Xəbər lenti
21/08/2018 [01:50]:
Hansı rəng heç bir dövlətin bayrağında yoxdur və niyə?
21/08/2018 [00:51]:
ABŞ-da test dələduzluğu...
21/08/2018 [00:02]:
Bir vaxtlar Mətanət Əsədovanı öpməkdən doymayan aparıcı: -"O Azərbaycan qadınının adına ləkədir"
21/08/2018 [00:00]:
Messi Avropanın ən yaxşı futbolçusu olmaq şansını qaçırdı
20/08/2018 [23:59]:
Rusiya torpaqlarını əcnəbilərə icarəyə verir
20/08/2018 [23:57]:
Bild: "Azərbaycan almaniyalı deputatı arzuolunmaz şəxs elan edib"
20/08/2018 [23:06]:
Dünyanın ən gənc milyarder qadını xarici görkəmini dəyişdi - FOTO
20/08/2018 [23:06]:
Qətər əmirinin atasından italyan qadına “tualet” jesti - İBRƏTAMİZ...
20/08/2018 [22:40]:
Azərbaycana gətirilən telefon üçün nə qədər rüsum ödəmək lazımdır? - Qiymətlər
20/08/2018 [22:30]:
Bədənimizin ən gec təkamül edən hissəsi: Ayağın baş barmaqları...
20/08/2018 [22:17]:
Bu ölkənin rəsmi səhifəsini gənc tələbə idarə edəcək - FOTO
20/08/2018 [22:01]:
Italiya prezidenti və baş naziri “Allahu Əkbər” sədasına baş əydi... -Gözlənilməz
20/08/2018 [21:53]:
40 metr hündürlüyü olan heykəl görənləri təəccübləndirməkdə davam edir - FOTO
20/08/2018 [21:46]:
"30.000 tələbə köçürən, 10 il məktəbli gündəliyi satan, 1000-lərlə məktəb direktoru təyin edən nazir..."
20/08/2018 [21:20]:
Musa Yaqubun son durumu – VİDEO
20/08/2018 [21:02]:
Xaçaturyan bacıları atalarını öldürdüklərini etiraf etdilər
20/08/2018 [20:58]:
İraqda mindən çox insan içməli sudan zəhərlənib
20/08/2018 [20:50]:
Çeçenistanda polislərə hücum edənlər yeniyetmələr olub
20/08/2018 [20:40]:
Türkiyə hərəkətə keçdi - ABŞ səfirliyinə atəş açan 2 nəfər saxlanıldı
20/08/2018 [20:31]:
Bakıda heyvanları daşıyan yük maşını aşıb - FOTO
20/08/2018 [20:29]:
30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq
20/08/2018 [20:28]:
Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrıldı
20/08/2018 [20:25]:
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
20/08/2018 [20:14]:
Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? - Klubdan açıqlama
20/08/2018 [20:10]:
Prezidentdən xalqa təbrik - “Hər belə bayram...”
20/08/2018 [20:00]:
Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib
20/08/2018 [19:58]:
Prezident İlham Əliyev Hindistanın dövlət başçısına başsağlığı verdi
20/08/2018 [19:56]:
Özbəkistan baş naziri qəzaya düşdü
20/08/2018 [18:57]:
“Cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?”
20/08/2018 [18:27]:
“Lisey ölkədə bir ilkə imza atdığından, ona qarşı əks təbliğat aparırdılar” – Təhsilimizin uğur “Zəngi”
20/08/2018 [18:26]:
Çində robot texnologiyasının ən son nümunələri təqdim olunur
20/08/2018 [18:22]:
4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR
20/08/2018 [18:18]:
“Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü
20/08/2018 [18:07]:
İnsan beyini haqqında heyrətləndirici faktlar – Doğransa da, ağrı verməz
20/08/2018 [18:01]:
“Xəstəxanada mənə dedi ki, bu əsəri musiqi ilə vidalaşmaq üçün yazıram”
20/08/2018 [17:57]:
Azərbaycan Gürcüstan bazarının əsas idxalçısıdır
20/08/2018 [17:55]:
Zelandiyada deputatların maaş artımına 12 aylıq qadağa
20/08/2018 [17:48]:
“Qarabağ”ın oyununun vaxtı yenə dəyişdirildi
20/08/2018 [17:44]:
Hökumət Qurban süfrələrini yoxlamaq üçün evlərə reydlər keçirəcək...- Süfrələr 1x1,5 m-dən böyük ola bilməz!..
20/08/2018 [17:41]:
"Ermənistanda növbəti hakimiyyət dəyişikliyi ola bilər" -Markov
20/08/2018 [17:39]:
Merkel: "Türkiyənin Almaniyanın iqtisadi yardımına ehtiyacı yoxdur"
20/08/2018 [17:34]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
20/08/2018 [17:21]:
Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI
20/08/2018 [17:15]:
Qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı - Sumqayıtda dəhşətli intihar (Yenilənib)
20/08/2018 [17:04]:
“İki-üç imzanı çıxmaqla, oxucu müasir Azərbaycan ədəbiyyatından heç nə gözləmir”
20/08/2018 [17:02]:
Ağılın zəifləməsinə qarşı 7 möcüzəvi qida - The Food Programme...
20/08/2018 [16:56]:
KXCP sədri Qurban bayramı münasibəti ilə xalqı təbrik etdi
20/08/2018 [16:52]:
ABŞ hərbi vertolyotu İraqda qəzaya düşdü - Ölü və yaralılar var
20/08/2018 [16:50]:
Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib
20/08/2018 [16:43]:
"Cəsarət hər zaman mənim xarakterim olub, onu itirsəm, özümü itirərəm..."
20/08/2018 [16:40]:
“Atışma kəsiləndə “Qoca” özünü bıçaqlamağa başladı” - Polisin ifadəsi
20/08/2018 [16:36]:
Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq
20/08/2018 [16:34]:
Kimlər təhsil haqqından azad olunacaq?
20/08/2018 [16:28]:
Evli qadınların yarışdığı Gözəllik Yarışmasının qalibi məlum oldu - FOTOLAR
20/08/2018 [16:19]:
Türkmənbaşı ralliyə hazırlaşır - VİDEO
20/08/2018 [16:16]:
Rövşən Rzayev kollegiya iclası keçirdi
20/08/2018 [16:14]:
“Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır”
20/08/2018 [16:10]:
Müqəddəs Məkkədə təbii fəlakət - VİDEO
20/08/2018 [16:01]:
Çeçenistanda polisə silahlı hücum - FOTO+VİDEO
20/08/2018 [15:55]:
Natəvan Həbibinin konserti olacaq
20/08/2018 [15:07]:
Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub
20/08/2018 [14:50]:
Düşmən snayperlərindən çəkinmədən divarın üzərinə çıxdı, bayrağımızı səliqəyə saldı - VİDEO
20/08/2018 [14:23]:
Azərbaycandan Paşinyanın mitinqinə qatılmış ermənilərin görüntüləri yayıldı...- Fotolar
20/08/2018 [14:03]:
Arzu Rəhimov Qax rayonunda vətəndaşları qəbul edəcək
20/08/2018 [14:02]:
“Ermənistanın bu addımı Qarabağ danışıqlarının ümumi ruhuna ziddir”
20/08/2018 [13:58]:
Heydər Əliyev Fondundan ADAU-ya dəstək
20/08/2018 [13:54]:
Özünə yeni sahib axtaran nökər: Məxməri inqilabdan vətəndaş müharibəsinə doğru...
20/08/2018 [13:53]:
Onlar ADPU-nu seçiblər
20/08/2018 [13:47]:
Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20/08/2018 [13:43]:
Yol qəzasında xəsarət almış naməlum kişi öldü
20/08/2018 [13:37]:
Altı vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərildi
20/08/2018 [13:28]:
Toy gecəsi sevgilisi ilə qaçdı - Gedərkən külli miqdarda pul apardı - FOTOLAR
20/08/2018 [13:07]:
“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
20/08/2018 [13:04]:
Yol polisləri üçün yeni "Mercedes" markalı avtomobillər gətirildi – VİDEO
20/08/2018 [12:56]:
Erməni özünə OD VURDU...
20/08/2018 [12:45]:
Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır? – AÇIQLAMA
20/08/2018 [12:33]:
“Bu hadisə çoxdan baş verib...”- Bahalı avtomobili ilə qayda pozan müğənninin köməkçisi...
20/08/2018 [12:31]:
Ata və oğul yanan meşənin içindən necə keçdilər - Qorxunc Video
20/08/2018 [12:27]:
Rusiyanın Azərbaycandakı səfiri fəaliyyət prioritetlərini açıqlayıb
20/08/2018 [12:18]:
Rusiya Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək - RƏSMİ
Bütün arxiv bir sırada
03/05/2017 [12:54] - Müsahibə - ( 2722 dəfə baxılıb)

“Ziyalı sözünə tələbat olan zaman ziyalı özünü inamlı hiss edir” ”“ Qulu Məhərrəmli

“Əxlaqsız adamlar Azərbaycan mənəvi mühitini işğal etməkdədir”


Moderator.az  tanınmış telejurnalist, professor Qulu Məhərrəmlinin Sherg.az-a müsahibəsini təqdim edir.

Professorla bayağı və yüngül əxlaq sahibi olan müğənnilərin efirlərdən Azərbaycan cəmiyyətinə mədəniyyət dərsi keçməsi, müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməsi, telekanalların və saytların bu cür “sənət adamlarına” meydan verməsi, elektron medianın İP qazanmaq üçün bəzi müğənnilərin yataq səhnələrini dərc etməsi, cəmiyyətin buna təpkisi, bunun qarşısının alınması istiqamətində görülməli olan işlər, müğənnilərin aparıcılıq edib, efiri bazara çevirmələri, kriminal hadisələrə və yazılara olan marağın artma səbəbləri, mətbuatda intihar xəbərlərinin dərc olunması, ölkədəki ziyalı qıtlığı, ziyalılarla gənclər arasındakı uçurum və s. məsələlər ətrafında maraqlı söhbət apardıq.

”“ Son zamanlar bəzi xanım müğənnilərin öz “aşiqləri” ilə çılpaq fotoları sayt manşetlərini bürüyür. Demək olar ki, bu vəziyyət davamlı hal alıb. Əlbəttə, belə fotolar cəmiyyətə yalnız neqativ nəsnələr vəd edə bilər. Aidiyyəti orqanlar bu cür əxlaqsız şəkilləri yayılan “sənət adamlarına” niyə “dur” demir?

”“ “Cəhənnəmə gedən həmişə özünə yoldaş axtarır”. Burada problem Azərbaycandakı mövcud mənəvi situasiya və şəraitdədir. Ölkəmizdə əxlaqsız və tərbiyəsi lazımi səviyyədə olmayan adamlar Azərbaycan mənəvi mühitini işğal etməkdədir. Yəni bu gün bizə davranış tərzini az qala belə düşük, bayağı insanlar təlqin edir.

”“ Onlara bu meydanı yaradan kimlərdir?

”“ Təbii ki, birinci növbədə televiziya və saytlardır. Bəzən media bilərəkdən və ya bilməyərəkdən bu “dəbi” yayır. Ona görə də, hazırda bu cür mənasız adamlar haqqında danışırıq və sizin də, mənim də vaxtım gedir. Problem nədədir? Problem yeni formalaşan nəsildə və hələ özünü tutmamış şüurlardadır. Bəzi müğənnilərin bu cür arzuolunmaz davranışları insanların beyinlərinə hopur. Və onlar belə davranışları təkrarlamağa çalışırlar. Əlbəttə, belə halları pisləyirəm.

”“ Millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində “müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım” iddiası və ya təklifi ilə çıxış edib. Deputatın fikirlərini bölüşürsünüzmü, parlament üzvü haqlıdırmı?

”“ Millət vəkilinin dediyi odur ki, mənəvi ölçülər pozulur. Düzdü, ad, təxəllüs seçməkdə heç kimə məhdudiyyət qoymaq olmur. Bir meyxanaçı öz kəndinin, digəri isə rayonunun adını götürür. Düşüncəmə görə, bu cür ad seçimində də bir reklam var. Məsələn, necə ki, bir kafenin adını Qazax qoyuruq ki, ora qazaxlılar gəlsin. Burada şüuraltı bir biznes istəyi var.

”“ Bunun qarşısını kim və necə ala bilər?

”“ Yalnız və yalnız güclü cəmiyyət. Nə televiziya, nə Mədəniyyət Nazirliyi, nə də MTRŞ bunu dayandıra bilər. Bunlar ayrı-ayrılıqda heç nə edən deyil. Hansısa bayağı ad çıxarmış bir müğənni, özünə sənətçi deyən kimsə, cəmiyyətdən təpki görsə, çəkinəcək. Təpki görməyəndə daha da ürəklənir. Bəzən isə əksinə belə davranışlar stimullaşdırılır. Bu da nəticə etibarilə ictimai əxlaqı zədələyir. Ona görə, belə hallara qarşı cəmiyyətin təpkisi olmalıdır. Bu, mücərrəd forma deyil. Təbii ki, onların “əl-ayağı kəsilməlidir”. Belə adamlar efirdən, ictimai mühitdən təcrid olunmalıdırlar. Normal cəmiyyətlərdə əxlaqsızlığı təbliğ edənlər həmişə alt qatda, zirzəmidə olur. Bizdə isə bunlar yuxarı başa keçir. Mənəvi ölçüləri pozulmuş bir cəmiyyətdə ancaq belələri münbit şəraitə düşür və bu cür yayılırlar. Mövcud vəziyyətə də Fazil Mustafa kimi az qisim adamlar etiraz edir. Amma yenə də deyirəm ki, kütləvi əxlaqsızlıq və ölçü pozğunluğunun yayılmasında medianın rolu çox genişdir.

”“ Məsələn, bir nümunə deyə bilərsinizmi?

”“ Biri görəndə ki, meyxanaçının həyatı ilə bağlı televiziyada bir saatlıq veriliş gedir. Həmin meyxanaçının oxuduğu məktəbi göstərirlər. Müəllimi danışır ki, o, yaxşı oxuyurdu və s. Həmin məktəbliyə elə gəlir ki, elə meyxanaçı olmaq lazımdır. Amma alim, tədqiqatçı, millətə xeyir vermiş dəyərli insanlar, Azərbaycan klassikləri haqqında veriliş yoxdur. Təbliğat yoxdur. Bu mənada yetişməmiş, formalaşmamış şou-biznes mühiti belə əxlaqsızlıqları cəmiyyətə sızdırır. Cəmiyyət də bu şəkildə öz mənəvi iflasına doğru gedir. Bax, vəziyyət belədir.

”“ Telekanallarımızdakı verilişlərə diqqət etsək görərik ki, hər 3 aparıcıdan 2-si müğənnidir. Onlar da efirdə bazar açırlar. Bu halı necə dəyərləndirirsiniz?

”“ Müğənninin aparıcılıq etməsinə məhdudiyyət qoyula bilməz. Söhbət səviyyəli aparıcıdan gedir. Cəmiyyətdə heç bir ciddi uğuru ilə tanınmayan, müştərisi çox olan müğənnini aparıcı etmək o telekanalın özünün problemli olduğunu göstərir. Düzdü, bu hal əvvəl də mövcud idi. Məsələn, Mübariz Tağıyev, Faiq Ağayev və Brilliant Dadaşova yaxşı veriliş aparırdılar. Amma indi səviyyə çox aşağı düşüb. Müğənnilərin əksəriyyəti kitab üzü görmür, oxumur. Dünya görüşləri bəsitdir. Nitqləri qüsurludur. Azərbaycan dilini yaxşı bilmirlər. Azərbaycan mədəniyyəti və mənəviyyatına bələd deyillər. Televiziya işçilərinin bir çoxu da elə o gündədir. Rəhbərlərindən tutmuş işçilərinə qədər elədir. Azərbaycan mədəniyyətinə bağlı insanlar deyillər. Bu davranışın yaratdığı qorxu dalğası genişlənməkdədir. Cəmiyyətin isə buna qarşı durmağa gücü yoxdur. Bu, yavaş-yavaş bir siyasətə çevrilir. Bax, problem bundadır.

”“ Bəzən tarixi araşdırma xarakterli yazılarımız olur. Bu yazıların nə qədər təbliğatını aparsaq da, anonsunu versək də, yazı istənilən səviyyədə oxunmur. Amma kriminal aləmin “əfsanələri”nin adları keçən bir yazı qoyan kimi, həmin yazının oxunma sayı gözləniləndən də çox olur. Cəmiyyətdə kriminala meyl nədən yaranır?

”“ Bunun səbəbi insan qavrayışı və insan psixologiyası ilə bağlıdır. İnsanlar həmişə normadan yayınmalara meyilli olur. O cür xəbərləri gözləyir. Yəni bu, psixikası pozulmuş cəmiyyətdir. Onlar yüngül , bəsit kriminal, didişmə, deyişmə və çarpışma xarakterli xəbərləri oxumağa meyillidir. Onun üçün dəyər o araşdırma, tarix və tarixi şəxsiyyətlər deyil. Onun zövqünü artıq normadan çıxan tullantı xəbərləri formalaşdırıb. Bu, indi və dünən başlamayıb. Təxminən 15-20 ildir ki, Azərbaycan oxucusu, auditoriyası buna hazırlanır və indi də bu cəmiyyət onu hazırlayanlarındır. Baxın, feysbukda ciddi bir yazı qoyursan, heç kim onu oxumur. Amma bir gül şəklinə yüz və min adam reaksiya verir. Bu, düşüncəni, zövqü və mənəvi seçimi göstərir. Bunu reallıq kimi qəbul etməliyik.

”“ Qətl hadisələrinin də sayında ciddi artım müşahidə olunur”¦

”“ Kriminal xəbərlər neytral xəbərlərdir. Media ictimai-siyasi həyata aid xəbərləri və araşdırmaları verə bilmir. Polis xəbəri verir, media da yayır. Kriminal hadisələr həmişə olub. Amma bunların artması anormaldır.

”“ Hazırda media intihar xəbərlərinə də çox yer verir. Bununla bağlı isə birmənalı münasibət yoxdur. Kimi deyir medianın işi xəbər verməkdir və bu cür xəbərləri verməlidir. Kimi isə inkar edir. Siz necə düşünürsünüz?

”“ Adamlar elə bil ki, bəhsə giriblər. İntiharla bağlı xəbərlərin çox yayılması yaxşı deyil. Çünki onları belə bəh-bəhlə yayanda, o gözə daha çox çarpır. Bunlar xronikada da önəmli yer tutur. Başqa xəbərlər olmadığına görə, belə kriminal xəbərlər çox yayılır. Bəzən belə xəbərlər elə bir mənzərə yaradır ki, Azərbaycanda kriminaldan başqa heç nə baş vermir. Bunu düşünmək lazımdır. Bizdə xəbər siyasəti tamamən çöküb. Yəni ciddi saytlar, qəzetlər də bu cür xəbərləri verməyə başlayıblar. Medianın mətbəxini bilən adam kimi, mən bunun səbəbini izah etdim ki, başqa xəbərləri almaq və yaymaq çətinləşib. Ona görə də media belə xəbərlərə meyillidir.

”“ Xalq şairi, keçmiş millət vəkili Sabir Rüstəmxanlı bizimlə söhbətində maraqlı bir məqama toxundu. Qeyd etdi ki, ziyalılarla gənclər arasında uçurum yaradılır. Sizdəmi belə düşünürsünüz?

”“ Bu, çox ciddi bir məqamdır. Hazırda gənclər feysbukda, virtual aləmdə gördüklərindən başqa heç nə görmürlər. Onlara elə gəlir ki, həyat, davranış, düşüncə, dünya görüş bundan ibarətdir. Halbuki yazıçılarla, qəhrəmanlarla, peşə adamları ilə görüşlərin olmağı çox vacibdir. Bu görüşlər bir çox suallara cavab verir. Həyat, ədəbiyyat, davranış, millət və dövlət haqqında, yəni kitablarda olmayan məsələlər haqqında mesajlar verilir. Bu da gənclərin şüuruna təsir edir. Sabir bəyin fikrinə tam qatılıram. Bu cür görüşlər olmalıdır. Çox nadir hallarda belə görüşlər olur. O da bəzən xırda məqsədlərə xidmət edir. Azərbaycanın indi də yaşayan, mənəvi yük daşıyan, ictimai rəyi ifadə edən insanları var. Ədəbiyyatda, sənətdə, elmdə çox qüdrətli insanlarımız var. Düzdü, sayları azdır, amma belə adamlar mövcuddur. Niyə o insanlar məktəblərə, xüsusən də universitetlərə dəvət olunmur? Buna çox ciddi diqqət yetirmək lazımdır. Sabir bəyin toxunduğu məsələ cəmiyyətin ən yaralı yerlərindən biridir. Sanki bu adamlar yoxdur. Baxın, nə vaxt və harada Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, Rafiq Əliyevlə görüşlər keçirilib? Yoxdu belə görüşlər. Əslində isə belə görüşlər olmalıdır. Çünki ağıllı düşünən, kitab oxuyan adam, pisi yaxşıdan, ağı qaradan seçə bilir. Yəni onların dəyərləndirməsi obyektiv və dürüst olur. Onlar yollarını düz müəyyənləşdirirlər. Xalqı, milləti, dünyada gedən prosesləri dərk edirlər. Məlumatsız insan, gənc sükansız gəmi kimi bir şeydir. Yəni külək hara əsəcəksə, onlar da ora gedəcəklər. Bu məsələ ətrafında yaxşı düşünmək lazımdır.

”“ Qeyd etdiniz ki, ziyalılarımız azdır. Səbəb nədir?

”“ Ziyalılar, müstəqil fikir sahibləri ona görə azdır ki, bu cəmiyyətdə müstəqil və alternativ fikir süngü ilə qarşılanır. Halbuki normal və sağlam cəmiyyət ona görə möhkəm olur ki, orada müxtəlif fikirlərə rast gəlinir. Bizdə isə təəssüf ki, bəzi ziyalılar müxtəlif səbəblərdən açıq danışmaqdan çəkinirlər. Mövqelərini bildirmirlər. Bundan bəzən təhlükə gözləyirlər. Belə olanda təbii ki, o ziyalı mühiti və müstəqil düşüncənin arealı daralır. O fikri daşıyan insanlar da azalır. Bunun hamısı üçün elə bir şərait olmalıdır ki, ziyalılar oturub danışsın. Ziyalı sözünə tələbat olan zaman ziyalı özünü inamlı hiss edir. Ziyalının dediyi hər hansı bir fikir etiraz doğurursa, ona süni şəkildə maneələr yaradılırsa, həmin ziyalılar həm ruhdan düşür, həm də çəkinir və mövqe bildirməməyə çalışır. Hesab edirlər ki, ağrımaz başıma niyə dəsmal bağlayıram. Və beləliklə danışmırlar.

Qətər əmirinin atasından italyan qadına “tualet” jesti - İBRƏTAMİZ...
40 metr hündürlüyü olan heykəl görənləri təəccübləndirməkdə davam edir - FOTO
Qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı - Sumqayıtda dəhşətli intihar (Yenilənib)
“Atışma kəsiləndə “Qoca” özünü bıçaqlamağa başladı” - Polisin ifadəsi
Müqəddəs Məkkədə təbii fəlakət - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Maraqlı
Hansı rəng heç bir dövlətin bayrağında yoxdur və niyə?
Maraqlı
Bədənimizin ən gec təkamül edən hissəsi: Ayağın baş barmaqları...
Dünya
Bu ölkənin rəsmi səhifəsini gənc tələbə idarə edəcək - FOTO
Maraqlı
İnsan beyini haqqında heyrətləndirici faktlar – Doğransa da, ağrı verməz
Ədəbiyyat
“İki-üç imzanı çıxmaqla, oxucu müasir Azərbaycan ədəbiyyatından heç nə gözləmir”
Həftənin ən çox oxunanları
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
Türkiyə zəvvarları Mədinədə Peyğəmbər(s) kimi qarşılandı - GÖZLƏNİLMƏZ...+VİDEO
Avtobus sürücüsü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı - İBRƏTAMİZ
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə