Xəbər lenti
21/10/2017 [17:58]:
Saakaşvili Hikmət Cavadovla şam etdi - Mitinq şəhərciyində - VİDEO
21/10/2017 [17:55]:
Nəcməddin Sadıkov ABŞ-a gedib
21/10/2017 [17:52]:
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlir
21/10/2017 [17:46]:
Həyat yoldaşımın arzusunu gerçəkləşdirdim: “13 uşağı övladlığa götürdüm”-FOTOLAR
21/10/2017 [17:30]:
Azərbaycanlıların yaşadığı rayona xüsusi təyinatlılar yeridildi - FOTOLAR
21/10/2017 [17:20]:
Rəsulzadənin şorsatan kişiyə görə "qorodavoy"u döyməsi- Romanın V Fəsli
21/10/2017 [17:12]:
14 yaşlı qız evli kişidən hamilə qaldı -Bakıda biabırçılıq
21/10/2017 [17:08]:
Rusiyanın energetika nazirinin qızının fotoları yayıldı - İlk dəfə
21/10/2017 [17:01]:
FETÖ-nün əsas adamlarından biri həbs olundu
21/10/2017 [16:58]:
Rusiyada bomba həyəcanı - İcra Hakimiyyətinin binası boşaldıldı
21/10/2017 [16:51]:
Rusiya XİN: “İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik”
21/10/2017 [16:46]:
Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda
21/10/2017 [16:39]:
Dünyanın ən kök uşağı hesab olunan körpə rekord çəkidədir - FOTOLAR
21/10/2017 [16:17]:
Türkiyənin məşhur məşqçisi: “Qarabağı və “Qarabağ”klubunu çox sevirik”
21/10/2017 [16:15]:
Qənirə Paşayeva “3-cü Qardaşlıq Mədəniyyəti” adlı tədbirdə çıxış etdi - FOTOLAR
21/10/2017 [16:09]:
Moskva türklərin hesabına paytaxt olub!.. -Məşhur prodüserdən şovinistlərə sərt cavab
21/10/2017 [16:02]:
Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Arye Qutla görüş keçirildi
21/10/2017 [15:59]:
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
21/10/2017 [15:54]:
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21/10/2017 [15:47]:
Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA
21/10/2017 [15:42]:
Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ
21/10/2017 [15:09]:
1980-90-cı illərdə bütün insanları ram edən məşhur seriallar- MARAQLI
21/10/2017 [14:52]:
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO
21/10/2017 [14:19]:
Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21/10/2017 [14:15]:
Millət vəkili Elnur Əliyev haqqında filimin təqdimatında televiziyalara çağırış etdi
21/10/2017 [14:03]:
Prezident mükafatları artırılır -Ayda 500 manat
21/10/2017 [13:41]:
“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”
21/10/2017 [13:35]:
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
21/10/2017 [13:27]:
“Rafiq Hüseynov birinci, yaxud, ikini gün Almaniyada olacaq”- Diktorun həyat yoldaşı
21/10/2017 [13:25]:
Dağlıq Qarabağda iki erməni hərbçi ölüb
21/10/2017 [13:20]:
İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu
21/10/2017 [13:15]:
Avtobus dayanacaqlarının “BUS” sözü ilə işarələnməsi normaldırmı?
21/10/2017 [13:12]:
Ermənistan hərbçiləri qəzaya düşdülər -İki yaralı...
21/10/2017 [13:10]:
“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21/10/2017 [13:07]:
Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21/10/2017 [13:03]:
Bakıda intihara cəhdin qarşısı alındı
21/10/2017 [12:55]:
Bakıda ekstrasens "Gelandewagen"lə qəzaya düşdü – FOTO
21/10/2017 [12:53]:
Hava ilə bağlı xəbərdarlıq - Leysan, külək, şimşək...
21/10/2017 [12:47]:
Milyarder Trampın impiçmenti üçün kampaniyaya başladı - VİDEO
21/10/2017 [12:31]:
Zakir Həsənov müşavirə keçirdi
21/10/2017 [12:25]:
“Maşın şou”da saxtakarlıq olub? -Video
21/10/2017 [12:23]:
Rza Talıbovun kitabı Gürcüstanda təqdim olundu - FOTOLAR
21/10/2017 [11:56]:
Vaqif Əsədov üstündə erməni bayrağı əks olunmuş avtomobildən danışdı...
21/10/2017 [11:53]:
Ramil Usubov Gəncədə şikayətçi vətəndaşları qəbul etdi
21/10/2017 [11:45]:
Səfir Hulusi Kılıc: “Azərbaycana təkrar səfir kimi gəlmək istərəm”
21/10/2017 [11:28]:
Avropanın meyvəsi - görüntüsü gözəl, dadı isə yox
21/10/2017 [11:26]:
“O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük günahdır” -Allahın 99 ADI
21/10/2017 [11:20]:
Fransız filosofu: “Qərb dünyası İmam Hüseynin (ə) fədakarlığına ehtiyac duyur”
21/10/2017 [11:17]:
“Rəşadətli hücumun qarşısını Surət Hüseynovun xəyanətkar hərəkətləri aldı”
21/10/2017 [11:08]:
Ronaldodan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi
21/10/2017 [11:06]:
“Qarabağ”dan sərt cavab - “Səviyyəsiz...”
21/10/2017 [11:05]:
Bakının “əli” güclənir, İrəvan şanssız qalır -İşğalçıya çarpaz zərbə
21/10/2017 [11:02]:
"“Sabah” Azərbaycandan üzr istəməlidir " - Qənirə Paşayeva
21/10/2017 [10:57]:
Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər...
21/10/2017 [10:47]:
YAP da mitinq keçirəcək?..
21/10/2017 [10:26]:
Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən - REPORTAJ
21/10/2017 [10:16]:
Deputatların Azərbaycan əleyhinə səs verməsinə Kiyevdən - Münasibət
21/10/2017 [10:15]:
Səməd Seyidov yola salınır…
21/10/2017 [10:12]:
Cəbhədə atəşkəs pozuldu
21/10/2017 [10:07]:
Büdcə kəsiri açıqlandı - 666 milyard dollar
21/10/2017 [10:06]:
Bill Qeyts məktəblərə 1,7 milyard yatırım edəcək
21/10/2017 [10:02]:
İŞİD Əfqanıstanda iki məscidi partladıb - 72 ölü + Yenilənib
21/10/2017 [10:02]:
Ölkəni Yeltsin deyil, qızı Tanya ilə oynaşı Çubays idarə edib - BƏDBƏXT RUSİYA...
21/10/2017 [09:59]:
Ərdoğan və Putin arasında telefon danışığı oldu
21/10/2017 [09:58]:
Kral İraqa dəvət göndərdi - 25 il sonra ilk dəfə
21/10/2017 [09:55]:
Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verildi
21/10/2017 [02:43]:
Konkret işlərin həlli ilə məşğul olun - Günün qoroskopu
21/10/2017 [00:49]:
SSRİ rəssamlarının sərgisində Xruşovun partlatdığı “bomba” -“Sən homoseksualsan...”
21/10/2017 [00:45]:
"Onların mənliyi olsa Azərbaycan bayrağının altında oturmazlar" - İTTİHAM...
21/10/2017 [00:07]:
Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı
21/10/2017 [00:01]:
Ərbil yaxınlığında döyüş - İraq ordusu qəsəbəni azad etdi
21/10/2017 [00:00]:
Bacısını oğlanla görən 17 yaşlı gənc bıçağa əl atdı
20/10/2017 [23:58]:
Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...
20/10/2017 [23:55]:
Ermənistanda əsgər əsgəri güllələdi
20/10/2017 [22:56]:
Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti
20/10/2017 [22:52]:
Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
20/10/2017 [22:33]:
“İdrak” liseyində YAP-ın 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
20/10/2017 [22:27]:
Qartal 350 metr yüksəklikdə havada uçan dronu parçaladı - FOTOLAR
20/10/2017 [22:23]:
“Şeyx Həmzət” azadlığını 3,6 milyon avroya satın aldı
20/10/2017 [22:17]:
Bakı sakinlərinin qısa ətəyə münasibəti – SORĞU
Bütün arxiv bir sırada
12/01/2017 [11:25] - Gündəm - ( 1048 dəfə baxılıb)

Azərbaycan Ermənistanın kabusu olan silahlar alır...



Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların uzun müddət davam etməsinə baxmayaraq, nəticə sıfırdır. Aprel müharibəsində Azərbaycan işğal altındakı ərazilərinin azad olunması üçün hərb variantının mümkünlüyünü sübut etdi.

Lakin Ermənistanın müharibənin dayandırılacağı təqdirdə, danışıqlar masasında konstruktiv mövqe sərgiləyəcəyi ilə bağlı xahişləri, həmçinin, vasitəçilərin istəklərinə görə proses dayandı. Ardınca Vyana və Sankt-Peterburq görüşləri keçirildi. Ciddi irəliləyişlərin olacağına ümidlər yaransa da, proses dalana dirəndi. Bu, müharibə variantının yenidən gündəmə gəlməsi deməkdir. Hansı ki, rəsmi Bakı beynəlxalq hüquqa əsaslanaraq, öz ərazilərini azad etmək üçün bu variantı heç vaxt istisna etmir. Belə bir məqamda əsas vəzifə Azərbaycan Ordusunun üzərinə düşür. Ordumuz apreldə buna qadir olduğunu və düşmən tapdağındakı torpaqlarımızın asanlıqla azad edilə biləcəyini sübut etdi. 2017-ci il bu baxımdan əhəmiyyətli il ola bilər. Ötən ildə olduğu kimi bu il də Azərbaycan Ordusunun güclənməsi istiqamətində ciddi addımların atılacağı gözlənilir.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bunun anonsunu verdi.

“Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək”, - dövlət başçısı qeyd edib.

Hazırda dünyadakı iqtisadi çətinliyə, neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan hərbi potensialının gücləndirilməsi ilə bağlı proqramları ixtisar etmir. Çünki ərazi bütövlüyü pozulmuş hər bir dövlət üçün qüdrətli ordu vacib faktordur. Ordumuz döyüşqabiliyyəti və təminat-təchizat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

“Qlobal Firepower” təşkilatının hesabatında ordumuz hər il daha yüksək pilləyə qalxır. Misal üçün, 2015-ci ildə dünya üzrə 50-ci yerdə idiksə, ötən il göstəricilərimiz 10 pillədən çox yaxşılaşıb. Təşkilatın bu günə olan məlumatlarına görə, Azərbaycan Ordusu Asiyada 20-ci yerdədir. Ermənistanı 8 pillə qabaqlayırıq.

Aprel müharibəsi Ordumuzun hərbi potensialını açıq şəkildə göstərdi. Rusiya və İsraildən alınan hərbi texnikalar, xüsusilə İsrail istehsalı olan “Dron”lar və digər hərbi texnikalar düşmənə sözün əsil mənasında cəhənnəm yaşatdı.

Prezident İlham Əliyevin sözlərinə istinadən, deyə bilərik ki, 2017-ci il hərbi potensialımızın artırılması baxımından daha böyük işlər görüləcək.

Ölümcül silah

Bu il silah idxal edəcəyimiz əsas ölkə İsrail ola bilər. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı bu məsələ dəqiqləşdi.

Netanyahunu Bakıda qəbul edən Azərbaycan prezidenti bildirdi ki, İsraillə 5 milyardlıq silah sazişi imzalanıb. İctimaiyyətə məlum olan məlumatlara görə, Azərbaycan İsraildən “Günbəz” raket kompleksini ala bilər. Bu raket kompleks düşmənin təmas xəttinə yaxın yaşayış məntəqələrini raket atəşinə tutmasının qarşısını almaq gücündədir. Aprel müharibəsi, ondan əvvəl və sonrakı dövrdə yaşadığımız təcrübə göstərdi ki, Ermənistan tərəfi bütün beynəlxalq hüquqlara zidd olaraq, istənilən an mülki əhalini artilleriya atəşinə tutur. İsraildən alınacaq hərbi texnika ilk növbədə düşmənin bu qeyri-insani hücumunu dəf edəcək.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgə qurumu” hesab olunan “Stratfor” beyin mərkəzi də ötən ilin dekabrında Bakının cəbhə ətrafı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək istiqamətində addımlar atdığını yazmışdı.

“Dəmir günbəz” müharibə zamanı təmas xəttinə yaxın şəhər və bazaların qorunmasına kömək edə bilər”, - beyin mərkəzinin analizində bildirilirdi.

“Stratfor”, həmçinin qeyd edirdi ki, Azərbaycan İsraildən bir neçə batareya da almağı planlaşdırır.

Azərbaycanın İsraillə hərbi əməkdaşlığının Ermənistanı qorxuya saldığı da məlumdur.

İrəvanın kabusu

Benyamin Netanyahunun Bakı səfərindən sonra erməni jurnalist Tavos Artakyan “armenianreport” saytında həyəcanla belə yazdı: “Azərbaycan İsraildən aldığı silahlarla Qarabağı qaytarmağa hazırlaşır”.

Erməni jurnalist Azərbaycanın hər keçən gün gücləndiyini, Ermənistanın isə başının şəxsi problemlərə qarışdığını qeyd edib.

“Serj Sərkisyan hakimiyyətini uzatmaq üçün parlament seçkilərinə hazırlaşır. Görünür, onun üçün kənarda baş verənlər maraqlı deyil. Ermənistanın Xarici İşlər Nazirliyi də heç bir addım atmır. Azərbaycan isə Qarabağı qaytarmaq üçün bütün vasitələrlə hərəkətə keçib. Bu gün İsraillə sıx əməkdaşlıq gələcəkdə Bakının məhz bu istəyinin reallaşmasına təkan verə bilər. Hansı ki, biz İsraildən alınan silahların dadını aprel müharibəsində gördük. Lakin Bakı bununla kifayətlənmir və 5 milyard dollarlıq silah müqaviləsi bağladığını açıq şəkildə dilə gətirir. Azərbaycanlılarla yəhudilər Qarabağı qaytarmaq üçün hərəkətə keçib, Sarkisyanın isə “bığı belə tərpənmir”, - deyən erməni jurnalistin bu sözləri Ermənistan ictimaiyyətinin təşvişini açıq şəkildə göstərir.

Azərbaycan İsraillə yanaşı, Türkiyə, Rusiya, Cənubi Koreya və digər ölkələrdən də silah idxalını həyata keçirir. Xüsusilə son illər son illər Rusiyadan milyardlarla dollarlıq yeni hərbi texnikalar alınıb. İctimaiyyətə açıqlanan məlumatlara görə, bura 100 ədəd “T-90S” tankı, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 PMU “Favorit” zenit-raket kompleksləri, odsaçan sistemlər, özüyeriyən qaubitsalar və s. silah sistemləri daxildir. Azərbaycan Rusiyadan “Bal-E” taktiki sahil raket komplekslərini almağa da maraq göstərir. Eyni zamanda, Rusiya 2012-ci ildə Azərbaycana 8 ədəd zərbə helikopteri və 18 ədəd iri çaplı artilleriya sistemi çatdırıb. Bundan başqa, Azərbaycana 1200 ədəd daşınan zenit-raket kompleksinin (200 buraxıcı qurğu və 1000 raket) satışı gerçəkləşdirilib.

Milli silahlarımız

Bütün bunlarla yanaşı, Azərbaycan özününün müdafiə sənayesini də inkişaf etdirir.

Müdafiə sənayesi naziri Yavər Camalov bir müddət öncə mediaya açıqlamasında bildirmişdi ki, Azərbaycan 1100 ada yaxın müdafiə təyinatlı məmulat istehsal edir: “Bu gün Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlar, döyüş sursatları, snayper tüfəngləri, minaatanlar, qumbaraatanlar, hücum pulemyotu, pilotsuz uçuş aparatları, zirühli maşınlar və sair müdafiə təyinatlı məmulatlara olan tələbatını təmin edir. Hazırda nazirliyin tabeli müəssisələrində 1100 ada yaxın müdafiə təyinatlı məmulat istehsal olunur”.

“Polonez” raket kompleksi

Belarus prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin 28-29 noyabr tarixlərində Azərbaycana səfəri çərçivəsində yeni hərbi texnikanın alınması məsələsinin də müzakirə olunduğu haqqında məlumatlar var idi.

Belarus mediası Lukaşenkonun Bakı səfərində əsas prioritetlərdən birinin hərbi-texniki əməkdaşlıq olduğunu yazmışdı. Məlumata görə, Azərbaycan Belarusun “Polonez” raket kompleksinə maraq göstərir. Bu, raket kompleksi düşmən tərəfinin raket-artilleriya hücumlarının qarşısının alınmasında xüsusi rola malikdir.

Bütün bunlar Ordumuzun 2017-ci ildə daha da qüdrətlənəcəyini və ərazi bütövlüyümüzün bərpa ediləcəyi günün uzaqda olmadığını göstərir.

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda
Türkiyənin məşhur məşqçisi: “Qarabağı və “Qarabağ”klubunu çox sevirik”
Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Rusiyanın baş təlxəyi...
“Bakıda böyük partlayış olacaq” - HƏYƏCAN TƏBİLİ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Dünyanın ən kök uşağı hesab olunan körpə rekord çəkidədir - FOTOLAR
Cəmiyyət
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
Cəmiyyət
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
Cəmiyyət
Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...
Cəmiyyət
Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti
Həftənin ən çox oxunanları
"Nə vaxta kimi bu millətin biqeyrətlərini, psixi xəstələrini, fahişələrini reklam edəcəksiniz?"
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
"Hafka"nın saxlandığı xəbəri yayıldı - Silahlı basqına görə
Laçın rayonun bütün kəndlərinin kosmosdan hazırkı görüntüləri - VİDEO
Mütəxəssislərdən xəbərdarlıq: “İctimai nəqliyyatda yaşlılara yer verməyin...”
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
14 yaşlı qızının seks videolarını çəkib sevgilisinə yollayan ana da varmış - DƏHŞƏT...
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
"Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə..."
"Sükan arxasında şirin söhbət etmək də, nağıl danışmaq da olar..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin