“Müəllimlik və həkimlik Bəhai dinində Allaha ibadət hesab edilir" - MÜSAHİBƏ
Oxunub: 7027
11 Apr 2017 | 18:00
“Müəllimlik və həkimlik Bəhai dinində Allaha ibadət hesab edilir

Moderator.az-ın Bəhai dininin Azərbaycandakı təmsilçilərindən olan, Bakı Dövlət Universitetinin dosenti,  fəlsəfə doktoru Azər Cəfərovla müsahibəsini təqdim edirik. 

Bəhai dini dünya dinləri arasında ən cavanıdır. Bu din dünyanın 234 ölkəsində yaşayan 2100 millət, xalq və etnik qrupa mənsub 7 milyondan çox insanı birləşdirir. Bu Birlik planetimizdə qlobal eko-logiyanı qorumaq, xalqların  sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları- EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidə Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanda da bu dinin ardıcılları var. DQDK məlumatına görə qeyri-islami dini qurum kimi iki bəhai icması dövlət qeydiyyatından keçib. Bəhai icmalarının respublikamızda fəaliyyəti ilə bağlı məlumat almaq məqsədilə Azərbaycan Bəhai icmasının İctimai Əlaqələr ofisinin koordinatoru Azər Cəfərova müraciət etdik. 

Image




- Azər bəy, müstəqilliyin ilk illərində bəhailiyin adı “missioner” təşkilatlar arasında çəkilirdi.... 

- Bunu Bəhai dininin tarixindən xəbərsiz insanlar deyirdi. İran və Azərbaycan bəhai dininin vətənidir. O, azərbaycanlıların ənənəvi dinidir. Babi icmaları Azərbaycanda XIX əsrin 40-cı illərindən mövcuddur. 1860-70-ci illərdə Bakı, Gəncə, Balaxanı, Şamaxı, Salyan, Sabirabad, Naxçıvan və Bərdədə bəhai icmaları fəaliyyət göstərib. Bunu tarixi mənbələr təsdiq edir. 1937-ci il ərəfəsində icmalarda 6000 nəfərdən çox adam olub. Biz bu sayı hələ də bərpa edə bilməmişik. Heç bir icma bu cür amansızlıqla dağıdılmayıb. İtkilərimiz böyükdür: 38 rəhbər şəxs öldürülüb, yüzlərlə insan həbs edilib, sürgün olunub... 
Güney Azərbaycanda da yurddaşlarımız babilər (1844-1852) hərəkatında fəal iştirak edib. Zəncan üsyanında Zeynəbin (Rüstəmənin) qəhrəmanlığı, Tahirə Qürrətüleynin islam Şərqində ilk dəfə çadrasını atıb, qadın”“kişi bərabərliyini bəyan etməsi, bu dinin peyğəmbəri Babın Azərbaycanın əski paytaxtı Təbrizdə edam edilməsi tarixi faktlardır. 

- Bəzən “babi”, bəzən isə “bəhai” ifadələrindən istifadə edirsiz. Məlumatsız oxucu üçün bu anlaşılmazlıq yarada bilər. 

- Bu anlayışlar ayrı, eyni zamanda bir-birinə bağlıdır. Bundan ötrü tarixə müraciət etməliyik. 1844-ci il mayında İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı gənc Özünü Mehdi elan edərək “Bab” (ərəbcə “qapı”) adlandırır. Bildirir ki, Onun əsas məqsədi insanları Allahın tezliklə zühur etdirəcəyi Kəsi- İlahi Zühuru qəbul etməyə hazırlamaqdır. Babın  çağırışları “babi”lər hərəkatına səbəb olur. Hərəkat yatırılır, Bab edam edilir. Hərəkatın üzvi Mirzə Hüseyn Əli - Bəhaullah (ərəbcə “Allahın Cəlalı”) həbsxanaya salınır. Sonra həbsxana İraqa sürgün ilə əvəz olunur. Bağdadda 1863-cü ilin baharında Bəhaullah Özünü Babın vəd etdiyi İlahi Zühur elan edir. Bəşəriyyətə Allahdan Yeni İlahi təlimin nazil olduğunu bildirir. O, dünyanın hökmdarlarına məktub yazaraq, onları Yeni Dini tanımağa çağırır. Bəhaullahı Peyğəmbər kimi qəbul etmiş babiləri və digər dinlərin ardıcılları həmin vaxtdan “bəhai” adlanmağa başlayır. Bəhaullah 40 il məhbəs həyatı yaşadıqdan sonra 1892-ci ildə dünyasını dəyişir. Ölümündən əvvəl O, Əbdül-Bəhanı “Əhdin Mərkəzi” təyin edir. Əbdül-Bəhanın dövründə Bəhai dininin ardıcılları artıq dünyanın 37 ölkəsində var idi. Əbdül-Bəha 1921-ci ildə  dünyasını dəyişir. Onun Vəsiyyətinə uyğun olaraq dinin rəhbərliyi Şövqi Əfəndiyə (1897-1957), 1963-cü ildən isə dünya bəhailərinin Ali inzibati və Ruhani orqanı “Umumdünya Ədalət Evinə” verilmişdir. 



- Deyə bilərikmi ki, XIX əsrin ortalarında yeni bir din yarandı? 

- Düz buyurursuz, Bəhai dini tam müstəqil yeni dünya dinidir, yəni o, hansısa dinin tərkibində məzhəb və ya təriqət deyil. 

- Klassik dinlər var ikən XIX əsrdə yeni dinə nə ehtiyac vardı?

- Əvvəla, Bəhai dini İlahi Vəhyin kəsilməzliyi mövqeyindən çıxış edir. Bəşəriyyət durduqca Peyğəmbərlərin gəlişi davam edəcək. Bəhai dini iki Peyğəmbər - Bab (1819-1850) və Bəhaullah vasitəsilə nazil olub. Bəhaullah da peyğəmbərlərin sonuncusu deyil. O, Özündən sonra növbəti peyğəmbərin 1000 ildən tez gəlməyəcəyini bildirib. Peyğəmbərlərin gəlişinin və Bəşəriyyətin kamilləşməsinin sonu yoxdur. Bu proseslər 100 min illərlə davam edəcək. Allahın Bəşəriyyət üzərində rəhbərliyi heç vaxt kəsilməyəcək. Bəhaullah yazır: “Allahın dini dünyanın libasıdır, elə ki, köhnəldi, Allah onu təzə libasla bəzəyir. Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir olur...”. 

- Bütün dinlər “qiyamətdən”, “zamanın sonundan”, “dünyanın dağılmasından” danışır, amma Bəhai dini tamam fərqli prespektivlər vəd edir. Belə çıxır ki, siz bu anlayışları qəbul etmirsiz? 

- Bu anlayışları rəmzi qəbul edirik. Bəhaullah “ Kitabi-iqan”da bu anlayışların izahını verib. 
Qiyamətdə “günəşin qaralması”, əslində həqiqət günəşlərinin ”“ ilahi təlimlərin “sönməsi”dir, “ulduzların tökülməsi” ”“ dini rəhbərlərin nüfuzdan düşməsi, cəmiyyətdə mövqelərinin itirməsidir. “Ölülərin qəbirlərdən qalxması”- insanların cəhalət və materializm qəbirlərindən qalxması, imana gəlməsi, dövrünün Peyğəmbərini qəbul etməsi anlamındadır, burada fiziki dirilmədən söhbət getmir. Qısası, hər dəfə din xurafatlarla yüklənəndə, mövhumatlara və cəhalətə qərq olanda ilahi gücünü itirir, işıq saçmır və insanlara yol göstərmir. Belə bir “dinə” xidmət edən ruhanilər ”“ mollalar, keşişlər, kahinlər və s. maddiyata bağlanır, siyasətə qoşulur, dinin ruhani əsaslarını unudub, dövrünü başa vurmuş ayin və mərasimlərindən yapışırlar və nəticədə nüfuzdan düşüb, “yerə tökülürlər”. 

Image



- Başqa dinlərdə “şeytan”, “iblis”, “cin” kimi varlıqların mövcudluğuna inam var...

- Bəhai təliminə görə Kainatda bir fövqəlqüvvə var, o da Allahdır. “Şeytan”, “iblis”, “cin”  rəmzi məna daşıyır, insanın nəfsi və fiziki istəkləri  ilə bağlı anlayışlardır. 

- Cənnət və cəhənnəm nədir?

- Cənnət Allaha yaxınlıq, cəhənnəm isə ondan uzaq düşməkdir. Bu hal həm bu dünyda insana, həm də həm də ölümdən sonra ruhun o dünyadakı halına aiddir. 

- Başqa dinlərə münasibətiniz necədir?

- Bəhai dini özündən əvvəl gəlmiş bütün dinləri, onların Peyğəmbərlərini ”“ Krişna, Zərdüşt, Budda, Musa, İsa və Məhəmmədi, onların nazil etdiyi Müqəddəs Kitabları qəbul edir. Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər Onun tarixi mərhələləridir. Müqəddəs Kitablar bir İlahi Kitabın səhifələridir. Bu Din daim təkamüldədir. Bəhaullahın təlimi bu silsilədə növbəti mərhələdir. Hər yeni Vəhy əvvəlkini tamamlayır. Bütün dinlərin ruhani əsası birdir; onları yalnız zahiri əlamətlər - qanun, ayin və mərasimlər fərqləndirir. Hər yeni Peyğəmbər gəlib, Dinin zahiri əlamətlərini zamanın tələbinə uyğun olaraq dəyişdirir və dövrün problemlərinin həlli yollarını göstərir. Bəhaullah müasir insan cəmiyyətinin  məruz qaldığı xəstəliklərə əlac etməkdən ötrü gəlib.

Image


- Bəs, müasir dünyanın xəstəliklərinə əlac ilə bağlı Bəhaullahın təliminin mahiyyəti nədir? 

- Bu gün bəşəriyyətin ən böyük xəstəliyi onun siyasi, iqtisadi, dini, milli zəmində parçalanmasıdır. Bəhaullah buna əlac kimi Bəşəriyyətin Birliyi prinsipini irəli sürüb. Bəhai dini təlimində Bəşəriyyətin Birliyi prinsipi mərkəzi mövqedə durur. Həzrət Bəhaullah yazır: “Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir”. İnsan bədəni təkamül prosesində fiziki inkişafın müxtəlif mərhələlərindən keçdiyi kimi Bəşəriyyət də özünün sosial inkişafı prosesində müxtəlif mərhələlərdən keçir. Qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşayıb, bu qruplar qəbilələrə çevrilib,  şəhər- dövlətlər, xalqlar və nəhayət XIX-XX əsrlərdə müasir millətlər və dövlətlər yaranıbdır. Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi kamillik yolunda sonuncu sosial mərhələdir. O, izah edirdi ki, Onun gəlişində əsas məqsəd insanların birliyini mümkün etməkdir. O, yazırdı: “Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik” . Həqiqi birlik, hər bir insan ayrılıqda Bəşəriyyətin Birliyini əsas ruhani prinsip kimi qəbul etdiyi zaman əldə ediləcəkdir. Bəşəri Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edilməyəcəkdir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insanların onun vətəndaşı” olmasını dərk edənə kimi o insan şüurunda tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə  görünməmiş dəyişikliklərə səbəb olacaqdır. Əbdül-Bəha yazır: “Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq.. Ölkələr arasında münasibətlər və  xalqların dostluğu ”“ elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və  ədavət aparan millətlər  bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.  

- Prinsiplərinizdən biri siyasətə qoşulmamaq, ölkənin qanunlarına itaət etməkdir.

- Bəhaullah siyasətdən uzaq olmağı, siyasi partiya və bloklara qoşulmamağı, ölkə və ondan kənarda baş verən siyasi çəkişmələrdən kənar gəzməyi tövsiyə edib. Biz dövlətə ehtiram göstərir  və onun qanunlarına itaət edirik, humanitar və qeyri-siyasi məsələlərdə dövlətə və Azərbaycan cəmiyyətinin başqa seqmentlərinə həmişə dəstək verməyə hazırıq. Bəhainin öz ölkəsinə məhəbbəti siyasi partiyalarda iştirak etməkdə və ya siyasi fəaliyyətlə məşğul olmaqda deyil, öz ölkəsinin çiçəklənməsi üçün vicdanlı əməyindədir. Öz vətəninə və insanlığa məhəbbət ruhunda görülmüş istənilən iş, məsələn, elm, sənət, incəsənətlə məşğul olmaq, müəllimlik və  həkimlik  Bəhai dinində Allaha ibadət hesab edilir. 

- Bahailər passifistdir?

- Bəhailər qlobal miqyasda tərki-silahın və Böyük Sülhün tərəfdarı olsalar da, onlar müasir anlamda passifist deyillər. Böyük Sülhə gedən yolda birinci mərhələdə möhkəm prinsiplər əsasında Beynəlxalq kollektiv təhlükəsizlik müqaviləsi hazırlanmalıdır. Bütün dövlətlər bu müqaviləyə qol çəkməlidir. Hər hansı bir dövlət başqasının ərazisinə təcavüz edərsə, bütün dövlətlər birləşib, işğalçını susdurmalıdr. Bu sistem gələcəkdə ümumi tərki-silah və Böyük Sülhün bərqərar edilməsindən ötrü möhkəm əsas ola bilər.  Bəhaullah bunu belə ifadə etmişdir:” Labüd məsələ budur ki, yer üzündə böyük bir məclis qurulsun, hökmdarlar həmin məclisdə Böyük Sülh barədə müzakirələr aparsınlar. Onun da yolu budur ki, böyük dövlətlər dünyanın rahatlığı üçün möhkəm sülhə can atsınlar və əgər bir hökmdar başqa bir hökmdarın üstünə qalxsa, hamılıqla birləşib onun qarşısını alsınlar”. Onda, dünyada həqiqi əmin-amanlıq və Böyük Sülh bərqərar olar, müharibə, ixtilaf və təcavüzlərin kökü bir dəfəlik kəsilər. Azad olmuş hərbi xərclər elm, təhsil və səhiyyənin inkişafına, yoxsulluğun, savadsızlığını və xəstəliklərin yox edilməsinə və ən nəhayətdə Kainatın tükənməz sərvətlərinin mənimsənilməsinə sərf olunar.  

- Bir qədər də Azərbaycan bəhai icmasının fəaliyyətindən danışaq? İlk sualım budur: sayınız nə qədərdir?

- Bölgələri də əhatə etməklə 1000 nəfərdən bir qədər çoxdur. Qeyd etdiyim kimi, 1937-ci il ərəfəsindəki sayımızını hələ bərpa edə bilməmişik.

- Azərbaycanda Bəhai dini icmasının lideri kimdir?

- Bəhaullahın təlimi əsasında Bəhai dinində peşəkar ruhanilik qadağandır, ona görə də icmalarda lider yoxdur. İcmanın fəaliyyəti kollegial idarəetməyə əsaslanır. Yerli icmalarda ildə bir dəfə aprel ayında seçkilər vasitəsilə formalaşdırılan və üzvlərinin sayı 9 nəfər qadın və kişilərdən ibarət yerli Şuralar fəaliyyət göstərir. Şuraların çıxartığı qərarlar ya katiblər, ya da ayrı-ayrı komitələr tərəfindən icra olunur və bütün icma bu haqda məlumatlandırılır. Milli Şuranın 9 nəfərlik heyəti də ildə bir dəfə seçkilər əsasında formalaşdırılır. Hər beş ildən bir isə dünyanın 186 ölkəsindən olan Milli Şuraların üzvləri bir araya gəlib, Beynəlxalq Qurultayda Bəhailərin Ali Ruhani və İnzibati orqanı ”“ Ümümdünya Ədalət Evini seçirlər.

- Dünyanın müxtəlif guşələrində bəhai məbədləri fəaliyyət göstərir. Azərbaycanda da belə bir məbəd tikmək planınız varmı?

- 1886-1937-cü illər ərzində Bakı Bəhai icmasının mülkiyyətində Bakının “Çadrovu 216” ünvanında məbəd funksiyasını qismən yerinə yetirən bina olub. Hətta XX əsrin əvvəllərində Azərbaycan bəhailərinin daha böyük və yaraşıqlı məbəd tikmək ilə bağlı planları da var idi. 1937-ci ildə icma dağıdıldıqdan sonra Çadrovu 216 ünvanındakı bina  dövlətin mülkiyyətinə keçib. Hazırda Bakıda və bölgələrdə möminlər Bəhai mərkəzlərində və öz evlərində ailə üzvləri və yaxınları ilə birgə Azərbaycanın əmin-amanlığı və firavanlığı üçün, öz icmaları və ailələri üçün Allahdan kömək diləmək məqsədilə dua toplantıları təşkil edirlər. Bundan ötrü ayrıca “Azəridua.com” saytı da yaratmışıq. Bu toplantılar inancından asılı olmayaraq hamının üzünə açıqdır. Ümid edirik ki, nə vaxtsa Azərbaycanda da Bəhai məbədi inşa ediləcək və möminlər öz ibadətlərini orada icra edəcəklər.



- Azərbaycan Bəhai icması bu gün hansı məqsədləri həyata keçirir?

- Fəaliyyətimizdə əsas prioritetlər gənc nəslin mənəvi və intelektual inkişafının dəstəkləyən proqramların irəlilədilməsidir, yəni təlim-tərbiyədir. Bu fəaliyyətlərimiz dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hamının üzünə açıqdır. Bu proqramların məqsədi yaxşı övlad, yaxşı valideyin, yaxşı qonşu və nəhayət yaxşı vətəndaş yetişdirməkdir.  Çox saylı icmaların olduğu ölkələrdə, məsələn, Hindistan, Kolumbiya, Konqo Demokratik Respublikası, Kamboca və digər ölkələrdə bəhailər öz ölkələrinə dəstək məqsədilə böyük sosial-iqtisadi layihələr həyata keçirirlər, onların bir hissəsi ekoloji və kənd təsərrüfatı istehsalı, savadsızlığın ləğvi, peşə məktəblərinin təşkili, yoxsulluqla mübarizə, icma banklarının və digər iqtisadi sistemlərin yaradılması, qadın və uşaq haqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi, milli mədəniyyətin inkişafı, problemli sosial qruplarla iş və s. yömünlüdür. Bizdə insan və maliyyə resurslarının məhdudluğu iri sosial-iqtisadi layihələrə başlamağa hələ imkan vermir. Gücümüz ölkəmiz üçün yalnız kiçik həcmli - ağacbasdırma, məhəllələrin abadlaşdırılması, uşaq və yeniyetmə festivallarının və ailə institutuna həsr olunmuş yay məktəblərinin təşkili və s. işlər görməyə çatır.

- Bir neçə il əvvəl Azərbaycan hökuməti dini icmalara maliyyə dəstəyi göstərdi. Bakı və Sumqayıtdakı bəhai icmaları bu yardımdan imtina etdilər...

- Həmin dövrdə biz bu haqda mətbuata açıqlama verdik və hökumətə də öz minnətdarlığımızı bildirdik. Yenə təkrarən bildirirəm ki,  Bəhaullahın təliminə görə, bəhai fondlarına iyanə vermək bəhailərin müstəsna imtiyazıdır. Maliyyə durumumuzdan asılı olmayaraq qeyri-bəhai mənbələrindən iyanələr və yardımlar qəbul edilmir. Bu dünyanın hər yerində belədir. Əgər kimsə iyanə verməkdə israrlıdırsa, bəzən belə hallar da olur, o şəxsin iyanəsi Bəhai dininin məqsədlərindən ötrü istifadə edilə bilməz. Həmin pullar icmadan kənarda sırf humanitar məqsədlərdən ötrü istifadə olunur. Bu qaydalar Bakı və Sumqayıt icmalarının nizamnanələrində öz əksini tapıb və həmin nizamnamə əsasında icmalar dövlət qeydiyyatından keçiblər. Dövlətin qanunlarını pozmaq bizim prinsiplərə ziddir.

- Daha nə demək istərdiniz?

- Azərbaycan Bəhai icması oktyabr ayında inanclarının mənbəyi, Bəhai dininin peyğəmbəri Həzrət Bəhaullahın (1817-1892) mövludunun 200 illiyini qeyd edəcəklər. Biz bu əlamətdar hadisəni bütün yurddaşlarımız ilə birgə keçirmək istəyirik və bütün Azərbaycan xalqını bu tədbirə dəvət edirik.


Rumiyyə MİRASLAN

Oxşar xəbərlər
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:26
Ərdoğan Rusiyadakı terrordan DANIŞDI
27 Mar 2024 | 21:22
Rusiya XİN: Ermənistana xeyir verəcəksə, Moskva İrəvanın Aİ ilə yaxınlaşmasını alqışlayacaq
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:26
Ərdoğan Rusiyadakı terrordan DANIŞDI
27 Mar 2024 | 21:22
Rusiya XİN: Ermənistana xeyir verəcəksə, Moskva İrəvanın Aİ ilə yaxınlaşmasını alqışlayacaq