"Biləndə ki, əməliyyatı mən edəcəm, təəccüblənirlər" -Gənc həkim
Oxunub: 8103
10 Apr 2017 | 16:58
Beyin-sinir cərrahiyyəsi tibbin ən çox diqqət və təcrübə tələb edən sahələrindən biridir. İstər təhsilin gərginliyi, istərsə də praktik tətbiqlərinin çətinliyi səbəbindən neyrocərrahların sayı çox deyil. Çox vaxt əməliyyatlar 8-15 saata qədər davam edə bilir. Bu səbəbdən bir sıra ölkələrdə bu sahənin mütəxəssislərinə daha çox önəm verilir. Müsahibimiz "Caspian International” Hospitalın beyin-sinir cərrahiyyəsi uzmanı Ruslan Yunusovdur.

O, 2009-cu ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirib. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında internaturanı başa vurub. 2011-2016-cı illərdə Ankarada “Hacettepe” Xəstəxanasında beyin cərrahı üzrə uzmanlıq ixtisasını bitirib elə həmin ildə də uzman olaraq Azərbaycana geri dönüb.

- Bu vaxta qədər nə qədər əməliyyatlar aparmısız?

- Azərbaycanda ortalama həftədə 1-2 əməliyyatımız olur. Amma bizim Türkiyədəki təcrübəmiz daha zəngin və gərgin olub. 4-5 il içərisində minə yaxın əməliyyatda iştirak etmişik. Çünki ora həm mərkəz, həm də universitetin xəstəxanası olduğuna görə, çoxsaylı xəstələr olurdu. Neyrocərrahiyyədə onurğa beyinin, beyin şişləri, bel yırtıqları və körpə uşaqlarda hidrosefaliya xəstəliyi (beyinə su yığılma) və digər sahələrdə əməliyyatlar həyata keçirilir.

- Beyin xəstəlikləri daha çox hansı yaş qrupunu əhatə edir?

- Bizim xəstə populyasiyamız hər yaş dövrünü əhatə edir. Xəstəliklərin rast gəlməsi də insanların yaş dövrünə görə fərqlənir. Beyin şişləri hər yaşda rast gəlinsə də, daha çox 40-60 yaş arası xəstələrdə görülür. Kəllə-beyin travmalı xəstələr isə daha çox 18-35 yaş arası insanlardır. Boyunda və beldə olan fəqərəarası disklərin yırtığında vəziyyət bir qədər fərqlidir. Yırtıqlar daha çox əhalinin aktiv fiziki işdə işləyən hissəsində əmələ gəlir. Bu da daha çox 20-50 yaş arası insanlardır. Uşaqlarda isə daha çox anadangəlmə inkişaf qüsurları, hidrosefaliya və beyin şişləri rast gəlinir.

- Müasir dövrdə neyrocərrahiyyədə ən çox yayılan xəstəliklər hansıdır?

- Hazırda ən çox rast gəlinən xəstəlik bel və boyun yırtığıdır. Bu, sırf həyat tərzindən yaranan xəstəlikdir. Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. İnsanlar lazım oldu-olmadı mütəmadi kompüter və telefonlardan istifadə edir. Bu da onurğamızın fiziyololji tamlığını pozaraq yırtıqların əmələ gəlməsinə şərait yaradır. Bundan başqa ağır fiziki işdə çalışmaq, düzgün və yetərincə istirahət etməmək də yırtıqların əmələ gəlməsini artırır. Əmələ gələn yırtıqlar isə onurğa kanalından çıxan sinirləri və onurğa beyninin özünü sıxaraq şiddətli ağrıların əmələ gəlməsinə səbəb olur. Əgər vaxtında müdaxilə edilməzsə, əməliyyata qədər gətirib çıxarda bilər. Azərbaycana son 4-5 ildə beyin cərrahiyyəsində endoskopik əməliyyatların da sayı artıb. Əvvəllər hipofiz adenomalarını götürmək üçün açıq beyin əməliyyatı aparılırdı. Bu, daha ağır əməliyyat sayılırdı. İndi artıq endoskopik üsulla burundan daxil olub həmin şişi götürmək mümkündür. Yəni, qapalı cərrahiyyə üsulunun tətbiqi hipofiz vəzi şişlərinin əməliyyatını artırıb.

- Azərbaycanda beyin cərrahiyyəsi sahəsindəki vəziyyət sizi qane edirmi?

- Uzmanlıq təhsili aldığım yerlə müqayisə edəndə hələki tam qane etmir. Çünki orada istər maddi-texniki baza olsun, istər personal hazırlığı olsun yüksək səviyyədə təşkil olunmuşdu. Amma bizim də üzərimizə düşən vəzifə qazanılmış təcrübələri Azərbaycanda tətbiq etməkdir. Bu işdə də xəstəxanamızın rəhbərliyi bizə hər cür köməklik göstərir.

- Gənc yaşda beyin cərrahiyyəsi üzrə uzmansız. Sizcə, xəstələr daha çox cavan yoxsa nisbətən yaşlı həkimlərə etimad göstərir?

- Dəfələrlə olub ki, müraciət edən pasientlərə hansısa tövsiyə verəndə və yaxud əməliyyatın gedişi ilə bağlı məlumat verəndə xəstə “Kimin yanına gedək” deyə sual verib. Bəzən özümə də gülməli gəlir. Amma biləndə ki, əməliyyatı mən edəcəm, təəccüblənirlər. Cavan həkim olmaq bəlkə də bir dezavantajdır və bizim üçün hər şeyin bir sıfır geridə başlamasına səbəb olur. İnsanların yanaşmasına görə əgər gəncsənsə, deməli, təcrübəli deyilsən. Amma həkim cərrahdırsa, təcrübəli olmalıdır. Uzmanlıq təhsili aldığım müddətdə iştirak etdiyimiz əməliyyatların statistikasını aparmışıq. Çünki təhsili başa vurduqdan sonra professorlara hesabat verirdik. Təqdim etdiyimiz statistika professorlar tərəfindən təsdiq olunurdu. 5 il ərzində minə yaxın əməliyyatlarda iştirak etmişəm. Zənnimcə, bu, kifayət qədər böyük bir təcrübədir.

- Beyin cərrahiyyəsində hansısa yenilikləriniz olubmu?

- Xüsusi olaraq hansısa yeniliyə imza atmamışam. Amma əvvəllər Azərbaycanda endoskopik əməliyyatlar edilmirdi. Son illər bu əməliyyat uzmanlarla bərabər edilməyə başlanılıb. Hipofiz adenoması ilə yanaşı uşaqlarda hidrosefaliya (başın böyüməsi, beyində suyun toplanması) əməliyyatları endoskopun ən çox istifadə olunduğu əməliyyatlardır. Endoskopla beyinə kiçik dəlik açmaqla hidrosefaliyanı müalicə etmək mümkündür. Azərbaycanda ayrıca uşaq beyin cərrahiyyəsi ixtisası yoxdur. Türkiyədə neyrocərrahlar dərnəyində xüsusi olaraq uşaq beyin cərrahları üçün təşkilati kurslar var idi. Bu kursu bitirənlərə ayrıca sertifikat təqdim edirdilər. Uzmanlıq təhsili əsnasında mən də bu kursu bitirənlərdən biri oldum. Marağım əsasən pedriatrik beyin cərrahiyyəsinədir. Azərbaycanda uşaq beyin cərrahiyyəsini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Hazırda biz uşaqlar üzərində beyin əməliyyatlarını icrasını da edirik.

- Əməliyyatdan sonra xəstə nə qədər müddətə sağalır?

- Xəstələrin sağalma müddəti keçirdikləri əməliyyata görə dəyişir. Yırtıq əməliyyatından 2 gün sonra xəstələr evə yazılırsa, açıq beyin əməliyyatı keçirən xəstələr 1 həftə sonra evə yazılır. Endoskopik əməliyyat olunan xəstələri isə 3-4 gün sonra evə yazırıq. Əməliyyatdan 10-15 gün sonra xəstələrin yaraları sağalmış olur və dikişləri alınır. Evə yazılan xəstələr təxminən 1 ay sonra öz normal həyatlarına qayıdırlar.

- İnsan nə qədər koma vəziyyətində qala bilər? Uzun müddət komada qalmış insanın sağalma şansı varmı?

- Komadan ayılma müddətini söyləmək çətindir. İlk növbədə insanın komaya düşmə səbəbini müəyyən etmək lazımdır. Komaya müxtəlif səbəblərdən düşmək olur. Məsələn, beyin şişləri, beyin qanaması, insanın keçirdiyi kəllə-beyin travması və eləcə də müxtəlif səbəblər sadalamaq olar. Burada xəstənin yaşı və orqanizminin sağlamlığı çox önəmlidir. Əgər xəstə gənc və orqanizmi sağlamdırsa, komadan çıxma şansı daha çoxdur. Amma yaşlı və çoxlu sayda travma alan xəstənin komadan çıxma şansı bir qədər aşağıdır. Bəzən təcrübədə gənc xəstənin aylar sürən komadan sonra ayılmasına da rast gəlmişik. Amma komadan oyanan insan əvvəlki insan olurmu ”“ bu, bir qədər müəmmalıdır. Çünki koma vəziyyəti istər-istəməz insanın beyninə təsirsiz ötüşmür. Erkən dönəmlərdə oyananlar daha yaxşı sağalma periodu keçirlər. Bəzən elə olur ki, beyin qabığının zədələnmə dərəcəsindən asılı olaraq pasient ayılsa da, onda mental aktivlik çox zəifləmiş və ya heç olmur. Buna tibbdə vegetativ hal deyilir.

Bəzən xəstənin başında böyüyən şişdən xəbəri olmur, “baş ağrım var” deyib heç nə olmamış kimi gəzir. Şiş beyini sıxışdırır və anidən şişin içində qanama olur. Bu insanı komaya salır. Erkən müdaxilə nəticəsində şiş beyindən çıxarılır və pasient normal həyata geri dönür. Bizim 30 yaşlarında belə bir xəstəmiz olmuşdu. Komada olan xəstəyə beyin KT olundu və beynindəki şişdə qanama olduğu təsbit edildi. Təcili əməliyyata alınan xəstə ertəsi gün oyanıb danışmağa başladı. Əgər səbəb bəllidirsə, erkən müdaxilə etməklə xəstəni komadan çıxarıb həyata qaytarmaq mümkündür.
Oxşar xəbərlər
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:40, Bu gün
Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:18
Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO
22 Apr 2024 | 13:36
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 13:39
Ramiz Mehdiyevin kürəkəninə qarşı 14 iddia – torpaq mənimimsənilməsi, milyonlarla gəlirlərin ələ keçirilməsi...
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:18
Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO
22 Apr 2024 | 13:36
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 13:39
Ramiz Mehdiyevin kürəkəninə qarşı 14 iddia – torpaq mənimimsənilməsi, milyonlarla gəlirlərin ələ keçirilməsi...