Eldar Namazov:“Lavrovu erməni lobbisinin tərkib hissəsi sayıram”
Oxunub: 2013
23 Jan 2017 | 11:16

Eldar Namazov:“Lavrovu erməni lobbisinin tərkib hissəsi sayıram”
Son günlər dünya üçün bir nömrəli müzakirə mövzusu ABŞ-da Donald Tramp dövrünün başlanması, yeni administrasiyanın dünyaya və ölkəsinə nələr qazandıracağı barədədir. Azərbaycan da dünyanın bir hissəsi kimi, təbii ki, prosesləri həssaslıqla izləyir. Ancaq bu dönəmdə bizləri narahat edən əsas  məsələ şimal qonşumuzdan verilən təhdidli bəyanat oldu. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində Tramp dönəmi və Lavrovun anti-Azərbaycan mövqeyi barədə kifayət qədər maraqlı fikirlər söylədi:

Beləliklə, Moderator.az müsahibəni təqdim edir:


- Əslinə qalsa, yarandığı, dünya meydanına çıxdığı gündən ABŞ-da yalnız daxili problemlərlə məşğul olmaq ənənəsi, təcrübəsi və siyasəti həmişə çox güclü olub. Faktiki olaraq 20-ci əsrin əvvələrində ABŞ iqtisadi cəhətdən dünyada hegemon dövlətə çevrilmişdi, ancaq dünya siyasətinə, demək olar ki, qarışmırdı, Avropanın, Asiyanın daxili işlərinə müdaxilə etmirdi. 

O dərəcəyə çatmışdı ki, Avropa ölkələri ABŞ-a müraciət edirdilər ki, sizin dünyada qlobal rol oynamağa haqqınız var, vaxt da yetişib, elə isə niyə dünya problemləri ilə məşğul olmursunuz? Bu, ABŞ siyasətində aparıcı xətt idi. Sonra bu xətt 1-ci Dünya müharibəsi dövründə dəyişməyə başladı, İkinci Dünya müharibəsi zamanı daha da gücləndi və ABŞ qlobal problemlərdə aparıcı ölkəyə çevrildi. Əvvəlcə SSRİ ilə rəqabət aparırdı, imperiya dağılandan sonra isə hətta birqütblü dünya konsepsiyası meydana gəldi. Son illərdə ABŞ-da bu məsələlərlə bağlı ciddi narazılıqlar yaranmışdı. Narazılıq ondan idi ki, ABŞ qlobal rol oynaya-oynaya öz iqtisadiyyatında özünə problemlər yaşadır. 

ABŞ çoxsaylı ölkələrin dirçəlməsində əsas aparıcı rol oynayır, müxtəlif ölkələrin iqtisadiyyatına böyük yatırımlar qoyur, ancaq məsələn, Çin gəlib Avropaya, Amerikaya meydan oxuyur, bir çox iqtisadi məsələlərdə onu üstələyir. Digər tərəfdən, Avropa Birliyi son 15-20 ildə iqtisadi  qurum kimi çox güclənmişdi, Amerika, Çin və Avropa Birliyindən ibarət iqtisadi üçbucaq yaranmışdı. Eyni zamanda konfliktlərin həllində də ABŞ-ın öz səhvləri ucbatından, ya da obyektiv səbəblərdən ciddi problemlər yaşandı. İraq əməliyyatı yanlış bir əməliyyat kimi qəbul olundu. Nə Əfqanıstan, nə də Suriyaya müdaxilələr istənilən nəticələri vermədi. 

Bütün bu iqtisadi və beynəlxalq problemlərdə yaranan narazılıqlar axırda Tramp fenemonini ortalığa gətirdi. Trampın indi bəyan etdiyi şüarlar  daha çox 20-ci əsrin əvvəlindəki ABŞ-ı xatırladır ki, biz ilk növbədə daxili problemlərimizlə məşğul olmalıyıq. Artıq ABŞ elə bir dünya düzənini, elə bir mərhələni yaşayır ki, bu ölkə yalnız daxili problemlərlə məşğul ola bilməyəcək. 

Trampın çıxışı çox ənənəvi çıxış idi. Elə bil ki, seçkiqabağı kampaniyada çıxış edirdi. Ancaq ondan daha önəmlisi odur ki, bu günlərdə Ağ Evin saytında Tramp administrasiyasının prioritetləri sadalanıb. Biz görürük ki, orada çox ciddi beynəlxalq məsələlər var. Orada Rusiya ilə dil tapmağa mane olacaq Çin və İran problemləri prioritet sayılır. Rusiya həm Çin, həm İranla çox sıx hərbi-strateji və siyasi tərəfdaşlıq həyata keçirir. Tramp administrasiyası Amerikanın daxilində neft və qaz hasilatını məhdudlaşdıran qanunları ləğv etmək istəyir. Bu, o deməkdir ki, ABŞ dünya bazarına aparıcı neft hasilatçısı olan ölkə kimi çıxacaq. Bu da Rusiyanın maraqlarına ziddir. Əgər bu sanksiyalar davam etsə, Rusiyanın ehtiyatları artıq iki ilə tam tükənməyə başlayacaq.  

- Trampın and içməsindən bir neçə dəqiqə sonra Ağ Ev administrasiyasının Çinlə bağlı bəyanat verməsi də, yəqin, təsadüf deyildi...

- Təbii ki. Əslində Tramp Barak Obamanın xarici siyasətini tənqid edəndə dediklərinin mahiyyəti ondan ibarət idi ki, bizim əsas rəqibimiz Çindir, sizsə Rusiya ilə dava aparırsınız, amma onunla da bacarmırsınız. Ona görə də Trampın xarici siyasətlə bağlı bəyanatları indi həm Avropa, həm də dünya siyasətçilərini çaş-baş salıb. O cümlədən Rusiyada birmənalı mövqe yox olub. Onlarda da Tramp eyforiyası artıq bitmək üzrədir. Onlar yeni administrasiyanın açıqlamalarını oxuyurlar və başa düşürlər ki, onunla nə Çin, nə İranla bağlı razılığa gələcəklər. Üstəlik, görürlər ki, yeni hakimiyyət raketdən müdafiə sisteminin gücləndirilməsi, hərbi donanmanın yenidən qurulması, hərbi sənaye kompleksinə külli miqdarda yatırım qoymağı fikirləşir. 

Rusiyada da müstəqil düşünən ekspertlər deyirlər ki, bu məsələlər Rusiya üçün ciddi problemlər yaradacaq. Trampın Avropa haqqında dedikləri də böyük narahatlıq doğurur. Ona görə indi bütün dünya gözləmə mövqeyindədir ki, seçkiqabağı şüarlar reallığa çevriləcək, yoxsa Trampın komandasında yer almış adamlar öz “şef”inə təsir edib bu siyasəti korrektə edəcəklər. Bu sualların cavabını hələ heç kim-nə Moskva, nə Brüssel, nə də Pekin bilmir. Ola bilsin ki, Trampın özü də yalnız işə başlayandan sonra və komandası ilə addımlarını müzakirə etdikdən sonra mitinqlərdə dediklərinə aydınlıq gətirəcək. 


- Eldar bəy, icazənizlə digər ciddi məsələdən danışaq. Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycanla bağlı təhdidli mövqeyini siz necə şərh edirsiniz? 

- Sözsüz ki, mən Lavrovun etnik mənsubiyyətini və bundan əvvəlki bəyanatlarını nəzəra alaraq, onu erməni lobbisinin tərkib hissəsi sayıram. Lavrovun bəyanatında bizi narahat edən çox ciddi məqamlar var idi. Ancaq eyni zamanda məni təəccübləndirən məqam başqadır. Şəxsən mən onun dediyi Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmaması ilə bağlı hissəni o qədər də vacib saymadım. Orada Azərbaycanın maraqlarının əleyhinə olan daha vacib məsələlər və real, obyektiv təhlildən uzaq olan təxribatçı ifadələr var idi. Gəlin əvvəlcə “Qarabağ Azərbaycanın daxili işi deyil” məsələsinə baxaq.

Məni təəccübləndirən odur ki, axı, biz uzun atəşkəs imzalanandan sonrakı 23 ildə bütün dünyanı inandırmağa çalışırıq ki, Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. O mənada ki, bir ölkə digərinə təcavüz edib. Əgər bir ölkə digərinin torpaqlarını işğal edibsə, burada “daxili işimizdir” ifadəsi o qədər də yerinə düşmür. Əslinə qalsa, erməni tərəfi 23 ildir dünyaya car çəkir ki, Qarabağ Azərbaycanın daxili işidir, qoy Bakı qondarma “Dağılıq Qarabağ Respublikası”nın rəhbərləri ilə danışıqlar aparsın, bizim bu danışıqlarda iştirakımız düzgün deyil və biz tərəf deyilik. 

Biz isə bütün dünyanı inandırmağa çalışırıq ki, Azərbaycanın 20 faiz torpaqlarını Qarabağ erməniləri yox, Ermənistan dövləti işğal edib. Əslinə qalsa, dünya ictimaiyyəti bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyib, bildirib ki, danışıqlar Azərbaycanla Ermənistan arasında keçirilməlidir. Yalnız Ermənistan işğala son qoyandan sonra Azərbaycan artıq Dağlıq Qarabağdakı erməni icması ilə danışıqlar apara bilər. Onda biz bunu daxili işimiz sayacağıq. Biz BMT Nizamnaməsinə istinad edirik ki, Azərbaycan güc tətbiq edərək torpaqlarını azad edə bilər. Biz dövlətin təcavüzə qarşı özünümüdafiəsi ilə bağlı maddəyə istinad edirik. 

Ermənistan qoşunlarının Azərbaycan ərazisində olduğunu gizlətməyə çalışırdı, ancaq gizlədə bilmədi, bu, mümkün də deyil. Çünki hərbi insidentlər zamanı erməni tərəfdən həlak olan hər 10 nəfərdən azı 8-i Ermənistan vətəndaşı çıxır, onları aparıb Ermənistanda dəfn edirlər. Bütün dünya da torpaqları Ermənistanın işğal etdiyini bilir. Onu da qeyd edim ki, bizim jurnalistin Lavrova verdiyi sualda antiterror əməliyyatı ilə bağlı məqam məni təəccübləndirdi. Azərbaycan torpaqlarını hansısa terror şəbəkəsi işğal etməyib. İşğal olunmuş ərazilərdə on minlərlə hərbçi, yüzlərlə tanklar, BTR-lər dayanır, Ermənistan ordusunun böyük hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindədir. Biz orada antiterrror əməliyyatı yox, işğalçı ordunu çıxartmaq üçün hərbi əməliyyat keçirəcəyik. Bütün bunları nəzərə almaq lazımdır. Ancaq Lavrovun Azərbaycana qarşı erməni təsirindən irəli gələn daha ciddi məqamlar oldu. 

- Hansılardır onlar? 

- Birincisi, Lavrov qeyd etdi ki, guya BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri atəşkəs rejimini tələb edib və bəziləri buna əməl etməyib. Bu, ağ yalandır! BMT qətnamələrində atəşkəs haqqında sözlər var idi, ancaq onların məğzi belə idi ki, Azərbaycan torpaqları işğal olunub və işğalçı dövlət qeyd-şərtsiz ordan qoşunlarını çıxartmalıdır! Lavrovsa bunları demir, BMT TŞ qətnamələrini təhrif edir ki, orada yalnız atəşkəsdən söhbət gedib. Bizimçün ikinci önəmli məsələ odur ki, Lavrov qeyd edir ki, torpaqlar azad olunmalıdır. Ancaq bunun ardınca deyir ki, eyni zamanda da Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. Halbuki bu yaxınlarda hətta Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da qeyd etmişdi ki, Rusiya Qarabağla bağlı təkliflərini verib, orada rayonların qaytarılması məsələsi var və status məsələsi sonra həll olunmalıdır. Ermənistanın özündə də böyük hay-küy qopmuşdu ki, Rusiyanın “aprel müharibəsi”ndən sonrakı təklifi məhz mərhələli plan təklifidir. Yəni status məsələsi indi müzakirə oluna bilməz. İndi hansı səbəbdən Rusiya XİN rəhbəri məhz torpaqların azad olunması ilə status məsələsini eyni vaxtda həllini irəli sürür? Bizi narahat edən bax, budur! Bu adam BMT TŞ-nin qətnamələrində torpaqların qeyri-şərtsiz azad olunması tələbini də danır.

- Lavrov Putinin sözünü dedi, Kremlin planlarının anonsunu verdi, yoxsa sadəcə, milli kimliyinin nümayişi idi?

- Biz yuxarıda ABŞ-ın yeni administrasiyası haqqında danışdıq. Trampın hansı siyasət yürüdəcəyi Rusiyaya da hələ axıra kimi bəlli deyil. Mümkündür ki, onlar bir neçə variantlar hazırlayıblar. Ola bilsin, Tramp Rusiyanın istəyinə uyğun olaraq desin ki, gəlin dünyanı təsir dairələrinə bölək, Qafqaz, Ukrayna, ya başqa yerdə ABŞ-ın marağı yoxdur, o bölgələrdəki problemlərin həlli ilə Rusiya məşğul olsun. Rusların da arzusu budur ki, dünyanın bölünməsi ilə bağlı yeni Yalta sazişi imzalansın. Əgər Tramp bu xətti seçsə, Avropa qitəsində, Şərqi Avropada, Qafqazda çox ciddi problemlər yaranacaq. Onda Rusiya daha sərt siyasət yürüdəcək, daha sağ-soluna baxmayacaq. Yox, əgər yeni Yalta sazişi, yəni dünyanı təsirlərə bölmək ideyası reallaşmasa, ABŞ və Avropa bu bölgələrdə öz maraqlarını qorumağa başlasa, onda Rusiya başqa siyasət yürüdəcək. Mənə elə gəlir ki, Rusiya rəsmiləri yeni ABŞ administrasiyasının son qərarlarını gözləyir. Yəni dünyada gedən proseslərə hansı münasibət bəsləyəcəklər, Avropa Birliyi ilə münasibətləri necə olacaq, Ukrayna, Azərbaycan yeni administrasiyanın planlarında hansı yeri tutacaq, bunları gözləyirlər. Bu qərarlardan asılı olaraq Kreml də öz planlarını tutacaq. Ancaq hər halda Lavrovun bəyanatına, başqa erməni əsilli, ya da Ermənistanla bağlı olan rus siyasətçilər və ekspertlərin çıxışlarına qulaq asanda biz ən pis variantlara da hazır olmalıyıq və bu məsələlərdə çox diqqətli olmalıyıq. 

- Eldar bəy, Azərbaycanın Tramp administrasiyası ilə əlaqələrini necə təsəvvür edirsiniz?

- Azərbaycanın yeni ABŞ administrasiyası ilə əlaqələr qurmaq imkanları var. Sirr deyil ki, bu yaxınlarda namizədliyi təsdiqlənən yeni dövlət katibi Azərbaycanda böyük layihələri həyata keçirib, Xəzər dənizindəki neft yataqları ilə bağlı sazişləri Bakıda imzalayıb, müəyyən əlaqələr var. Trampın özünün də Azərbaycanla müəyyən əlaqələri var. Eyni zamanda son dövrlərdə Rusiyanın həm Türkiyə, həm Azərbaycanla tərəfdaşlıq münasibətləri qurmaq meyilləri də var idi. Buna mane olan erməni lobbisi də mövcuddur - Lavrov daxil olmaqla. Başqa Rusiya məmurları da var ki, Rusiya maraqlarından daha çox, əski vətənlərinin maraqlarını güdürlər. Yəni kifayət qədər mürəkkəb və təlatümlü dövr başlayır, təkcə Azərbaycan üçün yox, bütün dünya üçün. Söhbət yeni dünya düzəninin formalaşmasından gedir. Bu məsələlərdə bizimçün həm böyük təhlükələr var, həm də ki, xarici siyasətimizi düzgün qursaq, müəyyən üstünlüklər də əldə etməyimiz mümkündür...
Oxşar xəbərlər
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:16, Bu gün
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:05, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - FOTO
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
24 Apr 2024 | 15:41
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
24 Apr 2024 | 15:41
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB