Xəbər lenti
26/04/2018 [13:18]:
Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix açıqlandı
26/04/2018 [13:13]:
“Məşhur şuşalılar” sərgisi keçiriləcək - ERMƏNİ HƏYASIZLIĞI SƏRHƏD TANIMIR...
26/04/2018 [13:09]:
Dünyanın 20 lideri məlum oldu - FOTOLAR
26/04/2018 [13:05]:
“Belə adamlar ya xəstədilər, ya da cəmiyyətin içərisində psixoloji narazılıq salmaq istəyirlər"
26/04/2018 [12:53]:
Ermənistanda etiraz aksiyaları yenidən başladı
26/04/2018 [12:51]:
Azərbaycan Uşaqlar Birliyinin sədri rüşvətxorluqda ittiham edilir
26/04/2018 [12:43]:
Qazaxda tikinti-quruculuq işləri sürətlənir
26/04/2018 [12:36]:
Gözləri olmayan körpə doğuldu -VİDEO
26/04/2018 [12:31]:
Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək
26/04/2018 [12:24]:
"Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirildi
26/04/2018 [12:15]:
“Hörmətli hakimiyyət, icazə verin, azad nəfəs alaq...” - Tanınmış aktrisa
26/04/2018 [12:11]:
Şagirdləri gözləyən təhlükə və maneələr – Valideynlər ən çox nələrdən qorxurlar?
26/04/2018 [12:07]:
Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirib
26/04/2018 [12:04]:
Azercell-in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir
26/04/2018 [12:03]:
Məşhurların övladları: General Oruc Zalovun polkovnik oğlu
26/04/2018 [11:53]:
Paşinyan Sarkisyanın keçmiş müttəfiqi ilə danışıqlar apardı
26/04/2018 [11:52]:
Oğrunu mağazadan pul bibərlə qovdular - VİDEO
26/04/2018 [11:45]:
Saqqızdan idman ayaqqabısı istehsal etdilər - FOTO
26/04/2018 [11:43]:
Polis üzərində “Kalaşnikov” gəzdirən şəxsi SAXLADI - BAKIDA
26/04/2018 [11:42]:
“Plastik qablardan istifadə insan səhhəti üçün zərərlidir...”- Professor xəbədarlıq etdi
26/04/2018 [11:29]:
Sarkisyan hakim partiyanın sədrliyindən də istefa verir
26/04/2018 [11:27]:
Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyuldu - FOTO
26/04/2018 [11:26]:
Qazaxıstan və Ermənistan prezidentləri telefonla danışıdılar
26/04/2018 [11:22]:
Arıqlamaq istəyirsinizsə bu qidaları mütləq yeyin - SİYAHI
26/04/2018 [10:59]:
Sarkisyan hakim partiyanın sədrliyindən də istefa verir
26/04/2018 [10:54]:
Mingəçevir su elektrik stansiyası yenidənqurmadan sonra bu il istifadəyə veriləcək
26/04/2018 [10:42]:
Kişilər niyə tərk edir? - Cəmi 4 CAVAB
26/04/2018 [10:34]:
Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ
26/04/2018 [10:27]:
Alimlər depressiyadan qorunmağın ən sadə üsulunu tapıblar
26/04/2018 [10:22]:
Paşinyanın arxasında duranların kimliyi məlum oldu
26/04/2018 [10:18]:
“Facebook” I rübdə reklamdan 12 mlrd. dollar gəlir əldə edib
26/04/2018 [10:15]:
Sabah Şimali və Cənubi Koreya liderlərinin görüşü keçiriləcək...
26/04/2018 [10:12]:
Ana olmaq istəyir - “Ərə gedərəm-getmərəm, öz işimdir”
26/04/2018 [10:11]:
Rusiyadan Ramiz Mehdiyevə böyük mükafat - "Şərəf" ordeni
26/04/2018 [10:05]:
İki liderin Ankaradan İrəvana son mesajı -Tarixi şans qaçırılsa..
26/04/2018 [09:56]:
Ramiz Mehdiyevin dedikləri istintaqa başlamaq üçün əsasdırmı -Sabiq nazirlərin başı dərddə
26/04/2018 [09:51]:
"Feysbuk yırtıcıları"nın "öldürdüyü" Könül Xasıyeva Moderator.az-a danışdı...
26/04/2018 [09:45]:
İrəvanın mərkəzi küçələrinə zirehli texnika çıxarıldı
26/04/2018 [09:40]:
“Mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir”
26/04/2018 [09:34]:
Cəbhədən xəbər var
26/04/2018 [09:31]:
Cümhuriyyət hökumətinin İranla əlaqələri necə idi?
26/04/2018 [09:24]:
Podqoritsada “Arşın mal alan” filmi nümayiş olundu - Monteneqro dilində...
26/04/2018 [09:22]:
Ərdə olmaq həyat mənbəyi imiş - Ailəli xanımların ürək-damar sistemləri, psixi problemləri..."
26/04/2018 [09:14]:
Nazir onu mətbuat katibi vəzifəsindən çıxardı, yeni vəzifə verdi
26/04/2018 [09:10]:
Manatın bugünkü MƏZƏNNƏSİ
26/04/2018 [09:07]:
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”
26/04/2018 [09:05]:
Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu
26/04/2018 [08:58]:
Hüseyn Abdullayev hardadır? -Onu təcridxanaya aparan səbəb nədir?
26/04/2018 [08:54]:
Prezident ən yaxşı Quran oxuyana bahalı avtomobil bağışladı - İBRƏTAMİZ + FOTO
26/04/2018 [01:38]:
Qadınların orta yaşlarda etdiyi 12 səhv - Siz də belə edirsinizmi? + İLGİNC FOTOLAR
26/04/2018 [00:49]:
ÇL: “Real” “Bavariya”nı məyus etdi
26/04/2018 [00:47]:
Türkiyədə silahlı toqquşma: Ölən və yaralılar var
25/04/2018 [23:58]:
Laçının kəndlərində məskunlaşmış ermənilər separatçı rejimdən şikayətləndi - VİDEO
25/04/2018 [23:54]:
Zaxarova: "ABŞ-da Rusiya konsulluğuna basqın ediblər" (VİDEO)
25/04/2018 [23:48]:
"Zatən bu səbəbdən erməni xalqı Sarqsyanı hakimiyyətdən qovdu" - VİDEO
25/04/2018 [23:45]:
Azərbaycan Cümhuriyyətin süqutunun gizlinləri – Dəqiq faktlar, deyilməyən məqamlar…
25/04/2018 [23:32]:
"Moskva hiss edir ki, oyuncaq Qarabağ klanının hakimiyyətinə son qoyulmaq üzrədir"
25/04/2018 [23:31]:
Paşinyan: "Etiraz aksiyaları davam etdiriləcək"
25/04/2018 [23:28]:
Professor Firudin Cəlilov növbəti dəfə Türkiyədə - “Müalicə davam edir”
25/04/2018 [23:26]:
Sarqsyana hətta Putin kömək edə bilmədi: Moskva "timsah göz yaşları"na inanmır...
25/04/2018 [23:05]:
Ermənistanın XİN rəhbəri Moskvaya yollanıb
25/04/2018 [23:03]:
İranın Suriyaya göndərdiyi aviayüklər Vaşinqtonu narahat edir
25/04/2018 [22:58]:
Serj Sarkisyan: “Yenidən müraciət etməyə məcburam...”
25/04/2018 [22:55]:
Bakının bir hissəsi qazsız qalacaq
25/04/2018 [22:39]:
Ermənistanda inqilab: Nalbandyan Moskvaya yollandı
25/04/2018 [22:32]:
AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25/04/2018 [22:31]:
FİFA prezidenti “Qarabağ”ı təbrik etdi
25/04/2018 [21:48]:
"Təhsildə varislik və fasiləsizlik prinsipləri təmin olunmalıdır..."
25/04/2018 [21:47]:
“Mir Cəlal irsinin təbliği” layihəsi üzrə növbəti tədbir keçirildi
25/04/2018 [21:47]:
Diqqət! Spirtli içkilərin daha bir zərəri aşkar edildi - XƏBƏRDARLIQ
25/04/2018 [21:39]:
Anası ilə dalaşan uşaq kredit kartını oğurlayıb lüks otelə tətilə getdi - HEYRƏTAMİZ...
25/04/2018 [21:39]:
Putin Ermənistan üçün narahatdır - Sarkisyanla danışdı
25/04/2018 [21:37]:
"Aşığın sözü qurtaranda "dalay-dalay" deyər..." - Flora Röyaya
25/04/2018 [21:31]:
“Neftçi” bəyanat yaydı - “Adımızdan sui-istifadə edirlər”
25/04/2018 [21:26]:
Yunanıstan lideri İlham Əliyevi təbrik edib
25/04/2018 [21:24]:
Meymunu suya itələyən gənc həyatının dərsini aldı - FOTO+VİDEO
25/04/2018 [21:21]:
Üz kremi oğurlayan İspaniyalı məmur istefa verdi
25/04/2018 [21:19]:
"Hiss etdim ki, tüstü nəfəs yoluma dolduğundan artıq taqətim qalmayıb" - FOTOLAR
25/04/2018 [21:17]:
Sabah Bakına bəzi hissələrində qaz olmayacaq
25/04/2018 [20:45]:
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
Bütün arxiv bir sırada
15/04/2017 [11:46] - Araşdırma - ( 1597 dəfə baxılıb)

Tanrıçılıq fəlsəfəsi - ARAŞDIRMA...



Hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Ən yaxşı halda Türk düşüncəsi İudaizm, Buddizm, Zərdüştizm, Xristian, İslam kimi dini-fəlsəfi təlimlərin, mədəniyyətlərin müəyyən bir tərkib hissəsi kimi verilərək, onun müstəqil varlığından isə qətiyyən bəhs olunmur. Məsələn, Hind fəlsəfi təlimi buddizmə, Çin fəlsəfi təlimi konfusiliyə, Yunan fəlsəfi təlimi  kosmologiyaya, İran/Fars fəlsəfi təlimi zərdüştlüyə türk bilgələrin hər hansı əlavələrinin, şərhlərinin olması haqqında bilgilər verildiyi halda, müstəqil bir Türk dini-fəlsəfi təlimin adı çəkilməmişdir. Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb də, ancaq həmin dini-fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olmuşdur. Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk fəlsəfəsinin, türk filosoflarının adları Orta əsrlərdə çəkilir ki, onların özləri də əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər.

Əski Türk düşüncəsi, Türk dünyagörüşü Tanrıçılıq (Göy Tanrı) fəlsəfəsiylə bağlıdır ki, onun da Sami, Yunan, Çin, Hind-İran, Misir fəlsəfələrindən daha öncə var olmasına qətiyyən şübhə etmirik. Hər halda Turan-Türk uluslarından hesab olunan, m.ö. IV minillikdə İkiçayarasında mövcud olmuş Sumer sivilizasiyasının varlığı da Turan/Türk kosmoqoniya­sının İran, Çin, Hind, Misir kosmoqoniyalarından qədimliyinə dəlalət edir. Sumerlərdə və digər Turani qövmlərdə görünən Göy Tanrı dininin (Göy Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması, üstəlik onlara təsir göstərməsi yavaş-yavaş dünya elmində də qəbul olunmaqdadır. Eyni zamanda Türklərin Sumerlərdən öncə və Sumerlər dövründən indiyə qədər şüurlarında yaşat­dıqları “Ana haqqı ”“ Tanrı haqqı”, “Tanrı haqqı”, “Göy haqqı”, “Su haqqı”, “Torpaq haq­qı”, “Yer haqqı”, “Günəş haqqı” anlayışları, eləcə də ailə­də ataya, ağsaqqala sonsuz hörmət, ailə törəsi, el törəsi, atalar sözləri də Tanrıçılıq fəlsəfəsiylə sıx şəkildə bağlıdır.

Tanrıçılıq ideyası Sumerlərə qədər mövcud olmuş, Türk soylu ya da Türklərlə başqa bir xalqın qaynayıb qarışması olan Sumerlər də bu fəlsəfəni m.ö. IV-III minilliklərdə davam etdirmişlər. Hər halda Tanrıya “Dingir” deyən Sumerlərlə, Tanrıya “Cingir baba”, yəni Tanrı baba deyən əski Azərbaycan türkləri arasında yalnız dil qohumluğu deyil, dini-mənəvi eynilik də düşündürücüdür. Prototürk Subarlar isə Tanrıya Tenger demişlər. Türklərin, o cümlədən Azərbaycan türklərinin baş tanrı Tenqri/Dingirlə yanaşı Turan, Turkan, Tork, Turuk, Aras, Baba, Asar, Kuer, Qut, Qaşqay, Günəş kimi iyəadları da olmuşdur. Ümumilikdə, “Tanrı” ilə “Göy Tanrı” kəlimələri Türk xalqlarında müxtəlif şəkillərdə (dingir, tenqri, tanrı, tarı, tenqri və b.) səslənsə də mahiyyət birdir. Türkiyə və Azərbaycan türkləri baş tanrıya Tan­rı, altaylar və şorlar tenqri, xaqaslar tiqir, şumerlər din­qir, yakutlar tanqara adlandırmışlar.

Tanrının sinonimi olan Dinqir sözünə, “Dinqir Rusaşe” şəklində Urartu mixiyazılı kitablarında rast gəlirik. Görünür, “Dinqir Rusaşe” Tanrı Rusanın ya da Tanrı Uruzun övladları anlamındadır. Digər tərəfdən Urartu çarlarının adı olan Rusa adı Uruz şəklində Tanrı adına sinonim kimi eyniləşdirilməklə yanaşı, o da iddia olunur ki, Uruz m.ö. I minillikdə etrusk tayfa ittifaqının sevgi və incəsənət tanrısı, Turan isə ilahəsi idi.

Bizcə, Türk və Tanrı sözlərində də yaxınlıq, doğmalıq vardır. Avestada adı keçən turanlı Dureketay Turuq-taydır ki, onu da Tenqritay/Taqritalyla eyniləşdirmək mümkündür. Tenqri, Tanrı  və Türük sözlərinin doğmalığı Türk şəxs adlarında da öz əksini tapmışdır.

Ziya Bünyadov «Tanrı» və «Göy Tan­rı» anlayışları ilə bağlı yazırdı ki, bugünkü Orta Asiya türk şivələrinin əksəriy­yətində tenqri «Tanrı» və «Göy» mənalarını ifadə edir. Onun fik­rincə, Türkiyə türkcəsində isə, bu söz (olduqca qədimləşmiş) yalnız «Allah» mənasında işlənmişdir: «Orxon-Yenisey ki­ta­bələr­ində Tenqri daim ilahi bir qüdrət kimi göstərilir: onun iradəsi ilə kaan (xaqan, hökmdar) iqtidara gəlir və şəx­sən bu hökmdar Tenqri kimi və Tenqri doğumludur və Tenqri tərəfindən yaradılmışdır. Tenqri türk xalqını qoru­yur, onun milli varlığı, daimliyini təmin edir və türk bəy­lə­rinin düşmən üzərində qələbə çalmalarını dəstəkləyir. Bu si­fətilə, xüsusən türklərin hamisi olaraq türk Tenqrisi adlanır».

Türk-Azərbaycan etnoqonik miflərinin birində də göstərilir ki, Uğuz-Oğuz Tanrını qəbul etməyən atasına qarşı çıxmış və yer üzündə tək tanrıçılığı ”“ Göy Tanrıya inamı yaymışdır. Əslində Uğuzun/Oğuzun digər bir adının Buğa/Öküz/Okuz xan olması da bunu təsdiq edir. Oğuz dastanına görə də ilk Türk hökmdarlarından biri olan Buğuhan tək Tanrıçılıq dinini təsis etmişdi. F.Rə­şi­dəddin də yazır ki, tanrıçılıq dinini Oğuz xan for­ma­laşdırıb və türklər arasında yayıb. Oğuz xan dastanına görə, türklər həmişə tək Tanrıya ya da Göy Tanrıya inanmış, çoxallahlı olmamışlar. Şamanizm və Maniçilik kimi digər Uzaq Doğu kökənli dinlər Türklər arasında kiçik zümrələr xaricində heç bir zaman yayğınlıq qazanmamışdır. F.Ağasıoğlu yazır: “Özlərini təbiətin yavrusu sayan türklər, özəlliklə bozqır türkləri hər bir təbii varlığın yiyəsi olduğuna inanır, onlara öz qamları vasitəsilə münasibət bildirir, ancaq bütün varlığın yaradıcısı kimi bir Tanrıya (Tenqri) tapınırdılar. Sumerlərin də dinqir dediyi bu teonim həm Tanrını, həm də onun simvolu olan Göyü (səmanı) bildirirdi”. Emin əl-Razi, İbn Fadlan kimi müəlliflərə görə də, Türklər, o cümlədən xəzərlər bir Tanrıya tapınırıdlar.

Çox güman ki, türklərdə Tanrı, Tanrıçılıq ideyası ya da fəlsəfəsi formalaşana qədər mifik-dini təfəkkürün bəlli inkişaf dövrlərindən keçmişdir. Hər halda  Tanrı ideyasının müəyyən təka­mül prosesinin məhsulu olması artıq çoxlarında şübhə doğurmur. Bu anlamda Tanrıçılıq fəlsəfəsi Türk dini-mifik təfəkkürünün yekun nəticəsidir. Nizami Cəfərov yazır: «Tanrıçılıq dünyagörüşünün müəyyən­ləşÂ­məsi ilə ona qədərki bütün etnik-ideoloji idrak formaları tan­rıçılığa tabe olur, mifologiya bundan sonra məhz bu mü­kəm­məl dünyagörüşÂ­ünün (tanrıçılığın) «məntiqi» ilə yaşayır, onu tamamlayır və qədim türk cəmiyyətində kütləvi düşün­cə­dən fərqli olaraq, «professional» düşüncə (yuxarı silkin, cəmiyyətin yüksək təbəqələrinin düşüncəsi) daha çox tan­rı­çılığa əsaslanır». Onun fikrinə görə, Tanrı ”“ göylər aləmi ilə bağlıdır, lakin Türkün yaşadığı torpağın da, cəmiyyətin də, qəbilənin də taleyini Tanrı müəyyənləşdirir: «Əgər Tanrı is­tə­məsə, kimsə türk cəmiyyətinin hökmdarı (kağanı) ola bilməz. Ona görə də türklərdə hökmdar kultu möv­cud olmuş, hətta tanrıçılığın tənəzzülündən sonra da ya­şa­mışdır».

XIX-XX əsrlərdə Tanrıçılıqla bağlı dini-fəlsəfi inanclar Avropa və Rusiya elmində daha çox “şamanizm” ya da “qamlıq” kimi verilməyə çalışılmışdır. Özəlliklə, Avropa alimləri tərəfindən “şamanizm” adlandırılan, ancaq əski dönəmlərdə qamların fəlsəfi dünyagörüşünü əks etdirən biliklər Tanrıçılıqdan başqa bir şey deyildir. Başqa sözlə, “Qam” ya da “Şaman” Tanrıçılıq dinində “filosof” rolunu oynadığı üçün, bu dini Qamlıq ya da Şamanizm adlandırmaq yanlışdır. Birincisi, Tanrıçılığı təbliğ edən “şaman” deyil, Qam olmuşdur. Bu baxımdan indi “şamanizm” kimi qələmə verilən dini-mifoloji inanclar daha çox Qamların təbliğ etdiyi Tanrıçılıqla bağlıdır. Bu anlamda türk filosofu Hilmi Ziya Ülken doğru qeyd etmişdir ki, əski Türklər dini rəislərinə “toyon”, sehirbazlara “kam” dedikləri halda, avropalılar bu kəliməni “şaman” olaraq almışlardır: “Sehir, dinin ziddi qiymətlərə malikdir: Əski Türk dini sağı, şamanizm solu uğurlu sayırdı. Din sağdakı erkəyə, şamanizm soldakı qadına qiymət verirdi. Bundan dolayı “kam”lar ya həqiqətən qadınlardır; yaxud da  qadın qiyafətinə girmiş və bütün hərəkətlərində onu təqlid edən erkəklərdi. Şaman bir növü ibtidai təbib və texnikdi: sinir xəstəliklərini müalicə edər; yağmur, hasad, bərəkət üçün  sehirli tədbirlər alır; sehirbazlıq və kahinlik yapardı. Kamlar, əllərində, rəqs və ayin əsnasında qamçılar buludururdular. Kəlimə də göstərir ki, bu alət qamlara, yəni Şamanlara məxsusdur”.

Bizcə, Tanrıçılıq dini-fəlsəfi təlimini Avropalılar əski Türk dünyagörüşünü dar anlamda “şamanizm” adlandırıb ona kölgə salmağa çalışsalar da, zamanla əski Türk fəlsəfəsinin daha geniş anlamda Tanrıçılıqla bağlı olması ortaya çıxmaqdadır. Məhz bütün türk xalqlarının əski dünyagörüşünü özündə əks etdirməsi anlamında Azərbaycan türk bilginlərindən tanınmış alim, türkoloq Cavad Heyət də bir­mə­nalı şəkildə iddia edir ki, türklər qədim dövrlərdə “şamanizm”ə, “totemizm”ə deyil, məhz təktanrıçı təlim olan Göy Tanrı dininə inanmışlar. Digər tərəfdən Tanrıçılıq fəlsəfəsini təbliğ edənlər Qamlar idilər ki, «əski türklərdə Kam və ya Qam ruhani mənasına gəlir, lakin şaman sözü hind-avropalı bir termindir». Ona görə də, Ümit Hassanın yazması ki, şamanlıq/qamlıq arxaik kökə dayanır, dünyanın inkişafı baxımından mədəniyyətin olmadığı tarix öncəsinə, yəni tarixi sivilizasiyanın doğuşundan çox-çox əvvəllərə ”“ 20 və ya 25 min il öncəyə aiddir, burada ancaq Tanrıçılıq fəlsəfəsinin ilkin dövründən bəhs oluna bilər. Çünki bu müəllifə görə, qədim türklərin fəlsəfəsi əsasən Tanrıçılıqda öz əksini tapmışdır ki,  Â«Tenqri» kəlməsi də əvvəlcə göyü, sonra isə bəzi fonetik dəyişikliklər nəticəsində Tanrını ifadə etmişdir. Türklərdə, bir çox hallarda göyün Tanrı, yaxud səma, mavinin isə Yer mənasında işlədilməsinə rast gəlinir. Məhz bunları daha dərindən dərk edən Hikmət Tanyu da göstərmişdir ki, əski Türklərin dini-fəlsəfi təlimi olaraq “şamanizm” ya da “totemizm” deyil Tanrıçılıq olmuşdur.

Dos., Dr. Faiq Qəzənfəroğlu

Arıqlamaq istəyirsinizsə bu qidaları mütləq yeyin - SİYAHI
Podqoritsada “Arşın mal alan” filmi nümayiş olundu - Monteneqro dilində...
Diqqət! Spirtli içkilərin daha bir zərəri aşkar edildi - XƏBƏRDARLIQ
Meymunu suya itələyən gənc həyatının dərsini aldı - FOTO+VİDEO
Təzə kartofun faydaları...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Məşhur şuşalılar” sərgisi keçiriləcək - ERMƏNİ HƏYASIZLIĞI SƏRHƏD TANIMIR...
Cəmiyyət
“Plastik qablardan istifadə insan səhhəti üçün zərərlidir...”- Professor xəbədarlıq etdi
Dünya
Sabah Şimali və Cənubi Koreya liderlərinin görüşü keçiriləcək...
Maraqlı
Ərdə olmaq həyat mənbəyi imiş - Ailəli xanımların ürək-damar sistemləri, psixi problemləri..."
Hadisə
Anası ilə dalaşan uşaq kredit kartını oğurlayıb lüks otelə tətilə getdi - HEYRƏTAMİZ...
Həftənin ən çox oxunanları
Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?
"Qarabağla bağlı Azərbaycan ən xain zərbəni Ermənistandan deyil, Rusiyadan gözləməlidir"
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI
Həkimlər infarktdan ölməkdən qaçmağın yolunu açıqladılar: Ən azı həftədə 2 dəfə...
Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
Abid Şərifovun vəziyyəti pisləşdi – SON DƏQİQƏ
Bu parka yalnız sevgililər və yeni evlənən cütlüklər dəvət olunur - Dünyanın seksual parkından FOTOLAR (18+)
"Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?"
“Hacıbala, səninlə ölənə kimi məzələnəcəm” - Şeyx Əbdül Mahmudbəyov
"Azərbaycanın əhəmiyyətli bir şəhəri silahlı qüvvələrimizin nəzarətinə keçməlidir”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin