"O şəhidlərin arasında sumqayıtlı gənclər də var idi..." - MÜSAHİBƏ - FOTOLAR
Oxunub: 2670
19 Jan 2017 | 11:21

Moderator.az Sumqayıt Bələdiyyəsinin sədri Sultan  Əsədovla müsahibəni təqdim edir.

Hər bir sumqayıtlının müqəddəs ziyarət kimi qəbul etdiyi, dərin ehtiramla ziyarət etdiyi bir ünvan var ”“ Sumqayıt Şəhidlər Xiyabanı. Burada xalqımızın, dövlətimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş yüzlərlə gənc uyuyur. 20 Yanvar günləri ərəfəsində heç vaxt unudulmayacaq şəhidlərimiz bir daha anılır, onların daimiyaşar ruhu ehtiramla yad edilir.

Şəhidlər Xiyabanın qurulduğu illərdə Sumqayıtda Vətəndaşlara Xidmət İdarəsinin rəisi vəzifəsində çalışmış, hazırda Sumqayıt Bələdiyyəsinin sədri  Sultan Əsədovla müsahibəmizdə  həmin ağrılı, çətin illərə qayıtdıq, eyni zamanda həmsöhbətimizlə birlikdə bir sıra tarixi faktları aydınlaşdırdıq.


- Sultan müəllim, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində Azərbaycan olduqca ağır, çətin bir dövrünü yaşayırdı. Həmin illəri necə xatırlayırsınız?

- Bəli, 80-ci illərin sonlarından etibarən həmvətənlərimiz öz tarixi yurdlarından ”“ Dağlıq Qarabağdan deportasiya olunmağa başladılar. Bu, ermənilərin “türksüz Ermənistan” planının icrasına başlanması demək idi. Məsələ təkcə deportasiya deyildi: Ermənistan hökuməti, “Qaraba𔝠və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətdilər.
Həmin vaxt öz yurdlarından qovulmuş həmvətənlərimizin bir hissəsi də məhz Sumqayıta pənah gətirdi. O illər həqiqətən də ağır illər idi, bu, xalqımız üçün növbəti faciə və sınaq idi. Eyni zamanda Azərbaycanda azadlıq hərəkatı başlamışdı, xalqımız öz müstəqil dövlətini qurmaq barədə qərar qəbul etmişdi. SSRİ isə son nəfəsində parçalanmanın qarşısını almaq üçün xalqlara qarşı soyqırımdan belə çəkinmirdi. 1990-cı ilin 20 Yanvar gecəsi belə faciələrdən biri idi.

Gecə saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridildi, dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Ancaq bu faciə də Azərbaycan xalqını azadlıq eşqini, mübarizəsini zəiflədə bilmədi. Əksinə, xalq daha möhkəm birləşdi və müstəqillik yollarında bütün çətinliklərin öhdəsindən gəldi. 1991-ci ilin oktayabrında Azərbaycan öz müstəqilliyini elan etdi, ancaq bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal siyasəti icra edilməyə başlanmışdı. Rus qoşunlarının köməkliyi ilə ermənilər bir-birinin ardınca torpaqlarımızı işğal edirid, bizdə isə nə silahlı qüvvələr formalaşdırılmışdı, nə düzgün idarəçilik mövcud idi ”“ ölkədə xaos hökm sürürdü, hakimiyyət davası gedirdi. 

Bu illəri hər birimiz çox yaxşı xatırlayırıq, ölkənin ictimai-siyasi vəziyyəti çox gərgin idi, iqtisadi tənəzzül dərinləşmişdi, ölkə uçuruma doğru gedirdi.

- Cəbhədə də qanlı döyüşlər gedirdi, itkilər verirdik.

- Bəli, çox ağır döyüşlər gedirdi, xeyli şəhidlər vermişdik. O şəhidlərin arasında sumqayıtlı gənclər də var idi. İşğal edilmiş bir çox rayonların sakinləri Sumqayıtda yerləşdirildiyindən şəhidlərimizin də bir hissəsi Sumqayıtda dəfn olunmalı oldu. Həmin illər Sumqayıt həm öz qaçqın və məcburi köçkün həmvətənlərinə, həm də şəhid övladlarına qucaq açdı.
Ancaq hamını narahat edən bir problem var idi ”“ ölkənin məhv olmaq, yenicə qazanılmış müstəqilliyin itirilməsi təhlükəsi. Belə vəziyyətdə xalq bircə çıxış yolu gördü: dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması. Hər kəs inanırdı ki, ölkəni bu uçurumdan yalnız ulu öndər xilas edə bilər. Bununla bağlı ulu öndərə müraciət olundu, o da xalqın çağırışına müsbət cavab verərək Bakıya qayıtdı. Yalnız bundan sonra Azərbaycan düşdüyü kritik vəziyyətdən çıxmağa başladı, ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, iqtisadi böhran tədricən aradan qaldırıldı və nəhayət, qısa zamanda ölkə sabitlik və inkişaf relsləri üzərinə çıxarıldı. Dahi siyasətçinin müəyyən etdiyi strategiya ilkin mərhələdə ölkəni ictimai-siyasi, iqtisadi kataklizmlərdən xilas etdi, daha sonra isə tərəqqi yoluna çıxararaq regionun liderinə çevirdi.







- Dediniz ki, şəhidlərimizin bir hissəsi də Sumqayıta gətirilirdi, burada dəfn olunurdu. Siz həmin illərdə Vətəndaşlara Xidmət İdarəsinin rəisi idiniz. Sumqayıt Şəhidlər Xiyabanı da həmin illərdə qurulurdu.

- Sumqayıtda yüzlərlə şəhidimiz dəfn edildi. Bizim idarə dəfn prosesində şəhid ailələrinə əlindən gələn köməyi etməyə çalışırdı. İdarəmiz Mənzil Kommunal İstehsalat Birliyinin nəzdində idi. Həmin birliyin rəhbəri isə hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan cənab Zakir Fərəcov idi. O, bu işlərə şəxsən nəzarət edir, şəhid ailələrinin dəfn məsələlərinə həssaslıqla yanaşılmasını tələb edirdi. O vaxt Xiyaban hələ qurulmamışdı, burada heç bir iş görülməmişdi. Ulu öndər Sumqayıtda Şəhidlər Xiyabanının qurulmasını tapşırmışdı,  şəhər rəhbərliyinə bu işin yüksək səviyyədə təşkil olunmasına dair göstəriş vermişdi. Zakir müəllim bu işin ən yüksək səviyyədə təşkil olunması üçün işlərə başladı. Bu yöndə səylə çalışırdı, ancaq bir sıra problemlər var idi. Belə ki, qəbir daşları Azərbaycana Ukraynadan gətirilirdi, məlum olduğu kimi, SSRİ-nin süqutu ilə ittifaq ölkələri arasında iqtisadi kammunikasiya itdiyi üçün Ukrayndan ölkəmizə mal gətirmək demək olar ki, mümkünsüz idi. Digər bir tərəfdən o vaxt yalnız mal-material mübadiləsi var idi, yəni nağd pulla xaricdən nəsə almaq çətin idi. Qranit daş Ukraynadan, Jitomir vilayətindən ölkəmizə Rusiyadan keçərək Dağıstandan gəlməli idi, ancaq Çeçenistanda müharibə gedirdi, dəmiryolu dağıdılmışdı və s. Artıq şəhid ailələri də narazılıq edirdi ki, nəyə görə qəbirlər düzəldilmir.

Ukraynadan qranit daşların alınması üçün mütləq barter tələb olunurdu, biz tərəfdən daşların əvəzinə dizel yanacağı verilməli idi. Yəni Zakir müəllim bu məsələ ilə əlaqədar olaraq dəfələrlə həmin vilayətdəki müəssisəyə getdi, danışıqlar apardı, onlar verəcəkləri malın əvəzində dizel yanacağı istəyirdi. Bu yanacaq isə strateji məhsul hesab olunduğundan, onun ölkədən çıxarılması çox çətin idi ”“ bunun üçün bir sıra nazirliklər icazə verməli idi, Həm Xarici Əlaqələr Nazirliyinin, həm İqtisadiyyat Nazirliyinin, həm Neft Komitəsinin, həm də Nazirlər Kabinetinin razılığı tələb olunurdu. Cənab  Zakir Fərəcov bu icazələrin alınması, sənədləşdirmələrin aparılması üçün səylə çalışdı. Həm danışıqların aparılması, müqavilənin bağlanması, həm də ilk partiyanın gətirilməsi üçün Zakir müəllim özü Ukraynaya gedərək, qranitin gətirilməsini təmin etdi. Daşlar Dağıstana qədər vaqonlarla gətirildi, orada, Kizlər şəhərində yük maşınlarına yükləndi, çünki Çeçenistan müharibəsi gedirdi və oradan keçən qatar yolu artıq dağıdılmışdı, həm də döyüşlər gedirdi. Çeçenistan ərazisindən nəsə keçirmək özü də təhlükə demək idi, bu, həyati risk demək idi.

Kizlər şəhərində yük maşınlarına yüklənən qranit daşları Sumqayıta şosse yolu ilə gəlib çatdı. İndi bu barədə danışmaq asandır, ancaq bu problemi həll etmək çox çətin idi. Proses 1 ilə qədər uzandı, çünki maneələr çox idi. Bu problemi həll etmək üçün çalışqanlıq, işgüzarlıq tələb olunurdu və Zakir müəllim bu maneələrə baxmayaraq bu məsələni uğurla həll etdi, sona çatdırdı.

1994-cü ildən etibarən Sumqayıt Şəhidlər Xiyabanı qurulmağa başlandı. Gətirilən daşlar çox keyfiyyətli idi və Xiyaban yüksək səviyyədə quruldu, şəhid ailələri də bu işə görə minnətdarlıqlarını, razılıqlarını bildirirdilər.







- Sumqayıta atəşkəsə qədər təxminən nə qədər şəhid cənazəsi gəlmişdi?

- 1994-cü ilin may ayına qədər, yəni ulu öndər Azərbaycan ordusunu formalaşdırmaq məqsədilə imza atdığı atəşkəsə qədər Sumqayıt təxminən 350-355 şəhid qəbul etdi. Ancaq bildiyimiz kimi, ermənilər hətta imzaladığı sənədə, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliyə, atəşkəs razılaşmasına da əməl etmir, atəşkəsi tez-tez pozurdular, nəticədə cəbhədə yenə itkilərimiz olurdu. Bildiyimiz kimi, bu gün də erməni tərəf atəşkəsi mütəmadi olaraq pozur.  Belə hallardan birində ”“ ötən ilin aprelində Azərbaycan ordusu düşmənə layiqli cavab verdi, onları yerində oturtdu, hətta hərbi əməliyyatları davam etdirərək, min hektarlarla ərazini işğal altından azad etdi, xeyli canlı və texnika itkisi verən düşmən qaçmağa, geri çəkilməyə məcbur oldu. Doğrudur, bizim də itkilərimiz oldu, ancaq birmənalı şəkildə demək olar ki, aprel döyüşləri müasir Azərbaycanın hərb tarixinin ən şanlı zəfərlərindən biri kimi tarixə yazıldı. Həmin günlərdə Sumqayıt da 6 şəhid verdi. Hər birimiz həmin günlərdə şəhid oğullarımızın qarşılanmasını yaxşı xatırlayırıq, Sumqayıt öz şəhid övladlarını necə izdihamla, alqışla, hərarətlə qarşılayırdı!

Şəhidlərin qarşılanması, dəfn və yas mərasimlərində şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov da iştirak etdi. Zakir müəllimin tapşırığı ilə şəhidlərin qəbirüstü abidələri Xiyabanın ümumi harmoniyasına uyğunlaşdırılaraq düzəldildi.

Belə bir deyim var: torpaq uğrunda ölən varsa, vətəndir! Bu torpağı bizlər üçün müqəddəsləşdirən də məhz yüzilliklər boyunca onun uğrunda canından keçmiş qəhrəman vətən oğul və qızları, onların ölməz ruhudur.

Söhbətləşdi: Vüsal Məmmədov

 P.S. Tarix obyektiv qiymət tələb edir. Bu gün sumqayıtlıların müqəddəs ziyarətgahına çevrilmiş Şəhidlər Xiyabanı, bax belə çətinliklər hesabına qurulub. Bu çətinliyi öz üzərinə götürənləri, şəhəri quranları gələcək nəsillər dərin ehtiramla xatırlayacaq”¦




1000_fpJc51sluoZ8

Oxşar xəbərlər
07:27, Bu gün
Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçirəcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 08:58
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 08:58
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş