“Milli-mənəvi dəyərlərimizi ayaq altına alacaq müasirliyi istəmirəm” - Mətanət Ağamirli
Oxunub: 2759
16 Apr 2017 | 00:12

“Milli-mənəvi dəyərlərimizi ayaq altına alacaq müasirliyi istəmirəm” - Mətanət Ağamirli

Televizor”¦ Bu dördkünc qutu ölkəsindən, milliyyətindən, kimliyindən aslı olmayaraq hər bir insanın evində mövcuddur. Demək ki, televiziyanın cəmiyyətdə rolu böyükdür. Televiziya mənfilərin, müsbətlərin adasıdır. Amerikalı telejurnalist Edvard Merou belə deyirdi: “O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o sadəcə olaraq naqil və lampalardan ibarət qutudur”. Nədənsə, insan peşəsini sevib çalışanda özünə əminliyi daha çox olur. Özünə inanan, uzun illərdi peşəsini qoruyan, hər birimizin yaxşı tanıdığı, ”Lider TV”nin əməkdaşı, jurnalistikada öz dəsti-xətti ilə tanınan bir xanımla söhbətimiz oldu. Onun simasi hər birimizə yaxşı tanışdır. Tanınmış teleaparıcı həftədə bir neçə dəfə televizor vasitəsi ilə evlərimizə qonaq gəlir. Demə, xanım aparıcımız telejurnalistikanın sirrlərini öyrənmək üçün Türkiyənin İstanbul və Ankara şəhərlərində yaşayıb. Biz onu 1 sentyabr 2000-ci ildən fəaliyyətə başlayan “LİDER” TV-nin ekranlarından tanıyırıq. O “Sədadan sonra”, “Portretlər silsiləsindən”, “Gender”, “Mövqe” adlı proqramların müəllifi və aparıcısı olub. Bir zamanlar ulu öndər Heydər Əliyevi xarici səfərlərdə müşahidə edən jurnalistlərdən biri kimi tanınıb. “Zəriflik” jurnalının redaktorudur. Sevimli aparıcımız, Əməkdar jurnalist, “Səda 24” adlı gündəlik, “Seçim” adlı həftəlik ictimai-siyasi proqramların aparıcısı Mətanət Ağamirli ilə səmimi görüşümüz oldu. Onu yaxından tanımaq sizə də marağlı olacaq. Oxuyun. Zövqünüzə inanıram.

Moderator.az Mətanət Ağamirlinin müsahibəsini təqdim edir.

-Mətanət xanım, aparıcısı olduğunuz proqramlarda jurnalistikadakı problemlərə, qayğılara, çatışmazlıqlara yer ayırırsınız. Hər zaman ekspertlərə-müsahiblərinizə siz sual verirsiniz. Bu dəfə biz sizi dinləmək, jurnalistikanın bugünkü durumu ilə bağlı fikirlərinizi bilmək istərdik. 
Jurnalistikada nə baş verir?

-Məncə jurnalistika təsadüfi peşə olmamalıdır. Ümumiyyətlə, hər hansı bir peşəyə təsadüfi getmək doğru deyil. Hər hansısa bir peşə maraqlar naminə seçilirsə, orda artıq peşəkarlıqdan danışmağa dəyməz. “Xəlbirdən süzüləndə” bir çoxları peşəkar olmadığı üçün lazımsız olur. Amma eyni zamanda peşəni təmənnasız sevəndə o peşə həmin adamı tanıtdırır, həm də sözün əsl mənasında zəngin edir. Təbii ki, uzun illər eyni sferada zəhmət çəkən jurnalist hörmət-nüfuz qazanır. Mənə elə gəlir ki, işinə ürəklə, vicdanla, peşəkarcasına yanaşan adamın ruzisini də Allah verir. Digər tərəfdən bu gün bilirsiniz ki, jurnalistika sahəsinə kütləvi axın var. Bununla bağlı, hətta bizim “facebook” dostlarımızdan birinin gözəl şərhi vardı: “facebook çıxandan bəri jurnalistlərin də sayı artıb, yəni bu gün facebookda bir fikir yazan insan özünü jurnalist kimi təqdim edir”. Şərh vermək istəmirəm bu hala, bilmirəm yaxşıdır, yaxşı deyil,.. Amma onu bilirəm ki, günümüzün reallığıdır.
-Uzun illərdi “LİDER” televiziyasında fəaliyyətinizi davam etdirirsiniz. Ötən illərə səyahət edək.
-Bəli”¦ (Fikirləşir) On altı ildir ki, “LİDER” televiziyasında çalışıram və bu illər ərzində saysız-hesabsız müsahiblərimiz olub, proqramlarımıza qonaqlar gəlib. Mən özüm rastlaşdığım bəzi epizodları deyəcəm. Bəzən gələn qonaqlar arasında elələri olur ki, xüsusilə QHT sektorunun nümayəndələri və ya yazarlar (şair, yazıçı) heç bir jurnalist fəaliyyəti yoxdur, amma deyirlər ki, facebookda yazılar yazıram, məni də jurnalist kimi təqdim edin. Və yaxud nə zamansa hansısa bir qəzetdə bir köşə yazısı yazıb, deyir: ”məni jurnalist kimi təqdim edin”. Əslində istəməzdim kiminsə xətrinə dəyim, kimsə mənim sözlərimdən incisin. Amma jurnalistikaya da barmaqarası baxanda mən inciyirəm. Çünki jurnalistika mənim sevdiyim peşədir. Hər kəs bacardığı formada onu daşıya bilir. Məsələn, mən jurnalistikaya üz tutanda uşaq idim, beşinci sinifdən ölkənin tanınmış mətbu orqanları ilə əməkdaşlıq edirdim. O zaman, daha doğrusu 80-cı illərin sonlarından həm yaşadığım Ağdam rayonunun “Lenin yolu” qəzetində, həm də ölkənin dövri mətbuatında ”“ “Azərbaycan gəncləri”, ”Sovet kəndi”, ”Azərbaycan Pioneri” qəzetlərində yazılarım çap olunurdu. Daha sonra “Gənclik” jurnalında yazılarım nəşr olunub. Təbii ki, mənim uşaqlıq illərim sovet dönəminə təsadüf edir və mən bu adıçəkilən mətbu orqanlarla əməkdaşlıq edirdim. Ayda həmin mətbu orqanlardan adıma bir ailə başçısının qazancı qədər qonorar yazılırdı. Və bu mənim üçün bir stimul idi. Hələ o vaxt orta məktəbdə, divar qəzetində yazılarım çap olunanda, təşkil olunan tədbirlərdə çıxış edəndə özümü jurnalist kimi hiss edirdim, o yazıları sanki jurnalsit kimi yazırdım. Əlbəttə, o vaxtkı qələmlə bu günkü qələmin, o vaxtkı yanaşma ilə bugünkü yanaşma arasında böyük fərq var. İllər sonra təcrübə öz sözün deyir.

-Bu sahəyə olan sevginiz, marağınız hardan, nədən qaynaqlanırdı?

-Bu gün təəssüf ki, çoxlarının sənətdə, eləcə də şou aləmində qəbul etmədiyi məşhur bir müğənni səhnəyə çıxa bilər. Arzu olunmasa da həmin kəslər uşaqlar, gənclər üçün bir nümunə ola bilər. Təəssüf ki, bu gün hamımız istəsək də, istəməsək də bu prosesin müşahidəçisiyik. Həmin şou nümayəndələri çox bahalı maşınları, təmtəraqlı mülkləri, dəbdəbəli yaşayışları, açıq-saçıq həyat tərzləri ilə gündəmi zəbt edirlər. Bugünkü gənclərdən kimlərsə onlara vurğunluqla baxa bilər. Amma biz nə yaxşı ki, bugünkü şou ulduzları kimi “nümunələrlə” böyümədik. Azərbaycanın aydınları, peşəsinə ruhən-qəlbən bağlı olan, intellektual ziyalılarla, onları izləyərək, oxuyaraq böyüdük. Mən 80-ci illərin sonlarını xatırlatmaq istərdim. Yalnız Azərbaycan Dövlət Televiziyası vardı, özəl telekanallar yox idi. O zaman Azərbaycan Televiziyasında cəmiyyəti düşündürən, gəncliyi işıqlı sabahlara aparan mövzulardan ibarət proqramlar var idi. Və”¦ Ən əsası bu verilişlərin çox savadlı aparıcıları var idi.

Bunlar ürəkaçan mənzərə deyil”¦

-Nə yaxşı ki, mən o illəri görüb gələn bir jurnalistəm. Bakı Dövlət Universitetinin Jurnalsitika fakültəsinin dekanı Tofiq Rüstəmov var idi. Sonralar “Xalq” qəzetinin baş redaktoru işlədi. Mən onun Azərbaycan Televiziyasındakı proqramlardakı çıxışlarını dinləyə-dinləyə jurnalist olmaq istəyirdim. Və ya həmin dövrün istedadlı jurnalistlərini izləyirdim. Osman Mirzəyev, Telli Pənahqızı, Qulu Məhərrəmli, Alı Mustafayev və s. Yəni tele-efirlərdə yayımlanan intellektual diskussiyalar təbii ki, bizim kimi gənc tamaşaçılara öz təsirini göstərirdi. Məncə eyni proses indi də var. Amma başqa ampulada. O zaman düşüncələr də fərqli idi. Hətta, jurnalistikaya üz tutan insanlar maddiyyat barədə düşünmürdü. Biz düşünmürdük ki, efirdən tanıdığımız bu jurnalistlər hansı varidata sahibdirlər, nələri var, nələri yoxdu? Amma bu gün gənclər, yeniyetmələr efirdən tanıdığı insanların hansı zənginliyə sahib olduğunu daha çox müzakirə edirlər. Bunlar ürəkaçan mənzərə deyil”¦ (Düşünür)

-Jurnalistikanı daha hörmətli, daha doğrusu, 20-25 il öncəki nüfuzunu özünə qaytarmaq üçün nə etməliyik?

-Bu gün ölkəmizdə müəyyən fəaliyyət dövründən sonra digər sahələrdə olduğu kimi media sahəsində də uzun illər səmərəli fəaliyyət göstərən jurnalistlər mükafatlandırılır, fəxri adlarla təltif olunur. Bunlar çox gözəldir. Əlbəttə ki, dövlətin KİV-in, ümumiyyətlə vətandaşının yanında olması sevindiricidir, stimul verici və təqdirəlayiq bir haldır. Amma sanki 20 il öncə jurnalist kimi fəaliyyətə başlayanların məqsədləri daha qlobal və ümumi maraqlar naminə idi. Məsələn, mən özüm də bu sahəyə üz tutanda düşünmürdüm ki, mənə haçansa ad versinlər və ya bu peşə ilə məşhur olum, sayt açım, saytda nəyin hesabına olursa-olsun çoxlu pullar qazanım. Yeri gəlmişkən, sahəmizin problemlərindən biri də heç bir səriştəsi olmayan, orta məktəb bitirən şəxslərin belə çox asanlıqla sayt açaraq özünü jurnalist kimi təqdim etməsidir.

Saytların rolu nədən ibarətdir?!..

Əminəm ki, əlaqədar orqan, təşkilatlar bunu tənzimləyəcəklər, çünki başqa cür mümkün deyil. Hamı çox gözəl bilir ki, bir çox saytlar hansı rolu oynayır. Çalışdığı işdən hər hansi bir yarıtmaz fəaliyyətinə görə qovulan insan gəlib sayt açır, təqaüdə çıxan sayt açır, hər hansı kolleci bitirib özünə uyğun bir iş tapmayan insan gəlib sayt açır. Biznesdə uğursuzluğa düçar olan gəlib sayt açır. Bir sözlə bu kimi şəxslər jurnalist olmaq istəyir. Və sonra da “reket jurnalistikası” ilə mübarizə mövzuları gündəmə gəlir. Mənim istədiyim bir şey var, qoy Azərbaycan jurnalistikasinda layiqli jurnalistlər yerində olsun. Məncə bu halda peşəmiz millətimizin gələcəyi daha ciddi töhfələr, inkişafımıza daha çox təkan verə bilər. Düşünürəm ki, hərə öz yerində daha faydalıdır, daha qiymətlidir. Müəllim təhsildə, həkim səhiyyədə, jurnalist peşəkar jurnalistikada olarsa, bu zaman daha çox uğur qazanarıq. Bu fikri gənclərə aşılamaq mütləqdir. Belə bir ictimai fikir formalaşmalıdır ki, biz bu gün jurnalistikanı neqativ tendensiyalardan qoruya bilək. Azərbaycan gəncliyinin doğru istiqamətləndirilməsi əsas prinsiplərdən biri olmalıdır. Daha hər hansı bir gənc teleefirdə aparıcını görüb, “mən də aparıcı olmaq istəyirəm” deyib bu peşəyə gəlməməlidir. Mən, 1994-cü ildən jurnalistikadayam, qəzetdə korrektor, müxbir işləmişəm. Müəyyən fəaliyyətlərdən, uzun illərdən sonra teleproqramlara gəlmişəm. Məncə, uzun müddət fəaliyyət göstərib, müəyyən təcrübə toplayaraq tv proqramlarda jurnalist-aparıcı kimi çalışmaq daha peşəkar, daha inandırıcı və daha etibarlı olar.

-Bu gün bir reallıq da var. Müğənni kimi hələ də özünü təsdiq edə bilməyənlər tele-efirlərdə aparıcılıq etmək iddiasındadırlar. Bu mənzərəyə münasibətnizi bilmək istərdik.

-Mən sizə bir məsələni xatırladım. Bir dəfə QHT sektorunun nümayəndəsi “Seçim” tok-şousunu çəkilişlərindən birində mənə dedi ki, məni həm jurnalist, həm də QHT rəhbəri kimi təqdim edin. Ətrafda da çoxlu ziyalı adamlar var idi. Bilirsiniz ki, “Seçim” tok-şousuna ziyalılar, ictimaiyyət nümayəndələri gəlirlər. Həmin xanım sözünü deyəndə ətrafda olan digər müsahiblərdə acı təbəssüm, ironiya müşahidə etdim. Özümüzə hörmət qoymağı bacaraq”¦ Qoy müğənni gözəl ifası ilə xalqın rəğbətin, sevgisin qazansın. Lap toylara gedib pulunu da qazansın, belə daha yaxşı olar. Hər hansı bir müğənni ola bilər ki, mədəniyyətlə bağlı olan bir proqrama aparıcılıq etsin. Amma o elə aparıcı olacaq, təqdim etdiyi proqramdfa da jurnalist nəfəsi hiss olunmayacaq. İnanın mədəniyyət sahəsində bizim o qədər peşəkar, mövzunu gözəl bilən, gözəl diksiyaya sahib olan jurnalsitlərimiz var ki”¦ Bu reallıqdır ki, müğənni efirə mədəniyyət sahəsində işləyən jurnalist kimi hazırlaşmır. Yəqin buna vaxtı da yetməz. O zaman imkan verilsin ki, jurnalistika ilə peşəkar jurnalistlər məşğul olsun! Təəssüf ki, bu kimi hallar yalnız bizim ölkəmizdə deyil, bütün dünyada müşahidə olunur. Əlbəttə, nəzərə alsaq ki, Azərbaycan dünyanın bir parçasıdır, o zaman bir çox problemlər də qaçılmaz olur. Amma bu problemləri nə dərəcədə önləmək, onlardan ən az zərərlə necə qurtulmaq olar, bu barədə də düşünməkdən vaz keçməyə haqqımız yoxdur.

”¦İşimlə gündəmə gəlmək istəyərəm

Düşünürəm ki, şəxsi məsələlərlə gündəmə gəlmək doğru deyil. Mən özüm nə geyim, nə maşın, nə də ki, hər hansı bir intriqa tipli məsələlərlə yox, öz ciddi işimlə gündəmə gəlmək istəyərəm. Məncə belə olan halda cəmiyyət də istədiyimiz kimi formalaşar, hərə öz işi ilə məşğul olar. Müğənni getsin müğənniliyini etsin, bəstəkar musiqisini bəstələsin, aktyor filmə-tamaşaya çəkilsin, həkim insanlara şəfa verməklə məşğul olsun və s. İnsanların bu şəxslərə öz yerində ehtiyacı var. Bəyəm biz istirahət edəndə gözəl bir ifaya qulaq asıb dincəlmək istəmirik? Edirik”¦ İlqar Muradova qulaq asanda hər birimizdə susqunluq yaranır. Musiqidən zövq alırıq. Yeri gəlmişkən, bizim klassiklərimizin də, müasirlərimizin də arasında çox gözəl, əvəzsiz sənətçilərimiz var. Mən gənc müğənnilərə özlərinə nümunə kimi məhz belə sənətkarları, korifeyləri, gerçək sənətlə məşğul olan sənət sahiblərini nümunə götürmələrini arzu edərdim. Cəmiyyətimizi belə görmək istəyərdim”¦ Bu gün bəziləri efirə çıxıb insanlara mədəniyyət, mənəviyyat, əxlaqdan dərs keçir. Amma bəzən efirlərdən haqqı olmayanlar da danışır”¦ Azərbaycan gəncliyi dəyərli insanlardan nümunə götürməlidir. Yalnız o halda istədiyimiz mükəmməl cəmiyyətə sahib ola bilərik.

-İnformasiya müharibəsi”¦ Belə bir müharibədə Azərbaycanın mövqeyi nədən ibarətdir?

-Bəli, biz informasiya müharibəsi dövründə yaşayırıq. Bu dövrün canlı şahidləriyik. Mən yenə də deyirəm, istəsək də, istəməsək də bu tendensiyanın içərisindəyik. Cənab prezident dəfələrlə çıxışlarında, beynəlxalq tribunalarda da qeyd edib ki, biz informasiya savaşı dövündə yaşayırıq. Əlbəttə, bu bütün bizim hamımız üçün bir çağrışdır. Bu çağırışa necə cavab veririk, bax ən vacib məqam da budur.

“Facebook” + “Twitter”= həyatımızın bir parçası

-Özümüzə əmin olaq, haqqın, peşəkarlığın yanında olaq”¦ Cənab prezidentin çağrışına bütün sahələrdə işləyən hər bir vətəndaş qoşulmağa borcludur, çünki o Azərbaycan vətəndaşıdır. Niyə bütün peşə sahibləri deyirəm? İnkişaf edən Azərbaycan cəmiyyəti bütün sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Bu gün çox məşhur olan “Facebook” və “Twitter” da həyatımızın bir parçası olub. Müasirlik baxımından təqdirəlayiqdir, müasirliyə adekvat cavab vermək üçün yaxşı şərait var. Hər bir insan etdiyi işi rahat bir şəkildə gündəmə gətirə bilir. Biz jurnalistikaya gələndə belə imkanlar yox idi. Azərbaycan cəmiyyəti bu reklam vasitələrindən düzgün istifadə edərsə, bu da bizim toplum olaraq qələbəmiz oalr.

-Deyirlər müharibə olan ölkələrdə insanlıq ölür. Siz də bu müharibə dövrürünü acılarını görmüş bir jurnalistsiniz. O illərdə nə baş verirdi?

-Məşhur yazıçı Alexandra Caveliusun “Leyla” adlı romanı yadıma düşdü. Əsərdə gənc Leylanın arzuları, kədərli günləri, qəlbinin sarsıntıları, tənhalığı, müharibənin ona və yaşadığı cəmiyyətə vurduğu zərbələr”¦ Daha nələr! Hətta, romanda deyildiyi kimi müharibə başlandığı gün insanlıq məhv olur. Hər günün öz ssenarisi olur. Dramatik janr insanların həyatının bir parçası olur. Bəli, biz də bir xalq olaraq belə bir acı günlər yaşamışıq. Tarixin zamanından süzülüb gələrək müstəqillik qazanmışıq. İyirmi ildən artıqdır məcburi cəlb olunmuş bir savaşın qurbanlarıyıq. Bizi istəmədən qurbanlıq etdilər. Danılmaz fakdır, torpaqlarımız hələ də işğal altındadır. Nə qədər acı olsa da mənim gəncliyim müharibənin ağır vaxtlarına təsadüf etdi. (Fikirləşir) Biz o müharibənin, qanın-qadanın, şəhidliyin, qaçqınlığın, məcburi köçkünlüyün şahidiyik. Əslində, müharibə sözünü orta məktəbdə kitabdan oxuyurduq. Almaniya ilə Rusiya”¦ Çətin günlər! Insan itkiləri!!! Amma biz bu savaşı Ermənistanla öz ölkəmizdə yaşadıq. Bu gerçəkliklər biz istəmədən həyatımıza daxil oldu. Tarix boyu Azərbaycan xalqı daim humanistlik, insanlıq göstərib. Biz savaşın tərəfində olamamışıq. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra çox böyük danışıqlar nəticəsində Atəşkəs əldə olundu. Düşünürəm ki, dahilər ona görə dahidir ki, müharibənin lazımsız olduğunun qənaətinə gəliblər. Məhz, məsələnin dəyirmi masa arxasında çözülməsinin vacib olduğunu düşünüblər. Atəşkəsin əldə olunması böyük bir addım oldu, savaş müəyyən qədər səngidi, qurbanların sayı azaldı. Məncə bu İNSANlığın qazancıdı. Mənimlə razılaşmayanlar da ola bilər. Kənardan baxıb qiymət vermək çox asan, ancaq o ağrını yaşamaq, şəhid itkisini görmək, yaşamaq çox ağırdır. Qarşıdakını başa düşmək, anlamaq lazımdır. Savaşaq demək nə qədər asan olsa da, itkini vermək o qədər asan deyil. Həyatda ən dəyərli varlıq insandır. Bu baxımdan düşünürəm ki, atəşkəs insan itkisini azaltdı. Biz bilirik ki, iyirmi ildən artıqdır Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində böyük səylərlə mübarizə aparılır. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Təbii ki, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətini tənqid də edirik, amma haradasa ümidlə də gözdəyirik ki, bəlkə nəsə oldu. Bilirik ki, dövlət başçısı çox böyük əzmlə, cəsarətlə, iradə ilə mübarizə aparır. Azərbaycanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa olunmasına çalışır. Bu da bizə cəsarət verir. Xalq, toplum olaraq Cənab prezidentin hər bir çağrışına əsgər kimi cavab verək. Savaş dönəmi bitdi, bugün atəşkəs var, düzdür, ara-sıra hadisələr baş verir. Bunları bilirik və təmas bölgəsində bu qaçılmazdır. Amma indi ən böyük müharibə söz müharibəsidir. Mən ümumiyyətlə məğlub sözünü qəbul etmirəm. Bəlkə də, jurnalsitəm, ona görə. Televiziya da uğursuzluğu sevmir. Bəlkə də, mən hər şeyə telejurnalist kimi baxıram, ona görə də mən mübarizədə uduzmağı sevmirəm”¦ Bu müharibədə torpaqdan, millətdən, əzizlərimizdən, həmvətənlərimizdən söhbət gedir. Demək ki, uduzmaqa heç haqqımız yoxdur. Biz sadəcə nə etməliyik? Biz zamanın, dövrün, eyni zamanda dövlətin yaratdığı dəyərlərdən faydalanaraq informasiya mübarizəsini düzgün istiqamətdə aparmalıyıq. Bunu mütləq bacarmalıyıq. Bu gün facebook-da şəxsi şəkillərini paylaşırlar. Bəziləri bahalı geyimini, qiymətli maşınını, brend mağazasını və ya hər hansı restoranda oturduqları masanı və s. facebookdan reklam edirlər. Hətta cənazələri də paylaşırlar. Bəzən düşünürəm ki, facebookda cənazə şəklini paylaşmaq əzizini-doğmasını itirən insanın necə yadına düşə bilər? Nə deyim? Bircə onu deyirəm ki, bu mənzərələri anlaya bilmirəm.

“Sosial media, sosial şəbəkə dünyaya çıxışdır. Fərd olaraq bir jurnalist, bir həkim, bir müəllim, bir bəstəkar, və ya bir müğənni dünyanın nəyinə lazımdır”¦”

-Əslində, heç kimi də qınamaq istəmirəm, özləri bilər. Öz fikirlərimi deyirəm ki, bu sosial media, sosial şəbəkə, bugün demokratiya anlamının bizə verdiyi dəyərlər taleyüklü məsələlərin həllində öz töhfəsini verməlidir. Bugün facebook onun üçün deyil ki, evini orada göstərəsən, sevmədiyin birini orada nüfuzdan salasan, kiminsə səsini yazıb ora qoyasan, kompromat toplayıb orada kimisə gözdən salasan, neqativ yüklü paylaşımlarla müşahidəçilərə şok yaşadasan və s. Mən məsələyə belə yanaşıram.

”¦.Bizim məlum DQ problemimiz, hələ də şəhid acısını yaşayan gözü yaşlı analarımız, bir milyondan çox məcburi köçkünümüz var. Amma diqqət edək, facebook-da Dağlıq Qarabağla bağlı nə qədər paylaşım görürsünüz?! Yəqin razılaşarsınız ki, kütləvi deyil, çox azdır. Qarabağ problemi yalnız jurnalistin problemi deyil. Dağlıq Qarabağla bağlı informasiya savaşı yalnız diasporanın, yalnız hansısa politoloqun, millət vəkilinin məsələsi deyil”¦ Toplum olaraq dünya azərbaycanlılarının üzərində duran bir məsələdir. Zəhmət çəksinlər, həmin dünya azərbaycanlıları, Azərbaycan dövlətinin vətəndaşları, müasirliyin verdiyi imkandan, dövlətin verdiyi dəstəkdən istifadə etsinlər. Çox demirəm, hər kəs həftədə bir dəfə, ayda bir dəfə ümummilli məsələlərlə bağlı məsələni paylaşsa belə yetər. Mənim paylaşdığımı uzaq Amerikadakı görməyəndə sizin Twitter-də paylaşdığınızı görəcək, sizin paylaşdığınızı Türkiyədə görməyəndə mənim paylaşdığımı görəcəklər. Yəni proses bu cür dövr eləyir. İnstaqramda da eynilə, hamı ancaq şəkil paylaşır. Nəhayət, sosial şəbəkədən, toplum olaraq istifadə etməyi bacarmalıyıq. Məncə, sosial media, sosial şəbəkə şəxsin reklamı üçün deyil, dünyaya çıxışdır. Fərd olaraq bir jurnalist, bir həkim, bir müəllim, bir bəstəkar, bir müğənni dünyanın nəyinə lazımdır”¦

Bu gün biz istəsək də, istəməsək də media işçisi kimi sosial şəbəkələrə vaxt ayırırıq. Daha çox nələrin şahidi oluruq? Ya şəxsi itriqalar,ya yalançı populizm, saxta təqdimatlar, saxta profillər, çox bəsit paylaşımlar, iyrənc cinayət hadisələri və ya mənəviyyatımızı təhdid edən mövzular! Hər bir Azərbaycan vətəndaşının üzərinə Azərbaycanın milli-mənəvi, ümummilli məsələlərinin həlli yolunda böyük məsuliyyət düşür. Bu gün orta məktəb uşaqları artıq sosial şəbəkələrdən istifadə edir və bizim hər bir addımımız yeniyetmələr üçün örnək olmalıdır. Əslində, onlar istiqaməti bizdən götürürlər. Bu gün biz istənilən addımda gəncləri hansı istiqamətə sürüklədiyimizi düşünməliyik. Biz buna borcluyuq? Çünki onlar sizin, mənim, bizim dostlarımızın, övladlarıdır və millətimizin gələcəyidir. Millətin gələcəyini əməlimizlə düzgün istiqamətləndirməliyik.

-Mətanət xanım, sizcə sosial şəbəkənin mənəviyyatımıza, ailə münasibətlərinə təsiri nə dərəcədədir?

- Əlbəttə, biz modern cəmiyyətdə yaşayırıq. Azərbaycan dünyəvi bir dövlətdir və Azərbaycan vətəndaşı dünyəvi dövlətin dəyərlərindən faydalanır. Yəni bu gün hansısa bir sosial şəbəkəyə embarqo qoymaq mümkünsüzdür. Bu baxımdan, zənnimcə, düzgün istifadə etməməyin fəsadları ailələrin, bəzən övladların başında çatlayır. Hansısa azyaşlı uşağın intihar etməsi, ailədaxili qətllərin çoxalması fikrimi təsdiqləyir. Bu kimi neqativ tendensiyanın, arzuolunmaz halların yaşanmaması üçün, məncə hər bir insan məsuliyyət daşıyır. Əsasən, KİV-in rolu qabardılır. Bəli, mən də razıyam ki, medianın üzərinə böyük məsuliyyət düşür. İşlədiyim uzun illər ərzində şahidi olmuşam ki, proqramlara gələn qonaqların əksəriyyəti istənilən mövzunun müzakirəsi zamanı KİV-i suçlayır. Vətənpərvərlik hisslərinin aşılanması, ”informasiya savaşı” düşüncəsinin formalaşması, o savaşın düzgün istiqamətlənməsi, milli-mənəvi dəyərlərimizin yaşadılması, intihar hallarının çoxalması, manşetlərdə-anonslarda cinayət hadisələrinin üstünlük təşkil etməsi”¦

Bizdə o ardıcıllıq itib!..

Hər kəs günahı mediada görür. Proqramların birində millət vəkili, Mətbuat şurasının sədri Əflatun Amaşov bir fikir söylədi: “Bilirsiniz, niyə hamı KİV-dən umur, hamı günahı mediada görür, çünki ən çox işləyən KİV-lərdir.” Yəni KİV bu günlər çox güclü bir ordu təsiri bağışlayıq. Saytlar, qəzetlər, xəbər portalları, jurnallar, radiolar, televizyalar ”“ bütövlükdə media qrumları çoxdur. Əlbəttə, KİV-də də müəyyən bir qism var ki, yarıtmaz fəaliyyəti ilə şərəf gətirmir, “reket jurnalistikası” və müxtəlif şəxsi maraqlar naminə fəaliyyət göstərir. Amma bu, müəyyən bir qismdir. Axı digər önəmli bir qismi buna qurban vermək olmaz”¦ Hesab edirəm ki, məsuliyyəti KİV-in üzərinə atmaqla iş bitmir. Uşaq gözünü açıb ata-ananın tərbiyəsini görür, sonra bağçaya, bağçadan sonra məktəbə, daha sonra cəmiyyətə ötürülür. Sanki bizdə o ardıcıllıq itib. Məsələn, mən görürəm, indiki körpələr səkkiz, doqquz yaşında uşaqlar instaqramda şəkillər paylaşırlar, sosial mediadan istifadə edirlər Sosial şəbəkələrdə isə yalnız, sizin, mənim paylaşdığım intellektual məsələlər deyil, nə qədər lazımsız informasiyalar, psixoloji duruma zərbə vuracaq qətllər, milli-mənəvi dəyərlərimizə zidd statuslar, intihar hallarına dair videolar, ərəb ölkələrində baş vermiş münaqişələrdəki amansız ölüm səhnələri var. Körpələrin onları görməsi, o ruhda böyüməsi cəmiyyətimiz üçün çox təhlükəlidir. Yaxud hansısa xarici müğənninin, böyüdüyüm mühitə tamamilə yad olan qeyri-etik, əxlaq normalarına zidd hərəkətləri, görüntüləri niyə bizim körpə övladlarımız izləyərək böyüməlidir? Mən istərdim bizim uşaqlar, gənclər, yeniyetmə qızlarımız bizə nümünə olan insanlardan ibrət alsınlar. Hesab edirəm ki, müəyyən qədər formalaşdıqdan, təqribən on beş yaşından sonra sosial şəbəkələrdə daha çox fəal olmaq olar.

“Milli-mənəvi dəyərlərimizi ayaq altına alacaq müasirliyi istəmirəm”

-Deyirlər, dəyər verən dəyər verdiyi qədər dəyərlidir. Milli-mənəvi dəyərlərdən danışdıq. Yeri gəlmişkən, Azərbaycan gəncliyindən nə baş verir?

-Məni ağrıdan bir məsələni də qeyd etmək istəyirəm. Sosial şəbəkədə şairlər, yazıçılar var. Nədənsə, kütləvi şairlik, müğənnilik, jurnalistika diqqət çəkir. Qəribədir, sanki iki, üç istiqamət üzrə kütləvi peşə sahibləri var. Bizim klassiklərimiz Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Səməd Vurğun, Cəfər Cabbarlı dövrümüzün böyük yazarı Anar var. Biz böyüyə hörmət edən millətik axı”¦ Unutmayaq ki, biz böyüklərimizə dəyər verməyi bacaran millətin nümayəndələriyik. Bugün gənclik özünə tənqidçi adını qoyur. Amma hansı formada tənqid edirik, hansı əsasla tənqid edə bilərik. Məncə hər kəs haqqı çatdığı qədər söz deməlidir. Bu gün bizə gəlib çatan dəyərlərə dəyər verə bilmiriksə, 10-20 il sonra da bizi dəyərləndirməyəcəklər. Çünki bunu özümüzdən sonrakı nəsillərə biz aşılayırıq. Amma unutmayaq ki, öz dövründə iz qoymuş adamlar çərçivələrdə sıxıla-sıxıla öz fikirlərini çatdıra biliblər. Xalqın keçmiş və günümüzdə fəaliyyətinə davam edən dəyərli simalarına, ziyalılarına hörmət etməyi bacarmalıyıq. Çağdaş dövrümüzdə hədsiz geniş olan, çərçivəsiz bir cəmiyyətdə yaşayırıq. Doğrudur, bu gün çərçivə, hədd yoxdur. Amma gəlin razılaşaq ki, hər şey həddində gözəldir. Nizami Gəncəvinin belə bir kəlamı var: ”Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. O müasirlik ki, milli-mənəvi dəyərlərimizi ayaq altına alacaq, mən o müasirliyi istəmirəm. Demirəm ki, biz çadraya bürünək, əsla! Mən deyirəm ki, müasirliyin bizə verdiyi nüansların keçmişimizlə sintezini tapaq, milli müasir bir sintez olsun. Hər şey həddində gözəldir. Həddini aşan hər bir şey eybəcər görünür, zərər verir.O həddi biz tapsaq, müasirliklə milli dəyərləri birləşdirsək,o zaman mükəmməl bir dəyər formalaşdıracağıq. O dəyərlə biz öz azərbaycançılığımızı qoruyacağıq və onu dünyaya təqdim edə biləcəyik”¦ Mənə elə gəlir ki, misilsiz dəyər insanlıqdır. Rus ədəbiyyatının tənqidçisi Belinskinin gözəl bir fikrini xatırlatmaq istərdim. Ədib deyir: “İnsanın səması da, cəhənnəmi də onun ruhundadır””¦Ruhumuza yaxın olaq. Vicdanımızı dinləyək, insanlığımızı itirməyək”¦


Tural Məmmədov

Oxşar xəbərlər
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:33
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:33
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ