Naxçıvan DSMF-yə sədr təyin olunub
920
09 Nov 2023 | 19:33

Naxçıvan DSMF-yə sədr təyin olunub

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub. 

Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb. 

Əmrə əsasən, Sahir Kamil oğlu Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub. 

Qeyd edək ki, Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsində çalışıb. 

Bizim.Media
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər