Xəbər lenti
26/05/2018 [11:44]:
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
26/05/2018 [11:21]:
“Biz çox istəyərdik ki, təqdim etdiyimiz siyahıdakı məhbusların hamısı əfv olunsun”
26/05/2018 [11:21]:
UFAZ-da ActİnSpace Beynəlxalq müsabiqəsinə start verildi
26/05/2018 [11:08]:
ADP idarə heyətinə daxil olan şəxs Tiblisidədir
26/05/2018 [11:00]:
Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi
26/05/2018 [10:49]:
“Biz hər an Qarabağı düşünməliyik...”- Video
26/05/2018 [10:45]:
İsveçrə hökumətinə müraciət: Gülnarə Kərimovanın pullarını geri qaytarmayın
26/05/2018 [10:39]:
Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü
26/05/2018 [10:37]:
Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
26/05/2018 [10:30]:
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26/05/2018 [10:29]:
Ucuz kosmetika avropalı qızı afrikalıya çevirdi
26/05/2018 [10:28]:
Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26/05/2018 [10:26]:
Keçmiş boksçunun başında beyin şişi aşkar edildi
26/05/2018 [10:24]:
“Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca... ”- Rəsulzadənin Stalinlə bağlı xatirə yazısı
26/05/2018 [10:24]:
Vüsalə Əlizadə qardaşı uşağının doğum anını paylaşdı - VİDEO
26/05/2018 [10:12]:
Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26/05/2018 [10:08]:
Dəbdəbəli həyat, yandırılan pullar, ehtiraslı rəqs - “Dinero”da
26/05/2018 [10:00]:
Dükanlarda Ramazan səbətləri quraşdırıldı... -İbrətamiz-Fotolar
26/05/2018 [09:56]:
Tramp indi də başqa fikrə düşüb - Görüşə hazırlaşır
26/05/2018 [09:53]:
Putin Qərbə barmaq silkələdi - “Qırmızı xətt”i keçməyin”
26/05/2018 [09:49]:
İşə götürülmək istəyirsiniz? - Elə isə bunları edin
26/05/2018 [09:47]:
Türkiyədə tələbələrin avtobusu yandı - 14 yaralı
26/05/2018 [09:45]:
Putindən xəbərdarlıq - “İnanılmaz böhran olacaq”
26/05/2018 [09:41]:
Titullarının alınması üçün prezidentə müraciət edildi
26/05/2018 [04:55]:
“Cümhuriyyət tarixi ilə bağlı ən azı beş film çəkilir”
26/05/2018 [00:33]:
Makron Qüds məsələsində ABŞ-a dəstək olmadı
26/05/2018 [00:02]:
Alimlər siqareti tərgitməyin ən yaxşı üsulunu göstərdilər - Maddi həvəsləndirmə...
25/05/2018 [22:57]:
Türk gəmisini raketlə kim vurub? - ABŞ açıqladı
25/05/2018 [22:55]:
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
25/05/2018 [22:40]:
Vasif Talıbov xidmət rəisini vəzifədən kənarlaşdırdı
25/05/2018 [22:15]:
Putinə göy "xoruz" hədiyyə edildi- VİDEO
25/05/2018 [21:43]:
İsraildə fələstinlilərə atəş açmağa icazə verildi
25/05/2018 [21:37]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
25/05/2018 [21:32]:
Naxçıvanda 9 məhkum əfv olunub -FOTOLAR
25/05/2018 [21:30]:
“Tramp – Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb” -General Vinset Bruks
25/05/2018 [21:16]:
Binəqədidə avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrıldı
25/05/2018 [21:15]:
ABŞ Şimali Koreya ilə danışıqları yenidən bərpa edir
25/05/2018 [21:14]:
BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim keçirdi...
25/05/2018 [21:14]:
Putin:"Moskva “Şimal axını-2” layihəsinin tərkibini genişləndirməyə hazırdır"
25/05/2018 [21:08]:
Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı
25/05/2018 [20:52]:
Putin: "Təyyarəni bizim raket vurmadı, ancaq..."
25/05/2018 [20:47]:
Türkiyə gəmisi raketlə vuruldu...
25/05/2018 [20:42]:
Bakıda qadınlara mənşəyi bilinməyən preparat vurulub –Sensasion məhkəmə işi
25/05/2018 [20:34]:
Bakıda ağlasığmaz iftar menyuları – Gündə 60 manat, ayda 1860 manat…
25/05/2018 [20:27]:
“Bayram Səfərovun evində Şuşanın vəzifəlilərinə dedim ki...” - Rəhim Qazıyev
25/05/2018 [20:22]:
İsraildə fələstinlilərə atəş açmağa icazə verildi
25/05/2018 [20:13]:
Neftçalanın icra başçısı: "Son illərdə rayonda heç kimin adına vətəgə rəsmiləşdirilməyib"
25/05/2018 [20:13]:
Çavuşoğlu lirənin kəskin ucuzlaşmasının səbəbi haqda
25/05/2018 [20:12]:
Kəşfiyyat bölüyünün təlimi başa çatıb
25/05/2018 [20:01]:
Neftçalanın polis rəisi bu saytı xüsusi ittiham qaydasında məhkəməyə verir...
25/05/2018 [19:54]:
60 yaşında döyüşdə ağır yaralanan, ailəsi repressiyaya qurban gedən sufi şairi - ARAŞDIRMA
25/05/2018 [19:47]:
Salah finalda oruc tutacaq? - Baş məşqçidən açıqlama
25/05/2018 [19:32]:
"Bu olaya ölkənin milli təhlükəsiliyinə vurulan zərbə kimi yanaşılmalıdır"
25/05/2018 [19:23]:
Daxili İşlər Nazirliyində AXC-nin 100 illiyi ilə bağlı TƏDBİR
25/05/2018 [19:04]:
BSU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
25/05/2018 [18:56]:
“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir
25/05/2018 [18:55]:
Komitə sədri “SABAH” qrupunun tələbələri ilə GÖRÜŞDÜ
25/05/2018 [18:48]:
Yeni portal-platformanın təqdimat mərasimi keçirilib
25/05/2018 [18:46]:
Dünyada yeni ölümcül virus yayıldı - Meyitlər belə dəfn edilir (FOTO)
25/05/2018 [18:38]:
Deputata “Xalq yazıçısı” adı verildi
25/05/2018 [18:32]:
Elitar Gimnaziyanın şagirdləri ADNSU-da ekskursiyada olublar
25/05/2018 [18:28]:
Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI
25/05/2018 [18:27]:
İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib
25/05/2018 [18:25]:
Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - Səbəblər açıqlandı
25/05/2018 [18:20]:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi heyyətini açıqladı
25/05/2018 [18:19]:
Yeni sürücülük vəsiqələrinin verilmə vaxtı məlum oldu
25/05/2018 [18:18]:
Nazir məşğulluq orqanlarının nöqsanlarını müzakirəyə çıxardı - MÜŞAVİRƏ
25/05/2018 [18:16]:
Azərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılır
25/05/2018 [18:14]:
107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edildi
25/05/2018 [18:13]:
Dövlət Statistika Komitəsində yeni TƏYİNATLAR
25/05/2018 [18:12]:
Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
25/05/2018 [18:05]:
İlan sancdığı qadın körpəsini əmizdirdi, hər ikisi həyatını itirdi
25/05/2018 [18:03]:
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib -FOTOLAR
25/05/2018 [18:01]:
Salahlı stansiyasının baş yolları əsaslı təmir olunur
25/05/2018 [17:33]:
Dünya çempionatı: Azərbaycan şahmatçısı qalib oldu - VİDEO
25/05/2018 [17:30]:
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradıldı
25/05/2018 [17:25]:
“Azərbaycanı “İsgəndər”lərlə vurmaq Ermənistan üçün intihar olacaq” -Rusiyalı ekspert
25/05/2018 [17:22]:
“Belə olacağını bilsəydim, nə müharibəyə gedər, nə də əlil olardım” -Erməni hərbçi
25/05/2018 [17:17]:
Nazirdən əhaliyə şad xəbər: "Maaşdan ödənilən vergilər azaldılır"
25/05/2018 [17:12]:
DİM: 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib
Bütün arxiv bir sırada
26/04/2017 [23:34] - Reportaj - ( 3590 dəfə baxılıb)

Əbədiyyətin qorunduğu məkandan-"Cavid muzeyi"ndən REPORTAJ-FOTOLAR





İstər yazıçılar, istərsə də filosoflar, hamısı muzey ziyarətini zamanda səyahət, keçmişdə gəzinti adlandırıblar. Keçmişin bütün ruhu, aurası, rəngi muzeylərdə qalıb və oranın ən dəyərli eksponatına çevrilib. Biz əslində, hər hansı muzeyə gedərkən, oradakı maddi nümunələri deyil, həmin ruhu, auranı eksponat olaraq gözdən keçiririk....

Hazırsınızsa, Moderator.az vasitəsilə müqəddəs bir məkanda- böyük Hüseyn Cavidin Ev Muzeyindəki uzaq və qorxulu 1937-ci ildən qalma auraya, rəngə baş çəkək. Dahi Cavidin əvvəlcə axırına çıxan, sonra isə onu yaşadan illərin həmin muzeydəki donmuş aurasına qonaq olaq....


Gəlin, əvvəlcə qaydanı pozaq. Yəni, sırf Hüseyn Cavidin Ev Muzeyinə aid bir qaydanı... Çünki muzey 4 hissəyə bölünür. Qapıdan içəri keçən kimi üzümüzə (Qeyd edək ki, orada olanlar yaxşı bilirlər. Əvvəlcə, AMEA-nın Əlyazmalar İnstitutuna məxsus olan məkana daxil olub, ikinci mərtəbəyə qalxırıq. O binadakı kiçik evdə vaxtikən Hüseyn Cavid öz ailəsi ilə birgə yaşayıb və onları müəllim maaşı ilə dolandırıb) muzeyin ilk hissəsi “Giriş otağı” açılır. Bu otaq  barəsində bəlkə, lap axırda danışaq? Çünki necə də olmasa, “Cavid ömrü”, “Cavid faciəsi” , “Cavidin şöhrəti” adlanan otaqlarda gəzişib, həmin otaqların adlarına uyğun eksponatları ilə tanış olandan sonra muzeyi  istər-istəməz elə “Giriş otağı”ndan tərk edəcəyik. Odur ki, bunu axıra saxlayaq. 


Gəlin, “Cavidin faciəsi” adlanan ikinci otaqdan başlayaq. Böyük Cavidi sürgünə göndərən, ailəsini isə min bir əziyyətə salan o acı illər sanki burada donub qalıb. Cavid əfəndi öz şəxsi əşyaları ilə belə zamanın fövqünə çıxaraq onu dondurub. O illəri öz rəngi, öz ətrində görürük. Bozlaşıb, lap Cavidin üzünə duran boz insanlar kimi. Elə söhbətin bu yerində həmin donmuş zamana -1937-ci ilə səyahət edək: yay vaxtıdır. Daha dəqiq desək, 3 iyun gecəsidir. Amma işıqları sönən əksər evlərdə hakim olan səksəkə, qorxu  heç kimi yatmağa qoymur. İnsanlar hər ayaq səsindən, hər maşın siqnalından diksinirlər. “Görəsən, bu dəfə kimi aparacaqlar” deyə düşünürlər. Qara “EMADİN” özünü Cavid əfəndi üçün gcikdirmir. Elə həmin 3 iyun gecəsi bu balaca evin daxması döyülür. Əvvəlcə, Cavid əfəndi, sonra isə Müşkünaz xanım səksəkəli halda oyanır. Qapını açan şair DTX leytenantı Pavlovun idbar sifəti ilə qarşılaşır. Vəssəlam, bu da son... Artıq hər şey məlum idi. “Evinizdə axtarış aparmalıyıq” deyilir və içəri hərbi formada olan başqa bir neçə nəfər də daxil olur. Nə axtarış? Bu balaca, ikigözlü evdə nə olacaqdı ki, guya? Məram-məqsəd hamıya aydın idi. Cavid əfəndinin sümüyü səksənir. Bir-birini əvəz edən danlaq dolu iclasları, haqqında yazılar danosları gözünün önünə gətirir. “Axtarın, axtarın, hər yeri axtarın” deyə qışqıran Pavlovun səsi onu yenidən bu dar otağa qaytarır. Pavlov və qulbeçələri guya nəyisə tapırlar: Cavid əfəndinin əlyazma və məktubları, yazı üçün mürəkkəbqabı, qələm, kağızlar, 8 manat 56 qəpik də pul. Vəssəlam, şüttəmam. Yalandan nəyisə yazır, guya protokollaşdırırlar. Artıq uzatmağın bir mənasının da olmadığını görüb Cavid əfəndiyə hazırlaşmağını və onlarla gəlməyini buyururlar. Yalnız indi eynəyini gözünə taxa-taxa, yuxulu halda otağa gələn Ərtoğrul nələrin baş verdiyini anlamır. Turan isə şirin-şirin yatır. Beləcə, böyük Cavid əfəndi bu otağı tərk edir...


Nə isə, tarixdə çox qalmayaq. O qaralı, namərd tarixdə...  1937-ci ilin içindən, aurasından çıxaq. Xatırladım ki, bayaqdan “Cavid faciəsi” adlanan otaqda idik, məkanımız da eyni idi. Sadəcə, bu ildən o ilə adlamışdıq. Baş verənlərin hamısı burada olub. Bax, Cavid əfəndinin yazı masası da buradadır. “Azəri düşünərkən” adlı şeirinin əlyazması da. (həmin 3 iyun gecəsi ən son bu əlyazmanın üzərində işləyib). Özünəməxsus eynəyi, cib saatı isə başqa yerdə qorunur. Cavid əfəndiyə xatir onlara toxunmaq, bir vaxtlar onun gözündə olan eynəyə əl vurmaq istəsək də, soyuq 1937-ci il adamın əlini yarı yolda saxlayır. Görün, bu eynək nələr görüb? O həm “İblis”, “Şeyx Sənan” kimi böyük əsərlərin necə yazıldığını, həm də Cavidin üzü-üzünə dayanıb ona xırda burjuaziya şairi deyən insanları da görüb. Yox, hörmətli eynək, biz sənə toxuna bilmərik... Həə, bu otaqda bir masa da var ki, üzərində Sibirdəki məzarından götürülən torpaq, özəl əşyalar və həbsini təsdiqləyən sənədlər var...Bülbülə, Üzüyir bəyə yazdığı məktubların əlyazmaları isə divarda saxlanılır. 


Keçək “Cavidin ömrü” otağına... Cavidlər ailəsinin acılı-fərəhli günləri ən çox burada keçib. Burada həm gülüblər, şadyanalıq ediblər, tapdıqlarından yeyib, tapmadıqlarına şükür ediblər. O biri otaqda tək Cavidin incimiş ruhu gəzirdisə, bu otağın hər qarışında Müşkünaz xanım da var. Ona aid olan ev əşyaları, paltar tikən maşın, ailəyə məxsus kiçik  rəf, o rəfdəki çıraq, divar saatı, yemək masası bizi yenidən o illərə aparır. Bilirəm, çətindi. Amma daha keçib, gəlin, bir daha həmin 1937-38-ci ilə gedək. Elə bu otaqda qalacağıq amma zamanımız fərqli olacaq:

-Ata, mən Sevdanı gördüm. Onunla tanış oldum..
-Həə, ay mənim ağıllı qızım...

Cavid həbs olunandan sonra hələ Sibirə aparılmamış ailəsi onunla qısa görüş alır. O qısa görüşdə Cavid kövrələ-kövrələ baxdığı Turandan gözlərini çəkə bilmir. Elə onda balaca Turan bu sözləri deyir. “İblisin intiqamı” əsərindəki Sevda ilə “görüşdüyünü” xəbər verir. Sən demə, bu otaqdakı yemək masasının siyirmələrində Cavid əfəndinin bir sıra əlyazmaları xilas olmuşdu. Turan da bunu ustalıqla atasına xəbər vermişdi ki, bəlkə, bir az təsəlli tapa.

Nə isə, qayıdaq yenə bu günümüzə...  Bax, həmin masa da bu otaqdadır, düz mərkəzdə. O masanı, ailəyə məxsus olan sandığı və başqa bir neçə eksponatı çıxsaq, sırf Cavidlərdən bizə qalan maddi nümunələr azdı. Otaqdakılar əsasən, ithaf xarakterli eksponatlardı: kimi Cavidlərin şərəfinə xalça toxuyub, kimi portret çəkib və s. Amma təbii ki, onlar da bizim üçün çox dəyərlidir. 


Soldakı otaq isə “Cavid şöhrəti” adlanır. Buranın da maraqlı aurası var. Şəxsən bizim üçün ən maraqlı eksponat Cavid əfəndiyə aid nərdtaxta oldu. Bir də divardan asılı böyük portret. Özümüzü saxlaya bilməyib burada bir foto çəkdiririk. Bayaqkı otaqlarda sanki böyük Hüseyn Cavidin faciəsi, ömrünün acı illəri qalaqlandığından foto heç yada da düşməmişdi. Amma burada isə layiq olduğu şöhrətinə çatan Cavid əfəndi var. Yox, təkcə, o, yox. Ərtoğrul da burdadır. Kifayət qədər istedadlı, lakin talesiz və bəxstsiz Ərtoğrul... Ona aid olan pianino, kitablar, daha nələr, nələr... Kaş Ərtoğrul gənc yaşında vərəmdən ölməyib bir az çox yaşaya idi. Heyif, səd-heyif... O gənc görün, nələr edə bilərdi...
İndisə çıxmaq vaxtıdır. Gəlin, necə birlikdə gəlmişiksə, o cür də buradan çıxaq. Təbii ki, əgər ürəyinizdə qaldısa, səyahəti davam etdirmək istəyirsinizsə, buyurun, şəhərin düz mərkəzində- “İçərişəhər” metrosundan çıxıb Bakı Şəhər İcra Hakimiyyətinin binasını keçərsiniz və Elmlər Akademiyasının Rəyasət Heyətinin binasına çatmamış sizi Hüseyn Cavidin Ev Muzeyi qarşılayacaq. Biz isə öz sözümüzdə dayanmalıyıq. Axı əvvəldə demişdik ki, muzeyin birinci hissəsi olan “giriş otağı”na axırda baş çəkəcəyik. Elə də edirik. Bax, bura “Cavid əbədiyyəti” otağı adlanır. Bayaqkı otaqlar öz yerində, amma əsl Cavid bax, buradadır. Əbədiyyətin içində... 

Elmin Nuri



Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
Vüsalə Əlizadə qardaşı uşağının doğum anını paylaşdı - VİDEO
Ağız qoxusundan qurtulmağın 5 YOLU
“Moderator.az saytına xüsusi təşəkkürümü bildirirəm...” -Saday Şəkərli...
Kənd məktəbində biabırçılıq! - Müəllim qadın tualetinə kamera yerləşdirdi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Köşə
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
Cəmiyyət
“Biz hər an Qarabağı düşünməliyik...”- Video
Dünya
Ucuz kosmetika avropalı qızı afrikalıya çevirdi
Dünya
Keçmiş boksçunun başında beyin şişi aşkar edildi
Dünya
Putinə göy "xoruz" hədiyyə edildi- VİDEO
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin