Xəbər lenti
22/05/2018 [00:12]:
Gecəni sirli səslərin gəldiyi tuneldə keçirdi, şok edici anı qeyd etdi – VİDEO
22/05/2018 [00:11]:
Ürəyi cavanlaşdırmağın asan yolu
21/05/2018 [23:59]:
Ruhani: "Vaşinqton bizə diktə edə bilməz"
21/05/2018 [23:52]:
Yaqub Mahmudovun “Real tarix”i gürcü dilində çap olunub
21/05/2018 [23:50]:
Doğuşun qadağan olduğu adada 12 il sonra ilk körpə dünyaya gəldi - FOTO+VİDEO
21/05/2018 [23:45]:
Çikaqoda Cümhuriyyətin 100 illik yubiley tədbirində incəsənət xadimləri də iştirak edib...
21/05/2018 [23:39]:
“Hətta türk kinosu da o KİŞİNİN nə boyda, nə çəkidə olduğunun fərqindədir, biz isə...”
21/05/2018 [23:25]:
"Belə gedişat bizi bir dövlət və millət olaraq irəliyə deyil, xəyal qırığlığına aparır"
21/05/2018 [23:17]:
"Biz bu işə bir kompüter və "Tefal" çaydanla başladıq..." - Narınc Rüstəmova
21/05/2018 [23:15]:
Obama özünə yeni iş tapdı - Prodüserlik edəcək...
21/05/2018 [23:03]:
İsrail hiddətlənib: "Avropadan üç səfirini geri çağırdı"
21/05/2018 [22:43]:
İmmanuel Kant: Özü özünə can sağlığı yaradan və ömrünü uzadan filosof...
21/05/2018 [22:23]:
“Qarabağ” mövsümü qələbə ilə başa vurdu
21/05/2018 [22:21]:
Ramazan ayının altıncı gününün duası və təqvimi
21/05/2018 [21:58]:
Rusiyanın dəhşətli “Satana” raketi haqqında əsas bilinməli 3 şey...
21/05/2018 [21:56]:
Bir nəfərin məhsul və xidmətlərə xərclədiyi pul nə qədərdir?
21/05/2018 [21:55]:
“Ebola”dan ölənlərin sayı durmadan artır
21/05/2018 [21:51]:
DİM qəbul imtahanlarında balların hesablanma qaydasını açıqladı
21/05/2018 [21:50]:
Rəngsiz gediş: Naxçıvan sərhəddində nə baş verir?
21/05/2018 [21:49]:
Bu adada 12 il sonra ilk uşaq doğuldu - Burada doğum qadağandır
21/05/2018 [21:47]:
Baş həkimdən partlayışda yaralananlarla bağlı - Açıqlama
21/05/2018 [21:45]:
Ramazan süfrələrində hansı qidalar olmalıdır? - Vacib məsləhətlər
21/05/2018 [21:42]:
Universitetdən intihar edən tələbə ilə bağlı - Açıqlama+ Fotolar
21/05/2018 [21:41]:
“Qəbələ” - “Qarabağ” matçında dava - Cavid Hüseynov meydandan qovuldu
21/05/2018 [21:14]:
Amerikalı xeyriyyəçi Talış kəndində yeni icma mərkəzi açdı - FOTOLAR
21/05/2018 [20:42]:
ABŞ hücuma keçdi: İranı bütün hər yerdə çökdürəcəyik
21/05/2018 [20:05]:
Andranik Baqdasaryan Kəlbəcərdəki məktəbin təmirinə 1 milyon dollar BAĞIŞLAYACAQ...
21/05/2018 [19:59]:
Azərbaycanlı tələbələr RTÜK-ün “Gələcəklə Əlaqə” seminarında çıxış etdi - FOTO
21/05/2018 [19:27]:
“Onların bəxti onda gətirib ki, erməni deyillər, yoxsa erməni olsaydılar çoxdan məzarlıqda idilər”
21/05/2018 [19:23]:
Mədəsindən 106 kokain kapsulu çıxarıldı - 735 min dollar dəyərində...
21/05/2018 [19:22]:
Moderator.az yazdı, şəhid bulağının tikintisinə icazə verildi- FOTO
21/05/2018 [19:05]:
Məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirildi
21/05/2018 [19:04]:
Qüdsün işğalına daha bir ölkədən dəstək - Səfirlik sayı üçə çatdı
21/05/2018 [19:02]:
Ağ və qırmızı şərabın xərçənglə mübhəm bağlılığı - ARAŞDIRMA
21/05/2018 [19:01]:
ADU-da növbəti beynəlxalq elmi-praktik konfrans keçirildi
21/05/2018 [18:55]:
Sahil Babayev BƏT-in baş direktoru ilə görüşüb -FOTO
21/05/2018 [18:54]:
ABŞ-dan İrana Suriya ilə bağlı sərt XƏBƏRDARLIQ
21/05/2018 [18:51]:
Azərbaycan vətəndaşı İstanbulda intihar etdi, kimsəsizlər qəbiristanlığında basdırıldı
21/05/2018 [18:50]:
Vətəni işğaldan azad etməyi kimlərə həvalə edək? - Tək oğlunu itirən şəhid ailələri danışır...
21/05/2018 [18:45]:
Yeni dövlət yaradılır - Suda yerləşəcək
21/05/2018 [18:44]:
Səfər Mehdiyev Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəriylə görüşdü
21/05/2018 [18:43]:
Prezidentdən azərbaycanlı müğənni və xanımı ilə bağlı - Sərəncam
21/05/2018 [17:58]:
Qənirə Paşayeva Cənubi Afrikada bir sıra görüşlər keçirdi -FOTOLAR
21/05/2018 [17:54]:
Sarkisyan istefasından sonra ilk dəfə adam arasına çıxdı – FOTO
21/05/2018 [17:52]:
Azərbaycan və Serbiya prezidentlərinin mətbuata bəyanatları
21/05/2018 [17:46]:
Kamal Abdulla Belqrad Universitetinin rektoru ilə görüşdü
21/05/2018 [17:27]:
Tacir: "Fədayəni sevgi maraqlandırsaydı, yanımda olardı"
21/05/2018 [17:22]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21/05/2018 [17:21]:
Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib
21/05/2018 [17:20]:
Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: ”İstənilən hava hədəflərini məhv etməyə qadirik”
21/05/2018 [17:19]:
Abituriyentlərin nəzərinə -Sual kitabçalarını əldə edə bilərsiniz!
21/05/2018 [16:56]:
İranda azərbaycanlılar yaşayan əyalətlərdə kütləvi zəhərlənmə - 11 ölü, 800 yaralı
21/05/2018 [16:23]:
Tarixdə iz qoyan FOTOLAR
21/05/2018 [16:20]:
Çikaqoda Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyi qeyd edildi - FOTOLAR
21/05/2018 [16:18]:
Bakıda kafedə partlayış: İki ölü - YENİLƏNİB
21/05/2018 [16:09]:
“Şəhid bulağının tikilməsi üçün tezliklə sərəncam veriləcək...” - Gözlər başçıda...
21/05/2018 [16:07]:
Marneulidə azərbaycanlıların etnoqrafik muzeyi niyə yoxdur?
21/05/2018 [16:02]:
ABŞ-ın məşhur saytında Azərbaycan xalçaları barədə məlumatlar yerləşdirilib
21/05/2018 [16:01]:
Tək oğul övladlarına hərbi xidmətdən güzəşt hüququ tanına bilərmi? - MÜZAKİRƏ
21/05/2018 [16:01]:
Şəhid Adil Tatarov: “Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid”
21/05/2018 [15:47]:
İŞİD-çi Elşən Məmmədov edam edildi, 4 uşağı Suriyada kürdlərə əsir düşdü - FOTO+VİDEO
21/05/2018 [15:41]:
Samirə: "Ərim toy gününün səhəri stolları başımda qırdı”
21/05/2018 [15:39]:
Şəhid olan əsgər yüksək vəzifəli məmurun qohumu imiş
21/05/2018 [15:32]:
Nazir kollecə yeni direktor təyin etdi
21/05/2018 [15:30]:
BAXCP İdarə Heyətinin iclası keçirildi
21/05/2018 [15:24]:
Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı
21/05/2018 [15:19]:
Avstraliyada Qarabağ həqiqətlərinin təbliği daha da genişləndiriləcək
21/05/2018 [15:18]:
DİN-dən ƏMƏLİYYAT: Bacılar tutuldu
21/05/2018 [15:09]:
Novruz Məmmədov prezidentlə nahar etdi
21/05/2018 [15:08]:
Bu maşına sahib olmaq istəyənlərin NƏZƏRİNƏ: Cəmi 350 manat...
21/05/2018 [15:08]:
Mir Şahin Nikol Paşinyanı Əbülfəz Elçibəy ilə müqayisə etdi - VİDEO
21/05/2018 [15:02]:
Səsdən sürətli qanadlı raketlər sınaqdan çıxarıldı
21/05/2018 [15:00]:
İcra hakimiyyəti şəhidə bulaq tikməyə icazə vermir, alınan materiallarsa... - FOTOLAR
21/05/2018 [14:55]:
Mədəniyyət nazirinin 1-ci müavini təyin olundu
21/05/2018 [14:50]:
Şəhidimiz dəfn edildi - FOTOLAR
21/05/2018 [14:47]:
Azərbaycanlı icra başçısı işə avtobusla gedir - Fotolar
21/05/2018 [14:38]:
İran halal ət kəsimini Azərbaycan şirkətinə etibar etdi (FOTO/VİDEO)
21/05/2018 [14:25]:
Messi 5-ci dəfə “qızıl buts” mükafatını qazandı
21/05/2018 [14:15]:
200 il əvvəl İran qadınları belə olub - FOTOLAR
21/05/2018 [14:14]:
Gözdən uzaq, könüldən iraq Şağan müalicə pansionatında xəstələr fəryad edir- FOTOLAR
Bütün arxiv bir sırada
12/05/2017 [15:40] - Ədəbiyyat - ( 10302 dəfə baxılıb)

“Azərbaycana "Nobel"i "Qadın peyğəmbər" gətirəcək"



Yazıçı Aysel Əlizadənin Moderator.az-a müsahibəsini təqdim edirik:

 

- Müsahibəyə yaradıcılığınızda xüsusi yer tutan, oxucular tərəfindən böyük dəyər verilən "Qadın peyğəmbər"lə başlamaq istəyirəm.  Bu əsər oxuculardan layiqli qiymət alsa da, tənqidçilərin, yaxud yazıçıların diqqətini çəkmədi. Hər halda şəxsən mən bu diqqəti görmədim. Sizcə niyə?

 

- Doğru qeyd etdiz. “ Qadın peyğəmbər” yaradıcılığımda özəl yer tutur. Həm də təkcə yaradıcılıqda yox. Elə bil ona qədərki  ömrümü həmin kitabı yazmaq üçün yaşamışam. Kitabla bağlı çox rahatam.  Haqqını alacağını bilirəm. Azərbaycanda mənim “ Qadın peyğəmbər” romanımı təhlil edə biləcək tənqidçi yoxdu. O əsəri təhlil edənin çox dərin olması, çox şey bilməsi, duyması və çox cəsarətli olması gərəkdir.  Sayğıdəyər aydınımız Sabir Rüstəmxanlı əsər haqda olduqca maraqlı detalları qabardan təhlil yazıb. Sağ olsun - görə bilib, duya bilib. Sadəlik- filan sərgiləməyəcəm. “Qadın peyğəmbər” günlərlə şərh veriləcək, aydınlaşdırılacaq, təhlil ediləcək kitabdı. Həm struktur, həm tematika, həm janrlar qovşağı baxımından.

 

- Əsərin bir xeyli hissəsinin şəxsən sizin travmalarınızla bağlı olduğu hiss edilir. Bu baxımdan yazıçını yazıçı edən travamalarıdır fikri ilə razısınızmı?

 

- Dünən bir dostumla həyatı müzakirə edirdik. Özümüzdən də danışdıq. Biz, yaşantılarımız ”“ bütün bunlar olmasa kim olardıq? Başqası olardıq. Bütövlükdə insanı yaşantıları insan edir. Mübarizəsi, susqunluğu, etirazları, sevgilər, ayrılıqlar”¦ “Qadın peyğəmbər” bədii avtobioqrafik əsərdi. Bu kitabı memuar kimi ona görə yazmadım ki, ordakı Qar obrazı identifikasiya deyil.  Tamamilə mən deyiləm. Hadisələr konkret dəlillərə, yaşantılara söykənmir. Baş qəhrəman da, süjet də fiksiyadı. Sadəcə, real olan elementlər var. Mikrososium və individ müstəvisində makrososiumun mənzərəsi yaradılır. Əksinə də demək olar. Bu üçlüyün həyat debatı Yer üzərindəki yaşam modelini formalaşdırır. İnsanın daxili təlatümü ifadə edilir. Bütün bunlar yalnız mənim, sizin travmalarımızla qısıtlanmır. Ancaq mənim və sizin yaşantılarımızda əksini tapır.  Bir cəmiyyətin və bir dünyanın təlatümləri detallarla sübut edilir. Orda fentezi, mistika, ezoterika elementləri var. Realizm və postmodernizm arasında var - gəl edən mətndə hadisələr emosional, psixoloji subardinasiyanın neqativlərini çatdırır.  Həyat kolliziyalarını canlandırır.   Bu mənada yazıçı yalnız öz travmlarının məhsulu deyil. Dünyanı bütün kodları ilə - müşahidə, təhlil, qənaət laboratoriyasında deşifrə edən adamdı.  

 

- Çexovun məşhur bir fikri var, təxminən belədir: Əsərin əvvəlində divardan tüfəng asılıbsa, sonda o tüfəngmütləq açılmalıdır. "Qadın peyğəmbər" də təsvir olunan bəzi hadisələr, bəzi təfərrüatlar elə ordaca da qalır, davamı gəlmir. Bunu əsəriniz üçün qüsur hesab edirsinizmi?

 

- Siz əvvəlcə hansı hadisəni yarımçıq hesab etdiyinizi söyləyin, sonra keçək Çexovun tüfənginə.

 

- Orda bir məmur obrazı var - Korruptio.  Əsərin bir əvvəlində, bir də sonunda peyda olur.  Axırı necə olur bilinmir. 

 

- Axırı yaxşı olmur. Axırda xalq xoşbəxt olur və onu qovur. Romanda bütün obrazlarda məndən nəsə var - kişi qəhrəmanlarda belə. Obrazlara ruh kimi girib onları hiss edib yazmışam. Ha çalışdım Korruptionu hiss edə bilmədim. O təfəkkürə girə bilmədim.  Gələcəkdə bu reinkarnasiyanı gerçəkləşdirməyi düşünürəm.  Lap düzünə qalsa, Korruptio kimi insanların  varlığı  bəs edir ki, bütün cəmiyyət darmadağın olsun və bu dağıntı insanların həyatını  alt-üst edir. Roman Korruptiodan bəhs etmir deyə onu əvvəldə və sonda verdim. Kim İr Sen kimi psixoloji tipajı. Özü yoxdu, amma ruhu var.  Korruptiolar  bizim gündəlik həyatımızda fiziki olaraq iştirak etmirlər, onları görmürük. Amma varlıqları xoşbəxt ola bilməməyimizə yetir.  Onu göstərib gizləməklə bunu demək istəmişəm.

 

- Çexova qayıdaq? 

 

- Qayıdaq. Dünyada bir çox sənətkar çoxdan Çexovun tüfəngini elə divardan asılı, açılmamış saxlayıb. Onlarla bu cür sirri açılmamış əsər adı çəmək olar. Yeni dünya sənətində siz nadir halda hər şeyi çeynəyib auditoriyanın ağzına qoyan müəllif görərsiz. Bu, kinoda da, rəssamlıqda da, ədəbiyyatda da, hətta teatrın özündə də aktivdədi. Hətta sonluğu “yarımçıq” bitən saysız örnək var.  Mənə gəldikdə, heç vaxt Çexovun fanatı olmamışam. Onun çox danışan, nə istədiyini bilməyən, bir mənalı olaraq havalı, irreal qəhrəmanları mənə doğma deyil. Çexovun fəlsəfəsi çox səslidi, deyingəndi. Üstəlik, Çexov özü heç tüfəngi açmır.  Onun mövzuları sirrini sonadək saxlayır. Çexov teatrı iliyinədək duyan bir sənətkardı. O bu fikri səhnə üçün deyib, mövzu və süjetlə bağlı yox. Əgər tüfəng səhnəyə qoyulursa, bunun bir missiyası olmalıdı deyir. Amma tüfəngin missiyası güllə atmaq olmaya da bilər. Tüfəng dekordetalı kimi səhnəni bəzəyə bilər.  Susmaqla sirrini özündə saxlayıb tamaşaçının beynində fikir intriqasıyara da bilər.  Tüfəng silahların artıq susma zamanı çatdığını  da ifadə edə bilər. Belə düşünürəm.

 

- Əsərdə qadına fərqli münasibət göstərilməsinə, peyğəmbərlər arasında qadının olmamasına böyük etiraz var. Qadına peyğəmbərliyin verilməsi də bu etirazın nəticəsidir. Sanki ədalətsiz hesab etdiyiniz ayrı-seçkiliyi aradan qaldırmaq istəyi, cəhdi var. Bu məqamlarla bağlı nə deyə bilərsiniz?

 

- Dəqiq deyirsiz. Əsərin adı artıq etirazdı. Kitabçıxanda bir dostum dedi ki, içini yazmasaydın belə adı bəs idi. Mənim üçün ədəbiyyat üsyandı. Poeziyanın ən “dişsiz” sevgi şeirləri belə sevgisizliyə, ayrılığa, nakamlığa etirazdı. Əzaba etirazdı. Romanlar dünyanın “düzənsiz düzəninə” etirazdı.

 

- Əsərdə filsoflardan çoxlu sitatlar var. Sizcə həmin sitatları mətnin içində əridə bilmisinizmi, əsərin bu hissələri oxucu üçün yorucu deyil ki? Buna görə sizə irad tutan olub?

 

- Bilmirəm düzü. Əslində uzun dialoqlar da deyil. Çox ciddi oxucular içində əsərin məhz o hissədən başlamalı olduğunu deyənlər var. Məhz o hissəni  özəlliklə bəyəniblər. Məncə əridə bilmişəm, oxucu özü də hiss etmədən ailə-məişət problemləri haqda oxuduğu vaxt bir də özünü Sokratla Tolstoyun söhbətində tapır.  Bütün hallarda o söhbətlər xəbərsiz oxucu üçün belə dünya fikir fazasına qısa səyahət və bu fazanın bəşəriyyətdəki roluna müəllif baxışı kimi maraqlı olar düşünürəm.

 

- Bir dəfə müsahibənizdə Azərbaycana "Nobel" mükafatını məhz özünüzün gətirəcəyini bildirdiniz.  İddianız böyük hay-küyə səbəb oldu. Bəzilərinin bu iddianıza həddindən artıq qısqanclıqla yanaşdığı görünürdü. İndi necə, həmin fikirdə qalırsınızmı?

 

- Bədbəxtik biz. Dünyada bəlkə tək xalqıq ki, ölkə üçün nəsə etmək istəyən adamı qısqanırıq, adamların işgüzarlığına qıcıq oluruq. Böyük iddialardan qorxuruq, böyük arzulara gülürük.  Böyük adamlarımız olduğu halda dünyanın sevgisini, diqqətini qazana bilməməyimizin səbəbi birmənalı olaraq budu. Bədbəxtik, başqa heç nə demək istəmirəm. 

 

- “Qadın peyğəmbər” başqa dillərə tərcümə edilsə, bizə Nobel gətirə bilərmi?

 

- Mütləq.

 

Rəşad

Yaqub Mahmudovun “Real tarix”i gürcü dilində çap olunub
Çikaqoda Cümhuriyyətin 100 illik yubiley tədbirində incəsənət xadimləri də iştirak edib...
"Belə gedişat bizi bir dövlət və millət olaraq irəliyə deyil, xəyal qırığlığına aparır"
Tarixdə iz qoyan FOTOLAR
200 il əvvəl İran qadınları belə olub - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Doğuşun qadağan olduğu adada 12 il sonra ilk körpə dünyaya gəldi - FOTO+VİDEO
Cəmiyyət
Mədəsindən 106 kokain kapsulu çıxarıldı - 735 min dollar dəyərində...
Hadisə
Çikaqoda Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyi qeyd edildi - FOTOLAR
Gündəm
“Bütün türk və islam dünyası Türkiyədən kömək gözləyir”
Cəmiyyət
“Ölkə başçımızdan kömək istəyirəm...”- Ayaqları tutulan aprel döyüşçüsü...
Həftənin ən çox oxunanları
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
"Baki Moskvadan Qarabağla əlaqədar xəbərdar olunub" -Ermənistan XİN-nin sabiq müavini
Turş alçanın bu faydalarını bilirsinizmi...?
Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq - Xeyriyyə fondları hesabına
Kann kino festivalının qırmızı xalısında qıpqırmızı ƏXLAQSIZLIQ...
"Ermənilər Paşinyana görə peşman olacaqlar..." Jirnovski İranı böldü, bir parçasını da Azərbaycana "verdi" (VİDEO)
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
Xalq artisti ittihamlara cavab verdi: "Gələcəkdə Almaxanım da dəvət olunar və oxuyar"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin