Xəbər lenti
22/08/2017 [04:20]:
"Demokratiya yaratmaq asan deyil"
22/08/2017 [03:59]:
Bolqarıstanın müdafiə naziri:"Avropa İttifaqının sərhədlərini silahla qoruyaq"
22/08/2017 [03:50]:
Əbülfəz Elçibəyin vəfatından 17 il ötür
22/08/2017 [03:38]:
Əfqanıstana daha 4000 ABŞ əsgəri göndəriləcək
22/08/2017 [03:23]:
Rostovda baş verən yanğın söndürüldü
22/08/2017 [03:15]:
Vasif Talıbov sərhədçiləri təltif etdi
22/08/2017 [03:08]:
Türkiyədə daha bir terror aktının qarşısı alındı
22/08/2017 [02:52]:
Rostovda fövqəladə vəziyyət rejimi tətbiq edildi
22/08/2017 [02:41]:
İŞİD-in liderlərindən biri yaxalandı
22/08/2017 [02:33]:
Günəş tutulmasını yalnız ABŞ sakinləri müşahidə edə bildi
22/08/2017 [02:26]:
Giorgi Kvirikaşvili: “Gürcüstan yanğınla mübarizədə Azərbaycan və Türkiyənin köməyindən istifadə edəcək”
22/08/2017 [02:19]:
İtaliyada zəlzələ oldu
22/08/2017 [02:06]:
Alış-verişdə iri məbləğdə pul xərcləməyin - Günün qoroskopu
22/08/2017 [01:11]:
Yeltsinin limuzini Peterburqda 19,7 milyon rubla satıldı
22/08/2017 [01:00]:
"Rusiyasız Qafqazda heç vaxt sülh və sakitlik olmayacaq"
22/08/2017 [00:33]:
Yoldaşları son dəqiqədə "penalte"ni qaçıran futbolçunun barmaqlarını qırdılar
22/08/2017 [00:20]:
“Neftçi”nin yeni baş məşqçisinin adı AÇIQLANDI
22/08/2017 [00:10]:
Kapitan, yoxsa siçovul...?
21/08/2017 [23:57]:
UEFA klubların yeni reytinq cədvəlini açıqladı- "Qarabağ" bu pillədə
21/08/2017 [23:55]:
Erməni hərbçi öldürüldü - Çənəsindən güllə yarası alaraq...
21/08/2017 [23:43]:
Azərbaycan yığması təyyarəyə gecikdi, yarışda texniki məğlubiyyət aldı
21/08/2017 [23:39]:
Rövnəq Abdullayev “Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri ilə görüşdü
21/08/2017 [23:38]:
“Gerhard Şröderin satqınlığı bütün Avropa demokratiyasına vurulan zərbədir” - Qərb mətbuatı
21/08/2017 [22:58]:
"Naxçıvanın Ana Vətənə qovuşmasını gələcək nəsillərə saxlamamalıyıq"
21/08/2017 [22:46]:
Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək
21/08/2017 [22:15]:
“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirildi - FOTOLAR
21/08/2017 [21:54]:
FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci helikopter göndərdi - YENİLƏNİB
21/08/2017 [21:47]:
Qarabağa sahib ola biləcəyikmi?
21/08/2017 [21:26]:
Üç nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri – VİDEO
21/08/2017 [20:48]:
“Saakaşvili sərhədi keçən kimi güllələyin!” - FOTO
21/08/2017 [20:12]:
Donuzlar qadına hücum etdi: Qorxunc görüntü - VİDEO
21/08/2017 [20:08]:
Gürcüstan hökuməti İlham Əliyevə təşəkkür etdi
21/08/2017 [19:57]:
“Milli Azadlıq Hərəkatının başında Ayaz Mütəllibov durmuşdu...” - ŞOK İDDİA...
21/08/2017 [19:47]:
Jirinovski Rusiya prezidenti olmaq istəyir
21/08/2017 [19:37]:
Prezident: “Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq”
21/08/2017 [19:33]:
BAXCP rəhbərliyi Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcək
21/08/2017 [19:28]:
İsrail ordusu 6 mülki fələstinlini terrorçu ittihamı ilə həbs etdi - VİDEO
21/08/2017 [19:18]:
Göygöl və Samuxa pul ayrıldı
21/08/2017 [19:14]:
Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı
21/08/2017 [18:27]:
İlham Əliyev yeni sədr təyin etdi
21/08/2017 [18:24]:
Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı
21/08/2017 [18:03]:
Rəsul Çunayevlə İslam Abbasov üçün bürünc medal şansı
21/08/2017 [18:02]:
Dolların sabaha olan məzənnəsi
21/08/2017 [18:01]:
Polis mayoru nöqsanlara görə işdən çıxarıldı
21/08/2017 [18:00]:
FHN Gürcüstana helikopter göndərdi - Əliyevin tapşırığıyla
21/08/2017 [17:51]:
Xalq artistinin qalmaqallı fotosu yayıldı
21/08/2017 [17:49]:
Nazirlikdən dərs bölgüsü açıqlaması...
21/08/2017 [17:46]:
Əsgərlikdən gəlib sevdiyi qızı kimsəsiz binaya apardı və... — İNANILMAZ TƏCAVÜZ
21/08/2017 [17:31]:
İlham Əliyev: "Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır"
21/08/2017 [17:26]:
1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR
21/08/2017 [17:17]:
Birinci xanım ərinin qüsurundan danışdı- FOTO
21/08/2017 [17:11]:
Dünyanın ən uzunömürlü insanları bu ölkələrdə yaşayır- SƏBƏBLƏRİ
21/08/2017 [17:07]:
Birinci ledi hökumətdə vəzifə aldı
21/08/2017 [16:58]:
Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yarandı- FOTO
21/08/2017 [16:44]:
Məkkədə hotel yanır
21/08/2017 [16:26]:
Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək
21/08/2017 [16:23]:
YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə -XƏBƏRDARLIQ
21/08/2017 [16:20]:
“Dərmanlı yumurta” qalmaqalı böyüyür
21/08/2017 [16:18]:
İlham Əliyev: “Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm”
21/08/2017 [16:14]:
General Xaçaturova məktub: “Bəxtin gətirdi ki, Ohanyan səni öz əliylə güllələmədi...”
21/08/2017 [16:11]:
Milyonluq maşınını dəfn edən milyarder jurnalistləri təəccübləndirdi- MARAQLI
21/08/2017 [15:46]:
Bakı sakinini döyərək ağır xəsarətlər yetirən mütəşəkkil dəstə saxlanıldı
21/08/2017 [15:37]:
Azərbaycanlı 2 milyon dollarlıq zinət əşyasıyla - Aeroportda saxlanıldı
21/08/2017 [15:34]:
Çunayevdən gözlənilməz məğlubiyyət -Video
21/08/2017 [15:29]:
Avtomobilə "Satılır" elanı yazanlar cərimələnəcək
21/08/2017 [15:29]:
ABŞ-ın viza qərarına Lavrovdan cavab: "Biz Amerika vətəndaşlarına pislik etməyəcəyik"
21/08/2017 [15:25]:
“Uçan” avtomobilin kapotu üzərində selfi...- Səfehlik (VİDEO)
21/08/2017 [15:22]:
Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
21/08/2017 [14:45]:
Yağışın heç zaman dayanmadığı şəhərdən FOTOLAR
21/08/2017 [14:13]:
Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı
21/08/2017 [14:11]:
Amerika bütün Rusiyaya viza verməyi dayandırdı
21/08/2017 [14:01]:
Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu
21/08/2017 [14:00]:
Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB etdi – QALMAQAL
21/08/2017 [13:52]:
“Vaxt var idi mediadakı həmrəylik prezident fərmanına belə təsir edirdi”
21/08/2017 [13:52]:
Rus çempionu döyüb öldürən azərbaycanlı kimdir? - VİDEO
21/08/2017 [13:51]:
“Kopenhagen” - “Qarabağ” matçının hakimləri məlum oldu
21/08/2017 [13:38]:
Həcc ziyarətinə gedəcək zəvvarların yola düşəcəyi tarix açıqlandı
21/08/2017 [13:31]:
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
21/08/2017 [13:27]:
Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi - 5 yaşlı oğlunu niyə öldürüb?
21/08/2017 [13:25]:
İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət başçılarını qəbul etdi
Bütün arxiv bir sırada
21/04/2017 [14:51] - Cəmiyyət - ( 1453 dəfə baxılıb)

Naxçıvandan “təzə xəbər” var...



Bu yazıya başlayarkən qədim dövr  Çin filosofu Konfutsidən misallar çəkib özümü ağıllı göstərmək fikrində deyiləm. Konfutsini əməlli başlı oxumamışam da.Amma Mirzə Cəlili yaxşı oxumuşam.Ona görə də yazılarımın əksəriyyətində Cəlil Məmmədquluzadədən nümunələr var. İndiyədək çap olunan yazılarımın çoxunu bu böyük dahinin fikirləri ilə başlamışam. Çünki Mirzə Cəlilin əsərləri bu gün də aktualdır.

Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə tanış olanlar yəqin ki, onun “Təzə xəbər” hekayəsini oxuyublar.
    
“Tükəban xalanın gəlini istəyirdi toyuqlara dən səpə,sarı toyuq gözünə sataşmadı.Bir az “cü-cü” eyləyib çağırdı, sarı toyuq görsənmədi.Gəlin fikir elədi ki bəlkə toyuq  Fatma  xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:
    
-Ay Fatma xala,sən Allah ,bax gör, bizim sarı toyuq sizin həyətə keçməyib ki?
     
Bu heyndə Çərçi Zalxa girdi Tükəzban xalanın həyətinə və gəlini divarın yanında görüb başladı məzəmməti:”Ay qız,bəlkə özgənin həyətində kişi zad var,ayıb deyil məgər, xalqın həyətinə baxırsan?”.
  
Gəlin cavab verdi ki ,”sarı toyuğumuz keçmişdi  Fatma xalagilə onu soruşurdum”.
 
Çərçi Zalxa Tükəzban xalagildə işini qurtarıb küçəyə çıxanda Xansənəm əmidostuya rast gəldi.”Ay salaməleyk,ay əleykəssalam, nə var nə yox,ay Zalxa bacı”.
  
Çərçi Zalxa küçənin o tərəfinə, bu tərəfinə baxıb ağzını aparıb yapışdırdı Xansənəm əmidostunun qulağına və belə pıçıldadı:”Tükəzban xalanın gəlini divarın çatdağından Fatma xalanın oğluna göz eliyirdi,vallah mən özüm gözümnən gördüm.Amma sən Həzrət Abbas bir kəsə demə”.
     
Xansənəm əmidostu gedirdi Şərəbanı bacıgilə.İçəri girən kimi: ”Salaməleyk,əleykəssalam.Ay qız nə var, nə yox, uşaqlar necədir?”
    
-Allaha şükür.Sizin Sadığın qarnı necədi,indi maşallah deyəsən bir az köpü yatıb?..
  
Xansənəm əmidostu o tərəfə, bu tərəfə baxıb başını əydi  Şərəbanı bacının qulağına və yavaşca dedi:” 

Eşitmisən təzə xəbəri ya yox?” “Yox eşitməmişəm”.
   
Ay qız Şərəbanı Allah bizim başımıza daş salacaq. Deyirlər ki, Tükəzban xalanın gəlini divardan xəlvətcə Fatma xalanın həyətinə  yenib Fatma xalanın oğlunan oynuyurmuş və naqafil bu yandan da gəlinin əri çıxıb, yəni Tükəzbanın oğlu çıxıb görüb və arvadını da o qədər döyüb ki indi deyirlər o matışka-qızı matışka yorğan döşəkdə yatır.
  
-Ay qız, nə danışırsan?..

- İmam haqqı doğru deyirəm.
  
Bir saat keçmədi ki təzə xəbər şəhərin hər yerinə yayıldı.Şərəbanı xala Əsmər xalaya,Əsmər xala Gülsüm bacıya, Gülsüm bacı Səkinə xalaya, Səkinə xala Nurcahana, Nurcahan Pəricahana... Axırda da bu xəbər Tükəzbanın özünə çatdı.Axşamçağı gəlinin əri Kərbəlayı Qasım evə qayıdam kimi Tükəzban durdu ayağa və çadrasını axtara-axtara dedi ki ,”dəxi mən matışkaynan bir evdə oturmanam;ya bu evdə gərək mən qalam, ya gəlin qala”.
  
Xülasə , Kərbəlayı qasım anasını qoymadı getsin.
   
Və hirs ilə gedib yapışdı övrətinin boğazından ki boğub öldürsün.
   
Səhər açılınca üç dəfə ana və oğul gəlini saldılar dəyənək kötəyinin altına.
 
Ancaq bir neçə gündən sonra yavaş-yavaş Tükəzbana və oğluna yəqin oldu ki, bu deyilən sözlər böhtandı, amma genə hərdənbir Kərbəlayı Qasım bikarlıyanda övrətini salardı kötəyin altına ki, “niyə sən divardan Fatma xalaynan danışdın?...”
   
Təəssüf hissi ilə qeyd edirəm ki, ölkəmizdəki bəzi saytlar məhz belə fəaliyyət göstərir.Çərçi Zalxaların, Xansənəmlərin, Şərəbanıların, Əsmərlərin, Gülsüm bacıların, Səkinə xalaların rəhbərlik etdikləri bu saytların xəbər tapmaq,informasiya vermək “bacarıqları” adamı lap heyran edir.Yağışdan sonra çıxan göbələklər kimi yayılan bu saytlar yalnış məlumatlar yaymaqla ölkə ictimaiyyətini çaşdırırlar.Təbii ki, bu sözləri çoxminli oxucusu olan ciddi informasiya saytlarına aid etmək olmaz. Odur ki, bəzi belə saytların Naxçıvan barədə yaydıqları dezinformasiyalar ciddi saytlar tərəfindən tirajlanmır.Çərçi Zalxalardan biri bu dəfə Naxçıvan Avtomobil Zavodu barədə dezinformasiya yayıb.Çərçi Zalxanın saytından da Şərəbanı, Əsmər, Gülsüm bacı o “xəbəri” götürüb öz saytlarında yerləşdiriblər.
  
Belə insanlar barədə çox gözəl bir atalar sözümüz vardır: ”Kar eşitməz uydurar”. Bu saytlar da Naxçıvan Avtomobil Zavodunda bir yenilik olduğunu eşidiblər və tələm-tələsik yazıblar ki, bəs zavod öz fəaliyyətini dayandırıb. Əgər zavodla əlaqə yaratsaydılar, o zaman öyrənərdilər ki, Naxçıvan Avtomobil Zavodu öz fəaliyyətini genişləndirir.
  
Ancaq bu ,Naxçıvan barədə verilən ilk yalan xəbər, bu torpağa atılan ilk böhtan, şər-şamata deyil ki. Naxçıvan neçə illərdir, belə böhtanlarla üzləşir.Və heç kimə fikir vermədən öz inkişaf yolu ilə gedir.
   
Bu suallar uzun illərdir ki, məni düşündürür: Hədəf niyə Naxçıvandır? Naxçıvan mövzusu jurnalistlər üçün niyə bu qədər maraqlıdır?  Bəziləri burada həyata keçirilən islahatları nəyə görə  qəbul etmək istəmirlər?
   
Gəlin bu suallara cavab axtarmağa çalışaq.Başlayaq birinci sualdan.
   
Naxçıvan 20-ci əsrdə ermənilərin işğal planına daxil olan yeganə yerdir ki, Azərbaycanın ayrılmaz hissəsi kimi qorunub saxlanılıb.Ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində qorunub saxlanılan bu qədim Azərbayvan torpağı sonralar daha da möhkəmləndirilib, inkişaf etdirilib. Naxçıvanda həyata keçirilən tədbirlər nəticəsində bu yurdun insanları öz el-obasına qırılmaz tellərlə bağlanıb, muxtar respublikanın inkişafı üçün əlindən gələni əsirgəmir. İndi Naxçıvanın təhlükəsizliyini etibarlı təmin edən güclü Əlahiddə Ümumqoşun Ordusu vardır. Naxçıvanı hərb yolu ilə işğal edə bilməyən mənfur düşmən hər zamankı alternativ yola əl atıb- təbliğat maşınını işə salıb. Təəssüf doğuran hal odur ki, bizim bir sıra “jurnalistlərimiz” də bilərəkdən və ya bilməyərəkdən düşmənə dəstək verir. Naxçıvan barədə yalan, böhtan xarakterli məlumat yaymağın düşmən dəyirmanına su tökməkdən başqa adı yoxdur. Bəlkə də Naxçıvan barədə qərəzli məlumatlar yayanların xaricdəki maliyyə mənbələri sırasında erməni şirkətləri də vardır.
  
Keçək ikinci suala. Naxçıvan mövzusu ona görə maraqlıdırr ki, burada innovativ islahatlar həyata keçirilir.Naxçıvan blokada şəraitində yaşadığından buradakı vəziyyət, insanların yaşayışı, muxtar respublikada görülən işlər ölkə ictimaiyyəti üçün maraqlıdır.Tarixən də belə olub. Naxçıvan həmişə fatehlərin, səyyahların diqqətini cəlb edib. Bu diyarın özünəməxsus təbiəti, qədim tarixi, möhtəşəm abidələri hər zaman diqqət mərkəzində olub. Son 20 ildə isə bu siyahıya həyata keçirilən islahatlar, abadlıq-quruculuq işləri də əlavə edilib. Naxçıvan mövzusu ölkə ictimaiyyəti üçün maraqlı olduğundan media bu mövzuya daha çox müraciət edir. Naxçıvandan yazaraq qıssa müddətdə populyarlaşan saytlar vardır.Ancaq bəzi saytların bu mövzuya müraciəti qərəzlidir, ona görə ki, sifarişlidir. Əllərindən bir iş gəlməyənlər,tapşırılan vəzifələri yarıtmayanlar muxtar respublikada görülən işlərə kölgə salmağa çalışırlar.Yalan, qərəzli məlumatlar yaymaqla “sübut etmək” istəyirlər ki, guya Naxçıvanda hər şey göründüyü kimi deyil.Bəli, doğrudur.Naxçıvanda hər şey göründüyü kimi deyil. Naxçıvanın gələcəyi naminə elə möhtəşəm layihələr, tədbirlər həyata keçirilir ki, onları anlamaq üçün dərin zəka, yüksək təhlil qabiliyyəti lazımdır. Bir neçə misal çəkim. Naxçıvanın hərbi, ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. Blokada şəraitində yaşayan bir region üçün bunlar həyati əhəmiyyət daşıyır. İndi düşmənə təkcə müsir silahımızla deyil, qədim tariximizi əks etdirən, beynəlxalq dillərdə nəşr olunan əsərlərlə cavab veririk. Naxçıvanın qədim tarixinin öyrənilməsi, abidələrinin bərpa olunması, muxtar respublikada ekoloji tarazlığın qorunması, yeni yaşıllıqların salınması, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə qazandırılması, vətənpərvər, bilikli gəncliyin yetişdirilməsi, milli dəyərlərin yaşadılması istiqamətində görülən işlər tarixi missiyadır.
   
Keçək bəzilərinin Naxçıvanda həyata keçirilən islahatları nəyə görə  tənqid etmən məsələsinə. Bir qrub insanlar Naxçıvanda görülən işlərin mahiyyətini sadəcə olaraq dərk etmirlər. Bir qrup isə görülən işlərin əhəmiyyətini dərk edir,ancaq özləri bunları bacarmadıqlarından qəbul etmək istəmir.
    
Naxçıvanda görülən işlər gələcəyə hesablanmış yenilikçi islahatlardır. Milli dəyərlər, adət-ənənələr üzərində qurulmuş yeniliklər asanlıqla qəbul oluna bilməzdi. Dünyada tarixən yeniliyi qəbul etmək problemi olub. 14-cü əsrin əvvəlləri-16-cı əsrin sonlarında Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah-renesans dövrü də asanlıqla qəbul edilməyib.
 
Bu baxımdan Naxçıvanda görülən işləri bəzi insanların dərk etməməsi başadüşüləndir. Ancaq bu yenilikləri anlayan bir qrup insanın görülən işlərə kölgə salmaq istəməsi paxıllıqdır, vicdansızlıqdır, düşmənçilikdir. Məşhur Azərbaycan filmi “Yeddi oğul istərəm”də mollanın dediyi kimi “Qanıma qəltan eləsələr də deyəcəyəm çalpapaq Kərəm Allahsızdı”.
  
Naxçıvanda həyata keçirilən bütün yeniliklərə, bu diyarın gələcəyi naminə görülən işlərə bəzi media orqanları həmişə qərəzli yanaşıb.
  
Bir vaxtlar avtobuslarda kanduktor işləyən, bazarlarda xırda alverçiliyə sövq edilən şagirdlər məktəblərə cəlb olunanda haray-həşir saldılar ki, bəs Naxçıvanda insanlara işləməyə imkan vermirlər .Onda Naxçıvanda uşaqları təhsilə cəlb etməyə, onlar üçün xoşbəxt gələcək qurmağa çalışırdılar. Mənim şəxsən tanıdığım, vaxtilə bazarlardan, avtobuslardan zorla çıxarılıb məktəblərə aparılan yeniyetmə və gənclərin sırasında indi açıq ürək əməliyyatı aparan həkimlər, dövlətinə sədaqətlə xidmət edən məmurlar, istedadlı müəllimlər, musiqiçilər, alimlər vardır.Bax bizim qaragüruhçu zehniyyətimiz o uşaqların xoşbəxtliyini,  bugünkü inkişafını ”tənqid” edirdi.
    
Antisanitariyanın baş alıb getdiyi çayxanalar söküləndə də hay-küy saldılar: Ay aman Naxçıvanda insanları çay içməyə də qoymurlar .Şəxsən tanıdığım bir insan var ki, o antisanitariyalı çayxanalarda vərəm xəstəliyinə tutulub. O hay –küy qoparanlar Naxçıvanda savadlı və sağlam insanların olmasını istəməyənlər idi. Bunun adı düşmənə xidmət deyil bəs nədir?
    
Tək Naxçıvan şəhərində deyil, muxtar respublikanın kəndlərindəki çayxanalar da söküldü. Niyə? Çünki o çayxanalar xəstəlik mənbəyinə və bekarlar yığıncağına çevrilmişdi. İslam dinini qəbul etmiş görkəmli boksçu Məhəmməd Əli deyirdi ki, səadətə çatmaq yolunda ən çətin mübarizə tənbəlliyin daşını atmağa çalışmaqdır. Naxçıvanda bu işlər görülməklə insanlar tənbəllikdən, ətalətdən qurtuldu. Bütün bunların nəticəsidir ki, indi Naxçıvanda əkinəyararlı bir qarış da boş torpaq yoxdur.Bütün bunların nəticəsidir ki, indi Naxçıvan ərzaq məhsullarını  baha qiymətə  xaricdən almır.
  
Niyə indi Naxçıvanda çayxana yoxdur? Əlbəttə ki var. Antisanitariyalı çayxanaların yerində bu gün müasir kafelər, restoranlar, xidmət və ticarət mərkəzləri fəaliyyət göstərir. Özü də ucuz qiymətə. Naxçıvanın kafelərindəki, restoranlarındakı xidmət nümunəvi, ticarət mərkəzlərindəki qiymət münasibdir. Rejissor dostum Tahir Əliyev burada görəndə ki aldığı soyoducunun qiymətinə Naxçıvanda ikisini almaq olar, bir həftə özünə gələ bilmədi.

Naxçıvanda yas mərasimləri ilə bağlı görülən işlər də birmənalı qarşılanmayıb.Vaxtilə Naxçıvanı İslam qayda-qanunlarına əməl etdiyi üçün “qınayanlar” indi muxtar respublikanın bu təcrübəsinin bütün Azərbaycanda yayılmasının tərəfdarlarıdır.Heç şübhəsiz ki , bir az sonra qəbiristanlıqlarla bağlı haray-həşir qoparanlar da öz fikirlərini dəyişəcəklər, bunun da nümunə olduğunu bildirəcəklər. Əvvəldə dedim axı yeniliyi qəbul etmək asan deyil.

Dünyanın heç bir inkişaf etmiş ölkəsində bizdəki kimi qəbiristanlıqlar yoxdur. Bütün  Avropa ölkələrində, elə qardaş Türkiyədə qəbiristanlıqlar yaşıllıqlar içərisindədir.Oraya daxil olarkən bizdəki kimi insanı vahimə basmır. 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı olacaq. Dünyanın hər yerindən muxtar respublikaya qonaqlar gələcək. Qəbiristanlıqlar da İslam dininin bir parçasıdır və çoxu yol kənarlarındadır. Biz dünyaya nə göstərəcəyik? Qupquru çöllükdə bər-bəzəkli baş daşları? Axı dinimiz israfçılığı haram buyurub?Yox. Biz dünyanin inkişaf etmiş ölkələrində necədirsə onu göstərməliyik və göstərəcəyik də. Artıq bir neçə həftədir ki, qəbiristanlıqlarda iməciliklər keçirilir, yaşıllıqlar salınır.

Belə misalların sayını daha da artırmaq olar. Ancaq oxucuları çox yormaq istəmirəm. Bəli, əziz oxucular, Çərçi Zalxaların, Əsmərlərin,Gülsüm bacıların yazmağına, deməyinə, kənardan gələn səsələrə fikir vermədən Naxçıvanın inkişaf  karvanı öz yolu ilə gedir.
 
Yazının sonunda yenə qayıdıram Mirzə Cəlilə.Yalan yazanlara,böhtan atanlara bu böyük dahinin bircə sözü ilə cavab vermək istəyirəm:Zırrama.

Tural Səfərov
Naxçıvan

Erməni hərbçi öldürüldü - Çənəsindən güllə yarası alaraq...
Amerika bütün Rusiyaya viza verməyi dayandırdı
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
Heç bir zaman çoxlu malı olan insanlara qibtə etmə, çünki... – Həzrət Musaya (ə) deyilənlər
Balacaboy hündür adam...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Yeltsinin limuzini Peterburqda 19,7 milyon rubla satıldı
Cəmiyyət
"Naxçıvanın Ana Vətənə qovuşmasını gələcək nəsillərə saxlamamalıyıq"
Kriminal
Əsgərlikdən gəlib sevdiyi qızı kimsəsiz binaya apardı və... — İNANILMAZ TƏCAVÜZ
Dünya
Birinci xanım ərinin qüsurundan danışdı- FOTO
Ədəbiyyat
Dünyanın ən varlı yazıçılarının qazandıqları REKORD MƏBLƏĞLƏR
Həftənin ən çox oxunanları
Qənirə Paşayeva Əli Həsənova müraciət göndərdi - Gözlər "Qaçqınkom" sədrində... (VİDEO)
“Mənim qardaşım Naxçıvanın yiyəsidir, mən nə desəm, o da olacaq!”
Rüfət Aslanlı haqqında şok iddia: Şərab şüşəsi üzərindəki "mesaj"lar deşifrə ediləcəkmi?
Prezidentə və 1-ci Vitse Prezidentə Xaçmaz sahibkarlarından tükürpədici MÜRACİƏT...
Əri tərəfindən döyülən qadın həmin anları kameraya çəkib polisə verdi - VİDEO
Adnan Oktar Azərbaycan xalqını təhqir etdi -Video
Antibiotik istifadə etmədən, boğaz ağrılarından xilas olmağın ən sadə yolu
Putin istefa verir və Hollandiyaya qızının yanına gedir...
500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi- Təfərrüatlar
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? -Video
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin