Xəbər lenti
23/06/2017 [14:17]:
Yarı insan, yarı quzu doğuldu – Görənlər şok oldu
23/06/2017 [14:06]:
300 sakini olan bu kənddə hamı bir gecədə dəli olub - İNANILMAZ FOTOLAR
23/06/2017 [13:59]:
“Eldar Mahmudov məhkəməyə gəlsin...”
23/06/2017 [13:52]:
Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılacaq
23/06/2017 [13:48]:
Mədət Quliyev Formula-2 yarışlarını izlədi - FOTO
23/06/2017 [13:45]:
Emin Ağalarov sevgilisi ilə belə istirahət edir - VİDEO
23/06/2017 [13:43]:
Allahşükür Paşazadə müsəlmanları bayram münasibətilə təbrik etdi
23/06/2017 [13:41]:
Vəhşi şir turistlərə hücum etdi - VİDEO
23/06/2017 [13:34]:
Azərbaycanda çay daşdı, insanlar yolda qaldı - VİDEO
23/06/2017 [13:31]:
Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli
23/06/2017 [13:17]:
Əmək pensiyaları üzrə xərclər altı dəfə artdı
23/06/2017 [13:05]:
“Evlənməməyimin səbəbkarı atamdır” - “Banu”nun Güneli
23/06/2017 [13:04]:
“İstixanada yetişdirilən qarpızlar istehlak üçün yararlıdır”
23/06/2017 [12:55]:
Təhsil Nazirliyi: "Publik hüquqi şəxs statusu ölkədə ali təhsili inkişaf etdirəcək"
23/06/2017 [12:54]:
Taksi sürücüsü Artur Rasizadənin kortejinə “protiv” getdi -Görün nələr oldu
23/06/2017 [12:39]:
Vergilər Nazirliyi içki satışı ilə məşğul olanları yoxlayır
23/06/2017 [12:31]:
Dövlət büdcəsinə reklamdan hər il 10 dəfə az vəsait daxil olur - Səbəb
23/06/2017 [12:12]:
Ramazan tətili başlayır
23/06/2017 [12:04]:
Azərbaycan tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalına başlayır - FOTO
23/06/2017 [12:00]:
Rusiya Suriyada uğuru türk insanın qanı bahasına təmin edəcək?
23/06/2017 [11:53]:
Tarkan Bakıdadır - FOTO
23/06/2017 [11:50]:
Azərbaycanda məmurların sayı açıqlandı
23/06/2017 [11:35]:
Reklamdan büdcəyə daxilolmalar artacaq
23/06/2017 [11:19]:
İlham Əliyev yeni hərbi hissəsinin açılışında
23/06/2017 [11:09]:
“ASAN xidmət” üç gün işləməyəcək
23/06/2017 [11:04]:
Ordumuzun şərəfinə yeni medal təsis olunur
23/06/2017 [11:02]:
Generalın İrəvana xəbərdarlığı -Dərhal və amansızlıqla...
23/06/2017 [11:00]:
İdmançımız dünya çempionu oldu
23/06/2017 [10:57]:
İlham Əliyev Şirvan şəhərinə səfər etdi
23/06/2017 [10:51]:
Nazirlikdən hərbçilərlə bağlı açıqlama
23/06/2017 [10:45]:
Bu gün Formula-1 üzrə Azərbaycan Qran-Prisi start götürür
23/06/2017 [10:34]:
Dollar və avronun ucuz satıldığı banklar
23/06/2017 [10:22]:
Məhkəmə “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxardı
23/06/2017 [10:20]:
Atatürk hava limanında terrorçu qadın saxlanıldı
23/06/2017 [10:12]:
Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak etdi
23/06/2017 [09:52]:
Cəbhədə atəş səsləri səngimir
23/06/2017 [09:49]:
ADPU-nun nəzdində ADPK-də İctimai Şuranın üzvlərinin iştirakı ilə monitorinq keçirildi
23/06/2017 [09:47]:
İŞİD terrorçusunu öldürən snayper yeni dünya rekorduna imza atdı
23/06/2017 [09:44]:
IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir
23/06/2017 [09:35]:
Məşuqəsini qətlə yetirərək daha iki nəfəri yaraladı
23/06/2017 [09:32]:
Telman İsmayılova daha bir şok
23/06/2017 [09:28]:
Rövnəq Abdullayevin müşaviri vəfat etdi
23/06/2017 [09:27]:
Ölkə başçısına və 1-ci vitse prezidentə müraciət: - Həmin icra başçıları cəzalandırılsın...
23/06/2017 [09:23]:
Jurnalistlər üçün iftar verdi - RUHANİLƏR İDARƏSİ...
23/06/2017 [01:03]:
Ailədə münaqişələr mümkündür - Günün qoroskopu
23/06/2017 [00:56]:
"Mən kasıbların bu sahədə işləməsinin qəti olaraq əleyhinəyəm"
22/06/2017 [23:20]:
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq
22/06/2017 [23:13]:
"26 iyun - Silahlı Qüvvələr Günü"nə həsr edilmiş stolüstü tennis üzrə turnir keçirildi
22/06/2017 [22:30]:
Vasif Talıbov yeni nazir təyin etdi
22/06/2017 [22:27]:
Ramazan ayının 28-ci gününün – DUASI VƏ TƏQVİMİ
22/06/2017 [22:26]:
Milli Məclisin deputatları AŞPA-nın yay sessiyasında iştirak edəcəklər
22/06/2017 [22:24]:
Deputat: "Mehriban Əliyevanın bu addımı bütün cəmiyyətə mesajdır"
22/06/2017 [22:09]:
Reanimasiyaya düşən xalq artistindən xəbər var
22/06/2017 [22:07]:
“Manat nədən möhkəmlənir?” - 8 amil
22/06/2017 [21:54]:
"Mövcud olmayan Ermənistanın tarix dərsliklərinə salınması təxribatdır" - Ermənişünas alim
22/06/2017 [21:49]:
Həzrəti İbrahimin peyğəmbərliyini təsdiq edən riyazi düstur kəşf edildi – Elmi-lədun
22/06/2017 [21:44]:
3 yaşlı uşağın ölümünün sirri: Sumqayıt məhkəməsi həqiqəti üzə çıxaracaqmı?
22/06/2017 [21:25]:
Bəşirov vəzifə xəbərindən danışdı - “Kəmaləddin Heydərovla dostam”
22/06/2017 [21:24]:
Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir
22/06/2017 [21:22]:
Gəlini faciəvi şəkildə ölən şairə haqda - Ciddi ittihamlar
22/06/2017 [21:09]:
Görkəmli kinorejissor jurnalistlərdən kömək istədi: "Onu öldürməkdən başqa çarəm qalmayıb..."
22/06/2017 [20:49]:
Leonid Kuçma: "Hər şeyi Putin həll edir"
22/06/2017 [20:13]:
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq – XƏBƏRDARLIQ
22/06/2017 [20:07]:
Bakıda turistin başına oyun açan əxlaqsız qadınlar saxlanıldı
22/06/2017 [19:56]:
“Facebook” yeni funksiyanı sınaqdan keçirir
22/06/2017 [19:54]:
Nazirliyin şöbə müdiri: "Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu, onun öz günahıdır"
22/06/2017 [19:47]:
Bakıda turistin başına oyun açan əxlaqsız qadınlar saxlanıldı
22/06/2017 [19:40]:
Qənirə Paşayeva müraciət etdi- Baş nazir pul ayırdı
22/06/2017 [19:26]:
ADNSU tələbələri SOCAR Fuqro MMC-də yay təcrübəsində iştirak etmək üçün imtahan verdi
22/06/2017 [19:24]:
Nazir: "Büdcənin kəsiri 82,2% artırılacaq"
22/06/2017 [19:16]:
Kral oğlu vəliəhdliyi 200 mlrd. dollara aldı? - Səudiyyə Ərəbistanında
22/06/2017 [19:13]:
Cəbhəboyu zonada yerləşən iki yeni hərbi şəhərciyin açılışı olub – FOTO + VİDEO
22/06/2017 [19:12]:
Yenilənmiş dövlət büdcəsinin xərclərinin əsas – İSTİQAMƏTLƏRİ
22/06/2017 [19:08]:
Ayaqları şişən tısbağaya təkər qoşdular- FOTOLAR
22/06/2017 [19:04]:
Bakıda televiziya ofisinə silahlı basqınla bağlı rəsmi məlumat – YENİLƏNİB
22/06/2017 [19:01]:
Əli İnsanov barədə qərar verildi
22/06/2017 [18:59]:
Maşınqayırma sənayesinin inkişafında xidmətləri olan şəxslər təltif edildi – SİYAHI
22/06/2017 [18:58]:
Böyük Vətən Müharibəsi və ya “Preventiv” müharibə....
22/06/2017 [18:40]:
Ali Baş Komandan generala orden verdi - 3-cü dərəcəli “Vətənə xidmətə görə”...
22/06/2017 [18:35]:
"Təyinat məsələsində medianın bu şəxs haqqında nələr yazdığı rol oynamır"
Bütün arxiv bir sırada
21/04/2017 [09:54] - Müsahibə - ( 804 dəfə baxılıb)

“Bir vaxtlar mənim arzum vardı ki....” -Əflatun Amaşov

“Bəxtimdən şikayətçi deyiləm”
“Bir vaxtlar mənim arzum vardı ki, Şərq ədəbiyyatını orijinaldan oxuyum, Nizamini, digərlərini...”



Moderator.az millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ilə müsahibəni təqdim edir:

- Azərbaycan mətbuatının özünə sədr seçdiyi şəxs gəlib 60 illik yubiley yaşına çatdı. Öncə bir şey soruşum: 60 rəqəmi sizi qorxutmur?

- Yox, qorxutmur... 15 yaşım olanda fikirləşirdim ki, görəsən, 18 yaşlı insanların düşüncələri, boy-buxunu, həyata münasibəti necə ola bilər? 18 yaşım olanda baxıb gördüm elə də dəyişiklik yoxdur. Sonra 22 yaşı gözlədim, yenə də dəyişiklik görmədim. 30 yaşımda daha gözləməyi unutdum. Yaxşı yadımdadır, o zaman bir qonşumuz xəstələnmişdi, 45 yaşında rəhmətə getdi. Öz-özümə deyirdim, yəqin artıq insan o yaşda dünya görüb, övladlarını böyüdüb, qocalıb, rahat ölə bilər. Ancaq Üzeyir bəyin məşhur 50 yaşa baxışı məsələsi var... 50 yaşa gəlirsən, arxaya baxırsan ki, o qədər işlər qalıb, deyirsən bunları da yoluna qoyum, yenə sabaha, bir il sonraya saxlayırsan. Sonra 60 yaş olur, insan düşünür ki, bundan sonra aktiv həyat nə qədər ola bilər, nə qədər işləmək mümkündür.


- Özünüzə o sualları verirsinizmi?

- Mən elə bilirəm ki, hər insan özünə o sualı verir. Yavaş-yavaş daha böyük iddialardan geri çəkilirsən və iddialar getdikcə kiçilir.

- Amma 60 yaşdakı kimi görünmürsüz, çox yaxşı qalmısız.

- (Gülüş). Mən özüm də 60 yaş deyəndə bir az diksindim.

- Özünüzü indi hansı yaşda hiss edirsiniz?

- Bu yaxınlarda qəzetlərə baxırdım, “525-ci qəzet”də adımı gördüm. Pərvin adlı bir jurnalist mənim haqqımda yazı yazıb, “Əflatun Amaşov - 60". Dedim bu 60 nə məsələdir? (Gülür) Sonra düşündüm ki, yox, elə şey var ki, artıq insan onunla istər-istəməz razılaşmalıdır. Daxili dünyandan baxanda düşünürsən ki, doğrudan da 60 yaş çoxdur.

- Hansı böyük arzunuz, planlarınız qalıb ki, onları reallaşdıra bilmədiniz? Kosmonavt olmaqdan başqa...

- Uşaqlıqda insanın kifayət qədər arzuları olur. Bir vaxtlar mənim arzum vardı ki, Şərq ədəbiyyatını orijinaldan oxuyum, Nizamini, digərlərini. Ancaq bir müddət sonra mən hədəfə çatmaq üçün nələrisə arzulamadım. Mən elə bilirəm ki, Mətbuat Şurasının sədri olmağım, millət vəkili seçilməyim hardansa mənə gəldi. Bəlkə də arzulasam, başqa nələrəsə nail ola bilərdim. Ancaq həyatda nəyəsə nail olmuşamsa, elə bilirəm ki, onların özləri mənə doğru gəlib, hətta mənim gözləmədiyim məqamda da...Bəlkə də mən gəncliyimdə düşünməzdim ki, millət vəkili seçilə, parlamentdə tribuna qazana bilərəm.

- Bunu özünüzçün böyük nailiyyətmi hesab edirsiniz?

“Gürcüstandan Azərbaycana gələrkən getdiyim ilk rayon Saatlı olub”

- Mən deyə bilmərəm ki, bu, mənimçün böyük nailiyyətdir. İnsan böyük nailiyyət o vaxt hesab edə bilər ki, nəyisə arzulayasan, nəyəsə çatmaq üçün müəyyən səy göstərəsən. Ancaq hesab edirəm ki, Azərbaycanda yaranmış tək təşkilatın - Mətbuat Şurasının sədri olmağın özünün müsbət çalarları var. Mən elə bilirəm ki, hər bir insan millət vəkili seçilməyi arzulayar. Ancaq mənə nəsib olub, seçilmişəm. Hər halda bəxtimdən şikayətçi deyiləm.


- Hər halda bunun özü 60 yaş ərəfəsində baş verdi. Hədəflərinizdə bu var idimi ki, 60 yaşınızda millət vəkili olasınız?

- Mən son illərdə düşündüm ki, millət vəkili olmaq da olar. Media ilə bağlı problemləri Milli Məclisdə gündəmə gətirmək, digər məsələlərin həlli üzərində çalışmaq üçün...

- Amma parlamentdə o qədər də fəal deyilsiniz. Elşad Paşasoy bilər: “Susqun deputatlar”dan saymaq olarmı Əflatun bəyi?

- Yox, mən elə deməzdim. Əflatun bəy xüsusilə mətbuatla bağlı məsələləri vaxtaşırı parlamentdə qaldırır, ƏDV-nin ləğvindən tutmuş, digər məsələlərə qədər. Hətta bəzən iclasdan sonra çıxışa vaxt qalmadığını da deyir...

- Belə bir hədəfiniz varmı ki, hər iclasda çıxış edəsiniz, hazırlaşırsınızmı, yoxsa spontan gəlir?

- Orda çıxış etmək elə də asan deyil. Bəzən növbə çatmır. Parlamentlə bağlı cəmiyyətdəki düşüncələr parlamentin daxilində baş verən proseslərlə tamamilə tərs mütənasibdir. Mən deyərdim ki, parlament ölkədə ən demokratik, ən mədəni, etik normalara əməl olunan qurumlardan biridir. Elşad bəy deputatların bir-biri ilə rəftarı, münasibəti haqda yaxşı bilir. Mən adətən, parlamentdə özümü çıxış etmək həvəsində olan deputatlardan sayıram və hər dəfə də çalışıram ki, məni maraqlandıran, xalq üçün, dövlət üçün faydalı olan məsələlərlə əlaqədar çıxış edim, eyni zamanda jurnalistika ilə bağlı müəyyən nüanslara toxunum. Ancaq məndən başqa da digər məsələlərlə əlaqədar çıxış etmək istəyənlər çoxdur. Ona görə də hər dəfə çıxış etmək fürsəti olmur.

- Amma heç vaxt sizi qızğın polemikalarda görməmişəm. Siz o səviyyənin adamı olmadığınız üçün polemikalara girmirsiniz? Çünki siyasət, parlament demək həm də qızğın söz atışmaları deməkdir.

- Mən ümumiyyətlə, parlamentdə media ilə bağlı nə varsa, həmişə münasibətimi bildirməyə çalışıram, bu, birmənalı belədir. Bundan başqa iri qurumların hesabatları olanda öz münasibətimi bildirməyə çalışıram. Mənim çıxışlarım əsasən jurnalistika ilə bağlı məsələlərə söykənir. Məsələn, hökumətin son hesabatında çıxışımın bir hissəsi jurnalistika, digər hissəsi seçildiyim bölgənin problemləri ilə bağlı oldu. Hətta yeri gələndə kənd təsərrüfatının problemlərindən danışmaq lazımdır. Hazırda qeyr-neft sektorunda kənd təsərrüfatı kifayət qədər mühüm yer tutur və burada da pambıqçılığa xüsusi önəm verilir. Mənim deputat seçildiyim bölgə ən çox pambıq istehsal edən rayon olacaq. Keçən dəfə də belə idi, 8 ha yaxın pambıq sahəsi var idi. Həmin sahədə insanları suvarma məsələləri narahat edirdi. Mən bildirdim ki, Kürdən həmin sahəyə su kanalının çəkilməsi vacibdir. 
Rauf bəy:

-Belə şeylər sizi darıxdırmır ki?

- Hökumətin ötənilki hesabatı zamanı isə dörd hissədən ibarət çıxışım olmuşdu. Onlardan ikisi jurnalistika ilə bağlı idi, ikisi isə təmsil etdiyim bölgə ilə bağlı. Nazirlər Kabinetinin hesabatı ilə əlaqədar dərc olunmuş iri həcmli kitabda hər iki istiqamət üzrə təkliflərimə münasibət bildirilmişdi. Mən həm də çoxsaylı məktublar alıram və müvafiq qurumlara ünvanlayıram.

- Məktubları kimdən alırsınız, jurnalistlərdən, yoxsa seçicilərdən?

- Mən jurnalistikanın problemləri ilə birbaşa məşğul oluram, jurnalistikanın içərisindəyəm. Ancaq məktubları öz seçicilərimdən alıram.

- Əflatun bəy, burada sanki siz deputat seçiləndən sonra Saatlıya və seçicilərə Mətbuat Şurasının binasından və jurnalistlərdən daha çox zaman və diqqət ayırırsınız?

“İlk reportajımı Nəsimikənddəki sovxozdan yazdım”

- Mənim iş yerim Mətbuat Şurasının binasıdır. Hər gün səhərdən-axşama qədər Mətbuat Şurasının binasında oluram. Yalnız komitə və plenar iclasları keçiriləndə parlamentə gəlib iclaslarda iştirak edirəm.

- Sanki seçicilər sizinçün daha çox önəm daşıyır, onların problemi daha çox gündəmə gətirilir, nəinki jurnalistlər. Belə bir iddia ilə razısınız, ya yox?

- Siz tərəfin birini demədiniz. Mən eyni zamanda Gürcüstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun da rəhbəriyəm, ora da səfərlər edirəm, daha çox rəhbər qurumların təmsilçiləri ilə, qubernatorlarla, vitse-spikerlərlə, dostluq qrupunun başçısı ilə, deputatlarla, digərləri ilə görüşürəm. Mən çalışıram ki, Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf etsin. Eyni zamanda Gürcüstanda yarım milyona qədər soydaşımız yaşayır, onların həyatı ilə maraqlanıram. Məsələn, bir dəfə Marneulidə olanda yeni bir kitabxana açıldı, söz verdim ki, sizə Azərbaycan dilində 1000-dən çox kitab gətirəcəyəm. Son səfərimdə mindən çox kitab apardım, kitabxanaya təqdim etdim. Tiflisdə müəyyən qruplar var, məsələn, “Ceyran” ansamblı, məktəb uşaqlarını toplayıblar, paltarları ilə bağlı problem var idi. Mədəniyyət və Turizm Nazirliyindən xahiş etdim, Nazirlik onlar üçün 20 dəst paltar tikdirdi, aparıb təqdim etdim. Orda da müəyyən problemlər var, onların bir qismi artıq həll olunub. Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstana inteqrasiyası ciddi məsələdir. Artıq Gürcüstan universitetlərində 3 minə yaxın azərbaycanlı tələbə gürcü dilində təhsil alır, bu, çox müsbət haldır. Yəqin ki, onlar ali məktəbi bitirdikdən sonra ayrı-ayrı vəzifələrdə çalışa biləcəklər. Bir problem də Azərbaycan dili və ədəbiyyatı ilə bağlıdır. Müəllimlərin yaşı artıq 70-80-ə çatıb, Gürcüstan universitetlərində bu sahə üçün kadr hazırlanmır. Ona görə də mən bizim təhsil naziri ilə görüşdüm, onlara necə yardım edə biləcəyimizlə bağlı danışıqlar gedir. Çox güman ki, Azərbaycan Gürcüstandakı orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin Azərbaycanda təhsil alıb geri qayıtması məsələsinə dəstək verəcək. Bu məsələlər bizim ümummilli məsələlərimizdir

- Bəlkə biz yubileylə bağlı suallara keçək?

- O ki, qaldı mənim parlamentdəki fəaliyyətimə, jurnalistika ilə bağlı qanunların hazırlanmasında, düzəlişlərin edilməsində yaxından iştirak edirəm. Elə bir məsələ yoxdur ki, mənim iştirakım olmadan bu müzakirələr aparılsın. Mənim Saatlı ilə bağlı qaldırdığım məsələlərlə seçicilərimin təşəbbüslərindən irəli gəlir. Çünki gün ərzində mənə seçicilər, sadə insanlar zəng edir.

- Onlar üçün xüsusi nömrəniz varmı?

- Yox, mənim telefon nömrəm hamıya açıqdır. Gecə-gündüz fərqi yoxdur. Kifayət qədər insanı başa düşən, ləyaqətli insanlardır. Adətən, kəndlərə gedirəm, insanlarla birbaşa görüşürəm, bəzi problemləri yerində həll edirik, müvafiq qurumlara yerində müraciətlərimiz olur.

- Ən çox hansı problemlərlə bağlı müraciət edilir?

- Mən o problemlərə komplekssiz yanaşıram. Adətən, yollardan şikayət edirdilər. Mən “Azəravtoyol” ASC-nin rəhbərliyi ilə bir neçə dəfə görüşdüm, real vəziyyəti özümüz üçün müəyyənləşdirdik ki, nə etmək olar? Əlbəttə, ölkədə yollar çəkilir, amma həm də gərək yada salasan, tezləşdirəsən. Hazırda Saatlıdan Azadkəndə qədər olan 39 km-lik yol Bakının mərkəzində çəkilmiş yollar qədər keyfiyyətlidir. Ancaq bir neçə kənddə yolla bağlı problem var. O yollar da çəkiləndən sonra insanlar rayon mərkəzinə asanlıqla gedib-gələ biləcəklər. Yaxud işıqla bağlı müəyyən problemlər olanda “Azərişıq”ın rəhbəri Baba müəllimlə görüşəndən sonra rayonda nə qədər transformatorlar, xətlər dəyişdi, rayon mərkəzində “Azərişıq”ın yeni ofisi tikildi.

- Saatlı camaatı şokdadır yəqin. Sizə qədər belə bir şey görməyiblər...

- Şokda deməzdim...Adətən, insanlar öz səhhətindən şikayət edirlər, müalicə istəyi ilə bağlı müraciətlər olur. Mütəmadi olaraq mən səhiyyə nazirindən tutmuş, digər səlahiyyətli şəxslərinə qədər müraciət edirəm.

- O zaman mənim jurnalist olaraq qaldırdığım iddia doğrudur, diqqətiniz xeyli dərəcədə jurnalistikadan ayrılıb seçicilərinizə yönəlib...

- Bildiyimizə görə gəncliyinizdə də Saatlı sizin həyatınızda mühüm rol oynayıb. Hətta jurnalistikada ilk məqalənizi Saatlıdan yazmışınız. Bu mənada yəqin ki, yerli camaat özünü şanslı sayır, belədirmi?

- Bunu mənim seçicilərim deyə bilər. Mənim Gürcüstandan Azərbaycana gələrkən getdiyim ilk rayon Saatlı olub. Tələbə yoldaşım o rayondan idi. Hətta seçki vaxtı təbliğatla bağlı görüşlər keçirərkən bir nəfər qalxıb dedi ki, sizin o zaman iştirak etdiyiniz toyda mən klarnet çalırdım (Gülüşmə)


- Toy söhbəti neçənci ildən gedirdi?

“Bir nəfər qalxıb dedi ki, sizin o zaman iştirak etdiyiniz toyda mən klarnet çalırdım”

- 80-ci illərdən. AzərTAC-da işləyərkən də mən təsadüfən ilk dəfə Saatlıya getdim, ilk reportajımı Nəsimikənddəki sovxozdan yazdım. Sanki o insanları mən o vaxtdan tanıyırdım. Saatlıda 20 minə yaxın məhsəti türkləri də məskunlaşıb.

- Deyirsiniz o vaxt reportaja getmişdiniz. Çox adam hesab edir ki, Əflatun Amaşov birdən-birə gəlib RUH-un sədri oldu,sonra da Mətbuat Şurasının... İndiki nəsil sizi belə təsəvvür edir. Amma siz də əlinizdə diktofon, dəftərçə müsahibələr, xəbər dalınca getmişiniz. Siz necə xəbərləri izləmisiniz, nailiyyətləri əldə etmişiniz?

(musavat.com, ardı var)

Yarı insan, yarı quzu doğuldu – Görənlər şok oldu
"Mən kasıbların bu sahədə işləməsinin qəti olaraq əleyhinəyəm"
Həzrəti İbrahimin peyğəmbərliyini təsdiq edən riyazi düstur kəşf edildi – Elmi-lədun
"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"
"Vətən də İman qədər naməhrəm dəyərdir" - İBRƏT DƏRSİ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
Maraqlı
300 sakini olan bu kənddə hamı bir gecədə dəli olub - İNANILMAZ FOTOLAR
Cəmiyyət
"Təyinat məsələsində medianın bu şəxs haqqında nələr yazdığı rol oynamır"
Şou-biznes
Aktrisa köklüyünə görə onu ittiham edənlərə od püskürdü:  “Sizin çörəyinizi yemirəm!”
Müsahibə
“Mən kölgəsi yerə yıxılmış minarə kimiyəm…”
Cəmiyyət
“Ramazan bayramı ərəfəsində qiymətləri qaldırmayın!”- Din xadimindən müraciət
Həftənin ən çox oxunanları
"Bu adam quş həvəskarıdır, axşama kimi cavan qızları yığır idarəyə..." - ŞOK...
Yumurta qaynatdığınız suyu atmayın!
12 erməni formalı əsgərin meyiti ələ keçdi: Onlar kimdir?
"Allah"la "peyğəmbərlər" əlbir olub 2.5 trilyon mənimsədi - Ağılalmaz dələduzluq
Şəkildə gördüyünüz ilk heyvan xarakterinizdən xəbər verir - MARAQLI
“Şiə namazında möhür, sünni namazında əl bağlamaq yanlışdır...”- Sərdar Cəlaloğlu
Millət vəkilindən "mavilər, əxlaqsız qadınlar da xalq artisti oldu" harayına dəstək...
"Arif Rəhimzadənin Azərbaycan vətəndaşı adını daşımağa mənəvi haqqı yoxdur"
"Bütün xəstəliklər bağırsaqda başlayır, problemin həlli isə bundadır" - HİPPOKRAT...
Uşaqlarınızın dişlərini atmayın - Həkimlərdən inanılmaz xəbərdarlıq
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin