. Elə bil  dünənə kimi bir məhəllədə oynadığı uşaqlar deyildi indi xaincə öldürdüyü əsgərlər. 
    Əsgər Seyran da Baranın keçirdiyi hislərin eynisini keçirirdi. Bilirdi ki, bir gün qardaş dediyi Baranla üz-üzə gələcək. Həm də qardaş kimi yox, düşmən kimi. Amma artıq hər şey mənasız idi. Oyunu quran qurmuşdu. Sistem fərqli işləyirdi. Orduda emosional hislərə yer yox idi. Sadə, olduqca sadə bir təlimat var idi, düşmən hesab edilən hər kəs vurulmalıdır, o qardaşın da olsa belə. Qardaşı Baran kimi Seyran da çox adam öldürmüşdü. Hər dəfə əməliyyatdan qayıdanda, atasıyla görüşəndə isə hər zaman ona verilən sual və verdiyi cavab bir olurdu:
-Qardaşını görmədin? Yaşayırmı?
-Yox. Amma öldüyü barəsində bir məlumat yoxdur. Narahat olma...
    Mehmet ağa isə oğlu Baran haqqında hərdən sərt düşüncələrə qapılsa da, öz-özünə “o vətən xainidir” deyib, rəflərdən şəkillərini yığışdırsa da, bir az sonra atalıq hissi ona güc gəlirdi. “Uşaqdır, səhv edir. Bəlkə bir gün səhvini anlayacaq” ”“ deyə özünə toxtaqlıq verməyə çalışırdı, çarəsiz ata. Amma tez-tez kədərlənirdi. Özü də məlum məsələyə görə, o yaxşı bilirdi ki, əgər Baran orduya təslim olub geri dönməzsə, gec-tez onu öldürəcəklər, həm də acımadan. Nə bilmək olar bəlkə də... Bu bəlkənin ardını gətirmək isə ona çox ağır idi. Çünki zəmanənin bir-birinə düşmən etdiyi qardaşları o mümkünsüz olsa da uşaqlıqdakı kimi yenə bir yerdə, birlikdə oynarkən görmək istəyirdi. Amma nə etmək olar ki, zaman öz axarında, tale öz gedişində idi və Mehmet ağanın bu acizanə arzusu dövlətin idarəediciləri, terrorçular və hər iki tərəfin arxasındaki beynəlxalq güclər üçün mənasız idi. Onlar üçün ancaq üç şey maraqlı idi, savaş, qan və qazanılacaq olan milyardlar...  
    Və nəhayət o üzücü gün gəldi çatdı... Uzun müddətdir övladlarından ayrı düşən ata kiçik bir qonaqlıq təşkil etdi və hər kəsi evinə qonaq çağırdı. Amma dəhşətli bir mənzərə Mehmet ağanın dərdli ürəyini bir daha parçaladı. Böyük oğlu Seyran hərbi geyimdə içəri daxil oldu. Qucağında öz doğma qardaşı, terrorist Baranın cansız cəsədiylə gələn Seyranın üzündə acı, qəzəb və dərin yanğı hiss olunurdu. Mehmet ağa Baranın son vaxtlardakı fəaliyyətini elə o andaca unudub qəmli və mərhəmət dolu baxışlarla oğluna yaxınlaşdı. Ağlayaraq onu ağuşuna aldı və uzun müddət balasının meydinə tamaşa etdi. Bu anda isə qızı Fatma və əri Orxan şokda idilər. Yerlərində donub qalmışdılar. Digər oğlu Seyran isə için-için ağlayaraq elə hey bu sözləri təkrar edirdi:
-Bilmədim. Ata bilmədim, qarşıdan gələnin qardaşım olduğunu. Məni bağışla...
    Bəli, olan olmuşdu. Həm də ən dəhşətli şəkildə. Terrorçu Baranı öz doğma qardaşı əsgər Seyran vurmuşdu. 
    Aman Tanrım dəhşətə bax, zəmanəyə, dövrana bax, qardaş qardaşa düşməndir. Həm də nəyə görə? Mənasız bir siyasi fikir ayrılığına görə. 
    Mehmet ağa oğlunun meyidini  qucağına alıb ailəvi qəbiristanlığa gəldi və onu yoldaşının yanında dəfn etdi. O zaman Mehmet ağanın yerində olan hər kəs yəqin ki, onun kimi hərəkət edərdi. Terrorçu da olsa, vətənə, millətə xəyanət də etsə də, axı Baran onun oğluydu, doğma övladıydı, canından bir, qanından bir...
    Beləcə o dəhşətli hadisədən uzun vaxt keçdi. Yenə həmişəki kimi, adəti üzrə Mehmet ağa sübh tezdən dükana gəldi. Baba yadigarı neyi əlinə alıb çalmağa başladı. Amma bu səfər səslənən musiqi eşidən hər kəsi sadəcə kədərləndirir, kövrəldir, hətta ağladırdı. Elə Mehmet ağa da bir müddət sonra ağlamağa, için-için qəhr olmağa başladı. Artıq neyin dərin mənasının onun üçün bir mənası qalmamışdı. Çünki zamanında bu böyük məmləkətdə milləti bir-birinə yaxınlaşdıran, doğmalaşdıran, dinindən, irqindən asılı olmayaraq hər kəsi bir yerdə cəm edən ney, düşmənlərin xain planlarına qarşı gücsüz idi. İndi onun həzin səsində ancaq baş vermiş dəhşətli hadisələrə, millətə qarşı oynanan oyunlara üsyan edən, inilti tərzdə sanki ah-nalə çəkən bir etiraz tonu vardı. Sadəcə bu...
    O gündən öz doğma balasını əlləriylə məzara qoyan Mehmet ağanın neyindən ancaq kədərli səslər duyuldu. Bir atanın övlad həsrətinin, bəlkə də peşmançılığının, əlindən bir şey gəlmədiyi üçün özünü, taleyi günahkar sayan qocanın yanğısı...
    Lənətə gəlsin zəmanə, lənətə gəlsin dövlətlər, lənətə gəlsin məsum xalqı öz girdirmə bəhanələriylə aldadan, qardaşı-qardaşa, milləti bir-birinə qırdıran güclər. Bir Allah şahiddir ki, əsirlərdir bu böyük coğrafiyada din, dil, mədəniyyət fərqi etmədən yaşayan insanlar öz vicdanlarında bu məlum siyasətə, dövrana, qurulan məkrli oyunlara qarşıdır və olacaq. Sadəcə bir-iki xain, şəxsi maraqları üçün öz vətənini satmağa meylli şərəfsiz insan xırda fikir ayrılıqlarını, sadə anlaşılmazlıqları milli savaşa çevirmək istəyirlər. Amma bacarmayacaqlar, nə etsələr də onlar da, onların arxalarındakı şeytani qüvvələr də. Çünki bir olan Tanrı, Haqq var. Və o Uca Yaradan bir gün bu zülmə, bu zəlalətə “dur” deyəcək. Daha qardaş-qardaşı “terrorçu” deyə öldürməyəcək - deyə tez-tez öz-özünə deyinirdi artıq yaşı yetmişi ötmüş Mehmet ağa...
Tarix hər zaman vətəninə bağlı Mehmet ağalar görmüşdür, görəcək də, amma nə Mehmet ağanın içindəki yanğı, nə qardaşını öldürmək məcburiyyətində qalan əsgər Seyran, nə qardaşı Baranın meyidi üstə ah-vay edən bədbəxt bacı Fatma unudulmayacaq. Özəlliklə də kədərli neyin əsil sirri, daxili aləminin gizəmi və Mehmet ağanın həzin musiqiləri...

Elşən İsmayıl
Ssenarist və yazar
Oxşar xəbərlər
16 Apr 2024 | 23:49
Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb
16 Apr 2024 | 23:47
Qərbi Azərbaycan Xronikası: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı
16 Apr 2024 | 23:45
Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
16 Apr 2024 | 23:42
Ancelina Coli bu dəfə yeni döyməsi ilə diqqət çəkdi - FOTO
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
16 Apr 2024 | 23:33
Azərbaycanın futzal millisi Gürcüstana uduzub
16 Apr 2024 | 23:31
Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq
16 Apr 2024 | 23:29
Sevda bu dəfə fərqli tərzdə mesajını verdi – VİDEO
16 Apr 2024 | 23:28
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
16 Apr 2024 | 23:25
Oksana səfirlə görüşdü - FOTO
16 Apr 2024 | 23:24
ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib
16 Apr 2024 | 23:20
İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO 
16 Apr 2024 | 23:18
Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
16 Apr 2024 | 23:06
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
16 Apr 2024 | 23:03
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16 Apr 2024 | 23:01
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16 Apr 2024 | 22:57
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
16 Apr 2024 | 22:50
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
16 Apr 2024 | 22:44
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
16 Apr 2024 | 22:34
Nazirdən yeni təyinat
16 Apr 2024 | 22:27
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
16 Apr 2024 | 22:24
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
16 Apr 2024 | 22:22
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
16 Apr 2024 | 22:20
Damla şəxsi təyyarə alıb? – VİDEO
16 Apr 2024 | 22:15
Baba Pünhanın vəfatından iyirmi il ötür
16 Apr 2024 | 22:08
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16 Apr 2024 | 21:58
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
16 Apr 2024 | 21:55
ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
16 Apr 2024 | 21:51
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
16 Apr 2024 | 21:40
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
16 Apr 2024 | 21:30
BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək
16 Apr 2024 | 21:17
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
16 Apr 2024 | 21:15
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
16 Apr 2024 | 21:12
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
16 Apr 2024 | 21:06
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
16 Apr 2024 | 20:58
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
16 Apr 2024 | 20:51
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
16 Apr 2024 | 20:48
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
16 Apr 2024 | 20:36
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
16 Apr 2024 | 20:33
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
16 Apr 2024 | 20:24
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
16 Apr 2024 | 20:19
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
16 Apr 2024 | 20:07
Səhər asanlıqla necə oyanmaq olar?
16 Apr 2024 | 20:04
Biləsuvarda əmək yarmarkası keçiriləcək
16 Apr 2024 | 19:56
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
16 Apr 2024 | 19:50
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
16 Apr 2024 | 19:45
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 19:35
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
16 Apr 2024 | 19:34
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
16 Apr 2024 | 19:27
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
16 Apr 2024 | 19:24
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
16 Apr 2024 | 19:23
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
16 Apr 2024 | 19:20
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
16 Apr 2024 | 19:18
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
16 Apr 2024 | 19:14
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
16 Apr 2024 | 19:05
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
16 Apr 2024 | 18:57
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
16 Apr 2024 | 18:54
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
16 Apr 2024 | 18:49
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
16 Apr 2024 | 18:47
Bakıda külək elektrik stansiyası tikiləcək
16 Apr 2024 | 18:45
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
16 Apr 2024 | 18:38
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
16 Apr 2024 | 18:33
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
16 Apr 2024 | 18:30
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
16 Apr 2024 | 18:24
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
16 Apr 2024 | 18:18
Bakıda yol qəzası sıxlığa səbəb olub
16 Apr 2024 | 18:16
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
16 Apr 2024 | 18:10
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
16 Apr 2024 | 18:08
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
16 Apr 2024 | 18:07
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
16 Apr 2024 | 18:03
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
16 Apr 2024 | 17:57
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
16 Apr 2024 | 17:54
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
16 Apr 2024 | 17:48
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
16 Apr 2024 | 17:46
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
16 Apr 2024 | 17:45
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
16 Apr 2024 | 17:42
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
16 Apr 2024 | 17:40
Qan laxtalanması riski kimlərdə olur?
16 Apr 2024 | 17:38
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
16 Apr 2024 | 17:35
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
16 Apr 2024 | 17:30
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
16 Apr 2024 | 17:26
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
16 Apr 2024 | 17:23
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
16 Apr 2024 | 17:19
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
16 Apr 2024 | 17:19
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
16 Apr 2024 | 17:15
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
16 Apr 2024 | 17:10
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
16 Apr 2024 | 17:05
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
16 Apr 2024 | 17:00
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16 Apr 2024 | 16:56
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16 Apr 2024 | 16:52
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16 Apr 2024 | 16:48
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16 Apr 2024 | 16:44
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16 Apr 2024 | 16:40
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16 Apr 2024 | 16:35
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16 Apr 2024 | 16:30
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16 Apr 2024 | 16:25
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
GÜNLÜK
16 Apr 2024 | 00:06
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 00:03
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
16 Apr 2024 | 00:05
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
16 Apr 2024 | 00:06
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 00:03
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
16 Apr 2024 | 00:05
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi