Bəzi mollalar “siğə” adı altında qadın ticarətiylə məşğuldur...
Araşdırma
Oxunub: 11327
22 Feb 2017 | 17:21
Bəzi mollalar “siğə” adı altında qadın ticarətiylə məşğuldur...

“Keşişlərin, rahiblərin və mollaların bir çoxları insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər” “Quran”.

Oxucularımın ən çox ünvanladığı suallardan biri də siğə ilə bağlıdır. Yəni, bu məsələnin qanunlar toplusu olan “Quran”da öz əksini tapıb-tapmaması ilə bağlı suallar verilir. Sualların çoxluğunu nəzərə alıb, yazımı bu mövzuya həsr etmək qərarına gəldim. 

Öncə qeyd edim ki, siğə  İslam dini və onun müqəddəs qanunlar kitabı olan “Quran”la heç bir əlaqaəsi olmayan, iyrənc bir haldır. Çünki, bu barədə Allah-təala buyurur ki, qadın bir kişidən ayrıldıqdan sonra üç ay gözləyib, bu müddətdə üç dəfə heyz görməsə başqa bir kişiylə əlaqədə ola bilməz:

“Boşanan qadınlar üç dəfə heyz görüb təmiz-lənincəyə qədər başqa ərə getməyib gözləməlidirlər. Əgər o qadınlar Allaha və qiyamət gününə inanıb-larsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.” (“İnək” surəsi 228)

“Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşa-yın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allah-dan qorxun. Onları ”“ açıq-aşkar bir pis iş (zina) etməyənə qədər yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar) ”.  “Boşan¬ma” surəsi 1-5-ci ayələr

Üç aylıq gözləmə müddəti ona görədir ki, qadın dünyaya uşaq gətirərsə, körpənin atası barədə cəmiyyətdə şübhə yaranmasın. İran mollaları “Quran”ın bu hökmünü pozurlar. Görəsən bir qadını gündə bir və yaxud ber neçə kişiyə siğə edən mollalar gələcəkdə doğulacaq uşağın atasını müəyyən edə biləcəklərmi? Bu gün dünyada fitnə-fəsad törədən adamlar elə bu cür qarma-qarışıq şəkildə dünyaya gələnlər (zinadan törəyənlər) deyilmi?! Bunu gördükləri halda özünə “din xadimi” deyənlər bu cür iyrəncliyə necə rəvac verirlər?! 
 
Bu cür fitnə-fəsada  rəvac verənlər pis niyyətlərini pərdələmək üçün “Qadınlar” surəsinin 24-cü ayəsindən istifadə etməyə çalışırar (daha doğrusu ayəni siğəyə işarə kimi şərh etməyə çalışırlar). Amma, ayəyə açıq gözlə nəzər saldıqda burada heç bir siğədən falandan söhbət getmədiyinin şahidi oluruq:

“Sahib olduğunuz (cariyələr) istisna olmaqla ərli qadınları almaq sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi. İstifadə etdiyiniz (evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”.  
İran mollaları ayədəki “istifadə etdiyiniz” ifadəsini siğə zamanı istifadə etməyə yozurlar. Əslində isə, burada evlənərək, həyat yoldaşı kimi  istifadə olunan qadından söhbət gedir. 

Son günlər KİV-də yayılmış bir xəbər diqqətimi çəkdi. Xəbər bundan ibarətdir ki, İranda açılmış yeni sayt siğə xidməti göstərir. Yəni, əks cinsə ehtiyacı olan insanlar bu sayta müraciət etməklə və lazımi vəsaiti (təqribən 60 dollardan 500 dollara qədər) ödəməklə bir saatdan 99 saata qədər qadın “kirayələyə” (onların təbirincə desək siğə edə)  bilərlər. Həmin saat başa çatdıqdan sonra isə, həmin qadını başqa bir kişıyə... və s. siğə edirlər.  
 İran qapalı və ciddi rejimli bir dövlət olduğundan, bu cür saytların xidməti özfaliyyət olması mümkün deyildir. Deməli, bu saytın qadın kirayələmə xidmətinə dövlət (İran həm də şəriət qanunları ilə idarə olunur.) qanunları icazə verir. Qeyd edim ki, bundan əvvəl də İran qanunarı bir neçə saatlıq qadın siğə etməyə icazə verir və bu ölkədə bu cür hallar demək olar ki, dəbdədir. Bütün bunlar şəriət adıyla insanlara sırındığından məsələyə münasibət bildirmək qərarına gəldim.

Sayt vasitəsi ilə, yaxud, real həyatda bir qadını saat, gün hesabı ilə kişilərin ixtiyarına verən mollanın priton kassirindən nə fərqi oldu? Fərqi varsa göstərin! Pritona girənlər saat hesabı pul odəyib çek alırlar, mollalar da eyni qayda ilə cinsəl təlabatını ödəmək istəyənlərdən pul alıb, “siğə” kağızı (oxu: çeki) verirlər. Saat bitəndə hər iki kağız qüvvədən düşür və zibil qabına atılaraq, hər kəs öz işinin dalınca gedir...  Açıq demək lazımdır ki, belə ölkələrdə mollalar “siğə” adı altında qadın ticarətinə nəzarət edirlər. Ona görə də bu sahədə qanunları sərtləşdirirlər  ki, heç kəs cəsarət edib mollanın icazəsi (çeki) olmadan bir qadına yaxın durmasın. İran qanunlarında belə hal daşqalaq olunmaqla nəticələnir. Mollanı “gördükdə” isə, heç bir məhdudiyyət yoxdur. Necə deyərlər: “Kəndxudanı gör, kəndi çap”.

İslam dini eyni vaxtda birdən dördə qədər qadınla evlənməyə icazə verir; bir şərtlə ki, onların hamısı eyni hüquqlu olsun ”“ birinə az, birinə çox, qayğı göstərilməsin və müddətlə evlənilməsin:

“...sizə halal olan (bəyəndiyiniz) başqa qa-dınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyil-sinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.” (“Qadınlar” surəsi 3-cü ayə)

Müşahidələr göstərir ki, qadınların bütün tələbatı ödənərsə, birdən artıq kişiylə yaşamağa meyilli olmurlar. Kişilərdə isə əksinə, nə qədər tələbatları ödənsə də, yenə də müxtəlifliyə meyilli olurlar. Bu da kişi ruhunun xüsüsiyyəti ilə əlaqə-dardır. Allah-təala yaratdığı varlığın xüsusiyyətini nəzərə alıb, qanun Kitabında (“Quran”da) bir kişinin eyni vaxtda dördə qədər qadınla nigahlanmasına icazə verir. Dövlətlərin qanun yazanları insanlar üçün qanun yazarkən, bundan nümunə götürüb, cinslərin xüsusiy¬yətlərini nəzərə almalıdırlar ki, cəmiyyətin nizamı pozulmasın.

Suallar gəlir ki, nigah əslində necə bağlanmalıdır? “Quran” bu mövzuda nə deyir?

Allahın buyurduğuna görə istər nigah bağlananda, istərsə də pozu¬landa bu ən azı iki nəfər şahidin qarşısında elan olunmalıdır ki, Allah qəbul etsin. Şahidsiz bağlanan nigahlar İslamda qəbul olunmur və zina sayılır.
“...içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.” (“Boşanma” surəsi, 2)

“Quran”ın heç bir ayəsində yazılmayıb ki, nigah bağlanarkən, yaxud, pozularkən buna molla hansısa bir sənəd (kəbin, siğə və s.) verməlidir. Müqəddəs kitabda bu işləri edərkən (ən azı) iki şahid tutun deyir. Sual olunur ki, bəs niyə indiyədək bu işləri mollalar həyata keçiriblər?

Nəzərə almaq lazımdır ki, daha əvvəllər ölkəmiz şəriət qanunları ilə idarə olunub və qazilik insitutu mövcud olub. Bu insitut indiki VAAQ və məhkəmə funksiyasını yerinə yetirirdi. Ona görə də həmin dövrlər  evlənənlər qazinin  yanına gəlib evliliklərini rəsmləşdirirdilər ki, gələcəkdə aralarında mülk mübahisəsi yaranarsa, qazinin verdiyi möhürlü sənədlə bu mübahisələri həll etsinlər. Qazi  iki nəfərin şahidliyi ilə onların nigahın rəsmiləşdirib, bu barədə möhürlü sənəd verirdi (şahidlər öldüyü halda sənəd qalırdı).  Göründüyü kimi, burada qazinin verdiyi kəbin kağızı ancaq hüquqi sənəd sayılırdı və gələcəkdə mülkü mübahisələri həll edirdi. Qadınla kişinin biri-birinə halal olması, yəni, nigahın Allah dərgahında qəbul edilməsi üçün isə, iki nəfərin şahidliyi təmin edilirdi. 

İndi həmin funksiyanı VAAQ şöbələri həyata keçirir və burada da nigah və boşanma  prosesi iki nəfərin şahidliyi ilə həyata keçirilir. Bu tamamilə normal, həm dövlət,  həm də şəriət qanunlarına uyğun bir prosesdir. 
Amma, təssüflər olsun ki, insanlarımız qədimdə mövcud olmuş molla idarəçiliyini unuda bilmədiklərindən, indi də onlardan kağız almaq adətini tərgidə bilmirlər. (Burada yadıma xalq arasında işlənən: “İt əl çəkdi, motal əl çəkmədi” məsəli düşdü.) Bunun bir ziyanı olmasa da heç faydası da yoxdur. Çünki, bu gün mollaların verdiyi kəbin kağızı ilə VAAQ şöbəsinin verdiyi nigah şəhadətnaməsinə baxsanız,  eyni sözlərin yazıldığını görərsiniz. Sadəcə, biri Azərbaycan, digəri Ərəb dilində yazılıb. 

İnsanların avamlığından, “Quran”dan bixəbərliyindən və qədimlərdə mövcud olmuş adətləri tərgidə bilməmək mərəzindən İran mollaları bu gün sui istifadə edirlər. Qadınları saat hesabı siğə adı ilə kirayəyə verərək, küllü miqdarda pul qazanmaları da, bu qaydanı pozanlara ölüm hökmü kəsmələri də insanların avamlığından irəli gəlir.  Görünən odur ki, mollalar İslam dinindən qadın ticarətini nəzarətdə saxlamaq üçün istifadə edirlər. 
Belə olmasaydı onlar öz qızlarını və yaxud ailələrinə mənsub olan qadınları bir neçə saatlığa siğəyə verərdilər. Heç bir molla buna razı olmur!? Adama deyərlər ki, özünə rəva bilmədiyini başqasına necə rəva bilirsən?! Budurmu sənin dinin? Heç görmüsənmi, eşitmisənmi sənin Peyğəmbərin, hansısa imamın özünə rəva bilmədiyini başqalarına rəva bilə? Elə isə sən kimin yolundasan? Şeytanınmı? 
Bəzi mollalar bu cür yaramazlığa haqq qazandırmaq üçün cəmiyyətdə pozğunluğun, fahişəliyin artmasını bəhanə gətirirlər. Deyirlər ki, biz siğə etməsək də onsuz da o adamlar gedib cinsi əlaqədə olacaqlar. 
Bu arqument çox gülməlidir. Belə çıxır ki, mollalar əxlaqsızlığa  “İslam” donu geydirməyə çalışırlar, onu “şəriət” pərdəsi ilə pərdələyirlər. Bu lap pisdir. Olmazmı ki, siz o cür niyyətlə müraciət edənlərə “Quran”la öyüd-nəsihət verəsiz və onlara ömürlük nigah bağlamağı tövsiyyə edəsiniz? Özünüz də bu müqəddəs işə şahidlik və vasitəçilik edəsiniz! Niyə məhz Allahın bəyənmədiyi işlərə şahidlik və vasitəçilik edirsiniz?! Əgər həqiqi din xadimisinizsə başqalarının övladlarına da öz övladınız kimi baxıb, düzgün yol göstərməli deyilsinizmi?!

Sizlərdən fərqli olaraq mən həm öz övladlarıma, həm də oxucularıma üzümü tutub deyirəm: əgər siz günah qazanmaq istəmirsinizsə və Allahın razı qaldığı (bəyəndiyi) bir həyat yaşamaq istəyirsinizsə, onda İran mollalarının dediklərinə yox, Allahın “Quran”da buyurduqlarına əməl edin. Bəyəndiyiniz biri ilə evlənmək istəyirsinzisə və dövlət qanunları buna yol vermirsə, onda hər tərəfdən (həm qız, həm oğlan) azı iki şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin. Üzərinizə şəriətə müvafiq öhdəlik götürün. Ən əsası odur ki, bu nigahı müddətsiz bağlayın. Ailəniz namusunuzu qoruyursa, nigahınızı heç zaman pozmayın.
 
Belə etsəniz Allah sizi  mollaların əlində kirayə vasitəsi olmaqdan qoruyar və üzünüzə səadət qapısı açar. Yetər ki, siz öz ədəbiniz, əxlaqınız və yaşam tərzinizlə bu sədətə layiq olasınız. Allah hamınızı xoşbəxt eləsin.


Paşa Yaqub ”“ psixoloq
Oxşar xəbərlər
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 16:35
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 16:35
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri