Prezidentdən sensasion bəyanatlar - mesaj ünvanına çatdı
Oxunub: 17563
27 May 2017 | 10:25
Prezidentdən sensasion bəyanatlar -  mesaj ünvanına çatdı
Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, eləcə də dünyanın ölkəmizlə münasibətlərinə dair geniş çıxış edib. Dövlət başçısı çıxışında ölkənin həm daxili, həm xarici siyasəti ilə bağlı mühüm açıqlamalar və ipucları verib.

Prezident öncə müsəlman dünyasında ilk dəfə Azərbaycan Demokratik Respublikasının qurulmasını xalqımız və bütün dünya üçün tarixi hadisə adlandırıb: “Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaradıblar. Biz, təbii ki, bununla fəxr edirik. Məhz bizdən sonra demokratik respublikalar digər müsəlman dövlətlərində qurulmağa başlayıb. Azərbaycan xalqı və dövləti Azərbaycan Demokratik Respublikasının qurucularına daim böyük hörmətlə yanaşıb, onların xatirəsini qəlblərində yaşadır. Təəssüf ki, Azərbaycan Demokratik Respublikası qısa müddətdə mövcud olub. İki ildən sonra respublika süqut edib. Bu bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir”.



Dövlət başçısı vurğulayıb ki, 1991-ci ildə bərpa edilmiş müstəqillik böyük tarixi şans, böyük nailiyyət olub.

Prezident qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk iki ili formal xarakter daşıyıb, belə ki, o zaman ölkəni idarə etmiş şəxslər tarixi şansdan istifadə edə bilmədilər. Dövlət başçısı əlavə edib ki, bu qüvvələr ölkəni vətəndaş müharibəsi girdabına sürükləyiblər.

Prezident “xarici təhlükələr” dedikdə nələri nəzərdə tuta bilər?

Ölkədə hazırkı ictimai-siyasi vəziyyətə toxunaraq, prezident qeyd edib ki, ölkə daxilində risklər yoxdur. Ehtimal ki, prezident “risklər” dedikdə həm hakimiyyətə gəlmək iddiasında olan alternativ qüvvələrin zəifliyini, həm siyasi stabilliyi, həm də sabitliyi təhdid edən radikal qüvvələrin olmamasını nəzərdə tutur.

Dövlət başçısı ölkəmizə əsas risklərin xaricdən qaynaqlandığını bəyan edib. “Biz ölkəni xarici təhlükələrdən qorumalıyıq” deyən prezident əlavə edib ki, Azərbaycan yalnız öz milli maraqlarından hərəkət edir və xarici siyasətdə heç bir avantüraya getməyəcək. 
Bu bəyanat da kifayət qədər diqqət çəkir. Əvvəla, “xarici təhlükələr” dedikdə dövlət başçısı bunların sırasında heç şübhəsiz terror təşkilatlarını da nəzərdə tutur. Amma “xarici təhlükələr” yalnız terror təşkilatlarından da ibarət deyil. Bu ifadə həm də ölkənin daxili və xarici siyasətinə müdaxilələri də özündə ehtiva edir.

Sirr deyil ki, çox mürəkkəb bir regionda yerləşən Azərbaycanı illərdir müxtəlif münaqişələrə cəlb etmək cəhdləri olub və indi də var. Bu, həm İran ətrafında siyasi oyunlarda, həm Rusiya ilə Qərbin gərgin münasibətlərində dəfələrlə özünü büruzə verib. Azərbaycan isə məhz prezidentin balanslı siyasəti sayəsində qonşuları ilə dostluq münasibətlərini qoruyub saxlaya bilib. İndi xüsusilə İran ətrafında yeni oyunların başlaması, Rusiyanın isə Qərblə münasibətlərinin daha da gərginləşməsi müşahidə olunur. Bu səbəbdən “Azərbaycan hansı mövqeyi tutacaq” sualı indi təkcə ölkənin taleyinə biganə olmayan vətəndaşı deyil, bütün maraqlı dövlətləri düşündürür. Prezident İlham Əliyev çıxışında bu sualına aydın və birmənalı cavab verib: “Azərbaycan xarici siyasətdə heç bir avantüraya getməyəcək”. Bu, Azərbaycana ən müxtəlif yollarla beynəlxalq münaqişələrdə tərəf olmaq üçün təzyiq etmək istəyən qüvvələrə “cəhdləriniz əbəsdir” kimi birmənalı cavabdır.

ABŞ prezidenti Trampa açıq dəstəyin səbəbi...


İlham Əliyev çıxışında xarici təzyiqlər mövzunu davam etdirərək ABŞ prezidenti Donald Trampın “başqa ölkələrin daxili işlərinə qarışmayacağıq” bəyanatını xatırladıb: “Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Axı Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. İndi Donald Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır”.

Dövlət başçısı ABŞ prezidenti Trampın adını çəkərək “başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır” deməsi diqqətə layiqdir. Çünki bu siyasət hazırda Ağ Ev rəhbərinə ciddi qınaqlar gətirir, həm Konqresdə, həm Senatda “Amerika qıraqda duracaqsa, heç kim onunla hesablaşmayacaq” kimi bəyanatlar səslənir.


Azərbaycan rəhbərinin isə yüksək tribunadan bu siyasətə dəstək verməsi həm ABŞ-dakı, həm də Qərbdəki anti-Tramp qüvvələrin narazılığına səbəb ola bilər. Bunları dövlət başçısı da hesablamamış deyil. Amma “Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır” deməsi, zənnimizcə, daha çox Azərbaycanın daxili siyasətinə bundan sonra da təsir etmək istəyən qüvvələrə yönəlik mesajdır.

Məlumdur ki, gələn il ölkədə prezident seçkiləri ilidir. Hər seçkilər ərəfəsi xarici qüvvələrdə də fəallaşmalar müşahidə olunur. Prezidentin Tramp nümunəsində həmin qüvvələrə net cavabı daha sonra dediyi sözlərdə var: “Biz özümüz heç kimin işlərinə qarışmırıq və başqalarına da imkan vermirik ki, bizim işlərimizə qarışsınlar. İmkan verməyəcəyik ki, kimlərsə bizə nəyi necə etməli olduğumuz haqda öz mövqelərini qəbul etdirməyə çalışsın” deyə, prezident qeyd edib.

Yeri gəlmişkən, dövlət başçısı ötən il də Respublika günü ilə bağlı çıxışında “heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın” mövqeyini ifadə etmişdi.

Prezidentin təşəbbüskarı olduğu nəhəng layihəni kimlər əngəlləyir?

Tədbirdə xarici təzyiqlər və müdaxilələr barədə səslənən daha bir mühüm məqam Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır. Məlumdur ki, sözügedən qaz xətti Azərbaycanla Avropanı birləşdirəcək daha bir nəhəng enerji layihəsidir. Amma bu layihənin gerçəkləşdirilməsinə Avropa ərazisindən süni əngəllər yaradılır.


Prezident kəmərin tikintisinə mane olmaq üçün törədilən bu təxribatlardan da danışıb. Bildirib ki, bu təxribatların məqsədi Azərbaycan qazının Avropaya çıxarılmasına mane olmaqdır. Prezidentin sözlərinə görə, bu məqsədlə müəyyən qüvvələr böyük pullar buraxırlar, ekoloji qruplar adı altında adamlar hazırlayırlar, məqsəd isə bu layihənin həyata keçirilməsinə mane olmaq, yaxud əngəlləməkdir. “Bu təxribatların arxasında böyük pullar və siyasi məqsədlər dayanıb” deyə, İlham Əliyev bildirib.

ABŞ-ın və Avropa Birliyinin ciddi dəstək verdiyi bu layihənin əsas təşəbbüskarı Azərbaycan prezidentidir. Neftin qiymətinin düşməsi ilə qaz kəmərləri üzərində qurulan siyasi intriqalar daha da artıb ki, bu da Cənub Qaz Layihəsinin tikintisinə yaradılan süni maneələrdə özünü göstərir. Bəzi iddialara görə, “ekoloji təmizlik” təşkilatlarının arxasında konkret dövlətlər (məsələn, Rusiyanın adı çəkilir) və erməni lobbisinin ciddi pulu dayanır. Prezident çıxışında bu “təxribatçı” əllərin arxasındakı qüvvələrin adını çəkməsə də, mesaj ünvanlarına çatmış oldu.(musavat.com)
Oxşar xəbərlər
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:16, Bu gün
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:05, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - FOTO
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:05
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:05
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO