Xəbər lenti
27/11/2020 [09:46]:
Tramp Ağ Evi hansı halda tərk edəcəyini deyib
27/11/2020 [09:44]:
Ceyhun Bayramov italiyalı nazirlə Qarabağı müzakirə etdi
27/11/2020 [09:26]:
Danimarka XİN başçısının müsəlman qızlara iyrənc təklifi hiddət doğurdu...
27/11/2020 [09:11]:
“Bayden heç vaxt 80 milyon səs toplamayıb” - Tramp
27/11/2020 [09:03]:
Maradona dəfn olundu - FOTO
27/11/2020 [09:01]:
Koronavirusun daha bir fəsadı - dişlər tökülür
27/11/2020 [08:57]:
İnfarktın əsas əlamətləri məlum oldu
27/11/2020 [08:56]:
Xankəndinə 30 min erməni qaytarıldı?..
27/11/2020 [08:55]:
Rusiyada helikopter işıq dirəyinə çırpıldı - VİDEO
27/11/2020 [07:55]:
Kəlbəcərin Zod mədəninin taleyini kim həll edir?..
27/11/2020 [07:43]:
"Koronavirus peyvəndi ilə insanları çipləşdirmək mümkün deyil”-Mütəxəssis
27/11/2020 [07:37]:
Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə etdi...
27/11/2020 [07:13]:
Şəhidlərin bizə bildirmək istədiyi mesajlar hansılardır?..
27/11/2020 [01:00]:
“Əzəminin ən böyük arzusu Şuşadakı evlərinin önünə bayrağımızı sancmaq idi” - FOTOLAR
27/11/2020 [00:49]:
Paşinyan: “10 noyabr sazişinin alternativi daha ağrılı olardı”
27/11/2020 [00:41]:
“Qaçmağa hazırlaşmırıq” – Paşinyan özünü növbəti dəfə baş verənlərin cavabdehi elan etdi
27/11/2020 [00:40]:
"Sonuncu gün də Şuşada olanda elə danışırdı ki, elə bildim döyüş bitib" - VİDEO
27/11/2020 [00:40]:
BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı
27/11/2020 [00:37]:
"Amin qaytarılmayıb və hələ də əsirlikdədir"
27/11/2020 [00:36]:
Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləməyib
27/11/2020 [00:35]:
Bayrağımızı təhqir edən tələbə universitetdən qovuldu
27/11/2020 [00:24]:
Sücaət, neyləyək baxt belə baxtdı, darıxma, hər şeyi həll edən vaxtdı... - Kəlbəcər həsrəti
27/11/2020 [00:23]:
“Euronews” Ağdamı “Qafqazın Xirosiması” adlandırdı – VİDEO
27/11/2020 [00:15]:
Kəlbəcər ucalığı...
27/11/2020 [00:15]:
“Qarabağ” yenə məğlub oldu - YENİLƏNİB+VİDEO
27/11/2020 [00:09]:
İcra başçısı koronavirusdan dünyasını dəyişdi
26/11/2020 [23:26]:
Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə - VİDEO
26/11/2020 [23:03]:
"Qarabağ" klubu Ağdama gedəcək
26/11/2020 [22:33]:
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiya işləri aparılır
26/11/2020 [22:30]:
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
26/11/2020 [22:23]:
Erməni lobbisi Fransa parlamentini necə təsir altına alır?
26/11/2020 [22:21]:
Qənirə Paşayeva "Memur-Sen" təşkilatının üzvlərinə “Əsarətdən azadlığa QARABAĞ” adlı konfrans verib
26/11/2020 [22:16]:
"Fransada anlayırlar ki, bu qərarın Dağlıq Qarabağadakı erməni icmasına heç bir xeyri olmayacaq"
26/11/2020 [21:56]:
Ermənistanda rus hərbçinin meyiti tapıldı
26/11/2020 [21:45]:
Ruhi Əliyeva qazi Elçin Səmədovun evinə getdi
26/11/2020 [21:44]:
2 kişi eyni yataqda yaxalandı, alacaqları cəza ölkəni ayağa qaldırdı...
26/11/2020 [21:43]:
Ukrayna Türkiyənin "Bayraqdar"ını alır
26/11/2020 [21:41]:
Şair Nisə Bəyim vəfat edib
26/11/2020 [21:40]:
Ermənistanda hərbi vəziyyət rejimi qüvvədə qaldı
26/11/2020 [21:36]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [21:32]:
Kəlbəcərdən gətirdiyi avtomobili 27 ildir qoruyub saxlayır
26/11/2020 [21:24]:
“Xahiş edirəm ailə vəziyyətimizi nəzərə alın” - Aprel şəhidimizin atası nazirə müraciət etdi...
26/11/2020 [21:17]:
Koronavirus peyvəndi ilə bağlı qalmaqallı etiraf: Çalışmalarda səhvə yol verdik"
26/11/2020 [21:13]:
Ermənistana yeni iqtisadiyyat naziri təyin olundu
26/11/2020 [21:11]:
Azərbaycan hərbçiləri Sotk qızıl mədənində?
26/11/2020 [21:11]:
"Biz millət olaraq çox şanslıyıq ki, bizim İlham Əliyev kimi liderimiz var" - Millət vəkili
26/11/2020 [20:47]:
Danimarkada mink həyəcanı: Basdırılan heyvanlar yenidən ortaya çıxdı...
26/11/2020 [20:42]:
Qızı Putinə bənzəyir, fotoları mediadan gizlədilir – Rus nəşrindən şok
26/11/2020 [20:29]:
ABŞ nəşri bu rus qırıcısını “qatil” adlandırdı
26/11/2020 [20:28]:
Fransa Azərbaycan və Türkiyəni şantaja cəhd edir: Cənubi Qafqazın qapıları isə çoxdan qapanıb
26/11/2020 [20:18]:
Əsəb sarsıntısı keçirən qadın marketi bu hala saldı - FOTO + VİDEO
26/11/2020 [20:09]:
Ermənistanın 70-ə yaxın əsgər və zabitini məhv edən igid - VİDEO
26/11/2020 [20:05]:
Düşməndən qalan qənimətlər Bakıda - VİDEO
26/11/2020 [19:35]:
Allahverdi Bağırovun məzarında illər sonra Azərbaycan bayrağı - Fotolar
26/11/2020 [19:32]:
Ermənilər Laçın şəhərinin onların idarəçiliyində qalacağını iddia etdi...
26/11/2020 [19:28]:
TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirib
26/11/2020 [19:25]:
Rus dili Qırğızıstanda rəsmi statusunu itirə bilər
26/11/2020 [19:22]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:12]:
"2021-ci ili də maskada keçirəcəyik" - Baş həkimdən PROQNOZ
26/11/2020 [18:44]:
Ermənistan parlamentində dava - VİDEO
26/11/2020 [18:41]:
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası...
26/11/2020 [18:41]:
Ravil Qaynutdin Prezident İlham Əliyevə məktub ünvanlayıb
26/11/2020 [18:25]:
Amin Musayev əsirlikdən azad edilib? – Qohumundan AÇIQLAMA
26/11/2020 [18:03]:
Natavan Gümet: “Şuşanı sevmək üçün Şuşalı olmağa ehtiyac yoxdur”
26/11/2020 [18:01]:
Fransanın səkkiz senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü
26/11/2020 [17:59]:
Bayrağı uca dağlaroğlu...
26/11/2020 [17:58]:
Azərbaycanda son sutkada 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
26/11/2020 [17:57]:
"Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır"
26/11/2020 [17:43]:
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini gələcək illərdə daha da genişləndirəcək
26/11/2020 [17:33]:
Nüvə silahına arxalanan Fransa - Ermənistan 5-ci kolon rolunda
26/11/2020 [17:28]:
"Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır"
26/11/2020 [17:19]:
Bakıya güclü yağış, bu ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
26/11/2020 [17:17]:
"Gilan" Holding qazi Elçin Səmədova 3 otaqlı ev verdi - AÇIQLAMA
26/11/2020 [17:13]:
“Sıxlığın qarşısını almaq üçün komendant saatının vaxtını uzatmalı, metronu açmalıyıq...”
26/11/2020 [17:11]:
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
26/11/2020 [16:45]:
İnfeksionist: "Hazırda koronavirusa yoluxanlar xəstəliyi daha ağır keçirirlər"
26/11/2020 [16:42]:
Təhsil Nazirliyi akademik məzuniyyətin verilmə qaydalarına dəyişiklik edib –Açıqlama
26/11/2020 [16:33]:
Şəhid polkovnikin pianoda ifası - VİDEO
26/11/2020 [16:31]:
ŞƏHİD hesab olunan əsgərimiz SAĞ ÇIXDI - FOTO
26/11/2020 [16:22]:
"Toppuş" bacıda yenidən şiş tapıldı: "Həyatla vidalaşıram"
Bütün arxiv bir sırada
14/04/2017 [10:14] - Siyasət - ( 3758 dəfə baxılıb)

Solovyov, Petruşka və acı Qarabağ həqiqəti...



Ondan başlayım ki, məni bu yazını yazmağa Rusiyanın ermənipərəst jurnalisti Vladimir Solovyov sövq elədi. Daha dəqiqi, onun ölkə prezidentiylə söhbətdən sonra verdiyi müsahibəsini dinləyəndə xeyli vaxtdı fikrimdən çıxmayan, neçə dəfə yazmağa qalxsam da, qaralaya bilmədiyim bir görüş təəssüratımı yazmağa qərar verdim.

***

Praqaya gəlib ona zəng vurmasaydım, ayıb olardı. İyirmi ilin dostluğu öz yerində, bu may yetmiş yaşı olacaq. Dedim, gəlmişkən görüşüb təbrik də edim.

“İndi televiziyada çəkilişdəyəm, saat 6-də görüşək”. Zəngimə sevincək belə cavab verdi. Vədələşdiyimiz vaxt Francouzska 4 ünvanındakı “Retro” kafesinə gəldim.

Petruşka Şustrovanı Azərbaycanda tanıyan az deyil. Dəfələrlə konfranslarda, seçki müşahidələrində olub. Həmişə onu dostlara necə təqdim etmişəm, elə sizə də o sözlərlə tanıdım: “Keçmiş siyasi məhbus, çex dissidenti, məşhur “Xartiya 77” hərəkatının fəalı, Vaslav Havel hökumətinin ilk daxili işlər komendantı, jurnalist, tərcüməçi, beş uşaq anası”.

Papirosunu çıxaranda görüş üçün niyə məhz buranı seçdiyini anladım ”“ adı kimi özü də retrodu kafenin, tüstülətməyə icazə var burda.

Praqada yaşayan jurnalist dostum Rövşən Əliyev məni onunla baş-başa qoyub getdi. “Nə vaxt istəsən, zəng elə, gəlim”. Səhərə yaxın aeroporta o aparacaqdı məni.

Bir-birimizdən hal-əhval tutduq, ailəmi xəbər aldı, İsveç həyatına öyrəşə bilib-bilmədiyimi soruşdu. Sonra ümumi dostlarımızdan tutmuş Avropaya miqrant axınıncan, Milan Kundera ədəbiyyatından Bakıda seçki məntəqəsindəki “qonaqlıq” məcarəmızacan müxtəlif mövzuda söhbət elədik.

Yeri gəldi, deyim, Petruşka ilə bağlı bir vaxt yazdığım “Açılmayan süfrənin qonağı” adlı yazımda seçki məntəqəsindəki o acı gülüş dolu olayın da təsvirini vermişəm. Maraqlı hadisəydi, bloqumda var, istəsəniz oxuyarsınız.

Təzə yazdıqlarımla maraqlandı. “Ozonovie lyudi” adlı rusca kitabım hazırdı, nəşr olunsa, sənə də göndərərəm”, dedim.

Yeni tərcümələrini xəbər aldım. Nəşriyyatlardan sifarişlərin azalmasından gileyləndi. Son çevirməsi “Holokost və başqa soyqırımlar” (“The Holocaust and Other Genocides”) adlı kitabmış. Təqdimata erməni diasporundan xeyli adam da gəlibmiş. Kitabın nəşrini Praqada tort bişirən bir erməni şirkəti maliyyələşdiribmiş.

Papirosunun üstündəki yazıya diqqət kəsildiyimi görəndə pis iş tutan uşaq baxışına bənzər bir baxışla məni süzdü, sonra məsum təbəssümlə dedi: “Sənin Şuşana getmişdim. Ötən həftə qayıtmışam”.

”¦Hələ səkkiz il qabaq Çexiya televiziyasının sifarişiylə Qarabağdan bir film çəkmək üçün Bakıya gəlmişdi. Qaçqın düşərgələrinə səfərə, adamlarla görüşün təşkilinə kömək etmişdim. Növbəti süjetləri çəkmək üçün Ermənistana, Qarabağa gedəndə xəritədə xeyli yer göstərib demişdim, imkan edə bilsə dəysin. Hamısına getmişdi, Ağdamdan, Şuşadan, Vəngdən, başqa yerlərdən fotolar çəkib göndərmişdi. Yazdığı “Boz dağlar qurtaran yer” adlı yazısını dilimizə çevirib dərc eləmişdik.

Bu dəfə isə “Bloqqerlər təhlükəsizlik haqda” adlı bir konfransa dəvət edibmişlər. Tədbir çərçivəsində Stepanakert universitetində tələbələrlə, qurama rejimin başçısı Bako Saakyanla, yerli QHT-lər və mətbuatla görüşübmüş. Onu Talış kəndinə də aparıbmışlar. Aprel döyüşlərindən danışıbmışlar. Azərbaycan ordusunun içində 50 min balıq olan vətəgəni dağıtdığını ona ürək ağrısıyla deyibmişlər. Onu da deyibmişlər ki, Qarabağda olan siyasi azadlıqlar nə Ermənistanda, nə də Azərbaycanda var.

Petruşka belə təqdimatlar üçün kifayət qədər tərcübəlidi. Bunların təbliğat üçün deyildiyini göydə tutubmuş. Mənə onun müşahidələri maraqlıydı deyə suallar verirdim, 8 ildə nələrin dəyişdiyini soruşurdum.

“Xeyli fərq, inkişaf gördüm. Əvvəl Şuşa ölü şəhər kimi gəlmişdi mənə. İndi tikilir, canlanma var. Stepanakertdə adamlar gecə yarıyadək küçələrdən yığışmır. Ordan Şuşaya kanat yolu çəkməyi planlayırlar. Şuşada səni xatırladım”.

Stolun üstündəki qutudan bir siqaret götürdüm. “Dizak” adlı erməni siqaretiydi. Bako Saakyan bağışlayıbmış ona. On ildi tərgitmişdim, birini yandırdım, tüstüsünü sinəmə çəkdim. O danışdıqca içim sızıldayırdı, tüstü də bir başqa cür göynətdi.

“Referendum keçiriblər. İndi Qarabağı Artsax adlandırırlar. Ora bir dövlət qurumu kimi diasporun hesabına yaşayır. Erməni diasporu güclüdü, varlıdı, milli məsələdə çox fəaldı. ”¦Oranı geri almaq sizə asan olmayacaq. Azərbaycanın siması ilbəil pisə doğru dəyişir. Avtoritarizmə yönəlik hər addım sizi Qarabağdan uzaqlaşdırır. Demokratik ölkə qura bilməsəniz kimsə orada yaşamaq istəməyəcək. Beynəlxalq ictimaiyyət sizi dəstəkləməyəcək. ”¦Hərdən Bakıya getmək istəyirəm. Amma düşünürəm, kimin yanına gedim, elə hey eşidirəm dostlar ya həbs olunur, ya ölkədən gedir”.

Bu sözlərin ağırlığını bütün vücudumla duyurdum. Qarabağ mövzusunda çox söhbətimiz olub, beynəlxalq tədbirlərdə həmişə onu yanımda görmüşəm.

İndi isə elə bilirdim, qarşımdakı başqa adamdı. “Əğyara meyl salmış yar” kimiydi o axşam dostum.

“Başa düşürəm, müharibədə hər şey olur, amma balıqlar”¦”. Ölmüş balıqlardan elə ürək ağrısıyla danışdı ki.

“Gedəcəyindən xəbərim olsaydı, bir xahiş edərdim. Səndə balıqlara rəhm yaradan o “əzabkeş”lərdən icazə alıb Dilqəmə, Şahbaza baş çəkərdin. Onların tək günahı ana qəbrini ziyarət etmək, yurda baş çəkmək idi. Neçə ildi işgəncə verirlər”.

Mənim qəlb qırmaq adətim yoxdu, illah da dost qəlbi. Kinayəm xətrinə dəyərdi deyə demədim o sözləri. Eləcə susub gözünə baxdım.

Üzümdə nə oxudu, bilmədim. Bu söhbətlə məni nə qədər yüklədiyini fərq etdi yəqin, mövzunu dəyişdi.

Onun sonrakı söhbətləri Qarabağı başımdan çıxarmaq üçün idi. Amma dediyini demişdi.

Daha otura bilmirdim, havaya çıxmaq istəyirdim. Rövşənə zəng vurmağa bəhanə gəzirdim. Dadıma ofisiant çatdı, kafenin bağlandığını dedi.

Petruşkayla görüşüb ayrıldıq. Getmək istəmirdi, Rövşən gələnədək gözləməyə təkid edirdi. Qoymadım, “soyuqdu, gecdi”, dedim. Metroyacan ötürdüm. Arxasınca baxanda elə bildim ki, onu son dəfə görürəm və bir dost kimi artıq itirirəm. Niyə bu ovqata köklənmişdim, kəsdirə bilmirdim. Onun dediklərinin həqiqət olduğuna bir zərrə belə şübhəm yox idi. Qarabağın yolu azad, ədalətli, hüquqların qorunduğu Azərbaycandan keçir fikrini neçə ildi elə özüm demirəmmi, yazmırammı?

Qarabağı mənə Petruşkamı qaytaracaqdı!

Bəs içimdə qırılan nə idi?

Şəxsi dostluq bir yana Çexiya siyasi, ictimai, ədəbi dairələrində kifayət qədər nüfuzu olan bir adamı Azərbaycan adına itirmək ağır gəldi mənə. Tərcümə sifarişləri kəsilən bir vaxtda bir erməni sponsor təkliflə ortaya çıxır, dünya soyqırımlarından bəhs edən bir kitabın tərcümə və nəşrinə pul ayırır. Sonra onu hörmət-izzətlə Qarabağa dəvət edirlər (“müasir Çexiyanın qurucularından biri, əfsanəvi Petruşka Şustrova” epitetləriylə vəsfini internetdə sonra oxuyacaqdım), “Qarabağ həqiqətləri”ylə tanış edirlər.

Buna görə onu niyə qınamalıyam? Qınayırammı?

Tək bizimki deyil ki, ermənilərin də “Qarabağ həqiqətləri” var. Amma bizdən fərqli olaraq, bu işi pul silmək, gözdən pərdə asmaq, baş qatmaq, fikir yayındırmaq xatirinə yox, milli ideya, millət naminə edirlər.

Petruşkanı deyil, özümü, özümüzü qınayıram!

”¦Rövşən uçuşa qədərki vaxtı kazinoda keçirməyi məsləhət gördü. “Oynamaq mütləq deyil”, dedi. “Banco” adlı kazinoya gəldik. Gözəgəlim xidmətçi qız qəhvə gətirdi. Tələbəlik dostum Rövşənlə neçə saatsa söhbət elədik. O, tək istedadlı redaktor, savadlı jurnalist yox, həm də maraqlı həmsöhbətdi. Amma bu söhbətlər də Petruşkadan aldığım acını unutdurmadı.

Kazinolarda saat olmur, müştərilər vaxtı bilməsinlər deyə. Qumar da şeytangöz gözəl kimidi ”“ şirnikləndirir. Bizsə oynamırdıq, söhbət edirdik. Başqa bir xidmətçi qız pulsuz viskiyə qonaq elədi məni. Sən demə, bunun bir anlamı da o imiş ki, kazino oturub vaxt öldürmək yox, qumar oynamaq yeridi. Bunu dərk edəndə, dedim: “Çıxaq. Apar məni aeroporta, səhərəcən qalmağının mənası yoxdu”. Rövşən də məni tək buraxmaq istəmirdi. İsrar elədim.

”¦Aeroportun nəhəng boş zalında tək-tənha oturub Petruşkanın dediklərini, bir də məni oyuna şirnikləndirən kazino gözəlinin kinayəli baxışını xatırlayırdım. Hər ikisi mənə məğlubiyyət hissi yaşadırdı.

Ağırdı uduzmaq duyğusu! Fərq etməz, döyüşü uduzursan, yoxsa bütöv ömrü, ya da bir gecəlik kazino qumarını”¦

Telefonda internetə girib “The Holocaust and Other Genocides” kitabını axtarışa verdim. Öyrəndim ki, onu 2012-ci ildə Amsterdam universiteti nəşr edib. Kitabın “Erməni soyqırımı. 1915” adlı bölümünü isə universitetin türk doktorantı Uğur Üngör (!) yazıb.

Xəyalımda o kitabın çex dilində nəşrini maliyyələşdirən Praqadakı tort bişirmə sexinin erməni sahibini canlandırmağa çalışdım. İçi mən qarışıq yüz minlərlə azərbaycanlı diaspor üzvündən daha vətənpərvər bir insan gözümün önünə gəldi. Türkün əliylə yazılan erməni soyqırımı kitabını nüfuzlu çex xadiminə çevirtdirib Avropanın göbəyində nəşr etdirın balaca bir tort bişirmə sexinin sahibi.

Çexiyanın başqa bir şəhərində ”“ Karlovı Varıda sahibi azərbaycanlılar olan neçə-neçə hoteli də xatırladım. Üç il əvvəl göstərmişdilər mənə”¦

***

Təyyarə qara-qura buludları yarıb göy üzünə can atırdı. Elə bil məni bütün varlığımı sarmış qaramat bir dünyadan çıxarmağa tələsirdi. İndi aşağıda ağappaq bulud okeanı, yuxarıda isə göyün sonsuz ənginliyi vardı. Bir də Günəş.

Günəşə elə sevindim ki, uşaq anasına sevinən kimi.

Bu füsunkar mənzərəyə baxa-baxa hiss elədim ki, insanların azad, firavan yaşadığı ölkə qurmağa, Qarabağı məhz belə bir ölkəyə qaytarmağa olan yorğun ümidim hələ qırılmayıb və son nəfəsimədək mənlə olacaq!

Qarabağ bülbülləri “solovey” ləhcəsiylə cəh-cəh vursa da”¦

P.S. Evə çathaçatda yadıma düşdü ki, Petruşkanın 70 yaşını təbrik etməyi unutmuşam”¦

Vahid Qazi
Aprel 2017
Karlskrona, İsveç

loading...
Sücaət, neyləyək baxt belə baxtdı, darıxma, hər şeyi həll edən vaxtdı... - Kəlbəcər həsrəti
2 kişi eyni yataqda yaxalandı, alacaqları cəza ölkəni ayağa qaldırdı...
Koronavirus peyvəndi ilə bağlı qalmaqallı etiraf: Çalışmalarda səhvə yol verdik"
"Biz millət olaraq çox şanslıyıq ki, bizim İlham Əliyev kimi liderimiz var" - Millət vəkili
Əsəb sarsıntısı keçirən qadın marketi bu hala saldı - FOTO + VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
Danimarkada mink həyəcanı: Basdırılan heyvanlar yenidən ortaya çıxdı...
Cəmiyyət
“Sıxlığın qarşısını almaq üçün komendant saatının vaxtını uzatmalı, metronu açmalıyıq...”
Cəmiyyət
Xəstə yatağında olan xalq artisti 30 ildir görmədiyi “qızı” ilə video görüntü vasitəsilə danışdı -VİDEO+FOTO
Siyasət
Professor Fransa senatının bədnam qətnaməsini milçəyin könül bulandırması ilə müqayisə etdi...
Cəmiyyət
“Kəlbəcərə qayıdan kimi həmin o alma ağacının dibində qardaşımın məzarını axtaracam...”

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Elşad Paşasoy
Fransa məhz özü bacısı Ermənistanı fahişəliyə sürükləmişdi ki...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
“Sədamın Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı...”
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
"Məgər Kəlbəcərin statusunu ermənilər müəyyən edir, bəs üçtərəfli bəyanat harda qaldı?"
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247