Xəbər lenti
28/07/2017 [03:09]:
Uyğun arealın seçilməsi üçün əlverişli zamandır - Günün qoroskopu
28/07/2017 [00:48]:
Dünyanın ən təhlükəli balığı... - FOTO / VİDEO
28/07/2017 [00:27]:
Tələbələri ilə sevişən müəllimə ifşa edildi - FOTO
28/07/2017 [00:04]:
Viran qalmış Ağdamda "Qarabağ"ın qələbəsinə sevinmək həsrəti - Aqil Abbasa cavab
27/07/2017 [23:35]:
Dünyanın ən maraqlı meşəsi: Şimala doğru əyilmiş ağaclar... -FOTO / VİDEO
27/07/2017 [22:43]:
Wikileaks dünyanı sarsıdacaq sənədlər açıqladı
27/07/2017 [22:28]:
Qalmaqallı sürət həvəskarı Baqdasaryan saxlanıldı -Video
27/07/2017 [22:23]:
Məşhur model dənizdə sevgilisi ilə ehtiraslı öpüşün "qurban"ı oldu - FOTOLAR
27/07/2017 [22:19]:
Azərbaycana gələn erməni məmurun arvadını... – ŞOK HADİSƏ
27/07/2017 [22:12]:
Kağız fabrikini ildırım vurdu –Şiddətli partlayış və yanğın baş verdi
27/07/2017 [22:10]:
Azərbaycan Pakistandan hərbi təyyarələr aldı – TARİXİ SAZİŞ
27/07/2017 [22:00]:
Sel və qasırğa İstanbulu iflic etdi -Şəhər qaranlığa qərq oldu, Məscid uçdu
27/07/2017 [21:44]:
Rusiyada bəbir uşağa hücum etdi – VİDEO
27/07/2017 [21:42]:
Nabranda istirahət mərkəzində kütləvi dava -Video
27/07/2017 [21:11]:
Tarixçi alim Nizami Cəfərova cavab verdi - QALMAQAL...
27/07/2017 [21:10]:
Nənəsinin yas mərasimində oğurluq edən şəxs yaxalandı -Video
27/07/2017 [21:07]:
Dünya şöhrətli simalar Bakıda - FOTOLAR
27/07/2017 [20:09]:
Deputat partlayış baş verən fabrikində - Ölənin adı açıqlandı
27/07/2017 [20:06]:
“Vicdan haqqı”nın aktyoruna protez qoyulub - Foto
27/07/2017 [19:54]:
Avropada 20 avro, bizdə 2 manat
27/07/2017 [19:53]:
İcra məmurundan nazir Fikrət Məmmədova şikayət - FOTO
27/07/2017 [19:43]:
Pivə içərkən görüntülənən aparıcı işdən qovuldu - FOTO
27/07/2017 [19:40]:
Bacısını çarpayıda oturub mesajlaşan gördü və... – Şamaxıda QƏTL
27/07/2017 [19:26]:
“Space”də əlbəyaxa dava - İki xanım işdən qovuldu +Yenilənib
27/07/2017 [19:12]:
İstanbulda 17 İŞİD üzvü saxlanıldı
27/07/2017 [19:06]:
Bu il Azərbaycanda baş verən partlayışlarda 11 nəfər öldü
27/07/2017 [18:59]:
Azərbaycan Prezidenti həmkarını təbrik etdi
27/07/2017 [18:36]:
Vətənin başladığı yerdə…
27/07/2017 [18:24]:
Kor qızcığazın Quran oxuması milyonları kövrəltdi...- Video
27/07/2017 [17:54]:
“Adamın şərəfi, ləyaqəti olar...” 
27/07/2017 [17:52]:
Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi - FOTO
27/07/2017 [17:25]:
Bakıda sürücü ilə sərnişin arasında mübahisə: velosipedə görə avtobus 23 dəqiqə dayandı (VİDEO)
27/07/2017 [17:24]:
Anidən qeyb olmuş şəhərlər -  - MARAQLI TARİX - FOTOLAR
27/07/2017 [17:20]:
ƏƏSMN 2447 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib
27/07/2017 [17:15]:
İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir
27/07/2017 [17:13]:
95 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib
27/07/2017 [17:07]:
ADNSU-da UFAZ-a qəbul imtahanıı keçirildi
27/07/2017 [16:59]:
“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu doktorant hazırlayacaq
27/07/2017 [16:52]:
Mahmud Hacıyevdən gündəmi dəyişəcək sensasion müsahibə...
27/07/2017 [16:45]:
“Planet” şadlıq sarayının rəhbəri ağac kəsiminə görə həbs olundu
27/07/2017 [16:13]:
Erməni zabiti çəkməsini təmizləməyən əsgəri döydü – “DEDOVŞİNA”
27/07/2017 [16:11]:
İşdən çıxarılan üç min müəllimlə bağlı qərar verildi
27/07/2017 [15:57]:
Şəhidin medalı ailəsinə təqdim olundu
27/07/2017 [15:55]:
Yevlax RİH: "Xəstəxanada yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib"
27/07/2017 [15:53]:
Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans qəzaya düşdü
27/07/2017 [15:46]:
Qadın özünü körpüdən atdı – FOTO
27/07/2017 [15:43]:
Demokratiya çölündə “ilan balası”...
27/07/2017 [15:34]:
Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın söndürüldü- FOTO
27/07/2017 [15:19]:
DTX və DSX birgə əməliyyat keçirdi – FOTO
27/07/2017 [15:07]:
“Allah bu cür xəstə düşüncəli insanların hər iki dünyada cəzasını verəcək”
27/07/2017 [14:55]:
80 yaşlı qadından yaşıdlarına örnək olacaq addım - VİDEO
27/07/2017 [14:44]:
Yevlaxda xəstəxana yanır...- FOTO
27/07/2017 [14:17]:
İbrahimoviç öz pulunu təqdim etdi – VİDEO
27/07/2017 [14:15]:
UEFA-nın vitse-prezidenti istefa verib
27/07/2017 [14:14]:
Pərvanənin uşaqları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum oldu – TƏFƏRRÜAT
27/07/2017 [14:13]:
Tarixin ən varlı, ən səxavətli, ən xoşbəxt insanı - ARAŞDIRMA
27/07/2017 [14:11]:
Mixeil Saakaşvili ABŞ-dadır
27/07/2017 [13:49]:
DİM rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulu elan etdi
27/07/2017 [13:46]:
İki rayonda helikopterlərin iştirakı ilə əməliyyat keçirildi – Saxlanılanlar var
27/07/2017 [13:40]:
Fotoqraf bu kitabın terapektiv bir gücə malik olduğunu söyləyir... - FOTOLAR
27/07/2017 [13:30]:
Alzheimer  xəstəsi olmamaq üçün bunlara əməl edin - 9 MƏSLƏHƏT
27/07/2017 [13:11]:
Amerikalı general:"Tramp əmr versə, Çinə nüvə zərbəsi endirməyə hazırıq"
27/07/2017 [13:02]:
İstanbulda iki təyyarə toqquşdu – Xəsarət alanlar barədə məlumat verilmir
27/07/2017 [12:57]:
"Aztelekom" və "AzİnTelekom”un sabiq baş direktorları azadlığa buraxıldı
27/07/2017 [12:53]:
Dolların manata qarşı ucuzlaşması davam edir
27/07/2017 [12:48]:
Sabah havanın hərarəti 40 dərəcəyə çatacaq
27/07/2017 [12:48]:
Qətər əmiri haqqında ilginc iddia - HOMOSEKSUALDIR? - FOTO
27/07/2017 [12:44]:
Lerikdə broyler fabrikində partlayış nəticəsində iki nəfər yaralandı - YENİLƏNİB
27/07/2017 [12:43]:
Vidadi Zeynalov və Beytulla Hüseynova hökm oxundu
27/07/2017 [12:42]:
Toyuq ətində ölüm təhlükəsi  - XƏBƏRDARLIQ 
27/07/2017 [12:39]:
Şəhid Həsən Həsənovun ailəsinə mənzil verildi
27/07/2017 [12:37]:
Luna-parkda dəhşətli qəza: 1 ölü 6 yaralı - FOTO / VİDEO
27/07/2017 [12:33]:
“Rusiya bu adamlara prezidentlik vəd edərək onları hökumətin üzərinə qaldırır”
27/07/2017 [12:31]:
Hindlilərin möcüzəvi “Ölməzlik eliksiri”
27/07/2017 [12:27]:
Röya həbs olunanan keçmiş qayınatası haqda “Onu az baltalayın”
27/07/2017 [12:18]:
Qarabağda müharibə başlaya bilər - Azərbaycan supergüclərə mesaj verir...
27/07/2017 [11:37]:
Lapşin İsrail diplomatları ilə görüşdü
27/07/2017 [11:25]:
Vətəndaşlar nazir müavinindən narazıdır - məmur özbaşınalığı
27/07/2017 [11:10]:
FED-in qərarından sonra dollar illik minimuma endi
27/07/2017 [10:56]:
Saakaşvili: “Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək”
Bütün arxiv bir sırada
19/05/2017 [22:39] - Cəmiyyət - ( 1019 dəfə baxılıb)

Söyün Sadıxov: “Bu qərar Rusiyanın ictimai maraqlarına zərbədir”



Rusiya Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin tələbi ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi həm Rusiyada, həm də Azərbaycanda geniş müzakirə edilməkdədir. Uzun illər Rusiyada diaspor fəaliyyəti ilə məşğul olmuş, indi Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinə rəhbərlik edən Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov musavat.com-un ÜAK ətrafında gedən məsələlərlə bağlı suallarına cavab verib.

- ÜAK-ın bağlanması qərarını necə qiymətləndirirsiniz?

- Ali Məhkəmənin bu qərarını Rusiyanın ictimai maraqlarına, vətəndaş cəmiyyətinin qurulmasına ciddi zərbə sayıram. Çünki söhbət uzun illər Rusiyada yaşayan, bu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən Azərbaycan əsilli Rusiya vətəndaşlarının nüfuzlu qurumundan gedir. Çox təəssüf ki, Rusiya Prezidentinin Administrasiyası rəhbərinin milli azlıqlar üzrə müavini Məhəmmədsalam Məhəmmədov, Milli Azlıqlar üzrə Federal Agentliyin rəhbəri İqor Barinov Azərbaycan diasporunun önəmli bir hissəsini təmsil edən ÜAK-ın bağlanmaması üçün məhkəmə qarşısında vəsatət qaldırmadılar. Doğrudur, Rusiyada yaşayan azərbaycanlıları təmsil edən “AzərRos” da ciddi qurumdur, ancaq onu bütün Rusiya ərazisini əhatə edən 3 milyona qədər üzvü olan ÜAK-la müqayisə etmək olmaz. Üstəlik, ÜAK 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Aydındır ki, bu fakt qurumun önəmini bir qədər də artırır. Bütün hallarda Ali Məhkəmənin bu qərarı ölkənin ictimai həyatı üçün zərərli bir tendensiyanın başlanması deməkdir.

- Rusiya tərəfi məsələni hüquq terminləri ilə izah etməyə çalışsa da, Azərbaycanda çoxları qərarın siyasi xarakterli olduğuna inanır. Sizə bu qərarın əsl səbəbləri bəllidirmi?

- ÜAK-a sənədlərini Rusiya qanunvericiliyinə uyğunlaşdırmaq tələbi ilk dəfə 2012-cü ildə qoyulub. Rusiya qanunlarına görə, ictimai qurumun “ümumrusiya” adına iddia etməsi üçün ölkənin 45 regionunda təmsilçiliyi olmalıdır. Ola bilər, ÜAK rəhbərliyi bu məsələdə səhlənkarlıq edib, məsələyə hüquqi yox, siyasi yöndən baxıb – problem olarsa rəsmi Bakının, ya da Rusiya prezidenti ilə özəl münasibətlə olan insanların dövriyyəyə girəcəyinə ümid edib. Bu məsələyə doğru yanaşma deyil. Bunlar bəlli... ancaq Rusiya tərəfin də Azərbaycan üçün önəmli olan bir qurumu bir məhkəmə qərarı ilə bağlamasını anlamaq çətindir. Ortada xeyli cavabsız suallar qalır. Məgər söhbət ekstremizm yayan, ya da separatçılıqla məşğul olan qurumdan gedir ki, məhkəmə onu ləğv edir? Bu qədər nüfuzlu siyasət, elm, mədəniyyət xadimlərinin təmsil olunduğu qurumla dil tapmaq mümkün olardı...

- Demək, dil tapmaq istəməyiblər...

- Təəccüblü olan da budur. ÜAK Rusiyada yaşayan azərbaycanlılar üçün də, digər millətlərin təmsilçiləri üçün də “dostluq evi” olub. İndi bəziləri deyir ki, ÜAK ölü qurum idi, fəaliyyətsiz idi. Mən bu fikirlə qətiyyən razılaşmıram. ÜAK artıq müəyyən imici olan, sözü eşidilən, Rusiyada yaşayan azərbaycanlılar, xüsusən, tələbələr üçün önəmli qurum idi. Bu quruma uzun illər imkanlı insanlar ciddi pullar yatırıb və bu vəsait xeyriyyəçilik üçün xərclənib. Ola bilər, ÜAK bu məsələlərin reklamına ciddi məsələ kimi baxmayıb, amma bu fəaliyyət olub. Ola bilər, bu gün Moskva ilə Bakı arasında hələlik ictimailəşdirilməyən siyasi problemlər var. Ancaq bunun illərdir Rusiyada kök salan, burada ikinci, hətta üçüncü nəsli yaşayan azərbaycanlılara nə aidiyyəti? Istənilən iki ölkə arasında soyuqluq, gərginlik dönəmləri olur. Məncə, siyasi problemlər niyyəti yaşadıqları cəmiyyətdə vətəndaş həmrəyliyinə xidmət etmək olan ictimai birliklərin işinə mane olmamalıdır.

- Rusiyada bəzi birliklərdən rəsmi Bakıya təhdid məqsədilə yaradıldığı haqda da iddialar var. Məsələn, Azərbaycandakı sonuncu prezident seçkisi ərəfəsində yaradılan şərti adı “milyarderlər ittifaqı” olan klubu Azərbaycanda isti qarşılamamışdılar. Siz də həmin klubda təmsil olunurdunuz. Sizcə, ÜAK-ın bağlanmasının fonunda yenidən analoji qurumun yaranması ehtimalı yüksəkdirmi?

- “Milyarderlər ittifaqı” tamamilə başqa niyyətlə yaranmışdı və sonradan arxasında heç bir fəaliyyət olmaya-olmaya qurumun adı bəzi siyasi məsələlərdə hallandı. Bu da orada təmsil olunan bəzi şəxsləri əlini diaspor fəaliyyətindən soyutdu. Açığı indi kimin nə yaratmaq niyyəti, bu işin hansı perspektivi olması haqqında heç bir fikrim yoxdur. Şəxsən özüm haqqında danışa bilərəm. Krımın dirçəldilməsi üçün bir sıra layihələr həyata keçirirəm, yeni yaratdığımız Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzində strategiyalar hazırlanması işləri ilə məşğuluq.

Sözdə “Rusiya çoxmillətli ölkədir” deyib fəxr etmək yetərli deyil. Bu sözlərin arxasında konkret əməl dayanmalıdır. Hələlik biz öz timsalımızda bunu görmürük. Azərbaycanlıları sıxışdırmağa ehtiyac yoxdur – biz yetərincə ciddi qüvvəyik. Gedişata baxacağıq, ehtiyac olsa, yenidən güclü bir diaspor təşkilatı yarada bilərik. Digər tərəfdən də məhkəmə qərarının olması ÜAK-ın fəaliyyətinin tamamilə dayandırılması demək deyil. Rusiya qanunlarına görə, ictimai birliklər Ədliyyə Nazirliyinin qeydiyyatı olmadan da işləyə bilər. Bu halda onlar hüquqi şəxs sayılmır, ancaq fəaliyyətləri qadağan deyil.

- Siz Rusiya mediasına müsahibələrinizdə bu işin arxasında erməni izinin olduğunu demisiniz. Konkret faktlarınız varmı və bu haqda Rusiya rəsmiləri ilə danışmaq niyyətindəsinizmi?

- Təbii, Rusiyada yaşayan bir çox azərbaycanlıların mövqeyini rəsmi görüşlərdə ifadə edəcəyik. Erməni izi haqqında mən ilk gündən danışıram. Azərbaycanla müharibə şəraitində olan Ermənistanın bizim Rusiyadakı dayaqlarımızı zəiflətmək istəyindən təbii nə ola bilər? Onlar illərdir Moskva ilə Bakı arasında münasibətlərin korlanması üçün çalışırlar. Bilmirəm, bəlkə, yenə də Rusiya Federasiyası administrasiyasından hansısa məmur, ya da FTX-nin hansısa generalı antiazərbaycan lobbistlərindən hədiyyə alıb və Konstitusiyanı, eləcə də Rusiya Mülki Məcəlləsinin “Millətin hüququ haqqında” müddəalarını pozub? Hər halda bunların aydınlaşdırılmasına ehtiyac var. Belə yanlış siyasətə yol vermək olmaz. Rusiya çoxmillətli ölkədir. Bu ölkənin siyasəti müdrik olmalıdır.

Kor qızcığazın Quran oxuması milyonları kövrəltdi...- Video
Yevlaxda xəstəxana yanır...- FOTO
Fotoqraf bu kitabın terapektiv bir gücə malik olduğunu söyləyir... - FOTOLAR
"Qərb-Rusiya qarşıdurması Qarabağ konfliktinin həllində yeni imkanlar yarada bilər"
Gündə 2 saatdan çox maşın sürmək beyini sarsıdır, yaddaşı öldürür- ELM
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Məşhur model dənizdə sevgilisi ilə ehtiraslı öpüşün "qurban"ı oldu - FOTOLAR
Dünya
Kağız fabrikini ildırım vurdu –Şiddətli partlayış və yanğın baş verdi
Araşdırma
Anidən qeyb olmuş şəhərlər -  - MARAQLI TARİX - FOTOLAR
Araşdırma
Alzheimer  xəstəsi olmamaq üçün bunlara əməl edin - 9 MƏSLƏHƏT
Dünya
Qətər əmiri haqqında ilginc iddia - HOMOSEKSUALDIR? - FOTO
Həftənin ən çox oxunanları
Şiə lideri oğlunu xristian kişi ilə “evləndirdi” və... - Foto+Video
“Sənə dörd şey öyrədimmi həkimə ehtiyacın olmasın?” - İmam Əlidən oğluna tövsiyə...
Çılpaq qızların ofisiantlıq etdiyi restoranda sıxlıq yaşandı - FOTOLAR
10 yaşlı qızı manyakın təcavüzündən Quran ayələri xilas etdi - Ayətəl-kürsi
Aysel Əlizadə: "O fahişə ağızlardan..."
Ən gözəl qadınları olan on ölkə...- FOTO
Surət Hüseynovun yeni fotoları- Artur Rasi-zadə daha cavan qalıb
Luna-parkda dəhşətli qəza: 1 ölü 6 yaralı - FOTO / VİDEO
Çılğın qadın sinəsini Lukaşenko və Poroşenkoya göstərmək istədi - Video
Yenidən fəaliyyətə başlayacaq "Əbu-Bəkr" məscidi haqda İLGİNC FAKTLAR...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin