Xəbər lenti
16/02/2019 [22:50]:
Rusiya DİN-dən “Neolit”dəki insidentlə bağlı - AÇIQLAMA
16/02/2019 [22:50]:
"Çeçenlər bizim qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
16/02/2019 [22:18]:
Müştərilər bu kafeyə çay içmək üçün yox, tualeti görməyə gəlir - MARAQLI
16/02/2019 [21:11]:
“Soyunmuş qadın Britaniya siyasətində” - Keçmiş nazirin bacısı canlı yayında çılpaq qaldı (VİDEO)
16/02/2019 [21:09]:
Qətər əmiri işğalçı ölkə prezidenti ilə  mehriban görüş keçirdi...-FOTO
16/02/2019 [21:04]:
Rusiyalı deputat: "Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır"
16/02/2019 [20:54]:
Rusiyada universitet binası uçdu - VİDEO
16/02/2019 [20:27]:
İstanbulda bina çökdü - FOTO/VİDEO
16/02/2019 [20:26]:
"Gübrənin norması beş qramdırsa, beş qram da verilməlidir"
16/02/2019 [20:05]:
İranlı general: “İntiqam alacağıq”
16/02/2019 [19:56]:
Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşdü
16/02/2019 [19:49]:
“Neftçi” autsayderlə bacarmadı - VİDEO
16/02/2019 [19:30]:
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşdü
16/02/2019 [19:18]:
“Bütün təxribatları milçək vızıltısı qədər əhəmiyyətsiz edə bilərik, bir şərtlə ki...”
16/02/2019 [19:02]:
“Kreml hər zaman yalan danışır, Rusiya avantürasının bir sərhəddi olmalıdır...”
16/02/2019 [18:42]:
Hitler rolunu canlandıran aktyor öldü - VİDEO
16/02/2019 [18:34]:
Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə ediblər
16/02/2019 [18:29]:
Bakı metrosunda bıçaqlanma - VİDEO
16/02/2019 [18:24]:
Maşın qaçıran şəxs saxlandı
16/02/2019 [18:21]:
“Görürsən ki, bir çoxu tərif məqamı gələndə hamının sinəsindən itələyib keçir qabağa”
16/02/2019 [18:06]:
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
16/02/2019 [18:05]:
Mütəxəssislərdən xəbərdarlıq: Bu içkini süzərək içməyin...
16/02/2019 [18:02]:
Gəmiləri kamikaze dronlarıyla təchiz etdilər - İsrail dünyanı heyrətləndirməkdə davam edir...
16/02/2019 [18:01]:
Həbs edilən çempionun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”
16/02/2019 [17:58]:
Avropa İttifaqı qərar verdi: "Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək"- SƏBƏB
16/02/2019 [17:43]:
DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR
16/02/2019 [17:36]:
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16/02/2019 [17:16]:
Astarada 5 uşaq atası intihar etdi
16/02/2019 [17:04]:
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
16/02/2019 [17:02]:
Nəriman Həsənzadənin 88 yaşına...
16/02/2019 [16:53]:
Nyu-Yorkda “ermənilərin Bakı soyqırımı” qeyd ediləcək: Böhtan kampaniyası davam edir!
16/02/2019 [16:39]:
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
16/02/2019 [16:16]:
Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı
16/02/2019 [15:59]:
Yol polisi avtobus sürücüsünün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
16/02/2019 [15:44]:
“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
16/02/2019 [15:23]:
Ekspert: "Çeçen və azərbaycanlıları küsdürməyə çalışan bəzi qüvvələrin səyləri uğursuzluğa məhkumdur"
16/02/2019 [15:12]:
Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
16/02/2019 [14:54]:
Elməddin polislə hədələdi - VİDEO
16/02/2019 [14:42]:
“Türkan Şoraya zəng vurdum, o, köhnə tanışlar kimi mehribanlıqla danışdı...”
16/02/2019 [14:39]:
İmişli və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilmişdir
16/02/2019 [14:27]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi
16/02/2019 [14:26]:
“Artsax” futbol klubu Tiflisdə yoldaşlıq görüşlərinə başladı...- FOTOLAR
16/02/2019 [14:22]:
Paşinyanın həyat yoldaşının ofisi hökumət binasına köçürüldü
16/02/2019 [14:14]:
Robotlar evlənmək üçün namizəd seçdi - MARAQLI
16/02/2019 [14:05]:
Xəbərdarlıq : 2 gün yağış, qar yağacaq
16/02/2019 [14:01]:
Yaponiyadakı qardaşını görmək üçün velosipedlə 15 min kilometr yol gedəcək - MARAQLI
16/02/2019 [13:46]:
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
16/02/2019 [13:44]:
Banan qutularından 540 paket kokain çıxdı: 17 milyon 820 dollar dəyərində...
16/02/2019 [13:32]:
"3 il onu özümə həsrət qoymuşam, yenə qaşınır" - Zauru biabır etdi
16/02/2019 [13:27]:
“Növbəti tarixin anların şahidləriyik ki...” – ELDƏNİZ SƏLİMOV
16/02/2019 [13:26]:
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16/02/2019 [13:19]:
“O, böyük insan, gözəl pedaqoq, istedadlı bəstəkar olub”
16/02/2019 [13:18]:
Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
16/02/2019 [13:07]:
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
16/02/2019 [12:47]:
"Elməddin də bu çirkaba bulaşdı"
16/02/2019 [12:41]:
"Tariximizi öyrənək və təbliğ edək !"
16/02/2019 [12:24]:
Yeni işıqforlar Bakının hansı ərazilərində quraşdırılacaq? - BNA açıqladı
16/02/2019 [12:18]:
Qondarma “respublika”nın idmançıları Gürcüstandakı yarışlarda iştirak edib
16/02/2019 [12:10]:
“Xocalı faciəsinin tanınması ilə bağlı görülən işlər təqdirəlayiqdir...”- Xalq artisti...
16/02/2019 [12:06]:
Vüsalə Mahirqızı: "ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil"
16/02/2019 [12:00]:
"Qırmızı Körpü"də növbəti siqaret əməliyyatı - VİDEO
16/02/2019 [11:51]:
Baş redaktora ağır itki üz verdi
16/02/2019 [11:48]:
Konqress Trampa qarşı yeni istintaq başlatdı
16/02/2019 [11:38]:
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16/02/2019 [11:31]:
Axtarışda olan 29 nəfər saxlanıldı
16/02/2019 [11:25]:
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16/02/2019 [11:17]:
“O cür gözəl balalarını şəhid verən ana gərək öləydi...”- Bütün ailəsi Xocalıda qətlə yetirilən qadın....
16/02/2019 [11:16]:
ABŞ-da yaşayan beynəlmiləl ailənin istadadlı qızları... - FOTOLAR
16/02/2019 [11:03]:
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO
16/02/2019 [11:02]:
“Elmi Qarabağ” jurnalının təqdimatı keçirildi- Bakıda yox a!..-FOTOLAR
16/02/2019 [10:59]:
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
16/02/2019 [10:53]:
Rutgers Universitetinin professorundan Təhsil Nazirliyinə 7 TƏKLİF
16/02/2019 [10:53]:
Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
16/02/2019 [10:36]:
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
16/02/2019 [10:21]:
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16/02/2019 [10:15]:
Alimlərimizdən yeni tədqiqat: Yarımadada banan, manqo yetişdirdilər...
16/02/2019 [10:13]:
ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası - şimal qonşumuz çətin durumda...
16/02/2019 [10:10]:
Avtobus gənc qadını vuraraq öldürdü - VİDEO
16/02/2019 [10:05]:
Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
16/02/2019 [10:01]:
Azərbaycan çaylarında son durum...
Bütün arxiv bir sırada
06/01/2017 [13:50] - Köşə - ( 1877 dəfə baxılıb)

Psixoloji sarsıntılar nəsri...

Vaqif Yusifli

Kitabın adı “Qadınlar və kişilər”, müəllifi Mənzərə Sadıqovadır. Adından göründüyü kimi, bu kitabdakı doqquz hekayə və bir povest həyat cütlüyü ”“ kişi və qadın münasibətlərindən söz açır.

Kişilər və qadınlar arasında münasibət ”“ qarşılıqlı, ya bunun əksi əsrlər boyu ədəbiyyatımızın əsas mövzularından biri olub. Bu münasibət ya saf və səmimi eşq üzərində qurulub, ya da ayrılıq və bir-birini itirmək, bu itkinin pərişanlığı, hətta ölümlə başa gəlməsi ilə bitib. Mənzərə xanımın yazılarında da bu ənənəvi mövzularla qarşılaşırıq. Amma onun yazılarında nə Leyli-Məcnun, nə Əsli-Kərəm nakam məhəbbəti, nə də nağıllardakı vüsala yetən qəhrəmanların toy səhnələri təkrar olunur. Mənzərə xanım XXI əsrin reallıqlarını ”“ kişi-qadın münasibətlərini təsvir edir. Bu münasibətlər isə son dərəcə mürəkkəbdir, mürəkkəb olduğu qədər də başaçılmazdır, təzadlıdır. Bunları bədii sözün işığına gətirmək isə yazıçıdan insan psixologiyasına dərindən nüfuz etməyi, isti, ilıq, xoş münasibətləri də, ailə həyatında baş verən neqativ halları da, sevgi xəttindəki üzüntüləri də əks etdirməyi və diqqətli olmağı tələb edir.

Kitabdakı birinci hekayə “Eşq” adlanır. Bu sözü dilimə gətirəndə dahi Füzulinin misralarını xatırlayıram:

Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam,

Meydə təşviri-hərarət, neydə əsiri səda.

Füzuli bu beytdə eşqin aliliyini, müqəddəsliyini, kainatdakı hər bir nəsnədə eşqin var olduğunu nəzərə çarpdırır.

Böyük vəzifə sahibi Nadir və cavan bir qız ”“ Nilufər bir-birinə aşiq olmuşlar. Hekayənin əvvəli bizdə belə bir təəssürat yaradır ki, Nadirin bu cavan qıza münasibəti həqiqi eşq mərtəbəsindədir. Xəzər “ləngər vuran dalğalarıyla qıza hücum edir, qəfil həmləylə onu ağuşuna alır, sarıb-sarmalayır, sonra da istədiyi kimi öpüb sığallayırdı. Dənizin ləpə dodaqları qızın sinəsini yaladıqca Nadir dəli olurdu. Qəlbini qısqanclıq bürüyür, beyni dumanlanırdı: “Buna bax, zərrəbəzərrə qovuşur mənim gözəlimə.” Təbii hisslərdir, hər bir kişinin ən aciz silahı qısqanclıqdır. Bəs qızın qəlbindən nələr keçir? “Qızın ürəyi çırpındı. Bədənindən isti cərəyan keçdi. Damarlarında qanı qaynadı. Nadirin məhəbbət dolu baxışlarından saçılan enerji uzaqdan da ona güc verirdi.”

İndi gəlin bu eşq cütlüyünün həyat tarixçəsinə nəzər yetirək. Görək onları insan hisslərinin ən ali mərtəbəsinə gətirib çıxaran nədir? Nadir kimdir? Oxuyuruq: “Həyatından çox qadınlar keçmişdi. Zərif gözəllərdən kamını almışdı. Amma gözəllikdən doyulmaz ki. Nadir o kişilərdən idi ki, ailəsinə sədaqətini qorumağı da, nəfsinə korluq verməməyi də bacarmışdı.” Bir sözlə, müasir Don-Juan. Hətta İsfahan lotusu Şeyx Nəsrullah.

Bəs Nilufər? Məlum olur ki, onun ilk məhəbbəti süquta uğrayıb, sevgilisi ona dönük çıxıb. “Gənc qız sönmüş ocaq kimi tüstülənirdi. Heç kimə qaynayıb-qarışmırdı. Dünyadan küsmüşdü. “Bir daha kimsəyə inana bilmərəm”,- deyirdi ki”¦ Nadirə rast gəldi. İnandı və sevdi. O gün Nilufərin həyatının dönüş nöqtəsi oldu: mənəvi ölümdən diriliyə doğru. Bu sevgi onu göylərə pərvazlandırdı.”

Çox gözəl! Ürəyimizdə bu “eşqə” inanmaq iqtidarındayıq. Nadirin ailə həyatındakı dayanıqsızlığı, həyat yoldaşı Elnarə ilə sevgisiz yaşamağı”¦ Bütün bunlar həyatından çox qadınlar keçən Nadiri yeni “eşq” oyununa sövq edir. Amma”¦ bu “eşq”in sonu fiziki

faciə ilə başa çatır: “Üç maşın qarın-qarına girmişdi. Fil dişi rəngində “Lexus” ikitərəfli əzilmişdi. Kiminsə salamat çıxacağı möcüzəydi.”

Hekayə iki “sevgilinin” ölümüylə bitir. Hərçənd müəllif müdaxiləsi görünmür. Pozitiv müdaxilə lazım deyilmiş. Və qeyd edək ki, Mənzərə xanımın digər yazılarında da belə bir müdaxiləyə ehtiyac duyulmur. Təsvirlərdəki reallıq oxucunu özü nəticə çıxarmağa sövq edir.

Keçək ikinci hekayəyə ”“ “Ehtiraslar labirintdə”. Bu hekayənin süjeti kişi xəyanəti üstündə qurulub. Aslan səfər adıyla evdən çıxıb, arvadı Bənövşə intizarla onun yolunu gözləyir. Ezamiyyətə maşınla getdiyindən qarajı da bağlayıb, açarı özüylə aparıb. Bir neçə gündür ki, Bozdar it pəncəsiylə qarajın qapısını cırmaqlayır. Bu, Bənövşəni və qonşuları narahat edir. Nəhayət, polislərin köməyilə qarajın qapısını sındırırlar. “Hövlnak özünü qaraja atan Bənövşəni ömrü boyu unuda bilməyəcəyi dəhşətli mənzərə gözləyirdi: maşının içində qaralmış lüt kişi silueti sezilirdi. Boynunun ardında quyruq kimi bağladığı uzun sarışın saçlarından Aslana oxşayırdı.” Bəli, bu, doğrudan da Aslan idi.

Eksperiza məlum edir ki, bu hadisədə qəsd əlaməti yoxdur. Ölənlər (Aslan qaraja bir qadınla giribmiş) intim münasibətdə olarkən qazdan boğulublar. Beləliklə, Aslanın hekayəti bitir. Amma Bənövşənin hekayəti bitmir. Qayınanası və baldızı Aslanın ölümündə onu təqsirli bilirlər. Ər xəyanətindən sonra ailə münaqişəsi başlanır və evi onun əlindən alırlar. Nəhayət, Bənövşə yeganə övladıyla Kiyevə köçür. “Yeddi il ərdə olmuşam, bəsimdi. Həyat bir dəfə qurular. Bir daha özümü sınaq meydançasına çevirə bilmərəm”,- desə də, qadın ehtiraslarının labirintindən çıxa bilmir, ömrü boyu sevilmək həsrəti onu labirintə yuvarladır.

Əlbəttə, bu hekayədə psixoloji məqamlar da diqqəti cəlb edir və əgər bu məqamlar olmasaydı, qadını əri öləndən sonra həmin hərəkətə sövq edən səbəb də açıqlanmazdı.

“Karusel” hekayəsində də yeni bir Don-Juanla tanış oluruq. Yenə kişi xəyanəti, kişi ehtiraslarının azğınlıq həddinə çatması. Bu dəfəki “qəhrəman” Teymur Rəcəblidir. On beş illik həyat yoldaşına xəyanət edən bu kişi öz işçisi olan cavan bir qıza aşiq olur, bir nəfəri pulla tutub bu qızla onun toyunu çaldırır. Sonra isə həmin qızla kəbin kəsdirir. Teymur Rəcəbli bununla doymur, xaricdə bir fransız qadını ilə də evlənir. Bu da hekayənin sonu: “Teymur Rəcəblinin həyatı karuselə dönmüşdü, nəfəsini dərib dövrəsini hər təzələyəndə onu bir ayrı evinə götürürdü. Bir-birinə heç bənzəməyən üç doğma ocaq, bir-birini görməyə gözü olmayan üç istəkli arvad bu kişinin yolunu gözləyirdi.”

Açığını deyim ki, bu hekayənin ideyası, müəllifin məramı, demək istədiyi mətləb bizə o qədər də bəlli olmadı. Həyatda, yaşadığımız mühitdə belə şorgöz və nacins kişilər var. Onları bədii ədəbiyyatın tənqid hədəfinə çevirmək lazımdır. Biz isə sadəcə olaraq bu kişinin arvadbazlığını seyr edirik. Doğrudur, müəllif hadisələrə müdaxilə eləmir, lakin belə kişilərin cəzasız qalması bizi məyus edir.

Kişi xəyanəti süjeti üstündə qurulan başqa hekayələri izləyək. Fikrimizcə, Mənzərə Sadıqovanın “Üçbucaqda gedişlər” povesti həm kişi, həm də qadın xəyanətinin daha mükəmməl təsviri ilə diqqəti cəlb edir. Nigar-Sevda-Fateh. Birincisi saf, təmiz sevgi ilə yaşayan bir qız. Qəlbinin bütün hissiyyatı ilə Fatehə vurulub. İllər boyu öz ruhuna, sevgi dünyasına münasib olan bir insan axtarıb, nəhayət, Fatehi seçib. Sevda onun bacısıdır, əri Yaşar müharibədə şəhid olub, iki uşağı var, böyük bacısının qayğısını həmişə üzərində hiss edir. Amma bir gün Fatehə vurulur və Fateh də bu hazır sevdaya etiraz eləmir. Beləliklə, iki bacı ilə könül əyləncəsinə qapılan Fateh müdhiş bir rol oynayır. Amma ifşa olunur. Eşq oyununa başları qarışan Fatehlə Sevda Nigarın gəlişini gözləmirdilər. “Sevgiyə elə uymuşdular ki, qapıya salınan açar səsini eşitməmişdilər. Heç içəri girdiyini də duymadılar. Nigar əlindəki dolu torbaları yerə qoyub uşaqları səsləyəndə ayıldılar. Qəfil yaxalandılar”¦” Təbii ki, bu hadisə ”“ bu xəyanət Nigara ağır zərbəydi. 

Uzun müddət özünə gələ bilmir. Amma Sevda özünü günahkar hesab eləmir. Hətta həyasızcasına bacısını ittiham edir: “Otuz yeddi yaşındasan, hələ subay gəzirsən. Fateh səni alan olsa, bu neçə ildə alardı da”¦”

Bəs bu üçlüyün taleyi necə olur? Fateh Nigarın ona daha etina etmədiyini hiss edir, Sevda isə ona daha lazım deyil, başqası ilə evlənir. Nigar Tamerə ərə gedir. Sevda isə nə günah etdiyini anlayır. Beləliklə, üçbucaqda gedişlər başa çatır.

Biz povestin yalnız məzmununu nəql etdik. Amma əsərdə hər bir obrazın psixoloji sarsıntıları da diqqətdən yayınmır. Müəllif bu obrazların hər birinin keçirdiyi ruhi məqamları incəliklə rəsm edə bilib. Fateh bir insan kimi zəif xarakterə malikdir, əslində, onun içində, daxili dünyasında eşqə yer yoxdur. Sevda da qadın kimi zəif xilqətdir, şəhid ərini daim xatırlasa da, kişi nəfəsinə ehtiyac duyur. Amma sonda dərin peşmançılıq hissi keçirməyi hardasa günahını yuyur.

Mənzərə xanımın “Sıfır nöqtəsində” adlı bir hekayəsi də var və bizim fikrimizcə, bu hekayə həm məzmun, həm də bədii baxımdan onun ən uğurlu hekayəsidir. Bu hekayədə xəyanətdən söhbət getmir. Öz həyatını bilə-bilə puç edən ziyalı bir insanın faciəsindən söz açılır. Həyat artıq onun üçün soyuq və boş evindən başqa bir şey deyil. O, yenidən əsl həyat yaşamaq istəyir, amma keçmiş arvadı ondan əl çəkmir, nə qazanırsa tutub əlindən alır. Amma evlənmək istədiyi qızı düşünəndə bu obrazın gələcəyə inamı artır, özünü kişi, insan, ziyalı kimi hiss edir.

Hekayənin sonu kişinin sıfır nöqtəsindən qalxacağı ümidi ilə başa çatır. Həyatda mənəvi müvazinətini itirən belə zavallı insanlar az deyil. Mənzərə xanım təsvir etdiyi obrazı mükəmməl, bitkin bir obraz kimi təqdim edə bilib.

Mənzərə Sadıqovanın real həyatdan götürdüyü bu obrazlar bizə tanış gəlir. Onların düşdüyü vəziyyətlər də uydurma deyil. Ancaq Mənzərə xanımın bu kitabdakı əsərlərdə təsvir etdiyi həyat, o həyatın acısını və ya sevincini dadan insanlar, onların başına gələn əhvalatlar qapalı bir dairəni xatırladır. Bu dairədən sıyrılmaq, kənara çıxmaq, daha geniş, daha işıqlı aləmə can atmaq, qovuşmaq zəruriyyəti duymurmu?

Bunu gələcək yazılarında görə bilərikmi? Yəqin ki, görəcəyik.

VAQİF YUSİFLİ,

filologiya elmləri doktoru, tənqidçi

"Çeçenlər bizim qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
Müştərilər bu kafeyə çay içmək üçün yox, tualeti görməyə gəlir - MARAQLI
“Görürsən ki, bir çoxu tərif məqamı gələndə hamının sinəsindən itələyib keçir qabağa”
Robotlar evlənmək üçün namizəd seçdi - MARAQLI
Yaponiyadakı qardaşını görmək üçün velosipedlə 15 min kilometr yol gedəcək - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Mütəxəssislərdən xəbərdarlıq: Bu içkini süzərək içməyin...
İdman
“Artsax” futbol klubu Tiflisdə yoldaşlıq görüşlərinə başladı...- FOTOLAR
Cəmiyyət
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
Gündəm
Qondarma “respublika”nın idmançıları Gürcüstandakı yarışlarda iştirak edib
Araşdırma
“Ölüm vaxtı insan çəkisinin 21 qramını itirir - Deməli,  ruhun çəkisi cəmi 21 qramdır?..”
Həftənin ən çox oxunanları
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
Bu dəfə 52-si birdən gəldi: Rusiyada fövqəladə vəziyyət elan edildi...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Şəmistan Əlizamanlının ifa etdiyi “Bismillah” mahnısı AKP-nin seçki marşı oldu - VİDEO
Ruzigar elə dəyişər ki,  siz bu sayil qocaya möhtac olarsız…
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə