“Birtəhər dolanırıq, acından ölmürük...” - Akif Çovdarovun oğlu
Oxunub: 15131
02 Dec 2016 | 10:36
“Birtəhər dolanırıq, acından ölmürük...” - Akif Çovdarovun oğlu
Son bir neçə ayda mətbuatın barəsində ən çox yazdığı şəxs heç şübhəsiz ki, hazırda məhkəməsi davam edən MTN generalı Akif Çovdarovdur. Elə gün olmur ki, məhkəmədə ifadə verən zərərçəkmişlər onun barəsində sensasion ittihamlar səsləndirməsin, istintaq onun əməlləri ilə bağlı yeni detalları cəmiyyətə açıqlamasın. 

Amma bu məlumatlardan ən çox narazı qalan A.Çovdarovun ailə üzvləridir. Xüsusən də oğlu Ruslan Çovdarov sosial şəbəkədəki statusunda zaman-zaman öz etirazını səsləndirir. “Bu narazılıqları səsləndirməsi, eləcə də bizim suallarımıza cavab verməsi üçün bir neçə gün sosial şəbəkə vasitəsilə müsahibə üçün israr etdik. 

Bir gün məhkəmə,  başqa bir gün atası ilə görüş... Söhbətimiz uzansa da, axırıncı dəfə “mən bu gün atama istədiyi kitabları almaq üçün kitab mağazasına gedəcəm, vaxtım yoxdur”, cavabını verdi. Dediyi saatda AVM-lərdən birində yerləşən kitab mağazasına getdik və budur, üz cizgiləri eynən A.Çovdarova bənzəyən gənc Çovdarov kitab seçir. Detektiv kitab bölməsində... Bunun özü də bir başqa söhbətin mövzusudur. 

Ruslan bəylə bulvardakı çayxanalardan birində oturub, bizi, sizi maraqlandıran bütün suallara cavab tapmağa başladıq. Təbii ki, öncə atasının səhhəti barədə danışdıq. 

- Çoxdandır atanızla görüşmək imkanı əldə etmirdiz. İndi vəziyyəti necədir? Necə keçdi görüş? 

- Görüş üçün müəyyən edilmiş vaxt olur. Ayda iki-üç dəfə, 10 gündən bir... Sağ olsunlar, atamın səhhətini nəzərə alıb, görüş təşkil edirlər. Dünən də görüşdüm. Bildiyiniz kimi, səhhəti çox pisdir. Başlatdığı aclıq aksiyası davam edir. Bu insan gün ərzində 200-250 qram su içir. Görə də bilərlər, bir qram sovqat da aparmırıq. Atam ancaq su içir. Buna da səbəb odur ki, ağrıkəsici dərmanlar qəbul edir. Susuz olmaz. 

- Yeməkdən imtina edib... 

- Bəli, tələbləri yerinə yetirilmədiyinə görə. Bu gün onu ayaqda saxlayan sudur. 

- Nə qədərdir davam edir bu aksiyası?
 
- Bir ay olar. 

- Oxuculara xatırladaq. Nədir tələbləri? 

- Səhhəti ilə bağlı ekspertiza keçirilsin. Ekspertizada öz yerli həkimlərimizlə yanaşı, xaricdən də həkimlər iştirak etsinlər. Xaricdən həkimləri öz vəsaitimiz hesabına gətirməyi təklif etmişik. İstər Türkiyə, istər Gürcüstan, istər Rusiya olsun. Amma daha yaxşı olardı ki, Almaniyada onu əməliyyat edən xəstəxananın həkimini də gətirtsinlər. Amma məhkəmə onun bu vəsatətini təmin etmədi, razı olmadılar. 

- Ailə üzvlərinizin müsahibəsindən belə aydın olur ki, Akif Çovdarovun səhhəti kritikdir. Ödü çıxarılıb, bəzi orqanları köçürülmədir. Niyə belədir ki, mənzərə? Səhhəti niyə bu formadadır? 

- Əlbəttə. Onun köynəyinin qabağını açan hər kəs sinəsində əməliyyatların yerini görər, heç epiqrizə də ehtiyac qalmaz. Boğazından aşağıya qədər kəsiyi var. 2006-cı ildə ürəkdən, şuntlama əməliyyatı keçirib. Dörd damarı dəyişdirildi. Ondan sonra iki dəfə şok vəziyyətinə düşdü, şok aparatı ilə ayıltdılar. Bu yaxınlarda ürək ritminin pozulmasından əziyyət çəkirdi. Almaniyada olanda həkimlərə müraciət etdik. 

Dedik ki, ürək ritminin düzənlənməsi üçün şok aparatından istifadə etsinlər. Həkimlər bizə bunu etməməyi məsləhət gördülər. Dedilər ki, şok aparatından istifadə etsək, ayılmaya bilər. Sonra 2011-ci ildə mədəsinin yuxarı hissəsində onkoloji xəstəlik tapıldı. Əvvəl fikirləşdik ki, mədəsinin həmin hissəsini götürsünlər. Amma iki-üç ay həkimlər kimya terapiyası (“ximoterapiya”)  məsləhət gördülər. Ondan sonra isə həkimlər mədəni bütöv götürməyi uyğun bildilər. Mədəsi bütöv götürüldü. Ödü də yaxşı işləmirdi. Həkimlər dedilər ki, o ki əməliyyata girir, ödü də işləmir, elə ödünü də birdəfəlik götürək.

“Yoldan keçən adamları tutub, Akif Çovdarovun üzünə qoyurlar”


- O zaman daim dərmanlarla yaşayırdı... 

- Əlbəttə. İşdə olanda evdən xüsusi yeməklər hazırlanıb göndərilirdi. Xəstəliyi ilə əlaqədar həkimin məsləhət gördüyü, pəhriz xarakterli yeməklər. Tez-tez, az-az yemək... Dərmanları da onun kimi. Daim həkim nəzarətində idi. Amma indi təəssüf ki, bizim onun durumunu əvvəlki kimi həssaslıqla nəzarət altında saxlamağımız mümkün deyil. Həftədə bir dəfə ona yemək aparırıq. Həmin boyat yeməyi həftə boyu yeyə bilməz. Mədəsi də yoxdur. Bağırsaq birbaşa qida borusuna birləşdirilib. Bu halda da ona boyat yemək və ya qeyri-ev yeməyi olmaz. 

- Atanızın adı bizə, mətbuata illər öncədən tanış idi. Elmar Hüseynovun qətli, Aqil Xəlilin döyülməsi  məsələlərində adı ən çox hallanan şəxslərdən idi. Biz onun fotolarını da məhz Aqil Xəlil döyülən ərəfədə gördük və yaydıq. Öncə onu soruşum: atanızla bağlı mediada yaranan imiclə razısızmı? Onun həqiqi imicinə nə qədər uyğundur? 

- Deyərdim ki, atamla bağlı formalaşdırılan imic onun gerçək imici ilə tamamən ziddiyyət təşkil edir. Açığı, mən o adını çəkdiyiniz şəxslərlə, olaylarla bağlı rəy vermək də istəmirəm. Çünki mənim bu işlərdən xəbərim yoxdur. Amma bir məqamı nəzərinizə çatdıracam: ittiham aktları hər birinizdə var. İttihamların içində nə ölüm işi, nə adam bıçaqlama, nə yaralama işi yoxdur. Məhkəmələrin gedişindən də görürsüz. O qədər “zərərçəkən”lər üzə çıxıb ki. Hələ bundan sonra da çıxacaq. Az qala yoldan keçən adamları tutub, Akif Çovdarovun üzünə qoyurlar. Sizcə, Akif Çovdarovla bağlı ölüm işi olsaydı, bunun üçün də saxta şahidlər tapıb, onun üzünə qoymazdılarmı? İlk növbədə bu məsələnin şişirdilməsində maraqlı olardılar. 

- Hər halda, bunlar siyasi işlərdir... 

- Bilmirəm. Mən versiyamı dedim. 

- Aqil Xəlil olayı mənim dəqiq yadımdadır. Jurnalist atanızın şəklini çəkmişdi və iddia etmişdi ki, onu “şnur”la boğmağa çalışan Akif Çovdarov idi. Yadınızdadır o hadisə? 

- Eşitmişdim. Mən o vaxt burda deyildim, amma eşitmişdim. 

- Atanızla bu haqda danışmışdız heç? O nə deyirdi bu haqda? 

- O məsələnin necəliyini bilmirəm. Amma siz özünüz təsəvvür edin ki, birincisi, bu adam MTN-də yüksək vəzifədə olan adam idi. Polkovnik idi onda. Aqil Xəlilsə onda heç jurnalist deyildi, “stajor” idi. Yəni siz nə dərəcədə ağlabatan hesab edirsiz ki, MTN-in polkovniki, canlı-cəsədli adam düşsün jurnalistin dalınca, onu tutub, döysün? Bu, mümkün idimi, sizcə? 

- Hər halda, həmin vaxt Aqil Xəlil çox təhlükəli bir hadisənin üstünü açmışdı və bu qəzəbə səbəb olmuşdu... 

- (Etiraz edir) Xanım, orda təhlükəli hansı hadisə var idi? Yazırdılar ki, Akif Çovdarov Zeytunluqda torpaqlar alır. İstintaq həmin vaxt da araşdırdı. Gedin siz də maraqlanın. Akif Çovdarovun adına Zeytunluqda torpaq sahəsi olubmu, varmı? 

- O vaxtdan bu vaxta qalarmı? Başqasının adına keçirmə ehtimalı da var... 

- Hər bir sənədin kökü var. Torpaq mənim adımadırsa, bunu sonradan kiminsə adına keçirirəmsə, onun kökündə qeyd olunur ki, əvvəl kimin adına olub. Ona görə də Aqil Xəlillə bağlı hadisəni mən jurnalist fantaziyası hesab edirəm. Populyarlaşmaq, süni ajiotaj yaratmaq üçün atamın adından istifadə etdilər. Aqil Xəlilin bıçaqlanmasına gəlincə, əgər gerçəkdən elə bir şey olsa, indi cinayət işində bu hadisənin də adı olardı. Əgər o gerçəkdən bıçaqlanmışdısa, gəlib şikayət edərdi. 

- Onun şikayətləri olub müvafiq orqanlara. Avropa təşkilatlarına... 

- Olubsa, cinayət işində adı olardı bu hadisənin. Mən bu olayı atama sığışdırmıram. İnanmıram ki, belə bir şey ola bilər. 

- Bəs Akif Çovdarovu əslində niyə həbs ediblər? Sizin versiyanız nədir? 

- Mən ona nə deyim? Bu, siyasi söhbətlərdir və mən buna qarışmayacam. 

- Hazırda atanızın davam edən məhkəməsinə jurnalistlər buraxılmır. Əvvəl belə versiya vardı ki, özü və ailəsi jurnalistlərin prosesdə iştirakını istəmir... Əslində ailənin bu məsələdə mövqeyi nədir? 

- Bizim vəkillər bir neçə dəfə vəsatət qaldırdılar ki, media prosesdə iştirak etsin. Amma vəsatət qəbul edilmədi. Medianın iştirakı mənim üçün də xoş olardı. İçəridə baş verənləri, yalançı zərərçəkmişlərin nə qədər saxtakar ifadə verdiklərini bütün ictimaiyyət görərdi. Bu gün jurnalistlər prosesdən çıxan vəkillərdən müsahibə alırlar. Amma vəkillər deyir ki, jurnalistlərə bir kitablıq söz danışırıq, gedib üç cümlə yazırlar. Bununla ictimaiyyətə necə məlumat verə bilərsiz ki, gerçəkdən içəridə nə baş verir? Ya da içəridə kiminsə adamı, diktofonu var. Onlar da istədikləri kimi yazıb verirlər məhkəməni. 

- Hansı media orqanını nəzərdə tutursuz? 


- Özünüz yaxşı bilirsiz, kimlər məhkəməni necə yazır. Günün sonunda geniş yazan saytlar var. Özləri də etiraf edirlər ki, bizim içəridə müxbirimiz oturub, diktafonumuz var. 

- Bunun nəyi sizə ziyandır ki? İçəridə heç olmasa bir müxbir var və olanları yazır... 

- Ziyan odur ki, həmin media orqanları istədikləri kimi yazırlar. Nəyi istəsə, ixtisar edir, nəyi istəsə, əlavə edir. 

- Həmin məqamlara qayıdacağıq yenidən... Amma mən sizin barənizdə də danışmaq istəyirəm. Bu günə qədər Ruslan Çovdarovun adı mətbuata tanış deyildi. Son bir neçə ayda verdiyiniz müsahibələr və sosial şəbəkədəki aktivliyiniz sizi cəmiyyətə tanıtdı. Bəs bu günə qədər siz nə işlə məşğul idiz? Kimsiniz, təhsiliniz, işiniz... Qısaca özünüzü oxuculara tanıdın, mümkünsə... 

- 34 yaşım var. Mən son bir ildə heç bir işlərə qarışmırdım, yazılara reaksiya vermirdim, status paylaşmırdım. Amma son dövrlər cəmiyyətdə atamın adını ifrat dərəcədə şişirdib, onun barəsində qorxunc obraz yaratdılar. Bu zaman istər-istəməz insan bunu özünə sığışdırmır. Jurnalist yazısı oxunsun deyə, yazının içindən bir dəxli olmayan cümləni götürüb başlığa qoyur və yanlış rəy yaradır cəmiyyətdə. 

İnsanlar da çox vaxt başlığı oxuyur, yazının içinə baxmırlar. Beləliklə, səhv təəssürat yaranır atamla bağlı. Qorxunc adam kimi təqdim edirlər atamı. Çox adam da yazının başlığını görüb, atam barədə pis fikirlər, şərhlər yazır. Bir-iki dəfə fikrimi bildirdim bu barədə. Özümə gəlincə, atam vəzifədə olanda da, özüm vəzifədə olanda da çalışmışam hər zaman qalmaqaldan uzaq olum. ə

- Harda təhsil almısız? 

- İqtisadiyyat Universitetində. 

- Xaricdə oxumamısız? 

- Xaricdə kurslarda olmuşam. 

- Mən sizin Oksford Streetdə şəkillərinizi görmüşəm sosial şəbəkədə. Düşündüm ki, yəqin təhsilinizdə bir Oksford izi də var. 

- Xeyr, orda MBA proqramlarında olmuşam. İkinci təhsilimi burda, Bakı Dövlət Universitetinin hüquq fakültəsində almışam. 

- Özünüzsə Milli Məclisdə sektor müdiri işləmisiz. 34 yaş üçün böyük vəzifə sayılır. Müsabiqədən keçmisiz, ya tanışlıq, atanızın əlaqələri vasitəsilə işə düzəlmisiz? 

- Birincisi, 34 yaş heç də az yaş deyil. İkincisi də, dövlət qulluğuna işə düzələndə müsabiqədən keçilir və mən keçdim. Mən də orda ilk növbədə məsləhətçi vəzifəsinə təyin edildim. Hər 5 ildən bir attestasiya keçirilir. Mən də o attestasiyanı keçdim. 2012-ci ildə iqtisadi qanunvericilik şöbəsində mülki hüquq üzrə qanunvericilik sektorun müdiri olmuşam. 

- Amma indi işdən çıxarılmısız... 

- Bəli. 

- Hadisələrdən dərhal sonra, ya necə? 

- (Gülür). Hə, bu, bir qədər qarışıq məsələ oldu. Mən artıq dövlət işindən özüm çıxmaq istəyirdim ki, biznes və sahibkarlıqla məşğul olum. 2015-ci ilin may ayı idi. Şifahi də bildirmişdim işdən çıxmaq istədiyimi. Sonradan yazılı ərizəmi də yazmışdım. 

- O zaman MTN olayları baş verməmişdi... 

- Xeyr, may ayı idi hələ. Həmin vaxt həm evdən, həm də işdən mənim bu qərarıma etiraz etdilər. Atam da istəmirdi mənim işdən çıxmağımı. İşdə də razı deyildilər deyə ərizəm baxılmamış qaldı. 2015-ci il oktyabrın 20-21-i idi, dəqiq xatırlamıram, Eldar Mahmudov artıq vəzifəsindən çıxarılmışdı. Amma atam hələ işində qalırdı, 6-cı baş idarənin rəisi idi. Mənə Kadrlar Şöbəsinin rəisi zəng vurub görüşə çağırdı. Dedi ki, sizin ərizəyə artıq baxıldı, işdən çıxmaq istəyirsizsə, çıxa bilərsiz. Mənim özüm də çıxmaq istəyirdim, düzdür. Amma həmin anda olması mənə də təsir elədi. Sonucda öz ərizəmlə işdən çıxmış sayılıram. İşdən çıxarılanda atam vəzifədə ola-ola heç bir özünə hörmət edən telekanal etmədiyi hərəkəti ANS sensasiyalı xəbər etdi. “Ruslan Çovdarov işdən qovuldu”, “Akif Çovdarov həbs edildi”. Halbuki atam ondan sonra bir ay vəzifəsində qaldı. Ruslan Çovdarov nazir idimi və yaxud nə böyük vəzifəsi var idi ki, işdən çıxarılmağım ANS üçün bu qədər maraqlı mövzu olsun. ANS kanalında Akif Çovdarovla bağlı verilişə qədər belə hazırladılar. Hətta evinin qapısına qədər müxbirlərini göndərdilər. Niyə məhz Çovdarov? ANS-in bizim ailəyə vurduğu mənəvi ziyanı Allah bağışlamadı və nəticəsinin nə olduğuna da hamı şahid oldu.

- Bəs işdən çıxarılandan sonra nə işlə məşğulsuz?
 
- Heç nə. Mən faktiki bir ildir ki, işsizəm. 

- Necə və nəylə dolanırsız? 

“ANS-in bizim ailəyə vurduğu mənəvi ziyanı Allah bağışlamadı və nəticəsinin nə olduğuna da hamı şahid oldu”


- Allaha şükür, birtəhər dolanırıq. Acımızdan ölmürük. İndi mənim də, ailəmizin də bir nömrəli qayğısı atamdır. Mənim yeni iş görməyə nə maddi imkanım var, nə də fiziki. Atam türmədədir, ailədən türmədə birinin olması isə ciddi qayğılar deməkdir. Dövlət işində işləmək isə... (gülür) Artıq mümkün deyil. 

-Evin tək oğlusuz. Amma ailə üzvlərinizin adı bu yaxınlarda mətbuatda daha çox hallandı. Daha çox əmlak siyahısı yayımlananda. Məlum oldu ki, bazarın yarı hissəsi bacınızın adına idi. Başqa əmlaklar ananızın, sizin adınıza olub və sair. Bu qədər əmlakı atanız ailə üzvləri arasında bölüb? 

(ardı var, musavat.com)
Oxşar xəbərlər
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında bir nəfər batıb
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
GÜNLÜK
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu