Xəbər lenti
23/03/2017 [12:18]:
Sərhəddə tank qaçırmaq istəyən gənc saxlanıldı -Gözlənilməz
23/03/2017 [12:13]:
Tanınmış yazıçı və alim beynəlxalq foruma qatılacaqlar
23/03/2017 [12:13]:
Bayram gecəsi dəhşət - Anasının başını kəsdi, özünü isə körpüdən atdı
23/03/2017 [12:09]:
Ərdoğanın toy dəvətnaməsi satışa çıxarılıb - FOTO
23/03/2017 [11:42]:
Ernest Heminquey rus agenti imiş- FOTO
23/03/2017 [10:53]:
“İqla” əməliyyatı”: Sarkisyan əks-hücuma keçdi
23/03/2017 [10:47]:
“Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...” - Sevinc Fədai intiharın sirlərini açdı
23/03/2017 [10:37]:
Nigeriyada bir neçə partlayış törədilib, - Ölən və yaralananlar var
23/03/2017 [10:00]:
Tiflis izn verdi: Rusiya İrəvana silah daşıyır
23/03/2017 [09:55]:
Dünyanın ən yaxşı qorunan 5 lideri - Video
23/03/2017 [09:52]:
Londonda törədilən terror aktı zamanı 8 əcnəbi yaralandı
23/03/2017 [09:49]:
Putin: "Rusiya hərbi ixracının həcmi 15 milyard dolları ötüb"
23/03/2017 [09:44]:
Moskvada Peyğəmbərimizin(s) saçı nümayiş etdiriləcək... -Foto
23/03/2017 [09:33]:
“Eurovision” təmsilçisi Ukraynaya buraxılmayacaq - Video
23/03/2017 [09:31]:
Londonda terror hücumu - Foto+Yeniləndi
23/03/2017 [01:55]:
Allahın dişiləri cütləşməyə çağıran  möcüzəsi  - İNANILMAZ FOTOLAR
23/03/2017 [01:47]:
Hindistanda Səddam Hüseyn şoku  - Pasport üçün məhkəməyə müraciət edib
23/03/2017 [00:07]:
Londonda hücum zamanı 3 polis əməkdaşı yaralandı
22/03/2017 [23:47]:
Azərbaycan məhsullarının Rusiya ərazisinə keçirilməsində problem yaranıb
22/03/2017 [23:38]:
Almaniya tarixdə ilk dəfə öz vətəndaşlarını deportasiya edəcək
22/03/2017 [23:05]:
Şıxəli Qurbanov 1967-ci ilin iyununda 1-ci katib seçilməli idi?.. - TARİX...
22/03/2017 [22:19]:
Türkiyənin tanınmış müğənnisi 70 kilo arıqladı
22/03/2017 [22:16]:
Samvel Babayanın həbsi: general “İqla” raketi ilə kimi vurmaq istəyirdi...
22/03/2017 [22:14]:
Hökumət yox, əsl hərəmxanadır...
22/03/2017 [22:13]:
Məşhur aktrisa yatağından düşüb vəfat etdi
22/03/2017 [22:02]:
Bərdədə ağır qəza: 3 ölü, Yenilənib
22/03/2017 [22:00]:
Londondakı terrorda iki nəfər öldü – Yenilənib
22/03/2017 [21:58]:
London terroruna Türkiyədən açıqlama gəldi...
22/03/2017 [21:53]:
Lavrov: "Kürdlərə görə Türkiyə ilə..."
22/03/2017 [21:51]:
Cəlilabadda ağır yol qəzası: Ölən və yaralananların şəxsiyyəti müəyyənləşib – YENİLƏNİB
22/03/2017 [21:20]:
İflic müalicəsində yeni üsul...- hörümçək zəhəri
22/03/2017 [20:44]:
"İş o yerə çatıb ki, hətta bayram günlərində də..."
22/03/2017 [20:39]:
16 yaşında hamilə qalan, “moyka”da maşın yuyan azərbaycanlı qız - FOTO
22/03/2017 [20:35]:
Ermənistanı ayağa qaldıran Sarkisyan dəfn olundu - VİDEO
22/03/2017 [20:14]:
Almaniyanın yeni prezidenti and içib
22/03/2017 [20:03]:
Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM
22/03/2017 [19:58]:
Silahlı “qoçu dəstəsi” dünya çempionu və onun tələbələrinə hücum etdi...
22/03/2017 [19:51]:
Ermənilər Qarabağda hərbi təlim keçirirlər
22/03/2017 [19:47]:
Təhsil sistemindən şikayət: “Bəs, kasıb uşaqlarının taleyi necə olacaq?”
22/03/2017 [18:40]:
Elçibəyin Krım azərbaycanlılarına ünvanladığı məktub üzə çıxdı -Foto
22/03/2017 [18:38]:
Xəzərdə meyiti tapılan neftçinin kimliyi müəyyənləşdi
22/03/2017 [17:41]:
“DQR”in sabiq “müdafiə naziri” saxlanılıb
22/03/2017 [17:38]:
Hay ver mənə, cənab general!
22/03/2017 [17:14]:
Azərbaycanda orta aylıq əmək haqqı 5,1 faiz artıb
22/03/2017 [17:04]:
Ərdoğan: "Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir"
22/03/2017 [16:56]:
Avropanın ən təhlükəli cinayətkarlarından biri həbs edildi
22/03/2017 [16:03]:
UTX Ermənistanın “Eurovision” iştirakçısını yoxlayır
22/03/2017 [16:01]:
Xilaskar belə zühur edəcək – Elmi-lədun araşdırma
22/03/2017 [15:09]:
Naməlum şəxsdən inanılmaz yaxşılıq - 4 milyon borcu ödədi
22/03/2017 [14:53]:
Qənirə Paşayeva bayramda Tovuzun ön cəbhə kəndlərində ailələri ziyarət etdi
22/03/2017 [14:39]:
Baş Dövlət Yol Polisi İdarəsi taksilərə xəbərdarlıq etdi
22/03/2017 [14:00]:
"Messi "Real-Madrid"də"- FOTOLAR
22/03/2017 [13:39]:
Təyyarədə kompüterlərdən istifadəyə qadağa - İŞİD-ə görə
22/03/2017 [13:30]:
Ağır cinayət törədən şəxs sərhəddə yaxalandı - Fotolar
22/03/2017 [13:21]:
Bayram günlərində təcili yardıma xidmətinə 2000 müraciət olub
22/03/2017 [13:11]:
Ermənistanın gizlətdiyi müharibə itkiləri üzə çıxdı -FAKT
22/03/2017 [13:07]:
İslam ölkəsi işğalçı prezidentə qucaq açdı - Video
22/03/2017 [12:56]:
Sabaha olan hava proqnozu açıqlandı
22/03/2017 [12:44]:
Güləş fəndlərinin qiymətləndirilməsində – DƏYİŞİKLİKLƏR
22/03/2017 [12:32]:
Kəklikotu zənn edib yedilər, narkotik çıxdı
22/03/2017 [12:25]:
İsrail yenə Qəzzanı vurdu: Ölən və yaralananlar var
22/03/2017 [12:22]:
Alimlər Yerlə Marsın toqquşacağını proqnozlaşdırdılar
22/03/2017 [12:16]:
"Putinə məlumat veririk" – İsrail
22/03/2017 [12:15]:
2030-cu ildən sonra dünyanı bu şirkət idarə edəcək
22/03/2017 [12:09]:
Britaniya bankları Rusiya pullarını necə yuyub? - Milyardlıq maxinasiyalar
22/03/2017 [11:55]:
Dahi fizik Stefan Hokinq kosmosa aparılır
22/03/2017 [11:51]:
Ankaranın Krımla bağlı mövqeyi dəyişəcək - İddia
22/03/2017 [11:39]:
"Çağdaş Kosova şeiri antologiyası" çap edildi
22/03/2017 [11:25]:
Parlament mason lojalarıyla maraqlanır - Gözlənilməz...
22/03/2017 [11:21]:
Şimali Koreya uğursuz raket buraxılışı həyata keçirdi
22/03/2017 [11:17]:
Cəbhədən son xəbər...
22/03/2017 [11:16]:
Yəhudi ruhanisi: ”Məhəmməd Peyğəmbər yəhudilərin düşməni olmayıb…”/VİDEO
22/03/2017 [11:14]:
Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI
22/03/2017 [11:07]:
Bu ölkələr donmuş ət idxalına qadağa qoydu
22/03/2017 [10:48]:
Nasist Almaniyasının dəhşətli UNO təcrübəsi - Video
22/03/2017 [10:30]:
İraqda nadir arxeoloji tapıntı – 9 məzar
22/03/2017 [09:49]:
Türkiyə məhsullarına qoyulan qadağa ləğv olunmayacaq
22/03/2017 [09:47]:
BDAT-ın nümayəndə heyəti İzmirdə rəsmi səfərdə
22/03/2017 [09:28]:
Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı başlayır
22/03/2017 [09:24]:
Polad Bülbüloğlundan xalq artistinə hədiyyə -Foto
Bütün arxiv bir sırada
12/01/2017 [08:36] - İqtisadiyyat - ( 10933 dəfə baxılıb)

"Şübhəsiz ki, bu rüsvayçılığın arxasında məmur maraqları dayanır"



Azərbaycanda metallurgiyanın inkişaf etdirilməsi üçün Sumqayıtda zavodlar kompleksi tikiləcək. Dəyəri 1.2 milyard avro olan bu kompleksdə 5 zavod tikiləcəyi gözlənilir.

“Kompleks dəmir konsentratı, hazır dəmir istehsalını nəzərdə tutan 5 zavodu əhatə edəcək. Kompleks növbəti 3 il ərzində inşa olunaraq istifadəyə veriləcək”, - bunu İqtisadi İnkişaf naziri Şahin Mustafayev deyib. 

Nazirin fikrincə, 3 il ərzində tikiləcək bu zavodlar işə düşdükdən sonra Azərbaycanın 1200 daimi iş yeri açılacaq. Tikintiyə isə 4 min işçi cəlb olunacaq. Məlumata görə, kompleksin inşası üçün artıq Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında saziş də imzalanıb.


Bəs, görəsən, komplekslə bağlı bu ümidlər nə qədər realdır? Ümumiyyətlə, dövlət inhisarında olan istehsal sahələrinin rentabelliyinə inanmağa dəyərmi?  

Moderator.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanov bu cür müasir komplekslərin iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb etdiyini desə də, dövlət inhisarında olan müəssisələrin rentabelliyinə çox da inanmır:


“Yəqin ki, sözügedən layihə İnvestisiya təşviqatı sənədi alacaq və yaxud alıb . Kompleks Sənaye Texnologiyalar Parkının tərkibinə aid edilmiş sahibkarlıq subyekti kimi fəaliyyət göstərəcək və 7 il müddətində vergilərdən azad olunacaq. Əlbəttə belə müasir metallurgiya kompleksinin qurulması ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu ölkənin filiz ehtiyatlarının səmərəli həddə işlənməsinə və milyonlarla dollar həcmində idxalın azalmasına, ixracın artmasına və beləliklə ÜDM –in nəzərə çarpacaq səviyyədə inkişafına şərait yarada bilər. Mən bundan sonra quraşdırılması hələ üç il çəkəcək metallurgiya kompleksinin bazara çıxaracağı məhsulun rəqabət gücünü nəzərə almadan deyirəm. Amma bu işi yerli və həqiqi investorlara həvalə etmək daha yaxşı olardı, nəinki onların fəaliyyətini məhdudlaşdırmaq.  


Doğrusu, mən "Daniele" şirkəti ilə "Baku Steel Company" arasında 1,225 milyard avroluq kompleksin inşasına dair sazişin  sağlam batini detallarını təsəvvür edə bilmirəm. Ola bilsin ki səhv edirəm. Mən bu layihə ilə bağlı daha öncə fərqli məlumatlar eşitmişdim.  Səhv etmirəmsə layihə dövlət əsaslı investisiya qoyuluşlarına aid edilmişdi. Bu isə ürəkaçan deyildi. Çünki iqtisadiyyata dövlət müdaxiləsinin əsas məqsədi yerli istehsal məhsullarını və xidmətlərini xarici rəqabətdən qorumaq, ixrac üçün münbit şərait yaratmaq, məşğulluq səviyyəsini təmin etməklə sosial iqtisadi göstəriciləri tənzimləmək olmalıdır. Bura dövlətin gömrük və vergi siyasətinin xarakteri də aiddir. Sənaye inqilablarının əhatə etdiyi dövrlərin təcrübəsi onu təsdiq edir ki, iqtisadiyyata mühafizəkar yanaşmanın müqabilində sənayenin inkişafı üçün dövlət tərəfindən subsidiyaların verilməsi önəmlidir. Amma dövlət investor kimi iştirak etməməlidir. Çünki dövlət ən pis investordur. Təcrübə göstərir ki, mülkiyyəti mənsubiyyət etibarilə dövlətə məxsus olan istənilən iqtisadi subyektin iqtisadi nəticələri qənaətbəxş olmur. Xüsusilə də bizim psixoloji xüsusiyyətlərimizlə uyğun gəlmir. Dövlətə məxsus əmlakı mənimsəmək, talan etmək sanki bir dəb olaraq qəbul olunur. Ona görə də dövlət investor kimi iştirak etməməlidir. Mühafizəkarlıq (proteksionizm) sənayenin (istehsal) subsidiyalaşdırılması, etibarlı sabit qanunvericilik sisteminin təmin edilməsi, vergi güzəştlərinin tətbiqini tələb edir. Bu beynəlxalq təcrübədə geniş tətbiq olunmuş qaydadır. Bizdə isə bu prosses sağlam şəkildə aparılmır. 

Ölkəyə milyonlarla dollarlıq valyuta gətirən, xarici bazarda rəqabət davamlılığı qazanmış  “Bakı Elektroştamp”, “Bakıpoladtökmə” və “Xəzər boru” zavodlarını monopolyanın qurbanına çevirmək kimi cılız iqtisadi təfəkkürlə irəli getmək mümükün deyil. Əgər 2000 nəfərlik iş yeri olan, yüz minlərlə manat dövlət büdcəsinə vergi ödəyən müəssisəni sıradan çıxarıb 1200 nəfərlik iş yeri açmaq üçün 1.225 milyard investisiya yatırımı ilə strateji yol xəritəsində yer alan layihə təqdir edilirsə bu necə normal ola bilər? Biz yerli investorları bu işə cəlb edə bilərdik. Təəssüflər olsun ki, monopoliya institutu bütün dəyərləri, dövlət maraqlarını və ölkə konstitusiyasını nəzərə almır. Belə görünür ki, ölkə böhran məngənəsində inildəsə belə, biz monopoliya ənənələrinə sadiq qalacaq ölkədə azad rəqabətə imkan verməyəcəyik. Şübhəsiz ki, bu rüsvayçılığın arxasında məmur maraqları, qulluq mövqeyindən sui-istifadə kimi cinayətlər dayanır. 

Cənablar, bəs, başqa hansı səbəbdən ölkəmiz investisiya üçün əlverişli şərait olmayan ölkələr sırasında yer alır, hətta qırmızı zona kimi tanınır? Ona görə də bu layihədə iştirak edəcək xarici şirkətin də formal xarakter daşıdığını zənn edirəm. Belə ki, bu daha çox bizim dırnaqarası məmur investorların öz vəsaitləri hesabına,lakin hüquqi cəhətdən kapitalın gələcək siyasi hadisələrdən sığortalanması məqsədilə xarici şirkətin kölgəsində gizlənməklə həyata keçirilməsi gözlənilən layihəyə oxşayır. Başqa çür təsəvvür edə bilmirəm. Əgər investor kimi dövlət də iştirak edirsə bu daha pis. 

O ki, qaldı ayrıca “Danieli” şirkətinə, səhv etmirəmsə, bu şirkət o qədər də geniş imkanlara malik olmayan əsasən beynəlxalq yükdaşımalarla məşğul olan şirkətdir. 

Sonda məni ən çox maraqlandıran mənəvi məsələləri vurğulamaq isətəyirəm. Çünki bütün olayların səbəbi heç də texniki amillərlə deyil, bütövlükdə mənəvi qüsurlarla bağlıdır. İnsanlar neçə illərdir ki, uğur deyilən iqtisadi sıçrayışın onların həyatında öz əksini tapacağını gözləyirlər. Amma nə yazıq ki, əvəzində harınlamış məmurlar və varlanmış məmur sahibkarlardan başqa heç nə görə bilmirlər. Hansı ki, bir gün harınlayıb onları yaşadıqları ərazidən də çıxarıb həyatlarının kabusuna çevrilirlər. 
 

Siz diqqət verin, bir çox məşhur dünya milyarderlərinə. Onlar bütün var dövlətlərinin əsas hissəsini həyatdan köçdükdən sonra da xeyriyyə məqsədləri üçün vəsiət edirlər. Onların öz ideoloji dəyərlərinə, etiqadlarına nə qədər sədaqətli və inamlı olduqları mənəvi dəyərlər deyilmi? Məgər nəsil qayğısına qalmaq yalnız biz azərilərəmi xasdır? Halbuki, bu heç də həmişə gözlənilən kimi olmur. İfrat qayğı ilə əhatə olunan əksəriyyət daha yararsız və nankor olurlar. Bu yolla cəmiyyətimizi və yeni nəsli ifrat və gərəksiz qayğı ilə korlayırıq. Cəmiyyəti əməyə nifrət yaratmaqla, zəhmətsiz gəliri isə dəbə gətirməklə mənəvi cəhətdən sıradan çıxarırıq. Axı əmək təkcə maddi nemətlərin yaranma səbəbi deyil. O, həm də tərbiyyədir. Əgər biz əməyin (zəhmətin) nəticələrinə deyil, oğurluğun məhsuldar nəticələrinə qiymət veririksə, deməli ədaləti və nizamı pozuruq. Nəticədə halal, zəhmətkeş, adil və dürüst isanların məcburiyyətdən ölkəni tərk etməsinə şərait yaranır. Maddi nemətlərin istehsalı azalır, inam və etibar aradan qalxır, yalan və oğurluq artır və ölkə hərtərəfli tənəzzül edir".

Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM
Polad Bülbüloğlundan xalq artistinə hədiyyə -Foto
Xəzərdə qəza - Ölən və yaralananlar var
"Bakı və İrəvan demək olar ki, razılığa gəlib" -Ermənistanın birinci prezidenti
Bu adəti bizə kimlər sırayıb və məqsəd nə olub?
İdrak Liseyi - Keyfiyyətli təhsil
Dünya
Sərhəddə tank qaçırmaq istəyən gənc saxlanıldı -Gözlənilməz
Dünya
Ernest Heminquey rus agenti imiş- FOTO
Dünya
Moskvada Peyğəmbərimizin(s) saçı nümayiş etdiriləcək... -Foto
Araşdırma
Şıxəli Qurbanov 1967-ci ilin iyununda 1-ci katib seçilməli idi?.. - TARİX...
Kriminal
Silahlı “qoçu dəstəsi” dünya çempionu və onun tələbələrinə hücum etdi...
Həftənin ən çox oxunanları
"Qolundakı 40 min dollarlıq saatı ona həmin erməni bağışlayıb" - ŞOK MÜRACİƏT...
Dırnaqlarını çəkdilər, şaxtada lüt gəzdirdilər, kürəyini mişarladılar, döşünü kəsdilər, ancaq danışmadı...
Ermənilər Azərbaycana raket zərbəsi endirmək üçün imza toplayır - VİDEO
Bu kəndin qadınlarına hər gün təcavüz olunur - “Tarlaya işləməyə gedə bilmirik”
Dünyanın ən böyük döşlərə sahib olan qadını: " Böyük sinə gözəldir "
İslam ölkəsi işğalçı prezidentə qucaq açdı - Video
İsrail Suriyada “rus raketi”ni vurdu: İki ölkə arasında gərginlik pik həddə...
67 yaşlı kişidən avtobusdakı tələbəyə qarşı İyrənc hərəkət
Almaniyanın kəşfiyyat şefi: “15 İyul hadisəsini FETÖ törətmədi”
İbrət olsun deyə fahişələri asıb cəsədlərini nümayiş etdirdilər - FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin