"Həbsxananın ən aşağı təbəqəsi sayılan üzdəniraqların talelərini diqqət mərkəzinə gətirdim”
Müsahibə
Oxunub: 25476
17 Feb 2017 | 23:20

 Sabiq ədliyyə mayoru: "Həbsxanadakı hadisələrdən ən dəhşətlisi intiharlar idi"

Müsahibimiz yazıçı Rövşən Yerfidir. Uzun müddət  həbsxanada çalışıb, sabiq ədliyyə zabitidir. Həbsxanada çalışdığı zaman şahidi olduğu hadisələri özünün “Qazamat sanitarları”, “”Qadın düşərgəsi”, “Residivist", “Üzdəniraq ada” və s. kimi kitablarında əks etdirib. Çağdaş Azərbaycan nəsrində məhbəs mövzuları öz dəhşətləri, çılpaqlığı ilə Rövşən Yerfinin qələmindən gün işığına çıxıb.

Moderator.az sabiq ədliyyə mayoru, tanınmış yazıçı ilə müsahibəni təqdim edirik:
 
-Əvvəlcə, özünüz haqqında məlumat vermənizi xahiş edərdik. Necə oldu ki, tam fərqli bir sahədə çalışan Rövşən Yerfi sonradan ədəbiyyata bağlandı?

-Müsahibəyə dəvətə görə təşəkkür edirəm. Ədəbiyyata sonradan bağlanmamışam. Xidmətə qədər ilk addımlarımı atmışdım. 1989-cu ildə Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu yaradıcılıq müsabiqəsi keçirmişdi. Həmin müsabiqədə nəsr üzrə qalib olmuşdum. 1995-ci ilədək qəzetlərdə 7 hekayəm çıxmışdı və beş ilə yaxın idi jurnalist işləyirdim. Düzü,  mən heç vaxt arzulamamışdım ki, çiynimə “paqon” taxım, həbsxanada işləyim. Həyat məni buraya yönləndirdi. İşlədiyim qəzetin çapı dayandı, aylarla maaşa həsrət qaldım, iş tapa bilmədim, reketliyi də bacarmadım, heç indi də bacarmıram. İki körpə uşaqla, ailə qayğıları ilə çox çətin günlər keçirirdim. İstənilən ağır işə getməyə hazır idim. Məni “Qara Volqa”nı yazan Cəmşid Əmirovun oğlu ”“ o zamanlar ədliyyə polisi Baş İdarəsinin rəisi Çingiz Əmirovun qəbuluna iş üçün göndərdilər. O, məni çox səmimi, anlaşıqlı qarşıladı və qulluğa götürdü. Düşünürəm ki, bəlkə də, onun atası jurnalist, yazıçı olmasaydı, mənə o sayaq diqqət yetirməzdi. İşə başlayanda tək arzum vaxtlı-vaxtında maaş almaq idi, başqa istəyim yox idi.

Sonralar, indi tanınmış yazıçı olan bir nəfər mənə danışdı ki, cavanlıq vaxtında cəzaçəkmə müəssisəsində bircə gün tab gətirə bilib, işləməkdən imtina edib. Amma mən dözdüm. Xasiyyətimin yumşaqlığına görə çox əziyyət çəkdim. Əsərlərimin hansında yumşaq xasiyyətli işçi varsa, orda özümü təsvir etmişəm.  Təbiətimə uyğun gəlməyən sahədə 17 il işlədim. Görünür, belə lazım imiş. Məhbəsdən yazan yazıçı da gərəkmiş və bu işi mən görməli imişəm. Bir həqiqət var ki, bu mövzuda yazmasaydım, indiki qədər də tanınmazdım.
Məhbəs mövzusunda ilk yazım “Residivist”dir. Xidmətin birinci ilində yazmışdım. Sonra daim qapalı cəzaçəkmə müəssisələrində işlədiyimdən 7 il nəsə yazmağa nə həvəsim oldu, nə də imkanım. Qorxuya düşmüşdüm ki, yazmaq qabiliyyətimi itirəcəyəm. Şükür özümü toparlaya bildim, 2003-cü ildə “Üzdəniraq ada” romanını yazmaqla ədəbiyyata yenidən bağlandım. 

Rovshen

-Çox ağrılı mətnləri, ağrılı hadisələri qələmə almısınız. Onları yazmaq sizə psixoloji cəhətdən nə dərəcədə ağır təsir göstərib?

-Ağrılı hadisələrin əksəriyyətini gözlərimlə görmüşəm, psixoloji ağırlığı görən anda keçirmişəm. Ona görə də yazanda mənə çətin olmayıb, o hissləri təkrarən yaşasam belə.

-Uzun illər gördüyünüz, yaddaşınızdan silə bilmədiyiniz insan əzablarını ədəbiyyata gətirməklə bir növ onlardan xilas olmaq istəyirdiniz? Bu sizdə alındımı?

-Doğru deyirsiz, xilas olmaq deməzdim, özümü yüngülləşmiş kimi hiss edirəm. Sanki, gizli nə isə bilirsən və onu danışanda rahatlıq tapırsan, eynən o sayaq. Misal üçün, “Qazamat sanitarları” povestində həbsxananın ən aşağı təbəqəsi sayılan üzdəniraqları, onların ağır, alçaldılmış talelərini diqqət mərkəzinə gətirirəm. Bu insanlar niyə, hansı səbəblərdən üzdəniraq olublar? Niyə onlar ilə həbsxanada əl verib görüşməyi əskiklik hesab edirik, ancaq onların sırasından olan, cəmiyyətdə yüksək post tutanlara isə hər cür ehtiram göstəririk?
Xeyr, hələ ki, alınmayıb, ona görə də yenə yazmaq qənaətindəyəm. 

-Qadın həbsxanasından bəhs edən silsilə əsərlər müəllifisiniz. Rastlaşdığınız, şahidi olduğunuz hansı hadisələri yazmaq sizin üçün əls dəhşət idi?

-Qadın həbsxanası haqqında “Qadın düşərgəsi” povestini və “Həbsxana bənövşəsi” pyesini yazmışam. Arzum var ki, xidmətdə olarkən yaza bilmədiklərimi yeni bir povestdə işıqlandırım. Rastlaşdığım, şahidi olduğum hadisələrdən əsl dəhşətliləri intiharla bağlı olanlardı. Şübhəsiz, belə səhnələri qələmə almaq heç də asan iş deyil. 




Rovshen

-Gələcək yaradıcılığınız da sırf bu mövzuda olacaq?

-Əlbəttə, məhbəs mövzusunu davam etdirəcəyəm. Məqsədim dövrün həbsxana reallıqlarını ədəbiyyata gətirməklə onu zənginləşdirməkdir . Lakin ictimai həyatımızla bağlı yazılarım da olacaq. Bildiyiniz kimi “Lənətə gələnlər” povestim Android sistemində yerləşdirilib və artıq cib telefonlarında 500 dəfədən çox yüklənib. Son əsərim olan “Zavallı Əfiqə” adlı povestim ixtisarla “Yazı” dərgisində dərc edilib. Kömək olarsa, kitab halında da çapını arzulayıram. Bu povestdə “Sel”də əks etdirdiyim problemlər daha geniş miqyasda təqdim olunur. İnanıram ki, oxucularım Əfiqəyə biganə qalmayacaqlar.  

-Bir az da Yerfi haqqında danışaq... Deyirlər, sirli torpaqdı..

-Nə mənada sirlidir?

-Yaradıcılıq baxımdan, mən bilən oradan olanlar bədii yaradıcılığa, sözə cox meyilli olurlar.

-Yerfi çar Rusiyası dövründə Quba qəzasında əhalisi çox olan böyük kəndlərdən biri olub. İki minə yaxın sakini ilə o zamankı Siyəzəndən, Xaşmazdan böyük olub. Əfəndilər kəndi sayılıb. Ötən əsrin 30-cu illərindən başlayaraq dinə, əfəndilərə edilən təzyiqlərdən, repressiyalardan sonra əhali ətraf bölgələrə dağılışıb. Çox düzgün qeyd etdiniz, həqiqətən, bizim kənddə sözə, bədii yaradıcılığa böyük önəm verilir. Altmışa yaxın evi qalan kiçik kəndin tanınan iki şairi, iki nasiri, iki əməkdar jurnalisti və neçə-neçə qələm adamı var. Quba rayonunda bu mənada Yerfiyə üstün gələsi kənd tapmaq mümkün deyil.

-Sizcə, başqalarının əzablarını başqalarına lazımınca çatdıra bilirsinizmi?

-Deyə bilmərəm ki, lazımınca çatdırıram. Amma bacardığım qədər bunu etməyə çalışıram. 

 -İlk dəfə sizi yazmağa nə vadar etdi? Və həmin qüvvə qələmə birdəfəlik son qoydurmaq gücünü də daşıyırmı?

-Məni ilk dəfə yazmağa vadar edən on yaşımda oxuduğum Cəfər Cabbarlının hekayələri oldu. Hekayələrdəki surətlərdə olduqca yaxınlıq, doğmalıq duydum. Bir hiss mənə hakim oldu ki, “mən də yazacağam”. Yəqin ki, nə vaxtsa içərimdən “yazma”deyilsə, o zaman da qələmi dayandırmalı olacağam.

Elmin Nuri


Oxşar xəbərlər
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
17 Apr 2024 | 18:08
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
17 Apr 2024 | 18:04
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
17 Apr 2024 | 18:00
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:55
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:40
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17 Apr 2024 | 17:36
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17 Apr 2024 | 17:32
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17 Apr 2024 | 17:30
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17 Apr 2024 | 17:28
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17 Apr 2024 | 17:25
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17 Apr 2024 | 17:21
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17 Apr 2024 | 17:20
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17 Apr 2024 | 17:16
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Apr 2024 | 17:15
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
GÜNLÜK
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 08:36
“Onları vur, İsrail! İranlılar sənin arxandadır”: İran küçələrində İsrailə dəstək ifadə edən qraffitilər peyda oldu?..-FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
AYLIQ
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 08:36
“Onları vur, İsrail! İranlılar sənin arxandadır”: İran küçələrində İsrailə dəstək ifadə edən qraffitilər peyda oldu?..-FOTO