“Dodaqlarım artıq bakirə deyil” ”“ Bircənin romanı
Oxunub: 4968
13 Feb 2017 | 14:44
“Dodaqlarım artıq bakirə deyil”  ”“ Bircənin romanı

Avtobioqrafik roman

 

 Əvvəli: 

 

Romandan parça (I)

Romandan parça (II)

Romandan parça (III)

Romandan parça (IV)

Romandan parça (V)

Romandan parça (VI)

Romandan parça (VII)

Romandan parça (VIII)

Romandan parça (IX)

Romandan parça (X)

Romandan parça (XI)

 

 

 

Müəllif: BİRCƏ

Etika-estetika fənnini bizə Xuraman adlı çox savadlı, çox mədəni, həm də sonsuz bir qadın keçirdi. Bu qadın qısa müddətdə mənə candan-könüldən bağlandı. Məni övladı kimi bəsləyən, bir dəqiqə gözündən qoymayan Xuraman müəllimə vurub kənddəki evimizəcən getdi, atam-anamla tanış oldu, onlara da, qardaşlarıma da yalvardı ki, Bircəni mənə verin. Siftə-siftə bizimkilər onun bu diləyini aqressiv qarşıladılar, sonra qadının içini-çölünü yaxşıca öyrənib dincəldilər.

 

Xuraman müəllimə məni hansısa ali məktəbə qəbul elətmək üçün sonadək mübarizə apardı, mən peşə məktəbinin birinci kursunu bitirəndən sonra sənədlərimi alıb institutlardan birinin qəbul komissiyasına aparmağa çox çalışdı, ancaq kurs iki illik olduğundan məktəbin rəhbərliyi sənədlərimi ona verməkdən imtina elədi.

 

Bu xeyirxah, son dərəcə mərd, alicənab qadın mənim içimi dərinliklərinəcən görürdü, mənə böyük dəyər verirdi, məni ana kimi, sevgili kimi duyurdu. Arabir məni evinə aparırdı, oturub saatlarla üzümə baxırdı, məni imtahan eləyirdi, mən də hardan, hansı kitabdan soruşurdusa, ordan cavab verirdim. Valideynlərimin mənim biliyimə, istedadıma biganə yanaşması onu yandırıb-yaxırdı.

 

Paralel qrupda oxuyan Xumar adlı qızla dostluq eləyirdim. Onun da atası bizimkilər kimi son dərəcə mühafizəkar idi. Xumar evlərində məndən o qədər danışmışdı ki, bir gün gördüm atası məktəbə gəlib. Kişi məni bir xeyli sorğu-suala tutdu, özü də tarixi çox gözəl bilirdi. Mən ona Varfolomey gecəsindən, qugenotların kütləvi qətlindən danışanda göz yaşlarını saxlaya bilmədi, qalxıb məni bağrına basdı:

 

”“ Haram olsun mənim qızıma! Bu, xəritədə adı olmayan ucqar kənddən gələn sən, bu da mənim şəhərin mərkəzində oxumuş qızım. Elə bir ata kimi mənə də haram olsun!..

 

Sonralar Xumarın atası məni evlərinə qonaq apardı. Mən o geniş evi otaq-otaq gəzdim: yataq otaqlarının hamısında divarlara hind aktyorlarının şəkilləri vurulmuşdu. Evdə bir dənə də kitab gözümə dəymədi. Xumarın anası ilk vaxtlar mənlə isti davranmadı, əlbəttə, bir kəndçi qızının yanında öz qızının mənən yoxsul, savadsız görünməsi onu sevindirməmişdi. Sonralar o qadın da mənə mehrini saldı”¦

 

***

 

Birinci kursu bir az sevincli, bir az sönük, bir az da qəzəbli başa vurdum. Yersiz-səbəbsiz güdüklər, izləmələr məni canımdan usandırmışdı. Dayım Xuraman müəllimənin mənə sonsuz sevgisini heç cür sinirə bilmirdi, bu münasibətin tərkibində şübhəli, çirkin bir qatqı axtarırdı. Bir də görürdün axşamüstü Xuraman müəllimə əriylə birlikdə qapımızı kəsdirdi, yalvar-yaxarla məni qardaşlarımdan alıb apardı. Teatra da, filarmoniyaya da ilk dəfə onlarla getmişəm. Üzlərini ancaq televizorda gördüyüm müğənniləri, aktyorları canlı-canlı görmək məni xoşbəxt eləyərdi.

 

Di gəl, evə qayıdandan sonra dayımın öyrətməsiylə Hakim hamısını burnumdan tökərdi. Dayım qardaşlarımın beynini doldurmuşdu ki, bu qadın məni aparıb pis yola salacaq; yoxsa ona nə düşüb ki, dünən kənddən gəlmiş üstü təzəkli bir qızdan ötrü bu qədər əziyyət çəkir, pul xərcləyir”¦ Xuraman müəlliməylə gəzintidən qayıdandan sonra evdə məndən haralara getdiyimizi, nə iş gördüyümüzü dönə-dönə soruşurdular, eyni şeyi bəlkə on dəfə təkrarlayırdım, yenə inanmırdılar. Axırda Xuraman müəlliməylə görüşməyi mənə qadağan elədilər.

 

Yenə sarsıldım. Yenə günlərlə ağladım. Yenə harayıma çatan olmadı. Xəstələnib yatağa düşdüm, bir həftə dərsə gedə bilmədim. Mənim dərsdən qaldığımı görən Xuraman müəllimə neçə gün sonra evimizə gəldi. O gələndə mən canımla əlləşirdim. Bizdə həmişəki kimi mehriban qarşılanmadığını görən qadının, deyəsən, dalağı sancmışdı. Bununla belə, müəllimə yastığımın yanını kəsdirib göz yaşı tökdü, qardaşlarıma yalvardı ki, verin Bircəni aparım öz evimə, Bakının ən yaxşı həkimlərinə göstərim. Ancaq bundan sonra da dayımın, qardaşlarımın üzündəki buzun əriməməsi mələk könüllü qadını dəhşətə gətirdi, yazıq bu xoflu, qəlbiqara adamların rəftarından heç nə anlamadan çıxıb getdi.

 

On gündən sonra hardansa bir bülleten tapıb qoltuğuma verdilər. Məni məktəbə aparan dayım yol boyu mənə bir də o qadına yaxın getməməyi, bülleten barədə, ümumiyyətlə, heç nə barədə ona bir kəlmə də deməməyi bərk-bərk tapşırdı. Dayım yol uzunu danışır, mənimsə eləcə qulaqlarım uğuldayır, beynimə söz girmirdi.

 

Bir müddət sevimli müəlliməmin gözünə görünmədim. O da arif adamıydı, ondan qaçdığımı görüb mənə yaxın gəlmirdi. Evdə isə fasiləsiz fırlanan dəyirmanın çax-çaxı qulaqlarımın pərdəsini cırırdı.

 

Bu arada Xuraman müəllimə həlim ürəkli, özü boyda nur topası, eşq yumağı olan qardaşım Səməndərə məktub yazmışdı (mən bundan sonralar xəbər tutdum). Məktuba Natəvanın “Qoyubdur intizarında neyçün gəlməz, neyçün gəlməz”¦” qəzəlinin ilk beytiylə başlamışdı. Burasını da deyim ki, müəlliməm qardaşlarımın hamısını bəyənsə də, demokratik ruhlu Səməndəri o birilərdən seçirdi. O məktubda qadın mənə olan analıq sevgisini, özünün övladsızlıq yanğısını, mənə istəyinin təmənnasızlığını necə, hansı dillə anlatmışdısa, Səməndər məktubu oxuyan kimi durmayıb birbaşa Bakıya gəlmişdi.

 

Şəhərə çatar-çatmaz Səməndər dayımla da, burdakı qardaşlarımla da çox kəskin mübahisə elədi, sonra məni də yanına alıb Xuraman müəllimənin ziyarətinə getdi. Qadın bizi pəncərəsi dənizə baxan çox gözəl, rahat, səliqəli evinin qapısı ağzında görəndə sevincindən ağladı, məni bağrına basıb uzun-uzadı öpdü, qoxuladı, öpdü, qoxuladı. Mən doğulandan ana sevgisi dadmamışdım deyə düşünürdüm ki, yəqin ana elə belə olur”¦

 

Səməndər körpüləri bərpa eləyəndən sonra mənim Xuraman müəlliməylə ana-bala münasibətim o pak insanın son gününəcən davam elədi”¦

 

***

 

İyunda yığışıb kəndə qayıtdım. Qəti qərara gəlmişdim ki, ikinci kursu oxumayacam, çünki dayımgilin, Hakimin əlindən daha cana yığılmışdım. Bütün yayı qonşularımıza, gəlinlərimizə paltar tikdim, bacılarımı, bibimi bəzədim. Tikib başa gətirdiyim hər don, hər ətək mənə ayrıca zövq verirdi, həm kiminsə işinə yarımağımdan, həm də gördüyüm işi yarıtmağımdan ləzzət alırdım. Saçlarım artıq xeyli uzanmışdı. Burnum arada-sırada qanamağındaydı. Anam mənim əl işlərimə elə də məhəl qoymurdu, girəvə düşdükcə üstümə qışqırmağından da qalmırdı.

 

Özümə cədvəl tutmuşdum: tək günləri yaxınlarıma pal-paltar tikir, cüt günləri anamın tapşırıqlarını yerinə yetirirdim ”“ mürəbbə bişirir, banka bağlayır, meyvə qurudurdum.

 

Şəhərdə Əli heç yadıma da düşmürdü, kəndə gələndən sonra isə beynimin bir yarısı gördüyüm işdə, bir yarısı da onun yanında olurdu. Günorta hamı yatanda mən dirrikdə ləklərin arasında, bağda ağacların dibində qurdalanırdım. Şaxda qalmış göy lobyalar quruyub dənlənmişdi ”“ həmin yay mən bir iri kisə lobya paxlası yığıb qurutmuşdum, çoxlu aş lobyası arıtlayıb, pal-paltardan artıq qalmış alabəzək parçalardan tikdiyim torbalara yığmışdım. Ərik ağaclarımızın barlı budaqları yerə dəyirdi; nəinki meyvələrini, hətta çəyirdəklərini də qurudub qışa tədarük görmüşdüm. Fikrim qətiydi ”“ sentyabrda şəhərə qayıtmayacaqdım.

 

Mənim niyyətimdən xəbər tutan Aqil dərslərin başlanmasına az qalmış kəndə gəldi. O məni təhsilimi yarımçıq qoymayım deyə çox dilə tutdu, gələcəyimin parlaq olacağına məni inandırmağa çox çalışdı. Ancaq yenə yola gəlmədim, öz növbəmdə mən də qardaşımı inandırmaq istədim ki, özcə əzizlərim məni şəhərdən iyrəndiriblər. Kamil də mənə dəstək olmağa söz verdi, dayımla, Hakimlə danışdı ki, məni rahat buraxsınlar. Onda mən razılaşıb Aqillə Bakıya qayıtdım”¦

 

Daha dərsə özüm gedib-gəlirdim. Hətta bir dəfə qrup qızlarına qoşulub kinoya da getmişdim. Düzdü, film bitənəcən iynə üstündə oturdum, öz azadlığımdan ləzzət ala bilmədim, içimə gün düşmədi, heç filmin süjeti də yadımda qalmadı. Sonrakı günlər yenə arabir sağa-sola dönsəm də, heç yerdə qərar tuta bilmirdim, heç kimin yanında ləngiyib dinclik tapa bilmirdim, tez evə qaçmaq istəyirdim; üstəlik də, evdəkilərin üzünə suçlu kimi baxırdım, elə bilirdim gec gəldiyim üçün yenə məni danlayıb ağladacaqlar.

 

O yaşımda özümü qocalmış, pırsımış bir qarı kimi hiss eləyirdim. Hakim yenə dırnaqlarıma lak çəkməyə, üz-gözümə ənlik, kirşan vurmağa qoymurdu, həftədə bir yol çantamı gəzirdi ki, birdən orda nəsə bir kosmetik əşya gizlədərəm. Doğrusu, kosmetikaya-filana özümün də elə marağım yoxuydu, bunlardan istifadə qaydasını da düz-əməlli bilmirdim. Səhərlər sağollaşıb evdən çıxanda Hakim tez qabağıma qaçıb sir-sifətimə diqqətlə göz gəzdirəndən sonra məni bayıra ötürürdü.

 

***

 

Peşə məktəbində oxuduğum iki ildə bir hadisə də yaddaşıma ömürlük iz saldı.

 

Qrupumuzda Mehri adlı çox qəşəng, bir az da key kimi hərlənən qız vardı. Aran zonasından idi, kənddə böyümüşdü. Eşitmişdim ki, hardasa bacısıgildə qalır. Qız üzündən oxumağı belə düz-əməlli bacarmırdı. Bir qəribə xasiyyəti vardı: dərs bitən kimi yapışırdı üzünə gülən qızların birindən ki, gedirəm sizə, bu gecə sizdə qalacam. Qızlarımızın da çoxu yataqxanada, bir qismi isə qohum-əqrəba evində qalırdı. Heç kim Mehrini özüylə aparmaq, özünə yük eləmək istəmirdi. Dəfələrlə görmüşdüm ”“ qızlar onu aldadıb ya dayanacaqda, ya da metroda azdırırdılar, yazıq qalırdı ora-bura vurnuxa-vurnuxa.

 

Mənsə onun bu sərbəstliyinə həsəd aparırdım.

 

Bir gün Mehri utana-utana mənə də yaxınlaşdı:

 

”“ Bircə, olar bu gecə sizdə qalım?

 

Etiraz eləmədim. Qız sevinə-sevinə mənə qoşuldu. Onun qəlbini qırmasam da, ürəyimdə səksəkə vardı, dayımdan arxayın deyildim: yenə başlayacaqdı ki, nə bilirsən bu kimdi, bəlkə elə bir xəstəliyi var, nə bilim, daha nələr, nələr”¦ Bununla belə, qıza yox deməyə üzüm gəlmədi.

 

Aqil, nişanlısı, bir də bacım qonağımı çox yaxşı qarşıladılar. Hakim dəhşətə gəlmişdi ki, belə gözəl qızı necə başlı-başına buraxmaq olar?.. Evə girəndən mənim bir gözüm Mehridəydi: qız süfrə arxasında rahat əyləşdi, yedi-içdi, tez bir zamanda evdəkilərə qaynayıb-qarışdı.

 

Gecə hamı yatandan sonra Mehri məndən soruşdu:

 

”“ Sənə bir söz desəm, məktəbdə danışmazsan ki?

 

Bu qızı o qədər hissiz-duyğusuz bilirdim ki, mənimçün maraqlıydı: görəsən, nə deyəcək? Ona toxtaqlıq verdim:

 

”“ Arxayın ol, ürəyindən nə keçir, de gəlsin.

 

Qız həndəvərə gizli-gizli baxınandan sonra pıçıldadı:

 

”“ Bircə, mən bədbəxt olmuşam!

 

Mən yerimdəcə qurudum. Mehri bir yumub beş tökdü, gözündən sel getdi. Ona yazığım gəldi, qızı qucaqlayıb bağrıma sıxdım, yalvardım ki, dərdini mənə danışıb yüngülləşsin.

 

Demək, Mehrinin xəstəxanada işləyən bacısı iki gündən bir gecə növbəsinə qalırmış. Həmin gecələri bacısının ərinin də, körpə balalarının da qayğısını Mehri çəkirmiş. Arvadının evdə olmadığı gecələrdə yeznəsi qızın yatağına hücuma keçir, onun başına olmazın oyunlar açırmış”¦

 

Mehri danışdıqca mən titrəyirdim. Nənəmin illər uzunu nədən mənə bir əsgər sayıqlığıyla keşik çəkdiyini, niyə məni doğmaca qardaşlarımdan belə qoruduğunu indi-indi anlayırdım. Handan-hana özümə gəlib həyəcanla soruşdum:

 

”“ O sənə toxunub, bakirəliyini pozub?

 

Mehri:

 

”“ Yox, ”“ dedi, ”“ ancaq döşlərim, dodaqlarım artıq bakirə deyil. Dərdimi heç kimə danışa bilmirəm”¦

 

Qız üstümə atılıb yenə zar-zar ağladı. Yeznəsi Mehriyə bərk-bərk tapşırırmış ki, bu sirri kiməsə açsa, onu öldürəcək. Demə, bu yazıq, əlacsız qız hər gün buna görə qızlardan birinə qoşulub getmək istəyirmiş.

 

Xəcalətimdən yerə girmək istəyirdim, çünki qızlara qoşulub mən də Mehrini çox ələ salmışdım, onun dərdindən-sirrindən xəbərim olmamışdı. İndi bilmirdim vicdanımı bu ləkədən necə arındırım. Üstəlik, onun azadlığına qibtəylə baxmışdım deyə azadlığın özü də gözümdən düşmüşdü.

 

O gecə Mehri qorxusuz-ürküsüz yatdı. Səhər dərsə gedəndə yol boyu ona yalvardım:

 

”“ Gəl kömək eləyim, səni yataqxanaya köçürək. Ya da çıx get evinizə.

 

”“ Yataqxanaya köçməyimə bacım razı deyil. Evimizə qayıtmağa da yeznəm imkan vermir, deyir getsən, bütün kəndə yayacam ki, burda pozğunluq elədiyinə görə məktəbdən qovulub.

 

Mən o alçağın həvəsini qursağında qoymaq üçün hər bir addımı atmağa hazır idim. Düşünürdüm ki, heç nə də alınmasa, evdəkiləri razı salıb Mehrini evimizə gətirərəm. Elə bilirdim vəziyyəti üstüörtülü anlatsam, qardaşlarım da mənlə razılaşarlar.

 

Məktəbə çatanda hər şeyi olduğu kimi Xuraman müəlliməyə danışdım. O da eynən mən Mehrini dinləyəndə düşdüyüm hallara düşdü. Əvvəl-əvvəl inanmadı, dedi bəlkə qız yalan danışır. Özü Mehrini yanlayıb, zavallı qızın başına gələnləri yerli-yataqlı öyrəndi. Ardınca Xuraman müəllimə yubanmadan məsələni direktora çatdırdı. Direktor da Mehrinin savadsız atasını rayondan çağırdıb qızını ona təhvil verdi. Onda diplom almağımıza hələ altı ay qalırdı. Adını belə qoydular ki, məktəb təmirə dayanır deyə qızlar evə göndərilir.

 

Mehrini bir həftə evimizdə saxladım. Bir də diplom paylananda onu şəhərə çağırdım, diplomunu özünə verib yenidən kəndə yola saldım.

 

Diplomunu almağa gələndə Mehri artıq nişanlanmışdı, həm də çox xoşbəxt idi. Bu qəziyyədən sonra illər boyu hansısa qorxulu filmdə nəsə bir əcaib məxluq gördümsə, Mehrinin yeznəsinə bənzətdim. Hərçənd o xoşqeyrətin nə üzünü, nə şəklini görmüşdüm. Bəlkə də nə vaxtsa yanımdan keçib, bilməmişəm.

 

(Ardı var)

 

Mənbə: Kulis.az

Oxşar xəbərlər
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:16, Bu gün
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:05, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - FOTO
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:05
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:05
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO