Xəbər lenti
23/06/2017 [14:17]:
Yarı insan, yarı quzu doğuldu – Görənlər şok oldu
23/06/2017 [14:06]:
300 sakini olan bu kənddə hamı bir gecədə dəli olub - İNANILMAZ FOTOLAR
23/06/2017 [13:59]:
“Eldar Mahmudov məhkəməyə gəlsin...”
23/06/2017 [13:52]:
Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılacaq
23/06/2017 [13:48]:
Mədət Quliyev Formula-2 yarışlarını izlədi - FOTO
23/06/2017 [13:45]:
Emin Ağalarov sevgilisi ilə belə istirahət edir - VİDEO
23/06/2017 [13:43]:
Allahşükür Paşazadə müsəlmanları bayram münasibətilə təbrik etdi
23/06/2017 [13:41]:
Vəhşi şir turistlərə hücum etdi - VİDEO
23/06/2017 [13:34]:
Azərbaycanda çay daşdı, insanlar yolda qaldı - VİDEO
23/06/2017 [13:31]:
Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli
23/06/2017 [13:17]:
Əmək pensiyaları üzrə xərclər altı dəfə artdı
23/06/2017 [13:05]:
“Evlənməməyimin səbəbkarı atamdır” - “Banu”nun Güneli
23/06/2017 [13:04]:
“İstixanada yetişdirilən qarpızlar istehlak üçün yararlıdır”
23/06/2017 [12:55]:
Təhsil Nazirliyi: "Publik hüquqi şəxs statusu ölkədə ali təhsili inkişaf etdirəcək"
23/06/2017 [12:54]:
Taksi sürücüsü Artur Rasizadənin kortejinə “protiv” getdi -Görün nələr oldu
23/06/2017 [12:39]:
Vergilər Nazirliyi içki satışı ilə məşğul olanları yoxlayır
23/06/2017 [12:31]:
Dövlət büdcəsinə reklamdan hər il 10 dəfə az vəsait daxil olur - Səbəb
23/06/2017 [12:12]:
Ramazan tətili başlayır
23/06/2017 [12:04]:
Azərbaycan tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalına başlayır - FOTO
23/06/2017 [12:00]:
Rusiya Suriyada uğuru türk insanın qanı bahasına təmin edəcək?
23/06/2017 [11:53]:
Tarkan Bakıdadır - FOTO
23/06/2017 [11:50]:
Azərbaycanda məmurların sayı açıqlandı
23/06/2017 [11:35]:
Reklamdan büdcəyə daxilolmalar artacaq
23/06/2017 [11:19]:
İlham Əliyev yeni hərbi hissəsinin açılışında
23/06/2017 [11:09]:
“ASAN xidmət” üç gün işləməyəcək
23/06/2017 [11:04]:
Ordumuzun şərəfinə yeni medal təsis olunur
23/06/2017 [11:02]:
Generalın İrəvana xəbərdarlığı -Dərhal və amansızlıqla...
23/06/2017 [11:00]:
İdmançımız dünya çempionu oldu
23/06/2017 [10:57]:
İlham Əliyev Şirvan şəhərinə səfər etdi
23/06/2017 [10:51]:
Nazirlikdən hərbçilərlə bağlı açıqlama
23/06/2017 [10:45]:
Bu gün Formula-1 üzrə Azərbaycan Qran-Prisi start götürür
23/06/2017 [10:34]:
Dollar və avronun ucuz satıldığı banklar
23/06/2017 [10:22]:
Məhkəmə “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxardı
23/06/2017 [10:20]:
Atatürk hava limanında terrorçu qadın saxlanıldı
23/06/2017 [10:12]:
Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak etdi
23/06/2017 [09:52]:
Cəbhədə atəş səsləri səngimir
23/06/2017 [09:49]:
ADPU-nun nəzdində ADPK-də İctimai Şuranın üzvlərinin iştirakı ilə monitorinq keçirildi
23/06/2017 [09:47]:
İŞİD terrorçusunu öldürən snayper yeni dünya rekorduna imza atdı
23/06/2017 [09:44]:
IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir
23/06/2017 [09:35]:
Məşuqəsini qətlə yetirərək daha iki nəfəri yaraladı
23/06/2017 [09:32]:
Telman İsmayılova daha bir şok
23/06/2017 [09:28]:
Rövnəq Abdullayevin müşaviri vəfat etdi
23/06/2017 [09:27]:
Ölkə başçısına və 1-ci vitse prezidentə müraciət: - Həmin icra başçıları cəzalandırılsın...
23/06/2017 [09:23]:
Jurnalistlər üçün iftar verdi - RUHANİLƏR İDARƏSİ...
23/06/2017 [01:03]:
Ailədə münaqişələr mümkündür - Günün qoroskopu
23/06/2017 [00:56]:
"Mən kasıbların bu sahədə işləməsinin qəti olaraq əleyhinəyəm"
22/06/2017 [23:20]:
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq
22/06/2017 [23:13]:
"26 iyun - Silahlı Qüvvələr Günü"nə həsr edilmiş stolüstü tennis üzrə turnir keçirildi
22/06/2017 [22:30]:
Vasif Talıbov yeni nazir təyin etdi
22/06/2017 [22:27]:
Ramazan ayının 28-ci gününün – DUASI VƏ TƏQVİMİ
22/06/2017 [22:26]:
Milli Məclisin deputatları AŞPA-nın yay sessiyasında iştirak edəcəklər
22/06/2017 [22:24]:
Deputat: "Mehriban Əliyevanın bu addımı bütün cəmiyyətə mesajdır"
22/06/2017 [22:09]:
Reanimasiyaya düşən xalq artistindən xəbər var
22/06/2017 [22:07]:
“Manat nədən möhkəmlənir?” - 8 amil
22/06/2017 [21:54]:
"Mövcud olmayan Ermənistanın tarix dərsliklərinə salınması təxribatdır" - Ermənişünas alim
22/06/2017 [21:49]:
Həzrəti İbrahimin peyğəmbərliyini təsdiq edən riyazi düstur kəşf edildi – Elmi-lədun
22/06/2017 [21:44]:
3 yaşlı uşağın ölümünün sirri: Sumqayıt məhkəməsi həqiqəti üzə çıxaracaqmı?
22/06/2017 [21:25]:
Bəşirov vəzifə xəbərindən danışdı - “Kəmaləddin Heydərovla dostam”
22/06/2017 [21:24]:
Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir
22/06/2017 [21:22]:
Gəlini faciəvi şəkildə ölən şairə haqda - Ciddi ittihamlar
22/06/2017 [21:09]:
Görkəmli kinorejissor jurnalistlərdən kömək istədi: "Onu öldürməkdən başqa çarəm qalmayıb..."
22/06/2017 [20:49]:
Leonid Kuçma: "Hər şeyi Putin həll edir"
22/06/2017 [20:13]:
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq – XƏBƏRDARLIQ
22/06/2017 [20:07]:
Bakıda turistin başına oyun açan əxlaqsız qadınlar saxlanıldı
22/06/2017 [19:56]:
“Facebook” yeni funksiyanı sınaqdan keçirir
22/06/2017 [19:54]:
Nazirliyin şöbə müdiri: "Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu, onun öz günahıdır"
22/06/2017 [19:47]:
Bakıda turistin başına oyun açan əxlaqsız qadınlar saxlanıldı
22/06/2017 [19:40]:
Qənirə Paşayeva müraciət etdi- Baş nazir pul ayırdı
22/06/2017 [19:26]:
ADNSU tələbələri SOCAR Fuqro MMC-də yay təcrübəsində iştirak etmək üçün imtahan verdi
22/06/2017 [19:24]:
Nazir: "Büdcənin kəsiri 82,2% artırılacaq"
22/06/2017 [19:16]:
Kral oğlu vəliəhdliyi 200 mlrd. dollara aldı? - Səudiyyə Ərəbistanında
22/06/2017 [19:13]:
Cəbhəboyu zonada yerləşən iki yeni hərbi şəhərciyin açılışı olub – FOTO + VİDEO
22/06/2017 [19:12]:
Yenilənmiş dövlət büdcəsinin xərclərinin əsas – İSTİQAMƏTLƏRİ
22/06/2017 [19:08]:
Ayaqları şişən tısbağaya təkər qoşdular- FOTOLAR
22/06/2017 [19:04]:
Bakıda televiziya ofisinə silahlı basqınla bağlı rəsmi məlumat – YENİLƏNİB
22/06/2017 [19:01]:
Əli İnsanov barədə qərar verildi
22/06/2017 [18:59]:
Maşınqayırma sənayesinin inkişafında xidmətləri olan şəxslər təltif edildi – SİYAHI
22/06/2017 [18:58]:
Böyük Vətən Müharibəsi və ya “Preventiv” müharibə....
22/06/2017 [18:40]:
Ali Baş Komandan generala orden verdi - 3-cü dərəcəli “Vətənə xidmətə görə”...
22/06/2017 [18:35]:
"Təyinat məsələsində medianın bu şəxs haqqında nələr yazdığı rol oynamır"
Bütün arxiv bir sırada
20/04/2017 [21:47] - Müsahibə - ( 4188 dəfə baxılıb)

"Söz də dərman kimidir; Təyinatı üzrə və dozasında işlədiləndə məlhəm, əks halda isə..."



Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin, Toponimiya komissiyasının üzvü Musa Urud cəmiyyəti narahat edən bəzi məsələlərlə bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb:

- Musa müəllim, son zamanlar insanlar daha çox aqressiv olub, sanki insanlarda qana susama, cinayətə meylli hallar müşahidə olunur. Sizcə bunun səbəbi nədir?

-Çox təəssüf hissi ilə qeyd edirəm ki, hal - hazırda dünyada psixoloji gərginlik günbəgün artır. Bu yaxınlarda bir saytda oxudum ki, Amerikada bir tədqiqat nəticəsində 100 insandan 90 – ının artıq bir birinə “gecən xeyrə”, “sabahın xeyir” kimi ifadələr işlətmədiyi məlum olub. Belə nəticəyə gəlmək olar ki, insanlarda yadlaşma, tənhalaşma prosesi gedir. Bunun da səsəbi informasiya texnologiyalarının həyatımıza sürətlə müdaxilə etməsi,  insanların öz mühiti ilə konflikti, aldığı informasiyanı həzm edə bilməməsidir. Eyni zamanda sosial və məişət səviyyəsində münasibətlərin hormoniyadan çıxmasıdır. Bunlar hamısı müəyyən qədər aqressiya yaradır, depressiyalara səbəb olur. Belə hallar isə bəzən cinayət hadisələrinə, intiharlara səbəb olur. Belə demək olar ki, bu, dövrün bir xəstəliyidir, bunu tək Azərbaycanla əlaqələndirmək doğru deyil. Biz dünya statistikalarına baxanda ən çox inkişaf etmiş ölkələrdə  bu hadisələrin daha çox baş verdiyinin şahidi oluruq. Azərbaycanda bu halların çox surətlə artmasında ənənəvi ailə institutunun deformasiyaya uğraması da öz rolunu oynadı. Qərbə çox sürətli şəkildə inteqrasiya edərkən öz ənənələrimizi qorumağı unutduq. Bu halların baş verməsində sosial – iqtisadi, hüquqi faktorların da rolunu danmaq olmaz. 
Nə edə bilərik ki, bu halların qarşısını alaq, insanlar bir birinə səbrli, tolerant münasibət göstərsin. Yenə də dünya təcrübəsinə müraciət etməli, bizdən öncə bu şokları yaşayan dövlətlərin strategiyasından istifadə etməliyik. Psixoloji yardım xidmətlərinin genişlənməsi, insanların özlərinə, bir - birinə dəstək proqramlarının, xüsusilə qeyri – hokumət təşkilatları və cəmiyyət səviyyəsində həyata keçirilməsi lazımdır. Ailə üzvlərinin bir biri ilə vaxt keçirməsi üçün imkanların yaradılması və insanlara dövlət qurumları tərəfindən xidmətlərdə bürokratik əngəllərin, işsizliyin, sosial ədalətsizliyin aradan qaldırılması, layiqli əmək haqqının təmin olunması,  hüquqi müstəvidə problemlərin çözülməsi bunları aradan qaldıra bilər. 
Psixoloji yardımın genişlənməsi ilə əlaqədar Səhiyyə Komitəsi olaraq qanun layihəsi hazırlamışıq və Milli Məclisdə bu layihəni qəbul edəcəyik. Bu işlərin həll olunmasında ailənin üzərinə də böyük iş düşür. Uşaqların tərbiyəsi ilə düzgün məşğul olunmalıdır. Onların kompüterlə, oyunlarla çox oynaması uşaqların yadlaşmasına, tənhalaşmasına səbəb olur. Bu problemlərlə indidən məşğul olmasaq gələcəkdə intiharların, cinayətlərin qarşısını almaq daha da çətin olacaq. Hardasa 10 il bundan öncə intihar hadisəsinə çox nadir hallarda rast gəlinərdisə, və o qədər də ictimai əhəmiyyət kəsb etməzdisə, artıq Azərbaycanda ən azı günə bir və ya iki intihar hadisəsi baş verir və bu çox ciddi bir problemdir. Düşünürəm ki, aidiyyatı qurumlar, qeyri hökumət təşkilatları, o cümlədən dövlət bu problemlə ciddi məşğul olmalıdır.  

- Psixoloq Dəyanət Rzayevin, yazar Mövlud Mövludun intihar etməsi əslində intiharların geniş vüsət aldığından xəbər verir. Sizcə bunun qarşısını almaq üçün dövlət konkret olaraq hansı addımlar atmalıdır?

- Cənab Prezidentimizin bu sahədə göstərişi var. Dövlət tibb müəssisələrində psixoloqlar pulsuz fəaliyyət göstərir. İnsanlarımız da öz səhhətlərinə biganə qalmamalıdırlar. İntihar birdən –birə baş vermir, insan bəzən aylarla bəzən də illərlə intihara yol gedir. Ailə üzvləri bunu görürlər, hiss edirlər. İnsanların özünə qapanmasından, tənhalaşmasından, sosial fəallığının azalmasından, ünsiyyətdən qaçmasından bunu hiss etmək olar. Dəyanət Rzayev, Mövlud Mövlud kifayət qədər istedadlı, dünyagörüşlü gənclər idi. Onların intihar etmə səbəblərini dəqiq deyə bilməsəm də belə güman edirəm ki, bu gəncləri intihara sövq edən amillərdən biri də onların tənhalaşması oldu.
Hal – hazırda Avropa əhalisinin yarıdan çoxu antidepressant dərmanlardan istifadə edirlər. Onlar artıq bunu normal hal kimi qəbul edirlər. Ancaq bizdə psixiatra müraciət etməyi özümüz üçün faciə hesab edirik və bunu hardasa bizə mənfi hal gətirəcək bir stuasiya kimi qiymətləndiririk. Burda qeyri – adi bir hal yoxdur.  
Orta məktəblərdə də psixoloqlar fəaliyyət göstərir. Hər məktəbdə uşaqların sayına müvafiq olaraq psixoloq ştatları olmalıdır. Ancaq məsələ burasındadır ki, bu psixoloqların bir çoxu da öz işlərinin öhdəsindən gələ bilmirlər. Mətbuat da bu sahədə çox gözəl təbliğat, maarifləndirmə işləri apara bilər.  

- Düşünürsünüz ki, cinayətlərin, intiharların mediada daha qabarıq şəkildə yayılması əslində belə hadislərin daha da genişlənməsinə səbəb olur?

- Bəli. Mən bu haqda bir neçə dəfə demişəm. Bu sahəyə aidiyyatı olan olmayan, depressiya və intihar barəsində diletant səviyyədə biliyi olmayan bəzi şəxslər sosial mediada  mənə iradlarını bildirsələr də, mən yenə də qeyd edirəm ki, intihar hadisələri, xüsusi ilə, nümayiş olunan intihatlar təhrik edici təsirə malikdir, belə demək mümkünsə, yoluxucu effekt daşıyan psixi  travmadır.  İntiharı təntənəli şəkildə yaydıqda başqa bu fikrə meyilli olan insanları da sanki ölümün ağuşuna atılmış oluruq. 1968-ci ildə Sovet qoşunları sosialist rejiminə üsyan dalğasını yatırmaq üçün Praqaya daxil oldular. Etirazçılardan biri Yan Palax adlı  tələbə 1969-cü ilin yanvarın 19-da Praqanın Vatslav meydanında nümayişkaranə şəkildə özünü yandırdı. Həmin ilin aprel ayına qədər 26 gənc Çexoslovakiyanın müxtəlif şəhərlərində özlərini yandırdılar. Bir neçə il öncə Qarabağ qazisi özünü yandırmaqla intihar etdi və bir il ərzində intiharların çoxu özünü yandırmaqla baş verdi. Onu da qeyd edim ki, özünü yandıraraq intihar edənlə, özünü hündürlükdən atanın intihar etməsi arasında bir psixoloji fərq də var. Hündürlükdən özünü atan şəxs artıq tam olaraq intihara qərar verib və geri dönüşü olmadığını bilir. Özünü yandıran insanda isə hardasa gizli bir ümid var ki, mən xilas ola bilərəm. Bu səbəblərə görə özünü yandırma ilə olan intiharları çox ehtiyatla xəbərlərdə vermək lazımdır. Bəzən görürsən belə hadisələrin videolarını, fotolarını  sosial şəbəkədə yayırlar. İntihar sahəsi ilə məşğul olan peşəkar psixoloqlar mənim fikrimi təsdiq edə bilərlər. Digərlərinin fikirləri elə də önəmli deyil.
Mətbuat, əlbəttə ki, belə hadisələrə diqqətlə yanaşmalı, intihar haqqında tibbi, hüquqi biliyi olan insanlar bu haqda yazmalıdırlar. Ən azından jurnalistin borcudur ki, bir, ya bir neçə sahə üzrə ixtisaslaşsın, ixtisaslaşmırsa, hər hansı xəbəri araşdırmadan, necə gəldi  öz saytında, qəzetində yayımlamaq ciddi jurnalistikaya dəlalət etmir. 

- Çox zaman saytlarda xəbərlər şişirdilmiş başlıq altında verilir...

- Bunlar heç o saytın özünə də lazım  deyil. Belə xəbərləri yazan insanlar bir az da öz vicdanlarına xəyanət etmiş olurlar. Bu insanlar o ailələrin yerinə öz ailələrin qoysunlar. Təsəvvür etsinlər ki, onların ailəsində belə bir hadisə baş verib. Və ona bu cür təmtəraqlı reaksiya var. Bu adam necə olar?
Ailəsində bədbəxt hadisə baş vermiş insan zatən olayın şokundadır. Digər tərərfdən də belə yazıların yazılması, yayılması da o ailənin digər üzvlərinə də mənfi təsir göstərir. Digər tərəfdən belə hadisələrin təmtəraqlı başlıqla yayımlanması insanlara da öz təsirini göstərir. Onlarda şüuraltı aqressiya yaradır. Buna görə də bu həm mənəvi cəhətdən, həm də peşə etikası baxımından doğru deyil. Bununla yanaşı hüquqi müstəvidə baxanda bu ailə həmin yazarları məhkəməyə də verə bilər ki, mənim ailəm haqqında bu ifadələri nə haqla işlədirsən. 
Bu baxımdan biz həmin hadisələrə, həm soyuqqanlı, həm peşəkar həm də insani münasibətlər bəsləməyi öyrənməliyik. 
Təbii ki, Azərbaycanda informasiya məkanı çox balacadır. Hər gün də saytın, qəzetin və ya televiziyanın maraq cəlb edəcək informasiyası yoxdur. Belə hadisələri dəyərləndirmək, bu xəbərlər hesabına oxucu cəlb etmək də düzgün deyil. Bir də baxırsan ki, başlığa Şok, Şok yazıblar. Açırsan oxuyasan baxırsan ki, heç nə yoxdur. Axı sən niyə Şok axtarırsan, niyə oxucunu belə başlıqla aldadırsan? 
Unutmamadlıyıq ki, söz də dərman kimidir; təyinatı üzrə və dozasında işlədiləndə məlhəm, əks halda isə zəhərdir.
Problemlər kifayət qədərdir, bunları həll etmək üçün dəyirmi masalar təşkil etmək, diskusiyalar aparmaq olar. Maraqlı jurnalist araşdırmaları ilə, analitik yazılarla saytı nüfuza qaldırmaq olar. 
Bu yaxınlarda demək olar ki. bütün saytlarda Gəncədə baş vermiş bir  hadisə haqqında  milli mənəviyyatımıza xas olmayan bir xəbər yayıldı. Guya əmi öz qardaşı qızını sevir, onunla qaçıb. Sonradan məlum oldu ki, bu xəbəri verən həmin kişinin həyat yoldaşıdır və o ruhi xəstədir. Kişi isə halal zəhmətlə dolanan bir insandır. Deyilən infiormasıyanın da heç bir əsası yoxdur, yalandır. Oxuçu aldadıldı, haqqında söz gedən ailə, nəsil biabır oldu, cəmiyyət narahatlıq keçirdi.  O xəbəri hazırlayan “jurnalist” üzr istəmədi, xəbəri yayan mətbuat orqanlarına intizam tənbehi məsələsinə Mətbuat Şurası və digər sorumlu qurumlar da laqeyd yanaşdı. Biz belə hallara qarşı qanunları sərtləşdirmək təşəbbüsü  göstərən kimi durub hay-küy salacaqlar ki, bəs Azərbaycanda mətbuat azadlığı məhdudlaşır, demokratiya pozulur, və s. Demokratiya budurmu? Xeyr. Demokratiya ilk növbədə qanunun aliliyinə hörmət etməkdir. Ikinci növbədə sənin azadlığın orda qutarır ki, orada mənim azadlığım başlayır. Sənin informasiya vermək azadlığın mənim yaşamaq azadlığımı, şəxsiyyət toxunulmazlığımı üstələyə bilməz. Bu mənada bizim mətbuat sahəsində görəcəyimiz işlər çoxdur. Mətbuat şurası, Teleradio Şurası bu sahədə öz öhdəliklərini yetərincə yerinə yetirmirlər. 
Bu sahədə qanunlarımız kifayət qədər mükəmməldir. Amma mətbuat işçisinin də özünün daxilində bir vicdan olmalıdır.  Reket jurnalistika ilə bağlı müəyyən addımlar atılıb. Bakıda qismən də olsa qarşısı alınsa da rayon yerlərində bu halların hələ də şahidi oluruq. Belə “jurnalistlər” bizim bu sahədə işləyən vicdanlı qələm adamlarını da hörmətdən salır, onlara ləkə gətirir. 
                                                                                      
Lalə Novruzlu

Yarı insan, yarı quzu doğuldu – Görənlər şok oldu
"Mən kasıbların bu sahədə işləməsinin qəti olaraq əleyhinəyəm"
Həzrəti İbrahimin peyğəmbərliyini təsdiq edən riyazi düstur kəşf edildi – Elmi-lədun
"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"
"Vətən də İman qədər naməhrəm dəyərdir" - İBRƏT DƏRSİ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
Maraqlı
300 sakini olan bu kənddə hamı bir gecədə dəli olub - İNANILMAZ FOTOLAR
Cəmiyyət
"Təyinat məsələsində medianın bu şəxs haqqında nələr yazdığı rol oynamır"
Şou-biznes
Aktrisa köklüyünə görə onu ittiham edənlərə od püskürdü:  “Sizin çörəyinizi yemirəm!”
Müsahibə
“Mən kölgəsi yerə yıxılmış minarə kimiyəm…”
Cəmiyyət
“Ramazan bayramı ərəfəsində qiymətləri qaldırmayın!”- Din xadimindən müraciət
Həftənin ən çox oxunanları
"Bu adam quş həvəskarıdır, axşama kimi cavan qızları yığır idarəyə..." - ŞOK...
Yumurta qaynatdığınız suyu atmayın!
12 erməni formalı əsgərin meyiti ələ keçdi: Onlar kimdir?
"Allah"la "peyğəmbərlər" əlbir olub 2.5 trilyon mənimsədi - Ağılalmaz dələduzluq
Şəkildə gördüyünüz ilk heyvan xarakterinizdən xəbər verir - MARAQLI
“Şiə namazında möhür, sünni namazında əl bağlamaq yanlışdır...”- Sərdar Cəlaloğlu
Millət vəkilindən "mavilər, əxlaqsız qadınlar da xalq artisti oldu" harayına dəstək...
"Arif Rəhimzadənin Azərbaycan vətəndaşı adını daşımağa mənəvi haqqı yoxdur"
"Bütün xəstəliklər bağırsaqda başlayır, problemin həlli isə bundadır" - HİPPOKRAT...
Uşaqlarınızın dişlərini atmayın - Həkimlərdən inanılmaz xəbərdarlıq
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin