Xəbər lenti
29/05/2017 [03:34]:
Fətullah Gülən Vatikanın kardinalı çıxdı - RƏSMİ-VİDEO
29/05/2017 [02:32]:
"Məni təcili öldürün, saat 4-də cənnətə qəbul mərasiminə yetişməliyəm" - ŞOK İSTƏK
29/05/2017 [00:57]:
İstanbulun Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
29/05/2017 [00:51]:
Banan indikatoru - İnhisarçılıq geri qayıdıb...
29/05/2017 [00:43]:
Valyuta dəyişdirərkən diqqətli və ehtiyatlı olun - Günün qoroskopu
28/05/2017 [23:53]:
BAO-çular M.Ə.Rəsulzadənin abidəsini ziyarət etdi
28/05/2017 [23:29]:
Vahan Martirosyanı hansı erməni avtoritet təhdid edib? - ŞOK FAKTLAR...
28/05/2017 [22:22]:
Ulu Öndərin ruhunu narahat edən yarıtmaz "yolçəkənlər"...
28/05/2017 [22:10]:
28 yaşlı Kənanın ürək dağlayan taleyi: Nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü
28/05/2017 [22:06]:
Deputatın evi atəşə tutuldu - Fotolar
28/05/2017 [22:05]:
Suriyada beynəlxalq koalisiyanın hava zərbəsi 20 insan həyatını apardı
28/05/2017 [21:34]:
Çin İrana qarşı sanksiya tətbiq etdi
28/05/2017 [21:05]:
Anasının qətlində şübhəli bilinən şəxs axtarışa verildi -Foto
28/05/2017 [20:53]:
Qarşınızdakı qadın bunu edirsə... - DİQQƏTLİ OLUN
28/05/2017 [20:12]:
Oruc tutanlara çimmək olarmı?
28/05/2017 [19:59]:
"Siyasətə yaxın biri olsam, nələr olar, nələr..." - Rəis Rəsulzadə
28/05/2017 [19:45]:
Mançesterdəki terror aktı ilə əlaqəli daha bir nəfər saxlanıldı
28/05/2017 [19:38]:
"Arvadmı və uşağımı sevdiyim üçün etdim" -8 insanı eyni gündə öldürən qatil
28/05/2017 [19:36]:
Qorxunc qadın mafiya başçısı tutuldu - Fotolar
28/05/2017 [19:35]:
Ərəb şeyxləri üçün özəl hazırlanmış avtomobillər - Fotolar
28/05/2017 [19:29]:
Dolların sabaha olan məzənnəsi
28/05/2017 [19:10]:
“Porsche” ilə 2 uşaq anasını öldürən biznesmen oğlunun 12 yaşındakı sərgüzəştləri
28/05/2017 [19:10]:
Azərbaycanda yol qəzası 7 nəfərin həyatına son qoydu - FOTO
28/05/2017 [19:08]:
Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...
28/05/2017 [19:06]:
Silahlı Qüvvələrdə Respublika Günü münasibətilə silsilə tədbirlər keçirildi - Fotolar
28/05/2017 [18:58]:
Azərbaycanda qoyun əti ucuzlaşdı - QİYMƏT
28/05/2017 [18:47]:
Təhlükəli qadın mafiya başçısı tutuldu - FOTOLAR
28/05/2017 [18:34]:
Bu gün 50 illik yubileyi olacaqdı, oğlu öldürdü -Azərbaycanda ailə faciəsi
28/05/2017 [18:07]:
Rusiyada 174,5 min dollarlıq almaz tapıldı
28/05/2017 [17:56]:
Bakıda ziyarətgahdan telefon oğurlandı - VİDEO
28/05/2017 [17:38]:
"Biz bəzi hallarda Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bilirik..."
28/05/2017 [17:28]:
16 yaşlı qızın qəfil ölümünün səbəbi bilinəndə hər kəs şok oldu  - FOTOLAR- VİDEO
28/05/2017 [17:16]:
Son dəqiqə! İran Pakistanı vurdu – Pakistan nota göndərdi
28/05/2017 [17:14]:
ABŞ-da hava limanı terror həyəcanı ilə boşaldıldı – Düdüklü qazana görə
28/05/2017 [17:04]:
İşcilərin ən çox maaş aldığı ölkələr - SİYAHI
28/05/2017 [16:35]:
QAT rəhbərliyi Cümhuriyyət abidəsini ziyarət etdi
28/05/2017 [16:30]:
Mənsimovdan məşhur modelə -FANTASTİK TƏKLİF
28/05/2017 [16:05]:
Vətəndaş Həmrəyliyi Partiyası Rəsulzadənin abidəsini ziyarət etdi
28/05/2017 [14:25]:
Məhəmməd Əmin Rəsulzadə namaz qılıb oruc tutubmu? - Çarpaz düçüncə...
28/05/2017 [14:20]:
Gənc qadın maşınını oğrulamasınlar deyə elə bir şey etdi ki... - VİDEO
28/05/2017 [14:10]:
Rus baqlıqçının qarşılaşdığı heç yerdə görmədiyiniz dəniz canlıları - ŞOK FOTOLAR...
28/05/2017 [13:00]:
Rektora qarşı tələbə "qiyam"ı təəssüflə qarşılandı - VİDEO
28/05/2017 [12:37]:
“Cümhuriyyətin 100 illiyinə bu kitabları planlayırıq”- Ramiz Abutalıbov
28/05/2017 [12:20]:
99 il əvvəlin 28 Mayı....
28/05/2017 [12:04]:
Beşmərtəbə dairəsi ləğv edildi - XƏRİTƏ
28/05/2017 [11:59]:
Mançester terrorçusunun olay günü olan görüntüsü yayıldı - Foto
28/05/2017 [11:56]:
Rəsulzadənin Stalinə tarixi sözləri: “Koba, sizi…”
28/05/2017 [11:49]:
“Qadir Allah və vicdanım qarşısında and içirəm ki...” - Cümhuriyyət tələbələrinin ANDI
28/05/2017 [11:43]:
Elvis Presliyə məxsus təyyarə hərracda satıldı
28/05/2017 [11:39]:
Xamenei: “Səudiyyə Ərəbistanının başında ləyaqətsiz insanlar durur”
28/05/2017 [11:30]:
“Anam və bacılarımın göz yaşlarını unuda bilmirəm”- Cümhuriyyət fədaisinin faciəsi
28/05/2017 [11:19]:
Ana 56 günlük körəsini zəhərləyərək öldürdü - ŞOK...
28/05/2017 [11:17]:
ABŞ Sakit okeana üçüncü təyyarə gəmisini göndərdi
28/05/2017 [11:09]:
Siqareti yandırdı, ev partladı - Şəmkirdə
28/05/2017 [11:01]:
Məktəbdə qətlə yetirilən Kənan - “Son zəng”ə hazırlaşırmış...
28/05/2017 [10:25]:
Türkiyədə 10 PKK terrorçusu məhv edildi
28/05/2017 [10:25]:
28 May İstiqlalı nədən yarandı? - Cümhuriyyət qurucularının şəxsi xarakterləri...
28/05/2017 [10:04]:
Mehriban Əliyeva qızları ilə bayram tədbirində - Fotolar
28/05/2017 [09:53]:
Rusiyada təyyarə qəzaya uğrayıb: Ölənlər var
28/05/2017 [09:51]:
Azərbaycanda Respublika Günü qeyd olunur
28/05/2017 [09:47]:
Erməni silahlıları bir neçə rayonumuzu atəşə tutdu
28/05/2017 [09:29]:
Haqqin.az-ın əməkdaşı ermənilərə satıldı: Erməni xalqından üzr istəyib
28/05/2017 [00:23]:
Dəyərli hədiyyələr ala bilərsiniz - Günün qoroskopu
27/05/2017 [23:35]:
Qeyri-adi fobiyalar: Öz bədənindən qorxmaq.../FOTOLAR
27/05/2017 [23:33]:
Dünya Bjezinskisiz qaldı...
27/05/2017 [23:23]:
“Azərbaycan Cümhuriyyəti və Rəsulzadə” mövzusunda diskussiya keçirildi
27/05/2017 [23:11]:
Londonda partlayış təhlükəsi - İnsanlar təxliyyə edildi
27/05/2017 [22:58]:
“İran nüvə silahı əldə etməməlidir” - Tramp
27/05/2017 [22:57]:
Ordumuzun “Aselsan” ratsiyaları Qarabağda Rusiya texnikasına qarşı - FOTO
27/05/2017 [22:38]:
Ankarada Qarabağ parkının açılışı oldu - FOTOLAR
27/05/2017 [22:22]:
Rusiyanın ən yaşlı aktrisası vəfat etdi
27/05/2017 [21:19]:
Ana ola bilməyən qadın həyatına son qoydu...
27/05/2017 [21:18]:
ADNSU-da II Məzun-Karyera sərgisi keçirildi
27/05/2017 [21:14]:
Ramazan ayında insanın qidalanması ilə bağlı 7 səhv addımı
27/05/2017 [21:04]:
Ağcabədidə 4 metr uzunluğunda gürzə öldürüldü -Foto
27/05/2017 [20:56]:
Masallıda məktəblilər arasında dava - Qan töküldü
27/05/2017 [20:48]:
Britaniya qırıcıları Rusiya qırıcılarına qarşı...
27/05/2017 [20:33]:
Ermənilər üçün arzuolunmaz Qarabağ həlli...
27/05/2017 [20:15]:
Azərbaycan snayperlərinin praktiki atış bacarıqları yoxlanılır
27/05/2017 [20:06]:
Birinci xanım yenə gündəmdə - 51 min dollarlıq palto geyindi
Bütün arxiv bir sırada
21/04/2017 [16:53] - Cəmiyyət - ( 718 dəfə baxılıb)

Gənc kadrlar "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər



Bu gün SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin (İB) bütün istehsalat sahələrini əhatə edən yenidənqurma, rekonstruksiya və modernizasiya işləri kadr siyasətində də özünü göstərir. Yeni qurğu və avadanlıqların quraşdırılması, kompyuter sistemi ilə idarəetmə, eyni zamanda bu qurğu və avadanlıqları problemsiz işlədə biləcək yeni ixtisaslı fəhlə və ali təhsilli mühəndis kadrlarına tələbat bu istiqamətdə müəyyən addımların atılmasını zəruri edir. 
"Azərikimya" İB SOCAR-ın İnsan Resursları Departamenti ilə birgə bu məsələnin həlli istiqamətində xüsusi tədbirlər proqramı işləyib həyata keçirir. Bunlardan biri də bu ilin yanvar ayında "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda iki aylıq ödənişli istehsalat təcrübəsi keçmək üçün elan olunmuş müsabiqədir. Mühəndis-mexanik, mühəndis-energetik, nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, mühəndis-texnoloq və kimya mühəndisliyi ixtisasları üzrə elan olunmuş müsabiqəyə 150 nəfərə yaxın bakalavr təhsilli, əsas etibarilə Sumqayıt qeydiyyatında olan gənc müraciət etmişdi. SOCAR-ın İnsan Resursları Departamenti nümayəndələrinin və "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun mütəxəssislərinin iştirakı ilə keçirilən ilkin seçim müsabiqəsində daha fəal olan və sualları düzgün cavablandıran 31 nəfər gənc kadr növbəti mərhələyə vəsiqə alıb və "Azərikimya"da iki aylıq ödənişli təcrübə keçmək hüququ qazanıb. Artıq üçüncü həftədir ki, gənclər Etilen- polietilen zavodunun müxtəlif istehsalatlarında kimyaçılar ailəsinin bərabərhüquqlu üzvü kimi təcrübə keçirlər.
Biz də bu gənclərin iki aylıq təcrübə dövründəki fəaliyyətlərini, təcrübə keçdikləri sahə və ümumilikdə gələcək karyeraları ilə bağlı məqsədlərini öyrənmək üçün onlarla görüşdük. 
İlkin olaraq Etilen-polietilen zavodunun Polietilen istehsalatından başlamaq qərarına gəldik. Bu istehsalat özündə etilenin qəbulu və sıxılması, sintez, konfeksiya, avadanlıqların təmiri və emal üzrə istehsalatı, metroloji təminat və avtomatika, elektrik avadanlıqlarının təmiri və istismarı, mexaniki emal və digər sahələri birləşdirir. Gənc kadrlardan 9-u bu istehsalatda təcrübə keçir. Gəlin, onların özlərini dinləyək:
Qibləli Xalıqov: - 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) proseslərin avtomatlaşdırılması fakültəsini bitirmişəm. Metroloji təminat və avtomatika sahəsində NÖZ və avtomatika üzrə 9-cu dərəcəli mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim xidmət rəisi Mirsəməd Həşimovdur. 
Seymur Novruzov: - 2014-cü ildə ADNSU-nu bitirərək proseslərin avtomatlaşdırılması üzrə mühəndis ixtisasına yiyələnmişəm. Hazırda ADNSU-nun magistraturasında təhsil alıram, bu ilin iyun-iyul aylarında diplom işini müdafiə edəcəyəm. Zavodda sintez sahəsində  NÖZ və avtomatika üzrə mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim metroloji təminat və avtomatika sahəsinin rəis müavini Ramazan Qurbanovdur.
Ramin Cəmaləddinov: - 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergtetika fakültəsini elektroenergetika ixtisası üzrə bitirmişəm. Etilenin qəbulu və sıxılması sahəsində mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim EQS sahəsinin energetiki Qəribxan Rəhimovdur.
Fuad Əzizov: - 2012-ci illərdə Azərbaycan Texniki Universitetinin avtomatika və kompyuter texnikası fakültəsinin avtomatika və hesablama texnikası mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini bitirmişəm, həmçinin 2012-2014-cü illərdə həmin universitetdə energetika sistemlərinin avtomatik idarə edilməsi ixtisası üzrə bakalavr pilləsi üzrə təhsil almışam. Polietilen istehsalatında mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim istehsalatın böyük energetiki Natiq Məmmədovdur.
Şükür Qəhrəmanov: - Təcrübə rəhbərim sahə rəisinin müavini Rəhim Əkbərovdur. 2015-ci ildə ADNSU-nun kimya-texnologiya fakültəsini neft emalı üzrə kimyaçı-mühəndis ixtisası üzrə bitirmişəm. Etilenin qəbulu və sıxılması sahəsində kimyaçı-mühəndis kimi təcrübə keçirəm. 
Adışirin Məmmədov: - 2016-cı ildə ADNSU-nun kimya-texnologiya fakültəsini əsas üzvi sintez və yüksək molekullu birləşmələrin kimyəvi texnologiyası ixtisasını bitirmişəm. Etilenin qəbulu və sıxılması sahəsində kimyaçı-mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim sahə rəisinin müavini Rəhim Əkbərovdur.
Vahid Quliyev: - 2015-ci ildə Azərbaycan Texniki Universitetinin elektrotexnika və energetika fakültəsini elektrik mühəndisliyi ixtisası üzrə bitirmişəm. Müəssisənin elektrotexniki laboratoriyasında mühəndis-elektrik kimi təcrübə keçirəm. Təcrübə rəhbərim elektrotexniki laboratoriyanın rəis müavini Sübhan Həsənovdur.
Fuad Məmmədov: - 2011-ci ildə Azərbaycan Texniki Universitetinin texnoloji maşınlar və avadanlıqlar fakültəsini plastik kütlə və rezin emalı ixtisası üzrə bitirmişəm. 4 il Sumqayıt Texnologiyalar Parkında operator işləmişəm. Taleyimi kimya sənayesi ilə bağladıqdan sonra bu müsabiqədə iştirak etmək qərarına gəldim. Avadanlıqların təmiri və emal üzrə istehsalat sahəsində mühəndis-mexanik kimi təcrübə keçirəm. Təcrübə rəhbərim bu sahənin rəis müavini Telman Məmmədovdur.
Rüstəm İsmayılov: - 2016-cı ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsini mexanika mühəndisliyi ixtisası üzrə bitirmişəm. Avadanlıqların təmiri və emal üzrə istehsalat sahəsində mühəndis-mexanik kimi ödənişli istehsalat təcrübəsindəyəm. Təcrübə rəhbərim isə avadanlıqların təmiri sahəsinin rəis müavini Telman Məmmədovdur.
Gənc kadrlarla birbaşa təcrübə keçdikləri sahələrdə görüşdük. Hamısı ilə bir-bir söhbət apardıq. Təcrübə rəhbərlərinin münasibətini öyrəndik. Gənclərin söylədiklərini ümumiləşdirərək belə bir qənaətə gəldik ki, hər biri "Azərikimya"nın istehsalat sahələrində təcrübə keçmələrindən çox məmnundur. Özlərini doğma kollektivdəki kimi hiss edirlər. Hər biri fərdi mühafizə vasitələri ilə tam təmin olunub. İş və əmək şəraitləri çox yaxşıdır. Qısa müddət keçməsinə baxmayaraq, gənclər təcrübə rəhbərlərinin köməyi, eyni zamanda sahənin digər mütəxəssislərinin məsləhət və tövsiyələri ilə ciddi irəliləyişə nail olublar.
Gənclər onu da vurğuladılar ki, iki aylıq ödənişli təcrübə başa çatdıqdan sonra İnsan Resursları Departamentinin keçirəcəyi test imtahanlarında fəallıq göstərərək yüksək bal toplamaq və talelərini "Azərikimya" ilə bağlamaq niyətindədirlər. Çünki "Azərikimya" İstehsalat Birliyində mərhələli şəkildə həyata keçirilən yeni layihələr, aparılan rekonstruksiya və modernizasiya işləri, tikilən müasir qurğular, yaradılan yeni istehsalat sahələri onu deməyə əsas verir ki, Azərbaycanın kimya sənayesi özünün yeniləşmə və inkişaf mərhələsini yaşayır və sabahı daha da gözəl olacaq. 
Təcrübə rəhbərləri ilə söhbətdən sonra onların da gənc təcrübəçilərlə bağlı həmfikir olduqlarını gördük. Yekdil fikir isə belə idi:
- Polietilen istehsalatında olan təcrübəçilərin doqquzu da çalışqandır, məsuliyyətlidir, özlərinə qarşı tələbkardır. Davranışları, nizam-intizamlı olmaları ilə seçilirlər, qavrama qabiliyyətləri qaneedicidir. Hər bir təcrübəçi üçün aylıq, eyni zamanda həftəlik plan tutulub, təcrübəni də bu plana uyğun keçirlər. Həmçinin ev tapşırıqları verməklə biliklərini bir az da artırırıq. Çalışırıq ki, iki ay ərzində bu gənclərə maksimum təcrübi bilik verə bilək. Hiss olunur ki, onlar da çalışqanlıqları, işə məsuliyyətlə yanaşmaları ilə göstərilən etimadı doğrultmaq istəyirlər. 
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun polietilen istehsalatından, burada təcrübə keçən gənclərdən, onlara praktiki bilik verən təcrübə rəhbərlərindən və onları əhatə edən şərəfli peşə sahiblərindən - kimyaçılardan xoş təəssüratlarla ayrıldıq. 
Növbəti mərhələdə oxucularımızı müəssisənin Etilen istehsalatının müxtəlif sahələrində təcrübə keçən digər gənclərlə tanış edəcəyik.

Gənc kadrlar "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc kadrlar "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc kadrlar "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc kadrlar "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Gənc kadrlar "Azərikimya"da təcrübələrini uğurla davam etdirirlər - FOTOLAR

Qorxunc qadın mafiya başçısı tutuldu - Fotolar
Mənsimovdan məşhur modelə -FANTASTİK TƏKLİF
Gənc qadın maşınını oğrulamasınlar deyə elə bir şey etdi ki... - VİDEO
Xamenei: “Səudiyyə Ərəbistanının başında ləyaqətsiz insanlar durur”
Dünya Bjezinskisiz qaldı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
Hadisə
"Məni təcili öldürün, saat 4-də cənnətə qəbul mərasiminə yetişməliyəm" - ŞOK İSTƏK
Cəmiyyət
Banan indikatoru - İnhisarçılıq geri qayıdıb...
Cəmiyyət
Ulu Öndərin ruhunu narahat edən yarıtmaz "yolçəkənlər"...
Maraqlı
Qarşınızdakı qadın bunu edirsə... - DİQQƏTLİ OLUN
Maraqlı
Ərəb şeyxləri üçün özəl hazırlanmış avtomobillər - Fotolar
Həftənin ən çox oxunanları
Cinsi orqanını kəsib tualetə atdı  - Qanı ilə divara bu sözləri yazdı
Erməni Kardaşyanın Türk tayı ortaya çıxdı - İDDALI FOTOLAR + VİDEO
Geyimlərinə görə biabır olan məşhurların lüt əndamları - FOTOLAR
“Uşaqlar da, müəllimlər də iyunda məktəbə getməyə hazır deyil” - Dərs ilinin vaxtı dəyişdirilir?
Ərəb biznesmen Trampın evli qızına elçi düşdü - VİDEO
Ramazanın ilk 3 günündə bunları yemək olmaz- Əks halda...
Cinsi ehtiyacını ödəmək üçün 53 nəfəri vəhşicəsinə öldürdü - DƏHŞƏT-FOTOLAR
İnsan əti yeməyə məcbur olsaydıq nə baş verərdi? - MARAQLI
Haqqin.az-ın əməkdaşı ermənilərə satıldı: Erməni xalqından üzr istəyib
Prezidentdən sensasion bəyanatlar - mesaj ünvanına çatdı
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin