Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil verdilər - FOTO
483
26 Nov 2023 | 14:32

Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil verdilər - FOTO

Göygöl rayonunda vətəndaşlar odlu silahları polisə təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan, müxtəlif marka və kalibirli 5 ədəd ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam edtirilir.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər