Xəbər lenti
22/08/2017 [04:20]:
"Demokratiya yaratmaq asan deyil"
22/08/2017 [03:59]:
Bolqarıstanın müdafiə naziri:"Avropa İttifaqının sərhədlərini silahla qoruyaq"
22/08/2017 [03:50]:
Əbülfəz Elçibəyin vəfatından 17 il ötür
22/08/2017 [03:38]:
Əfqanıstana daha 4000 ABŞ əsgəri göndəriləcək
22/08/2017 [03:23]:
Rostovda baş verən yanğın söndürüldü
22/08/2017 [03:15]:
Vasif Talıbov sərhədçiləri təltif etdi
22/08/2017 [03:08]:
Türkiyədə daha bir terror aktının qarşısı alındı
22/08/2017 [02:52]:
Rostovda fövqəladə vəziyyət rejimi tətbiq edildi
22/08/2017 [02:41]:
İŞİD-in liderlərindən biri yaxalandı
22/08/2017 [02:33]:
Günəş tutulmasını yalnız ABŞ sakinləri müşahidə edə bildi
22/08/2017 [02:26]:
Giorgi Kvirikaşvili: “Gürcüstan yanğınla mübarizədə Azərbaycan və Türkiyənin köməyindən istifadə edəcək”
22/08/2017 [02:19]:
İtaliyada zəlzələ oldu
22/08/2017 [02:06]:
Alış-verişdə iri məbləğdə pul xərcləməyin - Günün qoroskopu
22/08/2017 [01:11]:
Yeltsinin limuzini Peterburqda 19,7 milyon rubla satıldı
22/08/2017 [01:00]:
"Rusiyasız Qafqazda heç vaxt sülh və sakitlik olmayacaq"
22/08/2017 [00:33]:
Yoldaşları son dəqiqədə "penalte"ni qaçıran futbolçunun barmaqlarını qırdılar
22/08/2017 [00:20]:
“Neftçi”nin yeni baş məşqçisinin adı AÇIQLANDI
22/08/2017 [00:10]:
Kapitan, yoxsa siçovul...?
21/08/2017 [23:57]:
UEFA klubların yeni reytinq cədvəlini açıqladı- "Qarabağ" bu pillədə
21/08/2017 [23:55]:
Erməni hərbçi öldürüldü - Çənəsindən güllə yarası alaraq...
21/08/2017 [23:43]:
Azərbaycan yığması təyyarəyə gecikdi, yarışda texniki məğlubiyyət aldı
21/08/2017 [23:39]:
Rövnəq Abdullayev “Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri ilə görüşdü
21/08/2017 [23:38]:
“Gerhard Şröderin satqınlığı bütün Avropa demokratiyasına vurulan zərbədir” - Qərb mətbuatı
21/08/2017 [22:58]:
"Naxçıvanın Ana Vətənə qovuşmasını gələcək nəsillərə saxlamamalıyıq"
21/08/2017 [22:46]:
Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək
21/08/2017 [22:15]:
“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirildi - FOTOLAR
21/08/2017 [21:54]:
FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci helikopter göndərdi - YENİLƏNİB
21/08/2017 [21:47]:
Qarabağa sahib ola biləcəyikmi?
21/08/2017 [21:26]:
Üç nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri – VİDEO
21/08/2017 [20:48]:
“Saakaşvili sərhədi keçən kimi güllələyin!” - FOTO
21/08/2017 [20:12]:
Donuzlar qadına hücum etdi: Qorxunc görüntü - VİDEO
21/08/2017 [20:08]:
Gürcüstan hökuməti İlham Əliyevə təşəkkür etdi
21/08/2017 [19:57]:
“Milli Azadlıq Hərəkatının başında Ayaz Mütəllibov durmuşdu...” - ŞOK İDDİA...
21/08/2017 [19:47]:
Jirinovski Rusiya prezidenti olmaq istəyir
21/08/2017 [19:37]:
Prezident: “Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq”
21/08/2017 [19:33]:
BAXCP rəhbərliyi Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcək
21/08/2017 [19:28]:
İsrail ordusu 6 mülki fələstinlini terrorçu ittihamı ilə həbs etdi - VİDEO
21/08/2017 [19:18]:
Göygöl və Samuxa pul ayrıldı
21/08/2017 [19:14]:
Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı
21/08/2017 [18:27]:
İlham Əliyev yeni sədr təyin etdi
21/08/2017 [18:24]:
Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı
21/08/2017 [18:03]:
Rəsul Çunayevlə İslam Abbasov üçün bürünc medal şansı
21/08/2017 [18:02]:
Dolların sabaha olan məzənnəsi
21/08/2017 [18:01]:
Polis mayoru nöqsanlara görə işdən çıxarıldı
21/08/2017 [18:00]:
FHN Gürcüstana helikopter göndərdi - Əliyevin tapşırığıyla
21/08/2017 [17:51]:
Xalq artistinin qalmaqallı fotosu yayıldı
21/08/2017 [17:49]:
Nazirlikdən dərs bölgüsü açıqlaması...
21/08/2017 [17:46]:
Əsgərlikdən gəlib sevdiyi qızı kimsəsiz binaya apardı və... — İNANILMAZ TƏCAVÜZ
21/08/2017 [17:31]:
İlham Əliyev: "Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır"
21/08/2017 [17:26]:
1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR
21/08/2017 [17:17]:
Birinci xanım ərinin qüsurundan danışdı- FOTO
21/08/2017 [17:11]:
Dünyanın ən uzunömürlü insanları bu ölkələrdə yaşayır- SƏBƏBLƏRİ
21/08/2017 [17:07]:
Birinci ledi hökumətdə vəzifə aldı
21/08/2017 [16:58]:
Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yarandı- FOTO
21/08/2017 [16:44]:
Məkkədə hotel yanır
21/08/2017 [16:26]:
Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək
21/08/2017 [16:23]:
YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə -XƏBƏRDARLIQ
21/08/2017 [16:20]:
“Dərmanlı yumurta” qalmaqalı böyüyür
21/08/2017 [16:18]:
İlham Əliyev: “Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm”
21/08/2017 [16:14]:
General Xaçaturova məktub: “Bəxtin gətirdi ki, Ohanyan səni öz əliylə güllələmədi...”
21/08/2017 [16:11]:
Milyonluq maşınını dəfn edən milyarder jurnalistləri təəccübləndirdi- MARAQLI
21/08/2017 [15:46]:
Bakı sakinini döyərək ağır xəsarətlər yetirən mütəşəkkil dəstə saxlanıldı
21/08/2017 [15:37]:
Azərbaycanlı 2 milyon dollarlıq zinət əşyasıyla - Aeroportda saxlanıldı
21/08/2017 [15:34]:
Çunayevdən gözlənilməz məğlubiyyət -Video
21/08/2017 [15:29]:
Avtomobilə "Satılır" elanı yazanlar cərimələnəcək
21/08/2017 [15:29]:
ABŞ-ın viza qərarına Lavrovdan cavab: "Biz Amerika vətəndaşlarına pislik etməyəcəyik"
21/08/2017 [15:25]:
“Uçan” avtomobilin kapotu üzərində selfi...- Səfehlik (VİDEO)
21/08/2017 [15:22]:
Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
21/08/2017 [14:45]:
Yağışın heç zaman dayanmadığı şəhərdən FOTOLAR
21/08/2017 [14:13]:
Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı
21/08/2017 [14:11]:
Amerika bütün Rusiyaya viza verməyi dayandırdı
21/08/2017 [14:01]:
Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu
21/08/2017 [14:00]:
Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB etdi – QALMAQAL
21/08/2017 [13:52]:
“Vaxt var idi mediadakı həmrəylik prezident fərmanına belə təsir edirdi”
21/08/2017 [13:52]:
Rus çempionu döyüb öldürən azərbaycanlı kimdir? - VİDEO
21/08/2017 [13:51]:
“Kopenhagen” - “Qarabağ” matçının hakimləri məlum oldu
21/08/2017 [13:38]:
Həcc ziyarətinə gedəcək zəvvarların yola düşəcəyi tarix açıqlandı
21/08/2017 [13:31]:
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
21/08/2017 [13:27]:
Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi - 5 yaşlı oğlunu niyə öldürüb?
21/08/2017 [13:25]:
İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət başçılarını qəbul etdi
Bütün arxiv bir sırada
21/04/2017 [12:13] - Cəmiyyət - ( 647 dəfə baxılıb)

BƏT-in Qlobal Əmək Haqqı hesabatının təqdimatı olundu



Beynəlxalq Əmək Təşkilatının 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT İnkişaf Proqramının nümayəndələrinin iştirakı ilə BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının dünyada və planetin ayrı-ayrı regionlarında real əmək haqqı, onunla əmək məhsuldarlığı arasında əlaqə, əmək ödənişində gender nisbətinin necə dəyişdiyi, əmək haqqının bölgüsündə qeyri-bərabərlik, əmək bazarının aləti kimi minimum əmək haqqının üstünlükləri barədə məlumatları əldə etməyə imkan verdiyini vurğulayıb. İ.İsayev Azərbaycanın BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu, bütün əhali üçün layiqli əməyin təmin olunmasının, qeyri-bərabərliyin aradan qaldırılmasının bu Məqsədlərdəki hədəflər sırasında olduğunu bildirib: “Həmin Məqsədlərdə 8-ci hədəf “Davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli iş imkanlarını təşviq etmək” və 10-cu hədəf “Ölkələrin daxilində və ölkələr arasında bərabərsizlikləri azaltmaq”dır. Bu hədəflərə çatmaq üçün əmək haqqının artırılması və əmək ödənişində qeyri-bərabərliyin aradan qaldırılması mühüm məsələlərdəndir”.

Son on ildə ölkəmizdə minimum əmək haqqı 3,5 dəfə, orta aylıq əmək haqqı 3,3 dəfə artıb

Nazir müavini bildirib ki, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə onun əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması, dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunvericiliklə qadağan edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

İ.İsayev iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanlarının daha da artırılması yönündə tədbirləri diqqətə çatdırıb, son on ildə ölkəmizdə minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq əməkhaqqının 3,3 dəfə artdığını, nəticə etibarilə yoxsulluq səviyyəsinin 6 faizdən, işsizlik səviyyəsinin isə 5 faizdən aşağı endiyini bildirib: “2016-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əmək haqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat təşkil edib. Orta aylıq əmək haqqı neft sektorunda 2805 manat, qeyri-neft sektorunda 444 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 375 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 674 manat təşkil edib”.

Nazir müavini 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əmək haqqının sənayedə 14,9 faiz artaraq 900 manata, inşaat sektorunda 18,6 faiz artaraq 814 manata, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4 faiz artaraq 256,6 manata çatdığını diqqətə çatdırıb. Əmək haqqının əhalinin gəlirlərinin formalaşmasında və məcmu istehlakın stimullaşdırılmasında mühüm rol oynadığını qeyd edən İ.İsayev bildirib ki, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 45395 milyon manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4710 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5 faiz artıb.

Dünya üzrə məşğul əhalinin təxminən 50 faizi muzdla çalışanlardır

Nazir müavini diqqətə çatdırıb ki, hazırda məşğul əhali dünya əhalisinin 43,1 faizini təşkil edir, yəni dünya iqtisadiyyatında təxminən 3,3 mlrd. nəfər çalışır və məşğul əhalinin təxminən 50 faizi muzdla çalışanlardır. Bu göstərici Avropa dövlətlərində daha yüksəkdir (80-90 faiz). İnkişaf etməkdə olan ölkələrdə bu nisbətin aşağı olması ilk növbədə həmin ölkələrdə sərbəst məşğul əhalinin xüsusi çəkisinin yüksək olması ilə izah edilir. DSK-nin məlumatına əsasən ölkəmizdə iqtisadiyyatda məşğul olanların yalnız 31,8 faizi muzdla işləyənlər, yəni əmək müqaviləsi bağlayan şəxslərdir”.

İ.İsayev əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında da mühüm önəmini vurğulayıb: “Sistemin məlumatına əsasən 2017-ci ilin 1 yanvar tarixinə muzdla işləyənlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 15,4 min

nəfər artaraq 1265,3 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib. Həmçinin sistemin məlumatına görə, muzdla işləyənlərin 47,8 faizini qadınlar təşkil edir. Qadınların orta aylıq əmək haqqı məbləği ölkə üzrə kişilərin orta aylıq əmək haqqı məbləğinin 54 faizini təşkil edir.

Elektron sistemin məlumatları əsasında qadınların əmək bazarında roluna, habelə yaş qrupları və təhsil səviyyələri üzrə üzrə iştirakına dair göstəriciləri diqqətə çatdıran İ.İsayev muzdla işləyənlər arasında 40-60 yaşlarda olan qadınların xüsusi çəkisinin həmin yaşlarda muzdla işləyən kişilərin xüsusi çəkisindən orta hesabla 6 faiz çox olduğunu, muzdla çalışan qadınlar arasında ali təhsilli şəxslərin xüsusi çəkisinin kişilərə nisbətən 1 faiz çox, yəni 38,5 faiz təşkil etdiyini, təhsilin magistratura pilləsini bitirmiş muzdla işləyənlərin 52 faizinin qadınlar olduğunu bildirib. O qeyd edib ki, bu göstəricilər təhsilin qadınların əmək bazarında yer tapmasının əsas şərti olduğunu göstərir.

Bəzi işəgötürənlər vergi və sığorta ayırmalarından yayınmaq, işçilərin sosial xərclərini üzərilərinə götürməmək məqsədilə şəxsləri qeyri-rəsmi şəkildə işə cəlb edir

İ.İsayev bildirib ki, məcmu istehlak və yığım göstəricilərinin təhlili muzdla işləyənlərin sayının və əhalinin əmək haqqı formasında gəlirlərinin real olaraq rəsmi statistik göstəricilərdən daha yüksək olduğunu göstərir: “Təəssüf ki, bəzi işəgötürənlər vergi və sığorta ayırmalarından yayınmaq, işçilərin sosial xərclərini üzərilərinə götürməmək məqsədilə şəxsləri qeyri-rəsmi şəkildə işə cəlb edir, həmin şəxslərə qeyri-rəsmi qaydada, bəzi hallarda isə minimum aylıq əmək haqqı məbləğindən də az əmək haqqı ödəyərək, onların əmək və sosial hüquqlarını pozmaqda davam edirlər. Bəzən isə faktiki olaraq işçilərlə əmək münasibətlərində olmalarına baxmayaraq, məcburi dövlət ödəmələrindən yayınmaq məqsədi ilə onlarla mülkü hüquqi xarakterli müqavilələr bağlayırlar. Təəssüf ki, əmək resurslarımızın bir qismi bəzi hallarda işəgötürənlərin bu şərtləri ilə razılaşır, cari və gələcək dövr üçün dövlət, eləcə də işəgötürən tərəfindən əhatə edilməli olduqları sosial təminatın bütün formalarından kənarda qaldıqlarının fərqinə varmırlar”. Nazir müavini diqqətə çatdırıb ki, real olaraq əmək haqqının əhalinin gəlirlərində xüsusi çəkisinin 5 faiz artırılması 2,27 mlrd. manat əmək haqqının rəsmiləşdirilməsi, 270 milyon vergi və 570 milyon məcburi sosial sığorta ayırmaları deməkdir. Bu isə minimum əmək haqqının 10 faiz və yaşa görə əmək pensiyasının baza hissəsinin isə 30 faiz artırılmasına imkan verərdi.

İ.İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını vurğulayıb: “Komissiyaya əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərin dövlət başçısına təqdim edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanması və təsdiq edilməsi barədə müvafiq tapşırıqlar verilib. Bütün bunlar qeyd edilən məqsədlərə Azərbaycan Prezidentinin nə qədər böyük önəm verdiyinin əyani sübutudur”.

İşçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz

İ.İsayev vurğulayıb ki, işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz: “Sonuncu dəfə 2017-ci ilin yanvar ayından onun məbləği 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib. 2017-ci ilin əvvəlindən minimum əmək haqqının artırılması barədə qərarın verilməsi bir daha ölkədə sosial siyasətin ön planda olduğundan və bundan sonra da bu həddin artırılması siyasətinin davam edəcəyindən xəbər verir”. Ölkəmizdə sosial partnyorluq sisteminin inkişafından bəhs edən nazir müavini bildirib ki, 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında Sosial və İqtisadi

Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişafında keyfiyyətcə yeni mərhələ açıb. Komissiyanın fəaliyyəti sosial-iqtisadi önəm kəsb edən digər məsələlərlə bərabər, yeni işsizlik sığortası sisteminin tətbiqi, iqtisadi fəallığı təşviq edən pensiya islahatlarının uğurla reallaşdırılması, qeyri-leqal məşğulluğun aradan qaldırılması, işsizliyin azaldılması, korporativ sosial məsuliyyətin inkişafı sahəsində sosial partnyorların fəaliyyətinin daha sıx formada baxımından olduqca vacibdir.

Ölkəmizdə ÜDM-in artım tempi əmək haqqının artım tempi ilə demək olar ki, üst-üstə düşür

İ.İsayev vurğulayıb ki, iqtisadi baxımdan əmək haqqının artımı ev təsərrüfatlarının istehlakını, o da öz növbəsində ÜDM-nin əsas hissəsini təşkil edən məcmu istehlakı stimullaşdırır və bu, məhsulların (xidmətlərin) istehsalına olan tələbat və iqtisadi artım deməkdir: “Əmək haqqının artırılması məsələsinə baxdıqda ölkə iqtisadiyyatının spesifik xüsusiyyətlərini, iqtisadi imkanları və islahat tədbirlərini nəzərdən keçirmək lazımdır. Əmək haqlarının əsassız artımı inflyasiyanın yüksəlməsi və istehlak qiymətlərinin artımı ilə nəticələnə bilər ki, bu da dövlət üçün əlavə sosial xərclər deməkdir. Yəni bu sahədə düzgün atılmayan addım əks səmərə verə bilər”.

O qeyd edib ki, bəzi hallarda əmək haqqının artımını bu sektorun səmərəliliyini yüksəltmədən, iş yerlərinin optimallaşdırmasını aparmadan mümkün deyildir: “Deyərdim ki, büdcə sektorunda səmərəliliyin artırılması və iş yerlərinin optimallaşdırması proseslərinə artıq başlanılmışdır. Ali təhsil müəssisələrinin maliyyələşmə mexanizminin dəyişdirilməsi və tibbi sığorta sisteminin tətbiqinə başlanılması bu qəbildən olan addımlardır”. İ.İsayev diqqətə çatdırıb ki, iqtisadi artımla əmək haqqının artımı arasında birbaşa əlaqənin olması hər bir işləyən şəxsin ölkə üzrə iqtisadi artımı özünün əmək haqqı məbləğində hiss etməsinə imkan verir: “ Ölkəmizdə ÜDM-nin artım tempi (3,2 dəfə) əmək haqqının artım tempi (3,3 dəfə) ilə, demək olar ki, üst-üstə düşür. Bu sahədə ən mühüm məsələ qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və qeyri-formal əmək ödənişlərinin rəsmiləşdirilməsidir”.

Nazir müavini əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılması üçün işçilərin peşəkarlıq və ixtisas səviyyələrinin artırılmasının vacibliyini, bunun əmək məhsuldarlığının artımında başlıca vasitə olduğunu qeyd edib. O bildirib ki, həmçinin qadınların əmək bazarına yüksək ixtisaslı işçi kimi çıxış imkanlarının artırılması nəzərdən keçirilməlidir: “Təcrübə göstərir ki, qadınların əmək bazarında xüsusi çəkisinin artması muzdla işləyənlərin məşğul əhalinin sayında xüsusi çəkisinin artmasına gətirib çıxarır. Qadınlar kişilərdən fərqli olaraq əmək bazarında əmək müqaviləsi əsasında fəaliyyətə daha çox üstünlük verirlər”. İ.İsayev vurğulayb ki, minimum əmək haqqının vaxtaşırı artırılması məsələsinə baxılmalı, bu məsələdə sosial tərəfdaşlar daha aktiv mövqe nümayiş etdirməlidirlər. BƏT-in tövsiyə etdiyi minimum əmək haqqı anlayışında işçi ilə bərabər onun ailə üzvlərinin minimum yaşam tələbatları nəzərə alınır: “Ünvanlı dövlət sosial yardım proqramı bu proqramın əhatəsində olan işçinin ailə üzvlərinin də yaşam xərclərini öz üzərinə götürüb. Düşünürəm ki, biz bu anlayışa yenidən baxmalıyıq və həmin xərclər dövlətin üzərindən götürülməlidir. Hesab edirəm ki, minimum əmək haqqının artırılması bu baxımdan digər göstəricilərə də müsbət təsir edər, eləcə də ölkəmizin bu məsələ ilə bağlı öhdəliklərinin icrasını təmin etmiş olardı. Məsələn, minimum əmək haqqının median əmək haqqına və ya orta aylıq əmək haqqına nisbəti göstəricisi yüksələrdi”.

Sosial dialoqun daha da inkişaf etdirilməsi və s. barədə təkliflərini ifadə edən İ.İsayev həmçinin məcmu istehlakın stimullaşdırılmasında aşağı vəzifə tutan işçilər üzrə əmək haqqı artımının rəhbər işçilər üzrə əmək haqqı artımına nisbətən daha təsirli olduğunu bildirib: “Aşağı vəzifə tutan işçilər əmək haqqı formasında əldə etdikləri gəlirlərini əsasən istehlaka yönəldirlərsə, rəhbər işçilər üzrə əmək haqqı artımı daha çox yığıma yönəldilir. Düzdür yığımın özü də investisiya formasında iqtisadi artımı stimullaşdırır, lakin onun təsir imkanları və tezliyi məcmu istehlakdan çox zəifdir”.

Nazir müavini bildirib ki, əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasında büdcə-vergi siyasətinin və sosial sığorta sahəsində aparılan siyasətin əhəmiyyətini vurğulayıb: “Bu sahədə qanunvericilikdə kifayət qədər imtiyazlar nəzərə alınıb. Lakin hesab edirəm ki, bu sahədə fəaliyyəti daha da genişləndirmək olar. Eyni zamanda işəgötürən və işçilərin sosial sığortaya cəlb olunmasında diferensiallaşma tətbiq edilə bilər. Bu zaman minimum gəlirlərlə münasibətdə sosial sığorta yükünün tam olaraq işəgötürən tərəfindən qarşılanması, yuxarı gəlirlərə münasibətdə işəgötürənlərin sosial sığorta yükünün azaldılması məsələsi əsas şərtlərdən biri ola bilər”.

AHİK sədrinin birinci müavini İlyas Əliyev BƏT-in Qlobal Əmək Haqqı hesabatından irəli gələn məsələlərin aktuallığını diqqətə çatdıraraq, işçilərin əmək haqlarının onların maddi firavanlığına uyğun səviyyədə olmasının, əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasının layiqli əməyin əsas komponentlərindən olduğunu vurğulayıb, AHİK-in bu məsələlərlə bağlı mövqeyini diqqətə çatdırıb. ASK-nın hüquq şöbəsinin müdiri Xəqan Hümmətzadə özəl sektorda işçilərin əmək haqqlarının müəyyən olunmasında işçinin işgüzar keyfiyyətlərinə, onun peşəkarlıq səriştəsinə, müəssisənin səmərəliliyinin artırılmasında, məhsuldar iş rejimində roluna uyğun olduğunu, bu sektorda da mütəmadi olaraq əmək haqqı artımlarının olduğunu qeyd edib.

BƏT-in layiqli əmək üzrə texniki dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin əmək haqqı üzrə mütəxəssisi Nikolas Studer Azərbaycanda əmək haqqı siyasətinin daim on planda saxlanmasının, mimimum əmək haqlarının artırılmasının, ölkdə orta aylıq əmək haqqı səviyyəsinin getdikcə yüksəlməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Daha sonra BƏT-in rəsmiləri Nikolas Studer və Rosalia Vazquez BƏT-in 2016-2017-ci illəri əhatə edən Qlobal Əmək Haqqı hesabatını təqdim ediblər. Tədbir hesabat əsasında geniş müzakirələr şəraitində davam edib, əmək haqqı siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Erməni hərbçi öldürüldü - Çənəsindən güllə yarası alaraq...
Amerika bütün Rusiyaya viza verməyi dayandırdı
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
Heç bir zaman çoxlu malı olan insanlara qibtə etmə, çünki... – Həzrət Musaya (ə) deyilənlər
Balacaboy hündür adam...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Yeltsinin limuzini Peterburqda 19,7 milyon rubla satıldı
Cəmiyyət
"Naxçıvanın Ana Vətənə qovuşmasını gələcək nəsillərə saxlamamalıyıq"
Kriminal
Əsgərlikdən gəlib sevdiyi qızı kimsəsiz binaya apardı və... — İNANILMAZ TƏCAVÜZ
Dünya
Birinci xanım ərinin qüsurundan danışdı- FOTO
Ədəbiyyat
Dünyanın ən varlı yazıçılarının qazandıqları REKORD MƏBLƏĞLƏR
Həftənin ən çox oxunanları
Qənirə Paşayeva Əli Həsənova müraciət göndərdi - Gözlər "Qaçqınkom" sədrində... (VİDEO)
“Mənim qardaşım Naxçıvanın yiyəsidir, mən nə desəm, o da olacaq!”
Rüfət Aslanlı haqqında şok iddia: Şərab şüşəsi üzərindəki "mesaj"lar deşifrə ediləcəkmi?
Prezidentə və 1-ci Vitse Prezidentə Xaçmaz sahibkarlarından tükürpədici MÜRACİƏT...
Əri tərəfindən döyülən qadın həmin anları kameraya çəkib polisə verdi - VİDEO
Adnan Oktar Azərbaycan xalqını təhqir etdi -Video
Antibiotik istifadə etmədən, boğaz ağrılarından xilas olmağın ən sadə yolu
Putin istefa verir və Hollandiyaya qızının yanına gedir...
500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi- Təfərrüatlar
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin