“Dörd il heç yerdə işləmədim, çörək tapa bilmirdim”- MÜSAHİBƏ
Oxunub: 6079
12 Apr 2017 | 13:56
“Dörd il heç yerdə işləmədim, çörək tapa bilmirdim”-  MÜSAHİBƏ


Moderator.az tanınmış qələm  ustadı, 90 yaşlı məşhur yazıçı Vidadi Babanlı ilə müsahibəni təqdim edir:

Yaş fiziki mənada öz sözünü deyir. Amma Vidadi müəllimin psixoloji və zehni gücünə qətiyyən təsir etməyib. Öncə səhhətindən danışır:

-Səhhətim pis deyil. Ancaq iki il bundan əvvəl ayağım sındı, bir ildən çox yeriyə bilmədim. O, mənə çox pis təsir etdi. Bir il yazı masasına yaxın gələ bilmədim. İndi-indi yavaş-yavaş, dəmir tutacağın köməyilə yeriyirəm. Amma gözlərim də zəifləyib. Özüm yazıram, daha baxa bilmirəm ki, nə yazılıb. Mən yazıram, başqaları köçürür. 

Ürəyi bu gün də ədəbiyyatla vurduğu üçün həmən yaradıcılığına keçir. Son əsəri olan “Zəmanə adamı” və məşhur “Gizlinlər:gerçək romandan danışır: 

-Sonuncu əsərin “Zamənə adamıdır”. Bir neçə il bundan əvvəl çap olunub. İstiqlaliyyət savaşından öz mənfəətləri üçün yararlananlardan, o savaşın gizlinlərindən bəhs etmişəm. Amma həyatımda yaşanan maraqlı, acılı-şirinli xatirələri isə avtobioqrafik “Gizlinlər:gerçək roman” əsərimdə vermişəm. Roman 2005-ci ildə çapdan çıxdı. Orada Azərbaycanın yaxın tarixi, ədəbiyyatı, sovet dövrü ilə əlaqəli xeyli maraqlı detallar var. Hələ müəyyən səbəblərdən bəzi şeyləri yazmamışam. Həyatımda çox çətinliklər olub. O çətinlikləri, onlarla apardığım mabarizələri adını çəkdiyim romanda görmək olar.

Söhbətin bu yerində xatırlatma edək: demək, Vidadi müəllim bütün ittifaqda şöhrət qazanan “Vicdan susanda” romanından sonra xeyli təzyiqlərə məruz qalıb. Bu haqda çox danışıb, çox yazıb. Amma yenə də müəllifin özünü dinləyək:

-Çox yerdə müsahibələrimdə demişəm, yazılarımda yazmışam. Mənə olan təzyiqlər “Vicdan susanda” romanının çapından sonra başladı. Romanın və  mənim əleyhimə xeyli yazılar, hədyanlar yazıldı. Təzyiqlər get-gedə sürətləndi. Hamının da ortaq fikri bu idi: “sovet adamının vicdanı heç vaxt susa bilməz”. “Bu cür roman yazmaq olmaz” və s... Bu təzyiqlər artdı və Yazıçılar İttifaqında romanla bağlı partiya komissiyasının iclası keçirildi.  İclası sədr Mirzə İbrahimov aparırdı. O da romanın əleyhinə danışdı, iradlarını bildirdi. Axırda da mənim partiya sıralarından çıxarılmağımı təklif etdi. Bu, o zaman üçün çox sərt cəza idi. O demək idi ki, sən işdən də çıxarılacaqsan, başqa yerlərdə də işləmək imkanın olmayacaq... Rəsul Rza və Süleyman Rüstəm, həmçinin, iclasdakı başqa yazıçılar buna qarşı çıxdılar. Dedilər, çox ağır cəzadır. Bunu bir az yüngülləşdirmək lazımdı. Amma Mirzə İbrahimov isə öz sözündə durdu, onlarla razılaşmadı. İndiyə qədər yadımdadı, Rəsul Rza buna etiraz olaraq iclası tərk etdi. Mənim də bayaqdan dişim bağırsağımı kəsirdi. Daha dözə bilməyin partiya biletimi Mirzə İbrahimovun üstünə atdım. Bilet stolun üstü ilə dığırlanıb düz Mirzə İbrahimovun ayaqları altına düşdü. Dedim, əgər bir partiya öz yazıçısını qoruya bilmirsə, onun bileti mənə lazım deyil. Bir faktı da deyim ki, mənim “Gəlin” povestimdən sonra özləri partiyaya üzv olmağı təklif etmişdilər, heç özüm o təşəbbüsdə olmamışdım. O vaxt partiya bileti tullamağın özü bir cinayət idi. 
Nəsə, işdən çıxarıldım, 4 il heç yerdə işləmədim. Çörək tapa bilmirdim. Xeyli borca düşmüşdüm.


-Bəs o ağır illərdə sizə ədəbiyyat aləmindən kim maddi və mənəvi köməklik göstərdi?

-Mənə həmin illərdə ədəbi tənqidçi, akademik Məmməd Cəfər Cəfərov mənəvi dayaq oldu. O zaman hər ikimiz Vaqif küçəsindəki Yazıçılar binasında yaşayırdıq. Qonşum idi. Bir axşam mənə dedi ki, “Vicdan susanda” əsərini oxumuşam. Fikrim  müsbətdi. Sən gəl, onu tərcümə etdirib, Moskvaya göndər. Orada tanınmış nəşriyyatda çap olunsun. Əminəm ki, rus ədəbi mühitinin ziyalıları sənin romanına daha obyektiv yanaşacaqlar. Vəziyyət bayaq dediyim kimi ağır idi. Dedim, məndə o qədər pul hardandı ki, onu tərcümə elətdirib Moskvaya yollayım. Allah ona rəhmət eləsin, əlini çiynimə qoyub dedi ki, yaxşı, özüm məşğul olaram. O zaman Ədəbiyyat Fondu var idi ki, öz hesabına bu kimi işlərlə- yerli yazıçıların əsərlərini rus ya başqa dillərə tərcümə etdirməklə- məşğul idi. Məmməd Cəfər müəllimin sayəsində əsərimi onların maddi yardımı ilə tərcümə etdilər. “Bakinskiy raboçi” qəzetində Vəzirova soyadlı bir xanım var idi, rus və Azərbaycan dillərini mükəmməl bilirdi, o tərcümə etdi, amma yenə özüm də baxdım, gözdən keçirdim. Redaktə edəndən sonra, Moskvadakı məşhur “ Sovet yazıçıları” nəşriyyatına yolladıq. Üstündən altı ay keçmiş mənə məktub gəldi ki, əsəri çox bəyəndik. Romana iki müsbət rəy də yazılıb. Əgər yaxşı tərcüməçiniz varsa, romanı bədii tərcümə etdirib bizə yollayın. Yoxdursa, biz özümüz tərcümə etdirib çapa verərik. Cavab yazdım ki, mənim belə tərcüməçim yoxdu, imkan varsa, siz özünüz yaxşı bir tərcüməçiyə təqdim edin. Qeyd edim ki, Vəzirova ədəbiyyatçı deyildi, romanı bədii yox, sətri tərcümə etmişdi. Onlar isə bədii tərcüməni nəzərdə tuturdular. Nə isə, öz tərcüməçiləri bir il müddətində romanı çevirdi. Özüm də Moskvaya gedib, çapdan qabaq tanış oldum. Razılıqdan sonra çapa getdi. 30 min tirajla çap edildi. O zaman bu, uğurlu əsər  və tanınmış yazıçılar üçün standart tiraj idi. Roman çap olunandan sonra yaxşı mənada səs-küy yaratdı. “Literaturnaya qazeta”, “Komsomolskaya pravda” kimi nüfuzlu qəzetlərdə çox gözəl rəylər yazıldı. Ondan sonra Bakıda mənə münasibət dəyişdi, ondan sonra işlə təmin olundum.
Bilirsiniz ki, “Vicdan susanda” iki kitabdan ibarətdi. İkinci kitabı da ruhlanıb bu ərəfədə yazdım. 1976-cı ildə Bakıda, daha sonra isə Moskvada yüksək tirajla yayımlandı. 1979-cu ildə isə Moskvada hər iki kitab birlikdə 100 min tirajla çap edildi. Bilirsiniz, bu rəqəm nə demək idi? Bizim yazıçılardan heç kimin kitabı Moskvada o cür yüksək tirajla çap edilməyib. Ardınca 1980-ci ildə də yenə 100 min tirajla buraxıldı.

-Bəs, “Vicdan susanda”dan başqa hansı dəyərli əsəriniz var ki, onlar bu gün öz layiqli qiymətini ala bilməyib?

-“Müqəddəs ocaq” çox mükəmməl əsərdi. Peterburqakı- o zaman Leninqrad idi- “Zvezda” jurnalında dərc olundu. Daha sonra Moskvadakı başqa məşhur ədəbi jurnalda yayımlandı. Oxucular və ədəbiyyatşünasların çox böyük rəğbətini qazandı. Amma təəssüf ki, “Vicdan susanda”kı şöhrətə çata bilmədi. 

“Həyat bizi sınayır” povestini də deyə bilərəm. Motivləri əsasında film çəkildi. Həmçinin, “Ömürlük əzab” adlı romanım da oxucuların rəğbətini qazandı. Amma o artıq müstəqillik illərində çap olundu. Müstəqillik illərində də kitabların yüksək tirajla deyil, cəmi 500-1000 tirajla yayımlanırdı. İndiyə qədər bu davam edir. Xüsusi olaraq qeyd edim ki, bu böyük problemdir. Bununla ciddi məşğul olmaq lazımdır. 

-Sizin ssenari və povestiniz əsasında filmlər çəkilib. O biri əsərləriniz də həm film, həm də serial texnologiyası üçün çox keçərlidir. Əgər onlardan birinin motivləri əsasında serial çəkilsə, buna razı olarsız?

-Razı olaram. Amma bir şərtlə ki, gərək, prosesdə özüm də iştirak edəm. Əsərin mahiyyətinin, əsas qayəsinin kopntekstdən çıxmamasına diqqət yetirəm. Yadınıza gəlirsə, Həyat bizi sınayır povestində bəzi səhnələr kəsildi. Mən bundan çox incidim. Daha sonra “Vicdan susanda” romanını motivləri əsasında iki hissəli film çəkmək istəyirdilər. Sonra dedilər ki, pul azdır, biz iki yox, bir hissəli film çəkəcəyik. Razı olmadım. Çünki böyük romandır. Oradakı ideya, məzmunu bir hissəyə sığdırmaq mümkün olmayacaqdı. 

-“Həyat bizi sınayır”da nələr kəsildi, ixtisar edildi?

-Bir var müəllifin ssenarisi, bir də var rejissor ssenarisi. Rejissor ssenarisində xeyli hissələr çıxarılmış, bir çox dəyişikliklər olmuşdu. Mən də prosesdə iştirak edirdim. Rejissor Şamil Mahmudbəyovla bəzi məqamlarda razılaşmadım. İncik də düşdüm. Orada texniki məsələlərə, zavod səhnələri, istehsalat prosesinə, domna peçinə çox yer ayrılmışdı. Xarakterin açımı, insanın daxili aləminin təsviri kənarda qaldı. 

-Ümumiyyətlə, hər hansı böyük ədəbi əsərin film variantından zəif olması ehtimalı varmı?

-Zənnimcə, yox. Bu, mümkün deyil. Lev Tolstoyun “Hərb və sülh” əsəri əsasında film çəkdilər. Amma görün, romandakı nə qədər vacib səhnələr ixtisar edildi, kənarda qaldı. Yaxud, Dostoyevskinin “Karamazov qardaşıları” romanı olsun. Cəmi bircə əsər var ki, onun əsasında çəkilən film daha güclüdür: Mixatil Şoloxovun “İnsanın taleyi” hekayəsi. Film çox gözəl alınıb. Amma roman olsaydı, heç zaman Şoloxovu üstəəyə bilməzdi, sadəcə, hekayə idi. Elə Şoloxovun “Sait Don” əsərini hansı film üstələyə bilər ki?!

-Vidadi müəllim, uzun fasilədən sonra yenidən yazı masası ilə barışmısınız...

-Ayağım sınandan sonra bir il heç nə yaza bilmədim. Heç yazı masasına da yaxınlaşmadım. İndi yavaş-yavaş özümə gəlirəm, yazı masasında işləyirəm. Amma indi də gözələrim mənə mane olur. Əlimdə bir roman var, çalışıram ki, onu tamamlayım.

-Xəstə olduğunuz dünəmdə ədəbiyyat, jurnalistika, ümumiyyətlə, yaradıcı zümrədən sizi kimlər ziyarət etdi?

-Nizami Cəfərov tez-tez yoluxub. Bir də Qazaxda xeyriyyə cəmiyyəti var, onun üzvləri gəlib baş çəkirlər. Mənim dostlarımın, yaıxnlarımın çoxusu dünyasını dəyişib...

Söhbətin bu yerində qonşu otaqdan səs eşdilir: Vidadi müəllim, müsahibə bitdimi?  Səs sahibinin yaxın qohum, ailə üzvü, yaxud, tibb baxıcısı olduğunu anşıra bilmirik. Amma anlayırıq ki, qocaman yazıçını çox yormaq olmaz. Bəlkə də, qəbul etməli olan dərmanların vaxtıdır...

Elmin Nuri



Oxşar xəbərlər
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO