"Cahangir Əsgərovla bu işi razılaşdırmışıq" -VİDEO
Oxunub: 7706
16 Mar 2017 | 10:49
 "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanov CBC telekanalına müsahibə verib. 

Moderator.az həmin müsahibənin tərcümə olunmuş variantlnı oxucularına təqdim edir:
 
-Salam, cənab Qurbanov. Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Və ilk sualımızı vermək istərdik: 
Azərbaycan dəmir yollarının modernləşdirilməsi prosesində əsas istiqamətlər və prioritet işlər hansılardır?

-Azərbaycan dəmir yollarının ümumi uzunluğu təxminən 4000 kilometrdir. Bunlardan bir hissəsi stansiya yolları və s., digər hissəsi ”“ uzunluğu 2 kilometrdən çox olan əsas, baş magistral yollardır. Bu yollar bizi Gürcüstan, Rusiya Federasiyası və İranla birləşdirir. Həmçinin Ermənistan istiqamətində olan yollar da mövcuddur. Bizə məxsus yolların bir hissəsi (söhbət Dağlıq Qarabağ ərazisindən keçən yollardan gedir) hazırda işğal altındadır. Ölkə ərazisindən “Yeni İpək yolu” adlandırdığımız “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri keçir. “Şərq-Qərb” dəhlizi ”“ Çindən Qazaxıstanı, Xəzər dənizini, Azərbaycanı və Gürcüstanı keçərək Avropaya və yaxud Bakı-Tbilisi-Qars yolu vasitəsi ilə Türkiyəni, Bosfor boğazını keçərək Avropaya, Londona qədər uzanır. Digər dəhliz ”“ “Şimal-Cənub” dəhlizi ”“ Fars körfəzini Baltik dənizindəki Fin körfəzi ilə birləşdirir. Üçüncüsü - “Cənub-Qərb” nəqliyyat dəhlizi ”“ İranın Bəndər-Abbas limanından başlayıb, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Baltikaya, Avropaya qədər uzanır. Təəssüflər olsun ki, yollarımız uzun zaman təmirsiz qalıb. Lakin, biz Dünya Bankından, Çexiyanın Kommersiya bankından, Fransa bankı tərəfindən 2 milyard dollar kredit cəlb edə bildik. Bunun sayəsində hazırda Gürcüstan istiqamətindəki yollar yenilənir, enerji təchizatı təmin olunur. Bu da 1000 km (500 km ”“ Gürcüstan istiqamətində, 500 km ”“ əks-istiqamətdə) yolun təmiri deməkdir. Əsas məqsəd - nəqliyyat dəhlizlərinin işini normal şəkildə təşkil etməkdir. Həmçinin, dəmir yollarında sürəti yüksəltmək lazımdır. Belə ki, 2015-ci ildə sürət olduqca aşağı idi. Hazırda isə biz qərb istiqamətində sürəti saatda 60 km-ə qədər yüksəldə bildik. Gələcəkdə də bu iş eyni qaydada davam etdiriləcəkdir. Bundan başqa, biz “ALSTOM” şirkətiylə 50 ədəd elektrik lokomotivin alınması üçün müqavilə imzaladıq. Eyni zamanda vaqon parkını da yeniləyirik: artıq 3100 vaqon alınıb, əlavə olaraq da 24 lokomotiv. Hazırda “Stadler” şirkətindən Bakı və Sumqayıt şəhərlərini birləşdirən 5 elektrik qatarı da almışıq.

-Cənab Qurbanov, cavabınızdan bəlli olur ki, əsas önəm beynəlxalq istiqamətlərə verilir.

-Əsasən elədir.

-Bəs ölkədaxili istiqamətlərdə yeni yolların tikintisi nəzərdə tutulurmu? Məsələn, Bakı vağzalını Heydər Əliyev adına Beynəlxalq hava limanıyla birləşdirən yeni dəmir yolu layihəsi kimi.

-Binə qəsəbəsi istiqamətində dəmiryol xəttimiz mövcuddur. Onu sadəcə bərpa edib, yeniləyib, hava limanı ərazisinə qədər uzatmaq lazımdır. Hava limanı rəhbərliyi Cahangir Əsgərovla bu işi razılaşdırmışıq, onlar bizə texniki şərtlər təqdim etdilər. Biz layihə üzərində işləyirik, sənədlər paketini hazırlayırıq. Bu cür dəmiryol xətti mütləq olmalıdır. Belə dəmiryol xətləri, dünyanın bir çox böyük şəhərlərində özünü təhlükəsizlik, rahatlıq baxımından tam doğruldur. Təkcə bu deyil. Vaxtı ilə dəmir yolları Şahdağ, Qəbələ kimi kurort zonalarına qədər uzanırdı. Bunu da gələcəkdə bərpa etməyi planlaşdırırıq.

-Siz sürətin saatda 60 km-ə qədər yüksəldilməsindən bəhs etdiniz. Bəs dəmir yolunun yük keçirmə qabiliyyəti nə dərəcədə yüksəlməkdədir?

-Vaxtı ilə Azərbaycan dəmir yollarının yük keçirmə qabiliyyəti 100 milyon ton təşkil edirdi. Bu sovet dönəmində idi. Hazırda isə yük axını azalıb. 2015-ci ildə bu göstərici təxminən 15 milyon, 2016-cı ildə

- 16 milyon ton təşkil edirdi, bu il isə, ümid edirik ki, bu göstərici 17 milyon tona qədər yüksələcəkdir. O ki qaldı sürət məsələsinə, bilirsiniz ki, Azərbaycan ərazisi bir o qədər də böyük sayılmaz ”“ Bakıdan Gürcüstan sərhədinə yolun uzunluğu 500 km, İran sərhədinə - 313 km, Rusiya sərhədinə isə - 205 km təşkil edir. Buna görə sərnişin qatarları üçün saatda 160-200 km sürət bizi tam qane edəcəkdir. Bunun üçün də infrastruktur yaratmaq, yol təsərrüfatını yeniləmək lazımdır. Məsələn, yol təsərrüfatında 6 milyonluq şpal təsərrüfatı mövcuddur. Yalnız bir istiqamətdə 1000-ə yaxın yoldəyişən qurğu dəyişdirilməlidir. Bütün bunlar da böyük vəsait, zaman, insan əməyi tələb edir. Biz bu işləri görürük.

-Siz beynəlxalq maliyyə qurumlarının ayırdığı 2 milyard dollarlıq kredit haqqında bəhs etmişdiniz. Nə qədər vəsait artıq istifadə olunub?

- Bu vəsaitin 900 milyonu artıq istifadə olunub. Bir kreditin icrası 2019-cu ilin sonlarında bitir. Bu kredit ayrı-ayrı, lokal hissələrdən ibarətdir. Məsələn, bu ilin sonuna qədər biz yol bərpasının 80 faizini yerinə yetirməyi nəzərdə tuturuq.

-Cənab Qurbanov, bəs bu ilin xərcləri nə qədər olacaq?

-Bu il üçün hazırda smeta üzərində iş gedir. Bu smeta Nazirlər Kabineti yanında yaradılmış, baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyində olan komissiya tərəfindən təsdiqlənəcək. Biz smetanı hazırladıq və yalnız onun təsdiqindən sonra mən sizə konkret xərclərdən bəhs edə bilərəm. Məsələn, deyə bilərəm ki, dəmiryolçuların maaşlarında artım gözləniləndir.

-Biz daha əvvəl hərəkət heyəti haqqında danışmışdıq. Bu sahədə hansı yeniliklər gözlənilir? Məsələn, bu il alınması nəzərdə tutulan yeni vaqonlarının sayı haqqında nə deyə bilərsiniz?

-Bu işi üzərimizə götürdükdə, onun fəaliyyətinin Prezidentin siyasətinə uyğun olmadığını gördük. Ona görə də bütün sahələri yeniləməyə başladıq. Yeni məsləhətçilər dəvət etdik. Dünyanın ən məşhur dörd şirkətindən olan Deutsche Bahn, KPMG bizimlə məsləhətçi qismində çalışırlar. Biz yeni mühasibat sistemini işə saldıq. Eyni zamanda, biz hərəkət heyətini yeniləyirik. 18473 vaqonumuz, 330 elektrik lokomotivimiz var. Əvvəllər lokomotivlərin cəmi dördü ya beşi 10-15 illik, yəni nisbətən yeni hesab olunurdu, qalanı isə 30-40 ilin lokomotivləri idi. Hazırda isə yeni və təmir olunmuş köhnə lokomotivlər daha çoxdur. Məsələn, artıq əminliklə deyə bilərik ki, 20-25 milyon ton yük daşımaq qabiliyyətindəyik. Qürurverici amildir ki, artıq “Stadler” markalı qatarlarımız var. Artıq qatarlarımız saatda 100-120 km sürətlə gedə bilir. Bunlar hamısı yenilikdir, proqressdir.

-Sərnişinləri cəlb etmək, onların məhz Azərbaycan dəmir yollarından istifadə etmələri üçün daha nələr həyata keçirilir?

-Biz sərnişinləri necə cəlb edə bilərik? Məsələn, Gəncə istiqamətini götürək. Təyyarə ilə ora maksimum üç saata çatmaq olar, amma bunun üçün əvvəl hava limanına getmək lazım, gözləmək lazım, hava şəraiti uçuş üçün əlverişli də ola bilər, əlverişsiz də. Digər tərəfdən isə, şəhərin ortasında rahatca dəmiryol vağzalına daxil olub, bir dəqiqə belə gözləmədən, komfortlu qatara minib, üç saatdan sonra Gəncədə olursunuz. Wi-fi-nız var, istəsəniz gəzin, istəsəniz oturun, yatın, pəncərədən təbiəti seyr edin. Mən demirəm ki, təyyarə və ya avtobus pisdir. Sadəcə insan həmişə daha yaxşı və rahat şərait axtarır. Ona görə də gərək bu cür şərait yaradılsın. Biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək istəyirik. Hesab edirəm, bu ilin avqustunda Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. Buradan artıq Çindən gələn qatarlar keçəcək. Hava şəraitinin sərt olduğuna görə Türkiyədə bu layihə üzrə işlər bir qədər ləngiyib. Bu qış Qarsda az qala 47 dərəcə şaxta müşahidə olunub. Ümumiyyətlə, bu il qış çox sərt keçdi. Hazırda isə tuneldə 90 metrlik betonlama işi qalır.

-Lap az iş qalıb...

-Bəli, iki həftəlik. İki həftəyə bu işi bitirib, sonra da 4 km yol salınacaq. Bununla, demək olar ki, bütün işlər yekunlaşır. Bundan başqa, görmüşdünüz yəqin ki, bu yaxınlarda İrana gedən xəttin açılışı olub. Cənab Prezidentin tağşırığı ilə biz öz ərazimizdə 8,5 km dəmir yolu çəkdik, körpü tikdik, indi də İran tərəfinə öz ərazisində tikinti aparmaqda köməklik edirik. Hətta, Azərbaycan Dəmir Yolları İran tərəfində 1,5 km dəmiryol xəttini və 35 hektar ərazini 25 illik icarəyə aldı. Bunu bizim müştərilərə daha yaxşı şərait yaratmaq üçün etdik. Yüklər Azərbaycanda dayanmadan İran tərəfinə,
Azərbaycan Dəmir Yollarının xidmət göstərdiyi əraziyə ötürüləcək. Biz hamını ora öz biznesini, terminalları qurmağa dəvət edirik.

- “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi mövzusuna toxunmuşkən, sərhəddəki Astara-Astara dəmir yolunun və dəmiryol körpüsünün tikintisi artıq bitib. Orada başqa nə işlər qalıb?

-Bəndər-Abbas dəniz limanından bizim sərhədimizə qədər yolun uzunluğu 2000 km təşkil edir. Bu yola daxil olan 167 km-lik Astara-Rəşt dəmiryol xəttinin tikintisi qalır. Hazırda cənab Prezidentin razılığı ilə kreditin verilməsi üzrə müqavilə işlənib hazırlanır. Çox güman ki, bu xəttin tikintisini biz İran tərəfi ilə birgə həyata keçirəcəyik. Bu tikinti isə 1 milyard dollar sərməyə tələb edir. Məbləğin yarısını İran höküməti ödəyəcək, qalan tikinti xərclərini isə Azərbaycanın verdiyi kredit hesabına maliyyələşdirmək planlaşdırılır. Həmçinin, bu bizə çoxdankı arzumuzu həyata keçirməyə - Naxçıvanı dəmir yolu vasitəsi ilə Azərbaycanın digər əraziləriylə birləşdirməyə imkan verəcək.

-Bilet satışlarında qiymət siyasətiniz haqqında nə deyə bilərsiniz? Bahalaşmanı gözləyək, yoxsa ucuzlaşmanı?

-Məsələ orasındadır ki, bu təkcə bizim istəklərimizlə olmur. Məsələn, əvvələr biz elektik enerjisi üçün 1.2 milyon ödəyirdiksə, indi bu rəqəm iki dəfə artaraq 2.5 milyon oldu. Amma biz yenə də çətinliklərin olduğunu başa düşürük, yüklərin tranzit qiymətlərini hökumətlə razılaşdırırıq. Tərəfdaşları cəlb etmək üçün tranzit qiymətlərini aşağı salmağa çalışırıq. Məsələn, Gürcüstan dəmir yolları ilə müqavilə imzalayaraq biz artıq vahid dəmir yolu kimi fəaliyyət göstəririk. Əməkdaşlıq haqqında razılığa gəlmişik. Hər iki tərəfə aid qatarlar 8 gün ərzində bir-birimizin ərazisində əlavə ödənişlər etmədən dayana bilər. Məsələn, tərəfdaşlarla razılığa gələrək biz türkmən neftinin, Qazaxıstan qazının qiymətlərini endiririk.

-Deməli, daha sərfəli şərait yarada bilirsiniz...

-Sumqayıta marşrut açılanda gündə bu marşrutdan 500 nəfər istifadə edirdisə, indi artıq 6000 sərnişin istifadə edir. Onu da nəzərə alaq ki, marşrut təkcə səhər və axşam işləyir, gündüzlər isə fəaliyyət göstərmir. O da ona görədir ki, bu yolla gündüz yük daşımaları həyata keçirməyə məcburuq. Bu vəziyyəti aradan qaldırmaq üçün biz dairəvi yolu yeniləməliyik. Hazırda dairəvi yolda intensiv işlər davam edir. Ümidvaram ki, yaxın gələcəkdə, üç-dörd ilə biz saatda 100-120 km sürətə çatacayıq.

-Hamını maraqlandıran suallardan biri də sürət qatarları ilə bağlıdır. Məsələn, Paris-Bordo, Madrid-Barselona marşrutlardakı kimi sürətli hərəkət Azərbaycan miqyasında mümkündürmü?

-Mən hesab edirəm ki, Bakıdan Qazaxa 500 km-lik yolu qatar 4 saat ərzində qət etməlidir. Bu mənim arzumdur. Ümid edirəm ki, nə vaxtsa bu olacaq. Bunun üçün bizim lazımi şəraitimiz mövcuddur. Əvvələr Bakıdan Sumqayıta qatarlarımız 2 saata çatırdısa, indi həmin yolu iki dayanacaqla 40 dəqiqəyə qət edə bilir. Biz ki bunu bacara bilmişik. Gəncə və yaxud Ağstafaya qədər isə təxminən 460 km yol var. Əgər qatarın orta sürəti saatda 120 km olarsa, yuxarıda qeyd etdiyimiz mümkün olacaq. Sadəcə infrastruktur yaratmaq lazımdır. İlk olaraq, dəmiryol xətti, daha sonra ”“ kontakt şəbəkəsi, işarəvermə sistemi, təhlükəsizliyin təmin edilməsi, bir sözlə, əsas məsələləri həll etmək lazımdır. Xaricilər bunu necə etdilər? Onlar ayrı bir dəmir yolu tikib, sürət qatarlarını bu xəttə buraxıblar. Bu milyardlarla vəsait deməkdir. Biz isə bu ilin sonuna kimi Gəncə istiqamətində sürəti artırmağa çalışacayıq. Əlbəttə, saatda 300 km olması mümkün deyil, çünki yenə deyirəm, bu cür sürət üçün ayrı, hasarlanmış dəmiryol xətti olmalıdır.

-Cənab Qurbanov, xaricdəki aktivlərdən söhbət açmaq istərdim. Yaxın gələcəkdə Azərbaycan dəmir yolları xaricdə nəyisə almağı planlaşdırırmı?

-Hazırda bizim bu cür imkanımız yoxdur. Məsələn, Avstriya ildə 100 milyon tona yaxın yük daşımaq qabiliyyətindədir, biz ”“ 16-17 milyon. Amma onlar təkcə öz ərazisində deyil, digər ölkələrdə də fəaliyyət göstərir, bir neçə şirkət açıblar, Konstansa limanının bir hissəsinə sahibdirlər. Dəmir yolu olaraq biz də, məsələn, Gürcüstandakı hansısa bir limanın hissəsini almaq istərdik. Nəqliyyat elə bir sahədir ki, fəaliyyət göstərdikcə gəlir də gətirir. Çinlə-Qazaxıstan sərhədindəki “Dostık” məntəqəsində nəsə əldə etmək olardı. Məsələn, Qazaxıstan tərəfi buraya 500 milyonluq sərmayə qoyub, terminal tikiblər. Gələcəkdə uyğun vəsaitimiz olarsa, əlbəttə, bunu da həyata keçirə bilərik.

-Və sonuncu sualımız: indi ölkədə aktiv şəkildə dövlət obyektlərinin özəlləşdirmə prosesi gedir. Azərbaycan dəmir yollarının özəlləşdirilməsi mümkün olacaqmı?

-Biz dövlət müəssəsi sayılırıq, səhmlərimiz dövlətə məxsusdur. Cəmiyyətimiz açıq deyil, biz onu satışa çıxara bilmərik. Amma respublika rəhbərliyi, cənab Prezident lazım bilsə, bu istiqamətdə addımlar atıla bilər. Gələcəkdə hesab edirik ki, sərnişin daşımalarını, lokomotiv xidmətini ayırıb kiçik holdinqlər yaratmaq olar. Onlar yenə də Azərbaycan dəmir yollarının tərkibində, lakin daha müstəqil fəaliyyət göstərə bilərlər. Digər tərəfdən, biz sərmayəçilərə həmişə açığıq, onlarla əməkdaşlıq etməyə hazırıq.

-Müsahibə verdiyiniz üçün bir daha təşəkkür edirəm. Sizə uğurlar arzulayırıq.

-Sağ olun. Sizə və telekanalınızın rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Həmin videomüsahibəni təqdim edirik:

Oxşar xəbərlər
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin