Xəbər lenti
21/02/2018 [15:07]:
Monitorinq insidentsiz başa çatıb
21/02/2018 [15:05]:
Tikintisinə 2005-ci ildə başlanılsa da "bəxti" açılmayan binanın "sakinlər"indən HARAY...
21/02/2018 [15:05]:
Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir
21/02/2018 [14:57]:
Azərbaycanda valyuta satışı kəskin azalıb
21/02/2018 [14:52]:
Heyvanlara pasport veriləcək...
21/02/2018 [14:50]:
Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i -Türkiyədə seçki
21/02/2018 [14:48]:
Rusiya kriminal avtoritetləri ölkədən qovur
21/02/2018 [14:47]:
Səməd Səmədov: "Rihanna və Cennifer yarım milyon versələr, duet oxuyaram"
21/02/2018 [14:47]:
"SOCAR Trading"dən Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində uğurlu tədbir - VİDEO
21/02/2018 [14:33]:
Bu post hansı səbəbdən 4 aydır boş qalıb? OLMAYA...
21/02/2018 [14:29]:
AFFA baş məşqçiyə ağır cəza verdi
21/02/2018 [14:28]:
Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edildi
21/02/2018 [14:27]:
Rəşad Sadiqov azarkeşləri təhqir etdi, 3 oyunluq cəzalandı
21/02/2018 [14:25]:
Türkiyə əhalisinin 100 milyonu keçəcəyi gözlənilir
21/02/2018 [14:17]:
13 gün əvvəl evdən qaçan gəlinin ANASI: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"
21/02/2018 [14:13]:
Sabiq nazirin axtarışda olan qohumuna HÖKM OXUNDU
21/02/2018 [14:12]:
ADNSU-da doktorantların seminarı keçirildi
21/02/2018 [14:07]:
Əsəd qüvvələri Afrinə girib - İDDİA
21/02/2018 [14:00]:
Sabahdan Bakıda birinci sənəd qəbuluna başlanılır
21/02/2018 [13:56]:
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?
21/02/2018 [13:50]:
Bakıda qadını sevgilisi ilə şantaj edən şəxsə AĞIR CƏZA TƏLƏBİ
21/02/2018 [13:46]:
Mədət Quliyevin ailəsində sevinc: yeni övladı oldu - FOTO
21/02/2018 [13:37]:
Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində
21/02/2018 [13:36]:
Cümhuriyyət parlamentində bahalaşmaya qarşı üsyan: ”Buğda gah qalxır, gah düşür”
21/02/2018 [13:32]:
ABŞ səfiri: "Münaqişənin həllinə sadiqik"
21/02/2018 [13:30]:
Sosial şəbəkələrdə bu bu tip statusları qətiyyən paylaşmayın - 5 MƏSƏLƏ
21/02/2018 [13:29]:
Devalvasiyanın 3-cü İLİ: Azərbaycanın qazandıqları və itirdikləri
21/02/2018 [13:13]:
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21/02/2018 [12:58]:
ADP prezident seçkiləri ilə bağlı bəyənat yaydı
21/02/2018 [12:53]:
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...
21/02/2018 [12:50]:
Oğuz Gəncləri ilə deputatın daha bir görüşü baş tutdu
21/02/2018 [12:50]:
Ukraynanın borcu 2 trilyona qalxdı
21/02/2018 [12:41]:
Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı oldu - FOTOLAR
21/02/2018 [12:39]:
İlham Əliyev İranın müdafiə naziri ilə görüşdü
21/02/2018 [12:38]:
Tarkan kökəlib bu hala düşdü - Foto
21/02/2018 [12:37]:
DİM imtahanda iştirak edən və uğur qazananların yaş intervalını açıqladı
21/02/2018 [12:36]:
“Bu, Fransanı ciddi narahat etməlidir” - XİN-dən açıqlama
21/02/2018 [12:34]:
Həcc ziyarəti üçün bəzi şərtlər dəyişdirildi
21/02/2018 [12:24]:
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
21/02/2018 [12:20]:
Azərbaycan bu şəxsi beynəlxalq axtarışa verdi
21/02/2018 [12:10]:
23 mindən çox şəxsin Prezident təqaüdü artırılıb
21/02/2018 [12:09]:
Tehranda eyni iğtişaş, eyni eyni koordinat...
21/02/2018 [12:01]:
Abituriyentlər üçün layihə – “Bir günlük tələbə”
21/02/2018 [11:59]:
Ceki Çandan azərbaycanlı məşhura hədiyyə...
21/02/2018 [11:42]:
“Bütün səhiyyə ocaqlarında infeksiyalarla mübarizə gücləndirilməlidir”
21/02/2018 [11:40]:
Ərdoğana təhdid: "Akşənər 300 siyasətçini topladı"
21/02/2018 [11:38]:
Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video
21/02/2018 [11:28]:
Təqaüdlərin artımı üçün 1.9 milyon manat ayrılacaq
21/02/2018 [11:09]:
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirdi
21/02/2018 [11:05]:
"Türkiyəsiz Suriyanın gələcək dizaynı mümkün deyil..." - Ermənişünas alim
21/02/2018 [11:00]:
Türkiyədə saxta professor həbs edildi: Azərbaycan Universitetini "bitirib"
21/02/2018 [10:58]:
Tənzilə Rüstəmxanlı müğənni kürəkəni haqda: "Qızımı ona vermək istəmirdim"
21/02/2018 [10:56]:
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
21/02/2018 [10:54]:
“Survivor”dan uzaqlaşdırıldı - Vəziyyəti ağırdır
21/02/2018 [10:51]:
Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq - Ərəstun Oruclu yazır
21/02/2018 [10:41]:
Azərbaycanda çay məcrasından çıxdı - Evlər təhlükədə
21/02/2018 [10:24]:
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
21/02/2018 [10:20]:
Paytaxtın bəzi yollarında sürət həddi endirilib - Yağışa görə
21/02/2018 [10:17]:
Qadın iynələri udaraq intihara cəhd edib -Əri ona xəyanət etdiyi üçün
21/02/2018 [10:17]:
Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
21/02/2018 [10:13]:
Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO
21/02/2018 [10:11]:
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
21/02/2018 [10:09]:
Xocalıdan gələn səs... - VİDEO
21/02/2018 [10:06]:
Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı
21/02/2018 [10:03]:
Polisdən əməliyyat - 58 nəfər tutuldu
21/02/2018 [09:59]:
Avro və rubl manata nisbətdə dəyər itirdi
21/02/2018 [09:58]:
Xərçəng şişlərinin özünüməhvetmə mexanizmi aşkarlandı
21/02/2018 [09:52]:
Suriya konflikti böyük maraqlara ev sahibliyi edir - TƏHLİL
21/02/2018 [09:51]:
Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi
21/02/2018 [09:47]:
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
21/02/2018 [09:22]:
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyət barədə - Açıqlama
21/02/2018 [09:18]:
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir -İQTİSADİ SAVAŞ
21/02/2018 [09:16]:
İranın müdafiə naziri Bakıda -Generalın səfərinin mümkün səbəbləri
21/02/2018 [09:14]:
ATƏT məşhur təşkilatını seçkiyə görə Azərbaycana göndərir
21/02/2018 [09:12]:
“Laz Ziya”nın qızı “Meral”ın son halı... - FOTOLAR
21/02/2018 [09:06]:
“Alpinistlərin tapılmaması qeyri–peşəkarlıqdır” -Türkiyənin FHN-də işləyən azərbaycanlı xanım
21/02/2018 [09:02]:
“Ermənilər təxribatlar törədə, hətta hücuma keçə bilər” - Polkovnik
21/02/2018 [09:00]:
Lənkəran sakini həyətindən yenot tutub - FOTO
21/02/2018 [08:59]:
Tələbə kreditləri haqda yeni təklif
21/02/2018 [08:57]:
Afrinə girmək istəyən terroçular geri çəkildi
Bütün arxiv bir sırada
21/04/2017 [14:06] - Cəmiyyət - ( 777 dəfə baxılıb)

Etikanı pozan deputat mandatı itirəcək - Qanuna sərt dəyişiklik



Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.

Moderator.az xəbər verir ki, Modern.az saytının yazdığına görə, bundan sonra isə həmin deputatlar "mən əslində elə demək istəmirdim, fikirlərim yanlş anlaşılıb” ya da "mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.
 
Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Sadəcə, belə bir məqamda, yəni deputatların qeyri-etik ifadələrinə görə ictimaiyyət onların mandatdan məhrum edilməsi tələbi irəli sürür. Sosial şəbəkələrdə də belə təkliflər, iddilar qeyd edilir.
 
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.

Bəs deputat səsləndirdiyi yanlış fikirlərə görə, mandatından məhrum oluna bilərmi?
 
Sayt məsələni hüquqi cəhətdən başqa aspektdən araşdırmağa araşdırmağa çalışıb. Məlum olub ki, yeni qanun layihəsi ötən ilin sentyabrında keçirilən referendumla əlaqədardır. Belə ki, yeni sənəd ümumxalq səsverməsində qəbul olunan bir məsələyə uyğun olaraq hazırlanıb.
 
Əvvəlki Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əsasən, deputatlar aşağıdakı hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:
 
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
 
2) Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
 
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
 
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
 
5) özü imtina etdikdə.

Göründüyü kimi burada Milli Məclis üzvlərinin kobud fikirlərə görə deputat kreslosu ilə vidalaşacağı barədə bənd yoxdur.
 
Lakin 2016-cı ilin 26 sentyabrında Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əlavə ilə bağlı səsvermyə çıxarılan məsələ seçicilər tərəfindən müsbət qarşılandı.
 
Qeyd edək ki, Referendum Aktında 89-cu maddənin I hissəsinin birinci bəndinə  deputatlarla bağlı aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:
 
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda. 
 
Etik davranış qaydaları ifadəsi özündə çox məqamları ehtiva edir. Heç şübhəsiz ki, bundan sonra deputatlar işlətdikləri qeyri-etik ifadələrə görə parlament kimi mötəbər bir quruma "əlvida” deməli olacaqlar.
 
Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin oktyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, altı ay müddətində Referendum Aktının 1-29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.
 
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.

Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir.

Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır.

Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
 
Bildirilib ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
 
Bununla yanaşı, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik də təklif edilir.

Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.
 
Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.

Deputat parlamentin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Parlament növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
 
Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.

Eyni məzmunlu dəyişiklik Seçki Məcəlləsində də edilir. Belə ki, Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə bənd əlavə olunur.
 
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı (Deputatlar səsvermə hüququnu şəxsən həyata keçirirlər-bu maddənin pozulması) və 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Milli Məclisi tərəfindən qəbul edilir.

Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
Fotoqrafçı pozğun çıxdı, toy günü kabusa döndü - FOTOLAR
Göygöldə fen almağa gedib, taksiylə qaçan gəlin tapıldı - Açıqlaması şoka saldı
Lavrovdan Türkiyəyə yeni TƏKLİF: “Bəşər Əsədlə…”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Kriminal
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
Kriminal
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
Dünya
17 illik dostluq 17 bıçaq zərbəsi ilə sona çatdı...
Dünya
Kobra qanı içib canlı ilan yedilər - FOTOLAR
Ədəbiyyat
"Maddi imkanım olsaydı, atamla bağlı çox işlər görərdim"- Xalq şairinin qızı
Həftənin ən çox oxunanları
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadın
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Bir qadın eyni vaxtda 3-4 kişi ilə yaşasa?...- Uşaqların atası kim olacaq?!.
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin