Azarkeşlərin Xankəndinə aparılacağı VAXT DƏQİQLƏŞDİ
877
12 Dec 2023 | 13:05

Azarkeşlərin Xankəndinə aparılacağı VAXT DƏQİQLƏŞDİ

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndinə yola düşəcəyi dəqiqləşib. 

Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” - MOİK matçı üçün azarkeşlərin Xankəndinə aparılmasıdır. 
Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndinə yola düşəcək.

Bizim.Media
 

Link kopyalandı!
Son xəbərlər