Xəbər lenti
22/07/2017 [02:26]:
Səhhətinizlə bağlı problem riski var - Günün qoroskopu
22/07/2017 [01:59]:
Döyülməkdən huşunu itirən, dağıntılar arasından sağ çıxan Ömər Faiq- Maarifçinin əzabları
22/07/2017 [01:21]:
9 yaşlı uşaq elm aləmini şok etdi  - 1.2 milyon illik sirr ortada - FOTOLAR
22/07/2017 [01:19]:
Türk birliyi: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik
22/07/2017 [01:04]:
"Azərbaycan uzun illər ABŞ-ın xarici siyasətində prioritet ölkə olmayıb"
22/07/2017 [00:58]:
Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanılan rəssam – VİDEO
22/07/2017 [00:56]:
Jurnalistika budur: mənəvi zənginlik fonunda SÖZün və imzanın şərəfini qorumaq
22/07/2017 [00:41]:
KİŞİLƏR - Sinəniz bu şəkildədirsə, mütləq həkimə müraciət edin  - FOTOLAR
22/07/2017 [00:18]:
"Allah qızımı da, məni də məyus elədi..."
22/07/2017 [00:05]:
Partiya sədri jurnalistləri təbrik elədi
21/07/2017 [23:47]:
İlham Əliyev Putinlə görüşdü - FOTOLAR
21/07/2017 [23:45]:
Yeddi icra məmuru vəzifəsindən azad edildi
21/07/2017 [23:41]:
Köhnə kişilər bığ maskası qoyurmuşlar- Gecə yatanda-Foto
21/07/2017 [23:41]:
Türkiyə silkələnməkdə davam edir
21/07/2017 [23:29]:
“20-ci əsrin şeyx nəsrullahları kimi düşünürsünüz...”
21/07/2017 [23:22]:
Əflatun Amaşov: “Mənzil ala bilməyən jurnalistləri təmkinli olmağa çağırıram”
21/07/2017 [23:19]:
İlham Əliyev: "Bakının içməli su ilə təminatı yaxşılaşır"
21/07/2017 [23:07]:
“Türk-Müsəlman birliyinin yaradılması daha çox Türkiyədən asılıdır”
21/07/2017 [23:03]:
Putin kəşfiyyatda istifadə etdiyi ləqəbi açıqladı -Video
21/07/2017 [23:01]:
Havalar nə vaxtdan sərinləşəcək?
21/07/2017 [23:00]:
Trampın mətbuat katibi istefa verdi
21/07/2017 [22:58]:
XİN rəsmisi: "Azərbaycan və Çin tarixən İpək Yolunun üzərində mühüm rol oynayıb"
21/07/2017 [22:42]:
İsraildə baş verən iğtişaşlar zamanı yaralananların sayı 377-dək artıb
21/07/2017 [22:38]:
Putin açıqladı: Vəzifədən sonra nə edəcək?
21/07/2017 [22:36]:
ABŞ Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etdi
21/07/2017 [22:35]:
15 nəfər 5 əsgəri ölümcül döydü - Türkiyədə + Video
21/07/2017 [22:33]:
Aktrisa soyunaraq döyməsini göstərdi - FOTO
21/07/2017 [22:32]:
23 yaşlı gənc faciəvi şəkildə öldü
21/07/2017 [22:32]:
“Zəlzələ gündüz olsaydı, indi dənizdən cəsəd toplayırdıq” - Qorxunc iddia
21/07/2017 [22:31]:
Türkiyə və Azərbaycanın işgüzar dairələri bir arada
21/07/2017 [22:29]:
Uber də qiymətləri qaldırdı
21/07/2017 [22:28]:
İlham Əliyev Rusiyaya getdi - FOTO
21/07/2017 [20:03]:
Yusif peyğəmbərin qardaşları tərəfindən atıldığı quyu - VİDEO
21/07/2017 [19:21]:
Putin prezident seçkilərində iştirak edəcək? - Açıqlama
21/07/2017 [19:17]:
ADU-nun rektoru KİV təmsilçiləri ilə görüşdü
21/07/2017 [19:11]:
ADNSU-da Milli Mətbuat günü münasibətilə jurnalistlərlə görüş keçirildi
21/07/2017 [19:06]:
ADNSU ilə “SOCAR Fugro” MMC arasında əməkdaşlıq müqaviləsi imzalandı
21/07/2017 [18:46]:
Ekologiya Nazirliyi şikayəti yerində araşdırdı
21/07/2017 [18:45]:
Kamal Abdulla çinli jurnalistlərə müsahibə verdi
21/07/2017 [18:36]:
“Fənərbağça”nın yeni transferi açıqlandı
21/07/2017 [18:20]:
Ramil Usubovdan yeni təyinatlar
21/07/2017 [18:19]:
Məşhur rəssamın cəsədi qəbirdən çıxardıldı
21/07/2017 [18:18]:
Bakıda qız üstündə qanlı hadisə
21/07/2017 [18:04]:
142 yaşlı Azərbaycan mətbuatı- gizlinlər, əzablar… - ARAŞDIRMA
21/07/2017 [17:53]:
Əliyevlə Putinin qəfil görüşü: Bakını narahat edən məsələlər
21/07/2017 [17:53]:
"Mehriban Əliyevaya müraciət edirəm": "O hakimin əl-ayağını yığsın"
21/07/2017 [17:51]:
DİN-in 14 əməkdaşı kök olduğu üçün işdən azad edildi
21/07/2017 [17:47]:
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı
21/07/2017 [17:46]:
Bakıda öpüşmək olar? - "Topuq və saçın görünməsi erotikadır" (VİDEO)
21/07/2017 [17:34]:
Azərbaycanlı polkovnik döyüş zamanı həlak oldu- İranda
21/07/2017 [17:34]:
“Bəlkə, tualetə bir yerdə gediblər” - Lavrovdan zarafat
21/07/2017 [17:31]:
UDİD tələbələrə nələr vəd edir – Bütün sualların cavabı
21/07/2017 [17:16]:
Şuşa bu gün : Ermənilər çadırlar qurub istirahət edir (VİDEO)
21/07/2017 [17:11]:
Dağıstanda fövqəladə vəziyyət - Nazirlik hərəkətə keçdi
21/07/2017 [17:09]:
İsrail nümayəndə heyəti ADU-da oldu
21/07/2017 [17:05]:
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edildi
21/07/2017 [17:04]:
Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olundu
21/07/2017 [17:01]:
Jurnalistlər üçün “Gələcəyə sağlam baxış” adlı aksiya keçirildi -FOTOLAR
21/07/2017 [17:00]:
Abituriyentlərə şad xəbər
21/07/2017 [16:58]:
Dollar Trampın fəaliyyətinin araşdırılması səbəbindən ucuzlaşır
21/07/2017 [16:09]:
MTN işində yeni detallar üzə çıxdı: Generallar qanunsuz dinlənilib
21/07/2017 [16:04]:
“Facebook”da xəbər oxumaq pullu ola bilər
21/07/2017 [15:54]:
Direktorlar və müavinləri imtahan verəcək
21/07/2017 [15:39]:
"Dəyərli jurnalistlərlə dost olmağımdan qürur duyuram!"
21/07/2017 [15:37]:
Bu il Azərbaycanda 34 minə yaxın şəxs işlə təmin olunub
21/07/2017 [15:36]:
Dünyanın gizli cənnət guşələri- oralara kimsə getmir
21/07/2017 [15:16]:
Azərbaycanlı tələbə çex professoru belə təəccübləndirdi
21/07/2017 [15:01]:
İlham Əliyevlə Putin görüşəcək - Bu axşam
21/07/2017 [14:59]:
Çinin mübahisəli möhtəşəm Şanşha şəhəri - FOTOLAR
21/07/2017 [14:58]:
Novxanı çimərliyində qadını döydülər
21/07/2017 [14:57]:
“Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı...”
21/07/2017 [14:56]:
Xilasedicilər yanan evdə huşunu itirən iti belə xilas etdilər - VİDEO
21/07/2017 [14:50]:
Paltar əvəzinə bədəninə şəkil çəkdirdi, hamı təəcübləndi - VİDEO
21/07/2017 [14:42]:
İqbal Ağazadə jurnalistləri təbrik etdi
21/07/2017 [14:34]:
Vətənə xəyanət hallarının artmasına səbəb nədir? – Psixoloq izah edir...
21/07/2017 [14:31]:
Rusiyanın S-500 oyunu...
21/07/2017 [14:07]:
Sabah 40 dərəcə isti gözlənilir
21/07/2017 [14:01]:
Səbaildə 6 ayın yekunları müzakirə olundu
21/07/2017 [13:59]:
“Vəzifəm var deyə pulumu tələb edə bilmərəm?”
21/07/2017 [13:49]:
ADU-nun Avropadakı Konfutsi institutları ilə əlaqələri genişlənir
Bütün arxiv bir sırada
30/01/2017 [16:22] - Ədəbiyyat - ( 2121 dəfə baxılıb)

Cəhənnəmdən keçmiş mələk (10) - Avtobioqrafik roman



Əvvəli: 

Romandan parça (I)

Romandan parça (II)

Romandan parça (III)

Romandan parça (IV)

Romandan parça (V)

Romandan parça (VI)

Romandan parça (VII)

Romandan parça (VIII)

Romandan parça (X)

 

Müəllif: BİRCƏ


Qaçmaq planım pozulandan sonra bilmirəm üstündən neçə ay, neçə gün, neçə saat ötmüşdü. Ağır xəstəydim, uzun yoxlamalardan, analizlərdən keçirilmişdim. Atam bu ərəfədə məni şəhərdə qoyub kəndə qayıtmışdı. Saçlarımın qırxılmağına, başımın əməliyyat olunmağına az qalırdı.

 

Paytaxtda işləyən üçüncü qardaşım Aqil nişanlıydı. Nişanlısının atası ağıllı, dünyagörmüş bir insanıydı. Mənim halımdan halı olan bu kişi, sən demə, bir gün öz qızına – bizim gələcək gəlinimiz Fəridəyə tapşırar ki, bəs dünya ölüm-itim dünyasıdı, bilmək olmaz bu qız (yəni mən) ölər, ya qalar, çalış Bircəni Əliylə görüşdür…

 

Fəridə bu sözü mənə açanda çox qorxdum – axı bir dəfə sirrimi gələcək gəlinə verib olmazın bəlalar çəkmişdim! Yenəmi bəlalı başımı qoyum kötük üstünə?! Həm də bütün olanlardan sonra Əli mənim haqqımda nə düşünürdü – bilmirdim. Elə bilirdim onunla üz-üzə gəlsəm, üzümə baxmaz, məni pərt eləyər. Fikrim çox dolaşmışdı, üstəlik də, qorxurdum – bizimkilər xəbər tutsaydılar, ikimiz üçün də yaxşı olmayacaqdı.

 

Fəridə mənə toxtaqlıq verdi:

 

– Sən qorxub eləmə, bu işi qoy mənim boynuma. Səni elə aparacam, heç kəsin xəbəri olmayacaq.

 

Hakim də kəndə getmişdi deyə əl-qolumuz lap açılmışdı.

 

O gecə yerimə qor doldu. İki dəfə özümü soyuq duşa verdim ki, bəlkə damarlarımda qaynayan qanımın köpüyü yata. Səhəri Fəridə məni təzə gəlin kimi bəzəyib-düzədi. Əl dırnaqlarımı təmizləyib lakladı, özündən buruq olan saçlarımı bir az da burdu. Dikdaban üstə çox gəzə bilmirdim, tez yorulurdum, ona görə də özünün bir rahat ayaqqabısını seçib ayağıma geyindirdi. Gecənin bir yarısı güzgüdə mənim bəzək-düzəyimə eninə-uzununa baxdıqca baxdı, bəyənib arxayınlaşandan sonra ikimiz də soyunub yatdıq.

 

Yatdıq deyirəm, ancaq nə gizlədim, mən yata bilmədim. Sabah ertə altdan-üstdən qıfıllanıb evdən çıxdıq. Fəridə iki gün əvvəldən gedib Əlinin oxuduğu institutun yerini, qrupun nömrəsini, dərs saatlarını öyrənmişdi. Bununla belə, bu görüşün baş tutacağına bir zərrə inamım yox idi. Mənə elə gəlirdi bizim birgəliyimizin yolu haqdan bağlanıb.

 

Yadımdadı, metrodan çıxıb avtobusa mindik. Allaha yalvarırdım ki, burnum qanamasın. Bir xeyli gedəndən sonra avtobusdan düşdük, qızlar-oğlanlar qaynaşan bir binaya girdik. Yaşıdlarımı tələbə qiyafəsində görüncə ürəyim yeddi yerdən sızıldadı, qəlbimdə valideynlərimə nifrinlər, qarğışlar yağdırdım. Bu auditoriyalardan birinin bir küncündə mən də otursaydım, dünyamı dağılardı?..

 

Mən belə fikirlərlə çarpışmaqdaykən Əlinin yolun o biri tayından üç oğlanla bizə sarı gəldiyini gördüm. Onu gözümlə Fəridəyə nişan verdim, elə həmin andaca məni titrətmə tutdu. Tezcə qaçıb bir yerdə daldalanmaq istədim, fikirləşirdim ki, yəqin mühit onu dəyişib, indi mən ona yad olaram. Fəridə əlimi əlində möhkəm-möhkəm sıxıb mənə ürək-dirək verə-verə Əlinin qapıya yaxınlaşmasını gözləyirdi.

 

Onun bizə çatmağına lap az qalmış mən Fəridənin əlindən çıxıb foyedəki iri büstün (yadımda deyil, ya Marksın, ya da Leninin büstüydü) arxasında gizləndim. Həyəcandan, ondan da betər xəcalətdən az qalırdım yerə girəm – qız da oğlanın görüşünə gedərdimi? Bu azmış kimi oğlan da sənə boz üz göstərsə?.. Acından özgə bostanına oğurluğa girmiş uşaq kimiydim.

 

Heykəlin arxasından onları gizli-gizli izləyirdim. Fəridə yaxınlaşıb Əliyə nəsə dedi. Onlar bir-birini tanımırdılar. Fəridə danışır, danışdıqca gülürdü, amma Əli yerində quruyub qalmışdı. Xeyli söhbətdən sonra birdən geri boylanan Fəridə məni görməyəndə tutuldu. Əli eləcə key kimi baxır, Fəridə isə gah qapıya qaçır, gah da pilləkənlə yuxarı çıxan qızların arasında gözüylə məni gəzirdi. Deyəsən, elə bilmişdi ki, mən qaçıb oralardan uzaqlaşmışam.

 

İkisinin də pərt vəziyyətdə olduğunu görüncə mən suyum süzülə-süzülə büstün daldasından çıxdım. Məni görcək Əlinin qoltuğundakı portfel yerə düşdü. Utandığımdan başımı qaldıra bilmirdim. Uzun zamandan bəri xəstə yatmağım məni onsuz da zəiflətmişdi, bu yandan da həyəcandan ayaqlarım yerimirdi.

 

Əli bir göz qırpımında qrup yoldaşlarını başıma yığdı. Onunla bir qrupda oxuyan qızlar mənə çox diqqətlə, maraqla baxırdılar – demə, qiyabi də olsa hamısı məni tanıyırmış. Bir belə adamın arasında bir-birimizə yaxınlaşıb əl-ələ tuta da bilmirdik.

 

Əlinin qızlı-oğlanlı bütün qrup yoldaşları bir-bir mənlə görüşəndən sonra çəkilib getdilər. Qaldıq üçümüz. İndi ancaq Fəridə danışırdı, o da danışmaq xatirinə danışırdı. Biz ikimiz susub durmuşduq. Sonra Əli Fəridəyə yalvardı ki, heç olmasa ikicə saatlıq məni ona versin. Onda Fəridənin üzündə qorxu əlamətləri görünməyə başladı, sanki tutduğu işin məsuliyyətini indi dərk eləmişdi, işin ciddiyyəti elə bil ona birdən əyan olmuşdu. Xeyli tərəddüddən sonra Fəridə Əliyə şərt qoydu:

 

– Mənə kişi sözü ver ki, dediyim saatda Bircəni geri qaytaracaqsan.

 

Fəridə qorxurdu ki, birdən Əli məni qaçırdar, ona görə də danışdıqca səsindəki amiranə ton yalvarış notlarıyla əvəzlənirdi:

 

– Uşaqlar, siz qoşulub gedərsiz, mənim həyatım bərbad olar, indi də mənim nişanım qayıdar.

 

Handan-hana Əli onu inandıra bildi, məni Fəridəyə təhvil verəcəyi yeri dəqiqləşdirəndən sonra qolumdan tutub sevincək ordan uzaqlaşdı. Yazın gözəl çağıydı, böyük şəhərin ortasında günün günortasında bir-birimizə baxa-baxa qalmışdıq. Bu görüşün baş tutduğuna nə o inanırdı, nə mən.

 

Əli çox dil tökdü ki, onun kirayə qaldığı evə gedək. Razılaşmadım. Elə bilirdim ora getsəm, ismətimi itirərəm, Əliylə bir otaqda qalsam, başıma böyük fəlakət gələr. Əl-ələ tutub göz-gözə baxa-baxa dörd saat açıq havada gəzdik, yorulduq, üşüdük, yenə doymadıq.

 

Əli mənə çox yalvardı ki, ondan ayrılmayım, çətinliyə qatlaşım, doğmalarımın basqısına boyun əyib başqasıyla ailə qurmayım. Məni inandırmağa çalışdı ki, bir az da dözsəm, hər şey yaxşı olacaq. Hətta mənə elə indicə qoşulub qaçmağı da təklif elədi. Mən qəti razılaşmadım, “Qarşıda ağır müalicələrim var, sən də hələ tələbəsən, oxuyub institutu başa vurmalısan” deyib onu sakitləşdirdim. Biz gəzə-gəzə onun kirayə qaldığı evin həndəvərinə qədər getdik. Mən küçədə gözlədim, o içəri girib tez də qayıtdı:

 

– Sənə məktub yazmışam, ancaq göndərə bilməmişəm. Gecə tək qalanda oxuyub cavab verərsən.

 

Vaxt-vədə tamam olanda Fəridəylə sözləşdiyimiz yerə qayıtdıq. Biz vədə yerinə çatanda Fəridə bir az soyuqdan, bir az da qorxudan əsim-əsim əsirdi. Biz əl-ələ tutub gəzdiyimiz müddətdə o yazıq da tək-tənha Bakının küçələrini dolaşırmış.

 

Bu, zor-güc ərə verilənə qədər mənim Əliylə sonuncu görüşüm oldu. Evə qayıdanda yol boyu Fəridəni duz kimi yaladım, öpməkdən üzündə salamat yer qoymadım. Fəridə arada bu neçə saat ərzində haralara getdiyimizi, nə iş gördüyümüzü qorxa-qorxa, ehtiyatla məndən xəbər alırdı. Onun niyə narahat olduğunu, nədən şübhələndiyini anlayırdım. Mənim ovqatımın çox yaxşı olması, atılıb-düşməyim qızın qorxusunu, şübhəsini bir az da artırırdı. Evə çathaçatda mən onu bir daha bərk-bərk qucaqlayıb:

 

– Qorxma, özümü ağıllı aparmışam, – dedim.

 

Məktubu çox gec açdım. Əlinin həmişəki məktublarından deyildi, Bu məktubda bizim qovuşmağımız üçün ata biləcəyimiz ən radikal addıma işarə vuran örtülü məqamlar vardı: o hesab eləyirdi ki, həmin addımı atmaqla biz ailələrimizi fakt qarşısında qoya bilərik, onların da bizi evləndirməkdən başqa çarəsi qalmaz…

 

Ancaq həmin axşam mən onun nə demək istədiyini düz-əməlli anlamamışdım; anlasaydım belə, o dediyi yolla getməyə heç vaxt cəsarətim çatmazdı, üstəlik də, halal məqsədimə haram yolla yetişməyə qəlbimin saflığı imkan verməzdi.

 

Kağızı qatlayıb çantamda gizlədim. Əllərimi bəlalı başımın arxasında çarpazlayıb gündüzkü görüşün şirin xatirəsinə daldım. Ağlıma da gəlməzdi ki, yaxın zamanlarda məni hansı zülümlər, sarsıntılar gözləyir. Hələ ki, o zəif, üzgün canımla özümü hamıdan güclü bilirdim. Əlinin məni bunca dərindən sevməyi qəlbimə sonsuz rahatlıq, alabəzək umudlar çiləyirdi.

 

Elə o rahatlığın, o umudların beşiyində dadını çoxdan yadırğadığım dərin yuxuya getdim…

 

(Ardı var)

 

Mənbə: Kulis.az

"Allah qızımı da, məni də məyus elədi..."
Paltar əvəzinə bədəninə şəkil çəkdirdi, hamı təəcübləndi - VİDEO
İmam Sadiq (ə) ateistə Allahın varlığını necə sübut etdi?
Milli Qəhrəmanın adına olan küçədə işıq dirəyi aşaraq evin üzərinə düşdü - TƏHLÜKƏ - FOTOLAR
"Necə ola bilər ki, jurnalist deyiləndə onların adı yada düşməsin?!"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Döyülməkdən huşunu itirən, dağıntılar arasından sağ çıxan Ömər Faiq- Maarifçinin əzabları
Müsahibə
"Azərbaycan uzun illər ABŞ-ın xarici siyasətində prioritet ölkə olmayıb"
Araşdırma
142 yaşlı Azərbaycan mətbuatı- gizlinlər, əzablar… - ARAŞDIRMA
Cəmiyyət
Vətənə xəyanət hallarının artmasına səbəb nədir? – Psixoloq izah edir...
Dünya
Müsəlmanların məscidə girişinə qadağa- İsraildən sərt addım
Həftənin ən çox oxunanları
Arvadına nəcis yedirdən "nakişi" - DƏHŞƏTLİ VİDEO
“Ermənini Zəhranın məzarına aparmaqla ölülərimizi də təhqir etdilər, dirilərimizi də”
"Ciyəri yanan" molla pivə içərkən "yaxalandı"...- FOTO
"Problem benzinin qiymətində deyil, əsas məsələ odur ki..."
Sənə satqın deyib iz azdıranlar, satqınlıq eyləyir özü dərində...
Eldar Mahmudovdan “yaylım atəşi” əmri: “Bu gəmini batırın!”
Şiə lideri oğlunu xristian kişi ilə “evləndirdi” və... - Foto+Video
Erməni sevgisi olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR
Borc üstündə oğlanı soyundurub döydülər və ... - Azərbaycanda DƏHŞƏT - VİDEO
"Səməd Vurğun çoxlarını satıb..." - Hikmət Hacızadə
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin