“Rüşvət aldığımı bir nəfər desə, xalqdan üzr istəyərəm” -Deputatdan iddialı açıqlama
Oxunub: 1904
28 Feb 2017 | 12:50
“Rüşvət aldığımı bir nəfər desə, xalqdan üzr istəyərəm”  -Deputatdan iddialı açıqlama
Moderator.az millət vəkili Adil Əliyevin müsahibəsini təqdim edir:

- Adil bəy, 10 ildən çoxdur deputatsınız. Buna qədər isə uzun müddət polis işləmisiniz, rəis vəzifəsinə qədər yüksəlmisiniz. Özünüzü deputat kimi necə hiss edirsiniz?

- Deputatlıq çox məsuliyyətli ictimai vəzifədir. Deputatlar arasında o qədər vicdanlı, məsuliyyətli, çalışqan adamlar var ki, onlardan geri qalmamaq üçün durmadan işləməli, xidmət eləməlisən. Mən də uzun illərdi məhz buna çalışıram. Biz həmişə daha çox işləməyə məcburuq. Çünki bacarmırsansa, seçkilərə getməməlisən. Burda heç kim heç kimi məcburi saxlamır. Xalqdan qiymət almaq üçün də ancaq onun mövqeyini qorumalı, işləməlisən.

2005-ci ildə mən deputat seçiləndə bir səsin də uğrunda mübarizə aparırdım. Adamları bir səsdən ötrü maşınla evlərindən məntəqəyə gətirirdim. Hər bir tanışımın tanışından istifadə elədim və yekunda seçildim.

- Deputatlıq müddətinizdə səslərini aldığınız seçicilərə nə verə bilirsiniz?

- Seçicilərimin mənə aid olan müraciətlərini həll eləməyə çalışıram. Sizə deyim ki, mənə müraciət edənlər daha çox səs verməyən, seçkiyə getməyənlərdir. Çalışıram, o adamların hamısına kömək edim. Dairəmdə hardasa 3 min ailə mütəmadi nəzarətimdədir. Seçicilərimə nə verdiyimi daha çox onlar özləri deyə bilər. Təbii ki, hamını razı salmaq olmur. Bəzən məmurlar telefonlarımıza, sorğularımıza cavab vermir, ancaq problemi onlara rəsmi sorğu ilə çatdırıram.

- Deyirsiniz, sizə müraciət edənlərin çoxu səs verməyənlərdir. Nədən bilirsiniz, soruşursunuz?

- Soruşuram. Əksəriyyətini isə tanıyıram. Mən öz dairəmdə uzun müddət bölmə rəisi işləmişəm və sakinlərin xeylisini tanıyıram. Soruşandan sonra da məlum olur ki, çoxları, ümumiyyətlə, seçkiyə getməyən şəxslərdi. İnsanlarımıza seçki mədəniyyəti, seçki vərdişi aşılamağa ehtiyac var. Bəziləri elə bilir ki, seçkiyə getməməklə qəhrəmanlıq eləyir. Seçkiyə getmədin, çox pis, sənin bülletenindən istifadə etməyə şərait yaradırsan. Sən get seçkiyə, öz bülletenindən istifadə elə, lap heç kimin xeyrinə səs vermə, amma münasibətini bildir.

- Gördüyünüz işləri sadaladınız. Bəs yaxşı, camaata niyə elə gəlir ki, deputatlar işləmir?

- Camaat elə bilir ki, deputat parlamentdə oturan kimi istədiyi qanunu qəbul eləyəcək, bütün sosial problemlərin həllinə nail olacaq. Adamlar deputatdan onun səlahiyyətində olmayan məsələlərin də həllini gözləyirlər. Ona görə də bəzilərinə elə gəlir ki, deputatlar işləmir. Amma elə şey yoxdu. Hətta bəzən öz seçicisi ilə az görüşən deputat beynəlxalq təşkilatlarda, parlamentlərarası dostluq qruplarında ciddi işlər görürlər.

- Ancaq qazın qiyməti bahalaşanda da Adil Əliyev parlamentdə bundan danışmır. Seçici də onu müdafiə eləməli olan Adil Əliyevin danışmadığını görüb ondan narazılıq edir.

- Düz deyirsiniz. Ancaq siz elə bilməyin ki, orda oturan millət vəkillərinin hamısı ağzına su alıb oturub. Sadəcə, eyni sözü 10 nəfərin deməyinin mənası yoxdur. Onda gərək 125 nəfər axşama kimi iclası eyni məsələyə sərf edək. Bir-iki nəfər eyni məsələyə münasibət bildirirsə, bu kifayət edir.

- Parlamentdə diskussiya aparmaq olar, sizcə?

-  Yox, olmaz. Diskussiyanı komitələrdə aparıla bilər. Parlament diskussiya yeri deyil ki... Komitələrdə də kifayət qədər diskussiya olur. İstənilən qanun layihəsi komitədə geniş müzakirə olunur, mütəxəssislər dəvət edilir. Bəzi qanun layihələri bir neçə komitənin birgə iclasında müzakirə olunur. Parlament iclasında isə buna münasibət bildirilir.  

- Adil bəy, sizcə, bölmə rəisi Adil Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Məhərrəm Əliyevin qardaşı olmasaydı, 2005-ci ildə deputat seçilə bilərdi?

- Onu deyə bilməyəcəyəm. Amma dəqiq bildiyim odu ki, indiyə kimi Məhərrəm Əliyevin qazandığı hörmətləri xərcləyirəm. O, mənim üçün bir örnəkdir. Məhərrəm Əliyev Heydər Əliyev məktəbi keçmiş insandır. Məhərrəm Əliyevi heç bir mal-mülk, rütbə, vəzifə yolundan döndərə bilməz. Çünki o, öz yoluna, Heydər Əliyev yoluna sadiq insandır. Onun qardaşı olmaq mənim üçün şərəfdir, qürurdur. Məhərrəm Əliyev mənə pul, mal-mülk yox, öz hörmətini qoyub. Mən sevinirəm ki, onun qardaşıyam. Məhərrəm Əliyevin qardaşı olmağın da mənə çox böyük köməyi olub. Çünki onun hörmətindən istifadə eləmişəm. Məhərrəm Əliyevin qardaşı kimi mən seçkidə daha çox işlədim. Hesab edirdim ki, Məhərrəm Əliyevin qardaşı uduza bilməz. Mən bu gün də onun adından istifadə eləyirəm. Üç dəfə deputat seçilmişəm, ancaq bu gün də hamı mənə Məhərrəm Əliyevin qardaşı deyir. Şükür olsun ki, onun qardaşıyam.

- “Milyonerlər məhəlləsi” də sizin dairədə yerləşir. Ordan da şikayətə gələn olur?

- “Milyonerlər məhəlləsi” milyonsuz milyonerlər məhəlləsidi. Orda yaşayanların çoxunun milyonları yoxdu. Orda birdən-birə oldu “Milyonerlər Məhəlləsi”. Çünki bəzi milyonerlər orda ev tikməyə başladı və qiymətlər bahalaşdı. Ancaq ordan seçkiyə heç 20 faiz də gəlmir. Çünki ordakıların əksəriyyətinin başqa yerdə də evi var. Bilirsiniz ki, ordakıların əksəriyyəti əvvəl kasıb olub, bu gün milyonçudular. Kasıb vaxtı Əhmədlidə, Yasamalda 2-3 otaqlı evdə yaşayıb, qeydiyyatı orda olub. Bu gün isə “Milyonerlər Məhəlləsi”ndə evi var. Sağlıqlarına qismət. Heç kimin malında-mülkündə gözüm yoxdu.

- Ən yüksək vəzifəli, ən məşhur seçiciniz kimdir?

-  Seçicilərim arasında nazir, nazir müavinləri, komitə sədrləri, xalq artistləri var.

- Adətən bizim deputatlarla icra başçıları arasında qalmaqallar olması barədə eşidirik. Deputatı olduğunuz rayonun icra başçısı ilə münasibətiniz necədir?

- Abidin müəllimlə münasibətimiz çox yaxşıdır. 2005-ci ildə mən deputat seçiləndən bir neçə ay sonra o, Nərimanova başçı təyin edilib. Abidin müəllim gözəl insandır. Hələ mən bu günə qədər ondan seçicilərin hansısa bir qayğısı üçün “yox” dediyini eşitməmişəm.

- Bayaq dediniz ki, seçicilərinizin çoxsaylı müraciəti olur. Əsas müraciətlər nədir, nədən şikayət edirlər?

- Son zamanlar əsasən işlə bağlı müraciətlər olur. İnsanlara iş deyirsən, deyir, mənlik deyil. Soruşursan, nə bacarırsan, deyir, hər şey. “Gəl burda sürücü işlə, “yox onu bacarmıram”. Peşəsi olmayan insanların iş tapması çətindir.

- Özünüz haqqında gəzən söhbətləri yəqin ki eşitmisiniz. Misalçün, "Gənclik" metrosu ətrafında çoxlu obyektlərinizin olduğu deyilir. Siz seçicilərinizə hesabat verə bilərsinizmi ki, Adil Əliyevin deputat seçilməzdən əvvəl nəyi var idi, indi nəyi var. Doğrudan da “Gənclik”dəki o obyektlər sizindimi?

- 2005-ci ilə qədər Adil Əliyevin əlində olanların bu gün bəlkə də yarısı qalıb. Adil Əliyev əlindən pul keçən məmur deyil, insanlar şübhəylə yanaşsın ki, o puldan 5 manat özünə götürüb, kimisə işə düzəldib, kimisə vəzifəyə qoyub pul qazanıb. Bu şeyləri mənə heç vaxt yapışdıra bilməyəcəklər deyə, alnım həmişə açıqdı. Ancaq Adil Əliyev də insandı, yaxşı təhsili, dostları var. Ətrafımda böyük pullar qazanmaq imkanı olan insanlar da var. Hərdən zəng edirlər ki, filan obyekt sənindi?! Deyirəm, vallah. Mənim deyil. Deyirlər, qardaşınındı, deyirəm, vallah, qardaşımın da deyil. Bəlkə də belə söhbətlərin yaranmasında özümüzün də günahı var. Bəzən hansısa dostumuzu incidirlər, deyirəm, get de ki, bura Adil Əliyevindi, gəlib səni incitməsinlər. Ona görə də bəzən belə söhbətlər çıxır. Ancaq deyilənlərin cəmi bir faizi bizim olsa, sevinərik. Yeri gəlmişkən, "Gənclik" metrosu ətrafında 3-4 "xeyir-şər" evi tikilib, 15-ə qədəri isə təmir etdirilib. Bunlar mən deputat olandan sonra həmin ərazidə tikilib, təmir olunub və heç bir təmənnasız xidmət göstərir. Onları da mənim "obyektlərim" sırasına qata bilərlər.

- Belə başa düşdüm, deputat seçilənə qədər bölmə rəisi kimi çox yaxşı qazanmısınız.

- Yox, mən bölmə rəisi kimi qazanmamışam. 2005-ci ildə də, Məhərrəm Əliyev işdən çıxanda da bizim hörmətli olmağımızın səbəbi o idi ki, biz polisdə işləyəndə heç vaxt buradan pul qazanmamışıq. Polisdə işləyəndə böyük pullar da qazanmaq mümkün deyildi. Qazanan tək-tük adam olub. Hamısı da ilişib. Kiminsə haqqına girmək, malını-dövlətini əlindən almaq və s. kimi insaniyyətdən uzaq işlər görənlər də “yanıblar”. Bu gün bir nəfər, çox yox, bircə nəfər çıxıb desə ki, Adil Əliyev polis olanda ona pul vermişəm, pul alıb işə düzəldib və ya məni tutub, pul alıb buraxıb və s., mən həmin adamdan yox, bütün Azərbaycan xalqından üzr istəyərəm. Məhərrəm Əliyev hətta hansısa icra başçısından 6 sot torpaq alıb ev tikməyə də qoymayıb bizi. Məhərrəm Əliyev buna imkan verməyib. Mənə evi dövlət verib. Hərbçi kimi 1992-ci ildə dövlətdən ev almışam.

Məhərrəm Əliyev imkan verməyib ki, biz gedək nəsə orda bir hərəkət eləyək, kimdənsə qazanaq və s. Mən qıraqda iki nəfər iş görən adamı bir-biriylə əlaqələndirmişəm, Rusiya ilə Azərbaycan arasında işlər görülüb, belə pul qazanmışam. Mənim işlərim bu olub, etiraf edirəm.

- Məhərrəm Əliyevin də, sizin də adətən media ilə münasibətləri normal olub. Belə bir ailə ənənəsi və ya planmı var ki, media ilə münasibətləri normal saxlamaq, qorumaq lazımdır və s.?

- Biz, bizə yaxınlaşan hamıya xoş münasibət göstərmişik. Fərqi yoxdu, o adam media təmsilçisidi və ya başqa peşə ilə məşğuldu. İnsanların dərdinə onların peşəsinə görə yox, insaniyyətinə görə şərik olmuşuq. Bir də görürsən, yazırlar ki, filankəs Məhərrəm Əliyevin adamıdı. Məhərrəm Əliyevin adamı dayısı oğlu, əmisi oğlu, başqa bir qohumu ola bilər. Axı tanımadığımız biri necə Məhərrəm Əliyevin adamı ola bilər?!

Mən bir dəfə bir media qurumunun yaranmasına kömək eləmişəm. O da böyük səhvim olub. Onun da peşmanlığını yaşadım. Media çox ağır sahədir. Kənardan asan görünürdü. Sonra gördüm, çox söz-söhbət yaranır, düşmən sayı çoxaldı. Dostluq elədiyim adamlar incidi. Gördüm ki, bu, artıq mənə xeyirdən çox ziyan vurur. Ondan sonra da media ilə birbaşa əlaqəmi kəsdim. Ancaq bu sahədə çoxlu dostlarım var.

- “Reket” jurnalistlər çox incidir sizi?

- O qədər incidirdilər ki məni... Feysbuk bu işdə mənə çox kömək edir. Mövqeyimi yazıram, kimsə zəng edəndə də, deyirəm, ora yazmışam, buyurun, istifadə edin. O qədər bezdirmişdilər ki, mətbuat adı gələndə qorxurdum. O adamların jurnalistikadan xəbəri yoxdu, ümumiyyətlə.

- Axırıncı dəfə hansı kitabı oxumusunuz?

- Qış məzuniyyətində iki kitab oxumuşam. Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” və dostumuz Varis Yolçuyevin “Bir ovuc torpaq” əsərlərini. Çalışıram, kim kitab versə, hörmət əlamət olaraq oxuyum.

- Sizin deputatlıqdan əlavə bir də federasiya prezidenti kimliyiniz var. Kikboksinq sahəsində necədi vəziyyət?

- Bizim gördüyümüz işləri hər federasiya görmür. Cənab prezidenti də hər zaman tapşırır ki, federasiyalarda kütləvilik təmin olunsun. Çünki idmana gələn hər bir uşaq çempion olmayacaq, ancaq onların hər biri gələcəyin əsgəridi. Ona görə də mən də bütün gücümlə federasiyada kütləviliyin təmin edilməsinə çalışıram. Önəmli deyil ki, mənim idman növüm qeyri-olimpiya növüdür. Önəmli olan mənim səngərdə xidmət edən əsgərimin güclü olmağıdır. Buna nail olmuşuq. Çoxlu yarışlar keçiririk. Özüm də çalışıram, kənarda qalmayım, idmanla məşğul olum. Bu gün idman Azərbaycana lazımdır və inkişaf etməlidir. Cənab prezident də idmana çox gözəl qayğı göstərir. Ona görə də bu işlərlə sevə-sevə məşğul oluram və bunu özümə borc bilirəm.

- Federasiyanı saxlamağa ildə nə qədər xərciniz çıxır?

- Biz keçən il federasiyanı saxlamağa 300 min manat xərcləmişik. Bu pul federasiyanın idarə heyəti üzvləri arasında toplanır. Gənclər və İdman Nazirliyi bizə ildə 20 min manat pul ayırır.

- Mənə maraqlıdı, bu 300 min manatın nə qədərini Adil Əliyev verir?

- Bu rəqəmin təxminən 30 faizini mən verirəm. Bəzən bir yarışın bütün xərclərini, bəzən yarısını, bəzən 20 faizini qarşılayıram.

- Təxminən, 100 min manat federasiyanı saxlamağa sərf edirsiniz. Seçicilərinizə də hər bayramda mütəmadi kömək elədiyinizi deyirsiniz...

- Demək istəyirsiniz, hardan gəlir də bu pullar? Mən gözəl ideyalar verirəm, gözəl fikirlərim olur. Açığı, son illər maddi cəhətdən çox əziyyət çəkirəm. Amma mənim qazancım hansısa tenderdən və ya dövlət layihəsindən deyil. Bu günə qədər deputatı olduğum dairədə görülən işlərdə keçirilən tenderlərin heç birində iştirak etməmişəm. Mən yalnız ideyalar verməklə, dostlarıma müəyyən kömək etməklə pul qazanıram. (lent.az)
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO