Xəbər lenti
27/04/2017 [11:02]:
Hacıbala Abutalıbovun və oliqarxların gül kimi biznesi batdı -Dövlət qazandı
27/04/2017 [10:57]:
Sabiq nazir rayon icra hakimiyyətlərinin ləğvini təklif etdi
27/04/2017 [10:48]:
Dolların alış qiyməti bahalaşdı
27/04/2017 [10:02]:
“Porno-asılılıq insanlarda sonsuzluq yaradır..” - Senator
27/04/2017 [09:38]:
“Əcnəbi tələbələrin fikir platforması”nın qalibləri – UNEC tələbələri
27/04/2017 [09:20]:
Prezidentin Xoşbəxt Yusifzadə ilə maraqlı dialoqu - “Film çəkməyə gəlmişdilər..."
27/04/2017 [09:15]:
Yalanın vurduğu 6 ictimai ziyan...
27/04/2017 [09:09]:
FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı
27/04/2017 [09:06]:
Dünya bazarında neftin qiymətləri
27/04/2017 [01:52]:
28 apreldə Azərbaycan bir daha işğal olunacaqmı?
27/04/2017 [01:43]:
"O, erməni olsa belə, Ermənistanın deyil, Ukraynanın daxili işlər naziridir və..."
27/04/2017 [01:29]:
Şəxsi münasibətlərdə təşəbbüskar olun - Günün qoroskopu
27/04/2017 [01:19]:
“Sahibkarlar bu fərmandan yararlana bilərlər”
27/04/2017 [01:03]:
Avtomobil qəzasına düşmüş xəstənin ayağını tərs tikdilər - Foto
27/04/2017 [00:55]:
90 yaşlı görünən zavallı qızcığaz - FOTOLAR
27/04/2017 [00:37]:
Gözəllik kraliçası - “Allaha dua edirdim ki, gözəlliyimi al, amma gözlərim görsün...”
27/04/2017 [00:30]:
ABŞ 150 saniyəyə raketlərimizi vurar -Rusiyadan etiraf
27/04/2017 [00:17]:
Traktorçu həkimliklə 500 min dollar qazandı - Şok
27/04/2017 [00:03]:
ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi
26/04/2017 [23:37]:
Dünyanın ən çox siqaret çəkən gənci siqareti tərgidib arıqladı - FOTO
26/04/2017 [23:34]:
Əbədiyyətin qorunduğu məkandan-"Cavid muzeyi"ndən REPORTAJ-FOTOLAR
26/04/2017 [23:30]:
“iPhone 8”in konseptual videosu yayıldı - Video
26/04/2017 [23:29]:
"İllər keçir, amma acıları bitmir" - Qənirə Paşayeva Çernobıl faciəsindən yazır...
26/04/2017 [23:22]:
Jurnalistin avtobobili yarasız hala salındı - FOTO
26/04/2017 [23:16]:
İstanbulda tələbələri daşıyan mikroavtobus yandı - FOTOLAR
26/04/2017 [23:11]:
"Qarabağda, hətta Zəngəzurda heç kim qalmayacaq" - Erməni ekspert
26/04/2017 [22:54]:
Türkiyədə rus generalın meyiti tapıldı
26/04/2017 [22:47]:
Kremldən Ərdoğana cavab: " Dəyişməyib"
26/04/2017 [22:39]:
Köhnə avtomobillər istifadədən yığışdırıla bilər – TƏKLİF
26/04/2017 [22:35]:
Ağ saçlı albinos uşaq görənləri heyrətləndirdi - FOTOLAR
26/04/2017 [22:34]:
İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - Video
26/04/2017 [22:31]:
Azərbaycanda bu saytlara giriş qadağan olunur - Nazirlik məhkəməyə müraciət etdi
26/04/2017 [22:18]:
Din xadimi nazirin yanında Quran oxuyarkən öldü - VİDEO
26/04/2017 [21:43]:
"Yaşı 70-i keçmiş bir şəxslə bu formada prinsip aparmaq doğru hal deyil”
26/04/2017 [21:39]:
"Mama" Merkelin "bəxtəvər" əri... - Elə hər zavod bir maşın hədiyyə eləsə...
26/04/2017 [21:23]:
Əli İnsanovun 7 il cəza aldığı məhkəmədəki son sözü -“Mən bu yola kəfənlə çıxmışam”
26/04/2017 [21:20]:
"Erməni xalqı cinayətkar rejimin girovuna çevrilib" -Əli Həsənov
26/04/2017 [21:07]:
Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi
26/04/2017 [20:58]:
“Metsamor” problemi hər kəsdən çox erməniləri narahat etməlidir”
26/04/2017 [20:37]:
“Abşeron” Gənclər Şəhərciyinə qazın verilməsi dayandırılıb - Etiraz
26/04/2017 [20:32]:
Nəcməddin Sadıkov beynəlxalq müdafiə sərgisində
26/04/2017 [20:12]:
“Prezident Administrasiyası ləğv edilə bilməz”
26/04/2017 [19:38]:
Ədliyyə naziri Goranboy rayonunda vətəndaşları qəbul etdi
26/04/2017 [19:28]:
İADC-nin Avropadakı Əməliyyatlar üzrə regional vitse-prezidenti ADNSU-da oldu
26/04/2017 [19:07]:
Türkmənistanlı tələbə: “Mənə ADU ilə maraqlanmağı məsləhət gördülər”
26/04/2017 [19:04]:
Komitə əməkdaşları monitorinq keçirdi
26/04/2017 [19:02]:
"Növbəti dilemma qarşısında qalmışıq..." -Təhsil eksperti
26/04/2017 [18:53]:
Əli İnsanova daha 7 il 5 gün həbs cəzası verildi
26/04/2017 [18:51]:
ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirildi
26/04/2017 [18:49]:
İnterpol dövlət əmlaknını talayan azərbaycanlını axtarır
26/04/2017 [18:47]:
Prezident: "Bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik"
26/04/2017 [18:05]:
Azərbaycanda 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/04/2017 [17:59]:
Mərkəzi Bank sabahın məzənnəsini açıqladı
26/04/2017 [17:21]:
“Kasıbçılıq, səfalət idi” - Prezident
26/04/2017 [17:15]:
Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi
26/04/2017 [16:59]:
Qitələr birləşəcək, dənizlər yox olacaq - Ailimlərdən ŞOK İDDİALAR
26/04/2017 [16:54]:
“Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirildi
26/04/2017 [16:47]:
Prokuror Əli İnsanova daha 8 il iş istədi
26/04/2017 [16:45]:
Deputatdan Azərbaycan kommunistlərinin rəhbərinə ağır sözlər: “Xəcalət çəkin”
26/04/2017 [16:39]:
İspaniyalı professor ADU-da seminar keçirildi
26/04/2017 [16:28]:
2040-da neft bitəcək - Dünyadan gizlədilən 50 həqiqət
26/04/2017 [16:24]:
“Əmək haqları 1 manat artırıldı” kimi təqdimatlar yanlışdır
26/04/2017 [16:20]:
Yeni qanun layihəsi yoxsullaşma probleminin həllinə kömək edəcək
26/04/2017 [16:13]:
Goranboyda daha bir əcaib toy - Milli Qəhrəman meymununu evləndirib?
26/04/2017 [16:01]:
“Moskva görüşü ciddi siyasi nəticələrə səbəb olmayacaq, amma...”
26/04/2017 [15:58]:
“Bu, çox aşağılayıcı bir hərəkətdir” - Aydın Mirzəzadə
26/04/2017 [15:53]:
Evimizdə Hipatit B-ni yayan ən böyük təhlükə- Uzaq durun
26/04/2017 [15:36]:
"Samir Şərifov Azərbaycanın maliyyə sektorunu çökdürüb" - "Həbs olunmalıdır..."
26/04/2017 [15:29]:
Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ
26/04/2017 [15:28]:
Şagird qızlara alt paltarı hədiyyə edən müəllim həbs olundu
26/04/2017 [15:16]:
Ərdoğan: "Suriya münaqişəsini həll etmək olmaz..."
26/04/2017 [15:16]:
Tanrılarla baş-başa - Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj
26/04/2017 [15:12]:
“Bilsəydim ki, Cəmil müəllim də namizədliyini irəli sürəcək...”
26/04/2017 [14:59]:
Hind fəlsəfəsinin 4 qızıl qaydası
26/04/2017 [14:37]:
İlham Əliyevə Kəbə örtüyünün bir fraqmenti hədiyyə edildi -Foto
26/04/2017 [14:35]:
“İŞİD” Messini əsir götürübmüş... - İri məbləğdə pul üçün
26/04/2017 [14:33]:
İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu - Bəyanat
26/04/2017 [14:31]:
"O, qız uşağıdır, toy etməsəydim, verməzdilər" - 60 yaşlı polkovnik
26/04/2017 [14:28]:
Təyyarədə saksafon ifa edən musiqiçi iki min dollar yığdı - Video
26/04/2017 [14:20]:
Müəllim məktub yazıb damarlarını kəsdi - Qubadakı hoteldə+Foto
Bütün arxiv bir sırada
17/04/2017 [09:48] - Müsahibə - ( 5526 dəfə baxılıb)

“Mən o insanların çoxunun yerinə utanıram”

"Cavid Qurbanov dəmir yoluna gələndən sonra gedin, baxın, görün nə qədər işlər görülüb, faktiki dəmir yolunu nəqliyyat dəhlizinin avanqardına çevirdi"


Bu ay istiqlalçı deputat Vahid Əhmədovun 70 yaşı tamam oldu. Elə həmin ərəfədə ölkə prezidenti onu Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif etdi. Parlamentdəki aktivliyi, ölkənin iqtisadi durumu ilə bağlı operativ reaksiyaları ilə daim diqqət çəkən, hətta məmur-vətəndaş münasibətlərində gərginlik yaşananda məsələlərə müdaxilə edib sakitliyin yaranmasına nail olan Vahid Əhmədovun olduqca maraqlı keçmişi var. Yubiley söhbətimizdə bəzi məqamları bizimlə bölüşdü:

- Vahid müəllim, ömrün 70-də bir anlıq dayanıb geriyə baxmaq, ötənləri xatırlamaq imkanınız oldu, yoxsa son zamanların iqtisadi gərginlikləri buna da imkan vermədi?


- 70 elə yaş həddidir ki, artıq insan keçmişi haqqında fikirləşir, necə yaşadığını göz önünə gətirir. Ümumiyyətlə, mən köhnə həyatıma baxanda...Həmişə əmək fəaliyyəti ilə məşğul olmuşam. Lap orta məktəb illərindən. Biz ailədə 9 nəfər olmuşuq, çətin həyat sürmüşük. Mən bacı-qardaşların dördüncüsüyəm. Atam mühasib işləyirdi. Özümüz də məcbur idik ki, məktəbli olarkən də hansısa işlə məşğul olaq. Gedib odun gətirirdik, satıb birtəhər dolanırdıq. Sonra mən gəlib instituta daxil oldum. Amma gündüz oxumaq imkanım yox idi, çünki işləməliydim. 1967-ci ildə Leytenant Şmidt Zavodunda fəhləliyə başladım. Daha sonra isə sex rəisi, usta, istehsalat rəisi işlədim. Sonra isə “Radiozavod”a getdim, orda istehsalat rəisi kimi, Dəzgahqayırma Birliyində baş mühəndis, Bakı Fəhləsində direktor, daha sonra isə Keşlə Maşınqayırma Zavodunda direktor işlədim. Belə...

- Direktorluğa, daha sonra deputatlığa aparan yol fəhləlikdən başlayıb...

- Məni ilk dəfə vəzifəyə rəhmətlik Heydər Əliyev təyin edib. 1982-ci ildə, Moskvaya gedənə yaxın idi. O vaxt Mərkəzi Komitənin katibi var idi, əslən Tovuzdan idi. Məni dəvət edib Heydər Əliyevin yanına apardı. Mənə üç zavod təklif etdilər: Sərdarov zavodu, hərbi zavod və Bakı Fəhləsi. Mən Bakı Fəhləsi Zavodunu seçdim. Heydər Əliyev çağırdı, söhbət etdi, təyin etdi ora. Sonra da qismət elə gətirdi ki, 1985-ci ildə Heydər Əliyev Moskvada olanda SSRİ Ali Sovetinə deputatlığa namizədliyini bizim zavoddan verdi. O zaman Lenin rayonu adlanırdı. Onda da gəldi, biz üç saata yaxın bir yerdə olduq.

- Sonra da siz özünüz deputat seçildiniz...

- Mən 1990-95-ci illərdə, çox ağır illərdə deputat olmuşam, bir də 2005-ci ildən indiyə qədər...Aralıqda mən Azərbaycan Sənayeçilər və Sahibkarlar İttifaqının sədri kimi fəaliyyət göstərdim.

- 43 yaşında mandat qazanmısınız. Bu təşəbbüs kimdən gəldi?

- Heç kimdən. Özüm istədim. Keşlə Maşınqayırma Zavodunun direktoru işləyirdim. Onda da Azərbaycanda demokratik qüvvələr fəaliyyət göstərirdi. Yadımdadır, rəqibim rəhmətlik Sirus Təbrizli idi. Münasibətimiz də yaxşı idi. Dedim kim seçilər, seçilər. Sonra elə oldu ki, mən seçildim.

- Sizi təbrik elədi?

- Hə, təbrik elədi. Görüşürdük. Allah rəhmət eləsin, yaxşı kişi idi. O da demokratik fikirli insan idi.

- Siz həm də hökumətə rəhbərlik edən şəxslərdən biri olmusunuz...

- Mən baş nazirin birinci müavini işləyəndə çox ağır illər idi. İndi deyirlər ki, işləyirik...İndi işləməyə nə var ki... Baş nazir işləmək də rahatdır, çünki vəsait problemi yoxdur.

- O zaman Azərbaycanın ehtiyatı nə qədər idi?

- Biz təyin olunanda ümumiyyətlə, pul yox idi. Hətta taxıl almağa pul tapa bilmirdik. Düzdür, rəhmətlik Əbülfəz Elçibəy və Pənah Hüseynlə o vaxt Türkiyəyə getdik, görüşlər keçirdik, müəyyən qədər kredit götürdük. Amma oradan taxıl gətirmək problem idi, çünki Batumidə müəyyən hissəsini Gürcüstan götürürdü. Gürcüstan da pis vəziyyətdə olduğu üçün bizim taxıldan onlar da istifadə edirdi. Həmçinin müəyyən hissəsini Naxçıvana verirdik, Heydər Əliyevlə mütəmadi danışıqlarımız olurdu. O vaxt Əbülfəz Elçibəy göstəriş verdi, mən Moskvaya getdim. Yeltsin, Rutskoy, Çernomırdinlə görüşlər keçirdim, 7 milyard kredit götürdüm. Adamın üstündə Allah var, ruslar bizə kömək etdilər. Yeltsin baş nazir Çernomırdinə tapşırdı, kömək olundu. Onun Elçibəylə də münasibəti var idi. Həmçinin bizim ordakı azərbaycanlılar da mənə kömək etdilər. Bundan sonra Qazaxıstandan taxıl gətirməyə başladıq.

- Vahid müəllim, Qubaya çox bağlı insansınız...

- Mən təkcə Qubaya yox, bölgəyə çox bağlıyam. Ana tərəfim çox məşhur Qaçaq Mayıl nəslidir. O vaxt daşnaklara qarşı vuruşublar, tarixi kitablarda da var. Qubada Təngə dərəsi var, orada ermənilərlə vuruşublar. Qaçaq Mayıl Məhəmməd Əmin Rəsulzadə ilə çox yaxın dost olub. Hətta Rəsulzadə müəyyən müddət onun evində, Qonaqkənddən yuxarı bir kənd var - Qaraulüstü orada yaşayıb. Həm də babam o vaxtlar kəndxuda olub. Dediyim kimi, tək Qubaya yox, bütün bu zonaya bağlıyam. Dəvəçi, Siyəzən, Qusarda, ümumiyyətlə, hər yerdə mənim dostlarım var. Özü də mən Qubada qəbul aparanda fərq qoymuram ki, kim hardan gəlir, hamını qəbul edirəm. Son on ildə mən həddən artıq çox məktub almışam. Azərbaycanın o rayonu yoxdur ki, ordan məktub gəlməsin. İmkan daxilində bacardığım köməkliyi edirəm.

- Siz həyat və fəaliyyətiniz boyu bütün düşərgələr, iqtidarlarla normal münasibət saxlamağı bacaran nadir şəxslərdənsiniz. Hətta tənqid etdikləriniz də sizə simpatiya ilə yanaşıblar. Bunun sirri nədir?

- Bugünkü hökumət üzvləri ilə də münasibətim yaxşıdır. Elə olmayıb ki, hansısa hökumət üzvünə, nazirə, yaxud baş nazirə müraciət edim, məsələ həll olunmasın. Tənqid deyəndə ki, biz tənqid edirik, çıxış yolu üçün təklif də veririk. Məsələn, devalvasiya prosesi gedəndə mən də, Əli Məsimli də çox ciddi narahat idik. Hər ikimiz hökumətdə işləmiş adamıq, ona görə hökuməti də yaxşı başa düşürük. Dollar kreditləri ilə bağlı məsələnin açıq qalması bu gün də bizi narahat edir. Əgər ölkənin birinci şəxsi deyirsə ki, bank sektoru sağlamlaşdırılmalıdır, bu həll olunmalıdır. Bunun da həll yolları var. Ola bilər bunun yollarını məndən yaxşı bilən də var, pis bilən də. Elə isə yığışıb bunu həll etmək nə problemdir?


- Vahid müəllim, zaman-zaman həmkarlarınızdan müxtəlif postlara təyinatlar olub. Kifayət qədər təcrübəyə maliksiniz, vaxtaşırı çıxış yollarını da təqdim edirsiniz. Sizə hökumətdə təmsilçiliklə bağlı təkliflər olubmu bu illərdə?

- Açığını deyim, təkliflər olan vaxtlar da olub, bununla bağlı elə bir problem yoxdur. İkincisi də mən millət vəkiliyəm, istənilən vaxt təkliflərimi verirəm, sözümü deyirəm. Amma əlbəttə, icra orqanları məsuliyyətli orqanlardır. Təyinat məsələsini isə cənab prezident müəyyən edir, bunu ikinci bir adam müəyyən etmir. Hara, kimi təyin etmək onun səlahiyyətidir. Mən özüm də vəzifə həvəskarı olmamışam. Həyatım boyu ya vəzifə tutmuşam, ya deputat olmuşam. Məni narahat edən bir məsələ var. Baxıram ki, bu dəqiqə hökumətin tərkibində müasir insanlar çoxdur. Bəli, gənclərə yer vermək lazımdır, amma təsərrüfatı bilən insanlar da lazımdır.

Sizə bir misal çəkim: Cavid Qurbanov təsərrüfatda irəli gedən adamdır, bizim dostumuzdur, millət vəkilidir. O dəmir yoluna gələndən sonra gedin, baxın, görün nə qədər işlər görülüb. Faktiki dəmir yolunu nəqliyyat dəhlizinin avanqardına çevirdi. İndi diaqnostika ilə məşğuldur, Bakı-Qarsın açılışı nəzərdə tutulur, İran-Azərbaycan dəmir yolunu açdı, o tərəfdən Naxçıvanla İran arasında dəmir yolu açıldı. Yəni çox böyük işlər görür, çünki təsərrüfatı bilir. Təsərrüfatı bilmədən dövləti idarə etmək çox çətindir. Bu mənada təsərrüfatı bilənlərdən istifadə etmək lazımdır.

- Belə görünür ki, siz özünüz də istənilən sahəni inkişaf etdirmək əzmindəsiniz. Məsuliyyətdən çəkinmirsiniz ki?

- Mən işləyən adamam da. Hələ baş nazirin 1-ci müavini işləyəndə saat 8-də zavodlarda olurdum, gəzirdim, baxırdım, saat 9-da Nazirlər Kabinetində işə başlayırdım. Yəni biz işləyən adamlar olmuşuq, o vaxt iri zavodlara rəhbərlik etmək də asan deyildi. Bu gün Sumqayıtda, Mingəçevirdə böyük sənaye parkı tikirlər. İdxalı azaltmaq üçün bu sahəni inkişaf etdirmək çox mühümdür. Ölkədə neft maşınqayırmasını da inkişaf etdirmək lazımdır. Biz neft-qaz ixrac edən ölkəyik, bu avadanlığı həm xaricə sata, həm də daxili tələbatımızı ödəyə bilərik. Qeyri-neft sektoru ilə bağlı bir faktı xatırladım. Prezident İlham Əliyev uzaqgörən siyasətçidir. 2004-cü ildə “Gülüstan” sarayında Regionların İqtisadi İnkişafı Proqramı ilə bağlı çıxışında hökumət qarşısında iki məsələ qoydu: ərzaq təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sektorunun inkişafı. O vaxtdan indiyə qədər, özü də kifayət qədər vəsaitin olduğu vaxt hökumət bu məsələlərlə ciddi məşğul olsaydı, indi Azərbaycanda heç bir problem olmazdı, qeyri-neft məhsullarını xaricə ixrac etmək imkanına malik idi.

- Vahid müəllim, 70 yaşınız münasibətilə dövlət başçısı sizi “Şöhrət” ordeni ilə təltif etdi. Bir daha təbrik edirəm. Nədənsə yubiley tədbiri, təntənəli təqdimat olmadı. Özünüz istəmədiniz?

- Çox sağ olun təbrikə görə. Amma onu mən müəyyən eləmirəm, özləri müəyyən edir. İkincisi də mən heç buna ehtiyac da görmürəm. Çünki biz işləyən adamlarıq, təsərrüfat adamlarıyıq. Deputat həmkarlarımla ad gününü keçirtdik.

- Deyəsən, ilk yüksək təltifiniz idi...

- Bundan əvvəl “Əməkdar mühəndis” adını almışam, fəxri fərmanlar olub.

- Amma istiqlalçı deputat kimi “İstiqlal” ordenini də haqq edibsiniz. Elə deyilmi?

- (gülür) Qismət Allahdandır. Allah dövlətimizi, millətimizi qorusun! Bu dəqiqə mənim üçün əsas prinsip Azərbaycanın müstəqilliyidir. Bunun əbədi olması üçün hər bir əzab-əziyyətə dözmək olar. Mən şadam ki, bizim gənclər bunu çox yaxşı başa düşürlər. Düzdür, biz sovet sistemində böyümüş insanlarıq, bizə birtəhər gəlirdi. Amma mən o mübarizədə qabaqda da olmasam, dostlarımla birgə proseslərin içərisində olmuşam. Azərbaycan müstəqilliyini əldə edib, bu, bizim üçün böyük nemətdir, onu qoruyub-saxlamaq lazımdır. Mənim cənab prezidentin ən çox xoşuma gələn prinsipi bilirisən nədir: o həmişə çıxışının əvvəlində də, axırında da bütün siyasi-iqtisadi məsələləri Azərbaycanın müstəqilliyi ilə əlaqələndirir. Bu, çox mühüm, çox əhəmiyyətli məsələdir. Digər məsələyə gəldikdə, bizim istiqlalçı deputatlarımız var, ola bilər müəyyən səhvlər olub. Amma onlar istiqlalçıdır. 1991-ci ilin 17 martında SSRİ-nin saxlanması ilə əlaqədar referendumun əleyhinə 43 nəfər səs verdi, biri də rəhmətlik Heydər Əliyev idi. İndi təsəvvür edin ki, o vaxt SSRİ qalaydı. Deməli, 43 nəfərin nəslindən bir nəfər də sağ qalmayacaqdı, hamısını məhv edəcəkdilər. Amma biz o vaxt bunu fikirləşmirdik, deyirdik Azərbaycan müstəqil olsun. Amma o vaxt Ali Sovetdə insanlar var idi ki, müstəqilliyin əleyhinə idilər, deyirdilər Azərbaycan müstəqil olsa, yaşaya bilməz və s. O insanlar indi də sağdılar, vəzifədə olanları da var. Amma mən o insanların çoxunun yerinə utanıram. Çünki Azərbaycanın müstəqilliyinin əleyhinə olan bu insanlar indi müstəqil dövləti təmsil edirlər. Ona görə mən istərdim ki, istiqlalçı deputatlar da öz zəhmətlərinin, əziyyətlərinin bəhrəsini görsünlər. Bunu çox arzulayıram. Yəqin gec-tez cənab prezident bunları da nəzərə alacaq...

Dünyanın ən çox siqaret çəkən gənci siqareti tərgidib arıqladı - FOTO
"İllər keçir, amma acıları bitmir" - Qənirə Paşayeva Çernobıl faciəsindən yazır...
Jurnalistin avtobobili yarasız hala salındı - FOTO
İstanbulda tələbələri daşıyan mikroavtobus yandı - FOTOLAR
“Prezident Administrasiyası ləğv edilə bilməz”
İdrak Liseyi - Keyfiyyətli təhsil
Maraqlı
“Porno-asılılıq insanlarda sonsuzluq yaradır..” - Senator
Müsahibə
"O, erməni olsa belə, Ermənistanın deyil, Ukraynanın daxili işlər naziridir və..."
Hadisə
Gözəllik kraliçası - “Allaha dua edirdim ki, gözəlliyimi al, amma gözlərim görsün...”
Reportaj
Əbədiyyətin qorunduğu məkandan-"Cavid muzeyi"ndən REPORTAJ-FOTOLAR
Hadisə
Din xadimi nazirin yanında Quran oxuyarkən öldü - VİDEO
Həftənin ən çox oxunanları
Ərdoğan ermənilərə başsağlığı verdi -“Sizləri sevgi və hörmətlə salamlayıram"
Türkiyə doğrudanmı Azərbaycana xəyanət etdi?
"Allaha, Qurana and olsun ki, məmurla sevgili deyiləm"
Həkimdən xəstə qadına qarşı alçaq hərəkət - "Sağalacaqsan" deyib...
Dünyanı heyrətə salan intim adətlər: Qızlar hamiləlikdən qorunmağa çalışsalar da...
Artur Rasizadədən qərar: Əməkhaqqı 1 manat artırıldı
Zakir Həsənovdan "müharibəyə hazır olun" əmri: komandirlərə tapşırıq verildi
Cinsiyyət dəyişdirmə əməliyyatında cinsi orqan necə əldə edilir? - FOTOLAR
Toyuq kimi "kürt yatan" kişi 3 həftə sonra cücə çıxardı - İNANILMAZ
Mehriban Əliyeva ilə general arasında dialoq: "Bu məsələ öz həllini tapmalıdır"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin