Xəbər lenti
22/11/2017 [16:40]:
Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanlar ağır vəziyyətdə Bakıya gətirildi
22/11/2017 [16:35]:
Əflatun Amaşov gələn il onlayn mediaya büdcədən 1 milyon manat vəsait ayrılmasını istədi
22/11/2017 [16:13]:
Anar Nağılbazın keçmiş həyat yoldaşından reperlə bağlı dəhşətli etiraflar - Ürək dağlayan "Votsap" mesajı - FOTOFAKT
22/11/2017 [16:12]:
Bu kəndə köçənlərə 70 min dollar veriləcək
22/11/2017 [15:57]:
Azərbaycanın bu ərazilərində zəhərli rodon qazı təhlükəsi böyükdür- Xəbərdarlıq
22/11/2017 [15:53]:
Türkiyənin başının bəlası olan azərbaycanlı kimdir? Rza Zərrab haqqında MARAQLI FAKTLAR
22/11/2017 [15:49]:
Qubada adı "Qırmızı kitab"a düşən ayını ovlayan şəxslər yaxalandı
22/11/2017 [15:42]:
Dünyada insanları heyrətləndirən 3 heykəl- FOTOLAR
22/11/2017 [15:37]:
Süleymana qalan dünya - Fransada həbs edilən ləzgi milyarder kimdir?
22/11/2017 [15:22]:
“Bizdə Mədəniyyət Nazirliyi yoxdu” Fuad Poladovla MÜSAHİBƏ
22/11/2017 [15:21]:
“Fikrət Sadığın xatirəsini yaşatmaq üçün adına mükafat təsis etdik” – Orxan Fikrətoğlu
22/11/2017 [15:18]:
ADU-nun təşkilatçılığı ilə dəyirmi masa keçirildi
22/11/2017 [15:16]:
Soyqırım törətməkdə təqsirləndirilən general ömürlük həbsə məhkum edildi
22/11/2017 [15:10]:
İşlə təmin edilməmiş köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına aydınlıq gətirilib
22/11/2017 [15:05]:
Ramiz Mehdiyevin müavinləri vəzifələrini itirdilər
22/11/2017 [15:02]:
"Neftçi"nin sabiq məşqçisi lotereyadan maşın uddu - FOTO
22/11/2017 [14:58]:
"Qarabağ problemini yalnız Rusiya həll edə bilər" Ərdoğandan növbəti acı etiraf
22/11/2017 [14:55]:
Azərbaycan ədliyyəsində islahatların müasir mərhələsi...
22/11/2017 [14:51]:
Ağdamda partlayış: Yaralılar var
22/11/2017 [14:50]:
Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… – SUMQAYITDA – TƏFƏRRÜAT
22/11/2017 [14:47]:
“Vicdan haqqı”nın Nərmini: "Onunla evlənməyimizi istəyənlər var"
22/11/2017 [14:42]:
İbrahim Şehiçə ağır cəza...
22/11/2017 [14:38]:
AMEA-nın tədqiqatçıları və elmi işçiləri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb
22/11/2017 [14:36]:
"Xəzər"in aparıcısı canlı efirdə qıza evlilik təklif etdi - Qeyri-adi olay - VİDEO
22/11/2017 [14:36]:
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır - FOTO
22/11/2017 [14:33]:
Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir
22/11/2017 [14:26]:
“Heç bir yaradıcı işimi Cavanşir Quliyevsiz təsəvvür etmirəm”- Yubiley təbriki
22/11/2017 [14:26]:
"İnsaların icbari tibbi sığortaya ehtiyacı var"
22/11/2017 [14:25]:
Növbəti qlobal maliyyə böhranı qaçılmazdır - BƏD XƏBƏR
22/11/2017 [14:21]:
"Yəqin ki, iddialı insanlar və partiyalar prezident seçkilərində iştirak edəcəklər" Məzahir Pənahov
22/11/2017 [14:09]:
“Bu səfər Pakistanla Azərbaycan arasındakı hərbi əməkdaşlığın inkişaf göstəricisdir”
22/11/2017 [14:06]:
Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək
22/11/2017 [14:05]:
Professor Azad Bayramov: "Tələbə hərtərəfli biliyə malik olmalıdır"
22/11/2017 [13:26]:
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
22/11/2017 [13:05]:
ADAU-da “Yalama Aqropark” MMC ilə Anlaşma Memorandumu imzalandı
22/11/2017 [12:53]:
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
22/11/2017 [12:50]:
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
22/11/2017 [12:46]:
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
22/11/2017 [12:44]:
Türkiyə vətəndaşını öldürürək satanist ritualı ilə yandıran azərbaycanlı tutuldu
22/11/2017 [12:43]:
"Lotu Quli"nin qohumu məhkəmədə ifadə verdi
22/11/2017 [12:42]:
Azərbaycanın Batumidəki Baş konsulu şəhərinin yeni seçilmiş meri ilə görüşdü
22/11/2017 [12:41]:
"Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir" - Gürcüstan prezidenti
22/11/2017 [12:34]:
Dilqəmin xilas etdiyi qadın: "Onu Kəlbəcərə biz göndərdik" – VİDEO
22/11/2017 [12:28]:
"Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır"
22/11/2017 [12:24]:
"Büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir"
22/11/2017 [12:13]:
Akif Nağı beynəlxalq konfransda iştirak üçün Tehrana getdi
22/11/2017 [12:12]:
Bu ölkədə orta temperatur -7 dərəcədədir "Yaşıl ölkə" ilə bağlı ARAŞDIRMA
22/11/2017 [12:11]:
“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır – FOTO
22/11/2017 [12:08]:
Kapital Bank “Şəffaf vergi partnyorluğu statusuna” layiq görülüb
22/11/2017 [12:02]:
ƏƏSMN-də Afşan Xanla görüş keçirildi
22/11/2017 [11:58]:
Hacı İbrahim Nehrəmlinin övladlarının dəbdəbəli həyatı: Milyonluq maşınlar, qızlar... - FOTOLAR
22/11/2017 [11:58]:
“Böyük təmizləmə gözlənilir: məmur və oliqarxlar hər şeylərini itirəcək...”- Seçkiöncəsi...
22/11/2017 [11:56]:
“Bako Saakyanın Fransa səfərinin siyasi yükü sıfırdır”
22/11/2017 [11:48]:
Azərbaycanda 35 yaşadək elmlər doktoru olanlara mükafat veriləcək 5000 manat
22/11/2017 [11:36]:
ABŞ Dağlıq Qarabağdakı separatçıları maliyyələşdirməyi dayandırmalıdır - The Washington Times
22/11/2017 [11:16]:
ADPU-da Tələbələrin I İfaçılıq və Yaradıcılıq Müsabiqəsinin qaliblərinin konserti keçirilib
22/11/2017 [11:13]:
Dövlət Komitəsi qərəzli və şantaj xarakterli yazılarla bağlı məlumat yaydı
22/11/2017 [11:03]:
Tanınmış şəxslər Fədayə Laçının azad olunması üçün prezidentə və vitse-prezidentə müraciət etdi
22/11/2017 [10:52]:
Bakıda avtobus qəzaya düşdü: Yaralılar var – FOTO
22/11/2017 [10:49]:
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək
22/11/2017 [10:47]:
Bakıda "BMW X5" dəhşətli qəza törətdi: Ölən var
22/11/2017 [10:43]:
Azercell” və Vergilər Nazirliyi arasında qarşılıqlı iddialarla bağlı məhkəmə qərarı elan olundu
22/11/2017 [10:38]:
Silah və narkotik satan şəxslər yaxalandı - Bakıda əməliyyat
22/11/2017 [10:35]:
Çin yeni amfibiya-tankını təqdim etdi - VİDEO
22/11/2017 [10:33]:
Sərkisyanın Qarabağ mövqeyini bölüşmürük - Barseqyan
22/11/2017 [10:29]:
Üç erməni hərbçi öldü, biri yaralandı
22/11/2017 [10:15]:
"İndi biz Şəhid ailələrinə və Qarabağ qazilərinə nə cavab verək...?"
22/11/2017 [10:01]:
Sərdar Ortaç Könül Xasıyevanın mahnısını oxuyacaq
22/11/2017 [09:54]:
Kamran Əliyev: “Ölkəmizdə buraxılış ili 30-40 ildən yuxarı olan nəqliyyat vasitələri hələ də istismar olunur”
22/11/2017 [09:52]:
"Bu təşkilatı Türkiyəni çökdürmək üçün SSRİ yaradıb" – Şərh
22/11/2017 [09:46]:
Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək
22/11/2017 [09:42]:
"Hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər"
22/11/2017 [09:37]:
Ədliyyə naziri: Bələdiyyələrlə bağlı cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib
22/11/2017 [09:35]:
Bu gün 3 prezident Soçidə Suriyanın taleyini həll edəcək
22/11/2017 [09:34]:
Haram vərdişlər insanı tez qocaldır...- Avropa alimləri
22/11/2017 [09:31]:
"Rus silahının gücünü göstərdik" - Putin
22/11/2017 [09:30]:
Ədliyyə naziri: "İki şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar olduğunu göstərib"
22/11/2017 [09:29]:
Məhərrəm Əliyev: "Cinayət Məcəlləsinə 300-ə yaxın mühüm dəyişiklik edilib"
22/11/2017 [09:09]:
Eldar Mahmudovun şərti var: istintaqa gizli gələcək
22/11/2017 [09:04]:
Tiflisdə antiterror əməliyyatı: atışma və partlayış səsləri eşidilir - YENİLƏNİB
Bütün arxiv bir sırada
23/12/2016 [15:59] - Ədəbiyyat - ( 1256 dəfə baxılıb)

Təbiət yetkin bədənimin diliylə danışırdı – Romandan parça



Moderator.az  Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanından növbəti parçanı təqdim edir.

 

Avtobioqrafik roman

 


 Romandan parça (I)

Romandan parça (II)

Romandan parça (III)

 Romandan parça (IV)

 

 

Yavaş-yavaş həyatın dilini öyrənirdim. Bəzən mənə elə gəlirdi bu dünyaya yalnız anamın əmrlərini yerinə yetirmək, qardaşlarıma sözsüz itaət göstərmək, bir də dərs oxumaq üçün gəlmişəm. Böyüdükcə təbiət yetişkin qız bədəninin diliylə başqa dünyaların da var olduğunu qulağıma pıçıldayırdı.

 

Orta məktəbi bitirməyimə bir il qalmışdı. Böyükdən kiçik qardaşım Kamil çox yaxşı riyaziyyatçı idi. Könlünə düşəndə hərdən ali məktəbə uşaq hazırlaşdırardı. Onun yetişdirdiyi abituriyent yüksək nəticə göstərərdi.

 

Qonşu kənddən ali məktəbə imtahan verməyə hazırlaşan iki dostun üç aya yaxındı qardaşımın yanına gəlib getdiyini bilirdim. Amma bu müddətdə onların üzünü görməmişdim. Dərsdən sonra mən bir gün musiqi məktəbinə, bir gün də şahmat məktəbinə gedirdim. Hərdənbir kəndin içində üzündə yanıq yeri olan bir oğlanla rastlaşırdım. Hər dəfə də içimdən keçən bir fikir ildırım sürətiylə beynimə vururdu: öz-özümə deyirdim, ilahi, bu gözəl oğlanı hansı qız sevəcək bu sifətlə?..

 

Axşama yaxın evə qayıdardım. Günün qalan saatlarında nənəmin tapşırıqlarını ancaq yerinə yetirərdim. Nənəmə də ki, bir batalyon əsgər versəydilər, hamısına bizim evdə iş tapardı.

 

İsti yay öz axarıyla gedirdi. Hər iki məktəbimdə dərslər bağlanmışdı, artıq evdən heç yerə çıxa bilmirdim. Kamilin hazırlaşdırdığı oğlanların imtahana gedəcəyini səbirsizliklə gözləyirdim, çünki bundan sonra qardaşım məni yaylağa aparacaqdı.

 

Bir gün yenə həyətdəki yay mətbəximizdə gilənar mürəbbəsi bişirirdim. Qocalıb əldən düşmüş nənəm hanasında palaz toxuyurdu. Tez-tez əlimi boşaldıb onun qəlyanını odlayırdım, bəzən qəlyanı nənəmlə şərikli sümürürdük. Qardaşım öz otağında yenə tələbələriylə məşğul idi. Birdən o, başını pəncərədən uzadıb:

 

– O təzə mürəbbənlə bizə Allah yolunda bir çay gətirəsən bəlkə, – dedi.

 

Nənəmin qəlyanını təzəcə sümürüb qurtarmışdım. Üstümdə tütün iyi, ağzımda şirin bir tənbəki dadı qalmışdı.

 

Qorxurdum ki, çayı tez aparsam, iyi hiss eləyərlər. Həm də, düzü, bu istidə kiməsə çay aparmaq heç ürəyimcə deyildi. Stəkanları bir siniyə düzüb ayağımı sürüyə-sürüyə, könülsüz-könülsüz qardaşımın dərs verdiyi otağa apardım. Qapını açan kimi elə bildim məni ilan çaldı. Mənim gəlişimə qardaşımla birgə o iki nəfər də başını qaldırdı. Həmən üzüyanıq oğlanı görəndə dünya başıma fırlandı. Deyəsən, elə o da mənim qədər təəccübləndi. Mən stəkanları masanın üstünə düzüb, tələsik içəridən çıxdım. Çıxdımsa da, fikrim-xəyalım içəridə qaldı. Az sonra nənəmi yanlayıb, bu oğlanların hardan, kim olduqlarını soruşdum. Nənəm çiyinlərini çəkib:

 

– Get onu qardaşından soruş, – dedi. – Bunlara bənd olub səni bişirdi aranın cırhacırında.

 

İçimdə baş açmadığım duyğular oynaşırdı. Daha heç nə barədə düşünə bilmirdim. Gözüm Kamilin dərs dediyi otağın pəncərəsində qalmışdı. Qəbul imtahanlarının başlanmağına hələ bir ay vardı, deməli, bu oğlanlar hələ bir ay gəlib-gedəcəkdilər. Mən də bu bir ayı gün saya-saya gözləməliydim.

 

Dostu üzüyanıqdan qəşəng, boylu-buxunlu idi. Onlar gəlib-gedənəcən mən qapıda-bacada qalırdım. Başımdan tutan aramsız güclü ağrılar məni tərpənməyə qoymurdu. Heç nəyə baxmadan nənəmin qulluğunda yenə də sevə-sevə dururdum. Yazın burnu dəlinəndə anam həmişəki kimi barxanasını, üstəlik də, hər bacı-qardaşının bir uşağını götürüb yollanmışdı dağlanmağa, həmişəki kimi məni nənəmin üstünə atıb getmişdi. Bu səfər təkcə nənəmin yox, həm də başıma ilk dəfə gələn məhəbbət adlı fəlakətin…

 

O yay mənim amansız taleyim baltasını itiləməyə başladı. Onu ilk dəfə məktəb yolunda görmüşdüm. Kiçik əmimin oğluyla birgə dərsdən evə qayıdırdıq. Qarşıdan bir maşın asta-asta gəlirdi. Qəfildən əmim oğlu qayıtdı ki, Bircə, maşının içinə bax… Mən başımı qaldıranda gün işığı gözlərimə düşdü deyə maşındakıları görmədim. Ardınca da maşın böyrümüzdən ötüb keçdi, yenə bir şey seçmədim. Nə demək istədiyini soruşanda əmim oğlu dilləndi:

 

– Sürücü göyçək oğlandı, amma hayıf ki, üzündə iri bir ləkə var…

 

Əmoğlunun bu adama belə ürəkdən yanması məndə də ona qarşı azacıq maraq doğurdu. Nədənsə hələ axıra çatdırmadığım “Ovod”un qəhrəmanını xatırladım. Evə çatana qədər əmim oğlu bu yad adamı, onun sifətindəki yanıq yerini unutmağıma imkan vermədi.

 

Aradan təxminən bir həftə keçmiş günün isti vaxtı kitabxanadan qayıdırdım. Yanımdan ötən maşına ötəri bir nəzər saldım: gülümsəyən bir cüt göz şüşənin arxasından gözlərimə zillənmişdi. Bir anlıq elə bildim adam kimdisə qohumlarımdandı, ona görə də üzümə xəfifcə bir təbəssüm işığı qondu. Bir də boylananda adamın sol yanağında böyük bir yanıq yerinin olduğunu gördüm. Yerimdə donub qaldım, əmim oğlunun o gün dedikləri yadıma düşdü.

 

Dostu daha məhrəm baxışla üzümə baxardı, ancaq mənim ondan çox üzüyanığa qanım qaynayırdı. Artıq dostların adlarını, kimliklərini də öyrənmişdim – onun adı Əli, dostunun adı Kərim idi. Bu neçə gündə onlarla baxışa-baxışa doğmalaşmışdıq. Tez-tez bir bəhanəylə onların dərs aldığı otağa girib-çıxırdım, hər dəfə də gözlərimiz bir andaca tapışıb görüşürdü. Daha imtahanlara qədərki günlərin tez gəlib-keçməsini istəmirdim, vaxt bitəndən sonra onu bir daha görməyəcəyimi düşünəndə az qalırdım havalanım.

 

Bir yandan da isti məni haldan salmışdı, burnumun qanı, başımın ağrısı kəsmirdi. Ancaq bu ağrılar içində ürəyim dipdiriydi, gözlərim dil açıb danışırdı. Bir gün də mən çay stəkanları düzülmüş sinini pəncərənin qabağına qoyub masanın üstünü siləndə Əli boşaltdığı siqaret qutusunun qapağını külqabıya atdı. Otaqdan çıxandan sonra mən külqabını zibil vedrəsinə boşaltmadım, siqaret qutusunun qapağını əlimə alıb oyan-buyana çevirdim. Qapağın iç üzünə “Sən niyə belə gözəlsən” yazılmışdı. Yazını oxuyan kimi içimdən qopan zəlzələ məni yerimdən oynadıb nənəmin taxtına çırpdı. Az sonra özümü düzəldib nənəmin divardan asdığı daş güzgünün qabağına qaçdım. İlk dəfə içimdən belə bir sual keçdi: doğrudanmı mən gözələm? Nə qədər axtarsam da, özümdə bir gözəllik tapa bilmədim. Bəlkə heç o bunu məni düşünüb yazmamışdı? Ya bəlkə heç yazan o deyildi?..

 

Səhəri dostu Kərim tək gəldi. Qardaşımın ayrı işi vardı deyə məşğələyə yubanırdı, tapşırıqları yazıb masanın üstünə qoymuşdu. Mən çay aparmaq bəhanəsiylə içəri girdim. Kərim çox mehriban danışdırdı məni, elə bil bir-birimizi uzun illərdən bəri tanıyırdıq. Cibindən dörd qatlanmış bir kağız çıxarıb o üz-bu üzünə çevirdi. Mən tez-tələsik:

 

– Əli niyə gəlməyib? – deyə soruşanda o, bir anlıq yerində quruyub qaldı.

 

Ardınca da o:

 

– Daha gəlməyəcək, – deyəndə bu səfər mən dondum yerimdə.

 

Kərim təəccüblə soruşdu:

 

– Əlini neynirsən ki?

 

Mən tutuldum:

 

– Heç, elə-belə soruşdum…

 

Kərim bir az acıqlı, bir az da pərt görkəmlə əlindəki kağızı qaytarıb cibinə qoydu.

 

Çox-çox sonra bildim ki, o kağız mənə yazılmış sevgi məktubu imiş. Mən Əlini soruşanda dostu işin nə yerdə olduğunu anlayıb deyə məktubu verməkdən daşınıb…

 

***

 

Onun daha gəlməyəcəyini eşidəndə qanım ürəyimdən gicgahlarıma elə hikkəylə sıçradı ki, bir anda burnumdan selləndi. Ağzıma dolan qan sinəm aşağı axıb gölləndi. Əlimlə ağız-burnumu tutub özümü otaqdan çölə atdım. Beynimdən ilk keçən bu oldu ki, siqaret qutusunun qapağına yazılanı o yazmayıb.

 

Daha əlim işə-gücə yatmırdı. Həm isti aranın cəhənnəmindən, həm də içimdəki cəhənnəmdən qaçıb yaylağa çıxmaq istəyirdim. Son həftəni Kərim tək gəlib getdi. O həftə Kamil qardaşımın dərs dediyi otağa çox könülsüz çay apardım. İçəri girdikcə arabir gözüm qalibanə görkəmlə məni süzən Kərimin gülümsər gözlərinə sataşırdı. O baxışlarla Kərim özünün dostundan yüksəkdə durduğunu mənə hiss elətdirmək istəyirdi. Mən də bir ucdan içimdəkiləri nənəmin qəlyanına töküb yandırırdım.

 

O bir həftəni də başa vurandan sonra nənəmi bibimə tapşırıb qardaşımla yaylağa yollandım. Dərdindən öldüyüm dağlar bu gəlişimdə məni bir az ögey qarşıladı. Axşamların qatı dumanı, səhərlərin şaxtası canıma sinmirdi heç. Öz halımdan, əhvalımdan baş çıxara bilmirdim. Başımın güclənən ağrıları, içimdə ilan kimi qaynaşan, dilini bilmədiyim duyğuların şirin zəhəri səsimi-ünümü batırmışdı. Dizinə başımı qoyduğum dağlar indi üstümə gəlirdi. Yaylaqda keçirdiyim müddəti ölmə-diril başa vurdum. Kamillə mən gedəndən iyirmi gün sonra hamılıqla geri qayıtdıq.

 

Biz qayıdana ali məktəblərə qəbul imtahanları qurtarmışdı, qardaşımın iki tələbəsinin ikisi də istədiyi yerə qəbul olunmuşdu. Kamil bu işə bəlkə onların dədələrindən də çox sevinirdi. Uşaqların valideynləri, qohumları onu evdə oturmağa qoymurdular, hər gün qonaq aparırdılar.

 

Bir gün də Əli anası, bacısı, bir nəfər də kələ-kötür qızla (sonra bildim ki, onun əmisi qızıymış) bizə gəldi. İsti havada oğluna çay daşıdığıma görə anası mənə bir ətir bağışladı. Bu müddətdə gözlərimiz elə hey danışırdı, tərcüməçiyə-filana ehtiyacımız yox idi. Ancaq yenə də şübhə içimi yeyirdi, hərdən elə bilirdim yanılıram, özumdən nələrsə uydurub hisslərimə ötürürəm.

 

Qonaqlar durub gedəndə Əlinin əydəş-üydəş əmisi qızı ovcuma dörd qatlanmış bir kağız basdı. Ürəyim sıçrayıb dilimin altına gəldi, hər yerim zoqquldadı. Onlar qapıdan çıxar-çıxmaz özümü yıxdım nənəmin taxtına, kağızı açıb acgözlüklə oxumağa başladım. Məktubun həcmi böyük deyildi, hərçənd mən ilk sevgi məktubumun bir roman boyda olacağını gözləyirdim. Əvvəlcə kağıza yazılanları tələm-tələsik oxudum. Sonra təzədən başa qayıdıb, uşaq dilinin altına qoyduğu qəndi necə yavaş-yavaş, ləzzətlə sümürərsə, məktubu eləcə hərf-hərf oxumağa başladım. Birdən Hakim qardaşım quzğun kimi başımın üstünü aldı. Tez məktubu sinəmə sıxdım. Bir az süpürləşəndən sonra gördüm, yox, belə getsə, məktubu qorumağa gücüm çatmayacaq, ona görə də kağızı cəld bürmələyib ağzıma basdım. Hakim əl atıb çənəmi aralamaq istədi, mənsə heyim-hərdəmim tükənməmiş kağızı çeynəyib uddum. Mənim ilk sevgi məktubumun ömrü, bax, bu qədər qısa oldu…

 

ardı var

 

(Kulis)

 

...
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
"Büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir"
"İndi biz Şəhid ailələrinə və Qarabağ qazilərinə nə cavab verək...?"
"Hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Azərbaycanın bu ərazilərində zəhərli rodon qazı təhlükəsi böyükdür- Xəbərdarlıq
Cəmiyyət
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
Maraqlı
Saç tökülməsini əngəlləyən maddə kəşf edildi - Keçəllərə şad xəbər...
Araşdırma
Az yatmaq beynimizə zərər verir
Maraqlı
Fransız elm adamlarından ürək əməliyyatı ilə bağlı maraqlı araşdırma - Günortadan sonra...
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bakı aeroportunda biabırçılıq: 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi (VİDEO)
Ömrü uzadacaq qidanın adı açıqlandı - FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - Əhali evlərini tərk etdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin