Xəbər lenti
27/04/2017 [20:50]:
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək könüllülərlə görüş keçirildi
27/04/2017 [20:46]:
MTN generalı məhkəmədə Eldar Mahmudovu ələ verdi: "2 milyon manat ona çatıb"
27/04/2017 [20:43]:
Azərbaycanda 179 naməlum şəhid məzarı tapılıb -Rəsmi
27/04/2017 [20:41]:
Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır
27/04/2017 [20:38]:
Kim Çen In Ağ Evi belə “məhv edir” - Video
27/04/2017 [20:35]:
Zakir Həsənov Türkiyə ordu generalı ilə görüşdü
27/04/2017 [20:30]:
Naxçıvanda komanda-qərargah təlimi keçirilir - Fotolar
27/04/2017 [20:27]:
Tanınmış iş adamı tutuldu - Şərikini vəhşicəsinə döydürdü
27/04/2017 [19:27]:
Səhvən buraxıldığı iddia edilən dustaqla bağlı - Rəsmi açıqlama
27/04/2017 [19:05]:
“Sulu qəlyanın xeyrini yalnız onu satanlar görür”
27/04/2017 [18:59]:
İqtisadiyyat Nazirliyində növbəti "Açıq qapı" günü keçirildi
27/04/2017 [18:54]:
Raquf Orucovun həyat yoldaşına vəzifə verildi
27/04/2017 [18:52]:
ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi
27/04/2017 [18:49]:
Firuzə İbadova hansı deputata görə özünü öldürmək istəyir?
27/04/2017 [18:45]:
“Nemət Pənahlı başdanxarabdı, xəstədi”
27/04/2017 [18:44]:
ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi
27/04/2017 [18:31]:
“Nemət Pənahlını çoxdan dəfn etmişəm”
27/04/2017 [18:27]:
SOCAR 700 milyon dollarlıq layihəni yenidən nəzərdən keçirir
27/04/2017 [18:13]:
Ağır Cinayət işləri üzrə Bakı Məhkəməsində qayın-gəlin çəkişməsi başlayır
27/04/2017 [18:13]:
"“Facebook” həyatın özüdür, orada hər kəsin yaşamaq haqqı var”
27/04/2017 [18:10]:
“Geylər çıxıb efirdə kişilikdən, Qarabağdan dəm vurur...”
27/04/2017 [18:00]:
Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu
27/04/2017 [17:58]:
Ən təhlükəli görücüdən III Dünya Müharibəsi proqnozları: ”Bu şəhərlər məhv olacaq”
27/04/2017 [17:50]:
Qənirə Paşayeva MM-də siqaretlə bağlı çıxış etdi...
27/04/2017 [17:47]:
Dolların kursu sabit qaldı - MƏZƏNNƏ
27/04/2017 [17:41]:
Firudin Cəlivov yenidən əməliyyat olunacaq
27/04/2017 [17:40]:
“Nəzarət olmayan yerdə mütləq cinayət var”
27/04/2017 [17:38]:
Qənirə Paşayeva "Autizm - fərqli və bizdən biri" adlı tədbirdə iştirak etdi
27/04/2017 [17:29]:
Tanınmış aktyorun oğlu görənləri çaşdırdı - FOTOLAR
27/04/2017 [17:24]:
Həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar
27/04/2017 [16:57]:
Azərbaycandakı məhkum uşaqların sayı açıqlandı
27/04/2017 [16:56]:
Ötən il Azərbaycanda 10 nəfər ömürlük həbs edildi
27/04/2017 [16:47]:
Bakıda qısamüddətli görüşlər üçün tanışlıq klubu yardıldı
27/04/2017 [16:41]:
"Partiyamız Lalə Şövkətin liderliyi üzərində qurulub" - Əvəz Temirxan
27/04/2017 [16:39]:
Türkiyədə Rusiyanın hərbi gəmisi yük gəmisi ilə toqquşdu
27/04/2017 [16:36]:
“Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik” adlı tədbir keçirildi
27/04/2017 [16:29]:
Şəkər xəstələri üçün möcüzəli üsul - İnsulinə son!
27/04/2017 [16:23]:
Azərbaycan Türkiyə Evi uşaqlar üçün tədbir təşkil etdi 
27/04/2017 [16:14]:
Osmanlının gizli intim sirləri - İlk homoseksuallar, geylər, lesbianlar, alfonslar
27/04/2017 [16:05]:
“Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçirdilər
27/04/2017 [15:58]:
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı – YENİLƏNİB
27/04/2017 [15:45]:
General Elçin Quliyev məhkəmə önünə çıxarıldı
27/04/2017 [15:01]:
Qardaşının ölüm xəbərini skripkadan öyrəndi - FOTO 
27/04/2017 [15:01]:
Qızının toyu ilə gündəmə gələn məmurla bağlı - Araşdırma başladı
27/04/2017 [14:59]:
ADU-da akademik heyət üçün seminar keçirildi
27/04/2017 [14:59]:
28 Aprellə başlayan yüzillik qırmızı terror
27/04/2017 [14:55]:
Qənirə Paşayeva Qərb Universitetinin tələbələri ilə görüşdü
27/04/2017 [14:52]:
Bayram Hüseynzadə YAP Universitet ərazi təşkilatının sədri seçildi
27/04/2017 [14:50]:
IV UluslararasıTürk Dünyası Araşdırmalar Sempozimu öz işinə başladı
27/04/2017 [14:47]:
İlk qəbul imtahanının tarixi açıqlandı
27/04/2017 [14:45]:
Əhliman Əmiraslanov: “Keyfiyyətsiz siqaretlər bazara axın edir”
27/04/2017 [14:43]:
MN-nin rəsmisi: "Rusiya ilə hərbi-texniki əməkdaşlıq uğurla inkişaf edir"
27/04/2017 [14:42]:
Bu yayın trendi - Uzunqol çimərlik geyimi - FOTOLAR
27/04/2017 [14:38]:
Messi İranda zühur etdi - FOTOLAR
27/04/2017 [14:34]:
"Ermənistan cəsarət edib heç vaxt təkbaşına Azərbaycanla müharibəyə girməz"
27/04/2017 [14:28]:
"Suriyaya yardım edirik, ancaq Qarabağda susuruq!" - Bəyanat
27/04/2017 [14:26]:
Baş nazirin müavini: “Dövlət bundan sonra da tikinti sektoruna dəstək verməkdə maraqlıdır”
27/04/2017 [14:20]:
"Lotu Quli"nin yeznəsinə hökm oxundu - 1 il 6 ay
27/04/2017 [13:33]:
Eynşteynin oğurlanmış beyninin son aqibəti  - MARAQLI - FOTOLAR-VİDEO
27/04/2017 [12:56]:
Kosmosda çox ciddi problemlər yaşanacaq- XƏBƏRDARLIQ
27/04/2017 [12:54]:
Xüsusi zolaqlarda hərəkətin qadağan olunacağı tarix açıqlandı
27/04/2017 [12:50]:
Polkovnik: "Bu silahlar aldığımızın cüzi hissəsidir" - Video
27/04/2017 [12:48]:
Nazirlər Kabinetindən İslamiada ilə bağlı - Sərəncam
27/04/2017 [12:41]:
Şimali Koreya topçularını sərhədə gətirdi- Müharibəyə saatlar qaldı
27/04/2017 [12:25]:
Özündən 28 yaş kiçik qızla evlənən polkovnikin keçmiş həyat yoldaşı -"İki avtomobili, torpaq sahəmi əlimdən aldı"
27/04/2017 [12:19]:
Rusiyanın qiymətli müdrikləri – Şaman qadınlar - FOTOLAR
27/04/2017 [12:19]:
Üç rayonun əhalisi 2 gün təbii qazsız qalacaq
27/04/2017 [12:07]:
“Azərişığ”ın bu idarəsi ləğv edildi
27/04/2017 [11:46]:
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edildi
27/04/2017 [11:38]:
Rusiya-Azərbaycan sərhədində meşə yanır
27/04/2017 [11:24]:
“Rusiyanın Azərbaycana müdaxiləsi açıq-gizli qalmaqdadır”
27/04/2017 [11:11]:
Sabah son seçimdir: İrəvan razılaşmasa, müharibə...
27/04/2017 [11:09]:
“Rusiya Azərbaycanı Abşerondan ibarət subyektə çevirmək istəyir”
27/04/2017 [11:02]:
Hacıbala Abutalıbovun və oliqarxların gül kimi biznesi batdı -Dövlət qazandı
27/04/2017 [10:57]:
Sabiq nazir rayon icra hakimiyyətlərinin ləğvini təklif etdi
27/04/2017 [10:48]:
Dolların alış qiyməti bahalaşdı
27/04/2017 [10:02]:
“Porno-asılılıq insanlarda sonsuzluq yaradır..” - Senator
27/04/2017 [09:38]:
“Əcnəbi tələbələrin fikir platforması”nın qalibləri – UNEC tələbələri
27/04/2017 [09:20]:
Prezidentin Xoşbəxt Yusifzadə ilə maraqlı dialoqu - “Film çəkməyə gəlmişdilər..."
27/04/2017 [09:15]:
Yalanın vurduğu 6 ictimai ziyan...
Bütün arxiv bir sırada
12/01/2017 [12:20] - Gündəm - ( 1189 dəfə baxılıb)

İrəvanın Rusiya və Türkiyəni toqquşdurmaq planı –Hədəfdə həm də Bakıdır...



Ermənistanın ötən ilin 29 dekabrında Azərbaycanla sərhəddə törətdiyi və layiqli cavabını aldığı təxribatda hansı məqsədlər güddüyü aydınlaşır. Bir hədəf sübhəsiz ki, bu insidentlə Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “iradəsi”ni yoxlamaq, daha dəqiqi, onu Azərbaycana qarşı kökləmək idi. Lakin hiylə baş tutmadı. 

Doğrudur, qurumun sabiq katibi Nikolay Bordyuja ümumi şəkildə hadisəni pislədi və ermənilərə xoş gəlmək üçün hətta “DQR” ifadəsini işlətdi. Ancaq cəmi bir gün sonra KTMT mətbuat xidməti və Rusiya XİN səviyyəsində o, təkzib edildi və daha bir gün sonra isə vəzifəsindən uzaqlaşdırıldı. 

Related image
Bununla rəsmi Moskva açıq şəkildə anlatdı ki, İrəvanın belə təhlükəli kaprizlərinə ortaq olmağa, Azərbaycanla münasibətləri korlamağa hazırlaşmır. Belə bir reaksiyanı Kremlin marionet ölkəyə qulaqburması da adlandırmaq olardı. 

Lakin Ermənistanın hədəfi belə görünür ki, təkcə Azərbaycan olmayıb. Hədəfdə həm də son zamanlar xeyli istiləşmiş Türkiyə-Rusiya əlaqələri olub. Bəllidir ki, İrəvan Ankara-Moskva yaxınlaşmasından ciddi şəkildə təlaş keçirir. Ermənistan xüsusən də Suriyada atəşkəsə dair Moskva və Ankaranın tarixi anlaşmasından rahatsızlıq keçirir və haqlı olaraq, hesab edir ki, analoji əməkdaşlıq formatı, üstəgəl, Azərbaycanın iştirakı ilə, Cənubi Qafqazda, Dağlıq Qarabağ məsələsində reallaşa bilər.

Image result for Kreml

Təsadüfi deyil ki, ermənilərin son sərhəd təxribatı məhz Suriyadakı anlaşmadan az sonraya təsadüf edir. İrəvan bu cür təxribatlarla Rusiya-Azərbaycan, ardınca isə Rusiya-Türkiyə münasibətlərində inamsızlıq və etimadsızlıq toxumları səpməyə ümid edir. Demək, Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsi ilə bənzər insidentlərin artması istisna deyil.

***** 
Rusiyalı ekspert Yevgeni Mixaylovun da bu mövzuda xüsusda şərhi maraqlıdır. Xüsusi olaraq rusdilli Vesti.az saytı üçün yazdığı məqalədə politoloq öncə Sərkisyan rejiminin sülh bəyanatlarının fiksiya olmasına diqqət yönəldir: “Mən əlbəttə ki, 2017-ci ildə Dağlıq Qarabağ konfliktini həllində erməni rəhbərliyinin xoş məramına ümid etmək istərdim, ancaq bu zaman sadəlövh də deyiləm. Çünki dəfələrlə prezident Serj Sərkisyanın sülh dialoquna hazır olması barədə hay-küylü bəyanatlarını eşitmişik, reallıqda isə sağlam məntiqə zidd addımlar atılıb. 

Image result for Yevgeni Mixaylov

Erməni silahlı birləşmələrinin təmas xəttində müntəzəm təxribatları ondan xəbər verir ki, Qarabağ məsələsi yəqin ki, real vəziyyət nəzərə alınmaqla razılaşdırılacaq və sülh nizamlanmasının əsas iştirakçısı üçüncü tərəf olacaq. Yəni əsas qarant ölkələr kimi Rusiya və Türkiyə çıxış edəcək: Rusiya Ermənistanın əsas müttəfiqi kimi, Türkiyə isə Azərbaycanın təhlükəsizlik maraqlarının qarantı qismində”.

Rusiyalı analitikə görə, bu, Ermənistanın xoşuna gəlməyəcək, ancaq İrəvanın ayrı yolu da olmayacaq. 

Image result for Yevgeni Mixaylov

“Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır. Ən azından mən ”bufer zona"ya aid rayonların qaytarılmasını gözləyirəm. Erməni isteblişmentinin hərbi ritorikası artıq sadə Ermənistan xalqını da təngə gətirib - hansı ki, daima blokada şəraitində yaşamaqdan yorulub və nəhəng iqtisadi çətinliklər hiss edir. Fikrimcə, 2017-ci ildə bir çox dünya ölkələrində sərhəd dəyişiklikləri gözlənilir. Yeni ABŞ administrasiyasının kursunda gözlənilən dəyişiklik, keçmiş SSRİ ölkələrindəki geosiyasi qüvvələr bölgüsündə Amerikanının iştirakı ilə bağlı gözlənilən dəyişiklik Qarabağ məsələsində də müsbət nəticələrini verəcək", - deyə ekspert qeyd edib.

Image result for KTMT

Onun sözlərinə görə, Ermənistanın KTMT-nin “qulağından tutmaqla” Azərbaycan torpaqlarında nəhayət ki, yeni erməni dövləti yaratmaq yönündə cəhdləri tam uğursuz görünür: “Sərhəddəki bütün bu təxribatlar Azərbaycan üçün real nəticələrə gətirmək gücündə olmayan gizli sancmalar təsiri bağışlayır. Üstəlik, bunu KTMT üzvləri də başa düşür və ehtiyatlı şəkildə anladırlar ki, Ermənistan özünü balaca uşaq kimi aparır. Yəni məqsədli şəkildə şuluqluq salmaqla istəyir ki, böyük qardaş ona arxa dursun. Tarixən biz bunu artıq Osmanlı imperiyası zamanı, 20-ci əsrin əvvəllərində görmüşük. Türkiyə və Rusiya arasında münasibətlərin normala düşməsi Ermənistanı sevindirə bilməz. Və tam ehtimal var ki, o, regionda situasiyanı laxlatmaqla Rusiya və Türkiyənin maraqlarını toqquşdurmağa çalışacaq. Ancaq mənim fikrimcə, bütün bunlar uğursuz olacaq, yekunda ağıl qalib gələcək və biz işğal altındakı ərazilərin qaytarılmasını görəcəyik”, - deyə politoloq əlavə edib.

*****
Rusiyalı politoloq kimi düşünən ekspertlər az deyil. Gerçəkdən də, Dağlıq Qarabağ məsələsi nəinki Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətlərini açıq şəkildə təhdid edən vəziyyətə gəlib, bütövlükdə regionu partladacaq qorxulu amilə çevrilib. Odur ki, bir an öncə bölgənin bu ən üzücü konfliktin “fitilini” çıxarmaq zərurəti heç vaxt olmadığı qədər zərurətə çevrilib. Bunu isə həqiqətən Rusiya və Türkiyə edə bilər - üstəlik, Suriya timsalında ortaq əməkdaşlıq örnəyi varsa... (musavat.com)

MTN generalı məhkəmədə Eldar Mahmudovu ələ verdi: "2 milyon manat ona çatıb"
"Partiyamız Lalə Şövkətin liderliyi üzərində qurulub" - Əvəz Temirxan
“Rusiyanın Azərbaycana müdaxiləsi açıq-gizli qalmaqdadır”
“Sahibkarlar bu fərmandan yararlana bilərlər”
Dünyanın ən çox siqaret çəkən gənci siqareti tərgidib arıqladı - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
Dünya
Kim Çen In Ağ Evi belə “məhv edir” - Video
Gündəm
“Nemət Pənahlını çoxdan dəfn etmişəm”
Gündəm
"“Facebook” həyatın özüdür, orada hər kəsin yaşamaq haqqı var”
Maraqlı
Ən təhlükəli görücüdən III Dünya Müharibəsi proqnozları: ”Bu şəhərlər məhv olacaq”
Gündəm
“Nəzarət olmayan yerdə mütləq cinayət var”
Həftənin ən çox oxunanları
Ərdoğan ermənilərə başsağlığı verdi -“Sizləri sevgi və hörmətlə salamlayıram"
Türkiyə doğrudanmı Azərbaycana xəyanət etdi?
"Allaha, Qurana and olsun ki, məmurla sevgili deyiləm"
Həkimdən xəstə qadına qarşı alçaq hərəkət - "Sağalacaqsan" deyib...
Dünyanı heyrətə salan intim adətlər: Qızlar hamiləlikdən qorunmağa çalışsalar da...
Artur Rasizadədən qərar: Əməkhaqqı 1 manat artırıldı
Zakir Həsənovdan "müharibəyə hazır olun" əmri: komandirlərə tapşırıq verildi
Mehriban Əliyeva ilə general arasında dialoq: "Bu məsələ öz həllini tapmalıdır"
13 yaşlı uşaq anasından qollarını kəsməsini istədi, ana da qanunları tapdalayaraq... - FOTOLAR
Anası bildiyi adam öləndə kişi çıxdı... Gənc qız dəhşət içində -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin