Xəbər lenti
27/06/2017 [20:00]:
Millət vəkili AŞPA-da Moldovanın Baş naziri və Qazaxıstan heyəti ilə görüşdü
27/06/2017 [19:39]:
Nazirlik Xətaidə ağac qətliamını aktlaşdırdı - 32 Eldar şamı məhv edilib...
27/06/2017 [18:59]:
Məhşur rəssamın məzarı açılacaq: 300 milyon avroluq miras-FOTO
27/06/2017 [18:52]:
Mehriban Əliyeva: "Sizin həyatınızda yeni dövr başlayır" – FOTO
27/06/2017 [18:31]:
TAP-ın rəhbəri dəyişdi
27/06/2017 [18:26]:
Hacıqabulda “Land Cruiser” aşdı: 2 nəfər öldü (FOTO)
27/06/2017 [18:23]:
Bollivud ulduzu: Azərbaycanda olmaqdan çox xoşbəxtəm
27/06/2017 [18:10]:
Ermənistana indi də Azərbaycanın quru südünü aparırlar
27/06/2017 [18:03]:
Toxunsanız oyanacaq - 500 ildir yatan qız - İnanılmaz fotolar
27/06/2017 [17:32]:
Dünyada nadir idi: Türkiyədə öldürdülər 
27/06/2017 [17:31]:
Oqtay Əsədov Seulda Rusiya Dövlət Dumasının sədri ilə görüşdü
27/06/2017 [17:26]:
Əxlaqsızlıq və kafirlikdə günahlandırılan, daşlanan, yandırılan qadın filosoflar
27/06/2017 [17:24]:
ABŞ səfirinin oğlu Bakıda öz rəsm əsərlərini sərgiləyəcək
27/06/2017 [17:21]:
“Formula-1”ə görə 18 marşrutda edilən dəyişiklik ləğv olundu
27/06/2017 [17:21]:
"Bunu edənlər nakişilərdir, onların damarında azərbaycanlı qanı axmır"
27/06/2017 [17:19]:
Ermənistan hərbi rəhbərliyinin nitqi niyə tutuldu...
27/06/2017 [17:16]:
Körpü çökdü, insanlar aşağı düşdü -Video
27/06/2017 [17:14]:
Ermənistan-Rusiya qoşun qruplaşması: Putini general Pankov təmsil edəcək
27/06/2017 [17:11]:
Cənnətə pasport verildi -Foto
27/06/2017 [16:43]:
Bu rəsmdən seçdiyiniz göz forması gizlin kimliyinizi ortaya çıxaracaq - İnanılmaz test
27/06/2017 [16:12]:
Ronaldo azərbaycanlı dostunu belə qarşıladı -Video
27/06/2017 [16:11]:
AŞPA-da qurumun sədrini vəzifədən uzaqlaşdırmağa əsas verən sənəd qəbul olundu
27/06/2017 [16:10]:
“Google” 2,4 milyard avro məbləğində cərimələndi
27/06/2017 [16:04]:
Baş nazir əlillərin pensiyasını qaldıracaq - 1100 dollaradək...
27/06/2017 [15:50]:
Azərbaycan-Polşa sənədləri imzalandı - FOTOLAR
27/06/2017 [15:49]:
Yenidən dünyaya gələn uşaq qatilini tutdurdu  -ŞOK HADİSƏ - VİDEO
27/06/2017 [15:25]:
Bu universitetdə qızlarla oğlanlar eyni tualetə gedəcək  - VİDEO 
27/06/2017 [15:20]:
“Elələri vardı ki, qeybət etmək üçün səbrsizliklə iftarı gözləyirdi”
27/06/2017 [15:19]:
Azərbaycanlı müğənninin yediyi sosiskadan milçək çıxdı - FOTO
27/06/2017 [14:56]:
Moskvada erməni iş adamı güllələndi
27/06/2017 [14:51]:
Yüz əlli nəfərlik turist gəmisi batdı, 6 nəfər həlak oldu- VİDEO
27/06/2017 [14:43]:
Emin Ağalarov Əminə ilə yeni FOTOlarını paylaşdı
27/06/2017 [14:17]:
Ağcabədi sakini əməliyyat masasında öldü
27/06/2017 [14:12]:
İdarəetməni itirən avtomobil su hovuzuna düşdü- VİDEO
27/06/2017 [14:12]:
İnsan vücuduna dair 5 inanılmaz həqiqət - Ulduz tozundan əmələ gəlmişik
27/06/2017 [14:11]:
Bakının bir hissəsinin işıqsız qalmasının səbəbi açıqlandı – YENİLƏNİB
27/06/2017 [13:49]:
Ölən balıq gəncin həyatını məhv etdi  - Video
27/06/2017 [13:38]:
Kiyevdə yüksək vəzifəli zabitin avtomobili partladıldı – VİDEO
27/06/2017 [13:33]:
Hərbi kəşfiyyatın xüsusi təyinatlılarının rəhbəri öldürüldü -Video
27/06/2017 [13:32]:
Prezidentlərinin təkbətək görüşü oldu - FOTOLAR
27/06/2017 [13:32]:
İsrail Ermənistana silah satmaq istəyib, amma...- Keçmiş yəhudi deputat
27/06/2017 [13:29]:
Sabaha olan hava proqnozu açıqlandı
27/06/2017 [13:28]:
Xalq artisti ilə vida mərasimi keçirilir - FOTOLAR
27/06/2017 [13:12]:
Yer üzünə ayaq basmış ən qorxulu insan - 1000-dən çox təcavüz...FOTOLAR
27/06/2017 [12:48]:
“Cocuq Mərcanlı bütövlükdə Qarabağın simvoluna çevriləcək”
27/06/2017 [12:37]:
85 yaşlı ağsaqqal hamını heyrətləndirir:  "Atasından öyrənib" - FOTOLAR
27/06/2017 [12:27]:
Səhər yeməyində bu qidalardan uzaq durun- Əks halda....
27/06/2017 [12:27]:
Çin-Hindistan sərhədində gərginlik
27/06/2017 [12:21]:
“Facebook”un bizimlə keçirdiyi gizli sınaqlar – ARAŞDIRMA
27/06/2017 [12:18]:
Tələbə qızlar daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?
27/06/2017 [12:07]:
İran ABŞ-ın yeni sanksiyalarını şərh etdi
27/06/2017 [12:01]:
Türkiyəli müğənni silikonları ilə diqqət çəkdi - FOTOLAR
27/06/2017 [11:58]:
Meydana inək girdi - Oyun dayandı + Video
27/06/2017 [11:29]:
Sənət adamlarını qaçıran və ölümlə hədələyən diktatorlar- MARAQLI
27/06/2017 [10:13]:
Solistdən Azərbaycan Radiosununa irad...
27/06/2017 [10:12]:
“Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır” – Rusiyalı hərbi ekspert
27/06/2017 [10:05]:
Azərbaycan Neft Fondunun payçısı olan bank erməni əsgərin borcunu silib - İDDİA...
27/06/2017 [09:57]:
Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi – FOTO
27/06/2017 [09:55]:
Sünnət edilməmiş kişi namaz qılıb oruc tuta bilərmi? - MARAQLI
27/06/2017 [09:52]:
Rusiyada kafedə namaz qılan azərbaycanlı cəzalandırıldı
27/06/2017 [09:39]:
Lavrovla Tillerson arasında telefon danışığı oldu
27/06/2017 [09:38]:
Maradona: “Mən Putinin fanatıyam”
27/06/2017 [09:35]:
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
27/06/2017 [09:08]:
Polis universiteti mühasirəyə aldı - Silahlı şəxs axtarılır
27/06/2017 [08:56]:
İlham Əliyev Polşadadır - FOTO
27/06/2017 [08:43]:
15 aylıq körpənin qarnından çıxan kütlə həkimləri təəccübləndirdi
27/06/2017 [08:29]:
Ataya dəfn etdiyi oğlundan zəng gəldi
27/06/2017 [00:56]:
Vəziyyət yaxşılığa doğru dəyişəcək - Günün qoroskopu
26/06/2017 [23:45]:
Azərbaycanlı homoseksuallar Kanadada “gey parad”a qatıldı- VİDEO
26/06/2017 [23:40]:
Qətərin XİN rəhbəri ABŞ-a səfər edəcək
26/06/2017 [23:02]:
İranın neft emalı zavodunda yanğın – 100 yaralı
26/06/2017 [23:00]:
Ağ Ev: “Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi”
26/06/2017 [22:25]:
Pişik mırıltısının müalicəvi gücü - İNANILMAZ
26/06/2017 [22:06]:
Mançesterdə təyyarə təcili eniş etdi
26/06/2017 [21:59]:
Daşkəsəndə kabab çəkən gənc özünü yandırdı
26/06/2017 [21:58]:
İlham Əliyev Polşada rəsmi səfərdədir
26/06/2017 [21:55]:
Kölgəyə “həyat” verənlər – FOTO
26/06/2017 [21:54]:
“Ermənilər fikirləşirsə ki, Laçına hücum planını gətirmişəm...”
26/06/2017 [21:48]:
Hindistanda dörd əli və dörd ayağı olan uşaq doğuldu – VİDEO
26/06/2017 [21:45]:
AZAL “erməni yeməyi”nə görə “Aeroflot”dan izahat tələb edəcək
Bütün arxiv bir sırada
21/04/2017 [22:03] - Cəmiyyət - ( 1001 dəfə baxılıb)

Qadın azadlığının müdafiəçisi - Cəlil Məmmədquluzadə



Bəşəriyyətin anası olan qadının əsil qara günləri doqquz ay bətnində bəslədiyi övladını  dünyaya gətirdikdən sonra  başlayır. Saçını süpürgə, qolunu kösöv edən, kiprikləri ilə od götürən, min cür əzab-əziyyətlə boya-başa çatdıran, ərsəyə gətirən ana sonda öz övladı tərəfindən azadlıqdan məhrum edilir, namusu, qeyrəti, mənliyi, ləyaqəti tapdalanır, təhqir edilir, ayaqlar altına atılır. 
Peyğəmbərləri də, imamları da, şahları da, gədaları da, alimləri də, cahilləri də, sərkərdəni də, oğrunu da, cəlladı da, əsil kişini də, nanəcibi də, nakişini də , xeyirxahı da, zülmkarı da  dünyaya gətirən  a n a d ı r. Gözünün nurunu, ürəyinin odunu övladına verən  a n a  zaman-zaman  öz övladları tərəfindən     işgəncələrə məruz qalmış, döyülmüş, söyülmüş, təhqir edilmiş, arzuları ürəyində qalmış,  xoş bir gün görməmişdir.
Lakin ananın övladları içərisində elələri də olmuşdur ki,  qadının –ananın  bu vəziyyəti ilə barışmamış, onu bu hala salan  ictimai, siyasi mühitə qarşı bacardığı qədər mübarizə aparmış, mütərəqqi fikirli insanları da  bu mübarizəyə qoşulmağa səsləmişdir. Belə övladlardan biri də  böyük demokrat yazıçı  Cəlil Məmmədquluzadədir. Onun yaradıcılığında qadın azadlığı məsələsi mühüm yer tutur.  Qadın azadlığı məsələsi Azərbaycan maarifçi filosoflarının da həmişə diqqət mərkəzində olmuş, bir növ, ənənə xarakteri almışdır. 
Əsas məsələ  müsəlman Şərqində qadın köləliyinə qarşı , qadın azadlığı uğrunda mübarizədən ibarətdir. İslam aləmundə hökm sürən şəriət qaydalarının qadına  hüquqsuz bir varlıq kimi baxmağı təlqin etməsi azad fikirli mütəfəkkirlərimizin etirazlarına səbəb olmuşdur. Onlar istibdad şəraitində qadınlarla kişilərin qeyri-bərabər vəziyyətini böyük  sosial  ədalətsizlik  sayırdılar. Ona görə istibdad quruluşunun  haqsızlıqlarını  tənqid edəndə qadın hüquqsuzluğunun tənqidi üzərində  xüsusi dayanır, qadın ləyaqətinə hörmət, onların ictimai həyatda  fəaliyyətə cəlb edilməsi, kişilərlə hüquq bərabərliyinin təmin edilməsi haqqında  fikirlər aşılayırdılar.
C.Məmmədquluzadə qadın köləliyini cahilliklə şərtləndirir, “Hicab”ayəsi tərəfdarlarının qadına üzü açıq gəzməyi  qadağan etdiklərini  cahillik, nadanlıq sayır və quranda bu barədə heç bir əmrin olmadığını söyləyir: “Bu ayələrin  heç birində bir xırda da əmr olunmur ki, arvadlar üzlərini  qapasınlar...Burada da biz ayənin ruhunu, arvadların övrəteynini gizlətməklə üzlərini gizlətməyi bərabər tuturuq ki, bundan da daha aşkar cəhaləıt ola bilməz (C.Məmmədquluzadə.Əsərləri, 2-ci cild, səh.178-179).
Üzüaçıq gəzməyi əxlaqsızlıq hesab edən ruhanilərə müraciət edən  ədib yazırdı:” Ayə övrətlərimizi bu tövr bihəya və bivəfa hesab etməyə  əlimizdə bir sübut var, ya yox? Qonşularımız erməni övrətləri gözlərinizin qabağındadır.  Bunlar üzüaçıq dolanırlar.  Heç bir insaf əhli deyə bilməz ki, erməni övrətləri özgə kişi ilə  aşnalıq qatırlar. Hansı vicdan sahibi müsəlman deyə bilər ki,  erməni övrətləri həyasızdırlar? Hansı bir müsəlman görüb və eşidib ki,  erməni övrətləri  ərlərinə xəyanət etsinlər və özgə kişiyə  meyl göstərsinlər? Hansı bir gözəl və cavan müsəlman bacarar bir erməni övrətini özünə aşna etsin? Mənim sözüm budur ki,  ümumiyyətlə heç bir millətin övrətləri barəsində  demək olmaz ki, flan millətin övrətləri bietibar və ismətsizdir, ya flan tayfanın övrətləri  vəfalı və həyalıdır ( yenə orada.səh.180-181).
Qadın azadlığını milli tərəqqinin əlamətlərindən biri  hesab edən C.Məmmədquluzadə  istəyirdi ki,  “Azərbaycan qadınlarının mədəni səviyyəsi və hüquqları  Avropa qadınlarından aşağı olmasın Avropa qadınlarının səviyyəsinə çatmaq üçün Şərq qadınları oxumalı, çalışmalı, vuruşmalı və cəmiyyətlər  təşkil etməlidirlər, yoxsa yer üzündə heç bir islam milləti mədəniyyət meydanında irəli gedə bilməyəcəkdir”( yenə orada.səh.590).
Ədib müsəlman aləmində  dəbdə olan  siğəni əxlaqa, ailə məsuliyyətinə zidd hesab edirdi. Bu cür  fikirlərinə görə ruhanilər  ədibi təqib edir, ölümlə hədələyirdilər.  Bu barədə Həmidə xanım öz xatirələrində belə yazırdı:” Faiq əfəndi Mirzə Cəlilə bildirdi ki, evdən kənara çıxmasın, onu öldürmək istəyirlər.  Şəhərin müsəlman hissəsi böyük həyəcan keçirirdi. Camaat mollaların başçılığı ilə məscidə toplanıb  Mirzə Cəlilə lənət oxuyur, islama rəxnə yetirən o dinsiziin qətlinə fərman verirdi. Başqa yerlərdən avamlar  Mirzə Cəlilə söyüş və hədələrlə  dolu məktublar göndərmişdilər (Həmidə Məmmədquluzadə.Mirzə Cəlil haqqında xatirələrim”. Bakı-1976.səh.29-30).
C.Məmmədquluzadə qadının şəxsiyyət azadlığı problemini islam ideologiyasının, feodal-patriarxal mühitin tənqidi ilə bağlayır, qadın ləyaqətini ucaltmaq üçün  o zamanın mürəkkəb ictimai ideoloji şəraitində cəsarətlə mübarizə aparırdı:” Qadın ləfzi  islam aləmində indiyədək  bir  “od” olubdur ki, ona əl vurmaq barıta əl vurmaq kimi  xətalı hesab olunubdur”- deyirdi (Əsərləri. 3-cü cild, səh.568).
C.Məmmədquluzadə Şərqdə rüsvayçılıq həddinə  çatmış, ürəkbulandıran bir adət olan çoxarvadlılığı Qərbdə olan  təkarvadlılığa qarşı qoyaraq yazırdı: “Bunu heç kəs dana bilməz ki, əcnəbilər..məhz bir arvad alırlar və ölən günə kimi haman bir arvada  qane olurlar. Əgər bunlar bir-birini  xoşladı, ömürlərinin axırırnadək bir yerdə yaşayacaqlar, əgər xoşlamasalar, yenə də bir tövr rəftar edəcəklər ki, ömürlərini başa versinlər və əgər bir-birini o mərtəbədə  xoşlamadılar ki, birinin birinə ikrahı oldu, --o zərurətdə  bunlar ayrılacaqlar. Dünyada bu təbii bir şeydir”(Əsərləri.2-ci cild.səh.175).
Məlumdur ki, islamın təbliğatçıları Avropa qadınlarını namussuz, qeyrətsiz, eyş-işrət düşkünü, gecə-gündüz  barlarda  əxlaqsızlıqla məşğul olan yüngül xasiyyətli  bir varlıq kimi qələmə verir,  lakin Qərbin mütərəqqi cəhətlərinə toxunmaq istəmirdilər.  Bu cür ilahiyyatçıları  Mirzə Cəlil ifşa edərək göstərirdi ki,:”Biz diqqət eləsək, görəcəyik ki,  belə sözü danışanlar və yazanlar  həmişə o kəslər olublar ki, Avropa məişətindən və Avropa mədəniyyətindən əsla bixəbərdirlər”(2-ci cild,səh.352).
Qadın azadlığı Cəlil  Məmmədquluzadə üçün həmişə əhəmiyyətli problem olmuşdur. : “ Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi  üstündə vurulub.  Onun üçün də Şəırq qadınlarının dərdini mən hamıdan artıq  anlaya bilirəm. Nədir onların dərdi ?  Şərq qadınını azad etmək, nədən?  Şəriətin kəməndindən, müsəlmanlığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmündən”93-cü cild, səh.550)
Şərq qadınının azadlılğı uğrunda ədibin apardığı mübarizəyə dövrünün açıq fikirli, mütərəqqi  ziyalıları  yüksək qiymət verirdilər Y.Vəzirov “Millət” qəzetində çap etdirdiyi məqaləsində yazırdı;”İslam aləmində həlli üsyana səbəb olan bir çox dini məsələləri  “Molla Nəsrəddin” zəmanə nöqteyi-nəzərini etibara alaraq, qolaylıqla həll yoluna saldı. Əski qanun və adətlər dairəsini  pozub geniş bir vadiyə çıxdı...qadın məsələsi kimi zəruri, həyati və bununla belə qarışıq məsələni həll etdi.  Zəmanə yazılmlş qanunlardan qüvvətlidir,--dedi. Zəmanə tələbatına tabe olunuz!”( Qulam Məmmədli.”Molla Nəsrəddin salnaməsi”.Bakı, 1966, səh.370-371)
Cəlil Məmmədquluzadə öyrənmək istəyirdi ki,  görsün Avropada qadın azadlığı məsələsi necə həll olunur, alimlər, siyasətçilər, filosoflar bu məsələyə necə yanaşılrlar. Bu yanaşmalarda Şərq ilə Qərb arasında nə kimi fərqlər mövcuddur. Məsələni araşdıran ədib  yazırdı: “Avropa filosofları qadın məsələsindən danışanda çox millətlərin övrətlərindən söhbət açıblar, amma heç bir millətin övrətlərinin barədə ədəbsizlik və xarlıqla danışmayıblar. Amma bizim üləmaların yazıları  başdan axıra kimi  qərb övrətlərinə föhş demək və hörmətsizliklə danışmaqdır” (2-ci cild, səh.265).
CəMəmmədquluzadə gənc ailələrdə boşanmaların, nikah müqavilələrinin tez-tez pozulmasının, ailələrin dağılmasının səbəbini cütlər arasında həqiqi sevginin, saf məhəbbətin olmamasında, evlənmələrin müəyyən təmənna əsasında baş tutmasında, ötəri həvəslə bağlı olmasında, qadına inamsızlıqda, etibarsızlıqda görqrdü:  Ədib  bunu o dövrün kişilərinin öz dili ilə belə açıqlayır:” Heç razı ola bilmərəm ki,  mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın..Yer üzünün bütün müsəlman qardaşları  bu xüsusda mənnən yoldaşdırlar...Mən ondan qorxuram ki, övrətim çıxa kişilərin içinə və görə ki, dünyada məndən də  yaxşı kişi var...Əgər mənə yəqin ola ki, övrətim məni istəyir, onda heç zaddan qorxmaram, onda izin verərəm  hər kəs ilə istəyir danışsın. Amma bir surətdə ki, onun mənə məhəbbəti yoxdur, --otaqdan kənara çıxmağına razı ola bilmərəm.Məhəbbəti mənə ondan ötrü yoxdur ki, o heç bilmir məhəbbət nədir. Onu mənə on dord yaşında könülsüz verəndə  mənim qırx doqquz yaşım var idi. Amma mənə ondan ötrü gəldi ki, bir kasıb qız idi. Mən özüm də bilirəm məni istəməyəcək, ancaq mənim pulumu istəyəcək, qızılımı istəyəcək. Amma nə eybi var, allah müsəlmançılığa bərəkət versin. Məndən savayı o kimi görəcək ki, özgəsinə məhəbbət yetirsin” (2-ci cild, səh.589-590).
C.Məmmədquluzadə cəmiyyətin tərəqqisi, inkişafı, müəyyən məqsədlərə çatması üçün qadınlarla kişilər arasında hüquq bərabərliyinin olmasını zəruri sayır və deyird ki, oğlanları oxutmaq, xaricdə təhsil almaq, ixtisas sahibi olmaq  məqsədilə xaricə göndəririksə, qızlarımıza da  belə bir şərait yaratmalıyıq.  Ədibə görə, “oğlanlar oxusa, qızlar savadsız qalsa, onda onlar evlənəndə bir-birini başa düşməzlər.  Ona görə gərək oğlanlarımızı  Avropa dərsinə göndərəndə  qızlarımızı da qoyaq  dərsə ki.,  heç olmasa Avropa elmindən,  tərbiyəsindən barı yarımçıq da olsa, bir az  oxusunlar və öyrənsinlər( 2-ci cild, səh.246-247)
Sovet hakimiyyəti qurulduqdan sonra  qadınlarla ideya-tərbiyə işlərinin aparılmasından danışan ədib yazırdı:” Azad edəndən sonra azad Şərq qadınını tərbiyə etmək, ona həqiq yol göstərmək, öz vəzifəsini bildirmək, qadınlıq şərtlərini  anlatmaq, analıq borcunu dərs vermək, övlad tərbiyəsinin nə olduğunu təlim etmək, ta ki,  bəxti qara Şərq qadını gözünü açıb çıxsın Şura əsrimizin geniş meydanına və cürətlə desin: mənim də bu dünyada  yaşamağa haqqım var! Çünki indi dəxi mən azad Şərq qadınıyam! (3-cü cild, səh.550).
Sosializm şəraitində qadınların kişilərlə bərabər qurub-yaratmaları  ədibi sevindirirdi..” Şura aləmində qadın da bir insandır, kişi də insandır; qadına da ixtiyar lazım, kişi yə də, qadın da nəfəs almaq istəyir, kişi də; nə kişi qadına sahib, ağadır, nə qadın kişiyə, ancaq bunlar yoldaşdırlar. Biz də belə deyirik. ”Şərq  qadını” da  bu sözləri eşidib çıxdı meydana. İndi dəxi İslamın zənciri  onun ayaqlarına dolaşmağa gücsüzdür. İndi dəxi  şəriətmədarların cəhənnəm odlarından qorxan yoxdur.  İndi dəxi arvad qeyrəti çəkən “qeyrətli” qoçular puç olublar. İndi dəxi Əli Bayramovun  yadigarına  açılan Şərq qadını əncümənindən  “qadın azadlığı” və “qadın xoşbəxtliyi” kimi münacatın  sədası Şərq aləminə dağılmaqdadır. Bunu biz istəyirdik və bunu axtarırdıq. Dedik, dedik, axırda arzumuza çatdıq”(3-cü cild, səh.94).
Sovet hakimiyyəti sayəsində  azadlığa çıxan Azərbaycan qadınlarıının   öz şəxsi ləyaqətlərini dərk etməsini, şəriətin hökm sürdüyü  mənfur keçmişə nifrətlə  baxdıqlarını söyləyən ədib  öz fikirlərini qadınların dili ilə ifadə  edir:” Min ildən artıqdır ki, biz pərdə dalındayıq, min ildən artıqdır ki, biz hərəmxanada dustağıq, zalım kişilərə  quluq, müstəbid fazillərin təfsirlərinin qurbanıyıq, hicab çomağının  altındayıq. Dəxi bu qədər bəsdir, dəxi bu qədər kifayətdir.,.bizim qənimimiz, indiyədək bizi əsarətdə saxlayan  həmin çarşaf olubdur. Biz bunu nəinki yad kişilər yanında, hətta yavuq qohumlardan da  gizlənmək üçün  örtmüşük   Və belə gizlənməyə bizi mollalar məcbur ediblər, bizi quranın ehkamı məcbur edibdir (3-cü cild, səh,31).
C.Məmmədquluzadə şəriət qaydalarının  inqilabdan sonra  dərhal tamamilə  aradan qalxacağını güman etmirdi. Keçmişin belə qalıqlarının  hələ bir müddət yaşayacağını düşünürdü. Ancaq yeni həyatın yeni qanunlarının tam qələbəsinə inanırdı:” Bu hal həmişəlik davam edə bilməyəcək, bu ola bilməz ki, iki bacının biri dünya işinin dalınca getsin, o biri bacı gecələr  şirin yuxunu özünə haram edib  axirətdə qılman axtarmaqla məşğul olsun. Bu iki dünya ayrı-ayrı dayanıb dura bilməyəcək.  Ya bu onu öz tərəfinə çəkəcək, ya o bunu. Necə ki mömin müsəlmanlar deyirlər:” ya ağ ləkə qara ləkəni basacaq , ya  qara ləkə ağ ləkəni”
Bəs hansı basacaq? Beynəlxalq zəhmətkeş qadınlar dünyasının müqabilində  “Bikə ya allah” çağıran mömin qadınlar dayanıb dura bilməzlər”(3-cü cild. Səh.397). C.Məmmədquluzadənin qadın azadlığı uğrunda mübarizəsi öz dövrü üçün böyük ictimai əhəmiyyət kəsb edirdi. Sovet hakimiyyəti cəlil Məmmədquluzadənin bütün arzularını, xəyal və istəklərini həyata keçirtdi. İnsanlar arasındakı ayrı-seçkiliyə son qoyuldu,bütün təhsil ocaqlarının qapıları zəhmətkeş xalq kütlələrinin üzünə açıldı. Şərqin bir parçası olan Azərbaycan qadınlarının məğrur səsi insan fəaliyyətinin bütün sahələrindən  eşidilməyə başlandı.
                                                                                
Müstəqil Ağayev,
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə 
tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə 
üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif  Xadimi       .

Nazirlik Xətaidə ağac qətliamını aktlaşdırdı - 32 Eldar şamı məhv edilib...
Ermənistan hərbi rəhbərliyinin nitqi niyə tutuldu...
Moskvada erməni iş adamı güllələndi
Solistdən Azərbaycan Radiosununa irad...
Maralların davası kameraya düşdü -Video
İdrak Liseyi - Keyfiyyətli təhsil
Dünya
Cənnətə pasport verildi -Foto
Maraqlı
Bu rəsmdən seçdiyiniz göz forması gizlin kimliyinizi ortaya çıxaracaq - İnanılmaz test
Hadisə
Yenidən dünyaya gələn uşaq qatilini tutdurdu  -ŞOK HADİSƏ - VİDEO
Dünya
Yüz əlli nəfərlik turist gəmisi batdı, 6 nəfər həlak oldu- VİDEO
Dünya
İsrail Ermənistana silah satmaq istəyib, amma...- Keçmiş yəhudi deputat
Həftənin ən çox oxunanları
Leyla Əliyeva DTX rəisinin oğlu ilə yeni fotolarını paylaşdı
Moskva-Bakı təyyarəsində qalmaqal: Sərnişinlərə erməni yeməyi verildi və.../VİDEO
Aşıq Ələsgər xərçəngin dərmanını deyibmiş - MARAQLI
Məhkumlar insan cəsədləri yeyir, bir-birlərinin penisini, başını kəsib futbol oynayır - DƏHŞƏT- VİDEO (+18)
"Biz bu dəhşətli həqiqəti 20 il ərzində AMEA rəhbərliyinə başa sala bilmədik"
Ölkə başçısına və 1-ci vitse prezidentə müraciət: - Həmin icra başçıları cəzalandırılsın...
Gözləri görməyən qız əməliyyatdan sonra anasını ilk dəfə belə gördü - VİDEO
"Gecikmədən səfərbərlik elan edilməli, müharibəyə başlanılmalıdır"
Emin Ağalarov sevgilisi ilə belə istirahət edir - VİDEO
Generalın İrəvana xəbərdarlığı -Dərhal və amansızlıqla...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin