"Vəzifəyə təyin olunanda yaxşı idi, uzaqlaşanda pisdir?"
Oxunub: 10044
08 Jun 2017 | 09:25
Moderator.az YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun Musavat.com-a müsahibəsini təqdim edir:

”“ Siyavuş bəy, deputat həmkarınız Qüdrət Həsənquliyevin Rusiya təhlükəsi ilə bağlı dediklərinə münasibətiniz necədir? Partiyada bu mövzuda müzakirələr aparılırmı?

”“ Qeyd etmək istərdim ki, “beşinci kolon” ”“ hansı dövlətin olur-olsun ”“ çox təhlükəli bir məsələdir. İstər dövlət strukturunda, istər orduda, istərsə, ictimai-siyasi həyatda olsun. Adətən siyasi partiyalarda, QHT-lərdə, mətbuat orqanlarında da olur. Yəni həddindən artıq təhlükəli bir məsələdir. Biz də eyni məkandan çıxmışıq. Bir sovet məkanı var ki, hələ də keçmiş əlaqələr, ilişkilər qalmaqda davam edir. Mən hesab edirəm ki, indi burada tək Rusiyanı nəzərdə tutmaq olmaz. Ümumiyyətlə, Azərbaycanda marağı olan dövlətlər çalışırlar ki, burada hər hansı şəkildə, dolayısı ilə öz maraqlarını gizli və ya aşkar şəkildə müdafiə edən qurum, təşkilat, struktur, şəxs, məmur və s. olsun. Bu, qaçılmazdır, müasir dünyanın reallığıdır. Biz tarixə nəzər salsaq, görərik ki, vaxtilə Hindistandan başlamış, bu tərəfə bu məsələlər həmişə onların daxilində olub. Yəni ingilismeyllilik, yaxud sonradan bəzi ölkələrdə amerikameyllilik, digərlərində avropameyllilik hökm sürüb. O cümlədən postsovet məkanında da bu məsələlər öz əksini tapıb. Sovet birliyi dağıldıqdan sonra Rusiya onun varisi kimi çıxış edir. Bu gün də biz dünyada baş verən hadisələrə nəzər salanda görürük ki, hər bir ölkə onun digər ölkələrdə müdafiəçilərinin olmasını istəyir. O baxımdan bu, günümüzün reallığıdır. Amma buna qarşı dövlətlər ciddi şəkildə mübarizə aparmalıdır. Çünki dediyim kimi, bu, çox təhlükəli bir məsələdir.

”“ Bundan əvvəl Qüdrət Həsənquliyev Rusiyanın hərbi təhsil müəssisələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmaların aparılması barədə çağırış etmişdi”¦

”“ Xüsusilə Ermənistanla müharibə aparan Azərbaycan üçün bu, çox ciddi bir məsələdir. Təbii ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, vahid Gömrük İttifaqına qoşulub, Rusiyanın ən yaxın müttəfiqi, forpostudur. Bu mənada ordunun tərkibində belə insanlar mövcuddursa, bu, aşkarlanmalıdır. Çünki həm ordunun özündə, həm digər rəsmi təhlükəsizlik nəzarət idarələri fəaliyyət göstərir ki, bunlar da bu cür şəxslərin aşkarlanıb üzə çıxarılması və onların verəcəyi ziyanların qarşısının alınması üçündür. Hesab edirəm ki, bu gün onların funksiyası daha geniş olmalıdır. Digər tərəfdən, bizi əhatə edən başqa dövlətlər də var ki, onların da bu və ya digər şəkildə Azərbaycanda maraqları var, ayrı-ayrı strukturlarda özlərinin şəbəkələrini yaratmağa çalışırlar, yaxud da artıq yaradıblar.

”“ Hesab olunur ki, 2018-ci il prezident seçkiləri ərəfəsində təzyiqlər daha da artacaq. Azərbaycan hakimiyyəti belə təhlükəli şəxslərin zərərsizləşdirilməsini hansı şəkildə həyata keçirə bilər? Müəyyən strukturlardakı təmizləmələr necə həyata keçirilməlidir?

”“ Burada əsas məsələ kimi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyata alınmaması məsələsi qoyulub. Yəni burada obyektiv və subyektiv səbəblər var. Rusiyada müəyyən qüvvələr var ki, Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına cəhd göstərir və addımlar atır. Təbii ki, bunun arxasında erməni lobbisi, ermənilərlə əlbir olanlar, arvadı, anası erməni olan məmurlar dayanır. Bu gün Azərbaycanda da özünü “azərbaycanlı” adlandıran insanlar var ki, münasibətlərin korlanmasına cəhd göstərirlər. Azərbaycan müstəqil siyasət yeridən bir ölkədir və Azərbaycanda cənab prezidentin apardığı siyasət sırf Azərbaycan xalqının maraqlarının müdafiəsi ilə bağlıdır. Ona görə də belə hallar baş verdikdə, onu dövlətlərarası deyil, hər hansı qurumlar və yaxud fərdlər arasında baş verən hadisə kimi qiymətləndirmək lazımdır. Həmçinin buna maneçilik törədən, yaxud münasibətlərin korlanmasına xidmət göstərən şəxslər üzə çıxarılmalı ”“ istər dövlət məmuru, istər hərbçi, istər təhlükəsizlik strukturunun nümayəndəsi, istər Milli Məclisin deputatı olsun, yaxud QHT, siyasi partiya üzvü olsun ”“ ifşa olunmalı və qanunun tələbinə uyğun şəkildə cəzalandırılmalıdır. Təbii ki, hər tərəfdən münasibətləri korlamağa cəhd göstərən qüvvələr var. Bilirsiniz ki, Azərbaycan heç bir koalisiyada iştirak etmir, müstəqil siyasət yürüdür və bloklara qoşulmur, hər bir dövlətlə də bərabərhüquqlu şəkildə münasibətlər qurur. O baxımdan da bunu gözü götürməyən dövlətlər var və istəyirlər ki, Azərbaycan onların diktəsi ilə otursun-dursun, yaxud da hansı tapşırıq verilsə, yerinə yetirsin. Təbii ki, bu da Azərbaycan üçün məqbul deyil. İkinci tərəfdə Azərbaycanın kifayət qədər təbii sərvətləri var, bu sərvətlərin daşınmasının yolları var. Bir dövlət bunu istəyir, digəri istəmir. Biri deyir bu ərazidən keçməlidir, başqa biri deyir, yox, bu ərazidən keçməlidir. Azərbaycan üçün hansı sərfəlidirsə, məhz ona üstünlük verir. Düşünmür ki, bu ərazidən keçsə, filan dövlətin xoşuna gələcək. O baxımdan, təpkilər olacaq. Seçkilər ərəfəsində də bu, xüsusi əhəmiyyət kəsb edir. Çünki gərgin ictimai-siyasi dövr olur. Bu baxımdan da həmin gərgin ictimai-siyasi vəziyyət ərəfəsində hər bir dövlət çalışır ki, özünün vacibliyini və özünün təsir mexanizminin necə həyata keçirilməsini göstərsin.

“Nazirlər Kabineti əgər ləğv olunacaqsa”¦”

”“ Prezident Administrasiyasındakı struktur islahatları, prezident sərəncamları ilə yeni təyinatların olması barədə yanaşmalardan biri budur ki, 2018-ci il prezident seçkilərinə hazırlıq prosesi başlayıb. Belə yanaşmalar barədə nə deyə bilərsiniz?

”“ Ümumilikdə biz keçən il Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi haqqında qərar verəndə bu məsələlərin bir hissəsi insan hüquq və azadlıqlarına, digər hissəsi isə Azərbaycanda dövlət strukturunun təkmilləşdirilməsinə aid idi. Odur ki, dövlət strukturunun təkmilləşdirilməsinə ehtiyac var idi. Onu da deyim ki, struktur islahatları davam etdiriləcək, tək administrasiya ilə bitməyəcək, digər sahələrdə də biz bunun şahidi olacağıq. Təbii ki, bütün bu səlahiyyətlər cənab prezidentə aiddir, cənab prezident tərəfindən həyata keçirilir. Hər bir şey təcrübədə görünür. Artıq çevikliyin təmin olunması, həm iqtisadiyyatda, həm sosial sahədə, həm kənd təsərrüfatında həyata keçirilməsi üçün yeni strukturlara ehtiyac var idi. Bəzi strukturlarda təkmilləşmə işi aparılmalı idi, bəzilərində yenə də bu işlərin aparılması zərurəti var. Bunların hamısı təbii ki, dövlətin inkişafı ilə, dünyada baş verən hadisələrlə, o cümlədən Azərbaycanın həyatında, iqtisadi islahatlarda və digər sahələrdəki irəliləyişlərlə əlaqədar olan məsələlərdir.

”“ Bəs seçkilərlə nə dərəcədə əlaqədardır?

”“ Təbii ki, hər bir struktur islahatının qarşısında bir məqsəd var və biz daha təkmil formada 2018-ci il seçkilərinə gedirik.

”“ Yəqin ki, bir az sonra seçkilərdə hakim partiyanın namizədinin kimliyi ilə bağlı ənənəvi sual aktuallaşacaq. İndidən bu suala cavabınız varmı?

”“ Bu məsələ YAP-da müzakirə olunmayıb, bu, partiyanın rəhbər strukturunun, qurultayının qərarından asılıdır.

”“ Administrasiyadakı struktur islahatlarından sonra bəzi şəxslərin adının siyahıda əksini tapmaması onların “vurulması” kimi anlaşılsa da, çox keçmədi ki, həmin şəxslərlə bağlı da prezident sərəncamı oldu. Eyni zamanda yeni, gənc kadrların da təyinatı oldu. Hər halda, maraqlı proses gedir, görünən budur ki, gənc kadrlarla yanaşı, zamanında xidmətləri olmuş şəxslər kənarda saxlanılmır, onlar komandada yer almaqda davam edirlər”¦

”“ Bu, bizim ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş bir siyasətdir. Həm partiyada, həm dövlət strukturlarında varislik prinsipi öz əhəmiyyətini və düzgünlüyünü göstərir. Yəni müxtəlif nəsillərin fəaliyyətinin vəhdəti”¦ O baxımdan da həm gənclər təyin olunur, həm yaşlı nəslin nümayəndələri öz iş təcrübəsi, bacarığı ilə əlaqədar dövlətin gələcək inkişafında öz xidmətlərini göstərir, həm orta nəslin nümayəndələri fəaliyyətdədirlər. Hər bir şəxsin xidmətləri nəzərə alınır və bu xidmətlər də vacib olan şərtlərdəndir. İnsan xalqına, millətinə, dövlətinə sədaqətlə xidmət edirsə, təbii ki, struktur da dəyişə, islahat da gedə bilər, lakin o insanın potensialından, savadından, biliyindən dövlətimiz istifadə edəcək. Bu cür insanlar var və hər bir təyinatda bunun şahidi oluruq.
Həmçinin yeni nəsil də gəlməlidir. Artıq onlar da öyrənməlidir, təcrübələrini artırmalıdır. Yavaş-yavaş, pillə-pillə, təkamül yolu ilə gəlməlidirlər. Bizi əhatə edən qonşu dövlətlər var ki, orada təkamül yolu ilə yox, inqilabi yolla bu addımları atırdılar və nəticə etibarilə 20 il geriyə düşdülər. Azərbaycanda isə bu, təkamül yolu ilə həyata keçirilir. Dediyim kimi, xidməti olan insanlar da öz qiymətini alıb, bundan sonra da alacaqlar.

”“ Uzun müddət ərzində vəzifə tutmuş insanlar daxildə komandadakı gəncləşməyə görə narazılıqlarını büruzə verirlərmi?

”“ Bu, təbii bir prosesdir, olmalıdır, getməlidir. Heç nə əbədi deyil. O baxımdan da gərək bunu dərk edəsən, atılan addımları da qiymətləndirib öz kömək və bacarığını, qalan potensialını sərf edəsən. Hər kəs bu həqiqəti dərk edir. Vəzifəyə təyin olunanda yaxşı idi, uzaqlaşanda pisdir? Hər məsələdə qayda-qanun var. Hər bir insan bu gün vəzifəyə təyin olunanda sabah azad oluna biləcəyini də düşünməlidir.

”“ Siyavuş bəy, Nazirlər Kabinetinin ləğvi, yaxud bu qurumda ciddi islahatların aparılacağı ilə bağlı fikirlər var. Sizdəki məlumat, yaxud gözlənti nədən ibarətdir?

”“ Nazirlər Kabineti konstitusion strukturdur və əgər o ləğv olunacaqsa, bunun üçün referendum keçirilməlidir. Keçən il də referendum keçirildi, o struktur qaldı və fəaliyyətini davam etdirir. Nazirlər Kabinetinin tərkibində hər hansı bir struktur islahatı ola bilər, bu da cənab prezidentin səlahiyyətlərinə daxildir. Qalan halda hələlik bu qurumun ləğvi ilə bağlı heç bir referendum qərarı yoxdur.

”“ Bəzi müşahidəçilər hesab edir ki, prezident özünə yeni köməkçilər təyin edibsə və bu instituta xüsusi önəm veribsə, o halda Nazirlər Kabinetinə zərurət olmaya bilər”¦

”“ Hər kəsin özünün yanaşması var. Ən düzgün yolu cənab prezident bilir.
Oxşar xəbərlər
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:06, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
22 Apr 2024 | 20:16
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22 Apr 2024 | 20:14
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
22 Apr 2024 | 20:02
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
22 Apr 2024 | 20:01
UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTO
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 19:53
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
22 Apr 2024 | 19:37
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - FOTO
22 Apr 2024 | 19:35
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
GÜNLÜK
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:18
Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:18
Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO