“Mənim əvəzimə nazir müavininin qızının adını siyahıya əlavə etmişdilər” -Əflatun Amaşov
Oxunub: 2636
22 Apr 2017 | 10:09
“Mənim əvəzimə nazir müavininin qızının adını siyahıya əlavə etmişdilər” -Əflatun Amaşov
Moderator.az millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ilə müsahibənin ikinci hissəsini təqdim edir:

(Əvvəli burdan oxuya bilərsiniz: www.moderator.az/news/175951.html )

-

- Deyirsiniz, o vaxt rayona reportaja getmişdiniz... Çox adam hesab edir ki, Əflatun Amaşov birdən-birə gəlib RUH-un sədri oldu, sonra da Mətbuat Şurasının... İndiki nəsil sizi belə təsəvvür edir. Amma siz də əlinizdə diktofon, dəftərçə müsahibələr, xəbər dalınca getmişiniz. Siz necə xəbərləri izləmisiniz, nailiyyətləri nə cür əldə etmisiniz?

- Mən uzun müddət AzərTAC-da işləmişəm. Orada bir neçə azərbaycanlı var idi, bütün şöbə müdirləri əsasən yəhudilərdən ibarət idi; ermənilər, gürcülər, ruslar çox idi. Hətta o zaman AzərTAC-da məxfi şöbənin rəhbəri və müavini erməni idi. O vaxt işçiləri axşam evlərinə aparmaq üçün kiçik tutumlu avtobus var idi, onun sürücüsü də Rantik adında bir erməni idi. Texniki şöbə yəhudilərə baxırdı, Rayski adlı yəhudi ora rəhbərlik edirdi. AzərTAC-da bir neçə azərbaycanlı var idi ki, xidmətçilər, sürücülər idilər. Həmçinin daha bir neçə azərbaycanlı da müxbirlər idi.

- O zaman azərbaycanlıları incidirdilər?

- O qədər azərbaycanlı da yox idi ki, incidələr (gülüşmə). Ancaq kifayət qədər peşəkar insanlar idilər və xəbərlər də rus dilində yazılırdı. Yalnız 90-cı illərdən sonra Azərbaycan dilində xəbər yazılmağa başladı. O zaman mən çox şeylər öyrənə bildim. Mədəniyyət şöbəsinin müdiri var idi - Leonid Qoldşteyn. Düzdür, Azərbaycan dilində yaxşı bilmirdi, ancaq Azərbaycan mədəniyyəti ilə bağlı xəbərləri istənilən azərbaycanlıdan yaxşı yaza bilərdi. Çünki, onlar öz üzərində çalışırdılar, işləyirdilər, peşəkar insanlar idi... Mən Moskvada olanda mütəmadi şəkildə tələbə yoldaşlarımla yeni filmlərə baxmağa gedirdik və teatr tamaşalarını izləyirdik. Bakıya gəldim, AzərTAC-da işə başladım, oradakı mühit yox, dedim görəsən, insan teatra getməsə, yeni filmə tamaşa etməsə, necə yaşaya bilər? Çünki mənim Moskvada yaşadığım “DAS” adlı yataqxana daha çox SSRİ xaricindən gələn jurnalist tələbələr üçün nəzərdə tutulmuşdu. 100-ə yaxın ölkədən tələbə gəlirdi. Həmin mühitdə insanın dincəlməsi üçün hər şey var idi, hovuzdan tutmuş futbol meydançasına qədər.

 - Əflatun bəy, bildiyimə görə sizin Rusiyada təhsil almağınıza mane olmaq istəyirmişlər. O zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevə müraciətinizdən sonra ədalət bərpa olunub. Bəlkə bu əhvalatı danışasınız...

- Bəli, belə bir hadisə olub. Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alırdım. O zaman milli kadrların hazırlanması ilə bağlı Mərkəzi Komitənin qərarı var idi. Qərara görə, milli təhsilli insanlar Moskvada və Rusiyanın digər şəhərlərində təhsil ala bilərdilər. Belə bir məqamda mən də sənədlərimi vermişdim. Demək olar ki, bu məsələlər üçün problem qalmamışdı. Bir müddət sonra mənim əvəzimə başqa birisinin - mədəniyyət nazirinin müavininin qızının adını siyahıya əlavə etmişdilər. Belə bir məqamda nə etməli olduğum haqda düşündüm. Ancaq heç nədən də çəkinmədim, çünki o zaman əlaçı tələbələrdən idim. Ona görə də heç kimdən qorxmadan öz hüququmu müdafiə etməyə qərar verdim və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə teleqram vurdum. Həmin teleqrama əsasən məni tapdılar, maraqlandılar ki, nə məsələdir.

 “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə teleqram vurdum”

- Teleqrama reaksiya nə qədər çəkdi?

- 2 gün. Dedilər sizi universitetin rektoru Faiq Bağırzadə çağırır, Kamran Bağırovun qardaşı. Mən onun otağına daxil oldum. Maraqlı mənzərə idi, bir tərəfdə qəbul gedir... Düşündüm ki, görəsən mənə nə deyəcək? Öz-özümə dedim ki, “fikrindən daşın” desə də axıra qədər, prinsipial olaraq getməliyəm, ona təslim olmalı deyiləm! Ancaq içəri daxil olanda mənimlə çox xoş danışdı. Masanın üstündə meyvələr var idi, meyvənin birini götürdü ki, “meyvədən də ye, bayırda çox istidir”, dedim yox, çox sağ olun, təşəkkür edirəm. (gülür) Ağ kağız və qəşəng bir qələm çıxartdı- o zaman elə qələmlər kütləvi satışda yox idi - dedi yaz...


- Yəni Heydər Əliyevin sizin həyatınızda rolu o zamandan olub?

- Bəli bu, faktdır ki, o kişinin mənim Moskvaya getməsində çox böyük rolu olub.

- Amma sonra siz Mətbuat Şurasının sədri seçildiniz və onunla bir neçə dəfə təmasda oldunuz, mükafat verdiniz, mükafat aldınız. Bunu sonradan mərhum prezidentin özünə söyləmək fürsəti oldumu ki, mənim həyatımda belə bir rol oynamısınız?

- Mənə elə gəlir ki, o, bilirdi. Nə isə... Bir gündə mənim sənədimi hazırladılar və məni aeroporta göndərdilər...

 - Əflatun bəy, Gürcüstan, Borçalı sizin üçün çox önəmli ünvandır, doğulduğunuz Faxralı kəndinə çox bağlı olduğunuzu da bilirik. Amma bu gün Gürcüstan Avropaya vizasız gediş-gəliş imkanı qazandığı üçün bir çox vətəndaşlarımız üçün həsəd aparılası ölkəyə çevrilib. Bir anlıq Azərbaycanda qazandıqlarınızı kənara qoyub da ürəyinizdə “kaş Gürcüstan vətəndaşı olardım” demirsiniz ki?

- Vallah, gürcülər hər şeydə bizə həsəd aparır, baxmayın ki, onlar Avropaya vizasız gedirlər.


 - Doğrudan da mən azərbaycanlı olduğuma görə qürur duyuram. Bunu Gürcüstanda yüksək səviyyəli görüşlərimdə də bildirirəm. Mən çoxsaylı görüşlər keçirirəm, kiçik rayon rəhbərlərindən tutmuş yüksək çinli məmurlaradək. Mən Rauf bəyin sözünü dəstəkləyirəm, doğrudan da gürcülər bizə çox böyük sayğı ilə yanaşırlar. Əgər bu söz onları incitməzsə, mən onların həsədlə baxdığını da burada ifadə edə bilərəm. Hətta bizim görüşlərdə onlar özləri danışırlar ki, məsələn, Qara Qarayevin 100 illiyi tamam olur, bəlkə Tiflisdə böyük bir salonda bəstəkarın yubileyini təşkil edək. Bəlkə ikinci bir tədbiri Batumidə keçirək. Gürcüstanın siyasi elitasında Azərbaycana xoş münasibəti olan, Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirən insanlar var. Hətta Gürcüstan-Azərbaycan dostluq qrupunun gürcü tərəfdən nümayəndələrinin sayı 50-yə yaxındır və kifayət qədər səlahiyyətli, cəmiyyətdə mövqeləri olan insanlardır. Qrupun da rəhbəri vitse-spikerlərdən biridir.

 - Əflatun bəy, söhbətimizə başlayanda Rauf bəy dedi ki, heç kəs sizə 60 yaş vermir. O söhbətin üstündən keçdik. Cavan görünürsünüz, yaşınızı göstərmirsiniz və s. Cavan qalmaq üçün xüsusi bir düsturunuz, pəhriziniz, özəl yaşam tərziniz varmı?

- Sevinc xanım istəyir ki, onun xalası təriflənsin (gülüşmə). (Ə.Amaşovla müxbirimiz S. Telmanqızı yaxın qohumdurlar - Red)

- Siz də tərifləyin də, Allah insaf versin!

- Əlbəttə, ailənin də öz sirri var. Mən elə bilirəm ki, insanın xoş əhval işində yaşaması ailədəki münasibətlərdən çox asılıdır. Biz bu yaxınlarda BMM-də Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər xanımın 80 yaşını qeyd etdik. Hər ikisi mənim sağ tərəfimdə əyləşmişdi. Hələ tədbirdən qabaq onların arasındakı münasibət, məsləhətləşmələr o qədər alicənablıqla icra olunurdu ki... Şirməmməd müəllim bundan əvvəl TRT1-ə müsahibəsində demişdi ki, hələ mənim xəstələnməyə, ölməyə vaxtım yoxdur, işim çoxdur. (gülürük) Doğrudan da Şirməmməd müəllimin belə həyat sürməsində, gümrah qalmasında onun həyat yoldaşının da rolu var. Həmçinin Şirməmməd müəllimin həyat yoldaşının həyatında mühüm rolu var. Mən orda da dedim ki, Ülkər xanım, siz bezib-eləməyin, hələ Şirməmməd müəllim çox onilliklər yaşayacaq, yaradacaq, siz yaşamağa məhkumsunuz. Əlbəttə, insanın sağlam həyat tərzi müəyyən mənada genlərdə ola bilər, uzunömürlü olması əsasən buna görədir.Amma belə qarışıq, əsəblərin mütəmadi olaraq coşduğu bir zamanda ailədəki münasibətlər, ailədə insanın qarşılanması, yola salınması mühüm rol oynayır. Çox güman ki, mənim də həyatımda bunlar mühüm rol oynayan amillərdəndir.

 - Sizə nəsildə balacalar hamısı “Afan baba” deyirlər.

- Sizdəmi elə deyirsiniz?

- Hə, biz də elə deyirik. Zamin də elə deyir (yazarımız Zamin Hacı nəzərdə tutulur-Red.). (gülüşmə)

- Zaminin ağzı nədir deməyə. (gülür)

- Mən həmişə dostlara da deyirəm ki, sizdə mehriban və gözəl bir baba potensialını görürəm. Artıq baba yaşınız çoxdan keçib. Bəs, özünüz baba olmaq istəmirsiniz ki?

 - Orxanı nə vaxt evləndirmək istəyirsiniz?

- Mən hesab edirəm ki, burada Sevinc xanımın da, onun bacısı Aytən xanımın da passiv hərəkətləri müşahidə olunur. (gülüşmə) Ya gərək tələbə yoldaşı, ya bir yerdə çalışdığı insan olsun, yaxud milli mentalitetə uyğun olaraq kimisə kiməsə göstərmək olar, xarakterləri uyğun gələrsə, onlar evlənə bilərlər.

“Azərbaycanlı olduğuma görə qürur duyuram, bunu Gürcüstanda yüksək səviyyəli görüşlərimdə də bildirirəm”

 - Darıxırsınız baba olmaq üçün?

- Mənə elə gəlir ki, artıq vaxtdır. Son vaxtlar Orxanla danışanda da dedim artıq sən də bu barədə düşün.

 - Müsahibələrinizin birində bir az da zarafatla demişdiniz, amma yəqin bir az da gerçəkdir ki, sizin Orxana təsiriniz Orxanın sizə təsirindənn azdır...

- Özümü Orxana dost sayıram. Biz gerçəkdən də dostuq. Biz müəyyən mövzularda söhbətləşir, siyasi diskussiyalar edirik. Son zamanlar o Londondaydı, zəng etdim, Türkiyədəki referendumdan danışdıq, Türkiyə nə qazana, nə itirə bilər deyə. Ancaq ümumi bu qərara gəldik ki, Türkiyənin gələcəyi üçün seçimin nəticələri daha düzgündür. Çünki bizim üçün Türkiyə bütöv olmalıdır, PKK məsələsinə son qoyulmalıdır, Türkiyə bölünməli deyil, ölkə iqtisadi baxımdan güclənməlidir. Son zamanlar Suriyada baş verənlərdən, digər hadisələrdən sonra ölkəyə gələn turistlərin sayı kifayət qədər azalıb, iqtisadiyyat nisbətən zəifləyib. Bunlarla bağlı diskussiyalar edirik. Yaxşı yadımdadır, hələ Orxanın 1 yaşı tamam olmamışdı, mən xaricə gedəndə ona həm oyuncaqlar, həm də qalın vərəqli, şəkilli kitablar alardım.

- Nəticə nə oldu? Ona kitabları sevdirə bildinizmi?

- Artıq bu uşaq 5 yaşında olanda “Kitabi-Dədə Qorqud” dastanını oxumağa başladı. O, səkkizillik məktəbi də fərqlənmə ilə bitirdi, tarix olimpiadasında iştirak etdi, Azərbaycan üzrə birinci yeri tutdu, orta məktəbi də qırmızı attestatla bitirdi. Universiteti, magistraturanı, digər bitirdiyi yerləri də fərqlənmə ilə başa vurub. O gün söhbət edirəm. Onun sahəsi hüquq və fəlsəfədir. Artıq Orxan Şekspirdən bu yana demək olar ki, Böyük Britaniyada yazılan bütün əsərləri orijinaldan oxuyub. Bir neçə dəfə Böyük Britaniya televiziyalarında Şərq-Qərb məsələləri ilə bağlı müəyyən verilişlərə dəvət olunub. Hər həftə də bir kitab oxuyur, gələndə də yükü əsasən kitab olur. Keçən dəfə görüşəndə dedi “...gedək rus dilində kitablar alaq”. Dediyinə görə mən rus ədəbiyyatını yaxşı bilirəm, oxuyum. Biz Londonun mərkəzindəki nəhəng bir kitab mağazasına getdik. Lebedev və başqa rus milyonçuları Londonda mətbuatla işləyirlər, metroda pulsuz qəzetlər yayırlar, Böyük Britaniyada fəaliyyət göstərən qəzetlərin bir hissəsini alırlar. Həmin kitab mağazasının təmirində də onlar yaxından iştirak ediblər, bir şərtlə ki, kitab mağazasının bir mərtəbəsinin böyük bir hissəsində rus kitabları satılsın. Getdik o kitabxanaya, dünyada çox məşhur olan Tolstoy, Dostoyevski, Çexovun kitablarını götürdük, bir də İvan Qonçarovun “Oblomov” əsərini. Mən onların hamısını tələbəlikdə oxumuşam. Gəldik qaldığımız yerə. Möhkəm də yağış yağır, hətta pəncərədən kənarı görmək mümkün deyil... Mən kitaba baxdım, bir vərəq oxudum, və düşündüm bu kitabı necə oxumuşam ki, yadımda qalmayıb? İki günə oxudum, gördüm elə mənim özüm də Oblomovçuluğun ən böyük nümayəndəsiyəm. Razı olmadım Orxan oxusun, dedim yarımçıq qalıb, çemodana qoydum, gətirdim Bakıya.

 - Oğlunuzu necə görmək istəyirsiniz, bir hüquqşünas, yaxud davamçınız kimi?

- Mən bir ata kimi həmişə çalışıram ki, müəyyən məsələlərlə bağlı ona açıq olum və ona yaxşı təhsil verim. Yəqin ki, yaxşı təhsil alandan sonra həyatda öz yolunu tuta biləcək.

 - Axşam Rauf bəy xatırlatdı ki, Əflatun bəy gələcək, mən də nələrdən söhbət edəcəyimiz haqda düşündüm. Necə düşünmüşəm ki, yuxuda da görmüşəm müsahibə vaxtı bizə öz şeirinizi oxuyursunuz...

 -Aha, indi oxutduracaq şeiri...

 - Təbii ki. O, bir Paşasoy. (gülüşürük)

 - Bir dəfə də Əflatun bəylə söhbətimiz olmuşdu, Xətaidəki yataqxanadakı çətin günlərindən danışmışdı. Həmin günlərin də şeiri ola bilər, ya bir başqası...

 - Uşaqlıq dövrünün də bir şeiri var idi. Zamin ona köşə də yazmışdı...

 - Zamin izləyir də sizin həyat və yaradıcılığınızı...(yenə gülüşmə)

 - Buyurun, Əflatun bəy, yuxumuzu çin eləyin, xahiş edirəm...

(Davamı var...)
(musavat.com)

Oxşar xəbərlər
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:33
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
18 Apr 2024 | 12:39
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
18 Apr 2024 | 12:25
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:33
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
18 Apr 2024 | 12:39
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
18 Apr 2024 | 12:25
Qadınlar, 45 yaşdan sonra belə qidalanın