Xəbər lenti
18/06/2018 [09:22]:
Ərdoğan Antarktikada baza yaratmaq istəyir
18/06/2018 [09:17]:
Hacıqabulda ağır yol qəzası
18/06/2018 [09:14]:
Sumqayıtda dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapıldı
18/06/2018 [09:14]:
Alimlər yadplanetlilərə ismarıc göndərdi
18/06/2018 [09:12]:
DÇ-2018: Bu gün İngiltərə, Belçika və İsveç yığmaları mübarizəyə qoşulacaq
18/06/2018 [09:12]:
“Bankdan pul oğurlanması iddiası əsassızdır” - “Günay Bank”ın sədri
18/06/2018 [00:26]:
“Ermənistanda terror mühiti hökm sürür”
17/06/2018 [23:53]:
Şəkidə çobanı ildırım vurdu
17/06/2018 [23:21]:
"Valideynlərin döyərək “tərbiyə etmək” metodu uşaqlarda nifrət hissi yaradır”
17/06/2018 [23:01]:
ATƏT yanında daimi nümayəndə heyətinin 25 üzvü Azərbaycana gələcək
17/06/2018 [23:00]:
Mahir Mədətov: "Almaniya finalda uduzanda ağlamışdım"
17/06/2018 [22:55]:
Göygölə dolu yağdı, ağaclar aşdı - Fotolar
17/06/2018 [22:33]:
Dağlıq Qarabağda müxalifət icazəsiz etiraz mitinqi keçirdi – Saakyanın istefası tələb edildi- FOTO
17/06/2018 [22:24]:
Salvador Dalinin əsərindəki 13 rəqəmi nəyə işarədir? – ARAŞDIRMA
17/06/2018 [21:57]:
“Maşın” tezliklə yenidən başlayacaq
17/06/2018 [21:47]:
Almaniyanın şok məğlubiyyəti - Fotolar
17/06/2018 [21:43]:
Bayram şənliyi gülləbaran edildi - 20 ölü, 48 yaralı
17/06/2018 [21:38]:
"Paşinyanda zərrə qədər də olsa ağıl varsa..."
17/06/2018 [20:45]:
Kintana ilə bağlı qərar verildi
17/06/2018 [20:18]:
"Neftçi" bombardiri transfer etdi: milli üzvü ilə də müqavilə imzalandı
17/06/2018 [20:16]:
Eyfeli terrorçulardan necə qoruyacaqlar? - Şüşə hasar, 420 ədəd blok və 35 milyon avro...
17/06/2018 [20:13]:
UNEC test üsulu ilə vidalaşır? - “Sessiya imtahanlarını yazılı formada keçirməyi düşünürük”
17/06/2018 [20:04]:
Nazirlikdən fermerlərə xəbərdarlıq - “Bunlar zərərli kimyəvi maddələrdir”
17/06/2018 [19:01]:
Makedoniyanın adı rəsmən dəyişdi - FOTO
17/06/2018 [18:44]:
ABŞ-da sərgidə atışma: 20 nəfər yaralandı
17/06/2018 [17:46]:
Döyüşçü-pişik interneti fəth edir – VİDEO
17/06/2018 [17:41]:
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
17/06/2018 [17:37]:
Londonda daxili işlər nazirinin telefonunu oğurlayıblar
17/06/2018 [17:14]:
“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir
17/06/2018 [16:59]:
Sovet dövründən qalma qeyri-adi avtomobil dizaynları - FOTOLAR
17/06/2018 [16:53]:
Nadirin general qızından oğlu var imiş: - “Cavanlıq səhvim idi”
17/06/2018 [16:33]:
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ
17/06/2018 [16:29]:
Rusiya 2019-un mayına kimi "S-400"lərin Türkiyəyə təhvilini tamamlayacaq
17/06/2018 [16:24]:
Rasim Balayevdən aktrisalara qalmaqallı sözlər: “Gözəl bədəni var…”
17/06/2018 [15:38]:
Azərbaycanla Ermənistan arasında son döyüşlərin YENİ TƏFƏRRÜATLARI
17/06/2018 [15:30]:
Pambıq sahəsində daha bir kütləvi zəhərlənmə –Tərtərdə 14 nəfər xəstəxanaya aparıldı
17/06/2018 [15:22]:
Yazarlar dünya çempionatında hansı futbol komandasına azarkeşlik edir? - SORĞU
17/06/2018 [15:17]:
Binəli Yıldırım “Eurovision”u tənqid etdi
17/06/2018 [15:16]:
Sabah 34 dərəcə isti gözlənilir
17/06/2018 [15:14]:
Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşdi
17/06/2018 [14:25]:
Sərnişin qatarının vaqonları relsdən çıxdı: 1 nəfər ölüb, 3 nəfər yaralandı - Yenilənib
17/06/2018 [13:32]:
Müdafiə Nazirliyi Xocalı aeroportundan fotolar paylaşdı - “Daim nəzarətdə saxlayırıq”
17/06/2018 [13:25]:
Paşinyan Xankəndidə ordu qərargahında müşavirə keçirdi - FOTO
17/06/2018 [13:08]:
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin ilk təşəbbüsçüsü öldü
17/06/2018 [13:03]:
Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlament seçkilərinin gedişatından DANIŞDI
17/06/2018 [13:01]:
“Putin Paşinyana tapşırıb ki, “get, oradakıları başa sal...” - Baş nazirin suallar doğuran Qarabağ səfəri
17/06/2018 [12:56]:
Yeni doğulan körpələrin olduğu xəstəxanada yanğın - Ölənlər var
17/06/2018 [12:53]:
Əfqanıstanda partlayışda ölənlərin sayı 36 nəfərə çatıb – YENİLƏNİB + FOTO
17/06/2018 [12:50]:
İdarəetməni itirən avtomobil restorana girdi - FOTOLAR
17/06/2018 [12:39]:
Qənirə Paşayeva Tovuzda Ramazan bayramı tədbirində gənclərə çağırış edib
17/06/2018 [12:30]:
Putindən Bakı ilə bağlı nazirlərə - Mühüm göstəriş
17/06/2018 [12:27]:
Yüksək vəzifəli azərbaycanlı primitiv səbəbin güdazına getdi
17/06/2018 [12:22]:
Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”: 100 min borc aldı və uduzdu
17/06/2018 [12:21]:
Kardaşyan prezident olmaq istəyir
17/06/2018 [12:15]:
Türkiyənin Azərbaycandakı səfirliyində səsvermə keçirilir – FOTO
17/06/2018 [11:41]:
Futbol alman təfəkkürünü məhv etdi- Əlisa Nicat
17/06/2018 [11:28]:
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- İtə görə iyirmi beş illik ailəsinə son qoyan qadın...
17/06/2018 [11:23]:
Şamaxıda yük və minik maşınları toqquşdu: Ölən və yaralılar var
17/06/2018 [11:18]:
PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi
17/06/2018 [11:14]:
Ancelina Coli İŞİD zülmünə məruz qalanları ziyarət etdi - Fotolar
17/06/2018 [11:10]:
General Manvel, Lavrova Eçmiədzində qonaqlıq verən “Don Pipo” və bir neçə Rusiya vətəndaşı... - Ermənistanda həbslər davam edəcək
17/06/2018 [10:26]:
Dünya Çempionatının azərbaycanlı oğlanı - İran millisindəki tanımadığımız soydaşımız kimdir...
17/06/2018 [10:13]:
Bakıda 3 otaqlı, Beyləqanda 8 otaqlı ev yanıb
17/06/2018 [09:52]:
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
17/06/2018 [09:44]:
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
17/06/2018 [09:41]:
DÇ-2018: Bu gün Almaniya və Braziliya yığmaları ilk oyunlarını keçirəcəklər
17/06/2018 [09:38]:
Ermənistan silahlı qüvvələri atəşkəsi pozdu
17/06/2018 [09:01]:
Bakıda velosipedçi 6 yaşlı uşağı vuraraq xəstəxanalıq etdi
17/06/2018 [08:51]:
ABŞ prezidenti ilə Macarıstanın baş naziri arasında telefon danışığı olub
17/06/2018 [08:45]:
Yunanıstan parlamenti Tsipras hökumətinə etimadsızlıq votumunu rədd edib
17/06/2018 [08:36]:
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama
17/06/2018 [08:13]:
Bu kadrlar sizi şoka salacaq - Xəstəni belə müalicə edirlər
17/06/2018 [01:46]:
Əsrin daha bir bəlasına tutulanlar nə etməlidirlər? – Talessemiya əsarəti
17/06/2018 [01:20]:
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
17/06/2018 [00:46]:
Rəsmi Bakı: "Paşinyanın Qarabağa səfəri müharibə çağırışıdır"
16/06/2018 [23:37]:
Karyerasını əngəlləyən sevgilisindən 350 min dollarlıq intiqam aldı...
16/06/2018 [23:36]:
Avtomobilin arxasındakı yazını görən yol polisindən GÖZLƏNİLMƏZ ADDIM
16/06/2018 [23:29]:
Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi
16/06/2018 [23:00]:
Paşinyan Ağdamın səngərlərinə girdi - FOTO
16/06/2018 [22:31]:
Biləsuvarda ağır qəza: Ölən və yaralılar var
Bütün arxiv bir sırada
21/04/2017 [13:28] - İqtisadiyyat - ( 3479 dəfə baxılıb)

Manata 6 milyardlıq TƏHLÜKƏ



Qulu İBRAHİMLİ  


Xüsusən manatın 2015-ci ildəki ikinci kəskin devalvasiyası və ondan sonrakı ucuzlaşması ilə bağlı mənim mövqeyim lap əvvəldən belə olub ki, manatın ucuzlaşması ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) problemi arasında birbaşa əlaqə vardır. Məhz ABB-nin problemli kreditlərinin Aqrarkreditə ötürülməsi müqabilində Mərkəzi Bankın (AMB) havadan emissiyaya yol verməklə ABB-yə vəsait ayırması, AMB-nin balansında tarazlığın pozulmasına səbəb olur və bu da öz növbəsində manatın inzibati yolla süni ucuzlaşdırılmasını labüd edib. Mövcud olmuş məzənnə rejimi “ABB sindromlu məzənnə rejimi” olub. ABB-nin sağlamlaşdırılması üçün çox yanlış mexanizm müəyyən olundu.
2016-cı ilin ikinci yarısından sonra manatın əhəmiyyətli dərəcədə ucuzlaşması da ABB-yə vəsait ayrılmasının növbəti mərhələsi ilə bağlı olub. Məhz 2017-ci ildən Dövlət Neft Fondundan AMB-yə transfertlər nəzərdə tutulması manatın ABB probleminə görə labüd süni ucuzlaşdırılmasının davam etdirilməsinin qarşısını alıb.
Çox təəssüflər olsun ki, 2017-ci ilin fevral ayından manatın dəyər qazanması mətbuatda guya dövriyyədə manat qıtlığının olması ilə əlaqələndirilməyə başlanıldı. Halbuki rəsmi monetar statistikadan da görünür ki, pul bazasının əsas tərkibi olan "Dövriyyədə nağd pul" məbləği 2017-ci ilin həm yanvar, həm də fevral ayında 6,5 milyard manat olub ki, bu da son 19 ay ərzində, yəni, 2015-ci ilin avqust ayından 2017-ci ilin fevral ayınadək olan dövrdə bütün aylardakından (2016-dekabr istisna olmaqla), həmçinin 2016-ci ilin orta aylıq göstəricisindən (6,1 milyard) yüksək olub. Fevral ayında 6,0 milyard manat olan “Banklardan kənarda nağd pul” və “Banklardakı nağd manat” komponentləri üzrə müqayisə aparsaq, vəziyyət təqribən qeyd etdiyimiz kimidir. Kommersiya banklarının kassasında son 19 ay ərzində hər ay 500-600 milyon manat olub, həmin  dövrdə orta aylıq göstərici 572,0 milyon manat təşkil edib. 2017-ci ilin yanvar və fevral aylarında banklarda, müvafiq olaraq, 618,1 və 541,1 milyon manat nağd manat olub.

 
 
İqtisadiyyatın kiçilməsini də nəzərə almaq lazımdır. Hesab edirəm ki, dövriyyədə manat qıtlığı və əlavə manat kütləsinin buraxılmasından sonra manatın ucuzlaşacağı ilə bağlı söylənilənlər təbliğata xidmət edir. Kimlərsə ya bilərəkdən, ya da bilməyərəkdən bu təbliğata xidmət edir. Ona görə ki, Mərkəzi Bankın havadan emissiya ilə ABB-yə ayrıdığı vəsaitlərdən  6,0 milyard manatı (2016-cı ilin birinci yarısının rəqəmi) və bəlkə də daha çoxu Mərkəzi Banka illik 5%-lə depozit yatırılıb. Azərbaycan Beynəlxalq Bankı bu vəsaiti gələcək aylarda Mərkəzi Bankdakı hesabından çıxara, dövriyyədəki manat kütləsi arta bilər. İndidən ictimai rəy hazırlanır. Manata real təhlükə bu depozitdir.
2016-cı ilin dövlət büdcəsinin icrası ilə Mərkəzi Bankın analitik balansı düz gəlmir.
Fizika, kimya elminin araşdırmalar üçün öz laboratoriyaları olduğu kimi, pul siyasətinin də əsas laboratoriyası Mərkəzi Bankın icmal və analitik balansları, pul-kredit statistikasıdır. Məhz balans maddələrinin vəziyyəti və onlarda baş verən dəyişikliklər araşdırılmalıdır. Əks halda, söylənən fikirlərin heç bir elmi əsası olmaz.
Əgər manatın məzənnəsi ilə pul bazası arasında əlaqəni və ümumilikdə yürüdülən pul siyasətini elmi əsaslarla ciddi şəkildə kimsə həqiqətən araşdırıb dərinliklərə baş vursaydı, dərinliklərdən “quru” deyil, müəyyən məsələlərə bulaşıb “yaş” çıxmalıydı. Məsələn, Beynəlxalq Bankın Mərkəzi Banka “yatırdığı” depozitin manatın məzənnəsinə olan təsirlərini görməliydi. Halbuki bu məbləğ, həm Mərkəzi Bankın rəsmi xalis valyuta ehtiyatlarının manat ifadəsində məbləğinə, həm də pul bazasına təqribən bərabərdir. Bu boyda təsiri görməmək olarmı?! 2016-cı ilin dövlət büdcəsinin icrası barədə məlumatla, daha doğrusu Neft Fondundan illik edilməli transfertin yarıya qədərinin ilin sonuncu ayında ”“ dekabrda baş verməsi ilə Mərkəzi Bankın analitik balansı arasında uyğunsuzluğu görməli idi, müəyyən şübhələr yaranmalıydı.
Pul bazası barədə Mərkəzi Bankın məlumatı düz deyil.
Hesab edirəm ki, Mərkəzi Bankın pul bazası barədə statistikası konseptual baxımdan yanlışdır. Əslində, pul bazası elan olunandan daha çoxdur. Məsələn, Dövlət Xəzinədarlığının Mərkəzi Bankdakı hesablarında saxlanılan vergi ödəyicilərinin ƏDV depozit hesabı məbləğləri pul bazasına salınırmı? Halbuki bu məbləğlər də pul bazasına daxil edilməlidir. Beynəlxalq Bankın Mərkəzi Bankda bloklaşdırılan xarici valyutası da dollarla pul bazasına daxil edilməyib. ABB-nin MB-dakı bəhs etdiyim manat depozitinə də, əslində, pul bazası kimi baxmaq lazımdır. Bu vəsaitlərin iqtisadiyyata daxil olma forması fərqlənsə də, emissiya təsirləri dövriyyədəki nağd vəsaitlərlərlə eyni gücə malikdir. Qeyd edilənləri nəzərə alanda görürük ki, MB-ın analitik balansında “Mərkəzi Bankın pulu” tarixində rekord həddə çatıb.
Fevralda manatın məzənnəsi ilə bağlı nə baş verib?
2017-ci ilin 02 fevralında çərşənbə axşamı manat pik həddə ucuzlaşdırılıb, USD/AZN məzənnəsi 1,9200 manata yüksəldilib və fevralın 16-da (yenə çərşənbə axşamı) ayın ən aşağı səviyyəsi olan 1,7296 manata salınıb, növbəti gün isə yenidən manat ucuzlaşdırılmağa (1,7352) başlanıb.
Hesab edirəm ki, bu hal təsadüfi olmayıb. İki həftə ərzində ABB-nin problemli kreditlərinin növbəti hissəsinin ötürülməsinin və ona vəsait ayrılmasının baş verdiyini düşünürəm. Fikrimcə, fevralın 2-də ABB-nin dollarla olan problemli aktivləri ən yüksək məzənnə əsasında (1,92) manatla qiymətləndirilib Aqrarkreditə ötürülüb ki, Mərkəzi Bankdan daha çox vəsait alınsın. Fevralın 15-16-da da Neft Fondundan Mərkəzi Banka valyuta transferti məbləğindən ABB-yə xarici valyuta ödənib. Ona görə də manat həmin gün bahalaşdırılıb ki, daha çox xarici valyuta ödənsin. Fevralın sonrakı günlərində manat yenidən ucuzlaşdırılb.
Hazırda manatın gələcək məzənnəsi “ABB sindromlu məzənnə rejimi”ndən və Beynəlxalq Bankın Mərkəzi Bankdakı depozit hesabındakı məbləğin taleyindən asılıdır. “Təbliğatçılar” bu depozitin indi hansı məbləğdə olduğunu ilk növbədə araşdırıb, sonra proqnozlar versinlər.


Ovqat.com

"Paşinyanda zərrə qədər də olsa ağıl varsa..."
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ
Rasim Balayevdən aktrisalara qalmaqallı sözlər: “Gözəl bədəni var…”
Azərbaycanla Ermənistan arasında son döyüşlərin YENİ TƏFƏRRÜATLARI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Eyfeli terrorçulardan necə qoruyacaqlar? - Şüşə hasar, 420 ədəd blok və 35 milyon avro...
Maraqlı
Sovet dövründən qalma qeyri-adi avtomobil dizaynları - FOTOLAR
Cəmiyyət
Müdafiə Nazirliyi Xocalı aeroportundan fotolar paylaşdı - “Daim nəzarətdə saxlayırıq”
Cəmiyyət
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Araşdırma
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
“İyunun 12-dən 24-dək Qarabağdakı təmas xəttində ən təhlükəli dövr olacaq...”
Xalq artisti "Maşın" realiti şouda baş verənlərdən danışdı: "Bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm"
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
Rekord sayda lüt qadın buzlu dənizdə belə çimdi... - (Video+18)
“Hesab elə ki, mən elə göyçəli qaçqınam, qarabağlı köçkünəm!” - Tanımadığımız Artur Rasizadə...
TANAP-dan danışan gənc kimin övladıdır? - FOTO+VİDEO
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
Oliqarx Mübariz Mənsimov Azərbaycana qarşı müharibə elan edir
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin