Xəbər lenti
22/08/2017 [04:20]:
"Demokratiya yaratmaq asan deyil"
22/08/2017 [03:59]:
Bolqarıstanın müdafiə naziri:"Avropa İttifaqının sərhədlərini silahla qoruyaq"
22/08/2017 [03:50]:
Əbülfəz Elçibəyin vəfatından 17 il ötür
22/08/2017 [03:38]:
Əfqanıstana daha 4000 ABŞ əsgəri göndəriləcək
22/08/2017 [03:23]:
Rostovda baş verən yanğın söndürüldü
22/08/2017 [03:15]:
Vasif Talıbov sərhədçiləri təltif etdi
22/08/2017 [03:08]:
Türkiyədə daha bir terror aktının qarşısı alındı
22/08/2017 [02:52]:
Rostovda fövqəladə vəziyyət rejimi tətbiq edildi
22/08/2017 [02:41]:
İŞİD-in liderlərindən biri yaxalandı
22/08/2017 [02:33]:
Günəş tutulmasını yalnız ABŞ sakinləri müşahidə edə bildi
22/08/2017 [02:26]:
Giorgi Kvirikaşvili: “Gürcüstan yanğınla mübarizədə Azərbaycan və Türkiyənin köməyindən istifadə edəcək”
22/08/2017 [02:19]:
İtaliyada zəlzələ oldu
22/08/2017 [02:06]:
Alış-verişdə iri məbləğdə pul xərcləməyin - Günün qoroskopu
22/08/2017 [01:11]:
Yeltsinin limuzini Peterburqda 19,7 milyon rubla satıldı
22/08/2017 [01:00]:
"Rusiyasız Qafqazda heç vaxt sülh və sakitlik olmayacaq"
22/08/2017 [00:33]:
Yoldaşları son dəqiqədə "penalte"ni qaçıran futbolçunun barmaqlarını qırdılar
22/08/2017 [00:20]:
“Neftçi”nin yeni baş məşqçisinin adı AÇIQLANDI
22/08/2017 [00:10]:
Kapitan, yoxsa siçovul...?
21/08/2017 [23:57]:
UEFA klubların yeni reytinq cədvəlini açıqladı- "Qarabağ" bu pillədə
21/08/2017 [23:55]:
Erməni hərbçi öldürüldü - Çənəsindən güllə yarası alaraq...
21/08/2017 [23:43]:
Azərbaycan yığması təyyarəyə gecikdi, yarışda texniki məğlubiyyət aldı
21/08/2017 [23:39]:
Rövnəq Abdullayev “Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri ilə görüşdü
21/08/2017 [23:38]:
“Gerhard Şröderin satqınlığı bütün Avropa demokratiyasına vurulan zərbədir” - Qərb mətbuatı
21/08/2017 [22:58]:
"Naxçıvanın Ana Vətənə qovuşmasını gələcək nəsillərə saxlamamalıyıq"
21/08/2017 [22:46]:
Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək
21/08/2017 [22:15]:
“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirildi - FOTOLAR
21/08/2017 [21:54]:
FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci helikopter göndərdi - YENİLƏNİB
21/08/2017 [21:47]:
Qarabağa sahib ola biləcəyikmi?
21/08/2017 [21:26]:
Üç nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri – VİDEO
21/08/2017 [20:48]:
“Saakaşvili sərhədi keçən kimi güllələyin!” - FOTO
21/08/2017 [20:12]:
Donuzlar qadına hücum etdi: Qorxunc görüntü - VİDEO
21/08/2017 [20:08]:
Gürcüstan hökuməti İlham Əliyevə təşəkkür etdi
21/08/2017 [19:57]:
“Milli Azadlıq Hərəkatının başında Ayaz Mütəllibov durmuşdu...” - ŞOK İDDİA...
21/08/2017 [19:47]:
Jirinovski Rusiya prezidenti olmaq istəyir
21/08/2017 [19:37]:
Prezident: “Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq”
21/08/2017 [19:33]:
BAXCP rəhbərliyi Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcək
21/08/2017 [19:28]:
İsrail ordusu 6 mülki fələstinlini terrorçu ittihamı ilə həbs etdi - VİDEO
21/08/2017 [19:18]:
Göygöl və Samuxa pul ayrıldı
21/08/2017 [19:14]:
Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı
21/08/2017 [18:27]:
İlham Əliyev yeni sədr təyin etdi
21/08/2017 [18:24]:
Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı
21/08/2017 [18:03]:
Rəsul Çunayevlə İslam Abbasov üçün bürünc medal şansı
21/08/2017 [18:02]:
Dolların sabaha olan məzənnəsi
21/08/2017 [18:01]:
Polis mayoru nöqsanlara görə işdən çıxarıldı
21/08/2017 [18:00]:
FHN Gürcüstana helikopter göndərdi - Əliyevin tapşırığıyla
21/08/2017 [17:51]:
Xalq artistinin qalmaqallı fotosu yayıldı
21/08/2017 [17:49]:
Nazirlikdən dərs bölgüsü açıqlaması...
21/08/2017 [17:46]:
Əsgərlikdən gəlib sevdiyi qızı kimsəsiz binaya apardı və... — İNANILMAZ TƏCAVÜZ
21/08/2017 [17:31]:
İlham Əliyev: "Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır"
21/08/2017 [17:26]:
1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR
21/08/2017 [17:17]:
Birinci xanım ərinin qüsurundan danışdı- FOTO
21/08/2017 [17:11]:
Dünyanın ən uzunömürlü insanları bu ölkələrdə yaşayır- SƏBƏBLƏRİ
21/08/2017 [17:07]:
Birinci ledi hökumətdə vəzifə aldı
21/08/2017 [16:58]:
Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yarandı- FOTO
21/08/2017 [16:44]:
Məkkədə hotel yanır
21/08/2017 [16:26]:
Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək
21/08/2017 [16:23]:
YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə -XƏBƏRDARLIQ
21/08/2017 [16:20]:
“Dərmanlı yumurta” qalmaqalı böyüyür
21/08/2017 [16:18]:
İlham Əliyev: “Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm”
21/08/2017 [16:14]:
General Xaçaturova məktub: “Bəxtin gətirdi ki, Ohanyan səni öz əliylə güllələmədi...”
21/08/2017 [16:11]:
Milyonluq maşınını dəfn edən milyarder jurnalistləri təəccübləndirdi- MARAQLI
21/08/2017 [15:46]:
Bakı sakinini döyərək ağır xəsarətlər yetirən mütəşəkkil dəstə saxlanıldı
21/08/2017 [15:37]:
Azərbaycanlı 2 milyon dollarlıq zinət əşyasıyla - Aeroportda saxlanıldı
21/08/2017 [15:34]:
Çunayevdən gözlənilməz məğlubiyyət -Video
21/08/2017 [15:29]:
Avtomobilə "Satılır" elanı yazanlar cərimələnəcək
21/08/2017 [15:29]:
ABŞ-ın viza qərarına Lavrovdan cavab: "Biz Amerika vətəndaşlarına pislik etməyəcəyik"
21/08/2017 [15:25]:
“Uçan” avtomobilin kapotu üzərində selfi...- Səfehlik (VİDEO)
21/08/2017 [15:22]:
Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
21/08/2017 [14:45]:
Yağışın heç zaman dayanmadığı şəhərdən FOTOLAR
21/08/2017 [14:13]:
Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı
21/08/2017 [14:11]:
Amerika bütün Rusiyaya viza verməyi dayandırdı
21/08/2017 [14:01]:
Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu
21/08/2017 [14:00]:
Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB etdi – QALMAQAL
21/08/2017 [13:52]:
“Vaxt var idi mediadakı həmrəylik prezident fərmanına belə təsir edirdi”
21/08/2017 [13:52]:
Rus çempionu döyüb öldürən azərbaycanlı kimdir? - VİDEO
21/08/2017 [13:51]:
“Kopenhagen” - “Qarabağ” matçının hakimləri məlum oldu
21/08/2017 [13:38]:
Həcc ziyarətinə gedəcək zəvvarların yola düşəcəyi tarix açıqlandı
21/08/2017 [13:31]:
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
21/08/2017 [13:27]:
Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi - 5 yaşlı oğlunu niyə öldürüb?
21/08/2017 [13:25]:
İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət başçılarını qəbul etdi
Bütün arxiv bir sırada
21/04/2017 [14:51] - Cəmiyyət - ( 851 dəfə baxılıb)

Etikanı pozan deputat mandatı itirəcək - Qanuna sərt dəyişiklik



Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.

Moderator.az xəbər verir ki, Modern.az saytının yazdığına görə, bundan sonra isə həmin deputatlar “mən əslində elə demək istəmirdim, fikirlərim yanlş anlaşılıb” ya da “mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.
 
Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Sadəcə, belə bir məqamda, yəni deputatların qeyri-etik ifadələrinə görə ictimaiyyət onların mandatdan məhrum edilməsi tələbi irəli sürür. Sosial şəbəkələrdə də belə təkliflər, iddilar qeyd edilir.
 
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.

Bəs deputat səsləndirdiyi yanlış fikirlərə görə, mandatından məhrum oluna bilərmi?
 
Sayt məsələni hüquqi cəhətdən başqa aspektdən araşdırmağa araşdırmağa çalışıb. Məlum olub ki, yeni qanun layihəsi ötən ilin sentyabrında keçirilən referendumla əlaqədardır. Belə ki, yeni sənəd ümumxalq səsverməsində qəbul olunan bir məsələyə uyğun olaraq hazırlanıb.
 
Əvvəlki Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əsasən, deputatlar aşağıdakı hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:
 
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
 
2) Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
 
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
 
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5) özü imtina etdikdə.


 
Göründüyü kimi burada Milli Məclis üzvlərinin kobud fikirlərə görə deputat kreslosu ilə vidalaşacağı barədə bənd yoxdur.
 
Lakin 2016-cı ilin 26 sentyabrında Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əlavə ilə bağlı səsvermyə çıxarılan məsələ seçicilər tərəfindən müsbət qarşılandı.
 
Qeyd edək ki, Referendum Aktında 89-cu maddənin I hissəsinin birinci bəndinə  deputatlarla bağlı aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:
 

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda. 
 
Etik davranış qaydaları ifadəsi özündə çox məqamları ehtiva edir. Heç şübhəsiz ki, bundan sonra deputatlar işlətdikləri qeyri-etik ifadələrə görə parlament kimi mötəbər bir quruma “əlvida” deməli olacaqlar.
 
Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin oktyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, altı ay müddətində Referendum Aktının 1-29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.
 
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.

Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir.

Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır.

Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
 
Bildirilib ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
 
Bununla yanaşı, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik də təklif edilir.

Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.
 
Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.

Deputat parlamentin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Parlament növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
 
Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.

Eyni məzmunlu dəyişiklik Seçki Məcəlləsində də edilir. Belə ki, Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə bənd əlavə olunur.
 
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı (Deputatlar səsvermə hüququnu şəxsən həyata keçirirlər-bu maddənin pozulması) və 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Milli Məclisi tərəfindən qəbul edilir.


Erməni hərbçi öldürüldü - Çənəsindən güllə yarası alaraq...
Amerika bütün Rusiyaya viza verməyi dayandırdı
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
Heç bir zaman çoxlu malı olan insanlara qibtə etmə, çünki... – Həzrət Musaya (ə) deyilənlər
Balacaboy hündür adam...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Yeltsinin limuzini Peterburqda 19,7 milyon rubla satıldı
Cəmiyyət
"Naxçıvanın Ana Vətənə qovuşmasını gələcək nəsillərə saxlamamalıyıq"
Kriminal
Əsgərlikdən gəlib sevdiyi qızı kimsəsiz binaya apardı və... — İNANILMAZ TƏCAVÜZ
Dünya
Birinci xanım ərinin qüsurundan danışdı- FOTO
Ədəbiyyat
Dünyanın ən varlı yazıçılarının qazandıqları REKORD MƏBLƏĞLƏR
Həftənin ən çox oxunanları
Qənirə Paşayeva Əli Həsənova müraciət göndərdi - Gözlər "Qaçqınkom" sədrində... (VİDEO)
“Mənim qardaşım Naxçıvanın yiyəsidir, mən nə desəm, o da olacaq!”
Rüfət Aslanlı haqqında şok iddia: Şərab şüşəsi üzərindəki "mesaj"lar deşifrə ediləcəkmi?
Prezidentə və 1-ci Vitse Prezidentə Xaçmaz sahibkarlarından tükürpədici MÜRACİƏT...
Əri tərəfindən döyülən qadın həmin anları kameraya çəkib polisə verdi - VİDEO
Adnan Oktar Azərbaycan xalqını təhqir etdi -Video
Antibiotik istifadə etmədən, boğaz ağrılarından xilas olmağın ən sadə yolu
Putin istefa verir və Hollandiyaya qızının yanına gedir...
500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi- Təfərrüatlar
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin