Bu günlərdə tanınmış hüquqünas, keçmiş polis rəisi, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin ürək əməliyyatı keçirməsi ilə bağlı saytımıza informasiya daxil olub.
Moderator.az məlum informasiyanı dəqiqləşdirmək üçün Ş.Əliyevin özü ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında informasiyanın doğruluğunu təsdiqləyən Ş.Əliyev, əməliyyatı zəruri edən səbəblərə də toxunub:
“Ürək damarlarımda 90%-dən çox tutulma mövcud idi. Səhhətimlə bağlı kritik situasiya yaranmışdı. Əməliyyat qaçılmaz idi. Bu səbəbdən də Mərkəzi Klinikada cərahiyyə əməliyyatı keçirməli oldum. Həkimlər əməliyyatın uğurlu alındığı qənaətindədir.
Hesab edirəm ki, əməliyyatın uğurlu keçməsi Allahın mərhəmətinin nəticəsidir. Buna görə də Allaha şükür edir, bütün sıxıntıların geridə qalacağına ümid edirəm”.
Seymur Əliyev