Xəbər lenti
21/10/2017 [16:09]:
Moskva türklərin hesabına paytaxt olub!.. -Məşhur prodüserdən şovinistlərə sərt cavab
21/10/2017 [16:02]:
Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Arye Qutla görüş keçirildi
21/10/2017 [15:59]:
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
21/10/2017 [15:54]:
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21/10/2017 [15:47]:
Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA
21/10/2017 [15:42]:
Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ
21/10/2017 [15:09]:
1980-90-cı illərdə bütün insanları ram edən məşhur seriallar- MARAQLI
21/10/2017 [14:52]:
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO
21/10/2017 [14:19]:
Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21/10/2017 [14:15]:
Millət vəkili Elnur Əliyev haqqında filimin təqdimatında televiziyalara çağırış etdi
21/10/2017 [14:03]:
Prezident mükafatları artırılır -Ayda 500 manat
21/10/2017 [13:41]:
“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”
21/10/2017 [13:35]:
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
21/10/2017 [13:27]:
“Rafiq Hüseynov birinci, yaxud, ikini gün Almaniyada olacaq”- Diktorun həyat yoldaşı
21/10/2017 [13:25]:
Dağlıq Qarabağda iki erməni hərbçi ölüb
21/10/2017 [13:20]:
İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu
21/10/2017 [13:15]:
Avtobus dayanacaqlarının “BUS” sözü ilə işarələnməsi normaldırmı?
21/10/2017 [13:12]:
Ermənistan hərbçiləri qəzaya düşdülər -İki yaralı...
21/10/2017 [13:10]:
“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21/10/2017 [13:07]:
Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21/10/2017 [13:03]:
Bakıda intihara cəhdin qarşısı alındı
21/10/2017 [12:55]:
Bakıda ekstrasens "Gelandewagen"lə qəzaya düşdü – FOTO
21/10/2017 [12:53]:
Hava ilə bağlı xəbərdarlıq - Leysan, külək, şimşək...
21/10/2017 [12:47]:
Milyarder Trampın impiçmenti üçün kampaniyaya başladı - VİDEO
21/10/2017 [12:31]:
Zakir Həsənov müşavirə keçirdi
21/10/2017 [12:25]:
“Maşın şou”da saxtakarlıq olub? -Video
21/10/2017 [12:23]:
Rza Talıbovun kitabı Gürcüstanda təqdim olundu - FOTOLAR
21/10/2017 [12:11]:
Kaş ki, bir də tələbə olsaydım...
21/10/2017 [11:56]:
Vaqif Əsədov üstündə erməni bayrağı əks olunmuş avtomobildən danışdı...
21/10/2017 [11:53]:
Ramil Usubov Gəncədə şikayətçi vətəndaşları qəbul etdi
21/10/2017 [11:45]:
Səfir Hulusi Kılıc: “Azərbaycana təkrar səfir kimi gəlmək istərəm”
21/10/2017 [11:28]:
Avropanın meyvəsi - görüntüsü gözəl, dadı isə yox
21/10/2017 [11:26]:
“O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük günahdır” -Allahın 99 ADI
21/10/2017 [11:20]:
Fransız filosofu: “Qərb dünyası İmam Hüseynin (ə) fədakarlığına ehtiyac duyur”
21/10/2017 [11:17]:
“Rəşadətli hücumun qarşısını Surət Hüseynovun xəyanətkar hərəkətləri aldı”
21/10/2017 [11:08]:
Ronaldodan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi
21/10/2017 [11:06]:
“Qarabağ”dan sərt cavab - “Səviyyəsiz...”
21/10/2017 [11:05]:
Bakının “əli” güclənir, İrəvan şanssız qalır -İşğalçıya çarpaz zərbə
21/10/2017 [11:02]:
"“Sabah” Azərbaycandan üzr istəməlidir " - Qənirə Paşayeva
21/10/2017 [10:57]:
Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər...
21/10/2017 [10:47]:
YAP da mitinq keçirəcək?..
21/10/2017 [10:26]:
Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən - REPORTAJ
21/10/2017 [10:16]:
Deputatların Azərbaycan əleyhinə səs verməsinə Kiyevdən - Münasibət
21/10/2017 [10:15]:
Səməd Seyidov yola salınır…
21/10/2017 [10:12]:
Cəbhədə atəşkəs pozuldu
21/10/2017 [10:07]:
Büdcə kəsiri açıqlandı - 666 milyard dollar
21/10/2017 [10:06]:
Bill Qeyts məktəblərə 1,7 milyard yatırım edəcək
21/10/2017 [10:02]:
İŞİD Əfqanıstanda iki məscidi partladıb - 72 ölü + Yenilənib
21/10/2017 [10:02]:
Ölkəni Yeltsin deyil, qızı Tanya ilə oynaşı Çubays idarə edib - BƏDBƏXT RUSİYA...
21/10/2017 [09:59]:
Ərdoğan və Putin arasında telefon danışığı oldu
21/10/2017 [09:58]:
Kral İraqa dəvət göndərdi - 25 il sonra ilk dəfə
21/10/2017 [09:55]:
Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verildi
21/10/2017 [02:43]:
Konkret işlərin həlli ilə məşğul olun - Günün qoroskopu
21/10/2017 [00:49]:
SSRİ rəssamlarının sərgisində Xruşovun partlatdığı “bomba” -“Sən homoseksualsan...”
21/10/2017 [00:45]:
"Onların mənliyi olsa Azərbaycan bayrağının altında oturmazlar" - İTTİHAM...
21/10/2017 [00:07]:
Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı
21/10/2017 [00:01]:
Ərbil yaxınlığında döyüş - İraq ordusu qəsəbəni azad etdi
21/10/2017 [00:00]:
Bacısını oğlanla görən 17 yaşlı gənc bıçağa əl atdı
20/10/2017 [23:58]:
Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...
20/10/2017 [23:55]:
Ermənistanda əsgər əsgəri güllələdi
20/10/2017 [22:56]:
Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti
20/10/2017 [22:52]:
Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
20/10/2017 [22:33]:
“İdrak” liseyində YAP-ın 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
20/10/2017 [22:27]:
Qartal 350 metr yüksəklikdə havada uçan dronu parçaladı - FOTOLAR
20/10/2017 [22:23]:
“Şeyx Həmzət” azadlığını 3,6 milyon avroya satın aldı
20/10/2017 [22:17]:
Bakı sakinlərinin qısa ətəyə münasibəti – SORĞU
20/10/2017 [22:09]:
"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...
20/10/2017 [22:06]:
Kaş ki, bir də tələbə olaydım - İnkişaf və tərəqqinin ünvanından təəssüratlar...
20/10/2017 [21:57]:
Qadın mağazanın ortasında ətəyini qaldırıb... - VİDEO
20/10/2017 [21:40]:
Braziliyada yeniyetmə məktəbdə atəş açdı, iki uşaq öldü
20/10/2017 [21:36]:
Eynşteynin həyatı barədə bilmədiyiniz 10 maraqlı məlumat - Hər yerə corabsız gedirdi...
20/10/2017 [21:26]:
Məşhur müğənninin evini yardılar - 50 minlik əşyalarını apardılar
20/10/2017 [21:24]:
“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Rusiyanın baş təlxəyi...
20/10/2017 [21:21]:
“Bu çağırışın önəmini dərk etməyənlər ciddi fəsadlarla üzləşəcək”
20/10/2017 [20:40]:
AXC-nin 100 illiyi ilə bağlı sərəncam - 5 milyon ayrıldı
20/10/2017 [20:38]:
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı
20/10/2017 [20:35]:
Üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi: – “Bu gecə Azərbaycanı tərk edəcəm”
20/10/2017 [20:35]:
Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”
20/10/2017 [20:33]:
Vüqar "Maşın"dakı gizlinləri açıb-tökdü: "Bunu eşidəndə dəhşətə gəldim"
20/10/2017 [20:14]:
Kabildə məsciddə partlayış - Azı 30 nəfər öldü
Bütün arxiv bir sırada
01/05/2017 [19:23] - Cəmiyyət - ( 1160 dəfə baxılıb)

“Milli Kimlik” Araşdırma Mərkəzi ailə məsələsini dövlət qurumları ilə birgə müzakirə etdi



“Müasir İnkişaf” İctimai Birliyinin “Milli Kimlik” Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Milli kimlik və ailə” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə çıxış edən “Milli Kimlik” Araşdırma Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Aqil Eyvazov bildirib ki, artıq bir neçə ildir ki, təşkilat olaraq milli kimlik mövzusu üzrə araşdırmalar aparırlar. O, keçirilən tədbirlərdən, “Azərbaycan Milli Kimliyi” kitabından söz açıb. A.Eyvazov bu işlərin görülməsi zamanı daha ciddi nəticələr almaq üçün “Milli Kimlik” Araşdırma Mərkəzi yaradıldığını və çox önəmli mövzularda müzakirələr təşkil edildiyini, Mərkəzin sıaralarında araşdırmaçıların, alimlərin birləşdiyini bildirib. O, cəmiyyətimiz üçün önəmli olan məsələlərlə bağlı fayda vermək istəyən bütün araşdırmaçıları birgə əməkdaşlığa dəvət edib. İqtisadçı alim müzakirəsini təşkil etdikləri mövzunun aktuallığından danışaraq, əldə ediləcək nəticəni müvafiq qurumlarla bölüşəcəklərini qeyd edib.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü təşkilatın 12 ildir ki, Azərbaycanla, milli kimlik, milli-mənəvi dəyərlər, vətənpərvərlik mövzularında tədbirlər təşkil etdiyini, çalışmalar həyata keçirdiyini bildirib. M.Göyüşlü hər zaman bu işləri dövlət qurumları ilə birgə etdiklərini xüsusi vurğulayıb: “Sevindirici haldır ki, hökumət QHT münasibətləri ünsiyyət səviyyəsindən əməkdaşlıq səviyyəsinə yüksəlib”. O, mövzu ilə bağlı deyib ki, bu gün cəmiyyətimizdə baş verən bir çox məsələlər ailə sahəsində ciddi problemlərin olduğunu göstərir: “Məhz bu səbəbdən də “Milli Kimlik” Araşdırma Mərkəzi bu mövzuda müzakirə təşkil edib”.
Tədbirin məruzəçisi, AMEA Fəlsəfə İnstitunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Məmmədovbildirib ki, bu gün 17-18 yaşdan yuxarı nikah müqaviləsinə və yumşaq patriarxal ənənəyə əsaslanan nuklear monoqam ailə modeli, Azərbaycanın milli ailə modelidir. Onun sözlərinə görə, XX əsrə qədər Azərbaycan ərazisində qismən yayılan və erkən nikaha, sərt və orta patriarxallığa əsaslanan mürəkkəb (böyük ailə) poliqamik ailə modeli artıq getdikcə tarixə çevrilməkdədir: “Müasir Azərbaycan ailə modeli öz başlanğıcını, 1917-ci il oktyabr inqilabından sonra “ev əməyinin inqilabı dəyişməsi” qanunundan götürür. Ailə, cəmiyyətin kiçik sosial birlik formasıdır. Cəmiyyətdə baş verən sosial-iqtisadi, sosial-mədəni və siyasi dəyişikiklər ailənin də xarakterinə təsir göstərir. Ailə konservativ sosial varlıq kimi cəmiyyətdən daha gec dəyişikliklərə, inteqrasiyaya məruz qalır. Bu baxımdan, ənənəvi və yeni sistemlərin sintezindən müxtəlif sübkültürlər və ailə tipləri meydana çıxır: sərbəst, demokratik, avtoritar. Liberalizmin ifrat həddi ailə institutunun ortadan qalxmasıdır. Biz, sağ-kapitalist liberalizmin Avropada ailə institutunu dağıtdığını müşahidə edirik. Liberalizmin sol ifrat qanadı olan kommunizm ideologiyası da məlum olduğu kimi xüsusi mülkiyyətin əsas forması olan ailə instutunun dağılmasını əsas məqsəd seçmişdir”. R.Məmmədov deyib ki, Azərbaycanda boşanmaların əsasən 20-35 arasında artan dinamika ilə inkişaf etdiyi və evlənmələrin sayının tədricən azaldığı müşahidə olunur: “Bu amil, böyük göstərici olmasa da narahatedicidir. Bunun səbəblərini araşdırmaq və onları aradan qaldırmaq vacibdir”. Tədqiqatçı bildirib ki, boşanmalara aşırı qısqanclıq, xəyanət, böyük ailələrdə anlaşılmazlıq (gəlin-qaynana münaqişəsi), ailədə zorakılıq halları (əsasən əyyaşlıq, narkomanlıq, psixi pozğunluq, mədəniyyətsizlik), qadının öz hüquqlarından və seçimindən məhrum edilməsi (oxumasına və hərəkətlərinə məhdudiyyətlər), xəstəliklər (cinsi iqtidarsızlıq, sonsuzluq və s), intim disharmoniya, dünyagörüşlərinin, həyat tərzinin və psixologiyanın uyğunsuzluğu (fərqli təhsil və gəlir səviyyələri), iqtisadi problemlər, maddiyyatın əsas dəyər olması və digər məsələlərə göz yumulması, erkən evlilik, valideynlərin müdaxiləsi və təkidi (evlənərkən və sonra), sərbəstliyin olmaması səbəb olur. R.Məmmədov deyib ki, qadınların sosial həyatda aktivləşməsi, onların gəlir əldə etməsi, yüksək vəzifələrə seçilməsi kişilərin ənənəvi patriarxal avtoritetini zəiflədir: “Bu proseslər ailənin daxili strukturuna da təsir edir. Ailədə sosial baxımdan fəal olan və gəlirləri kişinin gəlirlərindən yüksək olan qadının nüfuzu bəzi hallarda kişinin ənənəvi nüfuzunu zədələyir. Bu rəqabətə dözə bilməyən kişilərin bəziləri məğlub olmaqdan daha çox boşanma yolunu seçirlər. Boşanmaların nəticələri cəmiyyət üçün destruktiv xarakter daşıyır. Ailənin əsas məqsədi –özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə bilmək və nəslin davamını təmin etməkdir. Qadın kişinin nəslini artırırsa, kişi də onun və övladlarının maddi-mənəvi təminatını öz üzərinə götürür. Bu sosial müqavilə ailə institutunun əsasında dayanır. Bu ölçünü qorumasaq ailənin varlığını təmin etmək mümkün deyildir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Rafiq Mahmudov gender məsələləri ilə bağlı qanunvericiklikdə əks olunan məsələlərdən danışıb. O, qadın hüquqlarının, ailənin qorunmasının vacib olduğunu qeyd etdi və bu istiqamətdə Komitə tərəfindən görülən işlər barədə məlumat verdi. R.Mahmudov 2016-c ildə boşanmaların sayının artmasını narahatçılıqla dilə gətirib. Çıxışçının sözlərinə görə, bu statistika 15-20 faiz arasında dəyişir. “Boşananlar xasiyyətlərinin tutmamasını, uşağın omamasını, xəyanəti, zərərli vərdişləri qeyd edirlər” – deyə Komitə nümayəndəsi fikrini ifadə edib. O, eyni zamanda erkən nigahlarla bağlı mövcud olan problemli vəziyyətdən də söz açıb. R.Mahmudov bu istiqamətdə bütün qurumlarla əməkdaşlıq etməyə, onlardan gələn təklifləri dəyərləndirməyə hazır olduqlarını deyib.
Bakı şəhəri 72 saylı orta məktəbin tarix müəllimi Aydın Allahverdiyev təklif edib ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarələrinə boşanmaların səbəblərini dəqiq bilmək üçün müvafiq sorğu anketlərinin verilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, uşaq olmamasına görə dağılan ailələrin problemlərinin həlli üçün övladlığa uşaq götürülməsi prosedurlarına diqqət artırılmalıdır. O, bir çox median qruplarının ailələrin dağılmasına yönəlmiş təbliğat apardığını qeyd etdi və bununla mübarizənin bütün cəmiyyətin üzərinə düşdüyünü bildirdi.
Tədbirin digər məruzəçisi, tibb üzrə fəlsəfə doktoru, həkim Azər Əliyev “tariximizdə ailə barəsində bir çox mənbələrdən dəyərli məlumatlar almaq mümkündür” deyərək nümunə olaraq “Dədə Qorqud” dastanını göstərib. Onun sözlərinə görə ailənin yaradılması bioloji baxımdan nəslin artırılması məqsədi güdsə də, insan bununla qane olmayaraq dünyaya insanlığa faydalı şəxsiyyət gətirib tərbiyə etməlidir: “Günümüzdə qloballaşan dünyada ailəyə və üzvlərinə təsir edəcək minlərlə amilləri seyr etməkdəyik. Bundan əlavə xalqların milli adət-ənənələri zəifləməkdə, onlara xas olmayan davranışlar aşılanmaqda və hətta beynəlxalq arenada dövlətlərdən bunların tətbiq olunması mütləq şəkildə tələb olunmaqdadır. Belə davranışlardan bəzi qərb ölkələrində ibtidai sinifdən və hətta uşaq bağçasından başlayaraq “seksual maarifləndirmə”, seksual azlıqların “ailə” yaratma və hətta uşaqlara himayədarlıq etməsi, “gender” yəni, kişi-qadın bərabərsizliyi kimi problemləri göstərmək olar. Məhz bunlara görə, zamanəmizdə ən çox təhdid və təhlükədə olan bizim gələcəyimiz, bizim övladlarımızdır. Ona görə də, özümüzü düzgün hədəflərə yönəldərək gələcək nəsillərə də doğru istiqamət verməyin ağırlıqı bizim nəslin çiyinlərinə düşməkdədir. Belə bir zamanda ölkəmizdə yaşayan ailə üzvü olan hər bir fərdin bir insanlıq və vətəndaşlıq borcudur ki, heç bir xarici qüvvələrin təsirinə baxmayaraq dövlətimizin ətrafında birləşərək əsl Azərbaycanlı ailəsi olmaq istiqamətində özünü maarifləndirsin və bunu ətrafdakılarnan bölüşüb gələcək nəsillərə çatdırsın”.
Bakı şəhəri Baş Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev təmsil etdiyi qurumun ailə məsələləri ilə bağlı məktəblərdə QHT-lərlə birgə həyata keçirdiyi işlərdən danışıb. O, bu fəaliyyətlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq etdiklərini açıqlayıb. R.Əliyev xüsusi olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çəkilən “Fitnə” filmini nümayiş etdirməklə radikal qruplara qarşı da maarifləndirmə işləri gördüklərini qeyd edib. O, orta məktəblərdə dinin əsaslarını izah edə biləcək dərslərin keçirilməsi məsələlərinə də münasibətini bildirib.
Ombudsman Aparatının təmsilçisi Lamiyə Zeynalova bildirib ki, Azərbaycan qanunvericiliyində gender bərabərliyi tam şəkildə təmin olunub. Onun sözlərinə görə QHT-lər, digər müvafiq qurumlarla bu istiqamətdə maarifləndirmə işlərini genişləndirməlidirlər. L.Zeynalova Ombudsman Elmira Süleymanovanın ailə mövzusunda çoxsaylı qanunvericilik təşəbbüsləri ilə çıxış etdiyini söyləyib. O, təmsil etdiyi təşkilatın bu istiqamətdə gördüyü işlərdən də bəhs edib.
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Aytək Zakirqızı ailənin formalaşmasında İslam, milli- mənəvi dəyərlərin, adət-ənənələrin üstünlük təşkil etdiyini, ailədə uşaqların tərbiyəsində bu amillərə ciddi diqqət yetirilməli olduğunu qeyd edib. Onun sözlərinə görə ailədə ana, qadın faktoru çox güclüdür.
Bakı Slavyan Universitetinin müəllimi Kəmalə Umudova ailədə qadının rolundan bəhs edib. O, medianın ailə mövzusunda neqativ təbliğatından narazılığını bildirib. K.Umudova təklif edib ki, regionlarda bu məsələ ilə bağlı aşkarlanmamış mənbələrin üzə çıxarılmasına diqqət artırılmalıdır. Çıxışçı mediada daha çox şou-biznes nümayəndələrinin milli-mənəvi dəyərlərimizlə, ailə məsələləri ilə bağlı ekspert qismində çıxış etmələrini kəskin şəkildə pisləyib.
Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli sovet dövründə mövcud olan ailələrimizdən danışıb. O, həmin vaxtlarda ailədə qəhrəman kişi obrazının yaradıldığını qeyd edərək, indi bu obrazın kənar təsirlər nəticəsində mənəvi aşındığını təəssüflə qeyd etdi. “Müasir dövrdə bu obraz dağıdıldığı üçün ailələrimizdə problemlər yaranmağa başladı” – deyən çıxışçı məktəb sistemində də boşluqlar olduğunu deyərək, hər iki məqamı faciəli məsələlər kimi vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Güney Namazova çıxış edərək təmsil etdiyi qurumun ailə və milli mənəvi dəyərlər mövzusunu daim diqqətdə saxladığını, təşkil edilən tədbirlərdə bu səpgidə digər qurumlarla birlikdə müvafiq təbliğat işinə öz töhfəsini verdiyini bildirdi.
Ədliyyə Nazirliyinin təmsilçisi Liza Xanməmmədova müzakirələri diqqətlə dinlədiyini, təmsil etdiyi qurumla əlaqədar səslənən təklifləri rəhbərliyə çatdıracağını bildirdi.
Tədbirin sonunda müzakirələrin davam etdiirlməsi, əldə edilən nəticələrin müvafiq qurumlara göndərilməsi, problemlərin həlli üçün təkliflərin sistemləşdirilməsi, layihələr hazırlanması və icra edilməsi qərarlaşdırıldı.

Dialoq.info

 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Rusiyanın baş təlxəyi...
“Bakıda böyük partlayış olacaq” - HƏYƏCAN TƏBİLİ...
Ermənistan ordusunun hərbi hissələrindən birində partlayış -Xeyli sayda ölən və yaralanan var
Bu gecə bütün Yer sakinləri ulduz axınını izləyə biləcək
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
Cəmiyyət
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
Cəmiyyət
Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...
Cəmiyyət
Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti
Siyasət
“Bu çağırışın önəmini dərk etməyənlər ciddi fəsadlarla üzləşəcək”
Həftənin ən çox oxunanları
"Nə vaxta kimi bu millətin biqeyrətlərini, psixi xəstələrini, fahişələrini reklam edəcəksiniz?"
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
"Hafka"nın saxlandığı xəbəri yayıldı - Silahlı basqına görə
Laçın rayonun bütün kəndlərinin kosmosdan hazırkı görüntüləri - VİDEO
Mütəxəssislərdən xəbərdarlıq: “İctimai nəqliyyatda yaşlılara yer verməyin...”
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
14 yaşlı qızının seks videolarını çəkib sevgilisinə yollayan ana da varmış - DƏHŞƏT...
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
"Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə..."
Amerikanın atom sualtı qayığı sekslə məşğul olma məkanı imiş - ŞOK İDDİA...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin