Xəbər lenti
26/05/2018 [11:44]:
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
26/05/2018 [11:21]:
“Biz çox istəyərdik ki, təqdim etdiyimiz siyahıdakı məhbusların hamısı əfv olunsun”
26/05/2018 [11:21]:
UFAZ-da ActİnSpace Beynəlxalq müsabiqəsinə start verildi
26/05/2018 [11:08]:
ADP idarə heyətinə daxil olan şəxs Tiblisidədir
26/05/2018 [11:00]:
Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi
26/05/2018 [10:49]:
“Biz hər an Qarabağı düşünməliyik...”- Video
26/05/2018 [10:45]:
İsveçrə hökumətinə müraciət: Gülnarə Kərimovanın pullarını geri qaytarmayın
26/05/2018 [10:39]:
Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü
26/05/2018 [10:37]:
Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
26/05/2018 [10:30]:
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26/05/2018 [10:29]:
Ucuz kosmetika avropalı qızı afrikalıya çevirdi
26/05/2018 [10:28]:
Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26/05/2018 [10:26]:
Keçmiş boksçunun başında beyin şişi aşkar edildi
26/05/2018 [10:24]:
“Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca... ”- Rəsulzadənin Stalinlə bağlı xatirə yazısı
26/05/2018 [10:24]:
Vüsalə Əlizadə qardaşı uşağının doğum anını paylaşdı - VİDEO
26/05/2018 [10:12]:
Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26/05/2018 [10:08]:
Dəbdəbəli həyat, yandırılan pullar, ehtiraslı rəqs - “Dinero”da
26/05/2018 [10:00]:
Dükanlarda Ramazan səbətləri quraşdırıldı... -İbrətamiz-Fotolar
26/05/2018 [09:56]:
Tramp indi də başqa fikrə düşüb - Görüşə hazırlaşır
26/05/2018 [09:53]:
Putin Qərbə barmaq silkələdi - “Qırmızı xətt”i keçməyin”
26/05/2018 [09:49]:
İşə götürülmək istəyirsiniz? - Elə isə bunları edin
26/05/2018 [09:47]:
Türkiyədə tələbələrin avtobusu yandı - 14 yaralı
26/05/2018 [09:45]:
Putindən xəbərdarlıq - “İnanılmaz böhran olacaq”
26/05/2018 [09:41]:
Titullarının alınması üçün prezidentə müraciət edildi
26/05/2018 [04:55]:
“Cümhuriyyət tarixi ilə bağlı ən azı beş film çəkilir”
26/05/2018 [00:33]:
Makron Qüds məsələsində ABŞ-a dəstək olmadı
26/05/2018 [00:02]:
Alimlər siqareti tərgitməyin ən yaxşı üsulunu göstərdilər - Maddi həvəsləndirmə...
25/05/2018 [22:57]:
Türk gəmisini raketlə kim vurub? - ABŞ açıqladı
25/05/2018 [22:55]:
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
25/05/2018 [22:40]:
Vasif Talıbov xidmət rəisini vəzifədən kənarlaşdırdı
25/05/2018 [22:15]:
Putinə göy "xoruz" hədiyyə edildi- VİDEO
25/05/2018 [21:43]:
İsraildə fələstinlilərə atəş açmağa icazə verildi
25/05/2018 [21:37]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
25/05/2018 [21:32]:
Naxçıvanda 9 məhkum əfv olunub -FOTOLAR
25/05/2018 [21:30]:
“Tramp – Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb” -General Vinset Bruks
25/05/2018 [21:16]:
Binəqədidə avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrıldı
25/05/2018 [21:15]:
ABŞ Şimali Koreya ilə danışıqları yenidən bərpa edir
25/05/2018 [21:14]:
BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim keçirdi...
25/05/2018 [21:14]:
Putin:"Moskva “Şimal axını-2” layihəsinin tərkibini genişləndirməyə hazırdır"
25/05/2018 [21:08]:
Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı
25/05/2018 [20:52]:
Putin: "Təyyarəni bizim raket vurmadı, ancaq..."
25/05/2018 [20:47]:
Türkiyə gəmisi raketlə vuruldu...
25/05/2018 [20:42]:
Bakıda qadınlara mənşəyi bilinməyən preparat vurulub –Sensasion məhkəmə işi
25/05/2018 [20:34]:
Bakıda ağlasığmaz iftar menyuları – Gündə 60 manat, ayda 1860 manat…
25/05/2018 [20:27]:
“Bayram Səfərovun evində Şuşanın vəzifəlilərinə dedim ki...” - Rəhim Qazıyev
25/05/2018 [20:22]:
İsraildə fələstinlilərə atəş açmağa icazə verildi
25/05/2018 [20:13]:
Neftçalanın icra başçısı: "Son illərdə rayonda heç kimin adına vətəgə rəsmiləşdirilməyib"
25/05/2018 [20:13]:
Çavuşoğlu lirənin kəskin ucuzlaşmasının səbəbi haqda
25/05/2018 [20:12]:
Kəşfiyyat bölüyünün təlimi başa çatıb
25/05/2018 [20:01]:
Neftçalanın polis rəisi bu saytı xüsusi ittiham qaydasında məhkəməyə verir...
25/05/2018 [19:54]:
60 yaşında döyüşdə ağır yaralanan, ailəsi repressiyaya qurban gedən sufi şairi - ARAŞDIRMA
25/05/2018 [19:47]:
Salah finalda oruc tutacaq? - Baş məşqçidən açıqlama
25/05/2018 [19:32]:
"Bu olaya ölkənin milli təhlükəsiliyinə vurulan zərbə kimi yanaşılmalıdır"
25/05/2018 [19:23]:
Daxili İşlər Nazirliyində AXC-nin 100 illiyi ilə bağlı TƏDBİR
25/05/2018 [19:04]:
BSU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
25/05/2018 [18:56]:
“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir
25/05/2018 [18:55]:
Komitə sədri “SABAH” qrupunun tələbələri ilə GÖRÜŞDÜ
25/05/2018 [18:48]:
Yeni portal-platformanın təqdimat mərasimi keçirilib
25/05/2018 [18:46]:
Dünyada yeni ölümcül virus yayıldı - Meyitlər belə dəfn edilir (FOTO)
25/05/2018 [18:38]:
Deputata “Xalq yazıçısı” adı verildi
25/05/2018 [18:32]:
Elitar Gimnaziyanın şagirdləri ADNSU-da ekskursiyada olublar
25/05/2018 [18:28]:
Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI
25/05/2018 [18:27]:
İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib
25/05/2018 [18:25]:
Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - Səbəblər açıqlandı
25/05/2018 [18:20]:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi heyyətini açıqladı
25/05/2018 [18:19]:
Yeni sürücülük vəsiqələrinin verilmə vaxtı məlum oldu
25/05/2018 [18:18]:
Nazir məşğulluq orqanlarının nöqsanlarını müzakirəyə çıxardı - MÜŞAVİRƏ
25/05/2018 [18:16]:
Azərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılır
25/05/2018 [18:14]:
107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edildi
25/05/2018 [18:13]:
Dövlət Statistika Komitəsində yeni TƏYİNATLAR
25/05/2018 [18:12]:
Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
25/05/2018 [18:05]:
İlan sancdığı qadın körpəsini əmizdirdi, hər ikisi həyatını itirdi
25/05/2018 [18:03]:
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib -FOTOLAR
25/05/2018 [18:01]:
Salahlı stansiyasının baş yolları əsaslı təmir olunur
25/05/2018 [17:33]:
Dünya çempionatı: Azərbaycan şahmatçısı qalib oldu - VİDEO
25/05/2018 [17:30]:
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradıldı
25/05/2018 [17:25]:
“Azərbaycanı “İsgəndər”lərlə vurmaq Ermənistan üçün intihar olacaq” -Rusiyalı ekspert
25/05/2018 [17:22]:
“Belə olacağını bilsəydim, nə müharibəyə gedər, nə də əlil olardım” -Erməni hərbçi
25/05/2018 [17:17]:
Nazirdən əhaliyə şad xəbər: "Maaşdan ödənilən vergilər azaldılır"
25/05/2018 [17:12]:
DİM: 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib
Bütün arxiv bir sırada
19/05/2017 [16:29] - Cəmiyyət - ( 3787 dəfə baxılıb)

Cahangir Hacıyevin məhkəməsində "gizli əl" - Məsələ Avropa Məhkəməsinə daşınır

“Bu ittihamlar ona siyasi sifarişlə verilib”


Bakı Apellyasiya Məhkəməsində bu gün (artıq dünən) hakim Əflatun Qasımovun sədrliyi ilə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov dəlillər üzrə çıxışları dinlənilib.

Vəkil F.Mehdiyev bildirib ki, C.Hacıyev barəsində verilən bütün hökmlər əsassızdır və müvəkkilinin əməlində cinayət tərkibi yoxdur. Vəkil xüsusilə C. Hacıyevin Cinayət Məcəlləsinin 179-.3.2-ci (külli miqdarda vəsaitin mütəşəkkl dəstə tərəfindən mənimsənilməsi)” maddəsi ilə verilən ittiham üzərində dayanıb. Onun bildirdiyinə görə, müvəkkilinə qarşı irəli sürülən ittihamlar kreditlərlərlə bağlıdır və sırf mülki məsələdir: “Cinayət qanunvericiliyində bu işə baxılması yolverilməzdir. Amma təəssüf ki, bununla bağlı ibtidai istintaqda, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən verdiyimiz vəsatətlər təmin edilmədi. Cahangir Hacıyev özü də bildirir ki, bu ittihamlar ona siyasi sifarişlə verilib”.

“Mənimsəmək fikirləri vardısa...”

Vəkil daha sonra C. Hacıyevin mütəşəkkil dəstə yaratmaqda ittiham edilməsinin əsassız olduğunu bildirdi. O, Cinayət Məcəlləsində nəzərdə tutulan mütəşəkkil dəstə anlayışı barədə məlumat verərək, müvəkkilinin əməlində bu əlamətlərdən heç birinin olmadığını hakimin nəzərinə çatdırıb.

İttihamda mənimsənildiyini iddia edilən rəqəmlərə də toxunan F.Mehdiyev qeyd edib ki, əvvəl KİV-də və ictimaiyyətdə Beynəlxalq Bankdan mənimsənilən milyardlarla vəsaitdən söhbət gedirdi, istintaq isə 211 milyon manatın mənimsənildiyi qənaətinə gəlib: “Zərərçəkən qismində həm Beynəlxalq Bank, həm də 7 milyonluq mülki iddiaçı kimi “Aqrarkredit” QSC-nin nümayəndəsi tanındı. Bu isə yolverilməzdir və prezidentin fərmanına əsasən, bütün tələblər “Aqrarkredit” QSC-yə keçib, mülki iddia ilə yalnız bu qurum çıxış edə bilərdi”.

Dəymiş ziyanla bağlı hesablamalarda problemlər olduğunu vurğulayan  F.Mehdiyev bunun da məhkəmə tərəfindən araşdırılmadığını iddia etdi: “Bankda dollarla olan kreditlərin devalvasiyadan sonra hansı məzənnə ilə hesablanması aydın deyil və məhkəmə  bununla bağlı sənədləri əldə etməkdən imtina edib. Həmçinin 211 milyon vəsaitin kreditlərlə bağlı olduğu bildirilir. Həmin vəsaitin isə yarıdan çoxu kredit şəklində qaytalıb. Həmçinin məhkəmə hökmündə hesab edilib ki, “Aqrarkredit” QSC-nin qaldırdığı 7 milyonluq iddia da 211 milyonun içərisindədir və yarısı ödənilib. Əgər dəymiş ziyanın yarısı ödənilbsə, hansı mənimsəmədən söhbət gedə bilər? Həqiqitən, müttəhimlərin mənimsəmək fikirləri vardısa, kreditlərin bir hissəsini niyə ödəyirdilər?”

  

“C. Hacıyevin xələfi barəsində də istintaq araşdırması gedir”

Vəkil C.Hacıyevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, sənəd saxtakarlığı ittihamlarını da qəbul etməyib və bildirib ki, istintaq bu əməllərlə bağlı sübutlar ortaya qoymayıb.

Cinayət işi üzrə prosesin hələ ibtidai istintaq zamanı qərəzli aparıldığını iddia edən F.Mehdiyev bu qərəzin məhkəmə istintaqında da davam etdirildiyini vurğulayıb:  “Bu qərəz nəticəsində C.Hacıyev və digərləri həbs edildi. Ondan sonra Beynəlxalq Banka təyin olunan rəhbər şəxs isə “qara bazar” yaratdığına görə vəzifəsindən azad edildi və bildiyimə görə, hazırda onun barəsində də istintaq araşdırması gedir”.

C.Hacıyevin dövründə bankın gəlir dinamikasının daim yüksələn xətlə müsbətə doğru artdığını xatırladan vəkil onun həbsindən sonra Beynəlxalq Bankda yaşanan neqativ hallara diqqəti yönəldib: “Məhz bu zamandan etibarən bank zərərlə işləməyə başlayıb. Zərədən əlavə, bankın sağlamlaşdırılması üçün 12 milyard manat ayrılıb ki, o məbləğ də ortada yoxdur. Hazırda isə Beynəlxalq Bank iflas mərhələsindədir”.

C.Hacıyevin ailə üzvlərinə və yaxınlarına qarşı təzyiqlərdən danışan vəkilin sözlərinə görə, onların ölkədən çıxışlarına qadağalar qoyulub, işləyən qohumları vəzifələrini itiriblər: “Hətta  müvəkkilimin rəhmətə gedən anasının vərəsəliyi belə tanınmayıb”.

***

Stalin məhkəmələrini xatırladan haşiyə

***

“Necə ola bilər ki, bir-birinə qarşı olan iki şəxs mütəşəkkil dəstə qursun.
 

F.Mehdiyevin açıqladığı bir fakt isə lap Stalin dövrünün məhkəmələrindən bəhs edən lətifəni xatırladıb. Həmin lətifəyə görə, Stalin dövründə həbsxanada üz-üzə gələn məhbuslar bir-birindən niyə tutulduqlarını soruşurlar. Dustaqlardan biri İvanı söydüyü üçün həbsə atıldığını deyir. Digər məhbus isə həmin İvanı təriflədiyi üçün onunla eyni taleyi bölüşürmüş. Üçüncü məhbus isə qəh-qəhə çəkərək, birinin söydüyü, digərinin öydüyü İvanın özü olduğunu bildirib.

Maraqlıdır ki, Cahangir Hacıyevlə müttəhimlər kürsüsündə oturanlardan biri vaxtilə Beynəlxalq Bankın məhkəməyə verdiyi şəxs imiş. Vəkil məhz bu arqumentə söykənərək bir-birilərinə qarşı olan müttəhimlərin necə mütəşəkkil dəstə yarada biləcəklərini ritorik sualla hakimdən soruşub.


“Məhkəmə hökmü ittiham aktının “kopya”sıdır”

 Daha sonra çıxış edən vəkil Aqil Layıcov da ittiham tərəfinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ortaya sübut qoya bilmədiklərini hakimin nəzərinə çatdırıb: “Ümumiyyətlə məhkəmə istintaqı dövründə verdiyimiz 33 vəsatətin hamısı rədd edilib. Bu işdə qərəz olduğu açıq-aydın ortadadır. Beynəlxalq Bankla bağlı olan digər işlərin heç birində Beynəlxalq Bank zərəçəkən kimi tanınmayıb və doğru olaraq “Aqrarkredit” QSC tanınıb. Elə isə niyə bu işdə niyə Beynəlxalq Bank zərərçəkən kimi tanınıb?

Məhkəmə sadəcə əsassız ittihamı təsdiqləmək funksiyasını yerinə yetirdi. Məhkəmənin hökmünə diqqət yetirsəniz görəcəksiniz ki, ittiham aktından olduğu kimi “kopya” edilib. Hətta vergül səhvlərinə qədər eynidir. Bizim xaricdən aldığımız apostol möhürlü sənədləri “mötəbər sübut” kimi tanımadığını deyən məhkəmə ittihamçının kağız parçalarını, mülahizəyə söykənən qənaətini sübut kimi qəbul edərək hökm çıxarıb. İttiham tərəfinin 83 şahidi dindirildi, müdafiə tərəfinə isə bir şahidi də dindirməyə şərait yaradılmadı. Xaqani Bəşirovun dindirilməsinə etiraz kimi, onun ölkədə olmaması əsas göstərildi, istintaq altında olan Dünyamin Xəlilov niyə dindirilmədi?

“Gizli əl”

Halbuki X.Bəşirovun da şahid qismində dindirillməsi və onda olan zəruri sənədlərin araşdırılması beynəlxalq qanunvericilklə mümkündür. Bununla bağlı müvafiq konvensiyanı da məhkəməyə təqdim etmişdik. C.Hacıyevin 38 gün qanunsuz saxlanılması dövründə istintaq hərəkətləri aparılıb və o sənədlər qanunsuz heab edilməli olduğu halda, məhkəmə bu məsələyə ümumiyyətlə toxunmadı. Kim bu işə bu qədər müdaxilə edir, “gizli əl” haradan idarə edir?”.

Aqil Layıcov sonda vurğulayıb ki, Cahangir Hacıyevin işi ilə bağlı 4 məsələ üzrə artıq Avropa Məhkəməsinə müraciət edilib.

Cahangir Hacıyevə çıxış etmək təklif edilsə də, o vaxt istəyib. Proses 25 may saat 16.00-da davam edəcək.(ovqat.com)

Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
Vüsalə Əlizadə qardaşı uşağının doğum anını paylaşdı - VİDEO
Ağız qoxusundan qurtulmağın 5 YOLU
“Moderator.az saytına xüsusi təşəkkürümü bildirirəm...” -Saday Şəkərli...
Kənd məktəbində biabırçılıq! - Müəllim qadın tualetinə kamera yerləşdirdi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Köşə
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
Cəmiyyət
“Biz hər an Qarabağı düşünməliyik...”- Video
Dünya
Ucuz kosmetika avropalı qızı afrikalıya çevirdi
Dünya
Keçmiş boksçunun başında beyin şişi aşkar edildi
Dünya
Putinə göy "xoruz" hədiyyə edildi- VİDEO
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin