Sovet rəhbərlərinin intim həyatı, SSRİ-də gizli seks - ARAŞDIRMA-FOTOLAR
Oxunub: 22081
25 Dec 2016 | 20:51
Sovet rəhbərlərinin intim həyatı, SSRİ-də gizli seks  - ARAŞDIRMA-FOTOLAR

Mixail Qorbaçovun SSRİ hakimiyyətinin sükanı arxasına əyləşməsindən sonra getdikcə istiləşən SSRİ-ABŞ münasibətləri bir çox sahələrdə özünü büruzə verirdi.

Belə sahələrdən biri də elektron və yazılı mətbuat idi. 1986-cı ildə teleaparıcı Vladimir Pozner Fil Donaxo ilə sovet-Amerika efir məkanlarını əlaqələndirən telekörpülərdən birini reallaşdırdı. İki ölkə sakinləri televiziya vasitəsilə bir-birlərinə sual verərkən ən yadda qalan məqam amerikalı iştirakçının sualına verilən cavab idi.

Atlantik okeanının o tayından SSRİ ilə maraqlanan amerikalı qadının “Bizim telekanallardakı reklamlarda hər şey seksin ətrafında cərəyan edir. Sizdə də belə reklam varmı?” ”“ sualına SSRİ təmsilçisi kimi, “Sovet qadınlarının komitəsi”nin nümayəndəsi, “Leninqrad” mehmanxanasının administratoru Lyudmila Nikolayevna “Bizdə seks yoxdur. Bunun qəti əleyhinəyik” ”“ deyə cavab verdi.

Həmin vaxtdan bu günədək belə bir məşhur ifadə qalmaqdadır: “SSRİ-də seks yox idi”. Bu həqiqətənmi belə idi? Sovet imperiyasının sıravi vətəndaşlarından tutmuş ən yüksək vəzifəli şəxsləri doğrudanmı təsadüfi intim əlaqələrə, nikahdankənar münasibətlərə yol vermirdilər? 



Moderator.az SSRİ-i rəhbərlərinin gizli intim münasibətləri haqda araşdırmanı təqdim edir:
 
Proletariatın dahi rəhbərinin sevgi üçbucağı
 
İlk öncə qeyd edək ki, imperiyanın qurucusu və rəhbəri Vladimir İliç Leninin eşq macəraları, o cümlədən arvadbazlığı haqda faktlar uzun illər olduqca məxfi saxlanılsa da, sonralar hər şey təfərrüatı ilə məlum oldu. Məlum oldu ki, Lenin hələ gənclik yaşlarından bir neçə qadınla intim həyat yaşayıb. Qızlara eşq elan etmiş Volodya sevgililərini bir neçə dəfə dəyişib.
Sürgündə yaşamış SSRİ-nin gələcək qurucusu siyasi fəaliyyətlə yanaşı, intim macəralara da baş vururdu. Onun Frosya adlı qadınla bir ilə yaxın eşq macərası yaşaması haqda söz-söhbətlər mətbuatın gündəmini uzun müddət zəbt etdi. Ulyanov evləndikdən sonra da həyat yoldaşına dəfələrlə xəyanət edib. Özü də SSRİ rəhbərinin arvadını yad qadına dəyişməsi halları bir neçə dəfə təkrarlanıb. Krupskaya ilə evli olmuş Vladimir İliçin İnessa Armandla intim münasibətləri sonuncu olsa da, birinci də deyildi. Lenin bu qadını o qədər sevirdi ki, fransızlar onu həbs edəndə SSRİ rəhbəri kimi Parisin Moskvadakı bütün nümayəndələrini məhv etdirəcəyi xəbərdarlığını səsləndirməkdən belə çəkinmədi. Leninin ciddi hədələrindən sonra sevgilisini onun özünə qaytardılar. Məşuqəsinə qovuşmuş proletariat rəhbəri arvadına onun gözləri qarşısında xəyanət edirdi.
 



Sürgündə, Kremldə seks ”“ arvadbaz Stalin
 
İki əlin barmaqlarının sayı qədər insan istisna olmaqla SSRİ-də heç kim ədəbi nəşrlərdən birində redaktor vəzifəsində çalışan, ötən əsrin 70-ci illərində televiziyada görünməyə başlayan Konstantin Kuzakovun atasının kim olduğunu bilmirdi. Kuzakov özü də bu barədə susaraq heç nə demir, soyadının və atasının saxtalaşdırılması haqda anası ilə birlikdə gizlədikləri sirrini heç kimlə bölüşmürdü.

1997-ci ildə vəfat etmiş redaktor ölümündən bir il əvvəl “Arqumentı i faktı” nəşrinə müsahibəsində “Hələ uşaq yaşlarımda bildim ki, mənim atam İosif Stalindir”- deyərək sükutu pozdu. Kuzakovun anası gənc yaşlarında həmyaşıdlarından olduqca ciddi xarakteri ilə seçilsə də, sonradan xarakterində bəzi dəyişikliklər yaranmışdı. Əvvəllər ərdə olmuş Matrena (bəzi mənbələrdə Marina kimi qeyd edilir-müəl) mahir yalançı, Arxangelsk vilayətindəki Solvıçeqodsk şəhərində sürgün həyatını yaşayan İosif Cuqaşvili tərəfindən aldadılaraq onun sevgi toruna salınmışdı.1911-ci ilin yanvarında bura sürgün edilən Stalin burada həmin qadınla tanış olur. Onların əlaqələri intim münasibətlərə çevrilir və doqquz ay sonra Konstantin dünyaya gəlir. Atası gürcü olan qarayanız körpə qadının ərindən olan sarısaç bacı və qardaşlarından kəskin seçilirdi.

Matrena uşağın adını Konstantin qoydu. Körpənin doğum haqqında sənədlərində onun atasının adı İosif yox, qadının ərinin adı Stepan qeyd edildi. Halbuki o, 2 il əvvəl dünyasını dəyişmişdi. Bir sözlə, sovetlər ittifaqının ən uzunömürlü rəhbəri olmuş İosif Stalin arvadbazlığa, intim sərgüzəştlərə hələ gənc yaşlarından, sürgündə oldugu illərdən başlamışdı. Ləqəbini dəyişib Koba kimi inqilabi fəaliyyət göstərən ailəli İosif Cuqaşvili Turuxansk diyarının Kureyka kəndinə sürgün ediləndə də dinc dayanmırdı. 35 yaşlı Koba 1914-cü ildən 1916-cı ilə qədər bu kənddə 14 yaşlı Lida Pereprıqinanın evində yaşayanda da dünyaya iki körpə göz açır. Onlardan biri körpə yaşlarında dünyasını dəyişir. 1917-ci ilin aprelində dünyaya gələn ikinci körpənin sənədlərində isə onun adı və soyadı Aleksandr Cuqaşvili kimi qeyd edilir. Lakin sonralar uşağın soyadını Davıdovla əlavə edirlər. Jandarm 14 yaşlı qızla sevişən məhkum Koba haqqında təhqiqatlara başlayır. İosif cəzasının ağırlaşmasının qarşısını almaq üçün nikahdankənar münasibətdə olduğu yeniyetmə ilə evlənəcəyinə söz verir. Koba təbii ki, sevmədiyi, sadəcə intim əlaqədə olduğu qızla evlənmir. O, Kureyka kəndini tərk edir. Sonralar başqasına ərə gedərək dünyaya daha səkkiz uşaq gətirmiş Lida dəfələrlə Stalinə məktublar yazsa da, İosif ona cavab vermir. Qadının bu məktubları bütün sirrlərin üstünü açır.
1956-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri həmin faktları xüsusi gizli məktubda ölkə rəhbəri Nikita Xruşşova təqdim edir. Atası Stalini ancaq qəzet manşetlərində görən, onun haqqında məlumatları, xəbərləri mətbuatdan oxuyan Aleksandr Davıdov, habelə Stalinin digər nikahdankənar oğlu Konstantin Kuzakov heç vaxt ataları ilə hər hansı ünsiyyətdə olmamışdılar. SSRİ rəhbəri onlarla bircə dəfə olsa belə, maraqlanmamışdı. Stalin heç nikahdan doğulan oğlanlarını sevmirdi, nəinki intim macəralardan doğulan övladlarını...
 
Rəsmi nikah və 6 abort


 
Sürgündəki macəralardan qalmayan, 25 yaşında Yekaterina Svanidze ilə evlənən Stalinin ilk qanuni nikahından növbəti oğlu Yakov dünyaya gəlir. Arvadı öldükdən bir neçə il sonra ikinci dəfə evlənən ehtiras xəstəsi Stalin Nadejda Alliluyeva ilə evlənir. Stalinin ikinci nigahından bir qızı və bir oğlu dünyaya gəlib. Lakin bu evliliyin də maraqlı intim tərəfi mövcuddur.
Nadejda Alliluyevanın tibb kartoçkasında onun 10 dəfə abort etməsi qeyd olunub. Stalinin arvadının həkimi qadının ərinin seks xəstəsi olduğunu nəzərdə tutaraq bir dəfə astadan demişdi: “Bədbəxt qadın heyvanla yaşayır”. Nadejda Alliluyevanın özünü öldürməsi bəlkə də canına qəsd etməsindən daha çox, canını Stalindən qurtarması idi. Ziyafət məclislərində tabeliyindəki şəxslərin arvadlarına söz atan, əylənən Stalin bundan sonra balerinalar və müğənnilərlə əylənməyə başladı. Stalinin birinci arvadı gürcü olsa da, ikinci arvadı gürcülərə bənzəsə də, onun intim münasibət qurduğu bütün qadınlar milliyyətcə ruslar idi ”“ Vera Davıdova, Nataliya Şpiller və balerina Olqa Lepeşinskaya...Balerina Marina Semyonova adlarını sadaladığımız qadınlardan Stalinin daha tez-tez görüşdüyü məşuqələrindən olması ilə seçilir. Otuzuncu illərin ortalarında diktator Kremldə məşhur balerina ilə gecə saat 2, 3 radələrində görüşür, bir neçə saat əylənirdi. Diktatorun Vera Davıdovaya “sevgisi” haqqında Avropada “Stalinin sevgilisi” adlı kitab işıq üzü gördü.
Bir dəfə məşhur müğənni konsertdən sonra Stalinin evinə gətirilir. Gecə saatlarında qadını başdan ayağa süzən diktator “Bəlkə işığı söndürək? Qaranlıqda söhbət daha maraqlı olur” ”“ deyib, Vera Davıdovnanın cavabını gözləmədən işığı söndürərək qadının üstünə atılır. 18 yaşlı Valya İstominova isə Stalinin tamah saldığı sonuncu qadın olur.


 
Seksdə “özündən sonra iz qoymayan” kommunist
 
Stalinin varisi sayılan, lakin bir sıra səbəblər üzündən onun postunu ələ keçirə bilməyən Lavrenti Beriya da qadınlarla intim macəralardan qalmırdı. Diktatorun sağ əlinin həyat və fəaliyyəti araşdırılanda onun nikahdankənar övladının dünyaya gəlməsi faktı üzə çıxdı. Müasirləri Lavrenti ilə eşq yaşamış məşuqələrindən birinin xatirələrinə əsasən qeyd edirlər ki, bir dəfə intim məqamda qadının gözlərini Stalinin portretinə zilləməsi Lavrentinin narazılığına səbəb olur: “Nə baxırsan ona? Ölkənin sahibi mənəm, Stalin deyil”. Arvadbaz diktatordan fərqli olaraq xələfi, SSRİ-nin üçüncü rəhbəri Nikita Sergeyeviç Xruşşov eşq macəralarına bir qədər gec başlamışdı. Gənclik illərində bütün diqqətini karyera qurmağa yönəldən Nikita əsasən Ukraynadan olan qızlara maraq göstərir, lakin Kobadan fərqli olaraq əndazəni aşmırdı.

Üstəlik, Xruşşov “özündən sonra iz qoyan” kommunist deyildi. O, görüşdüyü qadınların hamilə qalmalarına yol vermirdi. Xruşşov iki dəfə nikaha girmişdi. Bu evliliklərdən onun beş övladı dünyaya gəlmişdi. Lakin Stalin kimi Xruşşovun da birinci arvadı xəstəlikdən, cavan yaşında dünyasını dəyişdi. Yefrosinya adlı bu qadın 1920-ci ildə vəfat etdi. Nikita 4 il arvadsız qaldı. Onun 1924-cü ildə evləndiyi Nina Kuxarçuk xaricə səfərlərdə iştirak edən SSRİ rəhbərlərinin ilk arvadı kimi tarixə düşdü. Nina Nikitaya 3 övlad bəxş etdi. Xruşşovun istefaya göndərilməsindən sonra onun kabinetində əyləşən Leonid İliç Brejnev öz hisslərini çoxmilyonlu SSRİ xalqı və dünya ictimaiyyəti qarşısında gizlədə bilməyən yaşlı sovet rəhbəri kimi tarixə düşdü. Məşhur “yoruldum, gəl öpüşək” zarafatının müəllifi öpüşməyi çox sevirdi. Düzdür, o, kişilərlə dost kimi öpüşürdü, lakin yaxşı ombası olan qadınlara arxadan baxmaq kimi vərdişlərini gizlədə bilmirdi. Brejnevin dodaqlarından öpdüyü Almaniya Demokratik Respublikasının rəhbəri Erix Honekkerlə məşhur fotosu bir neçə dəfə böyüdülərək küçələrdən də asılmışdı. Brejnevin qadınlara xüsusi marağı isə hətta rəsmi tədbirlərdə də açıq-aydın sezilirdi. Gözəl qadına həm öndən, həm arxadan baxan SSRİ rəhbərinin həkimlərindən biri üstüörtülü “72 yaşda qadınlara bu qədər maraq göstərən qocanı birinci dəfədir görürəm” ”“ demişdi. Leonid Brejnev həm də qadın kardların irəli çəkilməsinə böyük həvəslə razı olurdu: “Qadınlarmı? Biz əlbəttə onlara kömək edirik”. “ Xarici səfərlərə gedən SSRİ rəhbərinin arvadını bir çox hallarda özü ilə aparmamasının sirlərini sonralar Kremlin ən məşhur tərcüməçisi Viktor Suxodrev açdı. Onun sözlərinə görə, Brejnev xarici səfərlərin qeyri-rəsmi hissəsində intim “qəbul”lara da yer verir, əcnəbi gözəllərin “dadına baxırdı”.

Belə macəralardan biri də 1973-cü ildə Kemp-Deviddə, SSRİ rəhbəri ABŞ prezidenti Niksonun qonağı olanda baş vermişdi. ABŞ prezidenti yarızarafat ”“ yarıgercək ona yanındakı gənc qadını təqdim edən Brejnevi nəzərdə tutaraq “Onu qoruyun” ”“ demişdi. Brejnevin sevgilisi özündən 40 yaş balaca, gənc və gözəl tibb bacısı idi. Onlar arasındakı intim əlaqə bir müddət davam etsə də, xüsusi xidmət orqanları həmin macəranı cidd-cəhdlə ört-basdır etdilər.



SSRİ-nin atılmış gələcək rəhbəri, etibarsız məşuqə

Brejnevdən xarakteri ilə fərqlənən digər SSRİ rəhbəri Yuri Andropov sələfindən ondan olaraq qadınlarla çox sevgi macərası yaşamamışdı. 19 yaşına qədər Yuliya adlı qızı sevən Andropovun nə üçün onunla evlənməməsi ilə bağlı bir versiya mövcuddur ”“ sevgilisinin gözlənilmədən Andropovdan üz döndərməsi. Ruhdan düşməyən Yuri yeni eşq axtarışına çıxır. Və 21 yaşında Nina adlı qızla tanış olur. Birinci sevgisi daşa dəyən gənc sözün əsl mənasında hədəfi dəqiq vurmuşdu. Dövlət bankının yerli şöbəsinin rəhbərinin qızı olan Nina həm də etibarlı qız idi. Buna görə də Yurinin ilk həyat yoldaşına çevrildi. Lakin bir qədər sonra Yurinin taleyinə ikinci nikah da nəsib olur.

Andropov 25 yaşında Petrozavodskda Tatyana adlı qızla tanış olur. Çox keçmədən gənclər arasındakı əlaqələr sevgi münasibətlərinə çevrilir. 1940-cı ildə cütlük nikaha girir. Bu nikahdan onların bir övladı dünyaya gəlir. SSRİ rəhbərliyi vəzifəsini 73 yaşında ələ keçirən Konstantin Çernenko sevdiyi qızları və arvadlarını dəyişən kommunistlərdən idi. Gənclik illərində bir müddət Lyudmila adlı qadınla eşq macərası yaşayan Konstantin ona aid “sevgi kitabı”nı birdəfəlik bağlayaraq Faina ilə tanış olur. Fainanın ciddiliyi və ağlı Konstantin tərəfindən yüksək qiymətləndirildiyindən Çernenko bu qadınla bir evdə yaşamağa başlayır. Çox keçmədən cütlüyün Albert adlı oğlanları və Lidiya adlı qızları dünyaya gəlir. SSRİ-də nikahdankənar evlilik yaxşı qəbul edilmirdi. Maraqlıdır ki, Konstaninlə Faina da bir müddət rəsmi nikaha girməmişdilər. Onların qeyri-rəsmi nikaha əsaslanan evlilik həyatları ömürlük olmadı. Xarakterlərin uyğunsuzluğu Konstantinin Anna adlı qadınla ailə qurmasına səbəb oldu.



Anna SSRİ-nin gələcək rəhbərinə 3 övlad bəxş etdi. Ötən əsrdə ərazisinə görə dünyanın ən böyük imperiyası sayılan SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov orta məktəbdə oxuduğu illərdə sevdiyi qızla yollarını ali təhsil almağa başlayanda ayırıb. Tələbə adını alan Mixail Raisa Qorbaçova ilə elə tələbəlik illərində tanış olublar. Birlikdə rəqs edən cütlüklər sonradan dərinləşən münasibətlərini rəsmiləşdirməyə qərar veriblər. 90-cı illərin ortalarında SSRİ-nin sonuncu rəhbərinin Yevdakiya adlı qadına sevgi macərası haqqında yazı xarici mətbuatda işıq üzü görsə də, bununla bağlı söylənilənlər təqdiqini tapmadı.

Sadaladığımız faktlardan da göründüyü kimi, “Sovet qadınlarının komitəsi”nin nümayəndəsi, “Leninqrad” mehmanxanasının sadəlövh administratoru Lyudmila Nikolayevnanın söylədiklərindən fərqli olaraq SSRİ-də nikahdan əlaqələr, intim münasibətlər, seks mövcud olub. Özü də həm sadə vətəndaşlar, həm də birinci şəxslər səviyyəsində... Əgər belə olmasaydı, Sovet İttifaqı abortların miqyasına görə dünyada birinci yeri tutmazdı.
 
Anar TAÄžIYEV






Oxşar xəbərlər
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"