Mart ayında 18 gün iş OLMAYACAQ 
1143
05 Feb 2024 | 13:10

Mart ayında 18 gün iş OLMAYACAQ 

Mart ayında qeyri-iş günlərinin sayı məlum olub. 

Bizim.Media xəbər verir ki, Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. 

Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək. 

Qeyd edək ki, bundan əlavə, 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür. 

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 18 gün iş olmayacaq. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər