Xəbər lenti
23/09/2017 [01:21]:
Yoqa insanı kompüterdən necə qoruya bilər- cəmi 10 dəqiqənizi ayırın
23/09/2017 [01:16]:
Elektrik alətlər və mürəkkəb mexanizmlərə yaxın durmayın - Günün qoroskopu
23/09/2017 [00:52]:
Zəka səviyyənizi yüksəldib, beyninizi gücləndirəcək 5 üsul
23/09/2017 [00:36]:
İnsan orqanizmi haqqında 8 möcüzəvi fakt- MARAQLI
22/09/2017 [23:40]:
Elmar Məmmədyarov: “Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq”
22/09/2017 [23:39]:
Prezidentin gəlişi voleybolçularımıza ruh verdi - Macarıstan yığması darmadağın edildi...
22/09/2017 [23:31]:
Məhkəmə Saakaşvilini günahkar bildi - Mişa əmək haqqının 200 mislində cərimələndi...
22/09/2017 [23:30]:
“Romanda Şah İsmayıla olan qərəzli münasibətə tutarlı cavab tapılacaq”
22/09/2017 [23:22]:
"Bu məbləğ Azərbaycanın da daxil olduğu 183 ölkənin birlikdə ÜDM-dən çoxdur"
22/09/2017 [23:16]:
Unudulmaz müəllimimiz: Həsən Mirzə - 90
22/09/2017 [23:15]:
"Lütfi Zadənin xeyli qəribəlikləri var idi, hər bazar günü gərək, mütləq…”- Sabiq rektorla MÜSAHİBƏ
22/09/2017 [23:12]:
Lamborghini yeni modelini təqdim etdi - FOTO+VİDEO
22/09/2017 [22:19]:
Nyu-Yorkda Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilir
22/09/2017 [22:04]:
Bakıda sürücünü vəhşicəsinə döyən şəxs tutuldu
22/09/2017 [21:53]:
“Başlarına araq butulkası çırpılsaydı, ürəyimdən tikan çıxardı” - Deputat
22/09/2017 [21:50]:
FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqladı
22/09/2017 [21:35]:
Aprel döyüşlərinin qazisi şəhid əsgərinin anasını qucaqladı: Bağışla, qoruya bilmədim oğlunu - VİDEO
22/09/2017 [21:35]:
Tacı geri alınmış gözəllər – Kimi ərinə, kimi sevgilisinə, kimi də... İNANILMAZ SƏBƏBLƏR
22/09/2017 [21:29]:
Nazpəri Dostəliyeva: "Evimə girən oğrulara ürəyim ağrıdı" - VİDEO
22/09/2017 [21:19]:
"İran heç vaxt müharibə tərəfdarı olmayıb" - Hərbi attaşe
22/09/2017 [21:14]:
Azərbaycan XİN: ABŞ Nümayəndələr Palatasının üç üzvünün adı "qara siyahı"ya salınıb
22/09/2017 [21:10]:
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb
22/09/2017 [20:38]:
İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verdi
22/09/2017 [19:52]:
İlham Əliyev voleybol matçında - FOTO
22/09/2017 [19:44]:
Ermənilər Ağdamda yanğınlar törətdi
22/09/2017 [19:43]:
Prezident protokolu təsdiqlədi
22/09/2017 [19:42]:
“Apple” və “Facebook” Meksika zəlzələsindən zərər çəkənlərə bir milyon dollar ayırdı
22/09/2017 [19:42]:
XİN: Nalbandyan həmsədrləri “ciddi danışıqlar imkanı olmayan” “turist” kimi təqdim etməyə çalışır
22/09/2017 [19:41]:
Rusiyalı turistlər Bakıda gündə təxminən 78 dollar xərcləyir
22/09/2017 [19:40]:
Selfi zamanı səfirin smartfonu oğurlandı - Hindistanda
22/09/2017 [19:40]:
Məlahət İbrahimqızı erməni deputata cavab verdi
22/09/2017 [19:05]:
“Bəzi məmurların yaratdıqları imperiya yavaş-yavaş çökür”
22/09/2017 [19:04]:
"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"
22/09/2017 [18:55]:
Ramil Usubovdan yeni rəis - Təyinatı
22/09/2017 [18:24]:
Vüqar Muradov jurnalisti təhqir etdi: - "Sən tanıdığım ən namussuz, ən şərəfsiz..."
22/09/2017 [17:56]:
Əhməd Əhmədzadə 3 milyardı necə xərcləyib?
22/09/2017 [17:52]:
Millət vəkili Kırşehirdə Şəhid ailələri və Qazilər cəmiyyətləri ilə görüşdü
22/09/2017 [17:40]:
Şəhidləri təhqir edən Türkiyə gözəli ilə bağlı ŞOK QƏRAR
22/09/2017 [17:40]:
“Qripə tutulan deputatları cərimələmək lazımdır” - Partiya lideri
22/09/2017 [17:38]:
Qayınatasına qaraciyərini bağışlayıb həyata qaytardı- FOTO
22/09/2017 [17:34]:
ADNSU Vyetnam Sosialist Respublikasının Dostluq Ordeni ilə təftif olundu
22/09/2017 [16:49]:
“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında
22/09/2017 [16:43]:
Rəsulzadənin məzarı başında polisin cavabsız qalan sualları: Məmurlar şəhəri Ankardan REPORTAJ
22/09/2017 [16:35]:
İlham Rəhimov və Çingiz Abdullayev "Beynəlxalq Mahmud Kaşqari" mükafatına layiq görüldü
22/09/2017 [16:32]:
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında - FOTOLAR
22/09/2017 [16:30]:
QRU zabiti Qurban Qasımov Suriyada həlak oldu
22/09/2017 [16:27]:
Millət vəkili Türkiyədə “30-cu Ahilik Həftəsi” tədbirinin açılışında iştirak etdi
22/09/2017 [16:27]:
Təhdidlər davam edir, Tramp yenə "od püskürür"
22/09/2017 [16:25]:
Yalançı SEYİDLƏR - Hər adına “Mir” yazılana inanmayın!
22/09/2017 [16:21]:
ADU-da Ülvi Bünyadzadənin anım günü keçirildi
22/09/2017 [16:20]:
Hadı Rəcəbli: “Azərbaycanda 50-dən çox etnik qrup var”
22/09/2017 [16:19]:
Qafqaz Müsəlmanları İdarəsindən xaricdən qrant alması iddiasına REAKSİYA
22/09/2017 [16:18]:
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi
22/09/2017 [16:16]:
Milyarderin qardaşı: “Fərhad Əhmədovun şirkəti ləğv olunmur”
22/09/2017 [16:15]:
Aşura yüksək səviyyədə keçiriləcək – RƏSMİ
22/09/2017 [16:04]:
Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak etdi - FOTOLAR
22/09/2017 [15:59]:
"Bizim başımızdan heç bir tük də düşməyəcək" -Sarkisyanın müavini Bakıda
22/09/2017 [15:56]:
DTX: 900-ə yaxın Azərbaycan vətəndaşı İŞİD-ə qoşulub
22/09/2017 [15:55]:
Nazirlər Kabinetində struktur islahatları başa çatdı -Akif Əli də yerində qaldı
22/09/2017 [15:54]:
Abşeronda məktəbli itdi
22/09/2017 [15:52]:
“Bakıda evimiz var idi” - Erməni deputat
22/09/2017 [15:49]:
Qəbul imtahanları haqda Məleykə Abbaszadədən -Açıqlama
22/09/2017 [15:44]:
İnternetin “ən təhlükəli şəxsi” açıqlandı
22/09/2017 [15:43]:
Xoşqədəmin “zəncirlənmiş oğlan” əhvalatı yalan çıxdı
22/09/2017 [15:13]:
Zəlzələdə ölənlərin sayı 273-ə çatdı
22/09/2017 [15:05]:
"Erməni deputatların Bakıya dəvət olunması Azərbaycan xalqına xəyanətdir"
22/09/2017 [15:00]:
Maduro: “ABŞ-da mənə hücum hazırlanırdı”
22/09/2017 [14:53]:
Hindistan Pakistan sərhədini vurdu – Ölənlər var
22/09/2017 [14:51]:
“Ehsan və məzar daşı məsələsində dünyada “liderlik” edirik”
22/09/2017 [14:37]:
İranda partlayış: 5 ölü, 14 yaralı...- FOTO
22/09/2017 [14:31]:
Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü - FOTOLAR
22/09/2017 [14:27]:
Nazir müavini erməni deputatlara etiraz etdi -"Bəs cavab verilməlidir, ya yox?..”
22/09/2017 [14:24]:
“Mardan Palace” otaq sifarişini dayandırdı - AST Telmanın oteli bağlandı?
22/09/2017 [14:22]:
Elçin Quliyevin məhkəməsinə generallar gəldi
22/09/2017 [14:19]:
“AAAF Park”ın rəhbəri həbs edildi - Yenilənir
22/09/2017 [13:58]:
Ər tapa bilməyən 40 yaşlı qadın özüylə evləndi - Toydan fotolar
22/09/2017 [13:51]:
“Media və cəmiyyət həyəcan təbili çalmalıdır”
22/09/2017 [13:50]:
Hava kəskin dəyişəcək, yağış və dolu olacaq - Xəbərdarlıq
22/09/2017 [13:47]:
Hacı Qalib ölkəni tərk etməsi ilə bağlı -"Heç nədən qorxan adam deyiləm”
22/09/2017 [13:47]:
Xankəndili marionetlərin növbəti cəfəngiyyatı...
Bütün arxiv bir sırada
22/05/2017 [13:14] - Reportaj - ( 4084 dəfə baxılıb)

Üsyanın göz yaşlarından reportaj- “Xalqın Kamallı əmanəti”





Üsyan sığınacaqları

“Xalq” Bank özünün növbəti  “Kamallı əmanətini” təqdim etdi. Sözün hər mənasında – həm kamallı, həm də Kamallı əmanətini.... 

“”Xalq” Bankda- Əməkdar İncəsənət Xadimi, rəssam Kamal Əhmədin əsərlərindən ibarət sərgidə gəzişən və layihə çərçivəsində hazırlanan bədii albomu əllərində tutan qonaqlar mübhəm qəhrəmanın şüuraltı dünyasına qonaq olduqlarından bəlkə də,  xəbərdar deyillər. Bəlkə də, fərqində idilər...

XalqEmaneti7il.jpg görüntüleniyor

Bəli, istər albomdakı, istərsə də, “Xalq”Bankın sərgi salonundakı əsərlər Kamal Əhmədin ağrı-acılı ömrünün nişanələridir. Şüuraltısında gizlənmiş zədələridir. Uzun müddət bu zədələri, ağrıları kiməsə göstərməkdən çəkinib. Elə ona görə də çəkib... Anlaşılmadığını, qınaq obyekyt olduğunu bilə-bilə çəkib... Yox, deyəsən, düz demədim, əslində, hayqırıb, üsyan edib. Mənə inanmırsınızsa, “Xalq” Banka gedin, çünki orada sərgi hələ bir neçə gün də davam edəcək. Giriş də pulsuzdur. Gedin və görün ki, rəssam necə hayqırır, üsyan edir. Dünyasını dəyişən sənətkar öz üsyanını bu əsərlərdə gizləyərək aramızdan gedib. 

Moderator.az saytı üçün hazırlayacağımız reportaj üçün bir-bir rəsm əsərlərini gözdən keçiririk. İlk baxışdan bəlkə də, nəsə anlaşılmır. Amma haradasa həmin üsyan, haray səsi gizlənib. Çalışıram ki, hər əsərdə həmin üsyanı tapım, daha sonra onun içində səyahət edim. Bəzən alınır, bəzənsə yox... Aha, deyəsən, tədbir başlayır. Uzun illərin peşəkar diktoru Dilarə Səlimova qonaqları salamlayır və “Xalq Əmanəti”nin növbəti buraxılışı haqqında məlumat verir. Az sonra söz başqalarına ötürüləcək. Onların yanına bir azdan qayıdacağıq.  İndi isə sərgi salonundan asılan üsyan səslərinə qoşulub Kamal Əhmədin gizli dünyasına səyahət edək. Amma ehtiyatlı olun, bu “səyahət” çox ağrılıdır...

“Səyahət”

Kamal Əhmədin hər rəsm əsəri müəyyən zaman kəsimində yaranmayıb. O, hər əsərini anadan olduğu gündən etibarən, çəkməyə başlayıb. Qınamayın, ağrılar məhz bu cür uzun müddətə çəkilir. 
Ailəsi əslən, İçərişəhərdən idi. İxtisasca mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa-Ağdama köçürlər. Oradakı xoşbəxt günlərin sayı az olur. Əvvəlcə anası, daha sonra isə atası vəfat edir. Vəssəlam, uşaqlıq dünyası dağılan balaca Kamal özünün şüuraltı ağrıları ilə təkbətək qalır. Şüvəlandakı uşaq evində böyüyür və həmin ağrılarını da böyüdür. Bütün bunlar az imiş kimi, başqa uşaq evində böyüyən bacısı da  iki yaşında vəfat edir, qardaşını bir müddət sonra nənəsi götürür, Kamal isə dediyimiz kimi, on səkkiz yaşınadək Şüvəlanda – uşaq evində qalır. Onu burada çox sevirlər, uşaq evinin direktoru onunla rəsmlə məşğul olur, sərgi və konsertlərə aparır, poeziyaya olan marağını təqdir edir. Uşaq evi kollektivinin böyük şairimiz Səməd Vurğunla görüşündə Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin  diqqətini cəlb edir. Səməd Vurğun səkkiz yaşlı Kamalı qucağına alıb, onun böyük gələcəyinin olacağını söyləyir.


Yorulmamısınızsa, sayahəti davam etdirək. Getdik! Müharibədən sonrakı illər... Qıtlığın, böhranən at oynatdığı bir dövr... Müharibə öz yaralarını böyük şəhərlər üçün saxlayaraq aradan çıxıb. Böyük şəhərlərin isə uşaq evləri ata-anasını itirən yetimlərlə doludur. Bunlardan biri də Şüvəlandakı uşaq evidir. Balaca Kamal internatın həyətindəki quyuda bir neçə uşaq meyitini görür. O gündən etibarən, möhkəm sarsıntı, diləgəlməz qorxu yaşayır. Hər gün bir tərbiyəçi onu aparıb evində saxlayır. Bu şüuraltı çarpıntılar haqqında isə kiməsə demir. Yəqin, indi fərqinə vardıq ki, niyə həmin illərə səyahət etdik. Kamal Əhmədin bütün əsərlərinə baxanda görəcəyik ki, onları Kamal yox, həmin illər, daha doğrusu, həmin illərin “travması” çəkib. Kamal Əhmədlə yanaşı avanqard əsərlərin əsl “müəllifi” ilə də tanış olmalı idik, ya yox? 

İndi isə sərgi salonuna qayıdaq. Burada daha kimlər yoxdu ki... Mədəniyyət, ədəbiyyat xadimləri, sənət sevdalıları, jurnalistlər, ictimai xadimlər və daha kimlər... Siz “səyahət etdiyiniz” müddətdə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, yazıçı Azər Abdulla, rəssam Rafael Güləhmədli, şair Çingiz Əlioğlu, professorlar Hamlet İsaxanlı, Cəmilə Həsənzadə və sənətkarın qızı  danışdı. 
Hər zaman cavan, enerjili görünən Fərhad Xəlilov sanki bir anlıq illərin o üzünə adladı. O zaman az adam tərəfindən qəbul olunan, bürokrat maraqların düşməni, azad ruhlu, çərçivələri yaran gənc dostu Kamal Əhmədlə yenidən görüşdü. Yenidən Səttar Bəhlulzadənin yanına gedib, siqaret çəkdilər, Qobustana yollandılar və nəyisə çəkməyə başladılar. Azad ruhlu, çərçivələrə sığmayan bu iki gənc yenə də utstad Səttardan çərçivəsizliyin sirlərini öyrəndilər. Kamal bu çərçivəsizliyin rəsmini çəkdi, Fərhad ustadla söhbətləşdi...


Bax belə, Fərhad Xəlilov sözünü qurtaran zaman bu xəyali görüş də bitdi. 
O biri natiqlər də çıxışlarında ən çox bu məsələlər- rəssamın çərçivələrə sığmaması, qeyri-adi yanaşma tərzi, sərt xasiyyəti, doğruluğu və klassik ədəbiyyatı, fəlsəfəni, Füzuli, Nizami poeziyasını gözəl bilməsi haqqında danışdılar. 

Bir az da o haqda...

Bütün bunların hamısı əslində, Kamala böyük Səttardan keçmişdi. Səttar Bəhlulzadə ilə tanışlığı, bu sənətkarın həyat tərzi, fikirləri Kamalı dərindən sarsıdır, gənc rəssamın qarşısında tamamilə yeni üfüqlər açılır. Bəhlulzadə kommunizmdən əvvəlki dövrün adamı idi, ona mədəniyyətimizdən millilik və ənənələrin sıxışdırılıb çıxarılması təsir etmirdi. O, son gününə kimi əski əlifba ilə yazmış, milli mentallığını, xalqına böyük ehtiramını, onu dərindən duymaq bacarığını, zəngin mədəniyyətini kövrək, zərif bir tutiya kimi bütün həyatı boyunca daşımağa müvəffəq olmuşdu. Bununla belə, Səttar müasir və klassik dünya incəsənətini, musiqisini və ədəbiyyatını çox gözəl bilirdi. O, rəngkarlıq simfoniyaları tamaşaçını nəfis, zərif Şərq estetika dünyasına aparmağı bacaran böyük rəssam-mənzərəçi idi. Səttar Bəhlulzadənin mənzərələri sitat gətirməyi sevdiyi Füzulinin poeziyası qədər əzəmətli təsir gücünə malik poetik ecazla dolu idi. Onların koloriti müəllifinin sevdiyi muğamın mediativ səsi kimi mürəkkəb və musiqili idi. O, “poetik realizm” dünyasını yaratmışdı.



Kamal da Səttar kimi Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanır, böyük mütəfəkkirlərdən sitatlar gətirir və hədəfi üfüq xətti kimi xəyali və əlçatmaz həqiqəti tapmaq olan əsl dərvişə çevrilir.

Biz isə olduğumuz sərgi salonuna qayıdaq. Çox gəzdik, deyəsən. Nolar, unudulmuş bir dərvişi yada salmaq, savabdı. Necə ki, bunu “Xalq” Bank etdi. Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı də bu layihə çərçivəsində işıq üzü görüb və maraqla qarşılanıb.


Artıq adamlar yavaş-yavaş sərgi salonunu tərk etmık üzrədi. Amma siz həftəiçi hər gün axşamüstü haqqında danışdığımız rəssamın əsərləri ilə tanış olmaq üçün “Xalq”Banka yollana bilərsiz. Orada sizi divardan asılı halda qalan, bəzən eşidib, bəzən isə eşitmədiyiniz hayqırtılar qarşılayacaq. Amma o hayqıran əsərlərə diqqətlə baxın... Orada üsyanın da ağladığını, göz yaşı axıtdığını görəcəksiniz...Özü də elə belə yox, müharibədən sonrakı dövrün Şüvəlanında hazırlanan göz yaşını...

Elmin Nuri



Image result for Kamal Əhməd Xalq əmanəti

Image result for Kamal Əhməd Xalq əmanəti

Image result for Kamal Əhməd Xalq əmanəti

"Bu məbləğ Azərbaycanın da daxil olduğu 183 ölkənin birlikdə ÜDM-dən çoxdur"
Zəlzələdə ölənlərin sayı 273-ə çatdı
"Erməni deputatların Bakıya dəvət olunması Azərbaycan xalqına xəyanətdir"
Bərdədə yaşayan kimsəsiz qadın Mehriban Əliyevadan kömək diləyir...- FOTO
Trampın toyuq, Putinin balıq, Merkelin kabab, Saakaşvilinin Kiyev kotleti “sevgi"si - MARAQLI...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Lütfi Zadənin xeyli qəribəlikləri var idi, hər bazar günü gərək, mütləq…”- Sabiq rektorla MÜSAHİBƏ
Maraqlı
Tacı geri alınmış gözəllər – Kimi ərinə, kimi sevgilisinə, kimi də... İNANILMAZ SƏBƏBLƏR
Dünya
Şəhidləri təhqir edən Türkiyə gözəli ilə bağlı ŞOK QƏRAR
Cəmiyyət
“Ehsan və məzar daşı məsələsində dünyada “liderlik” edirik”
Cəmiyyət
“Media və cəmiyyət həyəcan təbili çalmalıdır”
Həftənin ən çox oxunanları
Bəy qadın qonaqları sıraya düzüb qıçlarını əllədi- VİDEO
11 yaşında taxta çıxıb, 2 qardaşını öldürüb, 28 yaşında 32 uşağı olub  - MARAQLI
18 yaşlı qızı mobil telefon öldürdü- Anasının gözü qarşısında
"Bunu edən şərəfsizə, namussuza çox ağır cəza istəyirik ki..."
1995-ci ilin OMON hadisələrinin suçlusundan şok açıqlama - "Heydər Əliyev istəsəydi..."
Arktikada tapılan tunellərdə naməlum dünyanın izləri aşkarlandı - Elm dünyası şokda - VİDEO
"7 rayonun əvəzinə buna getsək, Dağlıq Qarabağı itirmiş olacağıq"
Qarabağa müsəlman ermənilərin köçürülməsi təklif edildi – Məkrli plan
"O biri dünya" Vyetnamda tapıldı -  MÖHTƏŞƏM FOTOLAR
Azad Cavadov və Rüfət Aslanlı haqqında növbəti ittiham: 11 bankın əmlakı talanıb...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin