Xəbər lenti
21/10/2017 [16:09]:
Moskva türklərin hesabına paytaxt olub!.. -Məşhur prodüserdən şovinistlərə sərt cavab
21/10/2017 [16:02]:
Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Arye Qutla görüş keçirildi
21/10/2017 [15:59]:
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
21/10/2017 [15:54]:
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21/10/2017 [15:47]:
Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA
21/10/2017 [15:42]:
Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ
21/10/2017 [15:09]:
1980-90-cı illərdə bütün insanları ram edən məşhur seriallar- MARAQLI
21/10/2017 [14:52]:
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO
21/10/2017 [14:19]:
Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21/10/2017 [14:15]:
Millət vəkili Elnur Əliyev haqqında filimin təqdimatında televiziyalara çağırış etdi
21/10/2017 [14:03]:
Prezident mükafatları artırılır -Ayda 500 manat
21/10/2017 [13:41]:
“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”
21/10/2017 [13:35]:
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
21/10/2017 [13:27]:
“Rafiq Hüseynov birinci, yaxud, ikini gün Almaniyada olacaq”- Diktorun həyat yoldaşı
21/10/2017 [13:25]:
Dağlıq Qarabağda iki erməni hərbçi ölüb
21/10/2017 [13:20]:
İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu
21/10/2017 [13:15]:
Avtobus dayanacaqlarının “BUS” sözü ilə işarələnməsi normaldırmı?
21/10/2017 [13:12]:
Ermənistan hərbçiləri qəzaya düşdülər -İki yaralı...
21/10/2017 [13:10]:
“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21/10/2017 [13:07]:
Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21/10/2017 [13:03]:
Bakıda intihara cəhdin qarşısı alındı
21/10/2017 [12:55]:
Bakıda ekstrasens "Gelandewagen"lə qəzaya düşdü – FOTO
21/10/2017 [12:53]:
Hava ilə bağlı xəbərdarlıq - Leysan, külək, şimşək...
21/10/2017 [12:47]:
Milyarder Trampın impiçmenti üçün kampaniyaya başladı - VİDEO
21/10/2017 [12:31]:
Zakir Həsənov müşavirə keçirdi
21/10/2017 [12:25]:
“Maşın şou”da saxtakarlıq olub? -Video
21/10/2017 [12:23]:
Rza Talıbovun kitabı Gürcüstanda təqdim olundu - FOTOLAR
21/10/2017 [12:11]:
Kaş ki, bir də tələbə olsaydım...
21/10/2017 [11:56]:
Vaqif Əsədov üstündə erməni bayrağı əks olunmuş avtomobildən danışdı...
21/10/2017 [11:53]:
Ramil Usubov Gəncədə şikayətçi vətəndaşları qəbul etdi
21/10/2017 [11:45]:
Səfir Hulusi Kılıc: “Azərbaycana təkrar səfir kimi gəlmək istərəm”
21/10/2017 [11:28]:
Avropanın meyvəsi - görüntüsü gözəl, dadı isə yox
21/10/2017 [11:26]:
“O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük günahdır” -Allahın 99 ADI
21/10/2017 [11:20]:
Fransız filosofu: “Qərb dünyası İmam Hüseynin (ə) fədakarlığına ehtiyac duyur”
21/10/2017 [11:17]:
“Rəşadətli hücumun qarşısını Surət Hüseynovun xəyanətkar hərəkətləri aldı”
21/10/2017 [11:08]:
Ronaldodan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi
21/10/2017 [11:06]:
“Qarabağ”dan sərt cavab - “Səviyyəsiz...”
21/10/2017 [11:05]:
Bakının “əli” güclənir, İrəvan şanssız qalır -İşğalçıya çarpaz zərbə
21/10/2017 [11:02]:
"“Sabah” Azərbaycandan üzr istəməlidir " - Qənirə Paşayeva
21/10/2017 [10:57]:
Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər...
21/10/2017 [10:47]:
YAP da mitinq keçirəcək?..
21/10/2017 [10:26]:
Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən - REPORTAJ
21/10/2017 [10:16]:
Deputatların Azərbaycan əleyhinə səs verməsinə Kiyevdən - Münasibət
21/10/2017 [10:15]:
Səməd Seyidov yola salınır…
21/10/2017 [10:12]:
Cəbhədə atəşkəs pozuldu
21/10/2017 [10:07]:
Büdcə kəsiri açıqlandı - 666 milyard dollar
21/10/2017 [10:06]:
Bill Qeyts məktəblərə 1,7 milyard yatırım edəcək
21/10/2017 [10:02]:
İŞİD Əfqanıstanda iki məscidi partladıb - 72 ölü + Yenilənib
21/10/2017 [10:02]:
Ölkəni Yeltsin deyil, qızı Tanya ilə oynaşı Çubays idarə edib - BƏDBƏXT RUSİYA...
21/10/2017 [09:59]:
Ərdoğan və Putin arasında telefon danışığı oldu
21/10/2017 [09:58]:
Kral İraqa dəvət göndərdi - 25 il sonra ilk dəfə
21/10/2017 [09:55]:
Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verildi
21/10/2017 [02:43]:
Konkret işlərin həlli ilə məşğul olun - Günün qoroskopu
21/10/2017 [00:49]:
SSRİ rəssamlarının sərgisində Xruşovun partlatdığı “bomba” -“Sən homoseksualsan...”
21/10/2017 [00:45]:
"Onların mənliyi olsa Azərbaycan bayrağının altında oturmazlar" - İTTİHAM...
21/10/2017 [00:07]:
Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı
21/10/2017 [00:01]:
Ərbil yaxınlığında döyüş - İraq ordusu qəsəbəni azad etdi
21/10/2017 [00:00]:
Bacısını oğlanla görən 17 yaşlı gənc bıçağa əl atdı
20/10/2017 [23:58]:
Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...
20/10/2017 [23:55]:
Ermənistanda əsgər əsgəri güllələdi
20/10/2017 [22:56]:
Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti
20/10/2017 [22:52]:
Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
20/10/2017 [22:33]:
“İdrak” liseyində YAP-ın 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
20/10/2017 [22:27]:
Qartal 350 metr yüksəklikdə havada uçan dronu parçaladı - FOTOLAR
20/10/2017 [22:23]:
“Şeyx Həmzət” azadlığını 3,6 milyon avroya satın aldı
20/10/2017 [22:17]:
Bakı sakinlərinin qısa ətəyə münasibəti – SORĞU
20/10/2017 [22:09]:
"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...
20/10/2017 [22:06]:
Kaş ki, bir də tələbə olaydım - İnkişaf və tərəqqinin ünvanından təəssüratlar...
20/10/2017 [21:57]:
Qadın mağazanın ortasında ətəyini qaldırıb... - VİDEO
20/10/2017 [21:40]:
Braziliyada yeniyetmə məktəbdə atəş açdı, iki uşaq öldü
20/10/2017 [21:36]:
Eynşteynin həyatı barədə bilmədiyiniz 10 maraqlı məlumat - Hər yerə corabsız gedirdi...
20/10/2017 [21:26]:
Məşhur müğənninin evini yardılar - 50 minlik əşyalarını apardılar
20/10/2017 [21:24]:
“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Rusiyanın baş təlxəyi...
20/10/2017 [21:21]:
“Bu çağırışın önəmini dərk etməyənlər ciddi fəsadlarla üzləşəcək”
20/10/2017 [20:40]:
AXC-nin 100 illiyi ilə bağlı sərəncam - 5 milyon ayrıldı
20/10/2017 [20:38]:
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı
20/10/2017 [20:35]:
Üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi: – “Bu gecə Azərbaycanı tərk edəcəm”
20/10/2017 [20:35]:
Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”
20/10/2017 [20:33]:
Vüqar "Maşın"dakı gizlinləri açıb-tökdü: "Bunu eşidəndə dəhşətə gəldim"
20/10/2017 [20:14]:
Kabildə məsciddə partlayış - Azı 30 nəfər öldü
Bütün arxiv bir sırada
20/04/2017 [01:20] - Cəmiyyət - ( 1324 dəfə baxılıb)

“Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” mövzusunda tədbir keçirilib



Moderator.az xəbər verir ki, “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” başlıqlı tədbir keçirildi. Tədbirdə eyni zamanda “Azərbaycan Milli Kimliyi” kitabının təqdimatı olub.

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü bildirdi ki, 12 yaşını tamamlayan təşkilatın fəaliyyətinin böyük bir qismi milli kimlik mövzusunun araşdırılmasına həsr olunub. O, deyib ki, cəmiyyətdə milli-mənəvi dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə, soykökümüzə qarşı olan hücumlar mövzunun bu gün üçün də çox aktual olduğunu göstərir. M.Göyüşlü 2013-cü ildə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini icra etdiklərini, yekunda “Azərbaycan Milli Kimliyi” kitabını ərsəyə gətirdiklərini vurğuladı. O, kitabdakı məqalələrdən bəhs etdi. M.Göyüşlü müəyyən nöqsanlara baxmayaraq ortaya qoyulmuş bu nəşrlə ciddi nəticə əldə etdiklərini açıqladı. O, bundan sonra da bu istiqamətdə geniş çalışmalar həyata keçirmək niyyətində olduqlarını dedi. Çıxışçı bu mövzuya həsr olunmuş ayrıca bir saytın yaradılmasını nəzərdə tutuduqlarını dedi. Onun sözlərinə görə təşkilatın tərkibində fəlsəfə doktoru Aqil Eyvazovun rəhbərliyi altında “Milli Kimlik” Araşdırma Mərkəzinin yaradılıb. M.Göyüşlü həmin mərkəzin təşkilatçılığı ilə müzakirələrin ictimai, elmi, ideoloji istiqamətdə olacağını vurğuladı. Çıxışçı eyni zamanda bu istiqamətdə çalışan dövlət qurumlarına da yaxından kömək etməyə hazır olduqlarını söylədi.

“Azərbaycan Milli Kimliyi” kitabında Nadir şah Əfşarla bağlı məqalənin müəllifi, AMEA Tarix İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Hacı Həsənov akademik İqrar Əliyev haqqında müsbət fikirlər söylədi. O, Nadir şah Əfşarın timsalında nümunə göstərərərk insanlarımızın əksər tarixi şəxsiyyətlərimizi tanımamasını təəssüflə qeyd etdi. H.Həsənov məhz bu səbəbdən təklif edib ki, milli kimlik mövzusunda daha geniş müzakirələr aparılsın. Tarixçi milli məsələlərdə, dövlətçilik istiqamətində geniş fəaliyyətin tərəfdarı olduğunu açıqladı.

“Azərbaycan Milli Kimliyi” kitabında ümummilli lider Heydər Əliyevlə bağlı məqalənin müəllifi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Yusif Alıyev milli kimliyimizə kənardan çox müdaxilələr olduğunu söylədi. Onun sözlərinə görə nəşrdə ziyalıların milli kimliyimizə baxışı əks olunub. O, bildirib ki, Heydər Əliyevlə bağlı məqaləni hazırlayarkən arxivlərdə çox maraqlı faktlarla rastlaşıb və bunları məqalədə əks etdirib. Y.Alıyev ümummilli liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıb.

“Azərbaycan Milli Kimliyi” kitabında Şirvanşahlar haqqında məqalənin müəllifi, AMEA Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli bildirdi ki, Azərbaycan tarixini qalib dövlətlər yazdığı üçün milli kimlik məsələsinə ciddi zərbə vuruldu. Avropalının öz dini kitablarını təhqir etmədiyini diqqətə çatdıran D.Əzimli bizdə dini kitabın, o cümlədən tarixi şəxsiyyətlərimizin, dəyərlərimizin təhqir edilməsindən narazılığını büruzə verdi. O, tarixi və coğrafi təfəkkürün milli kimlikdə birləşdiyini söylədi. Tarixçi, Şirvanşahların dini həyatından bəhs edərək dini tolerantlığın yüksək səviyyədə təmin olunduğunu açıqladı. O, milli kimlik mövzusunun davam etdirilməsinin tərəfdarı kimi çıxış etdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli bildirdi ki, bu cür müzakirələrin daha müntəzəm şəkildə keçirilməsinin tərəfdarıdır. Y.Məmmədli multikulturalizm haqqında danışaraq təmsil etdiyi qurumun gördüyü işlərdən bəhs etdi. O, azərbaycançılıq, azərbaycanlı kimi anlayışlarından söz açdı. Çıxışçı azərbaycanlı anlayışının Azərbaycanda yaşayan hər kəsi birləşdirdiyini vurğuladı və bunun reallaşdırılmasında Heydər Əliyevin rolundan bəhs etdi. Y.Məmmədli Multikulturalizm Mərkəzinin hazırladığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında danışdı.

“Azərbaycan Milli Kimliyi” kitabındakı Azərbaycan ziyalılarının Rusiya müsəlmanlarının birliyi ilə bağlı gördüyü işlərlə bağlı məqalənin müəllifi, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu bildirdi ki, gələcəkdə nəzəri araşdırmalardan ibarət vahid bir kitab hazırlanmalıdır. Dünyada bu istiqamətdə çoxsaylı araşdırmaların aparıldığını deyən Y.Qaraqoyunlu qeyd etdi ki, milli kimliyi təşkil edən ünsürlər sistemli şəkildə işlənməlidir. O, təklif etdi ki, gələcəkdə həmin araşdırmanın hər fəsli bir araşdırmaçı tərəfindən işlənilsin: “Məsələn, “Milli kimlik və mədəniyyət”, “Milli kimlik və dil” və s. istiqamətdə çalışmalar aparılmalıdır”.

“Azərbaycan Milli Kimliyi” kitabında Babəklə bağlı məqalənin müəllifi, “Oğuz” müstəqil araşdırmaçılar qrupunun üzvü Ceyhun Bayramlı bildirdi ki, türk xalqları lokal milli təşəkkül tapmadıqca birlik qurmaq imkanları çətin olacaq. O, sovet imperiyasının milli kimliyimizə vurduğu zərbələrdən danışdı. C.Bayramlı azərbaycançılıq və türklük məsələlərinin bir-birinə qarşı qoulmasına etiraz edərək bunun məqsədli şəkildə həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə etnik kimlik, dini kimlik, vətən kimliyi birləşərək milli kimliyi təşkil edir: “Burada milli-mənəvi dəyərlər mühüm amil təşkil edir”. C.Bayramlı hesab edir ki, şəxsiyyətlərin deyil ideyaların müzakirəsinə üstünlük vermək lazımdır. C.Bayramlı kitabda Babəki hökmdar kimi təqdim etdiyini və bununla bağlı bir sıra faktları əks etdirdiyini dedi.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, iş adamı Arzuman Abdulkərimov bildirdi ki, ilk dəfə 1987-1988-ci illərdə milli kimliklə, soykökümüzlə bağlı məsələlərlə maraqlanıb. O, daim türk-islam dəyərlərinə üstünlük verdiyini vurğuladı. A.Abdulkərimov görülən işlərin geniş şəkildə təqdim edilməsinə ehtiyac olduğunu qeyd etdi. O, türklüyə qarşı son dövrlərdə edilən hücumlardan narazılığını gizlətməyərək bunları qanyıb.

“Birlik” jurnalının redaktoru İlqar İlkin türklüklə bağlı gördükləri işlərdən danışaraq bu istiqamətdə sıxıntı yaşamadıqlarını açıqladı. O, Gürcüstanda qarapapaq türkləri adı altında görülən çalışmalardan narazılığını dilə gətirdi. İ.İlkin Gürcüstanda azərbaycanlılarla bağlı görülən bir sıra işlərdən də bəhs edib. Redaktor tarixi şəxsiyyətlərimizə olan münasibətdən bəhs edərək onları daha çox təbliğ etməli olduğumuzu vurğuladı.

Türkiyənin Karabük Universitetinin dosenti Ali Asker bildirdi ki, türklük məsələsi, türklərin problemi dünyanın hər yerində aktual bir mövzudur. O, Türkiyədə məzhəb və din amilinin türklüyə qarşı qoyulmasının yaratdığı çətinliklərdən bəhs etdi. O, milli kimliyin, türklüyün genetik mövzu olmasından daha çox bir ruh məsələsi olduğunu qeyd etdi. A.Asker Gürcüstandakı türklərlə bağlı həyata keçirdikləri araşdırmalardan, nəşr etdikləri kitabdan danışdı. O, Gürcüstanda demokratikləşmə prosesinin getdiyini, lakin bunun altında eyni zamanda gürcü millətçiliyinin olduğunu söylədi.

Tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov bildirdi ki, millətin, dövlətin öz kökünü quracağı dörd əsas sütun var: “Bunlar tarix, mədəniyyət, dil-ədəbiyyat, inancdır. Bunları bir-birinə qarşı qoymaq düzgün deyil. Bu gün minlərlə əsgərimiz var, amma Mübariz İbrahimov olması üçün dördüncü ayaqdan qidalanma olmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu türklüyü islam dini olmadan təsəvvür etmədiyini açıqladı. O, sufizmdən bəhs edərək bu istiqamətdə konkret misallar çəkdi: “Həyatda imanla idrak yanaşı olmalıdır. İman idraksız olanda cəhalət baş verir, idrakın yanından iman çəkiləndə vəhşilik başlayır. Bunlar bir-birini tamamlayanda ahəng yaranır”.

Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli elmi çalışmalarla yanaşı tariximizi, tarixi şəxsiyyətlərimizi geniş kütləyə sevdirmək üçün təkliflərlə çıxış etdi.

“Milli Kimlik” Araşdırma Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Aqil Eyvazov gələcək fəaliyyətlərdən bəhs etdi. O, tarixi şəxsiyyətlərimizi, tariximizi geniş kütləyə sevdirməyə çalışacaqlarını, bu istiqamətdə çalışmalar həyata keçirəcəklərini vurğuladı. 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Rusiyanın baş təlxəyi...
“Bakıda böyük partlayış olacaq” - HƏYƏCAN TƏBİLİ...
Ermənistan ordusunun hərbi hissələrindən birində partlayış -Xeyli sayda ölən və yaralanan var
Bu gecə bütün Yer sakinləri ulduz axınını izləyə biləcək
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
Cəmiyyət
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
Cəmiyyət
Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...
Cəmiyyət
Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti
Siyasət
“Bu çağırışın önəmini dərk etməyənlər ciddi fəsadlarla üzləşəcək”
Həftənin ən çox oxunanları
"Nə vaxta kimi bu millətin biqeyrətlərini, psixi xəstələrini, fahişələrini reklam edəcəksiniz?"
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
"Hafka"nın saxlandığı xəbəri yayıldı - Silahlı basqına görə
Laçın rayonun bütün kəndlərinin kosmosdan hazırkı görüntüləri - VİDEO
Mütəxəssislərdən xəbərdarlıq: “İctimai nəqliyyatda yaşlılara yer verməyin...”
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
14 yaşlı qızının seks videolarını çəkib sevgilisinə yollayan ana da varmış - DƏHŞƏT...
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
"Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə..."
Amerikanın atom sualtı qayığı sekslə məşğul olma məkanı imiş - ŞOK İDDİA...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin