Xəbər lenti
19/10/2017 [16:32]:
FETÖ-nün Azərbaycan təmsilçilərindən biri həbs edildi
19/10/2017 [16:31]:
Azərbaycanda BMT həftəsi keçiriləcək
19/10/2017 [16:29]:
“Mən Bakıya gələndə havada gərginlik qoxusu var idi...”
19/10/2017 [16:23]:
İranın keçmiş prezidenti Əhmədinejad dövlətə vurduğu zərər açıqlandı
19/10/2017 [16:10]:
Çavuşoğlu: "Azərbaycana qarşı sənədi dəstəkləyən deputatlarımızdan biri səhvini etiraf edib"
19/10/2017 [15:57]:
Qəribə xəstəliyin qurbanı olan qız əməliyyat üçün pul tapa bilmir- FOTOLAR
19/10/2017 [15:49]:
Dünyanın ən uzun adamı əməliyyat olundu ki, boyu uzaması dayansın - FOTOLAR
19/10/2017 [15:39]:
Biznesmenin qızı piyadaları vurdu - 5 ölü, 6 yaralı
19/10/2017 [15:33]:
Bərzaninin yardımçısı haqda həbs qərarı çıxarıldı
19/10/2017 [15:28]:
Maşallah Əhmədov yenidən həbsə qayıda bilər
19/10/2017 [15:25]:
“Qarabağ” – “Atletiko” matçı “5-liy”ə düşmədi
19/10/2017 [15:13]:
Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib - FOTO
19/10/2017 [15:06]:
Bu xüsusi toyuq yumurtaları xərçəngə qarşı mübarizə aparacaq
19/10/2017 [15:00]:
"Krımda türk dövlətinin yaranması ehtimalı sıfıra bərabərdir"
19/10/2017 [14:21]:
Rusiya XİN: "Xəzər dənizinin statusu ilə bağlı gələn il yekun razılıq əldə olunacağı şansı var"
19/10/2017 [14:13]:
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası Riqada keçirilir
19/10/2017 [14:11]:
AFFA Robert Prosineçkinin baş məşqçi vəzifəsində qalıb-qalmayacağı məsələsinə münasibət bildirdi
19/10/2017 [13:57]:
Diaspor fəalı mükafatlandırıldı
19/10/2017 [13:56]:
Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı
19/10/2017 [13:38]:
Azərbaycanlı rejissor “Asiyanın Oskar”ına layiq görülüb- FOTO
19/10/2017 [13:38]:
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
19/10/2017 [13:34]:
Ukrayna "Qazprom"un əmlakından 6,7 mlrd. dollar cərimə tutacaq
19/10/2017 [13:31]:
“O öləndə 24 saat otağımdan çıxmadan ağladım” - İvanka Tramp
19/10/2017 [13:29]:
Azərbaycanın rənglər dünyası Abu-Dabidə...- FOTOLAR
19/10/2017 [13:27]:
Müsavat Bakı Meriyasının təklifini qəbul edəcək? - Arif Hacılı cavab verdi
19/10/2017 [13:25]:
Ermənistanda nazir müavininin maşını qarət olundu
19/10/2017 [13:22]:
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
19/10/2017 [13:13]:
Murad şouda Xatunu qoruyur - Əlini çəksə də... + Video
19/10/2017 [13:06]:
Sabah da yağış yağacaq - PROQNOZ
19/10/2017 [12:59]:
Saakaşvilinin tərəfdarları yenidən Kiyevin mərkəzində toplaşdı
19/10/2017 [12:53]:
Anqolada ADNSU-nun məzunları və dostları Assosiasiyası rəsmi qeydiyyata alındı
19/10/2017 [12:52]:
İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir
19/10/2017 [12:52]:
Yazıçılar Birliyi “26” kafesinin yerini daha icarəyə verməyəcək
19/10/2017 [12:48]:
Deputat atasının agent olub-olmadığını araşdırır...
19/10/2017 [12:47]:
Müsavatın yürüşünə icazə verilmədi
19/10/2017 [12:46]:
Hacıbala Abutalıbovun təşəbbüsü donduruldu
19/10/2017 [12:43]:
Prezidentin köməkçisi: "Qarabağ klubunu sıxışdırırlar"
19/10/2017 [12:41]:
XİN Qarabağa gedən məşhur teleaparıcı ilə bağlı araşdırmaya başladı
19/10/2017 [12:35]:
Qarabağ üçün Kərkük modeli- İran sərhədi bağlayır və...
19/10/2017 [12:12]:
Yoxlamalar 2021-ci ilə qədər dondurulacaq
19/10/2017 [12:10]:
Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə müzakirə apardı
19/10/2017 [12:06]:
Dünya şöhrətli alman professor Qərbi Kaspi Universitetində
19/10/2017 [12:06]:
2018-ci ilin büdcə layihəsi parlamentə daxil oldu
19/10/2017 [12:03]:
"Əlillərlə bağlı qanunvericilikdə dəyişiklik gözlənilmir" - Hadi Rəcəbli
19/10/2017 [11:49]:
Təqsirləndirilən: "Öldürdüyüm sevgilim deyil, arvadım idi"
19/10/2017 [11:48]:
Yeni Zelandiyanın baş nazirinin adı müəyyənləşdi
19/10/2017 [11:47]:
Əhməd bəy Ağaoğlunun Tapçubaşova görə işdən ayrılması- Gizli konfliktin səbəbləri
19/10/2017 [11:30]:
“AzRusTrans” şirkətin şəxsi vaqon parkını formalaşdıracaq
19/10/2017 [11:23]:
Günay Musayeva keçmiş ərini məhkəməyə verdi
19/10/2017 [11:23]:
ADPU- da müstəqilliyin bərpasının iyirmi altıncı ildönümünə həsr edilmiş tədbir keçirildi
19/10/2017 [11:18]:
Emin “Bir qədəh arağ”ın açılışını etdi - FOTOLAR
19/10/2017 [11:17]:
“Qarabağ” xal qazandı, Azərbaycan İsveçdən uzaqlaşdı – UEFA reytinqi
19/10/2017 [11:12]:
Qəndəharda hərbi bazaya hücum: 40 əsgər öldü
19/10/2017 [10:55]:
Lənkəranskinin milyonluq otelləri üzə çıxdı
19/10/2017 [10:52]:
"Vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçdi" - HƏYƏCAN TƏBİLİ...
19/10/2017 [10:51]:
Heydər Əsədov aqrar sektoru necə batırır -Şok rəqəmlər
19/10/2017 [10:48]:
“Müstəntiq dedi ki, mən istədiyimi buradan götürə bilərəm”
19/10/2017 [10:45]:
“Bundan o yana güzəşt mümkün deyil” -Müharibə xəbərdarlığı
19/10/2017 [10:39]:
Armen Ciqarxanyanın gənc arvadı onu necə aldatdı -Ağlasığmaz xəyanətin hekayəsi
19/10/2017 [10:32]:
"Naxçıvandakı möhtəşəm parad Serj Sarkisyanın sərsəmləməsinə tutarlı cavabdır"
19/10/2017 [10:28]:
Ermənilər cəbhədə pulemyotları işə saldılar
19/10/2017 [10:25]:
“İmam Hüseynin ardınca gedənlərdən, yoxsa yolunu kəsənlərdənmisin?..” - VİDEO
19/10/2017 [10:25]:
Maşın ustaları yol polisi ilə əlbir işləyir -Sürücülərin DİQQƏTİNƏ
19/10/2017 [10:22]:
Bazarda oğurluq etmək istəyən qadını soyundurub döydülər - VİDEO
19/10/2017 [10:21]:
İlham Əliyev Ukrayna Baş nazirinin 1-ci müavinini qəbul edib
19/10/2017 [10:04]:
"Raisa Maksimovna Qorbaçovun yanağına şapalaq vururdu" - SENSASİON MÜSAHİBƏ...
19/10/2017 [09:58]:
“Yarım milyondan çox saxta aksiz markası saxlandı” - DTX-dən əməliyyat
19/10/2017 [09:54]:
Ziya Məmmədov hardadır?
19/10/2017 [09:52]:
Terroçular yeni “11 sentyabr”a hazırlaşırlar
19/10/2017 [09:50]:
Məktəbdə qaz sızması - 14 nəfər zəhərləndi
19/10/2017 [09:48]:
Sobçak da Rusiyanı idarə etmək istəyir - Putinə rəqib olduğunu açıqladı
19/10/2017 [09:43]:
“Qız uşağının oğlanın otağına…” - Efirə getməyən kadrlar
19/10/2017 [03:10]:
Gəlirlərin artması yaxşı stimul olacaq - Günün qoroskopu
19/10/2017 [00:53]:
Yol polisi Bakı şəhəri üzrə işçi axtarır - Ali təhsilli namizədlərə üstünlük veriləcək...
19/10/2017 [00:41]:
Kimyaterapiyasız xərçəng müalicəyə tabe oldu - Tibb elmində inqilab...
19/10/2017 [00:29]:
Fənərbaxçanın üzvü həyatını itirdi - Mədəkiçiltmə əməliyyatı daha bir can aldı...
19/10/2017 [00:23]:
Əməkdaşlıq Şurasından hakimiyyətə növbəti müraciət...
18/10/2017 [23:53]:
Baş prokuror Çaykadan Ağalarov haqda soruşdular: "Gələn dəfə cavab verərəm..."
18/10/2017 [23:51]:
“Sabir Rüstəmxanlı Hadı Rəcəbliyə deyib ki, mən Elçinə söz deyə bilmərəm”
18/10/2017 [23:48]:
"Qarabağ" "Atletiko" ilə heç-heçəyə görə 500 min avro qazandı
Bütün arxiv bir sırada
19/06/2017 [10:11] - Gündəm - ( 1513 dəfə baxılıb)

Ermənistana qarşı hibrid savaş - Bakının mini-müharibə taktikası



Ötən həftəsonu Ermənistan üçün “qara təqvim” kimi yadda qalacaq: ikicə gündə işğalçı 6 hərbçisini itirdi. Bu, sübhəsiz ki, son aylarda düşmənin verdiyi növbəti ciddi itkidir. Bundan az öncə - mayın 16-da Azərbaycan Ordusu düşmənə məxsus “OSA” zenit-raket kompleksini şəxsi heyəti ilə birlikdə məhv eləmişdi.

Göründüyü kimi, düşmənin artan təxribatlarının altını elə onun özü çəkir, canlı itkiləri durmadan artır. Bu isə həm Ermənistanda kriminal Sərkisyan rejimindən narazılığın artması, həm də erməni toplumunda və ələlxüsus da işğal altındakı Dağlıq Qarabağ əhalisində panik ovqatın güclənəcəyi deməkdir. Erməni mediasında bu, artıq sezilməkdədir.
Son insident həmçinin, işğalçının guya ötən bir ildə ön xətti xeyli gücləndirdiyi haqda iddiaları puç edir. Məlum olur ki, Azərbaycan yenə də və istənilən an bu xətti yarıb keçə, düşmənə yuvasındaca zərbə endirib onu ağır itkilərə məruz qoya bilər.

1037380564.JPG (830 KB)
Aydındır ki, işğalçı qüvvələr Azərbaycanın qanuni və əzəli torpaqlarında qaldıqca vaxtaşırı böyük itkilərə də hazır olmalıdır. Düşmən yad ərazilərdə heç vaxt atəşkəsə arxayın olub özünü rahat, komfortda hiss etməyəcək, Azərbaycan Ordusu buna imkan verməyəcək, işğalçı dinc buraxılmayacaq - necə ki, buraxılmır.


Azərbaycanın siyasi və hərbi rəhbərliyi, prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov işğalçıya bunu dəfələrlə bəyan ediblər ki, ermənilər öz gənclərini itirmək istəmirsə, o zaman çıxıb getsinlər ərazilərimizdən. Getmək istəmirlərsə, o zaman bədəlini ödəməyə də hazır olmalıdırlar.

osa-1.jpg (1.12 MB)

Hələlik Azərbaycan obyektiv şərtləri nəzərə alıb böyük müharibəyə yox, hibrid savaşa (yəni savaş həm var, həm də yoxdur) üstünlük verir, mini-müharibə, lokal müharibə taktikası yürüdür. Elə bunun özü də düşmənə baha başa gəlir. İşğalçıları 3-3, 5-5 məhv edib daim qorxu altında saxlamaq əslində heç də müharibədən az effektli yol deyil. Bununla bir daha Ermənistan özünün gücsüzlüyünü anlamış olur, böyük müharibədə nəticənin onun xeyrinə olmayacağını göz önünə gətirir.

Bu mənada Dağlıq Qarabağ məsələsində real irəliləyiş olmayınca düşmənə qarşı mini və ya lokal müharibə taktikası gündəmdə qalmalı, Ermənistana, separatçı qüvvələrə qarşı hər an daha geniş miqyaslı cəza əməliyyatı başlana biləcəyinin anonsu verilməli, ona aman tanınmamalıdır.
Əksər xarici siyasi təhlilçilər və hərbi ekspertlər də o qənaətdədir ki, öz hərbi qüdrətini ilbəil artıran Azərbaycan böyük müharibə üçün əlverişli zaman yetişənədək məhz lokal müharibə taktikasına üstünlük verəcək ki, bu da ən düzgün yoldur. Çünki o halda dinc əhali arasında itkilər, böyük dağıntılar olmadığı üçün beynəlxalq birliyin narahatlığına da səbəb olmayacaq. Belə bir taktika artıq uğurla həyata keçirilməkdədir.

f24f137ab35be1fa5a269807ea0de239.jpg (1.51 MB)


Ötən həftə işğalçının növbəti sürpriz itkisi ilə yadda qalan insident ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu gün - iyunun 19-da Bakıya başlayacaq səfəri öncəsinə təsadüf eləməsi ilə ikiqat önəm kəsb edir. Görək, bu dəfə həmsədrlər hadisəyə hansı reaksiyanı verəcək, nəhayət ki, bölgədə sabitliyə ən böyük təhlükənin işğalçı qüvvələrdən gəldiyini etiraf edəcəklərmi?


Vasitəçilərin gəlişi günü Azərbaycan həm də növbəti genişmiqyaslı hərbi təlimlərə başlayır. Azərbaycan prezidentinin təsdiq etdiyi plana əsasən, iyunun 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə 5 günlük genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Yada salaq ki, Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri cəmi bir neçə gündür ki, başa çatıb. Ondan bir qədər öncə isə Gürcüstanda üç ölkənin - Azərbaycan, Türkiyə və Gürcüstanın, daha öncə - may ayında isə yenə Azərbaycanla Türkiyə Silahlı Qüvvələrinin ortaq hərbi təlimləri keçirilib. Həmçinin, NATO proqramı çərçivəsində Azərbaycan ayrıca tabor təlimləri keçirib. Bu təlimlərin hamısı yalnız son iki ayda, qısa zaman fasilələri ilə reallaşıb.
Azərbaycanın hərbi təlimlərin həm keyfiyyət, həm də kəmiyyət baxımından intensivləşdirməsi, ən ümdəsi, bu təlimlərin maksimum müharibə şəraitinə yaxınlaşdırması, sözsüz ki, ən əvvəl təcavüzkar Ermənistanı qorxu altında saxlamağa yönəlib və ona aydın bir mesajdır ki, nəhayət, daşı ətəyindən töküb konstruktiv mövqeyə gəlsin. Əks təqdirdə torpaqlarımız işğalçılara məzar olacaq - üç-üç, beş-beş...
Düşmən ölkə gərək unutmasın ki, Azərbaycan milyardlarla dollar xərcləyib aldığı bahalı silah-sursatı, döyüş sistemlərini heç də vitrinə qoymaq niyyətində deyil. Söz düşmüşkən, rusiyalı analitiklərə görə, Azərbaycan hərbi təlimlər adı ilə əslində cəbhə xəttinə ordu yerləşdirməklə məşğuldur. Proses artıq başlayıb. Yəni böyük müharibə hazırlıqları.

1463904160_copia-di-10-0617-u1080328396434oyd-u1080328396434egb-832x556lastampa.it.jpg (1.57 MB)
Niyə də olmasın. Ərazisinin 20%-i işğala məruz qalan Azərbaycan öz qanuni sərhədlərimiz tarixində istənilən hərbi xarakterli hərəkəti edə bilər. Bu xüsusda daha bir maraqlı detal: erməni mediası ötən ilin aprel döyüşləri ərəfəsində də Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə baş vurduğunu yada salıb. Düşmənin artan təlaşı boşuna deyil.

Bu təlaş həmçinin belə bir dərkdən qaynaqlanır ki, Azərbaycan özünün sürətli ordu quruculuğu, intensiv hərbi təlimləri ilə həm də işğalçı Ermənistanı taqətdən salmaq strategiyası aparır. “Yeni Müsavat” xəbər verir ki, bununla ilgili 1 in.am saytının şərhçisi Sarkis Arsruninin qeydləri diqqət çəkir. Sitat: “Ermənistan heç bir halda genişmiqyaslı müharibəyə cəlb olunmamalıdır. Bu, bizim ölkə üçün, ilk növbədə də onun demoqrafiyası üçün faciəvi olacaq. Bu müharibəyə bizim iqtisadiyyatımız da dözməyəcək - hansı ki, indi cəmi 11 milyard dollar təşkil edir və əgər hökumət 5 faizlik iqtisadi artımı təmin edə bilsə, 5 il sonra cəmi 13 milyard dollar olacaq. Azərbaycanın üzücü müharibə strategiyasına qarşı biz yalnız yeni, müasir və güclü dövlət modelini qoya bilərik. Yalnız belə bir Ermənistan Azərbaycandan keyfiyyətcə fərqlənə və Qarabağ nizamlanması prosesində beynəlxalq birliyi dilemma qarşısında qoya bilər. Və yalnız belə bir Ermənistan Azərbaycanla uzunmüddətli resurs mübarizəsində duruş gətirə bilər”.
Elə sual da budur ki, Rusiyanın vassalı ola-ola Ermənistan buna necə və hansı resurslarla nail olacaq? Sual ritorikdir.(musavat.com)

“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
"Vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçdi" - HƏYƏCAN TƏBİLİ...
Şəmistan Əlizamanlının mahnısı Ərdoğana klip oldu- VİDEO
“Hacılar mənə intim mesajlar göndərir” – Aktrisadan ŞOK AÇIQLAMA
Fərhad Əliyev ailəsi ilə birlikdə Türkiyəyə köçdü...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Dünyanın ən uzun adamı əməliyyat olundu ki, boyu uzaması dayansın - FOTOLAR
Maraqlı
Bu xüsusi toyuq yumurtaları xərçəngə qarşı mübarizə aparacaq
Dünya
"Krımda türk dövlətinin yaranması ehtimalı sıfıra bərabərdir"
Siyasət
"Naxçıvandakı möhtəşəm parad Serj Sarkisyanın sərsəmləməsinə tutarlı cavabdır"
Hadisə
Kimyaterapiyasız xərçəng müalicəyə tabe oldu - Tibb elmində inqilab...
Həftənin ən çox oxunanları
"Nə vaxta kimi bu millətin biqeyrətlərini, psixi xəstələrini, fahişələrini reklam edəcəksiniz?"
"Hafka"nın saxlandığı xəbəri yayıldı - Silahlı basqına görə
“Əgər müharibə başlasa, onlar rus ordusu qarşısında dözüm gətirə bilməyəcək”
Laçın rayonun bütün kəndlərinin kosmosdan hazırkı görüntüləri - VİDEO
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
"Fərhad Əliyev orda-burda deyir ki, 4 milyard verib ölkəyə gəlmişəm" - ŞOK İDDİA...
“Düşmən bilməlidir ki, müharibə Ermənistan ərazisinə də keçə bilər”
14 yaşlı qızının seks videolarını çəkib sevgilisinə yollayan ana da varmış - DƏHŞƏT...
"Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə..."
Amerikanın atom sualtı qayığı sekslə məşğul olma məkanı imiş - ŞOK İDDİA...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin